Перейти к содержимому


Фотография

Gəlin Quran öyrənək.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 17

#1 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 21 июня 2009 - 21:15

Salamun aleykum.
Bu bölümdə əsasən ayələr veriləcək və müzakirə olunacaq inşəallah.

Изображение

Сообщение отредактировал Mumin: 21 июня 2009 - 21:23


#2 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 21 июня 2009 - 21:27

Quran, Peyğəmbərin (s) əbədi möcüzəsi
Şübhəsiz ki, Quran Peyğəmbərin (s) əbədi möcüzəsidir. Quran, onun (s) peyğəmbərliyinə ən aşkar sübutdur. İlahi qanunlardan təşkil olunan bu kitab iyirmi il ərzində, tədricən, Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən hicrətə qədər olan on iki il ərzində nazil olmuş ayələr “Məkki”, hicrətdən o həzrətin vəfatına qədər Mədinədə və ətraf regionlarda nazil olan ayələr isə “Mədəni” ayələr adlanır. Sonradan Peyğəmbərin (s) göstərişi və dəqiq nəzarəti altında Qurani-kərim bugünkü şəkildə tərtib edilmişdir.
İslamın gəlişindən qabaq bütpərəst, müşrik ərəblər quru, susuz səhralarda yaşamış, tənəzzül, savadsızlıq, mədəniyyətsizlik onların fərdi, ictimai həyatlarına hakim kəsilmişdi. Belə ki, onlar qız uşaqlarını diri-diri torpağa basdırır və bunu özləri üşün iftixar hesab edirdilər. Belə bir şəraitdə Allahın izni ilə möhtəşəm şəxsiyyətə malik bir şəxs ayağa qalxıb zülm, ədalətsizlik, mədəniyyətsizliyə qarşı mübarizəyə başladı və heç bir mədəni səviyyəsi olamayan ərəblərə rifah və səadət bəxş etdi. Keçmiş dinlərin ən kamili olan həmişəyaşar İslam dini qiyamət gününə qədər qüvvədən düşməyəcəkdır. Qurani-kərim isə insanların dünya və axirət səadətini təmin etmək üçün nazil edilmişdir.

Quranın üslub gözəlliyi
Quran, elmi, maddi və mənəvi məzmunundan əlavə ilahi bir möcüzədir. Allah-taala bu müqəddəs kitabda fəsahət və bəlağət (üslubiyyat, bədii sintaksis) fənnində mahir olan Hicaz əhalisini Qurana bənzər bir surə və ya ayə yazmağa dəvət edərək, onları mübarizəyə səsləyirdi. Lakin onlar Quranla qarşılaşa biləcək bir istedada malik deyildilər. Çünki əgər Məkkə müşrikləri (Quranın təklif etdiyi bu mübarizə metoduna) hazır olsaydılar, uzun-uzadı hərbi mübarizə metodundan deyil, sadəcə öz ana dillərində bir “surə” yazmaqla Peyğəmbərə (s) qarşı mübarizəyə qalxardılar. Lakin ərəb ədib və şairləri Quran ayələrini nəzərdən keçirtdikdə onun rəvanlıq, səlistlik və üslub gözəlliyini görmüş, bu ahəngdarlığın insan zəkasının qüdrəti xaricində olduğunu bilmiş və elə bu səbəbdən də Kəbə divarlarına qızıl su ilə və ya Misir parçaları üzərinə yazdıqları (ilin şeri adını almış) nümunəvi şerlərini yığışdırmağa başlamışdılar. Tarixi faktlara görə, dünyanın ən məhşur söz ustaları Quranla bu şəkildə mübarizə aparmağa cəsarət etməmiş və onun ilahi bir möcüzə olduğunu etiraf etmişlər.
Qurani-kərim əbədi, daim işıq saçacaq bir nurdur. O, insanlara “insanlıq”, səadət, azğınlıq bataqlığından çıxış yolunu göstərmişdir. “Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları haqqında müjdə verir!” (İsra, 9).
İslam peyğəmbərinin (s) əbədi möcüzəsi, öz ziyası ilə aləmlərə nur saçan Quran heç zaman təhrif olunmayacaq və ilahi vəhy kimi sabit qalacaqdır: “Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və dəyişiklikdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9).

Quran təhrif olunmayıb
Müsəlmanlar Qurana xüsusi diqqət yetirirlər. Bu da onların müqəddəs kitablarına olan məhəbbətdən, ona bəslədikləri əqidədən irəli gəlir. İslamın erkən çağlarında (ədəbiyyatda) ən çox dəyər fəsahət və bəlağət (üslubiyyat, bədii sintaksis) fənni sayılırdı. Qurani-kərim həm forma, həm də məzmun baxımından ərəblərin cahiliyyət dönəmində söylədikləri şer və xütbələrdən təmamilə fərqlənirdi. Bu kəskin fərqi müşahidə edən müşriklər Qurani sehr adlandırmaqdan başqa bir çarə görmürdülər. Onlar bu yolla insanları Peyğəmbərin (s) ətrafından dağıtmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Quran ayələrinin təsir dairəsi günü-gündən genişlənir, hətta Peyğəmbərə (s) rişxənd edən kafirlər belə gizlində (qaranlıq gecələrdə) onun evinin ətrafına toplaşır və şer sənətinə olan maraqlarını təmin etmək üçün o həzrətin tilavətinə qulaq asırdılar.

Quran oxumaq və onu əzbərləmək
Müsəlmanlar qadın-kişi, böyük-uşaq olmalarına baxmayaraq Quran tilavət edir və ayələri əzbərləyərək təskinlik tapırdılar. Bu səbəbdən Quran yalnız bir yığın insanın əlində deyil, bəlkə bütün müsəlmanların yararlana biləcəyi vəziyyətdə idi. Belə ki, onlar həm namazda, həm də elmi əsaslanmalarda Quran ayələrinə tapınır və onu biri-birlərinə tədris edirdilər. Artıq elə bir vəziyyət yaranmışdır ki, bir çox səhabələr ayənin nazil olmasından bir-iki gün sonra onu əzbər bilirdilər. Digər tərəfdən isə İslam peyğəmbərinin (s) səhabə və tərəfdarlarının böyük bir hissəsi Quranı əzbərləməklə məşğul olduqlarından “Qurra” adı ilə məşhurlaşmışdılar. Onların digər bir hissəsi isə başda Əli ibn Əbu Talib (ə) olmaqla “Vəhy katibləri” (vəhyi yazanlar) adı ilə şöhrət qazanmışdılar. Onlar Peyğəmbərin (s) xüsusi diqqət və nəzarəti altında yeni nazil olmuş ayələri yazır və bir daha yazdıqlarını Peyğəmbərə (s) oxuyurdular. Bu yolla həzrət Peyğəmbər (s) nazil olmuş surə və ayənin düzgün yazılmasına əmın olurdu. Şübhəsiz ki, İslam peyğəmbərinin (s) zamanında əksər surələrə ad verilmiş və o həzrət şəxsən özü hər ayənin, surənin yerini təyin etmişdi. Hətta o zaman “uzun”, “qısa” surələr də bəlli olmuş və hər surənin oxumasının fəziləti açıqlanmışdı. Abdullah ibn Məs`ud, Übəy ibn Kə`b və başqaları dəfələrlə Quranı o həzrətin qarşısında oxumuş və xətm etmişdilər. Bundan başqa, Quran müxtəlif lövhələrə yazılaraq məscidə qoyulur və xalq istənilən şəkildə onlardan faydalanırdı.

Quranın təhrif təhlükəsindən amanda qalmasının səbəbləri
Müxtəlif səbəblərə görə Quran təhrif təhlükəsindən amanda qalmışdır. Belə ki, İslam peyğəmbərinin (s) bu kitabın toplanmasına, qorunmasına göstərdiyi xüsusi diqqət, müsəlmanların ona qarşı dərin sevgi bəsləməsi və Quranın bütün evlərdə, məscidlərdə olması bu səmavi kitabın qorunmasına təminat vermişdir. Qurandan fərqli olaraq, Tövrat min il, İncil isə üç yüz il xalqın ixtiyarında olmamış və uzun müddət sonra toplanmışdır. Amma müsəlmanların dini kitabı, nazil edildiyi vaxtdan indiyə qədər toxunulmaz olaraq qalmış, nə azalmış, nə də çoxalmışdır. Böyük Şiə alimləri tarix boyu Quranın toxunulmazlığını isbat etmişlər. Belə ki, möhtəşəm hədis alimi Şeyx Səduq, məşhur fəqih Şeyx Müfid, Şeyx Tusi, böyük təfsir alimi Şeyx Təbərsi və başqaları Quranın təhrif edilmədiyini sübuta yetirmişlər.
Nəticə: Peyğəmbərin (s) əbədi möcuzəsi olan Quran hər növ təhrifdən amanda qalmış və bu gün əlimizdə olan bu səmavi kitab eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Məsum imamlarımız (ə) da haqqı batildən ayırmaq üçün bu quranı meyar bilmiş, buna müvafiq olmayan məsələləri rədd etmişlər. Onlar bu müqəddəs kitabın öyrənilməsinə, qorunmasına, əzbərlənməsinə, onun göstərişlərinə əməl edilməsinə, ayələrin tilavətinə qulaq asılmasına böyük diqqət yetirmiş və insanların maddi, mənəvi, siyasi, iqtisadi, ictimai problemlərinin həmişəlik həlli yolunu bu kitabın oxunub icra edilməsində görmüşlər.

Сообщение отредактировал Mumin: 21 июня 2009 - 21:28


#3 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 21 июня 2009 - 21:36

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاء وَالأَرْضِ وَلَـكِن كَذَّبُواْ فَأَخَذْنَاهُم بِمَا كَانُواْ يَكْسِبُونَ

“Әgәr şәhәr vә vilаyәtlәrin әhli imаn gәtirib tәqvа yоlunu sеçsәydi, şübhәsiz, göyün vә yеrin bәrәkәt qаpılаrını оnlаrın üzünә аçаrdıq. Аmmа оnlаr (аyәlәrimizi) tәkzib еtdilәr. Biz dә оnlаrı әmәllәrinә görә (әzаbımızlа) yахаlаdıq.”

Əl-Əraf 96
Ayə ilə bağlı fikrilərinizi bildirin.Nazil olma səbəbi?Bu günə mesajı?

Сообщение отредактировал Mumin: 21 июня 2009 - 21:43


#4 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 25 июня 2009 - 22:30

“Bәrәkәt” sözünün cәm fоrmаsı оlаn “bәrәkаt” sözü sаbit vә dаvаmlı bәхşiş mәnаsını bildirir. “Bәrәkәt” sözündә çохluq, хеyir, аrtım mәnаlаrı vаr. Bu söz hәm mаddi, hәm dә mәnәvi şеylәrә аiddir. Ömür, vаr-dövlәt, еlm, kitаb vә bu kimi bаşqа şеylәr bәrәkәt sаyılа bilәr.
Suаl: Әgәr imаn vә tәqvа bәrәkәtin nаzil оlmа sәbәbidirsә, nә üçün müsәlmаn ölkәlәri kаfir ölkәlәrdәn iqtisаdi bахımdаn gеridә qаlmışdır?
Cаvаb: Әvvәlа, hәmin ölkәlәr еlm vә tехnikа bахımındаn tәrәqqi еtmişlәr. Hәmin ölkәlәrdә mәnәvi vә psiхоlоji bахımdаn аrаmlıqdаn sоrаq yохdur. Bu bахımdаn оnlаr dа çәtinlik içindәdirlәr. İkincisi, әksәr müsәlmаn ölkәlәrinin yаlnız аdı İslаm ölkәsidir. Hәmin ölkәlәrin çохundа İslаm qаnunlаrı hаkim dеyildir. Bundаn әlаvә, mаddi rifаh ilаhi qәhr-qәzәb növü dә оlа bilәr. Qurаndа buyurulur: “Аllаhın хәbәrdаrlığını unutduqlаrındаn оnlаrın üzünә bütün qаpılаrı аçdıq ki, mәst оlsunlаr.”
Qurаndа iki dәstәyә münаsibәtdә iki аçılış hаqqındа dаnışılır: Sаlеhlәr üçün bәrәkәtli rifаh; kаfirlәr üçün bәrәkәtsiz rifаh. Çünki nеmәtlәr dаvаmsız vә mәstеdici dә оlа bilәr. Аllаh kаfirlәrә bеlә bir rifаhı vеrmişdir ki, günаh yüklәrini аğırlаşdırаlаr. Оnа görә dә nеmәtә çаtаn kimi sеvinmәk оlmаz. Nеmәt yаlnız möminlәr üçün bәrәkәtdir. Hәmin nеmәtlәr digәrlәri üçün dаvаmsızdır vә ilаhi qәhr-qәzәb vаsitәsidir.
İmаm Sаdiq (ә) buyurmuşdur: “Bәzәn bir bәndә Аllаhdаn nә isә dilәyir. Аllаh оnun duаsını qәbul еdir vә bu dilәyin hәyаtа kеçmәsi üçün vахt tәyin оlunur. Аmmа аz sоnrа bәndә günаhа yоl vеrdiyindәn hәmin istәk qәbul оlunmur.”
Bu аyәnin bаriz nümunәsi hәzrәt Mеhdinin (ә) zühur dövrаnıdır. Rәvаyәtlәrә әsаsәn, hәmin dövrdә göydәn vә yеrdәn bәrәkәt nаzil оlаsıdır.

#5 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 25 июня 2009 - 22:32

1.Cәmiyyәtin imаn gәtirib tәqvа yоlunu sеçmәsi yеtәrincә çәtin işdir.
2. Аllаhın ictimаi lütf vә bәrәkәtlәrini әldә еtmәk üçün fәrdi imаn vә tәqvа bәs еtmir. Cәmiyyәtin әksәriyyәti imаnlı vә tәqvаlı оlduqdа ictimаi bәrәkәtlәr nаzil оlur.
3. İmаn tәklikdә kifаyәt dеyil, tәqvа dа lаzımdır.
4. Cәmiyyәtin mәdәniyyәt vә mәnәviyyаtınа qоyulаn sәrmаyәnin iqtisаdi nәticәlәri dә vаr.
5. İlаhi vәdlәrә ciddi yаnаşаq. İmаn vә tәqvа оlаn yеrdә bәrәkәtin dә nаzil оlmаsı lаbüddür.
6. Çәtinlik zаmаnı qаpını аçmаq vә yа bаğlаmаq Аllаhın iхtiyаrındаdır. Аmmа bütün çәtinliklәr öz әmәllәrimizin nәticәsidir.
7. Sәmаvi dinlәr bәşәriyyәtin iqtisаdi dirçәlişinә dә diqqәtlә yаnаşır.
8. İnsаn fitrәtәn bәrәkәt sоrаğındаdır. Pеyğәmbәrlәr insаnlаrın hәmin istәyindәn ilаhi mәqsәdlәr yоlundа istifаdә еtmişlәr.
9. Bәşәriyyәtin әldә еtdiyi bәrәkәtlәr ilаhi bәrәkәtlәrin cüzi bir hissәsidir.
10. Yеr vә göy bәrәkәt qаynаğıdır.
11. Bәrәkәtin çаtmаsındа göyün rоlu yеrin rоlundаn öndә gәlir.
12. İmаn vә tәqvа bәrәkәtin nаzil оlmа sәbәbidirsә dә, nаzil оlаn hәr nеmәt vә rifаhı imаn vә tәqvа nәticәsi sаymаq оlmаz.
13. Mәhrumiyyәt vә prоblеmlәrimizin sәbәbi öz әmәllәrimizdir.
14. İnаdkаrlıq vә dаvаmlı günаh ilаhi qәhr vә әzаb sәbәbidir.

#6 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 27 июня 2009 - 10:51

Salam aleykə Mumin qardaş!
Sizin bu gördüyünüz iş bəyənilən və təqdirəlayiq işdir.Allah yar və yardımçınız olsun.

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#7 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 27 июня 2009 - 10:58

Allah razi olsun Mumin qardash! Çox gözəl mövzudur.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#8 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 27 июня 2009 - 23:03

Salam aleykə Mumin qardaş!
Sizin bu gördüyünüz iş bəyənilən və təqdirəlayiq işdir.Allah yar və yardımçınız olsun.

Aleykassalam va rahmatullah.
Men kimem ki? :unsure:

#9 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 27 июня 2009 - 23:03

Allah razi olsun Mumin qardash! Çox gözəl mövzudur.

Allah sizdende razi olsun!

#10 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 21 августа 2009 - 10:54

1.Cәmiyyәtin imаn gәtirib tәqvа yоlunu sеçmәsi yеtәrincә çәtin işdir.
2. Аllаhın ictimаi lütf vә bәrәkәtlәrini әldә еtmәk üçün fәrdi imаn vә tәqvа bәs еtmir. Cәmiyyәtin әksәriyyәti imаnlı vә tәqvаlı оlduqdа ictimаi bәrәkәtlәr nаzil оlur.
3. İmаn tәklikdә kifаyәt dеyil, tәqvа dа lаzımdır.
4. Cәmiyyәtin mәdәniyyәt vә mәnәviyyаtınа qоyulаn sәrmаyәnin iqtisаdi nәticәlәri dә vаr.
5. İlаhi vәdlәrә ciddi yаnаşаq. İmаn vә tәqvа оlаn yеrdә bәrәkәtin dә nаzil оlmаsı lаbüddür.
6. Çәtinlik zаmаnı qаpını аçmаq vә yа bаğlаmаq Аllаhın iхtiyаrındаdır. Аmmа bütün çәtinliklәr öz әmәllәrimizin nәticәsidir.
7. Sәmаvi dinlәr bәşәriyyәtin iqtisаdi dirçәlişinә dә diqqәtlә yаnаşır.
8. İnsаn fitrәtәn bәrәkәt sоrаğındаdır. Pеyğәmbәrlәr insаnlаrın hәmin istәyindәn ilаhi mәqsәdlәr yоlundа istifаdә еtmişlәr.
9. Bәşәriyyәtin әldә еtdiyi bәrәkәtlәr ilаhi bәrәkәtlәrin cüzi bir hissәsidir.
10. Yеr vә göy bәrәkәt qаynаğıdır.
11. Bәrәkәtin çаtmаsındа göyün rоlu yеrin rоlundаn öndә gәlir.
12. İmаn vә tәqvа bәrәkәtin nаzil оlmа sәbәbidirsә dә, nаzil оlаn hәr nеmәt vә rifаhı imаn vә tәqvа nәticәsi sаymаq оlmаz.
13. Mәhrumiyyәt vә prоblеmlәrimizin sәbәbi öz әmәllәrimizdir.
14. İnаdkаrlıq vә dаvаmlı günаh ilаhi qәhr vә әzаb sәbәbidir.

