Перейти к содержимому


Şair

Регистрация: 11 июл 2008
Offline Активность: 17 окт 2013 22:10

#68358 Qəlbimdən süzülən sözlər

Написано Şair 07 января 2011 - 23:50

Şair (10 Март 2010 - 17:47) писал: Seyid gələcək, deyəcək Şair,
Akt yazıram sənin şeirnə dair
Şeirə bizlərdə deyilir şe`r
Siyasətə oldun qurban, hali ol!


Şair vəhhabi-nə sözündə düz var,
Bizə qarşı cıxdın-səndə də üz var,
Al -islam rəhbərdi-belə bir soz var,
Sənsə həbs olacaqsan,buna hali ol.


Al-İslamda bir lider ləyaqəti var
Onun Murtəza Heydərə (ə) sədaqəti var

Kimdə yoxdursa Heydərə (ə) sədaqət,
Qəlbində şeytana məhəbbəti var

Al-İslam olacaq İslama sütun
Bu sütuna ALLAHın bərəkəti var

O qaldıracaq İslamın bayrağını
Foruma bəxş edəcək ədaləti var

Forumun inqilabı görünür yaxın
İnqilaba userlərin hərəkəti var

Gunahkaram, etdim HAQQa bir dəstək
Bu dəstəyə zamanın tələbatı var...

P.S. İLAHİ, mən də şe`r yazarmışam... :loool:


Söz deməyə geniş meydanım var
El arasında böyük ad-sanım var.

Canıma qəsd etmə ey təbib
Dəvası olmayan dərdli canım var.

Neynirəm al-İslam tək rəhbəri?
al-Fath kimi ləyaqətli xanım var. (Xan-ım mənsubiyyət şəkilçisidir)

Qorxaq məni bu yolda bilmə sən
Davam üçün axıdacaq qanım var.

Sevinmə bilirsən zəif yanımı
Bir də görmədiyin güclü yanım var.

Gəl ordan Bakıya eylə nəzər
Xalq arasında şöhrəti şanım var.

Şair ağlama ki, yardan uzaqsan
Ona qovuşacaq bir zamanım var...



#67911 Suala sualla cavab veririk?!

Написано Şair 02 января 2011 - 21:23

Mirt virmaqa girmisiz bura?

Sənə əjdaha lazımdı?


#67294 Zamanın İmamı kimdir ?

Написано Şair 16 декабря 2010 - 20:22

Nə olub bir cəsarətli Rafa çıxıb Zamanın imanını sifətlərini vəsf edə bilməyəcək? Bir gəlsin vəsf etsin görək onun sər sifəti necədir

Əbu Davud deyir ki, İmam Məhdinin (ə.f) sər sifəti belədir:

4285... Əbu Səid Əl Xudri (r.ə)dən rəvayət edildiyinə görə, Rəsulullah (s) belə buyurmuşdur:

"Mehdi mən(im nəsilim)dəndir. O açıq alınlı və incə burunludur. Dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq və yeddi il hökm sürəcək."

Amma əlbəttə ki, imamın qılıncı başını kəsəndə sər sifətini görəcəksən.

Yox əgər mənəvi cəhətini qəsd edirsənsə, onda peyğəmbər kimidir. Əbu Davud nəql edir Hz Əlinin dilindən:

4290. ... "Mənim bu oğulum Rəsulullah (s)ın adlandığı kimi seyiddir. Onun sulbündən, adı Nəbimizin adından olan, ona yaradılışda deyil, xasiyyətdə bənzəyən bir adam gələcəkdir."...

Mənbə:
Əbu Davud, Mehdi Kitabı



#66654 Forumun inqilabi qərərgahı

Написано Şair 30 ноября 2010 - 22:01

ŞOK! Forumçuların gizli yazışmaları!
Məlum olduğu kimi forum artıq inqilabçıların qismən nəzarətindədi. Buna əsasən bizim imkanımız var ki forumdakı şəxsi ismarıclara nəzarət edək.
Bunun nəticəsində şok faktlar ortaya çıxdı. Bunları sizə inşallah açıqlayacağıq. Məsələn, onlardan biri: Şair 28.11.2010 tarixində (saat 01:08) Mirotvoresə məktub yazır:
Komandir, al-Islamın adminə gücü çatan deyil. Amma mənim də al-Fathdan xoşum gəlmir. Saytı məhvə aparır. Amma onun devirilməsi al-Islamın əli ilə olsa, biz kənarda qalacağıq. Ona görə də gəl biz birləşib əvvəl al-İslamı sonra da, al-Fathi aradan götürək, dədə malı kimi bölüşdürək!

28.11.2010 tarixi yəqin ki, hamınıza tanış gəldi. Üstəlik bu ismarışdan yuxarıdakı ismarışda "Vikileaks"dan yazması da al-İslamın bağlantıları olduğuna şübhə yaratmır. Hamıya aydındır ki, bu məlumatlar sızma nəticəsində deyil, ABŞ-ın gizli əmri nəticəsində yayılıb. Beləliklə, al-İslamın da bu şəbəkənin içində olduğu və Azərbaycanda təbliğat apardığına şübhə yeri qalmır



#66609 Forumun inqilabi qərərgahı

Написано Şair 30 ноября 2010 - 01:20

Şok acıqlama.Şair bu gün prokurorluğa cağırıldı.El Şairinin cinayəti əməlləri ifşa olundu.
Prokurorluğun mötəbərmənbələrinin verdiyi acıqlamaya görə-özünü EL Şairi kimi qələmə verən şəxs Bakıda Qəlyan mafiyasının başcılarından olması təsdiqlənib.Belə ki bu şəxsin monopolist siyasəti nəticəsində-Səudiyyə Ərəbistanınından gələn standartlara cavab verməyən-"geydirmə" qəlyanlar BAKININ cayxanalarını basıb.
Bundan əlavə bu şəxsin "Halal" markası altında buraxdığı kolbasa məhsullarını-monqolustandan gətirilən at ətindən hazırlandığı aşkar olunub.
Təhqiqat gedir,bu haqda ictimaiyyətə məlumat veriləcəkdir.

Xəbərdə Səudiyyə-nin adının keçməsi, yalan olmasından xəbər verir. Mən hara, vəhabilər hara. Vəhhabiləri siyasi cəhətdən dəstəkləyən al-İslam və hərbi cəhətdən dəstəkləyən, əl-Qaidənin yeni rəhbəri Şeyx Mirotvoresdir.


#66390 Forumun inqilabi qərərgahı

Написано Şair 27 ноября 2010 - 01:59

Bu mövzu təfriqə xarakterlidir. Odur ki, dərhal mövzunun bağlanmasının və müvafiq əmirin cəzalandırılmasını ali məqamlı rəhbərimiz al-Fathdan xahiş edirəm.


#66047 Şiələrə suallar

Написано Şair 20 ноября 2010 - 01:00

Bunu gedib ibn Əbdülvəhaba təvəssül edib, ibn Teymiyyədən soruşarsan.


#66012 Hacı Arif Buzovnalı

Написано Şair 19 ноября 2010 - 20:14

Hacının dünən dediyi şeir, çox xoşuma gəldi:

Bir nəfəstək səni çəkdim sinəmə,
Bir nəfəs ömrü qədərmiş bu vüsal.
O nəfəs bir də düşərdi əlimə,
Məni sağ qoymağa tapmazdı macal.

Necə "sənsiz" sözü sənsizlik üçün,
Ötürüm qafiyədən qafiyəyə?
Necə mən sənli dünən ilə bu gün,
Anladım ki, sözə sənsizdi niyə?

Yaxın etmiş mənə öz çərçivəsin,
Sənin arxanca açılmış qapılar...
Geriyə dönməyə varsa həvəsin
Sənə də çərçivədə yer tapılar...

Səni də bağlayıb öz zəncirinə,
Çalışır baş ki, ayaq getsin evə.
Baş-ayaq düşdü məsəl öz yerinə,
Bu dəfə öldü ərəb, qaldı dəvə...



#65452 Hacı Arif Buzovnalı

Написано Şair 11 ноября 2010 - 00:13

Şair qardaş, zəhmət olmasa Hacının "apardı" şerini audio formatında yükləyərdiniz.
Əvvəlcədən təşəkkürlər!

Seyid, bağışlayın. Bu şeirin videosu var idi. Amma heç cürə tapa bilmədim. Olsaydı, audio-ya convert edərdim, heyif. Ancaq, yazılı formasını yaza biləcəm, çox təəssüf ki:

Fələk yelə verdi insan karvanın,
Hərəsin bir yana çəkib apardı.
Bir ömür rəngbərəng bəzədi onu,
Sonda ağ əskiyə büküb apardı.
*****
Hər insan yaşadı ölüm anını,
Qəflətən Əzrail kəsdi yanını,
Kiminin yuxuda aldı canını,
Kiminin qanını töküb apardı.
*****
Dünya Tanrılığa cəhd eləyənin,
Halal deyə-deyə haram yeyənin,
Sinəsinə döyüb “mən-mən” deyənin,
Cəmdəyin torpaga əkib apardı.
*****
Allah hikmətinə kor baxanların,
Xalqın sətvətinə xor baxanların,
Haqqa gözlərində tor baxanların,
Fələk torbasını tikib apardı.
*****
Arif, sən də öldün, başladı adət,
Bir az qurdalanıb getdi cəmaət,
Bircə çadır qaldı yasdan əlamət,
Onu da sahibi söküb apardı.



#65171 Hacı Arif Buzovnalı

Написано Şair 07 ноября 2010 - 01:04

haci-arif.jpg
Hacı Arif Buzovnalı 1972- ci ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində doğulmuşdur. Gənc yaşlarından Klassik ədəbiyyata meyl etmiş və sonradan bir çox ədəbi məclislərin üzvü olmuşdur. "Ömrün ötən anları", "Mərifətdən həqiqətə", "Səhərimə nə qalıb ki" və "Xəzərim" adlı dörd kitabın müəllifidir. Hacı Arif əruz vəzninin Azərbaycan ədəbiyyatında işlənən bütün bəhrlərində gözəl şeir nümunələri yaratmaqla bərabər, heca və sərbəst vəznlərdə də ugurla qələmini sınamışdır. Dövri mətbuatda poeziyası ilə yanaşı onlarla müxtəlif mövzuda məqalələri dərc olunmuşdur.

P.S: İnşallah bu mövzuda Hacının qəzəl və şeirlərinin həm yazılı, həm video, həm də mp3 formatında paylaşacağıq. Bismillah eliyək...



#64543 El ŞAİRİNİN ad günü.

Написано Şair 27 октября 2010 - 00:24

Şair dostum-yazım sənə,sən də dinlə,
İnan bir gün bahar gələr,
Baxcalarda bülbül dinər,
Bələkdəki gül körpələr,
Ceyran baxar,cüyür mələr,
Cəmənlərdə al lalələr,
Baxar sənə bir gün gendən-ŞAİR NƏ TEZ QOCALDIN SƏN.
Bir kərpic də düşdü omür sarayından-bu kərpicin tappıltısı Şükr gurultu qoparmadı-cün hələ ki dünya var,qələm var,varaq var -ŞAİR YAŞAYIR.Kimlərsə misralarda özünü tapır-kimlərsə itirir.Qanuna uyğunluq adlanar bu hal.Cün misralar da bizim qəlbimizin aynasıdır.Cirkin qəlblərin aynasında belə misralar oxunmaz.Bu təmiz qəlblərin meyarıdır.Kitab yazmadıq biz Səninlə,qəlbimizi bu cansız monitora axıtdıq-götürənlər əllərinə göyərcin qonmuş kimi sevindilər və sevdilər,götürməyənıər isə eynək taxdılar.OLSUN.Hər kəs secimində azaddır-kimisi ucuruma doğru yol secəndə-kimisi günəşə doğu gedəndə.Kimisə ALLAHI qəlbinə köcürəndə-kimisi şeytanı boynuna mindirəndə.Zəlimxan demiş-ALLAH DA QƏLBİNDƏ ƏZİZ SAXLADI-ALLAHI QƏLBİNƏ HƏKK EDƏNLƏRİ.
ALLAHIN DƏRGAHINDA ƏZİZLƏRDƏN OLASAN-DOSTUM.Dualarımda və qəlbimdə varsan- bu Sənin ücün əlamətdar və əziz gündə.Uzaqdan olsa belə Səni bir balam kimi bağrıma basiram-BU GÜNÜN MÜBARƏK -ŞAİR.
P.S. Az ye-bayrambəyi olarsan!


Kim bizi anladı, əhsən söylədi
Kim bizə lağ edib, qovdu gözündən
İnsan əzəl başdan təəssüf böylədi,
Həqiqət nurunu atar özündən.

Nə yazıq, vaxt gələr, anlayar bizi
Gözləri kor olan cahil bəndələr
Belədir, görəndə həqiqət izi,
Nə edər dağılmış-pərakəndələr?

Allaha təvəkkül, zamana düşmən,
Bu zaman ayırdı məni canımdan
Ya Məhdi, hardasan səsi eşit sən
Nalələr qopubdur, bax hər ahımdan.

Allah razı olsun. Həmişə böyüyüm kimi hörmətim var. Təbriklərə görə çox sağol qardaş. Allah səni bizə çox görməsin! Təşəkkürlər



#64479 Harun Yəhya - Adnan Oktar

Написано Şair 26 октября 2010 - 10:25

İnci xanım, olar Azərbaycan türkçəsiynən danışasız?
Hər şeyi atıram bir kənara, Mehdilik iddiası qoy sonraya qalsın. Siz İmam Mehdinin əsl adının peyğəmbərin adı olduğunu bilmirsiz? Bu həm şiə, həm də sünnü aləmində sabitdir. Fərq bir atasının adıyla bağlıdır. Şiələr və sünnülərin bir qismi deyir yaşayır və atası İmam Həsən Əskəri (ə) olub, sünnülərin digər əksəriyyəti isə qeyd edir ki, hələ doğulmayıb, atasının adı peyğəmbərin atasının adıynan eyni olacaq. Vəssəlam. Sizsə sözünüzü isbatlayacaq, 1 mötəbər mənbədən hədis gətirin. Mən tonlarla hədis gətirərəm, bu sözlərimi isbatlayacaq



#64450 Əli ayağı.

Написано Şair 26 октября 2010 - 00:50

Birincisi, ayələr müşriklərə aiddir
İkincisi, məscidlər də Allahın evidir və orada Adı zikr olunur. Amma, məscidlər də dağlardan alınmış daşlar vasitəsilə düzəldilir. Demək siz Allahı daşlarla yad edirsiz? Məscidə mübarəklik gətirən şey nədirsə, onu aydınlaşdır, sonra belə cahilcəsinə danışarsan. ok?[/size][/font]



Ayələr Allahı layiqincə qiymətləndirməyən hər kəsə aiddir. Bunu isə ona görə yazmışdım ki, ayaq insana necə Allahı yad etdirə bilər???
Məscidə mübarəklik gətirən oradakı mömünlərin ibadətidir. Əgər bir yerdə ki, Allaha şərik qoşulur orada mübarəklikdən danışıla bilməz. Mübarək sözü xeyr bol və davamlı deməkdir. Şirkdə nə xeyr var, nə də ki, bərəkət.

Allahın övliya bəndələrini yad eləmək, elə Allahı yad eləməkdir.
Ay sələfi!!! o Qamətin ayağı deyilee, Peyğəmbərdən sonra bəşərin ən üstün şəxsinin ayaq izidi və bütün iman əhli üçün mübarəkdir. Sən heç o ayağın tozu ola bilməzsən!


#64440 Bu gun Şəmsi bacimizin ad gunudur!

Написано Şair 26 октября 2010 - 00:35

Mən təbrik eləmirəm, gələn ay təbrik edəcəm. Çünki mənim ad günüm bundan 1 ay tezdi :P
Zarafatdı, indi də təbrik edirəm, gələn ay da qismət olsa, dualarımı edəcəm :rolleyes:



#64437 Əli ayağı.

Написано Şair 26 октября 2010 - 00:31

Bəs Muaviyənin (l.ə.) məqbərəsi niyə sökülmür? Day-dayı var?


Başlayım başdan.
Əgər belə yer varsa əlimdə olsaydı onu da sökərdim. Çünki mən Allahın quluyam!

Sökəcəyin nə qədər yerin var? davay marş:
Qəbirlər barədə ziddiyyətli vəhhabi mövqeyi





Рейтинг@Mail.ru