Перейти к содержимому


Фотография

Sədi Şirazi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 29 июля 2009 - 21:35

Sədi Şirazi İran ədəbiyyatının ən böyük şair, yazıçı və mütəfəkkirlərindəndir. O, 1184-cü ildə Şiraz şəhərində doğulmuşdur. “Şirazi” nisbəsi bu şəhərin adı ilə bağlıdır. Şair kiçik yaşlarında atasını itirmişdir. Maddi çətinliklərə baxmayaraq düz otuz il ayrı-ayrı alimlərdən dərs almış, Bağdaddakı məşhur Nizamiyyə Mədrəsəsində (universitet) oxumuşdur. Təhsilini başa vurduqdan sonra uzun illər səyahət etmişdir. Həyatının qalan illərini də əsərlər yazmaqla keçirmişdir. Sədi əsərlərində əxlaqi məsələləri ön plana çəkir. Xüsusilə, nəsr əsərləri tərbiyəvi mahiyyət daşıyır. Əsərlərində Allaha inanmaq və güvənmək, ədalətli olmaq, təvazökarlıq, qənaətcillik, bilikli olmaq, yaxşılıq etmək, yamanlıqdan qaçmaq kimi xüsusiyyətlərə daha çox yer vermişdir. Sədi bu düşüncələri ifadə etmək üçün hekayə və nağıllardan da istifadə etmişdir. Şeir yazmaqda Firdovsi və Ənvəridən sonra İran ədəbiyyatının üçüncü böyük şairidir. Nəsrdə isə onlardan irəlidədir. Əsərləri bir çox dilə tərcümə olunmuş, şöhrəti bütün dünyaya yayılmışdır. Sədi 1282-ci ildə vəfat etmiş, özündən sonra onun adını əbədiləşdirən əsərlər miras qoymuşdur. Bunların ən məşhurları “Gülüstan” və “Bustan” adlı kitablarıdır. 

#2 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 29 июля 2009 - 23:30

Gülüstan-dan

Çox gömüldü yer altına mənəm-mənəm deyənlər
Ki, onlardan bu dünyada bircə ad-san qalmadı.
Torpaq alrda yatanlara bir diqqətlə nəzər sal,
Torpaq yedi, sümüyündən belə nişan qalmadı.
Yaxşı addır Nuşirəvanı bu dünyada yaşadan.
Lakin köçdü bu dünyada Nuşirəvan qalmadı.
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,
Nə qədər ki, deməmişlər filan-filan qalmadi.

* * * * * * * * * * *

Ağıllı olanlar heç vaxt vuruşmaz,
Alim nadanlara heç də baş qoşmaz.
Sözünü açıqla söyləsə nadan,
Ağıllı dindirər onu mehriban.
İki alim qoymaz bir tük qırılsın,
İstəməzlər sülhə zəncir vurulsun.
Hər iki sözləşən olarsa cahil,
Ehtiram zəncirin tez qırarlar bil.
Birinə bir nadan çirkin söz dedi.
O biri təmkinlə belə söylədi:
Sən məndə çox eyib axtarma hədər,
Bilməzsən eybimi mən bilən qədər.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 30 июля 2009 - 20:28

O mashaallah Sedi en cox xoshladigim duhalardandi

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#4 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 21 декабря 2009 - 11:22

Dostlardan həmişə şikayətim var,
Ki, yaxşı deyirlər pisimə onlar.
Eybimi görərlər bir hünər kimi,
Gül hesab edərlər hər tikənimi.
Hardadır həyasız, rəzil düşmənim,
Ki, açıb göstərsin eybimi mənim?!

************

Başqasının xeyrinə çalışar comərd olan,
Səndən xeyir ummuram, ancaq yetirmə ziyan.

*************

Bildiyi hər sözü söyləməz insan,
Verməz şah sirrinə başını qurban.

************

Kimsə bir söz deməz sən sussan əgər,
Lakin söz dedinmi, dəlil də göstər.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#5 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 21 декабря 2009 - 11:23

Batini tıqvadan boş olan yazıq,
Zahirdə geymisən riyadan paltar.
Qapından yeddi rəng pərdə gəl, asma,
Sənin ki, evində bircə həsir var.

*************
Bəhrami-gur məzarında yazılmışdır aşikar,
Kəramətdə zorlu qoldan daha artıq qüvvət var

*************

Günahkar görəndə eybini açma,
Daima səbirli, mərdanə ol sən.
Bir nöqsan görsən də mənim işimdə
Olmazmi lütfünlə onu ortəsən?

*************

Bir zərər dəyərsə sənə səbr elə,
Əfv ilə günahdan təmizlənərsən.
İndi ki, hər şeyin sonu torpaqdır,
Torpaq tək sakit qal elə indidən.

**************

Birisi filə də qalib gələrsə,
O, hələ qəhrəman cavan deyildir.
Torpaqdan yoğrulmuş insanın zatı,
Təmkini olmasa insan deyildir.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru