Перейти к содержимому

Фотография

İslamafobiya!!!

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 26

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 30 июля 2009 - 00:45

Uzun zamandır bu sayt İslama qarşı kəskin yazılar dərc edir, amma bu dəfə həddini aşıb!

"Alma" yeni müzakirəyə start verdi; ortaya bir-birindən fərqli münasibətlər çıxdı

Rəsmi statistika ölkə əhalisinin yarıdan çoxunun müsəlman dininə inandığını göstərir. Amma Azərbaycanın gerçəkdən də bir müsəlman cəmiyyəti olmasına dair şübhələr var. Həm də təkcə Azərbaycanın yox, əksər müsəlman ölkələrində İslamın həqiqətən bərqərar olduğu dartışma mövzusudur. "Alma" bu mövzunu ictimai müzakirəyə açıq elan edir və fərqli mövqe sahiblərinin fikirlərinin dərcinə başlayır.

Aqil Abbas: "Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

"Müsəlman olmaq hələ İslam dəyərlərinə sahib olmaq anlamına gəlməməlidir. Belə fikirdə olanların düşüncə tərzi kökündən yanlışdır". Bunu millət vəkili, yazıçı-publisist Aqil Abbas deyir. Aqil bəyin fikrincə, müsəlmançılıqla İslam ayrı-ayrı anlayışlardır. Həmsöhbətimiz deyir ki, nəinki Azərbaycanda, bütün yer üzündə özünü müsəlman hesab edənlərin sayı yetərincə çoxdur, amma həqiqətən İslam dəyərlərinə bağlı olan müsəlman tapmaq müşkül məsələdir: "Hətta başqa dinlərə sitayiş edənlər var ki, onların davranışı, təfəkkürü İslama daha yaxındır, nəinki özünü müsəlman sayanların… Mən gerçəkdən müsəlman olanları Avropada axtarmağın tərəfdarıyam. Bilirsiz, İslam özü böyük bir mədəniyyətdir. Gəlin görək, İslamı qəbul edən müsəlmanları bu mədəniyyətin daşıyıcıları adlandırmaq olarmı? Dünyanın heç bir müsəlman ölkəsində İslamda, onun müqəddəs kitabı Qurani-Kərimdə yazılan və buyrulan qaydalara riayət edilmir. Siz bilirsizmi ki, İslam peyğəmbərinin qəbri yerdə yox, göydədir. Və ərəblər onun qəbrinin altında maşın dayanacağı tikiblər… Müsəlmanlar hətta öz peyğəmbərlərinə hörmət göstərməyi belə, bacarmırlar. Yadınızda olar, bir dəfə Səudiyyə Ərəbistanının şeyxi Hollivudun üç manatlıq aktrisasına bir gecəlik eyş-işrət üçün 10 milyon dollar təklif etmişdi. Təsəvvür edin, işin harasıydı ki, o üç manatlıq aktrisa şeyxə, təxminən "get vızqırt" janrında bir cavab verdi. Öz ölkəsində milyonlarla insan aclıq içində çırpınır, amma bu avara şeyx, İslamda buyrulduğu kimi, dindaşlarına yardım göstərmək əvəzinə, hansısa Hollivud aktrisasına 10 milyon dolları könül rahatlığı ilə xərcləməyə hazırdırsa, orada nə İslam olacaq?"

"Avropalılar müsəlmanlardan daha çox müsəlmandırlar"

Konkret Azərbaycana gəlincə, Aqil Abbas düşünür ki, azərbaycanlılar səmimi qəlbdən müsəlman deyil: "Dua edək ki, Allah bizi müsəlman etsin, Qurana qaytarsın.
İslami dəyərlərlə yaşayan insanlar görmək istəyirsinizsə, Avropaya getmək lazımdır. Məsələn, almanlar, fransızlar, ingilislər dini inancları etibari ilə müsəlman deyillər, amma İslami dəyərləri bizim kimi saxta müsəlmanlardan daha yaxşı əxz ediblər. Şəriət Mədarinin məşhur bir sözü var, deyir ki, "Qərb, getdim, İslam gördüm müsəlman görmədim, Şərqə getdim, müsəlman gördüm, İslamı görmədim". Avropanın hansı ölkəsində olsanız, orada İslam qanunlarını həyat tərzinə çevirmiş, amma İsaya sitayiş edən insanlarla rastlaşacaqsınız. Onlar yalan danışmırlar, başqasının çörəyini əlindən almırlar, rüşvətxor deyillər, başqasının arvadına göz dikmirlər, namusuna sataşmırlar. Onlar bizdən fərqli olaraq, fitrə-zəkatlarını məhərrəmlikdən-məhərrəmliyə yox, vaxtlı-vaxtında verirlər. Biz allaha da kələk gəlmək istəyirik. Haram yolla 1 milyon manat qazanıb, 3-5 manat nəzir veririk, yüz qələt edib, bir dəfə Həcc ziyarətinə gedirik və hesab edirik ki, bütün günahlarımızı yuduq, cənnəti satın aldıq".

"Müsəlmanlara elm adamları, ziyalılar, maarifpərvər insanlar lazımdır"

Aqil Abbas təkcə Azərbaycanda yox, bütün digər özünü müsəlman hesab edən ölkələrində əsl İslamı tapmağın çox müşkül olduğunu bir daha xatırladır, sonra isə belə durumun yaranmasını şərtləndirən amilləri sadalayır: "Fikir verin, İran öz dindaşlarını öldürən Ermənistana hər cür yardım göstərir, Azərbaycana isə təsbeh, narkotika və savadsız mollalar ixrac edir. Qırğızıstanın müsəlman prezidenti Əsgər Akayev gedib Ermənistanda hansısa qondarma soyqırım abidəsinə gül qoyur. Deyim ki, İslami dəyərlərin müsəlmanlar tərəfindən mənimsənilməməsinin xeyli səbəbi var. Birincisi, biz dini yas mərasimləri səviyyəsinə qədər kiçiltmişik. Biz İslami dəyərləri fatihə verilməsi, ölü üstündə "Quran" oxunması, mollanın mənasız-mənasız söhbətləri vasitəsilə qavramışıq. Bu yaxınlarda bir yas məclisində özümü mollaya sual verməkdən saxlaya bilmədim. Molla Əliyə (imam Əlini nəzərdə tutur-red.) biət etməyənləri kafir adlandırdı. Mən də ondan soruşdum ki, ay molla, deməli, siz Atatürkü, Teymurləngi, Nəsrəddin Tusini kafir hesab edirsiz, axı onlar Əliyə biət etməyiblər. Təbii ki, cılız sünni-şiə söhbəti açan molla cavab verməyə söz tapa bilmədi. Müsəlmanlara İslami dəyərləri aşılaya bilən elm adamları, ziyalılar, maarifpərvər insanlar lazımdır".

"Sovet vaxtı indikindən daha çox müsəlman idik"

Yazıçı-deputat bu arada maraqlı bir məqama da toxunur, nə qədər qəribə səslənsə də, deyir ki, İslamla bağlı bütün qadağalara baxmayaraq, Sovet vaxtı daha çox müsəlman olmuşuq, İslami dəyərlərə riayət etmişik: "Onda insanlar indiki qədər yollarını azmamışdılar. Vasim Məmmədəliyev, Hacı Sabir Həsənli kimi gerçək İslam maarifçiləri də o vaxt yetişdilər. İndi neçə belə adam var ki, insanları İslamla, onun dəyərləri ilə bağlı maarifləndirsin? Mətbuatda dini məsələlər haqqında təkcə Hacı İlqar İbrahimoğlu yazır. Mən onun ağlına və savadına hörmət edirəm, amma bunu da qeyd etməliyəm: Hacı İlqarın da yazılarında siyasi yön var. Din hara, siyasət hara?"
Həmsöhbətimizin sözlərinə görə, müsəlmanların İslami dəyərləri səmimi qəlbdən qəbul etməməsi, qavramaması, onları öz həyat və düşüncə tərzinə çevirməməsi bu günün problemi deyil: "Məncə, "Qurani-Kərim"in ərəbdilli olmayan müsəlman ölkələrinin dilinə tərcümə edilməməsi İslami dəyərlərin yayğınlaşmasına mənfi yöndə təsir göstərib. Beş qırğızın, türkün, özbəyin, nə bilim, qazağın, türkmənin ərəb dilini öyrənib Quranı oxumaları ilə İslami dəyərləri yaymaq, İslamın gercək simasını insanlara aşılamaq mümkün deyildi. Azərbaycanda Tolstoyun, Dostoyevskinin, İsmayıl Şıxlının əsərlərini 8 milyon, "Qurani-Kərimi" isə, olsa-olsa, 8 nəfər oxuyub. Belədə bu cəmiyyət necə İslam cəmiyyəti ola bilər? Başqa bir səbəb isə dindən və Qurandan siyasi yöndə istifadə edilməsidir. İrandan heç danışmağa dəyməz, götürək Avropa qitəsində yerləşən Türkiyəni. Orada dindar hakim partiya İslami dəyərlərdən siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edir. İslamın,Quranın verdiyi hüquq və azadlıqlar məqsədli şəkildə müsəlmanların əlindən alınıb, onlar siyasi maraqlar naminə kölə vəziyyətinə salınıblar. Belə mühitdə İslami dəyərlərin təşəkkül tapması mümkünsüzdür".

Aqşin Yenisey: "Müsəlmanlar öz dinlərinə gizli şübhə ilə yanaşırlar"

Tanınmış yazar Aqşin Yenisey isə müsəlmanların əsl İslam ideyalarını qəbul edə bilməməsini xalqların bu ideyalara gizli şübhələrinin olması ilə əlaqələndirir. Aqşin bəy hesab edir ki, ta qədimdən bəzi xalqlar, o cümlədən, azərbaycanlılar, hətta ərəblərin özləri də İslama gizli bir şübhəylə yanaşıblar: "Bunun çoxsaylı səbəblərindən biri budur ki, bu dinin ayağı yer alan kimi, əlinə qılınc götürdü, əvvəlcə özünün dövlətçilik, sonra isə imperiya iddiaları uğrunda müharibələrə başladı. Bu dünyaya mədəniyyət, sivilizasiya yaymaq davası deyildi. Ərəbin nə mədəniyyəti var idi ki, dünyaya da yaysın. Dünyada İslam sərkərdələri qədər kitabxana yandıran olmayıb. Bir az hindlilərdən, bir az yunanlardan, bir az yəhudilərdən əkişdirdiklərini ərəbləşdirib eybəcər hala salmışdılar. Ərəblər xürrəmilərə mədəniyyət adı altında qul-quldar münasibətlərini gətirəndə, artıq Bəzz qalasında seçki hüququ, kişi-qadın bərabərliyi, sosial ədalət prinsipləri, bir sözlə, İslam dünyasında hələ bu gün də olmayan mədəni proseslər başa çatmışdı. Bu cür barbar müharibələr nəticəsində İslam dini dövlətə, onun peyğəmbəri isə hökmdara çevrildi. İslama qədər belə şey görünməmişdi. Məhəmmədə yaşca ən yaxın olan peyğəmbər İsa Roma imperiyasında, belə deyək, mənəvi hərc-mərclik yaratdığı, xalqı hakim ideologiyanın əsarətindən qurtulmağa çağıran söz-söhbətlər etdiyi, imperiya daxilindəki nisbi sabitliyi pozduğu üçün çarmıxa çəkilmişdi. Yəni bir növ imperiya onu özünün düşməni kimi cəzalandırmışdı. İsa - Roma qarşıdurması, əslində, peyğəmbər-dövlət qarşıdurması idi. Bulqakov bu mənzərəni yaxşı təsvir eləyib, İsanı ittiham edən prokurator edama göndərdiyi adamın peyğəmbərliyinə qəlbinin dərinliklərində inanır, ancaq onu da başa düşür ki, vəzifəsi ona İsanı yox, Romanı xilas etməyi tapşırıb".

