Перейти к содержимому


Фотография

Günahşünaslıq


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 45

#1 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 25 июля 2009 - 13:41

Bu mцvzunu aзmağda məqsəd gьnah haqqında bildiklərimi, oxumuqlarımı sizlərlə paylaşmaqdı. İnşaAllah tez-tez bu mцvzuda qısa-qısa məlumatlar verəcəm

GЬNAHIN MƏ’NASI VƏ ONUN NЦVLƏRİ

Gьnah mьxalifət mə’nasınadır. İslam dinində Allah-taalanın əmrinə zidd olan əməllərə gьnah deyilir. Gьnah kiзik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu ьзьn bцyьk sayılır. İslam Peyğəmbəri Həzrəti Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) əbuzərə buyurur:

لا تَنْظُرْ اِلى صِغَرِ الْخَطيئَةِ وَلكِنْ اُنْظُرْ اِلى مَنْ عَصَيْتَهُ

«Etdiyin gьnahın kiзik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaзırdığına bax.»
Qur’anda, eləcə də Peyğəmbərimiz və İmamlarımızın kəlamlarında mьxtəlif ibarələrlə gьnaha işarə olunub ki, onlardan hər biri gьnahın ziyanlarının mьəyyən bir cəhətini aзıqlayır, onun neзə nцv olmasını bildirir. Qur’anda gьnah mə’nasında işlənən kəlmələr aşağıdakılardır:

1. «Zənb» - lьğətdə «ardıcıllıq» mə’nasına-dır.
Dьnya və axirət əzabları insanın gьnaha mьrtəkib olmasından sonra həmin gьnahların ardınca gцndərildiyinə gцrə gьnaha «zənb» deyilir. Bu kəlmə Qur’anda 35 dəfə təkrar olunub.

2. «Mə’siyət» - Allahın əmrindən boyun qaзırmaq, ьsyankarlıq etmək mə’nasınadır. Gьnah insanın Allah-taalanın mьəyyən etdiyi bəndəзilik həddindən зıxdığını bildirir. Bu ifadə Qur’anda 33 dəfə gəlmişdir.

3. «İsm» - sьstlьk etmək, geridə qalmaq və məhrum olmaq mə’nasında işlənir. Bu kəlmənin gьnah mə’nasında işlənməsi onu gцstərir ki, gьnahkar heз vaxt цzьnь bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. İsm kəlməsi də Qur’anda 48 dəfə təkrar olunub.

4. «Səyyiə» - Bu sцz insana qəm-qьssə gətirən pis əməllərə deyilir. ərəb dilində səyyiə sцzь xoşbəxtlik mə’nasını verən həsənə sцzьnьn antonimi-əksidir. Bu ifadə də Qur’anda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kцkьndən olub, pis mə’nasını daşıyan «su’u» sцzь də Qur’anda 44 dəfə gəlmişdir.

5. «Cьrm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alзaq mə’nasını da daşıyır. Cərimə və cəraim sцzləri də bu kцkdən ayrılmışdır. İnsanı цz hədəfindən, həqiqətdən, səadətdən və bir sцzlə təkamьldən saxlayan əməllərə «cьrm» deyilir.

6. «Haram» - Qadağan olunmaq mə’nasını verir. Məsələn: Haram sцzьndən alınmış və hacılara məxsus geyim nцvь olan «ehram» paltarı (insanın həcc və ьmrə əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda mьharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında mьharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin цzьnə məxsus ehtiramı olduğu ьзьn ona Məscidьl-haram adı verilmişdir. Elə buna gцrə də kafirlərin onun iзinə daxil olması qadağandır. Bu ifadə Qur’anda 75 dəfə təkrar olunub.

7. «Xətiiə» - Adətən, insanın ixtiyarsız halda mьrtəkib olduğu gьnahlara deyilir. Lakin bə’zi vaxtlar, o cьmlədən «Bəqərə» surəsinin 81-ci və «əlhaqqə» surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə bцyьk gьnahlar mə’nasında işlənmişdir. əslində isə xətiiə sцzь gьnah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Qur’anda 22 dəfə rast gəlirik.

8. «Fisq» - əslində xurma dənəsinin qabıqdan зıxmasına deyilir. Bu kəlmənin gьnah mə’nasında işlənməsi insanın gьnah edərkən Allaha bəndəзilik və itaətdən xaric olmasına işarədir. Gьnahkar insan цz əməli ilə Allahın əmrini pozur və Onun hцrmətinə xələl gətirir. Bu kəlmə ilə Qur’anda 53 dəfə gьnaha işarə olunmuşdur.

9. «Fəsad»- İnsanın həyatda normal vəziyyətdən зıxmasına deyilir ki, insanın fitri iste’dadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sцzь Qur’anda 50 dəfə gəlmişdir.

10. «Fьcur»- İnsanın abır, həya və mə’nəviyyat pərdələrinin parзalanmasına deyilir ki, bunun da nəticəsi rьsvayзılıqdan başqa bir şey deyildir. Bu sцz Qur’anda 6 dəfə təkrar olunub.

11. «Mьnkər» - İnkar sцzьndən olub uyğunlaşmayan mə’nasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə gцrə gьnaha mьnkər deyilir. Adətən, bu sцz «nəhy əz mьnkər» (başqalarını pis işlərdən зəkindirmək) ьnvanında işlənir. Qur’anda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar.

12. «Fahişə» - Pisliyində heз kəs şьbhə etməyən nalayiq sцzlərə və pis əmələrə deyilir. Bə’zi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu sцz Qur’anda 24 dəfə təkrar olunub.

13. «Şərr»- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi mьqabilində xeyir sцzьdьr ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmзinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan gьnaha şərr deyilir. Bu kəlmə зox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bə’zi yerlərdə gьnaha şərr deyilir. O cьmlədən Qur’ani-kərimin «Zilzal» surəsinin 8-ci ayəsində «şərrən» ifadəsi gьnah məqsədini bildirmək ьзьn işlədilmişdir.

14. «Ləməm» Gьnaha yaxınlaşmaq mə’nasınadır. Eləcə də «az» mə’nasını da daşıyır. Bu səbəbdən də kiзik gьnahlara «ləməm» deyilir. Bu kəlmə Qur’anda təkcə bir yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir.

15. «Vizr»- Ağırlıq mə’nasınadır. Vəzir hцkumətin ağır işlərini цhdəsinə gцtьrən şəxsə deyilir. Gьnahkar insan цz gьnahları ilə, ağır bir yьkь цz ьzərinə gцtьrьr. (Mə’lumdur ki, bə’zi insanlar bunu цz təcrьbələrində mьşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sцzь Qur’anda 26 dəfə gəlmişdir. Qur’anın bə’zi ayələrində yenə də ağırlıq mə’nasını verən «siql» sцzь də gьnah mə’nasında işlənib. «ənkəbut» surəsinin 13-cь ayəsi bu nьmunədən biridir.

16. «Hins» - əslində batil və qəbahətli sayılan işlərə meylli olmaq mə’nasını verir. Lakin sцz verdikdən sonra əməl etməməyə də hins deyilir. İnsanın dinə, цz sцzьnə əməl etməməsi, əhdinə vəfasız зıxması bцyьk gьnahlardan sayılır. Bu kəlmə Qur’anda iki dəfə gəlmişdir.
Saydığımız bu 16 ifadənin hər biri gьnahın zərərli tə’sirlərindən yalnız mьəyyən bir hissəsini aзıqlayır və insanları bu işlərdən uzaqlaşmağa зağırır.

Сообщение отредактировал Hasan_AGA: 25 июля 2009 - 13:47

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#2 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 29 июля 2009 - 10:45

GÜNAHIN NÖVLƏRİ

İslam alimləri, günahları iki növə bölmüşlər:
1. Böyük günahlar (kəbirə);
2. Kiçik günahlar (səğirə).

Bu bölgüdə alimlərimiz, Qur’andan və mə’sum imamlarımızın kəlamlarından bəhrələnmişlər. «Nisa» surəsinin 31-ci ayəsində Allah-taala buyurur:

اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيّئاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلاً كَرِيماً

«Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq.»

«Kəhf» surəsinin 49-cu ayəsində oxuyuruq:

وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمِينَ مُشْفِقِينَ مِمّا فِيهِ وَيَقُولُونَ يا وَيْلَتَنا ما لِهذا اَلْكِتابِ لا يُغادِرُ صَغِيرَة وَلا كَبِيرَةً اِلاّ اَحْصاها

«(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!»

Yenə də Allah-taala «Nəcm» surəsinin 32-ci ayəsində buyurur:

الَّذينَ يَجْتَنِبُونَ كَبائِرَ الاِْثْمِ وَالْفَواحِشَ

«O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan, çirkin əməllərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!»

«Şura» surəsinin 37-ci ayəsində də oxuyuruq:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onu) bağışlayarlar.»

Nəhayət «Nisa» surəsinin 48-ci ayəsində buyurur:

اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ وَيَغْفِرُ ما دوُنَ ذلِكَ لِمَنْ يَشاءُ وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدِ افْتَرى اِثْماً عَظِيماً

«Həqiqətən Allah, Ona şərik qoşmağı bağışlamaz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur».
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#3 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 29 июля 2009 - 19:20

salam əlekuma allah razi olsun yaxsi movzudu.Məhəmməd peygəmbər (s)buyurub; Az günah etsən ölüm sənə asan olar.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#4 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 29 июля 2009 - 19:26

Ali İmran ,ayə 31;(Ey peyğəmbər !) "De:əgər Allahi sevirsinizsə ,mənə tabe olun ki,Allah da sizi sevsin və günahlarinizi bağişlasin.Allah bağişliyan və mehribandir".
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#5 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 13 августа 2009 - 07:58

salam əlekuma allah razi olsun yaxsi movzudu.Məhəmməd peygəmbər (s)buyurub; Az günah etsən ölüm sənə asan olar.

VaAleykuma asSalam bacı!Allah (s.t.) cümləmizdən razı olsun, inşaAllah!Mövzuda aktivlik göstərdiyiniz üçün təşəkkürlər:)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#6 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 13 августа 2009 - 08:00

HƏDİSLƏRDƏ DEYİLƏN GЬNAHIN NЦVLƏRİNİ NƏZƏRDƏN KEЗİRƏK

Mə’sum imamlarımızdan nəql olunan bir зox hədislər də bцyьk və kiзik gьnahları izah edir.
«Ьsuli-kafi» kitabının «Babul-kəbair» hissəsində 24 hədis ancaq bu mцvzudan bəhs edir. Bu bцlmənin birinci və ikinci hədislərində bцyьk sayılan (kəbirə) gьnahlar haqqında qeyd edilib: Bцyьk gьnahlar Allahın onlara cəhənnəm atəşini vacib etdiyi gьnahlara deyilir. «Babul-kəbair» bцlməsinin 3-cь və 7-ci hədislərində yeddi gьnah bцyьk gьnahlar hesab edilmişdir. Lakin 24-cь hədisdə 19 gьnah bцyьk gьnah sayılır. Bu hədislərin hamısına bir yerdə nəzər salsaq, gьnahın bцyьk və kiзik olaraq iki yerə bцlьnməsini anlayarıq. Baxmayaraq ki, hər bir gьnah Allahın əmri ilə ziddiyyətdə olduğu ьзьn bцyьk sayılmalıdır. Lakin bu məsələ kiзik gьnahların da olmasını e’tiraf etmir. Зьnki gьnahları, onların zərər və ziyanlarına gцrə цlзьrlər. Yə’ni bцyьk gьnahlar kiзik gьnahlarla mьqayisədə daha zərərverici tə’sirlərə malikdir.

Сообщение отредактировал Hasan_AGA: 13 августа 2009 - 08:02

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#7 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 30 августа 2009 - 22:02

salam əlekuma allah razi olsun yaxsi movzudu.Məhəmməd peygəmbər (s)buyurub; Az günah etsən ölüm sənə asan olar.

VaAleykuma asSalam bacı!Allah (s.t.) cümləmizdən razı olsun, inşaAllah!Mövzuda aktivlik göstərdiyiniz üçün təşəkkürlər:)

cox sagolun qardas insallah amin.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#8 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 30 августа 2009 - 22:05

Həzrət Əli (ə) buyurub; Günahdan çəkinən şəxs , yaxşi iş görən şəxs kimidir .
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#9 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 02 сентября 2009 - 23:06

BÖYÜK GÜNAHLAR

İMAM SADİQ (Ə)-IN HƏDİSİNDƏN


İmam Kazim (əleyhissalam) buyurur: əmr ibni Übeyd (İslam alimlərindən biri idi) İmam Sadiq (əleyhis-salamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?
O dedi: Qur’anda bu günahların sayını bilmək istəyirəm.
İmam buyurdu: Bəli, ey əmr (eşit):

1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-taala buyurmuşdur:
وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة َ
«Hər kəs Allaha özünə şərik qoşsa Allah behişti ona haram edər.» (“Nisa”, 72)

2.
Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:
Necə ki, Allah-taala buyurmuşdur:
اِنَّهُ لا يَيْأَسُ مِنْ رَوْحِ اللهِ اِلاّ الْقَوْمُ الْكافِرُون َ
«Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.» (“Yusif”, 78)

3.
Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-taala Qur’anda buyurur:
فَلا يَأْمَنُ مِنْ مَكْرِ اللهِ اِلاّ الْقَوْمُ الْخاسِروُنَ
«Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar». (“Ə’raf”, 99)

4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-taala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır.

5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-taala buyurur:
وَمَنْ يَقْتُلُ مُؤمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فِيها وَغَضِبَ اللهُ عَلَيهِ وَلَعَنَهُ وَاَعَدَّ لَهُ عَذاباً عَظِيماً
«Hər kəs bir mö’mini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lə’nətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.» (“Nisa”, 93)

6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-taala buyurur:
اِنَّ الَّذِينَ يَرْمُونَ الُْمحصَناتِ الْغافِلاتِ الْمؤْمِناتِ لُعِنُوا فِي الدُّنْيا وَالاْخِرَةِ وَلَهُمْ عَذابٌ عَظِيمٌ
«Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lə’nətə gəlmişlər». (“Nur”, 23)

7. Yetimlərin malını yemək: Qur’anda belə şəxslərin haqqında oxuyuruq:
اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَوْنَ سَعِيراً
«Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar». (“Nisa, 10)

8.
Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-taala buyurur:
وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذ دُبُرَهُ اِلاّ مُتَحَرِّفاً لِقِتال اَوْ مُتَحَيّزاً اِلى فِئَة باءً بَغَضَب مِنَ اللهِ وَمَأْواهُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ
«Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!» (“Ənfal”, 16)

9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-taala buyurur:
الَّذِينَ يَأْكُلُونَ الرِّبا لا يَقُومُونَ اِلاّ كَما يَقُومَ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطانُ مِنَ الْمَسّ
«Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar». (“Bəqərə”, 277)

10. Sehr və cadu etmək. Qur’anda sehr haqqında belə oxuyuruq:
وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَراهُ مالَهُ فِي الاْخِرَةِ مِنْ خَلاق
«Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.» (“Bəqərə”, 102)

11. Zina. Belə ki, Allah-taala buyurmuşdur:
وَمَنْ يَفْعَلْ ذلِكَ يَلْقَ آثاماً يُضاعَفْ لَهُ الْعَذابُ يَوْمَ الْقِيامَةِ وَيَخْلُدْ فِيهِ مُهاناً
«Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar, və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar». (“Furqan”, 68-69)

12.
Günah üçün yalandan and içmək. Rəbbimiz buyurur:
الَّذِينَ يَشْتَروُنَ بِعَهْدِ اللهِ وَاَيْمانِهِمْ ثَمَناً قَلِيلاً اُلئِكَ لا خَلاقَ لَهُمْ فِي الاْخِرَةِ
«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!». (Ali-imran, 77)

13. Müharibə zamanı müsəlmanların ələ keçirdiyi qənimətə xəyanət etmək. (Ona görə ki, bu qənimət orada iştirak edən müsəlmanların arasında bölüşdürülməlidir.) «Ali-imran» surəsinin 161-ci ayəsində oxuyuruq:

وَمَنْ يَغْلُلْ يَأْتِ بِما غَلَّ يَوْمَ الْقِيامَةِ

«Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!»

14. Vacib olan zəkatı verməkdən boyun qaçırmaq.

Allah-taala buyurur:

يَوْمَ يُحْمى عَلَيْها فِي نارِ جَهَنَّمَ فَتُكْوى بِها جِباهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ

«Cəhənnəm odunda qızaran bu qızıl-gümüş ilə onların alnı, böyrü, beli dağlanan gün onlara deyəcəklər: «özünüzə yığdığınızdan dadın!». (“Tövbə”, 35)

15.
Yalandan şəhadət vermək və habelə özünün şahid olmasını inkar etmək (yə’ni əgər bir şəxs müəyyən bir hadisənin şahidi olubsa, məhkəmə zamanı özünün şahid olmasını inkar etmək). Bu barədə Qur’anda oxuyuruq:

وَمَنْ يَكْتُمْها فَاِنَّهُ آثِمٌ قَلْبُهُ

«Hər kəs gördüyünü (məhkəmə zamanı) gizlətsə onun qəlbi günahkardır». (“Bəqərə”, 283)

16.
«Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» («Maidə» surəsi ayə 90 bu mətləbə işarə olunmuşdur.)

17.
Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri, o cümlədən namazı tərk etmək. Çünki islam Peyğəmbəri Həzrəti Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur:

مَنَْ تَرَكَ الصَّلاةً مُتَعَمِّداً فَقَدْ بَرِئَ مِنْ ذِمَّةِ اللهِ وَذِمَّةِ رَسُولِ الله:

«Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin əhd-peymanından bizar olmuşdur.»

18-19.
Əhdə vəfa qılmamaq və yaxın qohum-əqrəba ilə rabitəni kəsmək. Allah-taala «Furqan» surəsinin 25-ci ayəsində bu məsələlər haqqında buyurur:

اُولئِكَ لَهُمُ الَّعْنَةُ وَلَهُمْ سُوءُ الدّارِ

«Onlar (əhdə vəfa qılmayanlar və qohumluq rabitəsini pozanlar) üçün lə’nət olsun və onların axirətdə yeri çox pisdir».

Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda əmr ibn Übeyd imamın sözlərinin tə’sirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:

هَلَكَ مَنْ قالَ بِرَأْيِه وَنازَعَكُمْ فِي الْفَضْلِ وَالْعِلْمِ

«Həlak olsun o şəxs ki elmi olmadan nəzər verə; və həlak olsun o şəxslər ki, siz imamlarla elm və fəzilətdə üzbəüz dura» (yə’ni həlak olsun sizin düşmənləriniz).
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#10 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 02 сентября 2009 - 23:14

Imam Əli (ə) buyurub; Özgunahlarindan başka heç nədən qorxma, öz Rəbbindən başka heç kəsə ümid bağlama !
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#11 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 28 сентября 2009 - 18:22

BÖYÜK VƏ KİÇİK GÜNAHLARIN ƏLAMƏTLƏRİ

Din alimləri arasında böyük və kiçik günahların əlamətləri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onlardan bə’ziləri aşağıda qeyd edilən beş me’yarı günahların böyük olmasının tə’yin edilməsində əsas bilirlər:

1. Hər bir günah ki, Qur’anda onun üçün əzab və’dəsi verilmişdir.

2. Hər bir günah ki, müqəddəs islam dinində onun barəsində ciddi xəbərdarlıq edilib və cəza tədbirləri (hədd) tə’yin olunmuşdur. Məsələn şərab içməyin cəzası şallaqdır.

3. İslam dininə e’tinasızlıq məqsədilə edilən günahlar.

4. Qəti dəlillərlə böyük günah olması sübuta yetən günahlar.

5. Hər bir günah ki, Qur’anda və yaxud 14 mə’sumun hədislərində onu edən şəxs şiddətli əzabla təhdid olunub.

Böyük günahların sayına gəldikdə isə alimlərdən bə’zisi onları 7 ədəd, bə’zisi 10 ədəd, başqaları 20 ədəd, daha bir dəstə 34 ədəd və nəhayət bə’zi alimlər onların sayını 40 ədəd hesab etmişlər. Alimlərimizin arasında olan bu müxtəlif nəzəriyyələr Qur’an və hədislərdən götürülmüşdür. Çünki böyük günahların hamısı da dərəcə cəhətindən eyni deyillər.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#12 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 31 января 2010 - 21:59

İMAM XOMEYNİNİN BÖYÜK GÜNAHLAR HAQQINDA NƏZƏRİYYƏSİ

Mərhum İmam Xomeyni özünün «Təhrirül-vəsilə» kitabında yazır:

Böyük günahlar bunlardır:

1. Qur’anda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu və’dəsi verilsin.

2. Müqəddəs islam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun.

3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun.

4. İnsanda olan sağlam ağıl, bir günahın böyük günah olmasını təsdiqləsin.

5. İlahi qayda və qanunlara əməl edən müsəlmanların zehnində belə fikir olsa ki, filan günah böyük günahdır.

6. Peyğəmbərimiz və yaxud İmamlarımız tərəfindən çatan hədislərdə bir günah böyük günah sayılsın.

Müəllif sözünün davamında belə yazır: Böyük günahlar çoxdur. Onlardan bə’zisi isə bunlardır:

1. Allahın rəhmətindən məyus olmaq;

2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək;

3. Allahın, Onun Peyğəmbərinin və yaxud İmamlarımızın adından yalan demək;

4. Nahaqdan bir adamı öldürmək;

5. Ata və ananın üzünə ağ olmaq;

6. Zülm etməklə bir yetimin malını mənimsəmək;

7. İsmətli bir qadına zina ittihamını vurmaq;

8. Düşmənlə mübarizə (cihad) meydanından qaçmaq;

9. Yaxın qohum-əqrəbalarla rabitəni kəsmək;

10. Sehr və cadu etmək;

11. Zina; (qadınla kəbinsiz cinsi əlaqədə olmaq);

12. Həmcinsbazlıq (kişinin kişi, qadının qadın ilə əlaqədə olması);

13. Oğurluq;

14. Yalandan and içmək;

15. Şəhadət verməyin vacib olduğu yerlərdə, boyun qaçırmaq;

16. Yalandan məhkəmədə şəhadət vermək;

17. Əhdə vəfa qılmamaq;

18. Ölünün vəsiyyətinə əməl etməmək;

19. Şərab içmək;

20. Faiz yemək (sələmçilik);

21. Haram mal yemək;

22. Qumarbazlıq;

23. Qan və yaxud meytə (özü ölən, heyvan) ətini yemək;

24. Donuz əti yemək;

25. Şəriət qayda və qanunları ilə kəsilməmiş heyvan ətini yemək; (Lakin çarəsizlik üzündən yemək istisna olunur).

26. Az satmaq (Müştərini tərəzidə aldatmaq);

27. Dinini qorumaqda təhlükə ilə üzləşəcəyi bir yerə köçmək;

28. Zalıma kömək etmək;

29. Zalım bir şəxsə arxalanmaq;

30. Başqalarının haqqını bilərəkdən və üzrlü səbəb olmadan özündə saxlamaq;

31. Yalan danışmaq;

32. Özünü başqalarından böyük saymaq;

33. İsraf etmək;

34. Xəyanət etmək;

35. Başqalarının qeybətini qırmaq;

36. Söz gəzdirmək (ara vurmaq məqsədilə);

37. Faydasız işlərlə məşğul olmaq;

38. «Həcc» fərizəsini yüngül saymaq;

39. Namazı tərk etmək;

40. Zəkat verməmək;

41. Kiçik günahı təkrarlamaq.

Böyük günahların arasında Allaha şərik qoşmaq, Allah-taalanın buyurduğu qayda və qanunları inkar etmək və Peyğəmbərimiz və İmamlarımızla düşmənçilik ən böyük günahlar sayılırlar.

Sadaladığımız günahlar böyük günahların bir qismi idi. Həmçinin Qur’ana, Peyğəmbərə, İmamlarımıza və müqəddəs Kə’bə evinə nalayiq sözlər demək də böyük günahlardan sayılır.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#13 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 февраля 2010 - 21:51

GÜNAHLARIN DAHA BİR QİSMİ

İmam Əli (ələyhissəlam) buyurur:

اِنَّ الذُّنُوبَ ثَلاثَةٌ... فَذَنْبٌ مَغْفُورٌ وَذَنْبٌ غَيْرُ مَغْفُورٌ وَذَنْبٌ نَرْجُو لِصاحِبِهِ وَنَخافُ عَلَيْهِ

O günahlar üç qrupdur:

1. Bağışlanan günahlar.

2. Bağışlanmyan günahlar.

3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır.

Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mö’min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın).

Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-taala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#14 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 февраля 2010 - 21:52

KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA ÇEVRİLMƏSİ

Kiçik günahların bə’zi hallarda böyük günaha çevrilməsininin Qur’an ayələri və hədislərdən izahı:

1. Kiçik bir günahı dəfələrlə təkrarlamaq.

Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.

Allah-taala «Ali-imran» surəsinin 135-ci ayəsində buyurur:

«(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər».

İmam Baqir (ələyhissəlam) bu ayənin açıqlamasında belə buyurur: Günaha israr etməyin mə’nası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın. İmam Əli (ələyhissəlam) bu barədə buyurur:

اِيّاكَ وَالاْصْرارَ فَاِنَّهُ مِنْ اَكْبَرِ الْكبائِرِ وَاَعْظَمِ الْجَرائِمِ

«Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur».
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#15 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 февраля 2010 - 21:55

İNSAN GƏRƏK KİÇİK GÜNAHLARDAN QAFİL OLMASIN

İmam Sadiq (ələyhissəlam) öz hədislərinin birində buyurur:

İslam Peyğəmbəri öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər öz səhabələrindən çör-çöp yığmaqlarını istədi.

«Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə xitab etdilər. Peyğəmbər buyurdu: Gedin və bacardığınız qədər yığın.

Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin hüzuruna gətirdilər. Peyğəmbər bu səhnəni gördükdə buyurdu:

هكَذا تَجْتَمِعُ الذُّنُوبُ

«Günahlar da bu cür bir-birinin üstünə cəmləşir».

Sonra o həzrət buyurdu:

اِيّاكُمْ وَالُْمحَقَّراتِ مِنَ الذُّنُوبِ

«Kiçik günahlardan qorunun. Çünki onların hamısı (Allah mələkləri tərəfindən) yazılıb saxlanılır».

Başqa bir hədisdə İmam Sadiq (ələyhissəlam) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.

2. Günahı yüngül saymaq.

Hər bir kiçik günahı yüngül saymaq o günahı böyük günaha çevirir. Mətləbin daha aydınlaşması üçün aşağıdakı misala diqqət yetirin: Böyük bir daş parçasını başqasının başına vuran şəxs etdiyi işdən peşman olduğu halda, vurulan adamdan üzr istəsə, onun bağışlanması mümkündür. Əksinə əgər bir şəxs kiçik bir qum dənəsini başqasının başına vurduqdan sonra öz işindən peşman olmasa və nəticədə vurulan adamdan üzr istəməsə, onun bu əməlinə e’tiraz etdikdə isə bu işin çox kiçik olmasını dəlil gətirsə, daha vurulan şəxs onu heç vaxt bağışlamaz. Çünki onun bu sözü onda olan eqaistlik əhval-ruhiyyəsindən xəbər verir. Yə’ni vuran şəxs həddindən artıq özündən razıdır. Buna görə də günah işlədir. Bu barədə İmamlarımızdan nəql olunan bir neçə hədisə diqqət yetirək:

1. İmam Həsən əskəri (ələyhissəlam) buyurur:

مِنَ الذُّنُوبِ الَّتِي لا يَغْفَرُ: لَيْتَنِي لا أُآخَذُ بِهذا

Bağışlanmayan günahlardan biri də budur ki, insan (günah edən zaman) belə deyə: Kaş ki, Allahım bu günahdan başqasını görə məni cəzalandırmasın[3].

Bu söz onun etdiyi günahı yüngül saymasını göstərir.

2. İmam əli (ələyhissəlam) buyurur:

اَشَدُّ الذُّنُوبِ مَا اسْتَهانَ بِهِ صاحِبُهُ

«Ən böyük günahlardan biri də odur ki, günah edən şəxs onu yüngül saysın.»

3. Zeyd Şəhham deyir: İmam Sadiq (ələyhissəlam)-ın hüzurunda ikən o həzrət belə buyurdu:

اِتَّقُوا الُْمحَقَرَّاتِ مِنَ الذُّنُوبث فَاِنَّها لا تُغْفَرُ

«Kiçik günahlardan qorun (onları yüngül sayma)! Çünki onlara bulaşanlar bağışlanmazlar». Ərz etdim:

Kiçik günah hansı günaha deyilir?

İmam buyurdu:

اَلرَّجُلُ يَذْنِبُ الذَّنْبَ فَيَقُولُ طُوبى لِي لَوْ لضمْ يَكُنْ لِي غَيْرُ ذلِكَ

«Bir şəxs günah etdikdən sonra belə deyə: əgər bu günahdan başqa bir günahım olmasa, onda xoş mənim halıma».

4. Dördüncü hədisi dördüncü imam həzrəti Səccad (ələyhissəlam)-dan nəql edirik. O Həzrət dua edərkən öz Allahına belə ərz edir:

اَللّهُمَّ اَعوُذُ بِكَ مِن... الاْصْرارِ عَلَى الْمَأْثَمِ وَاِسْتِصْغارِ الْمَعْصِيَةِ

«Ey mənim Rəbbim! Günahlara israr etməkdən və günahları yüngül saymaqdan Sənə pənah gətirirəm (özün mənə bu iki şeydən çəkinməkdə kömək ol).»

3. Günah edən zaman şad olmaq.

Kiçik bir günahdan ləzzət almaq və günah edən zaman şadlanmaq, o günahın böyük günah kimi hesablanmasına gətirib çıxarır. Nəticədə günahın axirət əzabı da artır.

Bu haqda da Mə’sum Peyğəmbərimiz və İmamlarımızın müqəddəs kəlamlarından bir neçəsini araşdırırıq. Həzrət Əli (ələyhissəlam) buyurur:

شَرُّ الاَْشْرارِ مَنْ تَبَهَجَّ بِالشَّرِ

«Pis iş etdikdə şadlanan kəs ən pis insandır».[4]

Yenə o həzrət buyurur:

مَنْ تَلَذّذَ بِمَعاصِي اللهِ ذُلَّ

«Allaha qarşı günah etməkdən ləzzət alan insan xar və zəlil olar.[5]

Ayrı bir hədisdə İmam Səccad (əleyhis-səlam) belə buyurur:

اِيّاكَ وَاِبْتهاجَ الذَّنْبِ فَاِنَّهُ اَعْظَمُ مِنْ رُكُوبِهِ

«Günah edən zaman şadlanmağın (mənfi) tə’siri günahın özündən çoxdur.[6]

Başqa bir hədisdə o həzrət buyurur:

«Günahın çətin axirət əzabı onun şirinliyini məhv edir».[7]

Sonra o həzrət buyurur:

لا خَيْرَ فِي لَذَّة مِنْ بَعْدِهَا النّارُ

«Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur.»

Axırıncı hədis Peyğəmbər Həzrətlərindəndir. O həzrət buyurur:

مَنْ اَذْنَبَ ذَنْباً وَهُوَ ضاحِكٌ دَخَلَ النّارَ وَهُوَ باكٌ

«Gülə-gülə günah edən şəxs, ağlayan halda da cəhənnəmə daxil olar.»

4. Azğınlıq səbəbindən günah etmək.

Günahın azğınlıqla edilməsi onun böyük günaha çevrilməsinə səbəb olur.

Bu haqda «Naziat» surəsinin 37-38-ci ayələrində oxuyuruq:

وَاَمّا مَنْ طَغى وَآثَرَ الْحَياةَ الدُّنْيا فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَأوى

«Azğınlıq (tüğyan) edən və dünya həyatını axirətdən üstün tutan şəxsin yeri şübhəsiz ki, cəhənnəmdir».

5. Allahın insana verdiyi möhlətdən qürurlanmaq.

Bə’zi vaxtlar günahkar insan Allahın ona verdiyi möhləti və onun cəzasını tə’xirə salmasını, Allahın ondan razı qalması kimi başa düşür. Kçik günahların böyük olmasının səbəblərindən biri də elə budur. «Mücadilə» surəsinin 8-ci ayəsində Allah-təala buyurur:

وَيَقُولُونَ فِي اَنْفُسِهِمْ لَوْلا يُعذِّبُنَا اللهُ بِما نَقُولُ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَها فَبِئْسَ الْمَصِيرُ

«Kafirlər öz-özlərinə deyərlər: «Dediklərimizə görə Allah bizi nə üçün əzaba uğratmadı? Cəhənnəmə vasil olacaqları onlara bəs eləyər. Onların gedəcəkləri o yer necədə pis yerdir!».

Bu ayədə Allah möhlətinə məğrur olanlara cəhənnəm və’dəsi verilmişdir.

6. Günahı aşkarda etmək.

Kiçik günahı aşkarda etmək həmin günahın böyük günaha çevrilməsinə gətirib çıxarır. Ona görə ki, bu iş həm günahkar şəxsin Allah qarşısında qorxmamazlığından xəbər verir, həm də cəmiyyətdə günahın əxlaqi dəyərləri məhv etməsinə səbəb olur. Bunun nəticəsində isə günah etmək adi bir işə çevrilir. Həzrət Əli (ələyhissəlam) bu barədə buyurur:

اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ

«Aşkarda günah etməkdən çəkin. Çünki bu iş ən böyük günahlardan biridir.»[8]

Bu haqda başqa bir hədisdə imam Rza (ələyhissəlam) buyurur:

اَلْمُسْتَتِرُ بِالْحَسَنَةِ يَعْدِلُ سَبْعِينَ حَسَنَةً، وَالْمُذِيعُ بِالسَّيِّئَةِ مَخْذُولٌ

«Yaxşı işini camaatdan gizlədən şəxsin savabı 70 bərabərdir. Aşkarda günah edən şəxs isə xalq arasında xar olacaqdır».

7. Böyük şəxsiyyətlərin günahı.

Cəmiyyətdə nüfuzlu şəxsiyyətlərin günahları adi adamların etdikləri günahlardan fərqlidir. Ona görə ki, adlı-sanlı adamların şəxsiyyəti iki cəhətdən formalaşıb:

1. Fərdi cəhət.

2. İctimai cəhət.

İctimai nüfuza malik olduqları üçün onların günah etməsi cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradıb, ətrafdakıları pis yola çəkə bilər. Adi bir nümunəyə diqqət edək: əgər bir adam başqasının əlindən çirkli bir suyu alıb içər və xəstələnərsə, burada suyu verən şəxsi yox, onu içən təqsirləndirilir. Amma əgər bir şəxs çox gözəl xarici görünüşü olan bir dondurmanı alıb yesə və zəhərlənsə, burada dondurmanı istehsal edən zavod günahlandırılır. Çünki bu zavoddan dondurmanın aşağı keyfiyyətdə istehsalı gözlənilmir. Böyük şəxsiyyətlər də belədir. Camaat onlardan günah hərəkət gözləmirlər. Elə buna görə də onların günahı adi camaatın günahları ilə fərqlidir və bağışlanılmazdır.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#16 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 февраля 2010 - 21:56

QUR’ANDA BÖYÜK ŞƏXSİYYƏTLƏRİN GÜNAHLARININ TƏSVİRİ

«Haqqə» surəsinin 44-48-ci ayələrində Allah-taala buyurur:

وَلَو، تَقَوَّلَ عَلَيْنا بَعْضَ الاَْقاوِيلِ ـ لاَخَذْنا مِنْهُ بِالَْيمِينِ ـ ثُمَّ لَقَطَعْنا مِنْهُ الْوَتِين ـ فَما مِنْكُمْ مِنْ اَحَد حاجِزينَ

«Əgər Peyğəmbər demədiyimiz bə’zi sözləri Bizim adımıza yalandan çıxarsaydı, əvvəlcə onun gücünü alıb, sonra şah damarını kəsərdik. Və heç biriniz onu qoruya bilməzdiniz».

Allahın dinini təhrif edən və din hökmlərini dəyişdirən şəxslər tarixdə çoxdur. Lakin Allah-taala onların heç birinə «Əgər bu işlərdən görsən, boyun damarını vurarıq» deyə xitab etməyib. Amma Peyğəmbərə bu cür xitab edir, çünki o, çox böyük bir şəxsiyyətdir. Əgər o, günah edərsə, onun günahı da böyük sayılar. Deməli, insanın elmi və dini şəxsiyyəti nə qədər yüksəkdirsə, o qədər də məs’uliyyəti ağırdır.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#17 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 февраля 2010 - 21:59

QUR’ANDA FASİQ ALİMLƏRİN AQİBƏTİ

Qur’anda öz elminə əməl etməyən alimlər ulağa və itə oxşadılıb. «Ə’raf» surəsinin 176-cı ayəsində Allah-taala günahkar alimin (Bəl’əmi-baura) haqqında belə oxuyuruq:

فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ اِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ اَوْ تَتْرِكْهُ يَلْهَثْ

«Bu adamın itə oxşarı var: Onu qovsan da, sakit buraxsan da dilini çıxardıb elə hey ləhləyir».

«Cümə» surəsinin 5-ci ayəsində də oxuyuruq:

مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْراهَ ثُمَّ لَمْ يَحْمِلُوها كَمَثَلِ الْحِمارِ يَحْمِلُ اَسْفارا

«Tövratın hökmlərinə mükəlləf olub ona əməl etməyən şəxslər belində kitablar daşıyan ulağa bənzəyirlər».

«Əhzab» surəsinin 30-cu ayəsində isə Peyğəmbərin zövcələrinin günah etmələri haqqında belə buyurulur:

يا نِساءَ النِّبِّي مَنْ يَأْتِ مِنْكُنَّ بِفاحِشَة مُبَيَّنَة يُضاعَفْ لَهَا الْعَذابُ ضِعْفِيْنِ

«Ey Peyğəmbərin zövcələri, sizlərdən hər biriniz aşkarda günah etsə, onun əzabı iki qat olacaqdır». Peyğəmbərin arvadları cəmiyyətdə adlı-sanlı şəxslər olduqları üçün onların etdikləri günahın əzabı da artıqdır. Ayədə günahın aşkar edilməsinin vurğu ilə qeyd olunması aşkarda edilən günahın cəmiyyətə mənfi tə’siri ilə bağlıdır.

Rəvayət olunub ki, bir kəs imam Səccad (ələyhissəlm)-ın yanına gəlib ərz etdi:

اِنَّكُمْ اَهْلُ بَيْتٌ مَغْفُوراٌ لَهُ

«Siz Əhli-Beyt Allahın bağışladığı şəxslərindənsiniz».

Həzrət bu sözdən narahat olub o şəxsin cavabında dedi:

«Sənin dediyin kimi deyil. Bizlərdən hər birimiz yaxşı iş görsə, ikiqat savabı var. Günah işə mürtəkib də olsa, onun iki qat əzabı var!»

Sonra O həzrət «əhzab» surəsinin 30 və 31-ci ayələrini oxudu.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#18 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 23 февраля 2010 - 22:29

HƏDİSLƏRDƏ BÖYÜK ŞƏXSİYYƏTLƏRİN GÜNAH ETMƏSİ BARƏDƏ

1. İmam Sadiq (ələyhissəlam) söhbətlərinin birində buyurur:

يُغْفَرُ لِلْجاهِلِ سَبْعُونَ ذَنْباً قَبْلَ اَنْ يُغْفَرَ لِلْعالِمِ ذَنْبٌ واحِدٌ

«Qiyamət günü alimin bir günahı bağışlanana qədər cahil şəxsin 70 günahı bağışlanar».

2. İslam Peyğəmbəri buyurur: Din alimləri və rəhbər şəxslər pis yola çəkildikdə, camaat da pis yola çəkilər.» O həzrət başqa bir hədisdə belə buyurdu: «Ümmətimin içərisindəki seçilən xüsusi adamlar düz yola gəlməsələr, camaat da düz yola gəlməyəcək.» Sual etdilər:

«Sənin ümmətinin xüsusi adamları kimlərdir?»

Həzrət cavabında buyurdu:

خَواصُّ اُمَّتِي اَرْبَعَةٌ: اَلْمُلُوكُ وَالْعُلَماءُ وَالْعُبّادُ وَالتُّجّارُ

Ümmətimin xüsusi adamları dörddür:

1. Padşahlar.

2. Alimlər.

3. Abidlər.

4. Tacirlər.


Bu kəlamın daha çox izah edilməsini xahiş etdikdə Peyğəmbər buyurdu:

«Padşahlar xalqın çobanlarıdır. Çoban özü canavar olsa qoyunlar nə cür ot yeyə bilərlər? Habelə alimlər camaaatın təbibləridir. Onlar özləri sağlam olmasalar, xalqı necə sağalda bilərlər? Allahın abid bəndələri xalqa düzgün yol göstərən şəxslər hesab olunurlar. Yol göstərənin özü yoldan azdığı halda, yol gedənlərə düz yol göstərə bilməz. Və nəhayət, tacirlər xalqın əmin şəxsləridirlər. Əmin şəxs xəyanət edərsə, kimə ümid bəsləmək olar!»


3. İslam Peyğəmbəri başqa bir hədisdə buyurur:

«Allah-taala qiyamət günü üç şəxslə söhbət etməz, onlara nəzər salmaz, onların günahından keçməz və onları çətin əzaba düçar edər:

Zinakar qoca, zalım padşah və özünü hamıdan üstün bilən yoxsul şəxs.»

4. İmam Sadiq (ələyhissəlam) Şəqrani adlı bir səhabəsinə belə buyurdu:

«Ey Şəqrani! Hər bir şəxsin yaxşılıq etməsi yaxşıdır, lakin sənin yaxşılıq etməyin daha yaxşıdır, çünki sən bizdənsən (yə’ni bizim səhabələrimizdənsən) və adi insanların pislik etməsi pisdir. Səndən isə görünən pislik daha pisdir, çünki sən bizdənsən.»

5. İmam Əli (ələyhissəlam) buyurur:

زَلَّةُ الْعالِمِ تُفْسِدُ الْعَوالِمَ

«Alimin düz yoldan çıxması bütün aləmi korlayar».

O həzrət başqa bir hədisində belə buyurur:

زَلَّةُ الْعالِمِ كَاِنْكِسارث السَّفِينَةِ تُفْرَقُ وَتُفْرَقُ مَعَها غَيْرُها

«Alimin düz yoldan sapması gəminin dənizdə sınması kimidir. Bu halda gəminin həm özü batar, həm də daşıdığı sərnişinləri batırar».

Deməli, camaata rəhbərlik edənlərin, nüfuzlu şəxsiyyətlərin, alimlərin, yazıçıların, böyük təşkilatların, qocaların və seyyidlərin Allah-taala qarşısında məs’uliyyətləri daha ağırdır.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#19 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 23 февраля 2010 - 22:36

ƏSAS GÜNAHLAR

Qocalıq və zəifliyin müxtəlif xəstəliklərə müqəddimə (şərait) yaratdığı kimi, bə’zi günahlar da başqa günahların yaranmasına səbəb olur. Məsələn:

1. Həsəd aparmaq.

Həsəd insanı xəyanət, böhtan, yalan, qətl və bu kimi başqa günahlara vadar edir. İmam Sadiq (ələyhissəlam) bu haqda buyurur:

اِنَّ الْحَسَدَ يَأْكُلُ الاِْيمانَ كَما تَأْكُلُ النَّارُ الْحَطَبَ

«Odun çör-çöpü yandırdığı kimi, həsəd də insanın imanını məhv edir».

Həqiqətən də belədir. Həsəd edən insan öz rəqibinin əleyhinə bir iş görmək üçün bütün işlərə əl atır.

2. Paxıllıq və hərislik.

İnsanda paxıllıq öz malının xumsunu və zəkatını verməməyə, yoxsullara kömək etməməyə və başqa günahlara səbəb olur. Camaat da belə şəxslərin paxıllıq və hərisliyindən narahat olur, onların haqqında bədgüman olur və pis fikirlərə düşürlər. Bu isə yeni bir günahın yaranmasına gətirib çıxarır.

İmam əli (ələyhissəlam) buyurur:

اَلْبُخْلُ جامِعٌ لِمساوي الْعُيُوبِ وَهُوَ زِمامٌ يُقادُ بِهِ اِلى كُلِّ سُوء

«Paxıllıq bütün pislikləri özündə cəmləşdirib. O elə bir vəsilədir ki, bütün çirkin işləri özünə cəzb edir. Hərislik də paxıllıq kimi bir neçə günahın bünövrəsini təşkil edir. Məsələn: Çəkidə az satmaq, möhtəkirlik, baha satmaq, rüşvətxorluq, yaltaqlıq və bu kimi çirkin əməllər hərisliyin (dünya malına hədsiz məhəbbət bəsləməyin) nəticələridir.

3. Yalan.

İnsan yalan danışmaqla özünün bütün günahlarını təsdiq edir. Deməli, yalan elə bir günahdır ki, onun vasitəsilə insanlar yüzlərlə günah edirlər. İmam Həsən əskəri (ələyhissəlam) buyurur:

جُعَلَتِ الْخَبائِثُ كُلُّها فِي بَيْت وجُعِلَ مِفْتاحُها الْكِذْبُ

«Bütün günahların bir otağa yığılmağını fərz etsək, yalan o otağın açarıdır.»

4. Qəzəbli və əxlaqsız olmaq.

İnsanda olan qəzəb söyüş söymək, qeybət etmək, düşmənçilik yaratmaq və bu kimi günahlara səbəb olur. İmam Həsən əskəri (ələyhissəlam) buyurur:

اَلْغَضَبُ مِفْتاحُ كُلِّ شَرٍّك

(Həddini aşan) qəzəb hər bir pisliyin açarıdır.

Bədgümanlıq, haram mal yemək, şərab içmək, çaxnaşma yaratmaq, qorxaqlıq, təkəbbür və bu kimi günahlar da başqa günahlara bünövrə sayılırlar. Kitabın həcminin kiçikliyini nəzərə alaraq onları şərh vermirik.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#20 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 23 февраля 2010 - 22:40

GÜNAHLARI TANIMAĞIN DAHA BİR YOLU

Qur’anda 18 qrup şəxslərə, etdiyi günahlardan ötrü lə’nət göndərilib.

«Lə’n» sözü əslində rəhmətdən uzaqlaşdırmaq mə’nasını verir, lakin qəzəblə birlikdə olsa.

Allahın rəhməti bütün şeylərə şamil olur. Belə ki, «Ə’raf» surəsinin 152-ci ayəsində buyurur:

وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَـْيء

«Və Mənim rəhmətim bütün şeyləri əhatə edib».

Lakin buna baxmayaraq, bə’zi insanlar özlərinin pis və yaramaz əməllərinin nəticəsində elə bir məqama çatırlar ki, (okeanın ortasında qalan, lakin içinə bir damla su da keçməyən top kimi) Allahın rəhmət dəryasında onlara rəhmət nəsib olmur.

Qur’anda lə’nətlənmiş şəxslər bunlardır:

Kafirlər və müşriklər, inadkar yəhudilər (haqqı inkar edib bütpərəstlərlə saziş etdiklərinə görə), mürtədlər, hiyləgər qanun pozanlar, əhd-peyman pozanlar, haqqı gizlədənlər, kafir şahlar (yer üzündə fəsad törətdiklərinə görə), iki üzlü münafiqlər, qatillər, iblisə, itaət edənlər ismətli qadınlara böhtan atanlar, düzgün yol tutan dövlət rəhbərləri ilə müxalifət edənlər, yalan şayiə yayanlar, qəlbləri, niyyətləri pak olmayan şəxslər və yalan danışanlar.


Peyğəmbərimizin və İmamlarımızın hədislərində də bə’zi şəxslərə lə’nət göndərilib. Məsələn: Səmavi kitabları təhrif edib dəyişdirən və ona başqa şeylər artıranlara;

Allahın qəza və qədərini qəbul etməyənlərə;

Peyğəmbərimizin əhli-Beytinə hörmətsizlik edənlərə;

Ön cəbhədə vuruşan əsgərlərə göndərilən yardımı mənimsəyənlərə;

Camaatı yaxşı işlərə, hidayət yoluna də’vət edib özü bu işləri etməyən yaxud camaatı pis işlərdən çəkindirib, özü isə pis işlə məşğul olan adamlara.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#21 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 23 февраля 2010 - 22:45

ƏQL VƏ NADANLIQ QOŞUNU

Bir məşhur hədisdə əql və nadanlıq qoşununa ünvanlanmış günahlardan bəhs olunur. Bu hədisin əvvəlində belə oxuyuruq: Səmaət ibni Mehran deyir: Səhabələrdən bir neçəsi İmam Sadiq (ələyhissəlam)-ın hüzurunda idilər. əql və nadanlıqdan söz düşdü. İmam Sadiq (ələyhissəlam) buyurdu: əql və onun qoşununu, eləcə də nadanlığı və onun qoşununu tanıyın, düz yola hidayət olun.

Səmaət deyir: İmam Sadiq (ə) əvvəlcə əql və nadanlıq məfhumunu izah etdi. Sonra isə onların hər birinə aid 75 xüsusiyyətdən bəhs etdi. Axırda belə buyurdu: Peyğəmbərlər, onların canişinləri və bütün həqiqi mö’minlər əql qoşununa malikdirlər.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#22 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 23 февраля 2010 - 22:53

XƏBƏRDARLIQ

İslam dinində müxtəlif ibarələrlə insanlar günahdan çəkindiriliblər. Qur’anda bə’zi günahlar haqqında «onu etməyin» cümləsi ilə rastlaşırıq, məsələn. «Nisa» surəsinin 6-cı ayəsində buyurulur:

وَلا تَأْكلُوها اِسْرافاً

«İsrafkarlıqla onların (yetimlərin) malını yeyib dağıtmayın!»

Günahlardan bə’zisinin haqqında isə «ondan uzaqlaşın» əmri gəlmişdir. Allah-taala «Nəhl» surəsinin 36-cı ayəsində buyurur:

وَاجْتَنِبُوا الطّاغوتَ

«Şeytandan (tağutdan) uzaq olun!»

Günahların bə’zisindən isə «ona yaxınlaşmayın» cümləsi ilə çəkindirilmişdir. «ə’nam» surəsinin 151-ci ayəsində belə oxuyuruq:

وَلا تَقْرَبُوا الْفَواحِشَ ما ظَهَرَ مِنْها وَما بَطَنَ

«Pis işlərə yaxın durmayın, istər gizli olsun, istərsə aşkarda».

«Onu etməyin» cümləsi ilə «ona yaxın durmayın» cümləsi günah haqqında iki cür xəbərdarlıqdır. Məsələn, neft haqqında deyirik: «Ona kibrit vurmayın», amma benzinin haqqında «kibriti ona yaxınlaşdırmayın» ifadəsini işlədirik. Çünki benzinin xətəri neftin xətərindən qat-qat çoxdur və kibritin benzinə yaxınlaşması da təhlükə yarada bilər.

Zina etmək, yetimin malını yemək, kafirlərin (müsəlmanların səngəri olan) Məscidül-hərama daxil olmaları kimi günahlar benzinlə kibritin yaxınlaşması kimidir. Bu günahları etmək haqqında fikirləşmək belə təhlükəlidir. Qur’anda bu günahlar haqqında «ona yaxınlaşmayın» ifadəsi işlədilmişdir.

Kafirlərin Məscidül-hərama daxil olmaları haqqında belə buyurulur:

فَلا يَقْرَبُوا الْمَسْجِدِ الْحَرامِ

«Kafirlər Məscidül-hərama yaxınlaşmamalıdırlar!»
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#23 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 февраля 2010 - 21:10

İNSANIN GÜNAHLA BAĞLI TƏ’RİFİ

1. İnsanda bə’zi xislətlər vardır ki, onları tanıyıb onlardan düzgün şəkildə istifadə etmək lazımdır. İmam Əli (ə) buyurur:

«Allah-taala mələklərə ancaq əql verdi (onlar həmişə Allaha ibadətlə məşğuldurlar), heyvanlara isə ancaq qəzəb və şəhvət verdi.

وَشَرَّفَ الاِْنْسانَ بِاعْطاء الْجَميعِ

Amma insana onların hamısını (əql, şəhvət, qəzə:whistling: bağışlayıb, onu şərəfli bir məxluq etdi.»

Əgər insan öz əqlinin istəklərini yerinə yetirsə, onun Allah yanında mə’nəvi məqamı mələklərdən də üstün olacaqdır, çünki insanda qəzəb və şəhvət olduğu halda, əqlinin dediklərini yerinə yetirib; yox əgər qəzəb və şəhvətinin istəklərinə tabe olsa, onda heyvanlardan da aşağı səviyyədə olar, çünki o, ağlı olan halda qəzəb və şəhvətin istəklərini yerinə yetirib. Qur’anda öz əqlini bir yana qoyub ancaq heyvani qərizələrdən bəhrələnən insanlar haqqında belə oxuyuruq:

اُولئِكَ كَالاَْنْعامِ بَلْ هُمْ اَضَلُّ سَبِيلاً

«Heyvan kimi şeydir onlar, yox heyvandan da betərdilər, doğru yoldan daha uzaq düşüblər». (“Ə’raf”, 179)

2. Din alimlərinin dediklərinə əsasən, insanda üç qüvvə vardır ki, günaha zəmin yaradır.

a) Şəhvət qüvvəsi. -Bu qüvvədən düzgün şəkildə istifadə olmazsa,- insanı fəsada və çirkab bataqlığına tərəf yönəldib onu batırar.

b ) Qəzəb qüvvəsi. Bu qüvvə insanın qəzəblənməsinə səbəbdir. -Qarşısı alınmazsa-, insanı başqalarına zülm, təcavüz və əziyyət etməyə vadar edər.

v) Vəhşiyyə qüvvəsi. Bu qüvvə insanı özünü uca tutmaq, bütün şeyləri özü üçün istəmək, başqalarının hüququna təcavüz etmək və bu kimi günahlara yönəldir. Günahların mahiyyəti, yaranma səbəbləri haqqında bir az fikirləşsək, onda görərik ki, onların (hamısı da olmasa) çox hissəsi bu üç qüvvədən bəhrələnir. Bu üç qüvvə insanın vücudunda zəruridir. Lakin əgər onlardan düzgün istifadə olunmasa, istənilən qədər günahların meydana gəlməsinə zəmin yaradacaqlar. Mətləbin daha da aydınlaşması üçün bu misala diqqət yetirin:

Çayın suyu bağlar və əkin sahələri üçün həyat rəmzidir. Əgər çayın qarşısında bir bənd düzəldilsə və çayın suyu o bəndə yığılsa, bu halda suyun heç bir zərəri yoxdur. əksinə suya ehtiyac olan zaman ondan istifadə edəcəyik. Amma əgər çayın qarşısında bənd düzəldilməsə, şübhəsiz, sel gələndə bütün evlərə, bağlara və əkin sahələrinə ziyan vuracaqdır. İnsan da belədir. Qəzəb qüvvəsi onun üçün lazımdır ki, özünü qoruya bilsin. Eləcə də şəhvət qüvvəsi təbii istəklərə cavab vermək və nəsil artırmaq üçün lazımdır. Lakin bu iki lazımlı qüvvə öz hədlərini aşsa və onlardan, düzgün istifadə olunmasa, cəmiyyətdə çoxlu cinayətlər və cinsi əxlaqsızlıqlara səbəb olacaqlar.

Nəticə:

Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək. Qeyd etmək lazımdır ki, bu kimi qərizələri narmal hala salıb adiləşdirməyin əhəmiyyətini digər iş və xarakterlərin formalaşmasında da görürük.

Сообщение отредактировал Hasan_AGA: 26 февраля 2010 - 21:11

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#24 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 февраля 2010 - 21:13

QƏLBİ SAĞLAM SAXLAMAQ

Qur’anda və çoxlu hədislərdə insanın qəlbindən danışılmışdır. Qəlb dərk edici hisslərin, idrak qüvvənin mərkəzidir. Yaxşı işlər sağlam qəlbdən, əksinə pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etmək və günahlardan qorunmaqla yanaşı, öz qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. Qur’anda 132 dəfə «qəlb» sözü işlənmişdir. Çoxlu ayələrdə kafirlər, münafiqlər (iki üzlülər) və günahkarların qəlbi möhürlənmiş, xəstə, həddən ziyadə (mənfi mə’nada) yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir.

«Qəlb» barədə söz çoxdur. Lakin bu mətləbi qeyd etmək istəyirik ki, qəlbimizi təmiz saxlamalıyıq, çünki İmam Sadiq (ə) buyurur:

ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ...


İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir:

1. Şeytanın vəsvəsə etdiyi yer.

2.
Mələklərin daxil olduğu hissə. Ona görə Allah-taala buyurur: «Allah mö’minlərə ruhun vasitəsi ilə (bir mələyin adıdır) kömək etdi».
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#25 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 февраля 2010 - 21:15

YAXŞI VƏ PİS NİYYƏT HAQQINDA

Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. Çünki çirkin bulaqdan axan su, çirkin olacaqdır. Bu vaxt suyu təmizləmək istəsək, gərək bulağın suyunu saflaşdıraq. İslam Peyğəmbəri (s) buyurur:

نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ

«Mö’minin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür»

Bu hədisin izahında çoxlu nəzərlər vardır. Lakin düzgün nəzər budur ki, insanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.

Mö’min şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.

İmam Sadiq (ə) buyurur:

«Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir».

Sonra o həzrət bu ayəni oxudu.

قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ

«De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür».


Bəhsimizin davamında yemək, dost, mühit və bu kimi amillərin insanın fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd edəcəyik. Məsələn: Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq.

İslam dinində yalnız xalis və pak niyyətlə görülən işlər Allah dərgahında qəbul olunur. İslam Peyğəmbəri (s) bu barədə buyurur:

اِنَّ الله لا يَقْبَلُ عَمَلاً فِيهِ مِثْقالَ ذَرَّة مِنْ رِيا

«Allah-taala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir».


Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Mö’min bir şəxs yaxşı işi niyyət edib amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir savab yazılar (fikrin savabı); və əgər o işi yerinə yetirərsə, on bərabər savab yazılar. Lakin pis işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır»
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#26 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 16:50

MƏHƏBBƏT VƏ ƏDAVƏTİ SAFLAŞDIRMAQ

İnsanın yaxşı və ya pis əməl sahibi olmasının səbəblərindən biri də məhəbbət və ədavət hissləridir. Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:

وَهَلِ الاْيمانُ اِلاّ الْحُبُّ وَالْبُغْضُ

«Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil».

Deməli, insandakı bu iki xüsusiyyət islam dininin qayda və qanunları əsasında formalaşmalıdır (yə’ni islamın əmr etdiyi şeylərə məhəbbət bəsləməli və çəkindirdiyi əməllərdən nifrətlə uzaqlaşmaq lazımdır). Mətləbin daha da aydın olması üçün aşağıdakı misallara diqqət yetirin:

Evində oturmuş bir şəxs evinə pişik gəldiyini görür. Gələn pişik onun aldığı yarım kilo əti götürüb qaçır. Bu vaxt həmin şəxs qəlbində əti yemək istəyi olduğu üçün pişiyin ardına düşür. Lakin pişiyin küçəyə çıxdığını gördükdə daha onu qovmaq fikrikdən dönür və evinə qayıdır. Ona görə ki, onun yarım kilo ətə olan istəyinin həddi bura qədər idi.

Başqa bir misal. Tülkü hinə girib toyuqlardan birini oğurlayır. Ev sahibi tülkünü hətta küçədə də tə’qib edir, lakin tülkü çöllüyə üz qoyduqda, bu şəxs öz fikrindən yayınır. Deməli onun bir toyuğa olan istəyi bura kimi idi.

Üçüncü misal: Canavar bir şəxsin tövləsindən bir qoyunu oğurlayır. O, evindən tutmuş çöllüyə qədər canavarın ardına düşür. Amma canavarın gözdən itdiyini gördükdə daha özünə zəhmət vermək istəmir. Bu da onun bir qoyuna olan istəyini göstərir.

Amma yırtıcı bir heyvan körpə uşağını oğurlasa, onun gecəsi-gündüzü olmur. Bütün yerləri axtarır. Hətta uşağının ölüsünü tapmaq üçün də çalışır. Bu da məhəbbətin digər bir dərəcəsidir.

Bu misallarla insanda məhəbbət, nifrət və onun dərəcələri, insanın həyatında nə qədər tə’sirli olması daha çox aydınlaşır. Çünki insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. İslam dini də məhəbbət və nifrətin insanın gördüyü işlərdə yüksək tə’sir qoyduğu üçün onların öz qanunları əsasında formalaşmasına çalışır.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#27 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 16:53

DÜŞÜNCƏ SAĞLAMLIĞI

İnsanın gördüyü işlərə daha bir səbəb onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verər. Əksinə pis dünyagörüşün nəticəsi də zay məhsul olar. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:

تِلْكَ الدّارُ الاْخِرةِ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوّاً فِي الاَْرْشِ وَلا فَساداً وَالْعاقِبَةُ لِلْمُتَّقينَ

«Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər, gözəl aqibət də təqvalılara məxsusdur.»

Bu ayəni izah etmək istəsək, lovğalıq və fitnə-fəsad törətməyin haqqında fikirləşməyin belə günah olduğunu görərik.

İmam Əli (ə) buyurur:

«Hər kəs öz ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə, (və bunu özünə fəxr bilsə) bu ayə o kəsə şamildir».


O həzrət başqa bir hədisdə buyurur:

مَنْ كَثُرَ فِكْرَهُ فِي الْمَعاصِي دَعَتْهُ اِلَيْها

«Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər».

Bu barədə İsa peyğəmbər (ə) «Həvariyyun» adlanan səhabələrinə belə buyurur:

وَاَنَا آمُرُكُمْ اَنْ لا تُحَدِّثُوا اَنْفُسَكُمْ بِالزِّنا فَضلاً مِنْ اَنْ تَزْنُوا...


«Mən sizə əmr edirəm ki, ruhunuz da belə zinadan uzaq olsun (zina fikri etməyin), nəinki zina edəsiniz». Çünki öz fikrini zina etmək fikri ilə bulaşdıran şəxs rəngli bir otaqda od yandıran bir şəxs kimidir. Belə ki, odun hisi otağın divarlarını qaraldacaqdır.

Yə’ni günah haqqında fikirləşmək insanın fikir mərkəzini bulaşdırır. Bu halda o, Allaha ibadət nuruna deyil, günahın qaranlığına daha yaxındır.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#28 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 04 апреля 2010 - 20:17

GÜNAHA ZƏMİN YARADAN AMİLLƏR

«Günahları tanımaq» bəhsində ən mühüm mövzulardan biri, günaha zəmin yaradan işlərin araşdırılması mövzusudur. Alimlər deyirlər ki, insan şəxsiyyətinin formalaşmasında başlıca amillərdən biri onda olan qabiliyyətdir.

Günahdan uzaqlaşmaq istəyən kəs əvvəlcə günaha zəmin yaradan səbəbləri tanıyıb onların inkişafına mane olmalıdır. Necə ki, vitamin çatışmamazlığı ilə üzləşən insan bədəni müxtəlif mikroblar qarşısında müqavimət göstərə bilməyib, cürbəcür xəstəliklərə mə’ruz qalır. Bu vaxt xəstəlikləri müalicə etmək üçün bədəni lazım olan vitaminlərlə tə’min etmək lazımdır. Deməli, bu yolda həm günaha zəmin yaradan amilləri, həm də onları məhv etməyin yollarını bilməliyik. Günaha səbəb olan amilləri araşdırdıqda görürük ki, hər biri bir növ günaha zəmin yaradırlar. Biz isə burada onlardan ən əhəmiyyətli olanlarını araşdırmağa çalışacağıq.

Bu amillər aşağıdakılardır:

1. Günahın mədəniyyət və tərbiyə ilə bağlı amilləri.

2. Ailə mühiti ilə bağlı amillər.

3. İqtisadi məsələlərlə bağlı amillər.

4. İctimai mühitlə bağlı amillər.

5. Psixi cəhətlərlə bağlı amillər.

Сообщение отредактировал Hasan_AGA: 04 апреля 2010 - 20:21

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#29 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 04 апреля 2010 - 20:25

GÜNAHIN MƏDƏNİYYƏT VƏ TƏRBİYƏ İLƏ BAĞLI AMİLLƏRİ NADANLIQ

Günaha səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, yaranışdan olan hədəfə, günahın zərərli tə’sirinə və bu kimi şeylərə qarşı nadan olmaq insanı günaha tərəf yönəldir. Məsələn, tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir, lakin savadlı bir həkim heç vaxt bu işi görmür.

Cahiliyyət dövründə də (islam dinindən qabaqkı dövrə cahiliyyət dövrü deyilir) insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu cahillik səbəbindən və nadanlıq nəticəsində baş verirdi. Mətləbin aydınlaşması üçün aşağıdakı ayələrə diqqət yetirin:

1. «Ə’raf» surəsinin 138-ci ayəsində oxuyuruq:

قالُوا يا مُوسى اِجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ قالَ اِنَّكُمْ قَوْمٌ تَجْهَلُون

«Musanın qövmü dedi: Ey Musa! Bunların bütləri olduğu kimi, bizə də bir tanrı düzəlt!» Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz».


2. «Nəml» surəsinin 55-ci ayəsində Lut peyğəmbərin dilindən özünün livatla məşğul olan qövmünə etdiyi xitabını oxuyuruq:

اَئِنَّكُمْ لَتَأْتُوا الرِّجالَ شَهْوَةً مِنْ دُونِ النِّساءِ بَلْ اَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ

«Qadınları qoyub kişilərlə şəhvətə uğraşırsınız. Siz cahil bir qövmsünüz».


3. «Yusif» surəsinin 89-cu ayəsində oxuyuruq:

قالَ هَلْ عَلِمْتُمْ ما فَعَلْتُمْ بِيُوسُفَ وَاَخِيهِ اِذْ اَنْتُمْ جاهِلُونَ

«Yusif dedi: Cahil olduğunuz zaman Yusifə və onun qardaşına nə elədiyinizi bilirsinizmi?


Bu ayələrin şərhinə diqqətlə yanaşsaq bilərik ki, nadanlıq günahı törədən mühüm səbəblərdəndir.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#30 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 апреля 2010 - 13:27

HƏDİSLƏRDƏN NÜMUNƏLƏR

Bu barədə olan hədislərin əksəriyyətində nadanlıq günaha zəmin yaradan amil kimi qeyd olunmuşdur. Burada onlardan bir neçəsini nəzərdən keçirək:

1. İmam Əli (ə) Malik Əştərə göndərdiyi məktubda buyurur:

لاَ يَجْتَرِىءُ عَلَى اللهِ اِلاّ جاهِلٌ شَقِيٌّ

«Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz».


O Həzrət başqa bir hədisdə buyurur:

اَلْجَهْلُ مَعْدِنُ الشَّرِّ، اَلْجَهْلُ اَصْلُ كُلِّ شَرٍّ، اَلْجَهْلُ يُفْسِدُ الْمَعادَ

«Nadanlıq (cəhalət) pis işlərin mərkəzidir; nadanlıq pisliklərin köküdür; Nadanlıq insanın axirət həyatını xarab edər.»


Yuxarıda qeyd etdiyimiz kimi, «Üsuli-kafi» kitabında (1-ci cild, səh: 21) belə oxuyuruq:

İmam Sadiq (ə) öz səhabələrindən olan Səmaəyə buyurur:

«Əql və onun qoşununu tanı. Eləcə də (cəhalət) və onun növlərini».

Sonra o həzrət 75 cür pis xüsusiyyəti nadanlığın növləri kimi qeyd etdi. Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq dünya malına hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, yüngüllük, kin saxlamaq, düşmənçilik etmək və s. kimi çirkin xüsusiyyətlər böyük günahlara səbəb olur.

4. İmam Əli (ə) buyurur:

قَصَّمَ ظَهْرِي رَجُلان: عالِمٌ مُتَهَتِّكٌ وَجاهِلُ مُتَنَسِّكٌ

«İki şəxs mənim belimi sındırdı: imansız alim, özünü dindar kimi qələmə verən nadan».


Sonra o həzrət buyurdu:

«Nadan dindar şəxs insanı özünün yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb edir».

5. Yenə o həzrət buyurur:

اِيّاكُمْ وَالْجُهّالَ مِنَ الْمُسْتَعْبِدينَ وَالْفُجّارَ مِنَ الْعُلَماءِ فَاِنَّهُمْ فِتْنَةٌ كُلِّ مَفْتُون

«Özünü abid kimi göstərən nadanlardan və günahkar alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər».


6. O həzrət başqa bir hədisdə buyurur:

لا تَرَى الْجاهِلَ اِلاّ مُفْرِطاً اَوْ مُفِرّطاً

«Nadan şəxs ya həddini aşar (ifrata varar), ya da həddindən az iş görər (təfrit edər) (yə’ni nadan şəxs normal şəxsiyyətə malik deyildir)».


7. İmam Əli (ə) başqa bir hədisdə nadan şəxslərdən şikayətlənərək buyurur:

«Nadanlıqda yaşayan insanlardan Allaha şikayət edirəm».

8. Qur’anda Musa peyğəmbərlə sehrbazların əhvalatının bir hissəsində buyurulur:

«Onlar iplərini, dəyənəklərini yerə atanda cadunun tə’siri ilə ona elə görünürdü ki, sanki sürünürlər».

فَاَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسى

«Musa özündə qorxu keçirdi».


İmam Əli (ə) Musa peyğəmbərin qorxması məsələsini belə izah edir:

لَمْ يُوجِسْ مُوسى عَلَيْهِ السَّلامُ خِيفَةً عَلى نَفْسِهِ بَلْ اَشْفَقَ مِنْ غَلَبَةِ الْجُهّالِ وَدُولِ الضَّلالِ

«Musa (ə) öz canından ötrü qorxmadı. Onun qorxusu bundan ötrü idi ki, olmaya nadan insanlar və batil hökumətlər qələbə çalsınlar.»


İmam Əli (ə)-ın bu izahında nadanların əyri əməllərlə məşğul olmalarını, eləcə də nadanlığın Peyğəmbərlə açıq mübarizə və zalımları himayə etmək kimi böyük günahlara səbəb olmasını nəticə alırıq.

Nadanlıq haqqında olan hədislərə İmam Sadiq (ə)-dan nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur:

اِنَّ بَنِي اُمَيَّةَ اَطْلَقُوا لِلنّاسِ تَعْلِيمَ الاِْيمانِ وَلَمْ يُطْلِقُوا تَعْلِيمَ الشِّرْكِ لِكَي اِذا حَمَلُوهُمْ عَلَيْهِ لَمْ يَعْرِفُوهُ

«Bəni-Üməyyə xəlifələri xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa də’vət etdikdə onlar bunu anlamasınlar və asanlıqla müşrik olsunlar.»


Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-Beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru