Перейти к содержимому


Abu Sufyan ordusu

Регистрация: 13 фев 2009
Offline Активность: 14 янв 2014 21:55

#10314 AykuT-555-in cavabı

Написано Abu Sufyan ordusu 29 мая 2009 - 11:17

Usulu kafi1/126.Kitabi Tovhid,bab HEraka ve intiqal 4-cu hedis


İmamdan məkan, inzal(yerə enmə) və s. barədə sual edənə cavab olaraq deyir:


علم ذلك عنده(2) وهو المقدر له بما هو أحسن تقديرا واعلم أنه إذا كان في السماء الدنيا فهو كما هو على العرش، والاشياء كلها له سواء علما وقدرة وملكا وإحاطة


Bütün bunların elmi ona məxsusdur.(2) O, ən gözəl təqdir ilə ona muqəddirdir. Bil ki, O, dunya səmasında olanda ərşdə olduğu kimidir. Əşyalar ona elmi, qüdrəti, mülkü, əhatəsi baxımından eynidir.

Sonra isə hədisi izah edir:


(2)
قوله (ع): علم ذلك عنده اى علم كيفية نزوله عنده سبحانه وليس عليكم معرفة ذلك ثم أشار اشارة خفية إلى ان المراد بنزوله نزول رحمته، وانزالها بتقديره بقوله: (وهو المقدر له بما هو احسن تقديرا) ثم افاد ان ما عليكم علمه انه لا يجرى عليه احكام الاجسام والمتحيزات من المجاورة والقرب المكانى والتمكن في الامكنة بل حضوره سبحانه حضور وشهود علمى واحاطة بالعلم والقدرة والملك (ع): واعلم انه: الخ. (آت)


(2)Onun"Bütün bunların elmi ona məxsusdur" sözü: Yə`ni "nazil olma necəliyi" ona məxsusdur və sizlər bunu başa düşə bilməzsiniz. Sonra isə nazil olmada məqsəd rəhmətin, təqdirin nazil olduğuna işarə edərək dedi: "O, ən gözəl təqdir ilə ona muqəddirdir."
Sonra ona (Allaha) cisimlər kimi məkanda olmaqlıq, qonşuluq, yaxınlıq və s. kimi hökm verilməməsi üçün, onun hüzurunun elmi hüzür olmasını, elmi, qüdrəti və səltənəti ilə hər şeyi əhatə etdiyini bildirdi........

"Əl-Kafi" "Hərəkət və İntiqal" fəsli 4-cü hədis

İndi sən Aykut və yalançı Şeyxin Qamət mənə gəstər görüm İmam və ya Kuleyni harada deyir ki, Allah dünya səmasına öz zatı ilə nazil olur.



#10310 AykuT-555-in cavabı

Написано Abu Sufyan ordusu 29 мая 2009 - 10:24

İndi "Tovhid" kitabında olan əsl hədisə baxaq:

قلت للرضا عليه السلام: يا ابن رسول الله ما تقول في الحديث الذي يرويه الناس عن رسول الله صلى الله عليه وآله وسلم أنه قال: إن الله تبارك وتعالى ينزل كل ليلة إلى السماء الدنيا؟ فقال عليه السلام:



لعن الله المحرفين الكلم عن مواضعه، والله ما قال رسول الله صلى الله عليه وآله وسلم كذلك، إنما قال صلى الله عليه وآله وسلم: إن الله تبارك وتعالى ينزل ملكا إلى السماء الدنيا كل ليلة في الثلث الأخير، وليلة الجمعة في أول الليل فيأمره فينادي هل من سائل فاعطيه؟


İmam Rza a.s.-dan soruşdum: Yəbnə Rasulallah, camaatın peyğəmbərdən rəvayət etdiyi "Allah hər gecə dünya səmasına enir" hədisi barədə nə deyirsən?
O, (imam Rza a.s.) dedi: Allah sözləri təhrif edənlərə lənət eləsin! And olsun Allah ki, peyğəmbər bu cur deməyib. O,(peyğəmbər) bu cür deyib: Allah gecənin son 1/3-də dünya səmasına mələk gəndərib bu cür nida etməsini əmr edir: (Allahdan) Bir şey istəyən varmı ona əta etsin?


"Tovhid" səhifə 176, 7-ci hədis



#10309 AykuT-555-in cavabı

Написано Abu Sufyan ordusu 29 мая 2009 - 09:16

Hemcinin Meclisi biharda3/331 Tovhid kitabi,14-cu bab

"Biharul-Ənvar" 3/331

[font="Palatino Linotype"]Sənin şərəfsiz şeyxin cümlənin əvvəlini dəlil gətirmək istəyib sonunu isə gızlədib:

قال السائل : فتقول : إنه ينزل السماء الدنيا ؟ قال أبوعبدالله عليه السلام : نقول ذلك ، لان الروايات قدصحت به والاخبار


Sual verən soruşdu: O, dunyanın səmasına enir?
Əbu Əbdullah a.s. dedi: Bu cür deyirik. Çünki rəvayət və xəbərlərdə bu səhihdir.


Aykut, sənin şeyxin "Bu cür deyirik" cümləsinin mə`nası ilə "Bəli, ALLAH dünyanın səmasına enir" cümləsinin mə`nasının fərqini başa düşmür? Biz şiyələr 1-cini deyirik, siz təcsimçilər isə 2-cini.
Bizim dilimiz və əqlimiz ALLAHı vəsf etməyə naqis olduğu üçün bu cür deyirik. Amma:

وقوله في النزول ليس بمعنى الانتقال وقطع المسافة ، ولكنه على معنى إنزال الامر من إلى سماء الدنيا لان العرش هو المكان الذي ينتهى إليه بأعمال العباد من السدرة المنتهى إليه ، وقد يجعل الله عزوجل السماء الدنيا في الثلث الاخير من الليل وفي ليالي الجمعة مسافة الاعمال في ارتفاعها أقرب منها في سائر الاوقات إلى العرش


Onun enmək (inzal) barədə sözündə mə`na intiqal (nəql olunma, yer dəyışmə), məsafə qət etmə deyil. Bu işlərin dunya səmasına enməsidir. Cünki ərş qulların əməllərinin götürüldüyü yerdir. Allah gecənin sonuncu 1/3-də və Cümə gecələrində əməllərin ərşə götürülmə məsafəsini digər vaxtlara nisbətən yaxın edir.

İndi gördün "Biharul-Ənvar" 3/331-də nə yazılıb? Əməllərin həmin vaxtlarda daha tez qəbul olunmasından söhbət gedir. Allahın dünya səmasına enməyindən yox.

İndi isə şeyxinin səndən gizlətdiyi 14-cü babın adını sənə yazım get yapış o şərəfsiz yaxasından!

باب 14 : نفي الزمان والمكان والحركة والانتقال عنه تعالى وتأويل الايات والاخبار في ذلك


14-cü bab: Allaha zaman, məkan, hərəkət və intiqal(yerdəyışmə) nisbət verilməsinini qadağan olunması və bu barədə olan hədis və ayələrin tə`vil olunması



#9859 Bid`ət

Написано Abu Sufyan ordusu 15 мая 2009 - 07:41

Bunu başa düşmək üçün çox sadə bir misal çəkim: Sən öz gözlərin ilə görürsən ki, Buxarə də, Süyuti də (lazım olsa digər əhli-sünnə alimlərindən də dəlil gətirmək olar) hədisdə Ömərin özüdə bu əməlin bid`ət olduğunu deyir amma sən yenə də qəbul etmirsən. Yəqin fikirləşirsən:"Ola bilməz!", "Belə olsa bəs nəyə görə neçə əsrlər susublar və s.", "Yəqin Ömər bunu nahaq etməz" və s. kimi beynində var-gəl edirsən və sonunda qəbul etmirsən.
Həmçinin beynində fikirləşirsən ki, "Bunu qəbul etsəm onda bu müşrik rafizi haqqlı olacaq, yox olmaz o, bütpərəstdir. Şeyx Qamət r.a. düz deyir. O, Mədinədə oxuyub, rafizi isə fars mollasıdır. Yox, yox Əbu Bəkr peyğəmbərin qayınatasıdır, Ömər İslamı yayıb, Osmandan mələklər utanır,peyğəmbərin kürəkəni olub, bu rafızı özü nə edib? o, yəhudidir, İslamı parçalamaq istəyir, bu fitnədir, Şeyx Qamət r.a. deyir bunlar Allahın nurunu söndürmək istəyirlər, bunların öz kitablarında var amma bilmirlər, bilsələrdə gizlədirlər və s. " Bütün bu var-gəldən sonra mənə və şiyələrə lənət oxuyub üzünü çevirib gedirsən və yenə fikirləşirsən: "Gedib qardaşlardan bunları biyabır etmək üçün bir material tapım cavablarını verim. Müşrik rafizilər, bütpərəstlər." Daha fikirləşmirsən ki, bəlkə qardaşların mənə verdiyi özləri də bilmədən yalandır. Əksinə fikirləşirsən "Bu rafızı Buxari və Suyutiyə böhtan atır"

O dövrdə də müsəlmanlar sənin kimi fikirləşib Əlinin hökmlərini müxtəlif bəhanələrlə qəbul etmədilər və bə`ziləri hətta vuruşa belə qalxdılar.



#9858 Bid`ət

Написано Abu Sufyan ordusu 15 мая 2009 - 07:09

Tipik özünü sələfi adlandıranların taktikası ilə sual verib qulaq asmayana ağaları İbn Teymiyyədən sitat gətirim bəlkə başa düşdü.

والخوارج الذين كَفَّروا علياً ، واعتقدوا أنه ظالم ، مستحق للقتل ، مع كونهم ضُلاَّلاً مخطئين ، هم راضون عن عمر ، مُعَظِّمُون لسيرته وعدله

Əlini kafir hesab edən xəvariclər, onun(Əlinin) zalım olduğuna etiqad edirdilər, qətlini doğru bilirdilər, yollarını azmış və xətakar olsalar belə Ömərdən razı idilər. Onun (Ömərin) yoluna və ədalətinə ehtiram göstərirdilər. (İbn Teymiyyə "Minhacus-Sünnə")

İndi başa düşdün ki, Əli ə.s. Allahın şəriətini və peyğəmbərin sünnəsini tətbiq etdiyinə görə 3 xəlifənin sünnəsinə və siyasətinə 25 il öyrəşmiş camaat Əlinin hökmlərini asanlıqla qəbul etmirdilər. Buna görə də hərəsi bir tərəfdən müxtəlif bəhanələr ilə baş qaldırıb döyüşə başladılar. Lap sadə sizin dildə desək müsəlmanların çox az bir qismi onun yolunu qəbul etdilər. Ondan sonra sağ qalanlar isə qisa müddət ərzində Müaviyə və onun kimilərin sui-qəsdlərinin qurbanı oldular.



#9823 Buxarinin hədisə xəyanəti

Написано Abu Sufyan ordusu 14 мая 2009 - 17:06

Başqa bir maraqlı məqam Buxarinin İmam Səccad ə.s.-dan rəvayət etdiyi uydurulmuş bir hədisdə Əli ə.s. ilə Xanım Fətimə s.ə. -nin namaza durmamaqları barədədir. Yə`ni İmam Səccadın Əhli-beyt barədə bildiyi bundan ibarət imiş. Məgər bu təəccüblü deyilmi?
Buxarinin bu uydurulmuş hədisi əsrlər sonra İbn Teymiyyə kimisinə Əhli-Beytə dil uzatmağa zəmin yaratmışdır. Buxari bu hədisi "İnsan isə ən çox mübahisə edəndir.(Əl-Kəhv 54)" fəslində yerləşdirmişdi.


أَخْبَرَنِي عَلِيُّ بْنُ حُسَيْنٍ، أَنَّ حُسَيْنَ بْنَ عَلِيٍّ، أَخْبَرَهُ عَنْ عَلِيٍّ ـ رضى الله عنه ـ أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم طَرَقَهُ وَفَاطِمَةَ قَالَ ‏"‏ أَلاَ تُصَلِّيَانِ


Bu hədisin ravilərində olan Əhli-Beyt: Əli İbn Huseyn, Huseyn İbn Əli, Əli İbn Əbu Talib (Allahın salamı hamısına olsun!)

Hədisin tam mətni burada


Buxari bu hədisi tam şekildə digər fəsildə qeyd edibdir:

حَدَّثَنَا أَبُو الْيَمَانِ، قَالَ أَخْبَرَنَا شُعَيْبٌ، عَنِ الزُّهْرِيِّ، قَالَ أَخْبَرَنِي عَلِيُّ بْنُ حُسَيْنٍ، أَنَّ حُسَيْنَ بْنَ عَلِيٍّ، أَخْبَرَهُ أَنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم طَرَقَهُ وَفَاطِمَةَ بِنْتَ النَّبِيِّ ـ عَلَيْهِ السَّلاَمُ ـ لَيْلَةً فَقَالَ ‏"‏ أَلاَ تُصَلِّيَانِ ‏"‏‏.‏ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ، أَنْفُسُنَا بِيَدِ اللَّهِ، فَإِذَا شَاءَ أَنْ يَبْعَثَنَا بَعَثَنَا‏.‏ فَانْصَرَفَ حِينَ قُلْنَا ذَلِكَ وَلَمْ يَرْجِعْ إِلَىَّ شَيْئًا‏.‏ ثُمَّ سَمِعْتُهُ وَهْوَ مُوَلٍّ يَضْرِبُ فَخِذَهُ وَهْوَ يَقُولُ ‏"‏وَكَانَ الإِنْسَانُ أَكْثَرَ شَىْءٍ جَدَلاً‏}‏‏"‏‏.‏


..........Namaz qılmırsınız? Dedim: Ya rasulallah, canımız Allahın əlindədir, əgər bizi oyatmaq istəsə, oyadacaq. Biz bunu dedikdən sonra o, (peyğəmbər) bir söz demədən getdi. Sonra eşitdimki əllərini budlarına vuraraq deyib: "İnsan isə ən çox mübahisə edəndir"


"Səhihul-Buxari" 1135-ci hədis


Buda "Fəthul-Bari"də hədisin şərhi

Şərhi oxusanız görəcəksiniz ki, peyğəmbər onların bu cavabına çox təəssüflənib bir söz demədən onları tərk edib. Görün Peyğəmbərdən sonra fəzilətini saymaqla qurtarmayan Əli a.s.-ı və Cənnət qadınlarının seyyidəsi olan Xanım Fatimə s.a.-nı İmam Səccad a.s. adından hədis rəvayət etməklə nə günə qoyublar?!

Yəni Buxari demək istəyir ki, İmam Səccad a.s. öz ailəsi barədə bu cəfəngiyatdan başqa heç nə bilmir.



#9822 Buxarinin hədisə xəyanəti

Написано Abu Sufyan ordusu 14 мая 2009 - 16:53

Buxari şəxsiyyətini biruzə verən məsələlərdən biri də aralarında çox az zaman fərqi olmağına və İmam Sadiq ə.s.-dan rəvayət edən ravilərdən hədis rəvayət etməsinə baxmayaraq Buxarinin İmam Sadiq ə.s. kimi şəxsiyyətdən bir dənə də olsun hədis rəvayət etməməsidir. Buna səbəb olaraq Qamət və onun kimilər ulu liderləri və yolunu getdikləri İbn Teymiyyə kimi nasıbinin sözlərinə bənzər bəhanələr gətirirlər.
Guya Buxarı İmam Sadiq a.s.-dan səhih hədis rəvayət etmək üçün raviləri ayırd edə bilmirdı?
Bunun əksinə olaraq xəvariclərin rəislərindən olan İmran İbn Hittan kimisindən tərəddüdsüz öz "Səhih"ində hədis rəvayət edib.
Xəvariclər nəyinki Əli a.s.-ın ümumilikdə müsəlmanların düşmənləri olduğu halda Buxari onların lap zırından hədis rəvayət edib.
Xatırladım ki, Qamətin bağına müasir xəvariclər daş atdığına görə onları xəyanətkar, analarının qatili və s. kimi sözlərlə yad edir.
Bu həmin İmran İbn Hittandır ki, Əli ə.s.-ı qətlə yetirdiyinə görə İbn Mülcəmin tərifinə şe`rlər yazıb.

Səbəb? Əhli-beyt ilə düşmənçilik.


İmran İbn Hittan haqqında burada


#9821 Buxarinin hədisə xəyanəti

Написано Abu Sufyan ordusu 14 мая 2009 - 15:56

Buxarinin ravilərindən olan Əbu Hureyrənin hədisə xəyanətindən "Səhihul-Buxaridən" nümunə:

فَقَالُوا يَا أَبَا هُرَيْرَةَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم‏.‏ قَالَ لاَ هَذَا مِنْ كِيسِ أَبِي هُرَيْرَةَ‏.‏


Dedilər: Ey Əbu-Hureyrə, bunu Peyğəmbər s.a.s.-dən eşitmisən?
(Əbu Hureyrə) Dedi: Xeyr bu Əbu Hureyrənin kisəsindəndir.



"Səhihul-Buxari" "Nəfəqələr" kitabı




#9780 Namazda əllərin bir birinin üzərinə qoyulması

Написано Abu Sufyan ordusu 13 мая 2009 - 11:00

Bu mövzuda məqsəd 3 məzhəbinin yə`ni Hənəfi, Şafii və Hənbəli məzhəblərinin bunu hansı dəlilə əsasən etdiklərini öyrənməkdir.

Xatırladım ki, əhli-sünnəyə mənsub olan Malikilər əllərini 12 imam şiyələri və Zeydilər kimi namazda aşağı sallayırlar.

Bu mövzuda iştirak edən qardaş və bacılardan xahişim budur ki, mövzumuzun faydalı və oxunmalı olması üçün ünvansız mə`lumatlar və offtoplar yazmasınlar. Moderatordan xahişim bu cür yazılara özünün şəxsən nəzarət etməsidir. Allah cümləmizi düz yola hidəyət etsin!



#9770 Allahın nazil olması haqda Şeyx Mühəmməd Useymi...

Написано Abu Sufyan ordusu 13 мая 2009 - 02:00

Burada Bin Baz Valideynlərin "Allah hər yerdədir" deməsinə etiraz edərək onlara cavab olaraq bildirir:

Sizlərə məlumat üçün çatdırıram ki, bu cavab qəbul olunmazdır, böyük səhvdir hətta ən böyük küfrdür. Çünki Allah ərşin üzərindədir, yaratdıqlarının üzərindədir. Onun elmi hər yerdədir, necə ki, buna Quran, sünnə və ümmətin sələflərinin icması dəlalət edir.

Valideynlərə cavab olaraq bu sözlərinə görə tövbə etmələrini, Allahın ərş üzərində, bütün yaratdıqlarının üzərində olduğunu yəqin olaraq bilmələrini bildirirəm. Necə ki, Allah........................

Gördüyünüz kimi Vəhhabilərin mə`budu yuxaridadır. Ona görədə ona bud, ayaq kimi üzvlərlə vəsf edib gah aşağı endirir, gah qaçırdır, gah da yeridirlər.

binbaz_site.jpg


#9669 Buxarinin hədisə xəyanəti

Написано Abu Sufyan ordusu 10 мая 2009 - 04:25

Yəqin ki, bu Səmurənin kim olduğu sizin üзün maraqlıdır. Bu şəxs Səmurə b. Cundəbdir.

İbn Əbil-Hədid "Nəhcul-Bəlağə"nin şərhində yazır:

Müaviyyə Səmurə b. Cündəbə yüz min dirhəm verir ki, "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.(O şəxs səndən) ayrılan kimi yer üzəndə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (2/204-205) bu ayənin Əli ə.s. barəsində nazil olduğunu, həmçinin "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər.(2-207)" ayəsinin isə İbn Mülcəm barədə nazil olduğunu rəvayət etsin. Qəbul etmir, iki yüz min dirhəm verir qəbul etmir, üç yüz min dirhəm verir qəbul etmir, dörd yüz min dirhəm verir qəbul edir.



#9667 Buxarinin hədisə xəyanəti

Написано Abu Sufyan ordusu 10 мая 2009 - 03:15

Şəkillərdə gördüyünüz kitabların biri "Musnədul-Humeydi" digəri isə "Səhihul-Buxari"dir.
Musnadul_Hamidi.jpg Sahih_Bukhari_3_40.jpg
"Musnədul-Humeydi" 1-ci cild, səhifə 9-da qırmızı ilə işarə olunmuş mətnin tərcuməsini sizin nəzərinizə çatdırıram:

Tavus İbn Abbasdan belə eşitdiyini rəvayət edir: Ömər İbn Xəttaba Səmurənin şərab satma xəbəri çatdıqda dedi: Allah Səmurəni öldürsün! Məgər o, peyğəmbərin "Allah yəhudilərə lə`nət eləsin! Onlara piy(yemək) haram edilmişdi onlar isə onu əridib satırdılar" deməsini bilmir?

Həmin səhifənin aşağısında qırmızı ilə qeyd olunmuş hissədə isə yazılıb:

Buxari bu hədisi Humeydidən rəvayət edərək dedi: "Filankəsin şərab satma xəbəri" O, (Buxari) Səmurənin adını açiqlamır. Mənim nəzərimə görə Buxari bunu özü edib və düzdə edib. İbn Həcər (Əsqəlani öz şərhində) bunu açıqlamayıb.

Gördüyümüz kimi Buxari öz "Səhih"ində Səmurənin adını gizlədib. Bu azmış kimi qeydin müəllifi onun bu əməlini düzgün adlandırıb.

"Səhihul-Buxari" 3-cü cild 40-cı səhifədə qırmızı ilə qeyd olunmuş mətnin tərcüməsi:

Tavus İbn Abbasdan belə eşitdiyini rəvayət edir: Ömər İbn Xəttaba filankəsin şərab satma xəbəri çatdıqda dedi: Allah filankəsi öldürsün! Məgər o, peyğəmbərin "Allah yəhudiləri öldürsün! Onlara piy(yemək) haram edilmişdi onlar isə onu əridib satırdılar" deməsini bilmir?



#9438 Vəhhabilərin "allah"ı

Написано Abu Sufyan ordusu 07 мая 2009 - 00:33

exista1.gif

Yuxarıda gordüyünüz yazı İbn Baza məxsusdur.

ALLAH əzzə və cəllə hər yerdədirmi?

Sual: Allah hər yərdədir deyənə necə cavab verək və həmin şəxsin hökmü nədir?

Cavab: Birincisi Əhli-sunnə vəl-cəmaətin eqidəsinə gorə Allah zati ile öz ərşinə ucalmışdır. O, (Allah) bu aləmdə deyil, əksinə ondan ayrıdır. O, hər şeydən xəbərdardır. Nə yerdə olanlar, nə də ki göydə olanlar ondan gizli deyil. Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır". ".....Ər-Rəhman Ərşə ucaldı." "............sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!" "O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı." "...............Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur." Onun yaratdıqlarından ucada olmağına Quranın ondan nazil olmağı dəlalət edir. Nazil olmaq yalniz yuxarıdan aşağiya doğru olur. Allah buyurur: "Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik."...........................................................................
......

İkincisi. Kim Allahın hər yerdə olduğuna etiqad etsə "Hululi"dir. Ona əvvəldə gələn Allahın ucada olduğu, Öz ərşinə ucaldığı, yaratdıqlarından ayrı olduğu kimi dəlillər ilə cavab vermək lazımdır. Əgər (yuxarıda gətirdiyimiz) kitab və sünnədəki dəlillərə tabe olsa oldu, əks halda o, kafir ve islamdan çıxmışdır.
___________________
Xatirladım ki, Quran ayələrinin tərcuməsi Əlixan Musayevə məxsusdur. (Onların iddiaları ilə uyğun olması üçün mənz onun tərcuməsindən istifadə etmişəm)



#9434 Vəhhabilərin "allah"ı

Написано Abu Sufyan ordusu 06 мая 2009 - 22:36

2016427715722436.jpg 211827714662436.jpg 2016427720542436.jpg 20062427852202436.jpg

Yuxarıda şəkillərdə muşahidə etdiyiniz kitab "İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm.

Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu: "Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm".

144-cü səhifəsində:

Əbu Bəkr Əhməd b. Muhamməd b. Abdullah b. Sədəqə Əl-Bağdadi dedi: "Ikrimənin hədisinə iman etməyən şəxs zındığdır".

Əbu Zər`ə Ər-Razi dedi: "Kim Qatadənin Ikrimədən, Ikrimənin İbn Abbasdan rəvayət etdiyi "Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşil bağda gördüm" hədisini inkar etsə mu`təzilidir".

145-ci səhifəsində:

Əhməd b. Hənbəl (bu hədis barədə) dedi: "Kim hədisə və ya hədisdə olan bir şeyə şəkk etsə cəhmidir. Onun şəhadəti qəbul olunmaz, ona salam verilməz, xəstələndikdə ziyarətinə gedilməz".


Bu hədisdə təsvir edilən mə`buda iman gətirənlərdən xahiş edirik, aşağidakı suallara cavab verin:

1. Mə`budunuz üzü tüksüz, sallanmış qıvrım saçlı, göyçək oğlandırsa Sizin bütpərəstlərdən fərqiniz nədir?

2. Nəyə görə onun timsalını düzəldib evinizə qoymayırsınız? Bunun vasitəsilə Siz kiçik yaşlı uşaqlarınıza mə`budunuzu daha tez tanıda bilərsiniz.



#7667 Əbu Bəkr, Ömer, Osman ve s.

Написано Abu Sufyan ordusu 03 апреля 2009 - 15:18

Abu Sufyan heleki bir delil gormurem...
Hansi sebebe sheyxeyni munafiq bilirsiz?


Sebr gozeldir. Bu gun qayitmisham buralara. Davam edib sizi feyziyyab etmeye chalishacam.




Рейтинг@Mail.ru