Перейти к содержимому


Abu Sufyan ordusu

Регистрация: 13 фев 2009
Offline Активность: 14 янв 2014 21:55

#98782 Rafizilərin qəbrə səcdəsi

Написано Abu Sufyan ordusu 28 мая 2013 - 01:23

Hörmətli Umm Maryam,

Hər şey bu qədər asan və sadə? Bəs dəliliniz? Müsəlmanlar Mühəmməd s.a.a.s.-in şəriətində ixtilaf etdikləri halda, siz necədə asanlıqla Adəm və Yusif a.s.-ın şəriəti barədə məlumatlara inanırsınız?!

Bir məsələni də xatırlatmaq istərdim ki, müxaliflər arasında Adəm a.s.haqqında o qədər fərqli fikirlər mövcuddur ki, gəl-görəsən o ki, qaldı onun şəriəti?! Hətta axmaq vəhhabilərdən Adəm a.s.-ın peyğəmbər olmadığını iddia edənlərə də rast gəlmişəm, əminəm ki, inetdə də var-gəl etsək buna bənzər məsələyə rast gəlmək olar.
Adəm a.s. haqqında bu qədər sual işarələrinin arasında onun şəriətindəki halal və haramdan dəm vurmaq........? İnsanın təmiz vicdanı gözəl hakimdir.
  • Arif это нравится


#98777 Zəif hədislər haqqında risalə

Написано Abu Sufyan ordusu 27 мая 2013 - 15:22

Bu risalənin müəllifi Şeyx Əli İsa Əz-Zəvvaddır. İnşaallah risaləni tam yox, ixtisarlarla bacardığım qədər tərcümələri etmək niyyətindəyəm. Bu linkdə risalənin tam mətni ilə tanış ola bilərsiniz:

رسالة في الخبر الضعيف

Şeyx risaləsini bu girişlə başlayır:

Son dövrlərdə sənədində məchul yaxud zəif ravilərin olması səbəbinə hədislərdən imtina etmək, yararsız bilmək kimi bir adət yayılmışdır. Hətta bə`zi kəslər yalnız mötəbər hədisləri bir kitabda cəm edilib, qeyrilərinin isə tərk edilməsi fikrinə düşmüşlər. Bu cür müzakirələr avamların (adi camaatın) da dilinə düşmüş, zəif ağılları buna meyl etmişdir. Bu insanlar müxaliflərdə olduğu kimi Əhli-Beyt şiələrinin də "Səhih əl-Buxari"si olmasını arzu edir, guya müxaliflər xeyirli bir iş görmüş, şiələr isə bu işdə onlardan geri qalmışlar. Xəstə və cahillər həsrət hissi ilə haqqa müxalif olub, batilə tabe olanlara iqtida etmək arzusundadırlar, halbuki onlar bilirlər ki, alimlərimiz Əhli-Beytdən (a.s.) varid olmuş bu hədisləri Allaha yaxın olmaq niyyətilə min cür əziyyətlə qoruyub saxlamağa çalışmış, cəm etdikləri hədislərin səhih və qeyri-səhih olduğunun çox gözəl fərqinə varmışlar. Sanki həqiqət qoruyucuları və köməkçiləri qəflətdə yaxud cahil olub, bu gün ortaya düşmüşlər isə yeni fikir irəli sürürmüşlər kimi özlərini aparırlar....
Çox gözəl bilirik ki, müxaliflərin nəzərində "Səhih" adlandırılan kitablardakı sənədlərə yaxşıca nəzər salsaq onların öz qayda-qanunlarına əsasən bə`zi raviləri cərhdən yaxa qurtara bilməyəcəklərini görəcəyik.
Birdəki axı onlar kimdir ki, hədislərin səhih və zəif olması məsələsini müzakirə etsinlər?
Onlar bu sənətin əhli, bu ümmətin baş bilənləri deyil, hədisləri təshih, sənədlərini isə ayırd etmək üçün istifadə olunan səhih qaydaları, elmi metodları və sağlam yolları belə bilmirlər.
Allah öz bacarığının həddini və yerini bilənə rəhmət etsin.



#98776 Rafizilərin qəbrə səcdəsi

Написано Abu Sufyan ordusu 27 мая 2013 - 13:50

(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı)səcdə etdi.

Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik.(7-11)

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı onun qarşısında səcdəyə qapandılar.(12-100)

Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”. Bundan sonra mələklərin hamısı ona (Adəm a.s.) səcdə etdilər. (15-29/30)


Əgər səcdə mütləq şəkildə haramdırsa, nəyə görə yuxarıda qeyd etdiyim və etmədiyim ayələrdə insanlara (Adəm və Yusif a.s.) səcdədən bəhs edilir?


#98628 Şiə və səhabə | الشيعة والصحابة

Написано Abu Sufyan ordusu 26 апреля 2013 - 19:18

Allah hər ikinizi şeytanın hiyləsindən qorusun. Sadəcə çalışaq elə ifadələr seçək ki, qarış tərəf yanlış anlamasın, xətrinə dəyməsin.


Səhvlərimi düzəltməyə mənə kömək edən mənim xeyrimi istəyəndir. Hər kəsdən rica edirəm səhv və doğru olmayan ifadələrimi mənə bildirin ki, düzəldim. İnsanam, cahiləm, xəta etməyim normaldır.

Yeri gəlmişkən, Abu zeyd müəllimin şiədə hədis elminə iradları da bu günə qədər cavablanmayıb. Mən islamquest saytına sual göndərib ümumi cavab almışam. Amma Abu Zeydin şiə alimlərindən cümlənin qabağı-arxasını kəsərək gətirdiyi sitatlar əməllicə çaşqınlıq yaradır.


Əgər 5-3 sətrdən və əsasən Hürr Amilinin yarımçıq fikirlərlərindən ibarət dəyrsiz cızma-qaranı nəzərdə tutursansa həmin cızma-qara cavaba layiq deyil. Mövzu aç, ümum cavabı yerləşdir ki, onu bəhanə edərək daha faydalı məlumatları bölüşməyə çalışaq.




#98626 Sual-Cavab

Написано Abu Sufyan ordusu 26 апреля 2013 - 14:48

abu zeyd məqaləsində yazır: Həmçinin o, Biharul-Ənvər adlı kitabında Quranın təhrifinə dair belə bir bölüm də açmışdır: “Bəbut-Təhrif fil-Əyətil-ləti hiyə xiləfu mə ənzəlallah” (Allahın nazil etdiklərinin xilafına olan ayələrdə təhrif bölümü).
BİRİNCİ ƏMANƏT:“QURAN” http://forum.feqih.c...ic.php?f=6&t=85



Çox "güclü məqalə"dir. Xüsusən də "nəticə" bölməsinin elmi dəyəri var. Çox təəssüf ki, İslam mövzuları vəhhabilərin və yaxud onların himayədarlarının sayəsində qəsdən bazar mövzuları səviyyəsinə salınıbdır.

  • Arif это нравится


#98622 Sual-Cavab

Написано Abu Sufyan ordusu 26 апреля 2013 - 01:23

Səlamətul-Quran min ət-Təhrif səh: 368, Müəllif: Fəthullah əl-Muhəmmədi

لكن نصّ كلام المجلسي رحمه الله هكذا:

"وجدت في رسالة قديمة سنده هكذا:

جعفر بن محمّد بن قولويه عن سعد الأشعري القمّي أبي القاسم رحمه الله وهو مصنفه، روى مشايخنا عن أصحابنا عن أبي عبد الله عليه السلام قال: قال أمير المؤمنين عليه السلام: وساق الحديث إلى أن قال: باب التّحريف في الآيات التي هي خلاف ما أنزل الله عزّ وجلّ ممّا رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمّد صلوات الله عليه وعليهم..."


فقوله "مما رواه مشايخنا" كلام "سعد الأشعري القمّي" لا "المجلسي" ـ كما زعم الدكتور القفاري ـ ولا اعتبار للرسالة لإرسال سندها، والمجلسي رحمه الله أورد الرّسالة بتمامها ـ وهي تستوعب ستّ صفحات من بحار الأنوار ـ لتحقيق هدفه في "بحار الأنوار" لجمع الأخبار وعدم ضياعها.

وأمّا متن الرسالة ـ وهو المهم في المقام ـ فأكثر رواياته من باب اختلاف القراءات، وهذا يدلّنا على انّ كلمة التّحريف في عنوان "باب التّحريف في الآيات..." تعمّ كل التغيير والتبديل ولو من باب القراءة لا إسقاط الكلمات

Lakin əl-Məclisinin r.a. sözləri bu cürdür:

Sənədi bu cür olan qədimi bir risalədə rast gəldim ki:

Cəfər bin Muhamməd bin Qavalveyh risalənin müəllifi Sə`d əl-Əş`əri əl-Qummi Əbul-Qasimdən (r.a.) rəvayət etdi:
Şeyxlərimiz Əshabımızdan rəvayət etdi: Əbu Abdullah a.s. buyurdu: Əmirul-Muminin a.s. buyurdu. Hədisi nəql edərək dedi: Ali Muhamməddən (s.a.a.s) olan Alimlərdən (a.s.) şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən " Ayələrdə Allah Azzə va Cəllənin nazil etdiklərinin xilafına olan təhrif" fəsli.


"Şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən" sözləri Doktor əl-Ğifarinin (vəhhabi "alimi") düşündüyü kimi əl-Məclisinin deyil, Sə`d əl-Əşəri Əl-Qumminin sözləridir. Sənədində irsal (kəsik) olduğu üçün risalə e`tibarsızdır. Əl-Məclisi r.a. Biharul-Ənvar kitabındakı hədəfinə nail olmaq yə`ni bütün xəbərləri toplamaq və məhv olub itməkdən qorumaq üçün risaləni (Biharul-Ənvar kitabında) bütövlükdə nəql etmişdi ki, buda "Biharul-Ənvar"ın 6 səhifəsini təşkil edir.

Risalənin mətni isə öz növbəsində mühimdir. Rəvayətin əksəriyyəti qiraətlərdə ixtilaf barəsindədir. Bu da onu göstərir ki, burada təhrif dedikdə qiraətdə olan dəyişikliklər nəzərdə tutulur, sözlərin və yaxud ayələrin itməsi deyil....

  • Arif это нравится


#98620 Sual-Cavab

Написано Abu Sufyan ordusu 26 апреля 2013 - 00:39

Biharul-ənvar 89/60


ووجدت في رسالة قديمة سنده هكذا : 47 جعفر بن محمد بن قولويه ، عن سعد الاشعري القمي أبي القاسم رحمه الله وهو مصنفه روى مشايخنا عن أصحابنا ، عن أبي عبدالله عليه السلام قال : قال أميرالمؤمنين عليه السلام : وساق الحديث إلى أن قال : باب التحريف في الايات التي هي خلاف ما أنزل الله عزوجل مما رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمد صلوات الله عليه وعليهم .

Sənədi bu cür olan qədimi bir risalədə rast gəldim ki:
47. Cəfər bin Muhamməd bin Qavalveyh risalənin müəllifi Sə`d əl-Əş`əri əl-Qummi Əbul-Qasimdən (r.a.) rəvayət etdi:
Şeyxlərimiz Əshabımızdan rəvayət etdi: Əbu Abdullah a.s. buyurdu: Əmirul-Muminin a.s. buyurdu. Hədisi nəql edərək dedi: Ali Muhamməddən (s.a.a.s) olan Alimlərdən (a.s.) şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən " Ayələrdə Allah Azzə va Cəllənin nazil etdiklərinin xilafına olan təhrif" fəsli.
  • Arif это нравится


#98591 Şiə və səhabə | الشيعة والصحابة

Написано Abu Sufyan ordusu 22 апреля 2013 - 16:48

qardaşım məgər mən burada iddia edirəm ki, Əbu Hureyrə və bu kimi şəxslər münafiq deyildi? və yaxud mənim yazdıqlarım arasında bu mənaya gələn bir şey var?


Şiə alimlərindən hesab edilən Seyyid Əlinin sözlərində mövzu ilə əlaqə olduğunu düşünərək, həmçinin müxaliflərin səhabə ədaləti nəzəriyyəsinə qarşı güclü dəlil hesab etdiyim üçün bölüşmüşəm. Qəsdimdə sənin yazılarına münasibət olmayıb. Nədən bu qənaətə gəlməyin təəccüblüdür?!

Ayədə sözü getmiş qəlblərində xəstəlik olanlar kimlərdir? Hətta kimlərin olmasını belə kənara qoysaq belə, bu ayə müxaliflərin səhabə ədaləti nəzəriyyəsini puça çıxarır.
Seyyid Əlinin dediyinə əsasən məhz bu səbəbə görə əhli-sünnə müfəssirləri "qəlblərində xəstəlik olanlar"ın mənasını açıqlayarkən hətələm-pətələmliyə yol veriblər.



#98590 Şiə və səhabə | الشيعة والصحابة

Написано Abu Sufyan ordusu 22 апреля 2013 - 16:20

Qəsdini sən daha dəqiq bilərsən.

Sual işərələrini mübahisə mövzusuna çevirmək?! Fikrimcə yazınla əməlin uzlaşmır. İnternet yazışma aləmində ədəbiyyatda adətən rast gəlmədiyimiz bu cür şeylərə (ardıcıl yazılmış bir neçə sual işərəsi və s.) rast gəlmək olur. İnetdə axtarış edib maraqlana bilərsən. Forumda yazı vasitəsilə də olsa biz danışırıq, emosialar bildiririk. Mə`nasını isə əvvəlki yazımda kifayət qədər açıqlamışam.

كما أنّ الشيعة لا يأخذون مسائل العقيدة من الخبر الواحد حتى لو كان صحيحاً لأنه لا يخرج عن الظن, فهم يشترطون القطع في العقيدة ولا تكون الرواية حجة فيها الإّ إذا كانت متواترة
Necə ki, Şiə Məzhəbi əqidə məsələlərini "vahid xəbər"lərdən (hədislərdən) götürmür, hətta sözü gedən xəbərlər səhih olsalar belə. Çünki bu cür xəbərlər zənndən başqa bir şey deyil (insanda zənndən başqa bir şey hasil etmir). Onlar əqidədə qətiyyəti şərt qoyublar, rəvayət isə mütəvatir olmayınca (əqidədə) höccət ola bilməz. (əvvəlki mənbə)


  • qulam это нравится


#98585 Şiə və səhabə | الشيعة والصحابة

Написано Abu Sufyan ordusu 21 апреля 2013 - 23:55

Şiənin səhabə haqqında düşüncəsini ümum olaraq bu cür təqdim etmək doğru deyil.

Çoxlu sayda sual işarəsi sual verənin səbirsizliklə ona qaranlıq olan sözün, ifadənin anlamaq arzusundan xəbər verir. Hər halda mənim də qəsdim səni qıcıqlandırmaq olmayıb.

Nə qədər çoxdur? Mütəvatir həddinə çatıbmı?

"Hansısa elmi araşdırma" alimin, əhli-olan kəsin araşdırmasıdır mənim kimi cahilin deyil.

  • Arif это нравится


#98579 Şiə və səhabə | الشيعة والصحابة

Написано Abu Sufyan ordusu 21 апреля 2013 - 12:17

Şiənin səhabə haqqındaki ümumi əqidəsi haqqında məlumat verdikdən sonra



İlk öncə Allahdan sənə müvəffəqiyyət diləyirəm.
Ümumi əqidə??????

Bir neçə hədis hətta səhih olsalar belə "Şiə Əqidəsi" hesab olunmaz. Bu cür məsələlərdə diqqətli ol!

فإذا رأيت أحد المخالفين يحاول التشنيع على الشيعة في عقائدهم برواية أحاد فهذا يدل على جهله بأصول الشيعة ومبانيهم وأن هذه الرواية حتى لو كانت صحيحة فلا تكون حجّة عليهم, فلاحظ.
Əgər müxalif olanlardan kimsə Ahad xəbərləri (hədisləri) əlində əsas tutaraq şiə əqidəsinə eyib tutmaq istəyirsə bu həmin kəsin Şiənin əsl və bünövrələrinə nisbətdə CƏHALƏTİNDƏN xəbər verir. Bu cür xəbərlər (hədislər) səhih olsalar belə onlara qarşı höccət hesab edilməz. Diqqətli ol!

الحديث وعلومه




#98561 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Abu Sufyan ordusu 18 апреля 2013 - 13:54

Yasir əl-Həbib isə Zulqarneyn haqqında verilən suala cavabını bü cür tamamlayır:

ويمكن إعمال الجمع بين الروايات، أو إعمال قواعد التعارض، غير أن ذلك ليس بذي أهمية إذ لا أثر له إلا المعرفة، والأحرى إبقاء الأمر على ما هو عليه والاهتمام باستقاء العبر من قصته (عليه السلام) كما حكاها الله سبحانه في القرآن الحكيم والأئمة الأطهار (عليهم السلام) في أحاديثهم الشريفة.
Rəvayətlər arasında cəm etmək yaxud təaruz qaydasına da əməl etmək mümkündür. Lakin rəvayətlər məlumat xarakteri daşıdığı üçün bu O QƏDƏR DƏ ƏHƏMİYYƏT KƏSB ETMİR.
Başqa bir yolda, məsələni olduğu kimi saxlamaq, ƏSAS DİQQƏTİ ZULQARNEYN A.S.-IN ƏHVALATLARINDAN İBRƏT ALMAĞA yönəltməkdir, Allah Subhanəhu Qurani-Kərimdə və pak İmamlar (a.s.) öz hədislərində hekayət etdikləri kimi.

من هو ذو القرنين وهل كان نبيا أم مصلحا؟



#98560 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Abu Sufyan ordusu 18 апреля 2013 - 13:25

"Hikəm va məvaiz minəl-həyatil-ənbiya" 2/124 (müəllif Murtəza Əl-Milani) kitabindan sitat:

وفي بعض الروايات ، انه كان بشرا ، وقد ورد في بعضها انه كان ملكا سماويا انزله الله الى الارض وآتاه من كل شيء سببا ، وفي خطط المغريزي عن كتاب الجاحظ ؛ ان ذا القرنين كانت امه آدمية وابوه من الملائكة ، وفي بعضها انه كان محدثا يأتيه الملك فيحدثه وفي بعضها انه كان نبيا ....
Bə`zi rəvayətlərdə onun bəşər, bə`zilərində isə səvavi bir mələk olduğu bildirilir, Allah onu yer üzünə endirmiş və hər şeyin yolunu ona öyrətmişdir. Əl-Məqrizi "Xutat"ində əl-Cahizin kitabindan rəvayət etmişdir ki, Zulqarneynin anası insan atası isə mələk imiş.
Bə`zi rəvayətlərdə onun mühəddəs olduğu, mələyin onun yanına gəliş-gediş etdiyi, bə`zilərində isə nəbi olduğu bildirilmişdir.

حكم ومواعظ من حياة الانبياء عليهم السلام - ج ٢



#98559 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Abu Sufyan ordusu 18 апреля 2013 - 12:43

Elməddin,
Fikirlərinə və özünə hörmətlə yanaşıram. Amma xatırlatmaq istəyirəm ki, inək kimi bir yolu tanıyan vəhhabilərdən fərqli olaraq biz şiələr geniş fikirliyik, müxtəlif fikirlərə qapımız hər zaman açıqdır.
Bə`zi mənbələrə əsaslanaraq qısa şəkildə aşağıdakıları bölüşmək istərdim:

1. Zul-Qarneyn məşriqlə məğrib arasında olan ərazilərə sahib olmuş saleh bir bəndə olub. Həmçinin onun Nuh a.s.-dan sonra gəlmiş nəbilərdən ilk padşah olduğu da bildirilir. (Təfsir əl-Əyyaşi 2/340, 343, 350)

2. Müfəssirlər onun şəxsiyyəti barədə müxtəlif fikirlər bildirmişlər:

a. O, Makedoniyalı İsgəndərdir. Bu fikrin tərəfdarları atasının ölümündən sonra onun Ruma, Qərbə, Misrə hakim olduğunu və İskəndəriyyə şəhərini tikdirdiyinə inanırlar.
b. O, Yəmən padşahlarından biri olub. Bu fikrin tərəfdarı İbn Hişamdır ki, öz məşhur tarix kitabında bunu bildirib.
c. II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuroş-e Buzurğ), Midiyalı Kir(e.ə. 600e.ə. 529) – qədim İran padışahı və Əhəməni İmperiyasının əsasçısıdır. Bu yeni fikrin tərəfdarı İslam Mütəfəkkiri Əbul-Kəlam Azaddır ki, öz rəyini bu barədə təhqiqat apardığı kitabında qeyd etmişdir.

3. Zul-Qarneyn adlandırılmasına səbəb olaraq isə aşağıdakı fikirlər mövcuddur:

a. Məşriq və Məğribə qədər gedib çatdığı üçün
b. 2 əsr yaşamış və yaxud hökmranlıq etdiyi üçün
c. Başında iki çıxıntı, qabarıq olduğu üçün
d. Tacında 2 buynuz olduğu üçün

الاسئلة و الأجوبة » ذو القرنين » من هو ذو القرنين ؟



#98408 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Abu Sufyan ordusu 19 марта 2013 - 01:54

Səlamun aleykum va rahmatullahi va barakatuh!

Elməddin,

Zul-Qarneyn şəxsiyyəti barədə fikir bildirmək istərdim. İstər şiə aləmində olsun istərsə də sünni (vəhhabi), onun şəxsiyyəti barədə fikir müxtəlifliyi, ayrılığı mövcuddur. Beləki onun nəbi, əməli-saleh bəndə hətta mələk olduğu bildirilir. Bu barədə də məlumatları bölüşə bilərsənmi?





Рейтинг@Mail.ru