Перейти к содержимому

Фотография

Məhəmməd Füzuli

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 49

#31 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 20:05

Bir nadirə şəm idin şəbəfruz,
Düşdü sənə zövqi-eşqdən suz,
Bir neçə zaman əgərçi yandın,
Suzi dilə dözmədin, usandın!
Bidarlığa gətirmədin tab,
Şəhla gözün oldu maili -xab.
Həmrahım idin bu yolda ey mah!
Hərhaı qoyub gedərmi həmrah?

Əflaka təfaxür eylə ey xak!
Kim, oldu rəfiqin ol düri pak.
Zülfünə müariz olma ey mar!
Kim anda müqimdir dili-zar.
Xalına təərrüz etmə ey mur
Kim bağlıdır onda cani məhcur!

Ey ömr, gəl indi başə sən həm
Kim, çeşmimə tirə oldu aləm!
ALƏM XOŞ İDİ Kİ. VAR İDİ YAR,
ÇÜN YAR YOX OLMASIN NƏ KİM VAR!

EY CAN, TƏNİ XƏSTƏNİ VİDA ET,
BU XƏSTƏ İLƏ YETƏR NİZA ET!
ÇÜŞTAQİNƏM EY ƏCƏL, KƏRƏM QIL
DƏFİ-ƏLƏM İLƏ RƏFİ-ĞƏM QIL!
QURTAR MƏNİ İZTİRABİ ĞƏMDƏN!
VER MÜJDƏ. VÜCUDİMƏ ƏDƏMDƏN!

rəf et nə isə arada hail,
eylə məni ol nigarə vasil!
TƏKLİFİ-VİSAL EDƏR MƏNƏ YAR,
BİR XƏLVƏTƏ KİM YOXDUR ƏĞYAR!
MƏN GETMƏMƏK EYLƏSƏM XƏTADIR,
SƏNDƏN MƏNƏ BİR MƏDƏD RƏVADIR.

BİLLAH, MƏDƏDİMDƏ QILMA EHMAL
KİM, BƏXTİMƏ ÜZ VERİBDİR İQBAL!

YA RƏBB! MƏNƏ CİSMÜ CAN GƏRƏKMƏZ
CANANIMSIZ CAHAN GƏRƏKMƏZ!
MİNBƏD ZƏLİLİÜ XAR QILMA,
SƏRGÜŞTEYİ-RUZİGAR QILMA!

ƏFĞANDA İKƏN GEDİB QƏRARİ,
OLDU BU ĞƏZƏL DİLİNDƏ ÇARİ:
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#32 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 20:13

doğrudu şemsi, ta Axundova qeder Füzulinin tesirinden kimse cixa bilmedi. Eslinde Axundov ele de böyük dram eserleri yazmayib (Ama men hele de başa düşe bilmirem ki, her yerde artiq Aristotel teatri, yeni klassik teatr redd edilib, absurd dramlar oynanildiği halda niye Azerbaycan teatrlari hele de Lənkaran xanını tamaşa qoyur?!). Onun eserleri azerbaycan edebiyyatina yeni janr ve yeni nefes getirmesi ile bağlıdır.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#33 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 20:18

Yandı canım hicr ilə vəsliruxi yar istərəm,
Dərdməndi-firqətəm, dərmani dildar istərəm

Bülbülü zarəm, deyil bihudə əfğan etdiyim,
Qalməşam nalan qəfəs qeydində dildar istərəm.

Dəhri bazarında kasiddir mətai -himmətim,
Bu mətai satmağa bir özgə bazar istərəm.

Fani olmaq istərəm, yəni bəlayi -dəhrdən,
Rahəti-cismi-zəifü cani-əfkar istərəm.

Nola gər qılsam şəbi-hicran təmənnayi əcəı,
Neyləyim çoxdur ğəmim, dəfinə ğəmxar istərəm

Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,
Bu fəna deyrində bəzmi-vəsli-dildar istərəm.

Ey Füzuli, istəməz kimsə rizasilə fəna,
Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm!
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#34 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 20:27

Təmamiyi-Süxən

Çün razi-dərunin etdi təqrir,
Rəyinə müvafiq oldu təqdir.
İmdad qılıb inayəti həq,
Qıldı onu məqsədinə mülhəq.

Gül dərdi hədiqeyi -əməldən,
Mey içdi sürahiyi -əcələdn.

Qəbrini qucaqladı nigarın,
can sədqəsi etdi ol məzarın.
-"LEYLİ" - dedi, verdi cani şirin,
Ol aşiqi-biqərari miskin.

İnsaf, həmin ola məhəbbət,
Bu dairədir məqami HEYRƏT,
Guya ki, əlində idi canı,
Daim gözədirdi ol zamanı,
Çün dövr ilə etdi ol zəmanə,
Ondan bir icazət oldu canə,
Hər necə ki, var idi nigari,
Aləmdə idi onun qərari.
Çün qıldı nigari tərki aləm,
Bu aləmi tərk qıldı ol həm.

Çün gördü bu ahlı Zeydi-ğəmnak,
Əfğan qılıb etdi yaxasın çak.
Fəryad ilə qıldı növhə bünyad,
Övci-fələkə yetirdi fəryad.
Zar ağladı öylə kim, həm ol dəm,
Ahı oduna yığıldı aləm.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#35 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 16 января 2010 - 20:34

El cəm olub etdilər nəzarə,
Məcnuni -siayhruzigarə,
Qəbr üstünə gördülər yıxılmış,
Cananəyə can nisar qılmış,
Əhvalına ağıayıb sərasər,
Dəfn etməyin etdilər müqərrər.

Ğüsl eyləyibən təni-nizarın,
Dildarının açdılar məzarın.
Qoydular onu həm ol məzarə,
Ğəmnak yetişdi Ğəmgüsarə.
Ruh oldu fələkdə ruhə həmraz,
Tən oldu tən ilə yerdə dəmsaz.
Rəf oldu təəllüqati hail,
Mətlubinə talib oldu vasil.
BİR BƏZM İKİ ŞAHƏ MƏHFİL OLDU,
BİR BÜRC İKİ MAHƏ MƏNZİL OLDU.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#36 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 17 января 2010 - 14:22

Allah Fizuliyə rəhmət eləsin, o böyük əhli beyt (əs) aşiqinə. Sənə də ki, maşallah, Allah razı olsun!

doğrudu şemsi, ta Axundova qeder Füzulinin tesirinden kimse cixa bilmedi. Eslinde Axundov ele de böyük dram eserleri yazmayib (Ama men hele de başa düşe bilmirem ki, her yerde artiq Aristotel teatri, yeni klassik teatr redd edilib, absurd dramlar oynanildiği halda niye Azerbaycan teatrlari hele de Lənkaran xanını tamaşa qoyur?!). Onun eserleri azerbaycan edebiyyatina yeni janr ve yeni nefes getirmesi ile bağlıdır.

Burda bir az fərqlidir fikirlərim. Məncə o problem, bugünkü Azərbaycan teatrının problemidir. Axundov öz dövründə böyük bir çevriliş yaradıb həm ədəbiyyatımızda, həm maarifçilik, həm də mədəniyyət sahəsində. Bu asan məsələ deyil. Çünki hər bir yenilik cəmiyyət tərəfindən ilk əvvəl süngü ilə qarşılanır.

Сообщение отредактировал Shemsi: 17 января 2010 - 14:23

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#37 iman awiqi

iman awiqi

    Arif – Corporal

  • Murid
  • 61 сообщений

Отправлено 17 января 2010 - 20:18

Allah Fizuliyə rəhmət eləsin, o böyük əhli beyt (əs) aşiqinə. Sənə də ki, maşallah, Allah razı olsun!

doğrudu şemsi, ta Axundova qeder Füzulinin tesirinden kimse cixa bilmedi. Eslinde Axundov ele de böyük dram eserleri yazmayib (Ama men hele de başa düşe bilmirem ki, her yerde artiq Aristotel teatri, yeni klassik teatr redd edilib, absurd dramlar oynanildiği halda niye Azerbaycan teatrlari hele de Lənkaran xanını tamaşa qoyur?!). Onun eserleri azerbaycan edebiyyatina yeni janr ve yeni nefes getirmesi ile bağlıdır.

