Перейти к содержимому


Фотография

Şah İsmayıl Xətayi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 июля 2009 - 15:47

Sözünü bir söyləyənin

Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyənin

Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,Söz vardır kəsər savaşı,Söz vardır ağulu aşıBal ilən edər yağ bir söz.

P.S: Şah İsmayılın tarixi bir şəxsiyyət olması barədə "Tarix" bölməsində mövzu var, odur ki burada yalnız onun yaradıcılığı barədə yazmağınızı xahiş edirəm

#2 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 ноября 2009 - 12:20

Gəlib ixlas ilə yola gedənin,
Zərrəcə könlündə güman gərəkməz,
Sil-süpür qəlbini, evin pak eylə,
Möminin aynası duman gərəkməz.

Müsahib, mürəbbi yolda bir kişi,
Dili söylər, amma degildir işi,
Çünki baş etməzsən tutduğun işi,
Ər yükü gövhərdir, saman gərəkməz...

Can Xətaim aydır: düşürdün dərdə,
Zavallı sufidən qalxmayır pərdə,
Gördün ki, bir loğma gəldi bir yerdə
O loğma çik isə yemən gərəkməz.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 ноября 2009 - 12:21

Cahil olan söylər, sözünü bilməz,
Meydana gəlincə özünü bilməz,
Dörd şey vardır cənnət yüzünü görməz,
Bir münkir, münafiq, bir Yezid, qanmaz.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#4 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 ноября 2009 - 12:36

Ey ki, yoxdan bu cahani var edən Pərvərdigar
Yeri qaim gögləri dəvvar edən Pərvərdigar.

"Küntü kənz"in ayəti vəsfində olmuşdur nüzul,
Varlığına "kün fəkan" iqrar edən Pərvərdigar.

Cümləyi-aləmdə sən gündən dəxi zahir, vəli,
Dildə daim adını səttar edən Pərvərdigar.

Möminə məskən qılandır babi-cənnatü nəim,
Kafəri-münkir məqamın nar edən Pərvərdigar.

Cümlə əşyalar gözün dərxab edəndir gecələr,
Gögdə kövkəblər gözün bidar edən Pərvərdigar.

Bir quluni oda yaxub, qıldı fi-nari-səqər,
Bir quluni məhrəmi-əsrar edən Pərvərdigar.

Misr içində Yusifi bir qul ikən sultan edən,
Dərd ilə Yəqubini bimar edən Pərvərdigar.

Yunisi dərya içində yudduran bir baliğə,
Atəşi Ibrahimi gülzar edən Pərvərdigar.

Yağdıran dəryaya gögdən əbri-neysan yağmurun,
Qətrəsindən lölöyi şəhvar edən Pərvərdigar.

Ənbiyalar bəxşinə yazdıran əla mərtəbə,
Müstəfanı cümlədən muxtar edən Pərvərdigar.

On iki məsumi-paki piş edən ümmətlərə,
Mürtəzani heydəri-kərrar edən Pərvərdigar.

Lütfilə əhvalına qılgil Xətainin nəzər,
Eşq içində valehi-didar edən Pərvərdigar.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#5 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 16 декабря 2009 - 09:39

Taki rüxsarindǝn ǝrrǝhman ǝlǝl-ǝrş-istiva,
Hǝm anın şǝnindǝ münzǝl ayǝti-şǝmsül-züha.

Sureyi-Tahavü Yasinü tǝbarǝk hüsnünǝ,
Gör nǝ tǝzim eylǝmişdir hǝq taala rǝbbǝna.

Münfǝildir, tǝlǝtindǝn dǝr fǝlǝk, xurşidü mah,
Şol cǝhǝtdǝn kim, yüzün-nurindǝn almışdır ziya.

Valehü sǝrkǝştǝdir alǝmdǝ ǝhli-mǝrifǝt,
Vǝchinǝ ey gövhǝri-pakizǝyi-ǝrzü sǝma.

Bu Xǝtaidǝn inayǝt kǝsmǝ, ey şahi-kǝrǝm,
Canǝ yetmişdir cǝfadǝn lütf edib qılgil vǝfa.

------------------------------------

Minbǝd ǝgǝr mǝnimlǝ hǝbib olsa aşina,
Mǝn canımı yolunda onun eylǝrǝm fǝda.

Gülgün yüzün xǝyalına düşdü könül yenǝ,
Bǝnzim saraldı dǝrdilǝ, manǝndi-kǝhrǝba.

Darülşǝfayǝ getmǝdiyim candan ötrüdür,
Ey cismimin hǝyatı, lǝbindir mǝnǝ şǝfa.

Çeşmin cǝhanda fitnǝvü aşub göstǝrir,
Hǝrdǝm qiyamǝti qoparır qamǝtin mana.

Yastan Xǝtai, yar eşigin etiqadilǝ,
Şamü sǝhǝr dǝ dövlǝtinǝ eylǝgil dua.

------------------------------------

Vǝchindǝ peydadır sǝnin ǝnvari-zati-kibriya,
Ol yüzǝ qarşuda da şǝrmǝndǝdir şǝmsüz-züha.

Leyli cǝmalından cüda Mǝcnun kimi sǝrkǝştǝyǝm,
Fǝrhad var istǝr könül Şirin dodağından şǝfa.

Cami-müsǝffadǝn mana saqi içirdi bir qǝdǝh,
Sufi nǝ bilsin mǝn ol camdan necǝ buldum sǝfa.

Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir.
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kǝmali-müntǝha.

Mǝn cahilü nadaniyǝm, ol hüsniçün heyraniyǝm,
Ta gǝncikǝn pünhan idim, şimdi gözümdǝn zahira.

Eynülyǝqin hǝqq sirrinǝ idrak edǝn insan idim,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafǝ gǝlgil bihǝya.

Canü cǝhani siz sizin neylǝr Xǝtai xǝstǝdil,
Sǝndǝn müdam ehsan dilǝr, çünki gǝdadır binǝva.

------------------------------------

Zǝrreyi-mehrindǝ daim, ey cǝmali-afitab,
Əbr yüzündǝn götürgil dutmagil mǝndǝn hicab.

Dur dedim yarin köyündǝn, ey rǝqibi-rusiyah,
Xǝstǝ bülbül var ikǝn neylǝr gülüstanda ğürab?

Ey gözü nǝrgiz, yüzü gültǝk, boyu sǝrvi-rǝvan,
Ta ki, sǝndǝn ayrı düşdüm, xǝstǝyǝm halım xǝrab.

Cǝnnǝti-vǝslindǝn ey, canım mǝni dur eylǝmǝ,
Mǝn fǝraqın atǝşindǝn çǝkmişǝm dǝrdü ǝzab.

Bu Xǝtai hǝqqinǝ dayim dutubdur çox ümid.
Aqibǝt rǝhm eylǝ anǝ saǝti-yovmülhesab.

------------------------------------

Gǝldi sürahi mǝclisǝ, rǝf eylǝmiş niqab,
Nur eylǝdi bu mǝclisi-zǝrrinpǝr afitab.

Manǝndi-cami-Xızr nǝbidir misal ilǝn,
Abi-hǝyat içindǝki can bǝxş edǝn şǝrab.

Qül-qül deyǝr mütariyǝ, yǝni di gǝl, di gǝl,
Baş endirir piyalǝyǝ kim, qılma ictinab.

Mǝşuqi-sǝrvqamǝtü mǝhbubi-simtǝn,
Tavusi-rovzǝ cilvǝ qılır, çıxmış ǝz-hicab,

Içmiş şǝrabi-lǝl çü sǝrxoş öpǝr ǝyağ,
Nǝql eylǝmǝkdǝ canü cigǝrdǝn dilǝr kǝbǝb.

Ayineyi-Sikǝndǝrü hǝm cami-Cǝm budur,
Izhar edǝr cahani, qılur şeyxi çün şǝbab.

Hǝr yerdǝ kim, otura Xǝtai, o hurivǝş,
Göydǝ mǝlayik oxuyǝ: "ya leytǝni turab".

------------------------------------

Bu alǝm hüsninǝ heyrandır, ey dust!
Sana bu qönçǝ lǝb xǝndandır, ey dust!

Mǝn ol Yǝqubi-nisbǝt zar buldum,
Cǝmalın Yusifi-Kǝnandır, ey dust!

Hilali qaşını ta gördü çeşmim,
Bu canım eydinǝ qurbandır, ey dust!

Sana bu künfǝkan valeh bulubdur,
Ki, hüsnin surǝti-rǝhmandır, ey dust!

Cǝmalın sǝfhǝsindǝ xǝttü xalın,
Yüzündǝ ayǝti-qurandır, ey dust.

Sǝnin eşqin vücudim şǝhri içrǝ,
Bu könlüm tǝxtinǝ sultandır, ey dust!

Xǝtaiyǝ demişsǝn cövr edim çox,
Yenǝ lütfü yenǝ ehsandır, ey dust!

------------------------------------

Əhli-hǝyatǝ söylǝrǝm, ey hǝyyi-lamǝmat,
Fani cahanda kimsǝyǝ munis deyil hǝyat.

Baqidir ol ki, derlǝr ani vacibǝlvücud,
Fǝrmandır ana mümtǝnat ilǝ mümkinat.

Can bǝxş edǝr, mǝmatǝ lǝbin, ey mǝsihi-dǝm,
Isalǝrin ǝcǝbmi dǝmindǝn bu möcüzat.

Şǝtrǝnc dǝhr içindǝki at oynadan hani?
Tǝqdir beydǝqi anı bir dǝmdǝ qıldı mat.

Çün qul olan qapında görǝr qǝdr sǝltǝnǝt,
Bir qulunam ki, vermişǝm ol qǝdr içün bǝrat.

Yetmǝz Xǝtai zikri-ilahın nüfusinǝ.
Bir zat imiş ki, irmǝz ona zatilǝn sifat.

------------------------------------

Sǝrxoşi-cami-ǝlǝstǝm, ta ǝbǝd hüşyar mǝst,
Mǝsti-Layǝqǝl gǝzǝr, mǝn şǝhr içindǝ ar mǝst,

Sordular mǝndǝn ki, neyçün bidil oldun, mǝn dedim;
Ol sǝbǝbdǝn bidil oldum, dilbǝrü dildar mǝst.

Hǝqqinǝ aşiq olanlar cana şirin qalmasın,
Didara müştaq olanlar, qiblǝsi didar-mǝst.

Hǝr qǝmişdǝn şǝkkǝr olmaz, hǝr tikǝndǝn tazǝ gül,
Hǝr keyikin göbǝyindǝn nafǝyi-tatar mǝst.

Adǝmi oldur ki, onda lütfü hüsnü xülq ola,
Adǝmi demǝ ona kim, cübbǝvü dǝstar mǝst.

Daima istǝr Xǝtai, şah cǝmalın görmǝgǝ,
Şol gǝdayi-alihümmǝt talibi-didar mǝst.

------------------------------------

Bu qǝmzǝ deyil, bǝladır, ey dust,
Bu xǝndǝ deyil, cǝfadır, ey dust.

Şǝkǝr lǝbin ağzıma söyǝrsǝ,
Söymǝk deyil ol, duadır, ey dust.

Yer yüzi hǝvayi-qǝddün ilǝ,
Cǝnnǝt kimi xoşhǝvadır, ey dust.

Dil mürşidinǝ xǝyali-zülfin,
Hǝm xirqǝvü hǝm ǝsadır, ey dust.

Aşiq olalı sana Xǝtai,
"Ba-la" ına mübtǝladır, ey dust.

------------------------------------

Dilbǝra, dǝrdimǝ dǝrman sǝndǝn özgǝ kimsǝ yox,
Hǝm dǝxi könlümdǝ dǝrman, sǝndǝn özgǝ kimsǝ yox.

Hicr evindǝ mǝn kiminlǝ hǝmdǝm oldum, ey sǝnǝm,
Könlümün şǝhrindǝ mehman, sǝndǝn özgǝ kimsǝ yox.

Xızr tǝk zülmǝtdǝ qaldım, bir mǝdǝd qıl tanrıçün,
Tǝşnǝ üçün abi-heyvan sǝndǝn özgǝ kimsǝ yox.

Hǝr nǝ kim, hökm eylǝsǝn, eylǝ mǝnǝ ey eşqi-yar,
Könlümün tǝxtindǝ sultan sǝndǝn özgǝ kimsǝ yox.

Bu Xǝtai xǝstǝnin vergil müradın, ya ilah
Kim, mǝnǝ lütf ilǝ ehsan sǝndǝn özgǝ kimsǝ yox.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru