Перейти к содержимому


Shemsi

Регистрация: 24 июл 2008
Offline Активность: 15 фев 2013 16:33

#56461 Мы - детям (и не только)

Написано Shemsi 19 июля 2010 - 23:03

Salam aleykum hörmətli forumun xeyriyyəçiləri!
Keçən dəfədən ağlımda var ki, əgər rəhbərlik də razı olsa, böyük ekran TV alaq, uşaqlara dini filmlər, multfilmlər aparaq baxsınlar, maariflənsinlər və asudə vaxtlarını yaxşı keçirsinlər. Bilirəm, bu, uşaqlara yeməyə nəsə aparmaqdan daha çətindir, amma bir sınayaq. Məncə öhdəsindən gələ bilərik.

Xahiş edirəm bu haqda forumçular razı olsalar, bizim rəhbərlik oranın rəhbərliyi ilə danışıb ortaq fikrə gəlsinlər.

Salam və dua ilə!



#55757 Məşhurların dini görüşləri

Написано Shemsi 12 июля 2010 - 10:54

Roma Katolik Kilsəsini sevmədiyinə və dinə laqeyd olmasına baxmayaraq, Napoleon Bonapart ateist də deyildi.Korsikada öyrəndikləri onu Allaha və İsaya inandırdı. İsanın və bir başqasının buyurduqlarına tabe olmasa da, belə deyirdi "Dinsiz cəmiyyət kompassız gəmi kimidir; din olmasa yaxşı mənəviyyat da olmaz." Daha sonralar iddia edirdi ki, Tanrı (İsa) özü onu xaç suyuna çəkib. Dinlə bağlı fikirləri çox mürəkkəb idi və onun həqiqi dini inancının nə olduğu haqda bir fikir demək çətindir. Allahı uca bildiyi halda, Kilsə xadimlərinə heç vaxt ehtiram göstərməyib.


#55682 Мы - детям (и не только)

Написано Shemsi 10 июля 2010 - 17:15

Salam aleykum hörmətli forumun xeyriyyəçiləri (ra)! Allah qəbul etsin Onun rizası üçün etdiyiniz hər əməli!
O uşaqlara nə dərəcədə sevinc bəxş etdik, onu bilmirəm. Bir şeydən əminəm ki, özüm hədsiz sevinc içindəyəm. Allah hər birinizdən razı olsun.

Uşaqları sevindirmək bir ayrı, forumçuları görmək bir ayrı sevincdi. Komandir qardaşımızın o vəziyyətdə uzaq yoldan gəlməyi bizə böyük dərsdi. Tatar qardaşın ailəsinə çox minnətdaram. Ən böyük ağırlığı və məsuliyyəti onlar üzərinə götürüblər həmişəki kimi.
Saqi qardaşa, Mirmustafa qardaşa, Doxtura, Molla qardaşa da xüsusi təşəkkürlər bacıların adından.
Jasmine bacı, səni görmək xoş idi.
Fidan bacımnan da bir az hasret giderdik)) neçə vaxtdı görüşmürdük ))

Özləri iştirak etməyib, ürəyi biznən olan, yardımlarını əsirgəməyən həəər kəsə də minnətdarlıq edirəm canlı efirdən))

P.S. 4 gilası halal edin )) Yemədim ee, yerə salmışam))))
P.S.S. Molla qardaşa disk üçün xüsusi təşəkkürlər))



#55642 Hasan_AGA-nı hərbi xidmətə yola salırıq

Написано Shemsi 09 июля 2010 - 18:37

Hasanaga qardaş, Allah yolunuzu açıq eləsin, Sağ salamat əsgərliyinizi çəkib bitirəsiz. Möhkəm səbr, təmkin diləyirəm sizə.

Bütün anaların, bacıların, qardaşların -hamının duası siz əsgərlərlədir. Şəxsən mən özüm də xüsusi olaraq sizə dua edəcəm, öz qardaşım artıq əsgərdi, onunçün etdiyim dualar hamısı sizə də şamildir..

Allahın amanında olasız.



#55476 Məşhurların dini görüşləri

Написано Shemsi 05 июля 2010 - 11:12

Dünyaca məşhur alimlər, xüsusilə yazıçı və şairlərin dini görüşləri hər zaman maraq dairəmdə olub. Sizə də maraqlıdırsa, buyurun. Bildiklərimizi yazaq və müzakirə edək.


  • fidan это нравится


#55251 Xasiyyətiniz haqqında

Написано Shemsi 02 июля 2010 - 11:26

Bacı, bir sualım da var
Bəs mənə dəyən olsa sən neyniyərsən?

P.S. Qorxma ee, bacı, mənə deyib eliyən yoxdu ))) :flowers1:



#55240 Мы - детям (и не только)

Написано Shemsi 02 июля 2010 - 10:20

Axırıncı şənbə alınmadığına təəssüflənmişdim. Yadıma qışdakı hadisə düşdü, səhv etmirəmsə 2 həftə qara görə təxirə salınmışdı ziyarətimiz.
Allahdan xeyirlisi!
İnşallah gələn həftə mən də varam!

  • fidan это нравится


#54960 Qəlbimdən süzülən sözlər

Написано Shemsi 29 июня 2010 - 15:47

Allah razı olsun Mirotvores qardaş. Gözəl hazırlamısız. İndi Şəmsi baji sizdən küsəcək ki, niyə ona da ərməğan etməmisiz))) Şəmsi baji, mən moderatoram ona görə mənə hədiyyədir bu video))) Əslində butun foruma hədiyyədir. MaşAllah hamının da çox xoşuna gəlib. Çox əziyyət çəkmisiz qardaş, Allah əcrin versin.

İnşAllah İmam Zaman Agaya (ə.f.) aid olan şerinizə də belə bir video hazirlayın. İnanıram ki, o da çox gözəl alınacaq.


Bıyy, bacı ürəyimi nətər oxumusan. Yaxşı ki, bu gün görmüşəm ee klipi, yoxsa ürəyim çoxdan part eləmişdi.
Deməli, gərək əvvəlcə moderator keçim, sonra Mirotvores qardaşdan xahiş edim mənə də hədiyyə etsin.

Zarafat bir yana, Mirotvores qardaş, əllərinizə sağlıq. Yaratmısız yenə.
P.S.p.s Mənim üçün hazırlasaz, ölüm fəlsəfəsindən yazın)))

  • fidan это нравится


#54515 Faydalı saytlar

Написано Shemsi 22 июня 2010 - 23:09

http://islamicmedicine.org/ (İngiliscə)

http://www.ekataloq.com/

Hələlik bu ikisi



#54202 Faydalı saytlar

Написано Shemsi 19 июня 2010 - 21:04

Məlumat saytı
http://www.baki.info/azeri/index.php



#54181 Tərcümə saytlar

Написано Shemsi 19 июня 2010 - 14:48

Almir qardaş, çox təşəkkür edirəm! :)
Hasanaga qardaş, ilk dəfədir rast gəlirəm bu sayta. Təşəkkür edirəm. İnşallah istifadə edərəm növbəti işlərimdə. Siz bəyənirsizsə, yaxşı olmalıdı :blushL:



#53769 Недобрые пожелания / Bəd dualar

Написано Shemsi 14 июня 2010 - 17:19

Кто переведет, чтобы и другие подняли репутацию. :rolleyes:


:)
Когда я училась в школе, я пожелала недоброго учителям (в основном по алгебре и геометрии), которые ставили мне плохие отметки (имею в виду четверки). хотела чтобы она заболела и в школу не пришла )))
Да простит меня Аллах, на самом деле, она не была плохой. Но я так думала в те времена.
плохая это я
(Иногда) Бывает когда приходится пожелать недоброго кому-то ...
Говорю, " Пусть кто то обидет того, точно так же, как он (она) меня обидел(а)” но это желание очень быстро проходит, и я думаю, “Да простит его (ee) Аллах!”
так же поступаю когда кто то делает мне дурное, сперва проклинаю. А потом опять сожалею и оставляя все на решение Всевышнего, гонью подальше все свои не добрые пожелания. Боюсь о будущем этого человека. И о своем будущем тоже боюсь и волнуюсь.
И поэтому беру свои не добрые пожелания обратно :)

Но и есть неизменяемое проклинание. “ДА БУДУТ прокляты те, КОТОРЫЕ ЯВЛЯЮТСЯ ВРАГАМИ Ахли Бейта, И те, КОТОРЫЕ УБИЛИ праведных имамов.

P.S. 4 illik tərcüməçi həyatımda belə tərcüməm olmamışdı və + heç bir forumçu öz yazdığını ruscaya çevirmək qismət olmamışdı :)))




#53661 Недобрые пожелания / Bəd dualar

Написано Shemsi 13 июня 2010 - 09:12

Məktəb vaxtı pis qiymət aldığım fənlərin müəllimlərinə bəddua edərdim :)(Cəbr, Həndəsə)" Ay Allah, xəstələnsin bu, gəlməsin dərsə"))
Pis qiymət deyəndə, yanlış anlamayın, 4ü nəzərdə tuturam. Allah keçsin günahımdan, pis müəllim olmayıb. O vaxtkı nəzərimdə pis idi.
Pis özüməm..
Arada olur yenə. "Məni incidənləri məni incitdikləri kimi başqası incitsin" deyirəm, ama sora keçir. Deyirəm, Allah bağışlasın...
Haqqım tapdalananda da belə edirəm. "Haram olsun" deyib sora peşman oluram. Qorxuram aqibətindən. Elə öz aqibətimdən də...
Bəddua qəbul olmamış tez sözümü geri götürürəm..
SABİT bədduam da var. Allahın daim lənəti olsun Əhli Beyt (əs) düşmənlərinə! İmam qatillərinə...




#53295 Filankəs haradadır?

Написано Shemsi 10 июня 2010 - 12:11

Hasanağa qardaşla Şair qardaş niyə görünmür? Hara gediblərsə ikisi biryerdə gediblər)))

Bir də geogrd qardaşın yazılarının yeri görünür.

Yalnış bir məlumat...Mən qərdeşimlə ancaq məscidə,sobiruna,xeyir-şər işlərinə gedə bilərəm :) Sadəcə son zamanlar forumda passivlik görürdüm..Hər gün foruma daxil olanda eyni postlar..Heç kəs yazmırdı...Hər gün isə eyni şeylər görəndə bir az bezirəm, ona görə də fərqlilik yaratmaq eşqinə düşmüşdüm :rolleyes: Ümid edək ki, passivlik aradan qalxar...Amin,inşaAllah..


Heç də deyil :) Çox doğru məlumat imiş. Birgə qayıtmağınızda mən deyəni isbat edir. :)
Bir fərqlə ki, qərdeşinizlə getdiyiniz yerlərin siyahısına təbiət qoynunu da əlavə etmişdim :))
Qardaşlar, xoş gəldiz yenə də :)

Bir də Murtaza qardaş, çox az az yazsa da, maraqlı yazırdı. O da görünmür.

  • Şair это нравится


#53070 Фото наших малышей

Написано Shemsi 08 июня 2010 - 21:30

Bu da bizim bacıoğlu :secret:

Изображение




Рейтинг@Mail.ru