Salam aleykum.Onda belə bir nəticəyə gəlmək olar ki,insanın başına nə gəlirsə,hamısı öz əməllərinin nəticəsi olur.Dünya da baş verən fəlakətlər də insanların etdiyi günahlar ucbatındandır.Günah bəla gətirər.Alim olan Allah heç bir şeyi səbəbsiz etmir.
Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.

#11 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 21 августа 2009 - 17:51

Salam aleykum.Onda belə bir nəticəyə gəlmək olar ki,insanın başına nə gəlirsə,hamısı öz əməllərinin nəticəsi olur.Dünya da baş verən fəlakətlər də insanların etdiyi günahlar ucbatındandır.Günah bəla gətirər.Alim olan Allah heç bir şeyi səbəbsiz etmir.


bəli. Allah istədiyini haqqa hidayət edər, istədiyini azdırar ayəsindən də məqsəd budur.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#12 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 28 октября 2009 - 15:58

Bu barede siz hansi nuanslari vurqulaya bilersiniz bu aye esasinda.

#13 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 16 декабря 2009 - 13:15

Salamun aleykum.
Изображение
(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
Novbeti aye Ali Imran suresinin 105-ci ayesidir.
Lutfen nazil olma sebebi haqqinda fikirlerinizi yazin.Elbetde bu movzuda gerek elmli shexsler ishtirak etsin.

Сообщение отредактировал Mumin: 16 декабря 2009 - 13:20


#14 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 16 декабря 2009 - 14:06

Sozsuz ki ayede daha chox chekindirilen ummetler esasen xachperest ve yehudilerin olduqu deyilsede bashqa ayelerden evvelki ummetlerin kimler olduqu anlashilir.
Meselen Hecc suresinin 17-ci ayesine nezer salaq.
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir.
Hecc 17
Yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər

#15 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 14 января 2010 - 12:20

Novbeti ayelerden biri...
Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ
Taha 82
Bu aye beni Israilin hekayesi arasinda yer almishdir.Baxmayaraq ki umumi menada basha dushulur ki bashqa dinlerden ve dinsizler elecede tovbe edib muselmanchiliqi qeblul edib saleh emeller etseler baqishlanma shansi ile mujdelenmishdirler bununla yanashi ayedeki "summahtada"sonra da doğru yolu tutanı qeydinden basha dushulur ki Muselmanchiliqin en kamil zirvesi iman ve saleh emeller ve duz yol olmasi baximindan Peygemberin (s)sunnesi esasinda yaranmish Quran ve Ehlibeyt (as)yoludur.12 imamchi shielikdir.Duz yoldan olan iman ve saleh emele mehz baqishlanma mujdesi verilmishdir.
Sehih hedislerdedir bu Imam Sadiq(as)vasitesi ile neql olunmush hedise ve bashqa sehih hedislere esasen.Meselen seqeleyn hedisi.
Allah hamimizi hidayet etsin duz yola!!!

#16 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 14 марта 2010 - 12:02

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا

Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər.4:60

Сообщение отредактировал Mumin: 14 марта 2010 - 12:06


#17 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 23 марта 2010 - 23:06

Bu ayə haqqında nələr yaza bilərsiniz?

#18 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 27 марта 2010 - 14:23

Gardash ve bacilar,bu gun ele bir shey gormushem ki lap meetel galdim.Bir momin gardashimiz var,Xaricden Gurani Kerim getirib lap mocuzevi bir sheydir.Guran oxumag oyrenmek isteyencun lap eladir.Oz gelemi var, hansi ayenin ustune goyursan erebce guran garisi oxuyur,istesen aye-aye istesende ki,kelme-kelme.Bezi aksesuarlarida var idi,gulagcig,USB shunur.Allah bizede gismet elesin.Bu yaxinlarda o gardash yene gedecek,imkanim olsa deyeceyem getirsin.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru