Перейти к содержимому


Abu Sufyan ordusu

Регистрация: 13 фев 2009
Offline Активность: 14 янв 2014 21:55

#98819 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 31 мая 2013 - 22:59

7.Moizə və tarixi hadisələrdə

Zəif xəbərlərin digər faydası da xətiblərin moizə və danışdıqları tarixi hadisələri zənginləşdirməkdir, hansı ki, sözü gedən moizə və hadisələr möminlər üçün ibrət və nəsihətdir. Əgər zəif hədislərin hamısını silib atsaq, moizələr əksər hallarda öz tə`sirini itirəcəkdir (bir növ tə`sirsiz quru söz yığınağına çevriləcək). Belə ki, bizdən öncə yaşayanların başına gələn hadisələr (avtobioqrafiyaları)bu hadisələrdın aldığımız ibrətlərin çoxu bizə zəif hədislər vasitəsilə gəlib çatmışdı.
Möizə və ibrətlər oxuyanın və yaxud qulaq asanın qəlbində çox böyük təsirlər qoyur, hansı ki, bu təsirlər onun imanında, əməllərində öz əksini tapır.
Bu rəvayətlərdən nə qadağa nə də ki, vacibat qəsd olunmur. Odur ki, bu hədislər zəif olmalarına baxmayaraq, əgər Əhli-Beytdən a.s. rəvayət olunduğu bildirilərsə yuxarıda sözü gedən təsirlərinə görə istifadə olunar.
Qeyd etmək lazımdır ki, əgər rəvayətin uydurma olduğu bilinsə onu nəql etmək doğru deyildir. Lakin nə qədər ki, rəvayət Əhli-Beytd a.s.-dan sadir olma imkanı dairəsindən xaric olmamışdır, onu nəql etmək, sitat olaraq gətirmək, (oxuyanlara, qulaq asanlara) təsirindən istifadə etmək caizdir.

Şeyx bu sözlərindən sonra çoxlu sayda nümunələr gətirmişdi ki, onları tərcümə etməyə lüzüm görmürəm. Yetər ki, minbər söhbətlərini yada salasınız, istər mövlud günlərində istərsə də tə`ziyə. Xüsusən də İmam Hüseyn a.s.-la bağlı söhbətləri və s. Həmçinin Əhli-Beyt a.s.-ın başına gələn müsibətlər, müxtəlif tarixi hadisələr. Bir sözlə ağıla güc vermək lazımdır.


#98817 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 31 мая 2013 - 03:01

6.Biri digərini təfsir edən hədis


Bə`zi xəbərlər digərlərini təfsir edir, mənasını açıqlayır. Elə səhih rəvayət vardır ki, onun mə`nasını tam anlaya bilmirik. Bu zaman köməyimizə sənədi zəif olsa belə digər bir rəvayət yetişir və həmin səhih rəvayətin mə`nasını bizə açıqlayır. Tam anlaya bilmirik dedikdə, hədisin ilkin başa düşülən mə`nasının səhv olması müxtəlif qərinələr vasitəsilə bəlli olur. Bu da əsas verir ki, həmin mə`nadan uzaqlaşıb yeni, daha doğru mənanı axtaraq. Bu zaman zəif hədis bizim diqqətimizi digər, daha münasib mənaya yönəldir.

Məsələn rəvayətlərdən birində buyurulur:

"Şiələrimiz ərəblərdir". "Ərəb" sözündən ilkin başa düşülən məna ərəb dilində danışan millətdir. Lakin bu mənanın səhv olduğunu anlamaq o qədər də çətin deyil.


#98816 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 31 мая 2013 - 02:23

Aleykəs-salam va rahmatullah va barakatuh.

Şöhrət dedikdə hədisin məzmununa əməl etmə, yə`ni çoxlu sayda fəqihin (bə`zilərinə görə yalnız qədim fəqihlərin) hədisin məzmununu əsas tutaraq fətva vermələri, hökmü istinbat edərkən hədisin mətninə istinad etmələridir. Onu da qeyd etməliyəm ki, bu qayda-qanun təkcə şiələrə xas deyil. Eləcədə fəqihlər və mühəddislər arasında bu məsələdə ixtilaf vardır.
شهرة الحديث تغني عن ضعف السند


Bütün bunlar bizim səviyyəmizdən çox-çox yuxarilarda qərar tapmışdır. Çox yuxarılarda qərar tapması səbəbinə də Əbu Zeyd və onun kimi uzunqulaqların hədis, hədis elmi və s. sözləri anqırmaqdan başqa bir şey deyil.

İlk dövrün fəqihlərinin Məsumların a.s. yaşadığı dövrə yaxın zamanda yaşamaları, hədisləri daha yaxşı bilmələri, onlara məlum olan lakin müasir fəqihlərə isə gizli qalan qərinələr və s. bu hədislərin mənasını səhih hesab edib, məzmununa əməl etməyə əsas vermişdir. Mə`sumların a.s. yaşadığı zamandan uzaqlaşdıqca çox şeylər itib getmişdir. İndidə bə`zi parazitlər olan-qalanın da itirilməsinə nail olmaq üçün ortalığa bəhanə torları (zəif-səhih) atmışlar. Təəssüf ki, avam şiələrdən də bu tora düşənlər az deyil.



#98813 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 30 мая 2013 - 15:57

5.Xəbərin məzmunu



Bə`zi sənədi zəif xəbərlərin səhih məzmunu olur, məsələn hər hansı bir məsələnin istidlalı hədisin məzmununda öz əksini tapır, hansı ki, bu cür zəif xəbər olmasa idi, ola bilsin ki, həmin dəlil-sübut bizə gizli olaraq qalacaqdı.


Rəvayətlərin birində İmam Musa b. Cəfər a.s. buyurur:

Allah Taala öz mübarək kitabında buyurur:
"Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). Bütün işlər yalnız Allahın ixtiyarındadır. (Rad-31)"

Bu Quran bizə miras olaraq verilmişdi. Dağları və mə`dənləri parçalayan, ölüləri dirildən bu kitabdadır. Biz havanın altında olan suları bilirik. Həqiqətən Allahın kitabında elə ayələr vardır ki, onların vasitəsilə Allahın izn verdiyi müəyyən işlər iradə olunmuşdur, eləcədə O, keçmiş üçün yazılanları ummul-kitabda qərar vermişdi. O, öz kitabında başqa bir ayədə buyurur:
"Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın! (Nəml-75)" Sonra başqa bir ayədə yenə buyurur:
"Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. (Fatir-32)"

Biz Allahın seçdiyi bəndələrik. O bəndələr ki, hər şeyin bəyanı-izahı olan kitabı kitabını bizə miras olaraq verdi.

Bu hədisi sənəd e`tibarilə zəif olduğunu fərz etsək belə, məzmunu açıq-aydın mənaya, güclü höccətə malik Quran istidlalıdır. Bu cür rəvayətlər olmasa idi bu kimi dəlillərdən və elmlərdən xəbərdar olmazdıq.




#98812 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 30 мая 2013 - 04:21

Seyyid Muhəmməd Baqir əl-Huseyni əl-Mərəşi əd-Damad r.a. zəif hədislərin digər hədislərdən ayırd etmə əlamətləri haqqında bu cür bildirir:

"Hədisin uydurma olması uyduran şəxsin iqrarı ilə, yaxud iqrara bənzər qərinə ilə bilinər. Həmin şəxsin iqrarı ilə-zahiri dəlil səbəbinə-bu hədisə uydurma hökmü verilsədə bu hökm qəti deyildir, çünki həmin şəxsin iqrarı da yalan ola bilər.
Bə`zən də nitqin naqisliyindən, mə`nanın cəfəngiyyat olmasından, yaxud buna bənzər bir şeylə də hədisin uydurma olması bəlli olur. Bə`zən isə hədisin sənədinin zəif olmasına baxmayaraq mətninin səhihliyinə də hökm verilir. Çünki mətndə güclü üslub, bəlağət, elmin qəlizlikləri, gizli sirlər və s. cəm olması bu mətnin yalnız və yalnız vəhy xəzinəsindən, ismət əshabından, Ruhul-Qudusun hizbindən, Qudsi qüvvənin mə`dənindən sadir olmasının sübutudur." ("ər-Ravaşih əs-Səməviyyə" səh 193)
  • l-nur это нравится


#98811 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 30 мая 2013 - 03:54

Daxili və Xarici qərinələr

Qərinələr daxili və xarici olaraq iki növə bölünür:
Xarici qərinəyə nümunə olaraq bizdə olanları dəstəkləyən əhli-sünnə yolu ilə nəql olunmuş və onların öz əqidələrinə müxalif olan rəvayətləri göstərmək olar. Məsələn fərz edək ki, Xanım Zəhranın s.a. başına gətirilən müsibətlər bizdə zəif xəbərlərdə öz əksini tapmışdır. Eyni zamanda onların rəvayətlərində də bu məsələnin öz əksini tapması bu cür fərz olunmuş zəif rəvayətlərin doğu olduğuna sübutdur. Çünki onların əqidələrinin xilafına və onlara qarşı höccət olduğu halda bu cür xəbəri nəql etmələri bizdə olan zəif xəbərlər üçün çox güclü qərinədir.
Həmçinin qeyblə bağlı zəif xəbərlər, hansı ki, sonradan zaman onu təsdiqləmiş, insanlar onun şahidi olmuşlar. Bu cür xəbərlər İmamlarımız a.s. barəsində bizə müxalif olanlara qarşı çox güclü höccətdir. Çünki bu cür xəbərlərin məzmununda onların gələcəkdə baş verəcək hadisələri xəbər vermələri və sonradan zaman keçdikcə həmin hadisələrin baş verməsi onların imamətliyinin həqiqi olmasının açıq-aydın göstəricisidir.

Daxili qərinəyə nümunə olaraq xəbərin məzmununun aliliyini göstərmək olar. Çünki bü cür ali məzmun yalnız ismət və təharət evindən (Allahın salamı onlara olsun) sadir ola bilər.


#98810 Rafizilərin qəbrə səcdəsi

Написано Abu Sufyan ordusu 30 мая 2013 - 02:26

Allah səni hifz eləsin. Şəxsən mən bu cür rəftara layiq deyiləm. O, ki qaldı sözü gedən məsələyə zənnimcə tərcümədə qəbahət var.


#98809 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 30 мая 2013 - 01:49

4.əl-Məhfuf bil-Qarinə olduqda


Sənəd `etibarilə zəif olan xəbər əgər qərinələrlə əhatə olunsa (əl-məhfuf bil-qarinə), həmin bu qərinələr sözü gedən xəbərin (məsumlardan a.s.) sadir olmasına arxayınlıq, bə`zən isə hətta tam əminlik belə yaradır.
Əgər bir şəxs rəngi saralmış halda həkimin yanında sənə xəstə olduğunu bildirsə, yaxud evindən ah-nalə səsi gələn,ailəsi qara paltarlar geyinən, və xəstə olduğunu bildiyin bir kəsin dünyasını dəyişdiyini sənə bildirsələr, sən bu cür xəbərlərin doğru olduğunu qəbul edəcəksən.
Bü cür nümunələr çox göstərmək olar. Xəbərin bu cür qərinələrlə əhatə olunması bizə höccət olaraq kifayət edir.
Mirzə ən-Nuri "Müstədrək"in xatiməsində (5/44) bildirir:

"Bu xəbər doğrunun qərinələri ilə əhatə olunduğu üçün höccətdir. Çünki xəbər zəif olmağına baxmayaraq əgər qərinələrlə əhatə olunsa ittifaqa görə höccətdir. Bu cür zəif xəbər hətta qərinəsiz səhih xəbərdən də güclüdür."


#98807 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 30 мая 2013 - 01:14

3.Mustəfiz və Mutəvatirdə


Hədislərin mustəfiz yaxud təvatur həddinə çatmasında sənədlərinin səhihliyi şərt kimi qoyulmamışdır. Zəif sənədli hədislərin birləşərək mustəfiz və mutəvatir hədisləri reallaşdırması mümkündür.
Şəhid əl-Əvvəl "əl-Qavaid val-Fəvaid" 1/222 kitabında bu cür bildirir:

"Əgər bir hədis çoxlu sayda yollarla və müxtəlif sənədlərlə rəvayət olunarsa, hədis əhlinin adəti bu cür hədislərin sənədinin səhihliyinə çox əhəmiyyət vermədən, ravilərin halının dərinliyinə varmadan onları mustəfiz və yaxud mutəvatir hədislər çərgəsinə qoşmaqdır."


Odur ki, yerdə səhih xəbərlər qalsa belə, zəif xəbərləri silib atmaqla biz mustəfiz və mutəvatir xəbərlərdən itirmiş oluruq. Çünki bə`zən səhih xəbərlər təvatur həddinə çatmır, bununlada mutəvatir xəbərin bizə verdiyi faydanı-YƏQİNİ itirmiş oluruq.


#98804 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 29 мая 2013 - 16:17

2.Şöhrət

Bir qrup sənəd baxımından zəif hədislər vardır ki, qədim dövrün məşhur alimləri onları məqbul bilib əməl etmişlər. İmamların a.s. zamanına yaxın olmaları ilə yanaşı hətta bə`zi hallarda bu cür zəif hədislərin müqabilində olan sənədi səhih hədislərdən imtina edilmişdir. Buna görə də son dövrün alimləri şöhrəti zəif xəbəri gücləndirən, səhihi isə qüvvədən salan hesab etmişlər.

İmamların a.s. zamanına yaxın dövrdə yaşamış alimlərin sənədi səhih olan hədisdən imtina etmələri, həmin hədislərdə bizə gizli qalan bir səbəbin olmasıdır ki, bizim nəzərimizdə sözü gedən hədislərin e`tibarını azaltmış olur.

Xəbər sənəd etibarilə zəif olsa belə "şöhrət" həmin xəbəri mötəbər edən qərinələrdən biridir. Belə ki, qabaqcıl alimlərin bə`zilərinin nəzərində xəbərlərdə höccət xəbərin mötəbər olmasıdır, mötəbər kəsin xəbəri deyil. Bunu əsas tutaraq sənədi zəif olmasına baxmayaraq mötəbər xəbərə əməl etmək doğrudur.




#98803 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 29 мая 2013 - 15:53

Aleykəs-salam va rahmatullah va barakatuh.

Yuxarıda nəql edilən və edilməyən hədislərdən nəticə:
Fəqihlərimizdən bizə yetişən budur ki, xəbər sənəd etibarilə zəif olsa belə müstəhabatda bu cür xəbərlərdən istifadə etmək düzgündür. Zəif xəbər səhih xəbər kimidir, səhih xəbərdə olduğu kimi zəif xəbərə də əsaslanaraq əməlin müstəhəb olmasına fətva verilir. Mühəqqiq ən-Nəraqi r.a. "Mustənəd əş-Şiə"4/111 kitabında bu cür bildirib:


"Zəif xəbər istihbab məsələsində səhih xəbər kimidir, hökmü isbat etməkdə aciz(zəif) deyil.



#98797 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 29 мая 2013 - 00:38

Ola bilsin ki,məsələ kiməsə tam aydın olmaz və fikir bildirər ki, belə çıxır biz müxaliflərin də rəvayətlərini qəbul edib əməl edə bilərik?

Xeyr, məsələ bu cür deyil. Müxaliflər rəvayətlərin onlara yetişdiyini iddia edirlər, həmin rəvayətlər isə bizə yetişməyib. Həmçinin (şəriət məsələlərində, hökmlərdə və s.) onlardan götürmək (öyrənmək), onlara və onların kitablarına müraciət etmək bizə qadağan olunmuşdur. Necə ki, əl-Kəşşi "Rical"ında (səh 383/hədis 4) öz sənədi ilə Əli b. Suveyd əs-Sabidən rəvayət etmişdir:

Əbul-Həsən a.s. zindanda olarkən mənə yazdığı məktubunda buyurmuşdu:
Ey Əli, o ki, qaldı dinini kimdən öyrənməyinə, şiələrimizdən başqa kimdənsə öyrənməyəsən. Əgər bu əmrə əməl etməsən bilki, dinini Alllaha, onun rəsulu və əmanətlərinə xəyanət etmiş xainlərdən öyrənmisən. Onlar Allahın kitabını təhrif etmiş, dəyişdirmişlər.Onlara qiyamət gününə qədər Allahın, onun rəsulunun, mələklərin, babalarımın, mənim və şiələrimin lə`nəti olsun!....



#98791 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 28 мая 2013 - 18:58

1.Müstəhabatda

Alimlərimiz arasında müstəhəbat məsələlərində zəif xəbərlərə əməl etmək məşhur haldır, bu ət-təsamuh fi ədillətis-sunən adlanır. Bunun səbəbi isə müstəhəbat məsələlərində səhih və zəif xəbərlərə əməl etməyin caiz olmasına dəlalət edən çoxlu sayda xəbərin olmasıdır.

Bu cür rəvayətlərdən nümunə olaraq aşağıdakıları göstərmək olar:

Hişam b. Salim Abu Abdullah a.s.-ın bu cür buyurduğunu rəvayət etmişdir:
Kiməsə Peyğəmbər s.a.a.s.-dən savab bir əməl haqqında xəbər yetişsə, həmin əməli yerinə yetirsə, Peyğəmbər s.a.a.s. həmin sözü deməmiş olsa belə həmin şəxsin əcri(savabı) vardır.

Yenə O, həzrət buyurmuşdu:
Kimsə savab əməl haqqında xəbər eşidib ona əməl etsə, məsələ onun eşitdiyi kimi olmasa belə həmin şəxsin əcri(savabı) vardır.

Buna bənzər xəbəri ammə (sünnülər) yolu ilə Cabir b. Abdullah əl-Ənsari rəvayət etmişdir ki, Peğəmbər s.a.a.s. buyurmuşdur:
Kiməsə Allah nəzərində xeyirli bir əməl barədə xəbər yetişsə, həmin əməli Allaha imanı olaraq və Allahdan savabını istəyərək yerinə yetirsə, məsələ o cür olmasa belə Allahdan əvəzini alacaqdır.
Bunlara bənzər bir çox hədislər rəvayət olunmuşdur ki, hamısını nəql etmək fikrində deyilik, əlavə məlumat üçün "əl-Vəsail" 1/80 müraciət etmək olar.


#98788 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 28 мая 2013 - 17:25

Bu təsnifatdan olan bir sinif də ZƏİF XƏBƏRDİR, hansı ki, sənədində bə`zən irsal ya da kəsik olur, yaxud ravilərindən bə`zisi məchul ya da zəif olur və yaxud da bunlardan qeyri bir şey səbəbinə bu xəbər səhih, həsən və yaxud müvəssəq xəbər sıralarına daxil ola bilmir.


İndi nəzərdən keçirəcəyimiz hallarda xəbərlər sənəd baxımından zəif olmalarına baxmayaraq, özlərində böyük faydalar cəm etmişlər, onlardan yapışmaq və uyğun olaraq əməl etmək doğrudur. Xatırlatmaq yerinə düşərdiki zəif xəbərin faydası aşağıda sadalanan hallarda məhdudlaşmır, lakin həqiqəti öyrənmək istəyənlərə elə aşağıdakılar da kifayət edər:
1. Müstəhabatda
2. Şöhrət (qədim alimlərin nəzərində məşhur olduğu halda)

3. Mustəfiz və mütəvatir hədislərdə
4. əl-Məhfuf bil-Qarinə olduğu halda
5. Xəbərin məzmunu
6. Hədislərdən bəzisi digərlərini təfsir edərkən
7. Moizə və tarixi hadisələrdə



#98787 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 28 мая 2013 - 17:03

Əs-Sunnə: Mə`sumun sözü, fe`li və yaxud təqriridir.
Xəbər qeyri-məsumun sözünə deyilir. Hansı ki, bu xəbər məsumdan sadir olmuş sunnəni hekayət edir. Xəbərin sinonimi hədisdir.
Sunnənin Peyğəmbər s.a.a.s və Pak İmamlardan a.s. rəvayət olunmuş hədislərə şamil olunmasında şəkk yoxdur. Sünnə Qurandan sonra şəriət məsələlərində ikinci əsas məsdər hesab olunur. Beləki əhkam məsələlərinin əksəriyyəti Peyğəmbər s.a.a.s. və Hidayət İmamlarından a.s. rəvayət olunmuş hədislərdən götürülür. Buna görə də qabaqcıl alimlərimiz bu xəbərlərin təsnifatı üzərində səylə çalışmış, hansı sinif xəbərlərə əməl olunma sərhədlərini tə`yin etmişlər.
Alimlər hansı xəbərin höccət olmasında xeyli ixtilaf etmiş və bu ixtilaf səbəbinə bir fəqihin nəzərində hansısa bir xəbər qeyri-mötəbər olduğu halda, əksinə digər fəqihin nəzərində mötəbər və məqbul ola bilər.
Elə buradanda hədisin sənədindən bəhs edən dirayə və rical elmi yaranmışdır ki, bu iki elmlə xəbərin qəbul olunma qayda-qanunları (normaları) təyin edilmişdir.






Рейтинг@Mail.ru