Перейти к содержимому


fidan

Регистрация: 22 мар 2009
Offline Активность: Скрыто

#63278 Həzrət Yusuf (ə) filminə bir baxış

Написано fidan 11 октября 2010 - 11:33

Aleykum Salam. Mənim də fikrimcə çox gözəl filmdir. Baxdığım filmlər arasında ən gözəl filmlərdən biridir. Filmdə Quran ayələrin olduğu kimi vermələri də çox xoşuma gəldi.
Amma Züleyxa xanımın rolunu daha gənc və daha gözəl bir aktrisa oynasaydı lap yaxşı olardı. :rolleyes:


#62866 Mən fəxr edirəm Azərbaycanlıyam.

Написано fidan 06 октября 2010 - 11:12

Bu millət üçün nə isə edənlər - qəhrəmanları, ədibləri, elm-sənət adamları və s. bu milləti tənqidlə bərabər həm fəxr ediblər, seviblər, sözün əsl mənasında canlarından keçiblər. Sevməyənlər və utananlara gəldikdə isə onlar bu millət üçün heç nə etməyənlərdir, elə boş-boş səhərdən axşama qədər şikayət edirlər. Yolda ayaglarin bir daş əzir, götürüb o maneəni qaldirmaq əvəzinə bir az da yolun ortasına itələyirlər ki, ondan sonra gələnlər də əzilsin.

Bu milləti bəyənməyən bir insandan öz xüsusiyyətləri haqqında soruşsaq təbii ki, deyəcək mən qeyrətliyəm, imanlıyam və s. Yəni ondan başqa bu millətin belə nümayəndəsi yoxdur ki? Kimsə görmək istəmirsə, bu onun öz naqisliyidir.

İnsanlığın isə qəribə xüsusiyyətləri var: pisliyi elə tez sağa-sola yayırlar ki. Yaxşılığı burdan görüb, ordan unudurlar. Ona görə elə ortada qalan mənfiliklər olur.

,filan nazirin arvadı yapona qoşulub qacdı,filan nazirin qızı erməni dığasıyla londonda kef eləyir .


qardaş, o filan nazirin əsli-kökü heç azərbaycanlıdır ki? Bir babasi rus, bir nənəsi erməni. Onnan bütün xalqa nə dəxli?


#62773 Mən fəxr edirəm Azərbaycanlıyam.

Написано fidan 05 октября 2010 - 11:32

salam. Azərbaycanlı olduğu üçün qurur duymaq əslən azərbaycanlı olanlara aiddir.
Mənə çox zaman sən türkçüsən- deyirlər. anlatmağa çalışıram ki, mən türkçü deyiləm. çı, çi, çu, çü şəkilçiləri sözdüzəldici şəkilçilərdir. Dəmirçi, Dənizçi və s. yəni sənətlə məşğul olanları bildirir. Türkçü başqa millətlərdən olanlar ola bilərlər məs: ləzgilər, ruslar, farslar və s. Mən türkçü deyiləm, MƏN ZATƏN TÜRKƏM.
Odur ki, məsələni uzatmadan bir daha vurğulayım: Azərbaycanlı olmayanlar nə üçün azərbaycanlı olmaq üçün fəxr etmək lazım gəldiyini anlamazlar.

Bu sözlərinlə razıyam.

Ümumi mövzuya gəldikdə isə, fəxr hiss edirəm hansısa mükafatlar alanda, azərbaycanlılar uğurlar qazananda, idman yarishlarinda Azəarbaycanın dövlət himni chalinanda .

20% işgal altında olan torpaqlara gəldikdə isə, hər bir dövlətin olduğu kimi Azərbaycanın da həm yüksəliş anları olub, həm də eniş. Buna görə azərbaycanlı olmaqdan utanmamışam. İkinci bir seçim olsaydı yenə də bu milləti seçərdim. Nə vaxtsa azərbaycanlı olmaq fəxr olub, indi daha çox məsuliyyətdir. Hər millətin pisi də var, yaxşısı da, qəhrəmanı da var, satqını da. 2-3 satqına görə milləti baltalamaq lazım deyil. Çərxi-fələk də belə dayanmır, dünən udanlar bu gün uduzur, bu gün uduzanlara sabah yenə Allah Təala yüksəliş bəxş edir. Allah bizim millətə iman bəxş eləsin, və bizi darda qoymasın.


#62769 Möminlər bir birinin qardaşıdırlar

Написано fidan 05 октября 2010 - 11:09


Sizcə möminlərin ortaq əqidəsinə qarşılıq, onları bir-birinə belə kinli və qürurlu edən şey nədir? Necə müalicə etmək olar bu pis hisləri?

size][/font]


Hər insanın qəlbinə Allah Təala və insan özü bələddir. Hər insan bilir qəlbinin mərəzi nədən ibarətdir? Müalicəsin də hamı gözəl bilir. Qəlb xəstəliklərinin müalicəsi haqqında hansı mömindən soruşsaq hədis hədis dalinca rəvayət olunacaq. Bir də bu rəvayətlərə riayət edilsə...
  • Şair это нравится


#62331 Möminlərin vəzifəsi.

Написано fidan 30 сентября 2010 - 14:28

Məncə, hal-hazırda möminlərin 1-ci vəzifəsi özünü islah etməkdir. Çətin olsa da çalışıb bu şəhvət, rüşvət, yaltaqlıq, qorxaqlıq xəstəliyinə tutulan cəmiyyətin bizi həzm etməsinin qarşısını almalıyıq.
Qaldı ki, ictimai-siyasi vəzifəsinə. Cəmiyyətin fəal üzvü olmaq, cəmiyyətdə dini dəyərlərin təsir gücünü artırmaq; Öz haqqını tələb etmək, daim mümkün olan bütün vasitə ilə haqqı aşkar etmək.

Razıyam. İslah birinci vəzifədir. Çünki mövcud vəziyyətdə möminlər bir-birini dəstəkləməlidirlər, bir-birinin dayağı olmalıdır. Malı ilə, ya imkanı ilə kömək edə bilmirsə, duasın da əksiltməməlidir. Dua möminin silahıdır. Əgər bir mömin hər hansı bir sahədə irəli gedirsə, bu digərini- onun yanıda olanı və ya ondan geri qalanı sevindirməlidir. İrəlidə olan da digərlərini özü ilə çəkib aparmalıdır. Bunlar hamısı Allah rizası üçün olmalıdır. Əgər bir momin digərinin uğuruna sevinmirsə deməli nəfsin islah eleməlidir.
  • Proxy это нравится


#62203 Möminlərin vəzifəsi.

Написано fidan 29 сентября 2010 - 11:12

Məzhəblər arası muzakirə və mubahisələr həmişə olacaq. Amma bu günkı vəziyyətdə, yəhudilərin, xaçpərəslərin, və ümimiyyətlə diniizin bu qədər düşmənləri oduğu halda Quds xatirinə, kafirlərin ayaq altinda qalan torpaqlarimiz, Qarabağ xatirinə nəsə eləmək lazımdır, bəzi bəzi məslələrdə vəhdət lazımdir


#62013 Peyğəmbərlər

Написано fidan 28 сентября 2010 - 14:03

Peygəmbərlər (ə.s.) silsiləsi

Изображение


#61570 Bəxtiyar Vahabzadə

Написано fidan 23 сентября 2010 - 10:08

İçimi göstərmədim cahil tutan güzgüyə
Üzdə gülüb,içimdə müşkülümə ağladım;
Millətimin dərdini ünvanlayıb özgəyə
Başqasının yasında öz ölümə ağladım...
  • Şair это нравится


#61365 Möminlərin vəzifəsi.

Написано fidan 20 сентября 2010 - 13:42

...Müttəqilərin nişanəsi budur ki, sən onu din işində güclü, yumşaqlıq və gözəl xasiyyətlilikdə uzaqgörən, imanda yəqin sahibi, elmdə (elm axtarışında) həris, səbrlilikdə alim, zənginlikdə mötədil (israf etməyib varını yersiz xərcləməyən), ibadət və bəndəlikdə təvazökar görərsən və o, yoxsulluq və imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın).... Nəhcul-Bəlağə. Müttəqilərin sifətləri. 184-cü xütbə

Mənə belə gəlir ki, möminlərin vəzifələri dəyişmir. Allah Təalanın qoyduğu vəzifələr hər dövr üçün elə eynidir.


#60188 Qurani Kərim qariləri

Написано fidan 06 сентября 2010 - 11:55

Bu mübarək Ramazan ayının son günlərində hamını Salamlayiram. İnşəAllah ki, Allahın mərhəmətin və rəhmətin qazananlar kimi, günahları bagışlanmışlar kimi bu gözəl ayı başa vurarıq.

Mövzum Qurani-Kərim qariləri haqqındadır. Peygəmbərimizdən (s.a.a.s.) belə bir hədis var: «Hər şeyin bir zinəti vardır, Qur`anın da zinəti gözəl avazdır». Quranı-Kərimi gözəl, həzin, ürəyə yatımlı avazla oxuyan qarilərdən bura bəzi Quran surələriniz yerləşdirməyi xahiş edərdim.

Allah razi olsun :flowers1:


#59937 Qənaət və İsraf

Написано fidan 03 сентября 2010 - 11:24

Mən vaxtımı israf etmişəm...Oxuduğum kitablar, öyrəndiklərim, əməl etdiklərim, savablarım, namazlarım, oruclarım ömrümün nisbətində o qədər azdır ki..Əvəzində gəzdiklərim, baxdığım filmlər, yediklərim, günahlarım çoxdur. Bunları müqayisə edəndə görürəm ki, ömrümdən çox israf etmişəm.

Allah qarşısında hər boşuna zamanımızın hesabin verəcəyik. Allahın mərhəmətinə sığınıram o günün dəhşətindən.
Oxuduğum kitablar da olub, amma hamısına əməl edə bilsəydim, indi bir qanadlarım çatışmırdı.
  • Shemsi это нравится


#59828 ANS TV `Toy olsun`

Написано fidan 02 сентября 2010 - 13:21

Ümid edək ki, bu verilişin ömrü uzun olmayacaq.


#59649 Həzrəti Əli ə.s. haqqında...

Написано fidan 01 сентября 2010 - 14:09

Şair qardaşımızın yazdığı bu gözəl şer də mövzuya uyğundur.

Bu nə əla eşqdir ki, qəlbimi viran eliyib,
Nəfsimə qalib olub, ismini fəğan eliyib.


Köksüm susuz səhra idi, onu görməmişdən ki mən
Qəlbimə daxil olub, köksü gülüstan eliyib.


Dünyanın heçdir dəyəri, onu görəndən sonra bil
Edirəm o şəxsə qibtə, kim ona iman eliyib.


Neyləyir bu cani səqir, olanda aşiqi kəbir,
Şəfaət gözləyən fəqir, can ona qurban eliyib.


Şair, o kimdir sorsalar, cavabın bu olsa gərək
Həbibəllah - canım fəda, dəşt-Xumda elan eliyib.


#58912 Bu gününüz necə keçdi?

Написано fidan 23 августа 2010 - 13:48

(( Vofşem heş nə.

Ağlamaq qədim Azərbaycan adətidir. :whistling:

mən də ki, adət-ənənələrə bağlı bir insanam Molla qardaş ))


#58759 Sahurda nə yeyirik?

Написано fidan 20 августа 2010 - 21:43

Deyirəm qoyunlardan halallığ alıb xaş da yemək pis olmaz sahurda :whistling:

Baci, qoyun bir terefe qalsin, bu istidə, hələ də sahurda xaş yemək üçün yaziq mədənin, orqanizmin halalligin almaq lazimdir)))




Рейтинг@Mail.ru