"Dini basqı insanlarda əks təsir, ikrah və qəzəb yaratdı, ancaq bu, gücsüz qəzəb idi; vaxt keçdikcə isə bu gücsüz qəzəb xalq arasında dinə istehzalı, lağlağı münasibətin yaranmasına gətirib çıxardı"

İslama gəlincə isə, həmsöhbətimiz hesab edir ki, müsəlman dini heç vaxt vətəndaşların hüquqlarını ön plana çəkməyib. Aqşinin qənaətincə, İslamın daha amansız gücə çevrilib insanların mənəvi, fərdi, ailəvi, ictimai davranışları üzərində total dövlət nəzarəti yaratması xalqlar arasında bu dinin dəyərlərinə biganəlik və inamsızlıq formalaşdırıb: ""Belə düşün, belə yaşa, belə evlən və belə öl", - bu idi həqiqi İslamın şah qanunu. Ona görə də bu cür mənəvi, fərdi, ailəvi zorlanmaya məruz qalan günahsız və silahsız xalqların gətirilmiş dinə, qəzəbli müqəddəsliyə münasibəti birmənalı olmadı. Dini basqı onlarda əks təsir, ikrah və qəzəb yaratdı, ancaq bu gücsüz qəzəb idi. Vaxt keçdikcə bu gücsüz qəzəb xalq arasında dinə istehzalı, lağlağı münasibətin yaranmasına gətirib çıxardı. İroniya təzyiq altında metamarfozaya uğramış qisas hissidir. Azərbaycan xalqının dilində dini dəyərlər kimi zorla qəbul etdirilən məfhumlara qarşı minlərlə lətifə, baməzə əhvalatlar mövcuddur. Bu işdə Təbriz əhlinin misli-bərabəri yoxdur. Biz yalnız ölü basdıranda bir-iki saatlıq ciddi müsəlmana çevrilirik, din yalnız qəbiristanlıqda karımıza gəlir, yəni din bizim üçün mənəvi, ruhi deyil, praktik əhəmiyyətə malikdir. Ümumiyyətlə, islamın tarixinə, bu gününə diqqətlə baxanda bu halı aydın müşahidə etmək olar. Osmanlı sultanlığında olduğu kimi indiki İran rejimində də İslam daha çox siyasi-ideoloji əhəmiyyət daşıyır: qılınc və kasıbçılıq! Bu günün özündə Azərbaycanda bir balaca oxumuş cavanlar daha çox İsanı, qocalar isə Məhəmmədi qəbul edirlər, çünki cavanlar hələ ideallarla, xəyallarla yaşayırlar, qocaları isə yaxınlıqda olan real ölüm maraqlandırır, yəni "soğan olsun, nağd olsun!" Ərəb ölkələrində bundan fərqli mənzərəni görürük. İslam artıq bu ölkələrdə özünün siyasi, dini, mənəvi anlamlarından uzaqlaşaraq müqəddəs turizm, ilahi alış-veriş mərkəzinə çevrilib. Bu yaxınlarda telekanallarda Məkkəni uçuran ekskovatorları görəndə, yəqin ki, ürəyində Həcc arzusu olanlar yerlərindən dik atıldılar. Ancaq məlum oldu ki, ərəblər bu binaları daha çox zəvvarı - dindar turisti cəlb etmək, daha yaxşı qazanmaq məqsədiylə uçurub, ən müasir otel-motellərlə əvəzləyəcəklər. Azərbaycanda isə müsəlmançılıq daha çox məişətdə nisbi sabitliyi qorumaq, böyük-kiçiyi yerbəyer etmək, yeni qurulan ailələrin "təmir-tikinti" işlərini nizamlamaq üçün gərəkdir. O da cəmiyyətin aşağı təbəqələrində, vələmyesirlərin arasında. Nə bilim, mənim heç vaxt bu dindən gözüm su içməyib…"

Ağalar Məmmədov: "Problem ondadır ki, İslam bizim tapıntımız, bizim yaradıcılığımız deyil"

"Görəsən, İslam qanunları yaranmamışdan əvvəl biz necə olmuşuq"? Tanınmış filosof, qəzetimizin yazarı Ağalar Məmmədov isə müsəlman ölkələrində İslami dəyərlərin nəyə görə təşəkkül tapa bilməməsinə cavab vermək üçün bu suala aydınlıq gətirilməsini vacib hesab edir. Filosof hesab edir ki, həmin suala tarixi-kulturoloji baxımdan aydın cavab verilmədiyinə görə, İslamın bizi nə qədər dəyişdirdiyi, bizdən nə aparıb, nə gətirdiyi də dəqiq hesablana bilməz: "Amma mənim şəxsi qənaətim budur ki, İslamın bizə gətirdiyi yaxşı pisdən azdı, apardığı yaxşı pisdən çoxdu. Birincisi, İslam bizim tapıntımız, bizim yaradıcılığımız deyil. Çinlilərin belə bir atalar sözü var: "Darvazadan girən - sənin dədə-baba malın deyil". Bu, o deməkdi ki, sənin qıraqdan oxuduğun, başqasından öyrəndiyin hələ sənin deyil və heç vaxt sənin deyil. Təcrübi bilik kitabi (nəzəri) bilikdən həmişə daha doğmadı.
Ümumiyyətlə, Azərbaycan kulturasında SÖZ ilə GERÇƏK arasında həmişə uçurum nəzərə çarpır. Kitablarımızda sözlə yaradılan gerçəkliklə, yaşadığımız gerçəkliyi müqayisə edin. Mirzə Fətəlidən başlayan realist maarifçi ədəbiyyat istisna olmaq şərtilə, bizdə yazı və yaxud söz gerçəyi əks etdirmir. Biz dastanlarımızda, şeirlərimizdə tamam başqayıq, real həyatda tamam başqa. Bu ikililik, bu təzad və saxtakarlıq homo azeriusda, yəni Azərbaycan insanında həmişə var".

"İslam dini bizim üçün vahimə mənbəyidir və elə də qalacaq"

Ağalar müəllim Hegeldən sitat gətirir: "Hegel yazırdı ki, qədim yunanlar nə dində, nə də fəlsəfədə sonsuzluq ideyasına gəlib çıxmadılar. Bu, o deməkdir ki, din eyni zamanda idrakın müəyyən bir pilləsidir. Taqor Eynşteynlə söhbət edə bilirdi, həm də nə poeziyadan, nə də fizikadan - fəlsəfədən! Birinin elmlə dərk etdiyini, başqası ədəbiyyatda dərk edə bilər. İslam isə bizim kulturamızda idraki plast olmayıb heç vaxt, əksinə, idrakı boğan amil olub. Klassik poeziyamıza gəldikdə, Nitsşenin xristianlığı lənətləyib, hərdən İsa haqqında xoş sözlər deməsi kimi, bizim Nəsimilər, Füzulilər də Məhəmmədə öz sevgilərini tez-tez izhar etsələr belə, normativ dini öz əsərlərində heç vaxt vəsf etməyiblər, məsələn, onlar heç vaxt deməyiblər ki, ay namaza dombalmaq, sən necə də gözəlsən! Digər tərəfdən, Azərbaycan darvazadan girən özgə malı kimi islamı zor gücünə, qan-qada ilə, müharibələr nəticəsində qəbul edib. "Ərəb öldü, qan düşdü", - bu, bizim atalar sözümüzdü. İslam bizim üçün daim yadellinin zorakı normalar toplusu olub. Belə bir dəyərlər sistemi insanların könlündə özünə sevgi ilə yer tapa bilərdimi? İslam dini bizim üçün vahimə mənbəyidir və elə də qalacaq. Diqqətlə fikir verin, homo azerius cənnət gözləmir o dünyada, olsa-olsa cəhənnəmə düşmək istəmir. Əraf (cənnətlə cəhənnəmin arasında müvəqqəti "gözləmə salonu") ona toy-bayram olardı. Homo azerius üçün allah cəhənnəmverəndi, cənnətverən yox. Bu, miskin nökər və qorxu psixologiyasıdır".

"İslam təkcə bizi yox, bütün Şərqi miskin edib"

Filosof deyir ki, əslində bütün müsəlman dövlətlərində İslami dəyərlər təşəkkül tapıb. Ağalar müəllimin qənaətinə görə, məhz bu dəyərlərin bərqərar olması ucbatından müsəlman dövlətləri bərbad durumdadır: "Məsələn, dindarlar deyirlər ki, İslam pis heç nə tələb etmir axı. Yaxşı, icazə verin onda mən deyim. Birincisi, elə cənnət vədinin özü insanları əxlaqsız edir. Məsələn, Quran deyir ki, beş günlük dünyada zina etmə, zinadan imtina et. Nə üçün? Çünki əvəzində cənnətdə sən bakirə, həmyaşıd, "məmələri tumurcuq kimi qabarmış" yeniyetmə qızlarla əbədi mükafatlandırılacaqsan! Məhəmməd tacir şüurunda idi, Quranı da ticari prinsiplər üzərində yazdırıb. Yəni, bu qədər xərclə, əvəzində bundan çox qazanacaqsan. Demək istəyirəm ki, biri var zina, - prinsipcə pisdi, buna görə zina eləmə, bir də var, ailənin mövcud olmadığı o dünyada seksual orgiya ilə, əbədi zinakarlıqla məşğul olmaq üçün bu dünyada zinadan özünü saxla. Deməli, İslam insanları mənəvi baxımdan əsla saflaşdırmır, əksinə, mənəviyyata ticari struktur verir və bununla da insanların tərbiyəsini pozur. "Əl əli yuyar, əl də üzü", - bu, İslami fikirdi. Halbuki, mənəviyyat elə ona görə mənəviyyatdır ki, o, "əvəz-əvəz" prinsipi ilə işləmir. "Bunu verim, onu alım" - bu, artıq mənəviyyat deyil, bu, artıq İslam dinidir! Cəhənnəm də həmçinin. Pis olduğu üçün zinadan uzaq durmaq yox, cəzalanacağın üçün uzaq durmalısan. Qorxundan. Halbuki, digər tərəfdən mənəviyyat elə ona görə mənəviyyatdır ki, o, qorxu ilə icra edilmir, sevgi ilə, seçimlə edilir. Beləliklə, dini baxımdan hətta cənnətlik adam alverçi, qorxaq və həris adamdır. Bu üç xüsusiyyət homo azeriusu da xarakterizə etmirmi? Deməli, islami dəyərlər, daha doğrusu, dəyərsizliklər bizdə bərqərar olub. İslam nəinki bizi, bütün Şərqi əxlaqsız və miskin edib".
Sonda Ağalar müəllim üç il əvvələ qayıdır. Deyir ki, o vaxt "azərbaycanlı - müsəlmandır!" tezisini ortaya atıb: "İndi bir addım da atır, əlavə edirəm: Homo azerius müsəlmandır, amma riyakar müsəlman, dini terminlə desəm - münafiqdir! Başda dediyim kimi, söz ilə gerçək, yazılı kultura ilə yaşanan gerçək kultura arasındakı uçurum da münafiqliyimizdən irəli gəlir".

Menbe

Сообщение отредактировал al-İslam: 30 июля 2009 - 00:47

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 30 июля 2009 - 10:39

Dünən rast gəldim bu məqaləyə. Aqil Abbasın fikirlərində bəzi məqamlar acı da olsa həqiqətdir. Ağalar Məmmədovun fikirləri isə cəfəngiyatdan başqa bir şey deyil.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#3 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 06 августа 2009 - 09:22

Aqil Abbas: "Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"
Aqil Abbasa deyən lazımdır ki,yaxşı,eger yer üzündə bir nəfər də olsa əsl(səmimi) müsalman yoxdursa,sən əsl müsalman olmağa çalış və kimlərki səmimi müsalman deyil onıara nümunə ol!
Qalan fikirlər də isə Shəmsi demiş bəzi sözlərdə həqiqiət var
Əgər susuz bir torpağa su veririlrsə o torpağ həmən sudan nə qədər bəhrələnirsə gələcəkdə də suyu aldığı qədər bəhrə verir .Yanı kim islamı nə qədər səmimi qəlbdən sevib qəbul edirsə,o qədər də gözəl nəticələri olur.(Əgər kimsə islam qaydalarından öz mənfəətinə görə istifadə edirsə (istər dövlət başçısı olsun,istər elə hansısa din xadimi və yaxud da başqa biri) biz ona nə edək.İslamı dərk etməyənlər islamı oyuncağa çevirərək,islamla necə istəyirlər elə də rəftar edirlər

>>>>>>>>>>>>>Burda demək istəyirlər ki İslam qılınc gücünə qəbul olunub??

Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.

#4 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 06 августа 2009 - 09:23

#5 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 11 августа 2009 - 12:09

Qeribedir Alma qezeti niye bu qeder dine qarshi chixir?

Umumiyyetle Aqil Abbas hormet etdiyim yazichilardandir, burda yazilan sozlerinde heqiqet de var. amma

"Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

fikri ile heqiqi muselmanlarin haqqina girir. Dinden az da olsa bashi chixan insan bele fikir demekden qorxmalidir.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#6 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 11 августа 2009 - 14:29

Qeribedir Alma qezeti niye bu qeder dine qarshi chixir?

Umumiyyetle Aqil Abbas hormet etdiyim yazichilardandir, burda yazilan sozlerinde heqiqet de var. amma

"Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

fikri ile heqiqi muselmanlarin haqqina girir. Dinden az da olsa bashi chixan insan bele fikir demekden qorxmalidir.

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :flowers1:
burda teccublu hechne yoxdur. :flowers1:

#7 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 августа 2009 - 15:37

Siz bilirsizmi ki, İslam peyğəmbərinin qəbri yerdə yox, göydədir. Və ərəblər onun qəbrinin altında maşın dayanacağı tikiblər… Müsəlmanlar hətta öz peyğəmbərlərinə hörmət göstərməyi belə, bacarmırlar. Yadınızda olar, bir dəfə Səudiyyə Ərəbistanının şeyxi Hollivudun üç manatlıq aktrisasına bir gecəlik eyş-işrət üçün 10 milyon dollar təklif etmişdi. Təsəvvür edin, işin harasıydı ki, o üç manatlıq aktrisa şeyxə, təxminən "get vızqırt" janrında bir cavab verdi. Öz ölkəsində milyonlarla insan aclıq içində çırpınır, amma bu avara şeyx, İslamda buyrulduğu kimi, dindaşlarına yardım göstərmək əvəzinə, hansısa Hollivud aktrisasına 10 milyon dolları könül rahatlığı ilə xərcləməyə hazırdırsa, orada nə İslam olacaq?"

Bəs bu kimdi? :flowers1:)))

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#8 Rufat 200

Rufat 200

    Mulazzim – lieutenant

  • Murid
  • 415 сообщений

Отправлено 11 августа 2009 - 15:43

Qeribedir Alma qezeti niye bu qeder dine qarshi chixir?

Umumiyyetle Aqil Abbas hormet etdiyim yazichilardandir, burda yazilan sozlerinde heqiqet de var. amma

"Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

fikri ile heqiqi muselmanlarin haqqina girir. Dinden az da olsa bashi chixan insan bele fikir demekden qorxmalidir.

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :flowers1:
burda teccublu hechne yoxdur. :flowers1:

Aqil Abbas: "Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

Sizdə deyəsən şiyələrə garşı alergiya var əsasəndə özümüzinkilərə garşı, yaxşı yaxşı baxsaz görərsizki o şiyə demədi o dediki bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur onda elə cixirki Aqil Abbas hec sizi vahabiləri, sələfiləri və yəxud Ahli sunnə val camaatida səmimi müsəlman saymır ... С любовью к ... Агил Аббас :flowers1:
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
10."Yunus" surəsi, 44 ayə, Məkkədə nazil olub.

#9 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 11 августа 2009 - 16:28

Qeribedir Alma qezeti niye bu qeder dine qarshi chixir?

Umumiyyetle Aqil Abbas hormet etdiyim yazichilardandir, burda yazilan sozlerinde heqiqet de var. amma

"Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

fikri ile heqiqi muselmanlarin haqqina girir. Dinden az da olsa bashi chixan insan bele fikir demekden qorxmalidir.

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :flowers1:
burda teccublu hechne yoxdur. :flowers1:

Bəlkə Azərbaycandakı dini düzgün təbliğ etməyənlərə baxıb bu nəticəyə gəlib?
Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.

#10 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 августа 2009 - 14:12

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :)
burda teccublu hechne yoxdur. :)

Tutaq ki, Aqil Abbas bele gorub bizi. Bes butun dunya niye islami terror dini kimi taniyir? Hec bu sualin cavabini axtarmisiz?

Cihad cihad deyirsiz, cihadinizla qeyrii muselmanlarin ve xususile islam dusmenlerinin rizasin qazanirsiz :)

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#11 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 12 августа 2009 - 21:42

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :)
burda teccublu hechne yoxdur. :)

Tutaq ki, Aqil Abbas bele gorub bizi. Bes butun dunya niye islami terror dini kimi taniyir? Hec bu sualin cavabini axtarmisiz?

Bilirsen ehli sunne camaatinin chox oldugunu deyen kimi shieler adami neyniyir? deyirlerki choxluqun dediyi haqq demek deyil.ve bashlayirlar qurandan deliller getirmeye:

Eğer yeryüzündekilerin çoğunluğuna itaat etsen, seni Allah yolundan çıkarıp dalalete sürüklerler,,En'am Süresi / 116
Sen ne kadar çalışsan da halkın çoğu inanacak değildir,,Yusuf Suresi / 103.

mende bu ayeleri getirib desemki ne olsunki dunya camaati bele fikirleshir,ne cavab verersen? :)

Cihad cihad deyirsiz, cihadinizla qeyrii muselmanlarin ve xususile islam dusmenlerinin rizasin qazanirsiz :)

barmagini qatlayib deye bilersenmi hansi islam dushmenleri olkeler bizim cihadimizi destekleyir?ve rizalarini bildiribler? :)

#12 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 13 августа 2009 - 13:07

Bilirsen ehli sunne camaatinin chox oldugunu deyen kimi shieler adami neyniyir? deyirlerki choxluqun dediyi haqq demek deyil.ve bashlayirlar qurandan deliller getirmeye:

Eğer yeryüzündekilerin çoğunluğuna itaat etsen, seni Allah yolundan çıkarıp dalalete sürüklerler,,En'am Süresi / 116
Sen ne kadar çalışsan da halkın çoğu inanacak değildir,,Yusuf Suresi / 103.

mende bu ayeleri getirib desemki ne olsunki dunya camaati bele fikirleshir,ne cavab verersen? :victoryL:

/

Mesele bele dusunenlerin sayca coxlugundan getmir, sohbet ondadir ki , onlarin bele dusunmeklerinin sebebi kimdir ve hansi emeldir?
/

Cihad cihad deyirsiz, cihadinizla qeyrii muselmanlarin ve xususile islam dusmenlerinin rizasin qazanirsiz :)

barmagini qatlayib deye bilersenmi hansi islam dushmenleri olkeler bizim cihadimizi destekleyir?ve rizalarini bildiribler? :hi:

Beli, sadalaya bilerem, amma konkret olkeleri yox, xarici olke vetend ashlarini. Amma sadalamiram, cunki siz onlari tanimirsiz. Olkelerin adini ise umumi sadalaya bilerem ki, buna da ehtiyac yoxdur, cunki vehhabiliyin yaranmasinda hansi olkelerin xidmeti olub, bunu hami bilir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#13 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 13 августа 2009 - 20:11

Mesele bilirsenmi sen dediyin kimi deyil.O dushunce sahiblerinin kim olduguna baxmag lazimdir,Onlar axi ne bilir cihad nedir.Onlarin dushunceleri hoccet olsa,onda gerek islami pis din kimi qebul edek.Bax meselen:
Shielere biz Allahin ershdeolmasini subut etmek uchun getirdiyimiz delillerden biride bu ayedirki:Firon hammana deyirki bir uca qesr tikki,chixim onun bashina ve Musanin Allahina baxim. Bu ayeni shielere gosterende deyirlerki Bu Fironun baxishidir.Firon madde perest olub.Musa(e) Firona deyendeki Allah ucadir,o oz madde perest dushuncesi ile Allahi ucada zenn edib.
Sozumun neticesi budurki,ne olsunki kimse oz naqis mentiqi ile bunu derk etmir.

Vahabiliyin yaranmasi uydurma bir sohbetdir.bu eqidenin temelini ne Muhemmed ibni ebdul Vahhab(qoyub)nedeki mister hemfer.
axi mister hemfer 18 esrde olub.Selef eqidesini yayan alimler ise 8-ci esrden bu yana olub.indi nece demek olarki hemfer gedib o ulemalari ele alib,vahhabi dinini yaradib?bu gulunc iddia alar.ele deyilmi?

#14 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 14 августа 2009 - 13:04

Men bir shey deyirem, siz getirirsiz shienin tamam bashqa bir mesele haqqindaki .gorushunu yazirsiz. Hech dexli var?
Sizle behs etmeye hevesli deyilem, movzuya fikrimi yazmisham.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#15 azerimus

azerimus

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 14 августа 2009 - 15:04

Qeribedir Alma qezeti niye bu qeder dine qarshi chixir?

Umumiyyetle Aqil Abbas hormet etdiyim yazichilardandir, burda yazilan sozlerinde heqiqet de var. amma

"Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

fikri ile heqiqi muselmanlarin haqqina girir. Dinden az da olsa bashi chixan insan bele fikir demekden qorxmalidir.

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :loool:
burda teccublu hechne yoxdur. :loool:

Ayri vaxt camaata movzudan kenara cixmayin deyirsiz. Indi ne oldu yerli-yersiz yazirsan. sunni shielik o biri bolmelerde muzakire edilir. Moteber Imamin Ibn Teymiyye kimi sen de her sheyi deyesen bash ayaq basha dushursen

#16 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 15 августа 2009 - 00:25

Bilirsen ehli sunne camaatinin chox oldugunu deyen kimi shieler adami neyniyir? deyirlerki choxluqun dediyi haqq demek deyil.ve bashlayirlar qurandan deliller getirmeye:

Eğer yeryüzündekilerin çoğunluğuna itaat etsen, seni Allah yolundan çıkarıp dalalete sürüklerler,,En'am Süresi / 116
Sen ne kadar çalışsan da halkın çoğu inanacak değildir,,Yusuf Suresi / 103.

mende bu ayeleri getirib desemki ne olsunki dunya camaati bele fikirleshir,ne cavab verersen? :loool:

/

Mesele bele dusunenlerin sayca coxlugundan getmir, sohbet ondadir ki , onlarin bele dusunmeklerinin sebebi kimdir ve hansi emeldir?
/

Mesele bilirsenmi sen dediyin kimi deyil.O dushunce sahiblerinin kim olduguna baxmag lazimdir,Onlar axi ne bilir cihad nedir.Onlarin dushunceleri hoccet olsa,onda gerek islami pis din kimi qebul edek.Bax meselen:
Shielere biz Allahin ershdeolmasini subut etmek uchun getirdiyimiz delillerden biride bu ayedirki:Firon hammana deyirki bir uca qesr tikki,chixim onun bashina ve Musanin Allahina baxim. Bu ayeni shielere gosterende deyirlerki Bu Fironun baxishidir.Firon madde perest olub.Musa(e) Firona deyendeki Allah ucadir,o oz madde perest dushuncesi ile Allahi ucada zenn edib.
Sozumun neticesi budurki,ne olsunki kimse oz naqis mentiqi ile bunu derk etmir.

Cihad cihad deyirsiz, cihadinizla qeyrii muselmanlarin ve xususile islam dusmenlerinin rizasin qazanirsiz :)

barmagini qatlayib deye bilersenmi hansi islam dushmenleri olkeler bizim cihadimizi destekleyir?ve rizalarini bildiribler? :yahoo:

Beli, sadalaya bilerem, amma konkret olkeleri yox, xarici olke vetend ashlarini. Amma sadalamiram, cunki siz onlari tanimirsiz. Olkelerin adini ise umumi sadalaya bilerem ki, buna da ehtiyac yoxdur, cunki vehhabiliyin yaranmasinda hansi olkelerin xidmeti olub, bunu hami bilir.

Vahabiliyin yaranmasi uydurma bir sohbetdir.bu eqidenin temelini ne Muhemmed ibni ebdul Vahhab(qoyub)nedeki mister hemfer.
axi mister hemfer 18 esrde olub.Selef eqidesini yayan alimler ise 8-ci esrden bu yana olub.indi nece demek olarki hemfer gedib o ulemalari ele alib,vahhabi dinini yaradib?bu gulunc iddia alar.ele deyilmi?

Azerbaycanda vehabileride gorublar neca bir birini kafir sayirlar.
Salafi gamete inamin necadir?

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#17 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 15 августа 2009 - 05:45

Salafi gamete inamin necadir?[/size]

Teredduddeyem.

#18 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 15 августа 2009 - 05:47

Men bir shey deyirem, siz getirirsiz shienin tamam bashqa bir mesele haqqindaki .gorushunu yazirsiz. Hech dexli var?
Sizle behs etmeye hevesli deyilem, movzuya fikrimi yazmisham.

Shie mentiqi ile cavab vermishdim.Belke indi basha duhsersiz shielerle behs etmek ne derecede chetin ishdi.

#19 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 17 августа 2009 - 18:11

<BR>Aqil Abbas: "Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"<BR><B>Aqil Abbasa deyən lazımdır ki,yaxşı,eger yer üzündə bir nəfər də olsa əsl(səmimi) müsalman yoxdursa,sən əsl müsalman olmağa çalış və kimlərki səmimi müsalman deyil onıara nümunə ol!<BR>Qalan fikirlər də isə Shəmsi demiş bəzi sözlərdə həqiqiət var<BR>Əgər susuz bir torpağa su veririlrsə o torpağ həmən sudan nə qədər bəhrələnirsə gələcəkdə də suyu aldığı qədər bəhrə verir .Yanı kim islamı nə qədər səmimi qəlbdən sevib qəbul edirsə,o qədər də gözəl nəticələri olur.(Əgər kimsə islam qaydalarından öz mənfəətinə görə istifadə edirsə (istər dövlət başçısı olsun,istər elə hansısa din xadimi və yaxud da başqa biri) biz ona nə edək.İslamı dərk etməyənlər islamı oyuncağa çevirərək,islamla necə istəyirlər elə də rəftar edirlər<BR><BR>&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;Burda demək istəyirlər ki İslam qılınc gücünə qəbul olunub??</B><BR>

<BR><BR><P>Bunları deyənlər, İslamı yəqin ki, 5-10 manatlıq cizyəni verməməkdən ötrü qəbul edənlərdir. İndisə şərait yaranıb qaçırlar. Hər şeydən qaçmaq olar bu dünyada, bəs vijdandan?</P><P>Bir də bir şəhərdən 20 nəfəri görüb 2.000.000luq şəhərə pis şəhər demək olmazki! </P><P>Bu məqaləni oxumadım, onsuzda bu "məntiq"li məqalə də, alma qiymətinə vijdanını satmış qəzetin digər məqalələrindən fərqlənmir</P>

#20 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 ноября 2009 - 22:11

pia-nın verdiyi məlumata görə qəzet artıq öz fəaliyyətini dayandırır http://pia.az/index....&m=news&id=1970

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#21 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 ноября 2009 - 18:37

pia-nın verdiyi məlumata görə qəzet artıq öz fəaliyyətini dayandırır http://pia.az/index....&m=news&id=1970

Bir tərəfdən sevindiricidi, amma islamfoblar yenə başqa yerdə öz fəaliyyətlərin davam etdirəcəklər onsuz da.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#22 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 ноября 2009 - 20:49

İT HÜRƏR, BOĞAZI AĞRIYAR...

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur!
Səf surəsi, 8-9-cu ayələr.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#23 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 00:19

Qeribedir Alma qezeti niye bu qeder dine qarshi chixir?

Umumiyyetle Aqil Abbas hormet etdiyim yazichilardandir, burda yazilan sozlerinde heqiqet de var. amma

"Azərbaycan nədi, heç bütün yer üzündə bir nəfər səmimi müsəlman yoxdur"

fikri ile heqiqi muselmanlarin haqqina girir. Dinden az da olsa bashi chixan insan bele fikir demekden qorxmalidir.

Butun dunyadaki muselmanlari shielerin timsalinda gorubde.Azerbaycandaki shielere baxib bu neticeye gelib :flowers1:
burda teccublu hechne yoxdur. :rolleyes:

ey ingilis fitnəçiləri, hər yerdə ayrılıq salmalı və müsəlmanların adını biabır etməlisiz? bütün dünya, elə sən özündə bilirsən ki, Əl Qaidə, Taliban və s. vəhabidi ya şiə. ona görədə bütün dünya müsəlmanları Taliban kimi Əl Qaidə kimi görür.

#24 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 00:23

Men bir shey deyirem, siz getirirsiz shienin tamam bashqa bir mesele haqqindaki .gorushunu yazirsiz. Hech dexli var?
Sizle behs etmeye hevesli deyilem, movzuya fikrimi yazmisham.

Shie mentiqi ile cavab vermishdim.Belke indi basha duhsersiz shielerle behs etmek ne derecede chetin ishdi.

tövbə elə vəhabi ee lənət şeytana sələfi. karıxdım ee bilərəkdən olmadı. yoxsa insanlarda hiddət doğuran ve sadəcə nifrətə səbəb olan bir adla səni adlandırmaq istəmədim. nəysə sən tövbə elə məntiq haramdı

#25 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 14 ноября 2009 - 21:18

Yeni Müsavat qəzetinin 13 noyabr saylı buraxılışında Allma qəzetinin kollektivinin istefası barədə bir yazı gedib. Yazının adı belədir: "Alma"da məişət qalmaqalı, yoxsa fikir ayrılığı?məni bu yazıda bir şey cəlb etdi. Redaktor Elnur Aslanbəyli deyir ki, Baş redaktor İsrail Musayevin sözlərindən belə çıxır ki, Namiq Muxtarlı ilə aralarında olan ciddi namus-qeyrət söhbəti olub. "Halbuki, belə söhbətlər, zarafatlar "Alma" kimi azad kollektivdə hər gün baş verir". Diqqət edirsiz? Sonra da bu insanlardan Allaha, dinə və millətə hörmət gözləyirik. Yadıma o qəzeti oxuduğum vaxtlar düşür. Yazarlardan biri anasına nifrətdən danışırdı. Çünki, qonşuları... Nə isə, bizdə Yasamalda gözəl bir söz var. Deyir: "bunların pisi pisdir, yaxşısının da......."

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#26 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 14 ноября 2009 - 23:43

Yeni Müsavat qəzetinin 13 noyabr saylı buraxılışında Allma qəzetinin kollektivinin istefası barədə bir yazı gedib. Yazının adı belədir: "Alma"da məişət qalmaqalı, yoxsa fikir ayrılığı?məni bu yazıda bir şey cəlb etdi. Redaktor Elnur Aslanbəyli deyir ki, Baş redaktor İsrail Musayevin sözlərindən belə çıxır ki, Namiq Muxtarlı ilə aralarında olan ciddi namus-qeyrət söhbəti olub. "Halbuki, belə söhbətlər, zarafatlar "Alma" kimi azad kollektivdə hər gün baş verir". Diqqət edirsiz? Sonra da bu insanlardan Allaha, dinə və millətə hörmət gözləyirik. Yadıma o qəzeti oxuduğum vaxtlar düşür. Yazarlardan biri anasına nifrətdən danışırdı. Çünki, qonşuları... Nə isə, bizdə Yasamalda gözəl bir söz var. Deyir: "bunların pisi pisdir, yaxşısının da......."

Qadası, siz o qəzetin nəyini oxuyurdunuz? :loool:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#27 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 ноября 2009 - 00:25

Qadası, siz o qəzetin nəyini oxuyurdunuz? :)

bilmək istəyirdim nə istəyirlər, amalları nədi və s. və i.a.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru