Salam alaykum.
Şiələr bir məşhur hədisi cox bir mənalı izah edir. O hədisdə ki deyilir: Əlini sevən mömin, ona nifrət edən münafiqdı. Bu hədisə əsasən, hec bir tərrədütsiz şiələr hər hansı bir səbəbə görə o sahabəyə nifrət edəni münafıq sayırlar.
Maraqlıdı ki hədisini ikinci xissəsinə əsasən, İblis şiələrə görə mömindi.))
Saduq
İlal uş-şarae
İblis onlarda neinki Əlini (r.a) sevir, hətta namaz qılır
Soruşmaq əyib olmasın, şiələrdə İblis xums ilə zəkət verir?
O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi. (əl-Ənfal 48)
İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir! (İbrahim 22)
Burda şeytan deyir ki, mən Allaha inanıram və Ondan qorxuram. Amma Allah-təala deyir ki, şeytan insanın düşmənidir. İndi sən Efendi deyirsən ki, biz Allahın sözünü buraxıb, şeytanın və sənin sözüvü qəbul edək?