Перейти к содержимому


al-Islam

Регистрация: 23 июл 2008
Offline Активность: 26 авг 2017 14:21

#97578 Qamət Süleymanovun "cavab"larına bir baxış

Написано al-Islam 17 января 2013 - 12:16

Al-İslam,

Məncə Siz düz buyurmamısınız.

Əgər hansısa bir İsmaliyyə məzhəbin bir alimi haqqından, məsəl üçün, məndən soruşsalar.

Mən yəgin belə cavab verərdim : O Şiədir, amma Cəfəri (12 İmam məzhəbindən) deyil.

Və bu o demək deyil ki, mən özümü Şiələrdən seçirəm.

Allah Sizdən razı olsun İnşəllah!


Məsələ burasındadır ki, Qamət məzhəbçiliyin əleyhinədir. O sələfi-salehin yolunun hər hansı məzhəb olmadığını və əhli-sünnə camaatına aid olduğunu bildirir.
  • l-nur это нравится


#97565 Qamət Süleymanovun "cavab"larına bir baxış

Написано al-Islam 17 января 2013 - 02:24

salam aleykum

1 Detallarina varmayaq, al Qazali umumen ehli sunnedir??

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Sünnü alimidir, sələfi deyil.

http://www.abubakr-m...indpost&p=50110
Qeyd: Həmişə sələfilərin sünnilərə və əhli-sünnə-vəl-cəmaatə aid olduğunu bildirən bu nasibi, indi tamam başqa söz deyərək, özlərini sünnilərdən seçir.

Прикрепленные изображения

  • qamet_24.jpg

  • l-nur это нравится


#97226 Qamət Süleymanovun "cavab"larına bir baxış

Написано al-Islam 02 января 2013 - 00:35

Assalamu aleykum, qardaş.

İlahiyyat məscidində bir dəfə imam Müaviyə ibn əbu Sufyana xitabən belə bir fikir işlətdi ki, "Axı sən kimsən ki, hakimiyyəti öz oğluna verirsən" Bilmək istəyirəm, bu məsələyə doğru düzgün münasibət necə olmalıdır. Yəni Müaviyə (r.a.) bilə-bilə ki, oğlu Yezid səriştəsiz biridir və xilafətə rəhbərlikdə ondan qat-qat daha çox layiq olanlar var, məsələn Hüseyn (r.a.), bu cür varislik müəyyən etməklə səhv etdiyini düşünmək məntiqlidir. Amma, məsələyə adi məntiqlə yox, şəriət məntiqi ilə yanaşmanı sizdən öyrənmək istərdim.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu cür demək səhvdir. Xüsusən də səhabəyə belə demək olmaz. Muaviyə (radiyALLAHU 'anhu) bunu özbaşına eləməmişdi, böyük səhabələrlə məsləhətləşmişdi və Yezidə də böyük səhabələr beyət eləmişdilər. Muaviyə (radiyALLAHU 'anhu) də hakimiyyəti elə-belə verməmişdi, çünki Yezid daxili və xarici siyasəti gözəl bilirdi. Ona görə də Muaviyə (radiyALLAHU 'anhu) barədə belə demək səhvdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#96542 Baş yarmağın (tətbirin) hökmü nədir?

Написано al-Islam 24 ноября 2012 - 16:43

Qeme vuran asiqlerdi.
Asiqler divanelerdi.
Divaneye haram yoxdu.

P.S siz qemeye,qeme vuranlarin gozunne baxin,Neceki Leylaya Mejnunun gozunnen baxmag lazimdi.


Bəlkə hələ bir Yezidə nasibilərin gözü ilə baxaq?


#96120 AHMADIYYE bacimizin atasi vefat edib

Написано al-Islam 15 октября 2012 - 01:25

Çox üzr istəyirəm. Mövzunun başlığı qısa düşdüyündən ya diqqətsizliyimdən əvvəlki mövzu (ananızın vəfatı) olduğunu zənn etmişəm. Allah rəhmət eləsin. İnşallah ruhları şad olsun.


#95750 «İstimna». İstimnanın fiziki və ruhi ziyanları.

Написано al-Islam 27 сентября 2012 - 23:35

mənim sualım var:-
kənizin və zövcənin əli ilə halaldır deyirlər istimna.kənizin əli ilə edilmiş istimna ilə öz əli ilə edilmiş istimnanın fiziki və ruhi ziyanları baxımından nəsə fərq varmı?

ikinci sualım isə budur:-mumiinun surəsini dəlil kimi subay şəxslərə tətbiq edib təcavüzkar demək dogrudurmu?axı onların nə zövcəsi nə də kənizi yoxdur.


Bismillah. Mən ümumiyyətlə bu mövzuda çox danışmaq istəmirəm. Amma qısaca onu deyim ki, insanın öz-özü ilə əlaqəyə girməsi və hansısa "əxlaqsız" fantaziyalarla orqazma çatması, bütün ağıl sahiblərinin nəzərində iyrənc bir əməldir. Amma insanın öz halalı ilə əlaqə zamanı zövq almaq üçün yaxud cinsi akta maneə törədən səbəb olduqda bu yolla ehtiyacını ödəməsi heç də birinci halla eyni deyil, əksinə tammamilə müxtəlifdir. Çox üzr istəyirəm, əsas məsələ ondan ibarətdir ki, normal insan öz cinsi ehtiyacını 2 nəfərlik münasibətlə ödəməlidir. Təkbaşına yox. Bu Allahın qanunudur ki, insanın fitrətində öz əksini tapıb. Necə ki, insan bioloji təlabatını 2 nəfərlə birlikdə ödəsə əxlaqsızlıq olar. Hər şeyin öz qanunu-qaydası var.

2-ci suala gəldikdə isə فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ "Bundan artığına can atanlarsa həddi aşanlardır". Allah hədlərini müəyyən edib. Həddi aşanın isə subay və ya evli olmasının fərqi yoxdur.



#95567 Vusal114 Gardashimizin atasi dunyasini deyishib

Написано al-Islam 12 сентября 2012 - 21:12

Allah rəhmət eləsin. İnşallah İmam Sadiqnən (ə) məşhur olsun. İnna lillah və İnna ileyhi raciun.


#95498 Master İER qardaşımızın ad günü

Написано al-Islam 09 сентября 2012 - 22:02

Təbriklər, cənabi Tural həzrətləri :D


#95485 Sual-Cavab

Написано al-Islam 09 сентября 2012 - 13:42

Salam! Məni bir sual maraqlandırır. İslamda bəzi gunahlara görə məsəlçün oğurluq ve ya zina müəyyən caza tədbirləri nəzərdə tutlub.(Əlin kəsilməsi,daşqalaq). Təbii ki şəriətə əsasən. Bəs Hicab baglamadığına görə qadınlara şəriət hökmunə əsasən hər hansı cəza nəzərdə tutulubmu. Umummiyyətlə məni maraqlandıran odurki dinimizdə belə bir hökm varmiki qadınlar bu dünyada Hicab bağlamadıqlarına görə cəzalandırılsınlar?


Əleykum salam. Bu haqda şəriətdən cəza gəlməsini görməmişəm. Amma müsəlmanların vəliyyi-əmri nəhy-əz münkər ünvanında cəza tədbiri təyin edə bilər.
  • Sirxan это нравится


#95055 Ramazan 2012

Написано al-Islam 18 августа 2012 - 23:04

Təbriklər!
  • Şair это нравится


#94774 Hilal adi gözlə yoxsa cihazla görünməlidir?

Написано al-Islam 05 августа 2012 - 00:04

Ayın sabit olmasında görmə cihazları niyə dəlil sayılmır?

Son vaxtlar Ramazan ayının əvvəlinin və Fitr bayramının sabit olması məsələsində ayın adi gözlə yoxsa texnikanın inkişafı nəticəsində meydana gələn görmə cihazlarının vasitəsi ilə g
örsənməyinin əsas olması məsələsi ixtilaflıdır. Əksər fiqh alimlərinin ayın görmə cihazları ilə görsənməyini qəbul etməməyi bəzilərinin həmin alimləri elmin inkişafı nəticəsində yaranmış cihazlarla müxalif olmalarını və onların geridə qalmalarını təsəvvür etməklərinə bais olmuşdur. Lakin hər şeydən əvvəl bunu bilməliyik ki, həmin alimlər fiqh sahəsinə aid sözləri deyirlər və onlar bu sözləri həmin elmin qaydaları əsasında söyləyirlər. Bu barədə öz dərslərinin birində maraqlı istidlalları ilə bu məsələni izah etmiş Ayətullah Şəbiri Zəncaninin izahatını qeyd etmək istərdim. Əvvəlcədən qeyd edim ki, həmin fəqih bunu özünün ali fiqh dərsində dediyi üçün əksəriyyətə bu ağır gələ bilər. Lakin başa düşdüyümüz qədər bu elmdən faydalanaq. Həm də bunu da yadda saxlayaq ki, bu həmin müctəhidin öz ictihadıdır. Yəni başqa müctəhidlərin ictihadı başqa cür ola bilər.
Ayətullah Zəncani bu barədə belə deyir:
“Əvvəllər nəzərim bu idi ki, ayı, görmə cihazı (məsələn teleskop) ilə görmək fitr bayramının sabit olması üçün kifayətdir və bu məsələdə adi gözlə görmə cihazı arasında fərq yoxdur. O vaxt (yəni bu məsələni qəbul edən vaxt) izah edirdim ki, məsələn naməhrəmə baxmaq haramdırsa burada adi gözlə görmə cihazı arasında fərq yoxdur və heç kəs deyə bilməz ki, naməhrəmə baxmağın haramlığından məqsəd adi gözlə baxmaqdır. Necə ki, bir kəsin malını qəsb etməyin hər hansı bir vasitə və ya alətlə olmağının fərqi yoxdur, hər bir halda haramdır.
Lakin sonra diqqət etdim ki, burada qarışıqlıq olub və mən bundan xəbərsiz olmuşam. Çünki şəxsi tərəfi olan hökmlə, ümumi tərəfi olan hökm arasında fərq mövcuddur.
“Baxmaq” məsələsinin şəxsi tərəfi var. Yəni hər bir şəxs ayrı və müstəqil təklifə malikdir. Məsələn əgər bir şəxsin gözü iti görürsə və fərzən uzaqdan naməhrəmi görə bilirsə, ona naməhrəmin saçına baxmaq haramdır. Amma gözü zəif olan bir şəxsin həmin məsafədən (yəni gözü iti görən şəxslə naməhrəm arasında olan məsafədən) baxmağı onun üçün haram deyil. Bu təklifdə hər bir şəxsin baxmağı onun özü üçün təklifi sabit edir. Onun yanında olan şəxslər üçün təklif sabit etmir.
Lakin ümumi tərəfi olan hökmdə ölçü mükəlləfin özünün görməyi deyil. Bu məsələdə ölçü adi insanların görməyidir. Məsələn səfərdə namazların qəsr qılınmasını vacib edən həddi-tərəxxüs odur ki, şəhərin divarları (və ya axırıncı evləri) görsənməsin. İndi əgər birinin gözü çox iti görürsə o gərək daha çox getsin ki, namazları qəsr olsun? Xeyr. Çünki bu məsələ şəxsi tərəfə malik deyil ki, hər kəs öz görməyinə uyğun olaraq təklifə malik olsun. Burada hamı üçün bir hökm var. O hökm də adi insanların görməsinin ölçü olmağıdır. Elə bu cəhətdən də müxtəlif alətlərin ixtira olunmağına baxmayaraq tərəxxüs həddi geri getmir.
Ayın görünməsi məsələsində də (ayı) görmək ümum üçün təzə ayın isbat olmasında qoyulmuş bir yoldur. Allah-təala Qurani-kərimdə buyurur: “یسألونك عن الاهلّة قل هی مواقیت للناس و الحج”
“(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir.”(Bəqərə,189) Quranda bu yol ümum camaat üçün qərar verilib ki, vaxtı bilsinlər. Yəni buradakı ölçü elə bir ölçüdür ki, hətta adi bir kəndçi üçün də əl çatandır. Bütün insanlar bu yolla ayı ayırd edə bilərlər. Elə yol deyil ki, yalnız nadir insanlara və görmə alətləri ixtiyarında olan insanlara məxsus olsun.
Elə bu əsasla İslamda ümum camaat üçün hökm qərar veriləndə gərək elə olsun ki, bütün fərdlər onu yerinə yetirə bilsinlər. Bu cür hökmləri yalnız məxsusi təchizata malik olan şəxslərə məxsuslaşdırmaq olmaz. Buna görə də dey bilmərik ki, hökm ümumi insanlar üçündür, lakin onun isbatı məxsusi insanlar üçün, şəhərlərdə və kəndlərdə olan əksər insanlar ondan istifadə edə bilməzlər və bu yol onların üzünə bağlıdır.
Elə bu cəhətdən «لایؤكل لحمه» (əti yeyilməyən) ilə «لا یجوز لك أكله» (sənə onu yemək caiz deyil) təbirləri arasında fərq vardır. İkinci cümlədə mümkündür ki, məcburiyyət əsasında hər hansısa bir şəxsə yemək caiz olsun və onu «لا یجوز لك أكله» (sənə onu yemək caiz deyil) sözünün altından çıxarda bilsin. Lakin məcburiyyət həmin (məcburiyyət əsasında) “yeyilməyi caiz olan” əti birinci cümlədən xaric edə bilməz. Çünki birinci cümlədə yeməyin ölçüsü adətən yeyilməyən ətlərdir. Buna görə də məcburiyyət nəticəsində yeyilməsi caiz olan həmin ət adətən “əti yeyilməyən” olduğu üçün onun üzərində namaz qılmaq caiz deyil. Buna görə birincinin hökmündə ölçü ümumi və adi, ikincinin hökmündə isə ölçü şəxsidir.
Əgər bu məsələdə ölçü ayı, görmə cihazları ilə görmək olsa gərək hz. Peyğəmbər (s) zamanından indiyə kimi olan illərin çoxunda qəti olaraq insanların tutduğu orucların batil olduğunu qəbul edək. Çünki icmali olaraq elmimiz var ki, həmi illərin çoxunda ayı, cihazlarla görmək mümkün idi...
Hər bir halda biz şəkk etmirik ki, yeni ayın hilalının görünməyində meyar adi gözlə görünməyidir.”

imam Rza (ə) Mədrəsəsi



#94196 "Vəliyyi-əmr" Quran oxuya bilmir

Написано al-Islam 18 июля 2012 - 14:41

Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı kralının Quranı səhvlərlə oxuduğunu əks etdirən videorolik yerləşdirilib.

SalamNews-un "FarsNews"a istinadən verdiyi xəbərə görə, rolikdə özünü islamın iki müqəddəsatı - Məkkə və Mədinənin qoruyucusu adlandıran kral Abdullanın vərəqdən Quran ayələri oxuyarkən buraxdığı çoxsaylı səhvlər şərhlərə müşayiət edilir. Şərhlərdə bəzi ayələr hətta Quranda yazılana tam əks bir məna verir.

Şəbəkə istifadəçilərindən biri hətta bu rolikə zarafatyana şərh yazıb: “Kral Abdulla müqəddəs Quranı oxumaq əvəzinə rəqs etsə yaxşı olardı”.

http://az.salamnews....hdirilib-video/



#94162 Ramazan 2012

Написано al-Islam 17 июля 2012 - 17:13

Bismillah. Səbirsizliklə gözləyirik. İnşallah 99% ehtimalla ayın 21- başlayacaq. Mübarək olsun!
  • katala это нравится


#94088 Təqlid

Написано al-Islam 15 июля 2012 - 21:51

Osman, noldu sənin hədislərin?


#94045 12-ci imam barəsində bəzi hədislər.

Написано al-Islam 14 июля 2012 - 15:59

Mövzu artıq 2-ci səhifəyə keçib, lakin Osman hələ bir dənə olsun rəvayət yazmayıb. Bir cümlə yazıb, nə orginal mətni qoyub, nə mənbəni düz əməlli göstərib, nə də alimlərin şərhini. Bu məsxərədi ya nədi? +10% mövzu müəllifi heç bir qane edici məlumat verə bilmədiyindən mövzu bağlıdır. Əgər bir də bu cür qayda pozuntusuna yol versəz, ban alacaqsız.




Рейтинг@Mail.ru