Əslində,islamda fəzilət,öz şəxsi mülkünün özünün azad idarə etməsi,ailə daxili nizam-intizam və s.baxımdan qadın və kişinin hüquqları bərabərdir.
Fəzilətdə qadının kişi ilə eyni bir məqamda olmasını,Həbibullah Əhmədi, özünün "islamda nümunəvi qadınlar-Fatimə (ə)" kitabında,bir gözəl hədislə gözəl də qeyd edib:
"Yəzid Ənsarinin qızı Əsma qadınların nümayəndəsi kimi Peyğəmbərin (s) hüzuruna gəlib, ərz edir: Sizə özüm, atam-anam fəda, bu mənim və bütün qadınların sözüdür ki, Allah səni kişi və qadınlara məb’us etdi və biz sənin peyğəmbərliyinə, Allahına iman gətirdik. Amma biz evlərdə dustağıq və çox fəzilətlərə əlimiz çatmır. Biz evdə oturub, kişilərin istədiyini ödəyir, sizin üçün övladlar yetiririk. Kişilər isə bizdən üstündür. Çünki onlar cümə, camaat namazlarında iştirak edir, xəstələri yoxlayır, dəfndə olur, həccə gedir, amma biz evdə məhrum otururuq. Kişilər cəbhəyə gedəndə onların mülkünü qoruyan, paltarlarını toxuyan, övladlarını tərbiyə edən bizik. Bəs bizim fəzilət və mükafatımız nədir?
Bu sualın hər bir hissəsi daha geniş bir cavab istəyir. Amma tərcümə ilə kifayətlənməli oluruq. Əsmanın sualının sonunda bir nöqtə diqqəti daha çox cəlb edir. O da budur ki, həmin qadın ad-sandan, şöhrətdən yox, mükafatdan danışır. Hər bir müsəlman qadın üçün Peyğəmbərin (s) cavabı, şəksiz ki, qənaətbəxş olacaqdır.
Sual bitdikdən sonra həzrət Peyğəmbər (s) əvvəlcə ətrafdakılara nəzər saldı və soruşdu: «Qadından öz dini məsələsi haqqında belə gözəl sual eşitmisinizmi?» Cavab verdilər ki, bir qadının belə kamal mərtəbəsinə çata biləcəyini güman etmirdik. Sonra həzrət (s) üzünü həmin qadına tutub buyurdu: «Nümayəndəsi olduğun bütün qadınlara e’lan et ki, ərə yaxşı baxmaq, ona itaət etmək, onun razılığını qazanmaq kişinin bütün fəzilətlərinə bərabərdir». Bu vaxt qadın tam razı və xoşhal vəziyyətdə «La İlahə İlləllah» deyərək Peyğəmbərin (s) hüzurundan mürəxxəs oldu."
Sadəcə olaraq,bu ayədəki qeyd olunan üstünlük,qadının zərif,incə,kişiyə nisbətən həssas,emosional xəlq edilməsi və kişinin bu xislətlərin tam əksi olan,güclü,iradəli,mətin,əzmli yaradılmasına işarədir.
Kişinin bu xislətlərə malik olub,hər hansı qarşıya çıxan maneələri emosialara qapılmadan,ayıq dərrakə və ağıl ilə lazımi qərar verməsində mühüm amildir.
Və yaxud digər bir misal,cihadda,döyüş mövqeyində,baş verən olaylarda (ölüm,təzyiq və s.) kişinin hisslərə qapılmayıb,öz iradəsini toplayıb, lazımi tədbirləri görüb,fəlakətlərin qarşısını alması kişinin
bu kimi hallarda qadından üstünlüyünü göstərir.
Qadın isə gül kimi zərifdir.
Həzrət Əmirəl-möminin Əli (ə) İmam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir:
فَإِنَّ الْمَرْأَةَ رَيْحَانَةٌ وَ لَيْسَتْ بِقَهْرَمَانَة
«Qadın qəhrəman yox, xoşətirli bir güldür» («Nəhcül-bəlağə», 31-ci məktub). Əgər qadın bir gülə bənzədilirsə, deməli onun solmaması üçün ona daha çox qayğı göstərilməli və diqqət yetirilməlidir.
Demokratiya olan ölkələrdə kişilər və qadınlar eyni hüquqa malikdirlər. (islam dinin də isə kşilər qadınlara nisbətən bir dərəcə yuxaridir), sual oluna bilər ki, bərabər hüququn olması düzgündürmü,?
Məsələn, ailədə kişi öz həyat yoldaşını hər hansı bir işə ( zavod fabrik kalxoz məktəb ) getməyə qoymur. Qadın da öz ərinin sözlərinə qulaq asmaq istəmir və ailə də münaqişə yaranır. Göstərilən bu misalda konfliktin baş verməsinə səbəb olan amil nədir?
Demokratiya!
Amma hərənin özünə görə anladığı demokratiya.
Biri demokratiya deyib,azadlığı əldə edib,ətəyini qısaltmaqla,digəri isə toyuna filan qohumunu çağırmayıb,soruşulanda ki,o şəxslə bir incikliyin var,cavabında- yox,sadəcə olaraq demokratiyadir,könlüm istəyəni toyuma çağırıram deməklə demokratiyanı bu anlamda qebul edir.
(k stati həqiqətən olmuş hadisədir)
Bu qadınlar da İslamdakı xanım nümunəsindən bixəbər olub, demokratyia adı ilə nələr-nələr eliyən xanımlara baxıb,onlar da bu arzulara düşürlər.
Bu kimi insanlar unudurlar ki, müsəlman üçün demokratiya Allahın qayda-qanunlarına riayət etməsində,onun qarşısında heç bir maneələrin olmaması deməkdir.
Müsəlman qadını,Həqiqi müsəlman xanımının xislətlərindən xəbərdar olsa,onda bilər ki,bu kimi hallara münaqişə adı verilməyə də bilər.
Əgər xanmın yoldaşı, islam qadına o istəkləri yerinə yetirməkdə icazə verse belə,yenə də qadağa qoyursa,o zaman qadın öz hüquqlarını bilməklə,bu problemlərin həlli yolunu qarşılıqlı müzakirə,məsləhətləşmə və anlaşma ilə əldə edə bilər.