İnsan yalnız kamil qanun və onun düzgün icrası nəticəsində günahdan və pozğunluqdan təmizlənə bilər. Kamil qanun elə bir qanundur ki, insanda olan bütün xüsusiyyətləri nəzərə alıb, onu təkamülə və səadətə çatdırsın. Belə bir qanun ilahi qanundan başqası ola bilməz. Çünki Allah-taala insanın xaliqidir onun bütün maddi və mə’nəvi xüsusiyyətlərindən, eləcə də onu səadətə çatdıran bütün qayda və qanunlardan agahdır. Bu səbəbdən bəşər qanunları cəmiyyətdə günaha şərait yaradan amillərdən biridir. Belə qanunların əksəriyyəti naqis olduğları üçün insanları səadətə yox, bədbəxtliyə tərəf sürükləyir.
İmam Əli (ə) buyurur:
اِنَّما بَدْءُ وُقُوعِ الْفِتَنْ اَهْواءٌ تُتَّبَعُ، وَاَحْكامٌ تُبْتَدَعُ، يُخالَفُ فِيها كِتابُ اللهِ
«Cəmiyyətdə pozğunluğa səbəb olan amillər nəfsani istəklərə tabe olmaq Allahın kitabı ilə ziddiyyətdə olan qondarma qanunlara tabeçilik etməkdir».
Burada bəşər qanunlarından bir neçəsini qısa şəkildə şərh edək:
1. Qadınların hicabının ləğv edilməsi və onlara hədsiz azadlıq vermək.
2. Qisas, hüdud və diyə kimi ilahi qanunların ləğv edilməsi.
3. Kişinin kişi ilə, qadının qadın ilə evlənməsi.
4. Qadına öz ərini boşamaq ixtiyarını vermək.
5. Qızlarla oğlanların bir yerdə təhsil almaları.
6. Evlənmək qanunlarını çətinləşdirmək.
7. Müvəqqəti evlənməyin qadağan edilməsi və razılıqla zinakarlığa icazə verilməsi.
8. Spirtli içkilərin alış-satışına icazə verilməsi.
9. Xüsusiyyətçiliyin ləğvi.
10. Sələm müamiləsinə icazə vermək.
11. «Yaxşı işlərə də’vət etmək və pis işlərdən çəkindirmək» kimi ilahi qanunları qadağan etmək.
12. Kişi müəlliminin qadınlara və qadın müəlliməsinin kişilərə dərs deməsi.
13. Qumarbazlığa icazə vermək.
14. Pornoqrafik şəkillərinin və kinolarının yayılmasına icazə vermək və s.
15. Abort və uşaq saldırmaq.
Bu kimi qanunların cəmiyyətdə olması, cəmiyyəti və insanları əxlaqsızlığa yönəldib onların müxtəlif günahlara düşmələrinə şərait yaradır.
Сообщение отредактировал Hasan_AGA: 12 апреля 2010 - 19:31