Burda bir az fərqlidir fikirlərim. Məncə o problem, bugünkü Azərbaycan teatrının problemidir. Axundov öz dövründə böyük bir çevriliş yaradıb həm ədəbiyyatımızda, həm maarifçilik, həm də mədəniyyət sahəsində. Bu asan məsələ deyil. Çünki hər bir yenilik cəmiyyət tərəfindən ilk əvvəl süngü ilə qarşılanır.

salam eziz forum ehli Allh fuzulire rehmet elesin o deyibki menden sonra wair yoxdu,men girdim soz alemine badelerin dibinde qalan sozleri yiqdimve bi bade eledim icdim.menden sonra soz alemi bitdi vay bizim halomiza nece olacayiq

#38 Lankarani

Lankarani

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 19 сообщений

Отправлено 20 января 2010 - 00:21

Allah Fizuliye rehmet elesin esl Imam Huseyn ashigi olub.

#39 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 21 января 2010 - 17:09

BU, LEYLİYƏ ANASI İ TAB ETDİYİDİR
VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİYİDİR

Çün mǝkr ilǝ Qeysi-bǝdsǝrǝncam,
Bir neçǝ zaman keçirdi ǝyyam.
Tǝdbir ilǝ eşq zövq vermǝz,
Tǝdbir diyari-eşqǝ girmǝz.
Eşq ilǝ riya deyil müvafiq,
Risvay gǝrǝk hǝmişǝ aşiq.
Dildǝn-dilǝ düşdü bu fǝsanǝ,
Faş oldu bu macǝra cǝhanǝ
Kim: "Qeys oluban ǝsiri-Leyli,
Leyli dǝxi salmış ona meyli".
Tǝdrici-mǝbadi ilǝ nagah,
Leylinin anası oldu agah,
Odlara tutuşdu, yasǝ batdı,
Ol qönçǝdǝhanǝ dil uzatdı.
Yanar od olub, çǝkib zǝbanǝ,
Ol gülrüxǝ dedi yanǝ-yanǝ
- "Key şux! Nǝdir bu göftügulǝr?
Qılmaq sǝnǝ tǝnǝ eybculǝr?
Nǝyçün özünǝ ziyan edirsǝn?
Yaxşı adını yaman edirsǝn?
Nǝyçün sǝnǝ tǝnǝ edǝ bǝdgu?
Namusuna layiq işmidir bu?
Nazik bǝdǝn ilǝ bǝrgi-gülsǝn,
Əmma nǝ deyim ikǝn yünülsǝn!
Lalǝ kimi sǝndǝ lütf çoxdur,
Əmma nǝ deyim, üzün açıqdur.
Tǝmkini cünunǝ qılma tǝbdil!
Qızsan, ucuz olma, qǝdrini bil!
Hǝr surǝtǝ ǝks kimi baxma!
Hǝr gördüyünǝ su kimi axma!
Mey gǝrçi sǝfa verǝr dimağǝ,
Axdığı üçün düşǝr ayağǝ,
Güzgü kimi qatı üzlü olma!
Nǝrgiz kimi xiyrǝ gözlü olma!
Gözdǝn gǝrǝk olasan nihan sǝn,
Ta demǝk ola sǝnǝ ki, cansǝn.
Sǝn şǝmsǝn uymagil hǝvayǝ!
Kim, şǝmi hǝva verǝr fǝnayǝ.
Löbǝt kimi özünü bǝzǝtmǝ!
Rövzǝn kimi kyçǝlǝr gözǝtmǝ!
Sağǝr kimi gǝzmǝyi hǝram et!
Nǝğmǝ kimi pǝrdǝdǝ mǝqam et!
Sayǝ kimi hǝr yerǝ üz urma!
Heç kimsǝ ilǝ oturma, durma!
Sǝn sadǝsǝn, özgǝ ǝhli-neyrǝng,
Cǝhd eylǝ verilmǝsin sǝnǝ rǝng,
Derlǝr sǝni eşqǝ mübtǝlasǝn,
Biganǝlǝr ilǝ aşinasǝn.
Sǝn qandanü eşq zövqi qandan?
Sǝn qandanü dust şövqi qandan?
Oğlan ǝcǝb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nǝ layiq?
Ey iki gözüm, yaman olur ar!
Namusumuzu itirmǝ, zinhar!..
Biz alǝm içindǝ niknamız,
Mǝrufi-tǝmami-xasü amız,
Nǝ nǝng ilǝ dǝxi edǝlim laf?
Biz demǝyǝlim, sǝn eylǝ insaf!
Tut kim, sǝnǝ qıymazam mǝni-zar,
Mǝndǝn ulu bir müdǝbbirin var.
Neylǝrsǝn ǝgǝr atan eşitsǝ?
Qǝhr ilǝ sǝnǝ sǝyasǝt etsǝ?
Minbǝd gǝl eylǝ tǝrki-mǝktǝb,
Bil ǝbcǝdini hǝmin cǝdü ǝb.
Etmǝ qǝlǝm ilǝ mǝşqdǝn yad,
Suzǝn tutü nǝqş eylǝ bünyad,
Ətfaldan eylǝ qǝti ülfǝt,
Hǝmraz yetǝr yanında löbǝt,
Büt kimi bir evdǝ eylǝ mǝnzil,
Olma dǝxi hǝr yanayǝ mail.
Ənqa kimi üzlǝt eylǝ pişǝ,
Öylǝ rǝviş eylǝ kim, hǝmişǝ
Gǝrçi adın ola dildǝ mǝzkur,
Görmǝk sǝni ola qeyri-mǝqdur,
Xoş ol ki, qızı hǝmişǝ gizlǝr,
Xud gizli gǝrǝk hǝmişǝ qızlar".
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#40 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 февраля 2010 - 17:43

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytülhəzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəmən tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#41 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 17 февраля 2010 - 18:47

Bacı, Fizulinin ən çox sevdiyim qəzəllərindən biridir bu. Daha doğrusu, atam sevdirib mənə bu qəzəli.
Gəlmişkən bir qəzəl də məndən.

Öylə sərməstəm ki idrak etməzəm dünya nədir,
Mən kiməm saqi olan kimdir mey ü səhba nədir?

Gərçi canandan dili şeyda üçün kam istərəm
Sorsa canan bilməzəm kami dili şeyda nədirr?

Vasldan çün aşiqi müstəğni eylər bir visal
Aşiqə məşuqdan hər dəm bu istiğna nədir?

Hikməti dünya və mafiha biən arif deyil
Arif oldur bilməyə dünya və məfiha nədir?

Ahu fəryadun Füzuli incidibdir aləmi
Gər bəlayi eşq ilə xoşnud isən qavqa nədir?

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#42 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 июня 2010 - 22:15

Oxuyaq görək həqiqi aşiq nə deyir:

Biz bəladan incinüb, bidaddan vəhm еtmənüz,
Nəqdi-canın sərfi-canan еyləyən aşiqlərüz.
Еşq mеydanında bidadü bəladan dönməyüb,
Rastrəv saliklərüz, sabitqədəm sadiqlərüz.

******************************************

Еşq mеydanında can vеrmək dеyil ar, еy könül,
Can vеrüb məqsuda yеt, gər himmətin var, еy könül.
Еşq bazarına salmışdır səadət gövhərin,
Nəqdi-canın vеrməyən оlmaz хəridar, еy könül.

******************************************

Hər kim istər vəsli-canan, tərki-can еtmək gərək,
Yохsa həsrətlər çəkib, ahü fəğan еtmək gərək.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#43 AliSadiq

AliSadiq

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 39 сообщений

Отправлено 19 июня 2010 - 12:41

BU, LEYLİYƏ ANASI İ TAB ETDİYİDİR
VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİYİDİR

Eşq ilǝ riya deyil müvafiq,
Risvay gǝrǝk hǝmişǝ aşiq.

Bir çox şeirlərdə görürükki aşiqi rusva sifəti ilə vəsfləndiriblər.Əgər bu barədə məlumatiniz varsa izah edin.
Gulun eshqinde bulbul nalan etmelidir
Ashikar deyil naleni punhan etmelidir

#44 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 24 июня 2010 - 16:50

Bir çox şeirlərdə görürükki aşiqi rusva sifəti ilə vəsfləndiriblər.Əgər bu barədə məlumatiniz varsa izah edin.

Ali Sadiq qardaş, doğrusu məncə burda bir çox səbəblər ola bilər. Amma çalışaram başa düşdüyümü çatdıra bilim. Filoloq olmadığıma görə fikirlərimdə yanlışlıq ola bilər. Sirf bu əsərdən gedirsə söhbət mən belə başa düşürəm ki, bu qeysin öz sevgisini aləmə ifşa etməsindən olan rüsvaylıqdır. Çünki, orta əsr cəmiyyətinə, hələ də islam cəmiyyətinə xas olan bir hərəkət deyildi. Hər halda onun bu hisslərini aşkar etməsi və dillərə düşməsi qəbul olunmadı. Və üstəlik əgər Məcnun məcnunluqdan əl çəksəydi, və Leyliye hesr etdiyi qəzəlləri, hisslərin aşkar etməsəydi, adət üzrə sadəcə gizlicə, valideyinlər tərəfindən olsaydi bu rusvay olmazdı.
Doğrusun desəm hətta indiki dövrdə belə deyirlər ki, kişinin nə yediyin və kimi sevdiyin kimsə bilməməlıdır. Hələ də qalsin orta əsrlərdə.

Bir də bu haqda danişsaq mənə belə gəlir her bir cəmiyyət yeniliyi tam qəbul etməyib. Yəni yenilik gətirənlərə həmişə bir damğa vurulub, onlar heç nəsiz qalıblar. Müsibəti –Fəxrəddin, Puşkinin Dubrovskisi buna misal.

Birdə mənə belə gəlir rusva sifəti ilə vəsf edilən aşiq daha çox sufiliyə yaxın olan biridir. Məcnun kimi. Füzulinın özü kimi.
Qardaş, uzun da yazmaq olardı, amma yenədə təkrar edim məncə filoloqlar daha gözəl açıqlaya bilərlər.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#45 AliSadiq

AliSadiq

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 39 сообщений

Отправлено 12 июля 2010 - 14:40

]

Fidan Baci AllaH Razi Olsun.Fidan Baci Tək Bu əseri qəsd etmirdim.Zəmanəmizdədə Shairləк Sheirlərinde Rəzil,Rusva kimi sozləri sərf edirlər.

Ola Bilərmiki Yagdan onun yagliligini ayirmagin mmkunsuzluyu kimi Ashiqdəndə Rəzillik,Rusvaychiliq kimi sifetləri ayirmaq mumkun olmasin Zəmanəsindən asli olmayaraq?

Gulun eshqinde bulbul nalan etmelidir
Ashikar deyil naleni punhan etmelidir

#46 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 16 июля 2010 - 15:12

Fidan Baci AllaH Razi Olsun.Fidan Baci Tək Bu əseri qəsd etmirdim.Zəmanəmizdədə Shairləк Sheirlərinde Rəzil,Rusva kimi sozləri sərf edirlər.

Ola Bilərmiki Yagdan onun yagliligini ayirmagin mmkunsuzluyu kimi Ashiqdəndə Rəzillik,Rusvaychiliq kimi sifetləri ayirmaq mumkun olmasin Zəmanəsindən asli olmayaraq?

Salam mömin qardaş. Bədii ədəbiyyatla real həyat arasında fərqlər çoxdur. Hələ də klassika.

Həm də yağliliq yağın xassəsindədir, rüsvayliq niyə aşiqin sifəti olsun ki? Bir də Allahın lutf etdiyi ağil rusvayliq və rəzillik sifəyindən qorumaq üçün bəs deyil?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#47 AliSadiq

AliSadiq

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 39 сообщений

Отправлено 21 сентября 2010 - 16:18

Salam mömin qardaş. Bədii ədəbiyyatla real həyat arasında fərqlər çoxdur. Hələ də klassika.

Həm də yağliliq yağın xassəsindədir, rüsvayliq niyə aşiqin sifəti olsun ki? Bir də Allahın lutf etdiyi ağil rusvayliq və rəzillik sifəyindən qorumaq üçün bəs deyil?

Aleykis Salam mominə baci.

Baci mənə elə gəriki edəbiyyatda rast gəldiyimiz bəzi ibarələri bənzətmə kimi qəbul edirik çox vaxt.Amma əslində bu bənzətmə olmayada bilər.Yəni həqiqi mənada.Yəni agacdan yixilanin halini agacdan yixilan fəhm edər kimi...

Qaldiki agila,Agil eşq kəməndinə əsir olur.Əgər əsir olmasa,o eşq deyil.

Gulun eshqinde bulbul nalan etmelidir
Ashikar deyil naleni punhan etmelidir

#48 AliSadiq

AliSadiq

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 39 сообщений

Отправлено 22 сентября 2010 - 14:49

Məsələn əql deyirki bəs sən bəy sözü vermisən,sözü tutmag vacibdir.Sözü tutmasan hörmətin itəcək,qürurun sarsilacag,rəzil,rüsva olacagsan.

Bunlari bilə-bilə aşiq verdiyi sözdən qaçir,rəzilliyi və rusvayliqi qəbul edir.

P.S bu ona qəbuldur,xoşdur.

Gulun eshqinde bulbul nalan etmelidir
Ashikar deyil naleni punhan etmelidir

#49 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 сентября 2010 - 15:59

Məsələn əql deyirki bəs sən bəy sözü vermisən,sözü tutmag vacibdir.Sözü tutmasan hörmətin itəcək,qürurun sarsilacag,rəzil,rüsva olacagsan.

Bunlari bilə-bilə aşiq verdiyi sözdən qaçir,rəzilliyi və rusvayliqi qəbul edir.

P.S bu ona qəbuldur,xoşdur.

Salam Aleykum qardaş.

Deməli aşıq özü əqli atır arxa plana)) Belə çıxır ki, bil-bilə cəhənnəmin satın alır. Əql insanda Allahın ən gözəl yaratdığıdır. Allaha çatmanın yoludur. Mən bilmirəm siz hansı eşqdən və ya aşiqdən danışırsız. Qəbul edirəm ki, bunları mənim əqlim tam qəbul etmir və ya edə bilmir. Amma bilirəm ki, eşqin də, aşıqın də ən gözəli Allah üçün olanıdır.
Söhbət məxluqa olan sevgidən gedirsə kim deyə bilər ki, mən filankəsi Həzrəti Əli ə.s.-in Fatimeyi-Zəhra ə.s.-i sevdiyindən çox sevirəm? İnanmıram kimsə deməyə curət edə. Rüsvayliq harda, blə gözəl hisslər harda?

Xaliqə olan eşq də ki, daha aydın. qarşımızda 3 əsrlik 14 Məsum (ə.s.) kimi numunəmiz var. Başqa hər şey yalandır. Allah rizası olmayan hər şey puçdur. Allah bizləri nemət verdiyi Kəslərin yoluna yönəltsin və bu yolda sabitqədəm etsin. Amin!

Сообщение отредактировал fidan: 23 сентября 2010 - 10:06

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#50 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 октября 2010 - 10:35

Münacat

İsmin ilə başladım, ey arizular məzhəri!
Ey olan Zatı qəni, ey gəncü-dövlət sərvəri!

Ey səxavət mənbəyi, ey varlığı icad edən
Ey qədim, mülkü fənasız, ey dəyişməz gövhəri!

Ey ümumə lütf edib, şadlıq səfasın bəxş edən!
Ey təbibi-qəlb olan, ey həll edən müşkülləri!

Tövbə qıldı, bir günah etmişdisə qəlbim mənim,
Bilmiş öz səhvü-xətasın, əfvi qıl bu müztəri!

Qibləgahım, olmaram qul Səndən özgə kimsəyə,
Tanrısan, ruzi verənsən, yoxdu Səndən digəri!

Ən böyük bir rütbəyə yüksəldi Səndən qüdrətimiz,
Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri!

Qəlbimi nurunla açdın, nolar ki, açsan nitqimi,
Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri!

Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl,
Şerim ilə zahir olsun gizli hikmət zivəri!

Lütfün əlası-sözün bilməkdədir mənasını,
Həmd qıl, vermiş, Füzuli, Həqq sənə bu gövhəri!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru