Перейти к содержимому


hənbəli

Регистрация: 03 июл 2009
Offline Активность: 11 янв 2010 21:32

#13383 "Əmr sahiblər" kimlərdir?

Написано hənbəli 26 июля 2009 - 17:33

Masiyyətdən təmiz olan heç bir alim tanımıram..


#13377 "Əmr sahiblər" kimlərdir?

Написано hənbəli 26 июля 2009 - 17:24

Rabbani alimlər... haqqı dəstəkləyən alimlər...hər bir alim yox!
Bir də onu qeyd edim ki, "əmr sahiblərinə tabe olun" ayəsi ümumi ayədir, "masiyətdə itaət yoxdur" hədisi bu ayəni təxsis edir. Ona görə də alimin batil fikirlərində ona tabe olmaq caiz deyildir. Həm də hakimin masiyətə əmrində də tabe olmaq caiz deyildir.


#12490 Quranın təhrif olunduğuna inanan

Написано hənbəli 19 июля 2009 - 17:42

Sualımı burada bir daha təkrarlayıram.
Quranın təhrif olunduğuna, Allahın Quranı qorumadığına inanan kəsin hökmü nədir?

əl-Fəth yazmışdı ki, belə bir kafirdir.
Digər şiə yuzerləri isə müəmmalı səbəblərdən susurlar.


#12257 İmamlar yoxsa peyğəmbərlər

Написано hənbəli 16 июля 2009 - 17:12

Əvvəla bəzi peyğəmbərlər də imam olublar. İkincisi isə, əgər Siz məhz şiə imamlarını nəzərdə tutursuzsa onlar yalnız peyğəmbərin dedikləri və onun gətirdiyi şəriətə əsasən nəsə deyiblər. Şəriət Allahdandır və peyğəmbər də Allahın əmr etdiyini deyib. İmamlarda həmçinin.

Sizin rəvayətləriniz bu dediklərinizi inkar edir. Çünki rəvayətlərinizdə gəlir ki, imamlar mələklərlə danışır, onlardan elm alır...yəni, başqa dillə desək imamlarınız elmlərini vəhy yolu ilə alırlar.

Sizə bu inandırıcı gəlmir? Məgər İsa (ə) hələ bələydə olarkən danışmadı? 5 yaşında senaqoqda öz yahudi ravinlərin səhvlərini onlara açıqlamadı?
Bəs necə olur ki, Siz Əbu Hüreyrənin süd əmər uşağın anasına ağıl öyrətməsi hədisini qəbul edirsiz, amma imamın bacarığına inana bilmirsiz?

Uşağın danışması əhli-sünnət alimləri tərəfindən bir şeyin doğruluğu üçün Allahdan bir ayətdir. 5 yaşında senaqoqda yəhudi ravinlərinə səhv tutmaq isə israiliyyatdır. Dəlil sayılmaz. Həmin danışan uşaqlar bir ayət olaraq danışıblar və bununla Allah öz nümayəndələrinin doğruluğunu göstərmişdir. Lakin heç kəs həmin uşaqdan elm almayıb və həç kəs həmin uşaqlara yazıb fətva soruşmayıblar. Heç kəs həmin uşaqları həmin vaxtı peyğəmbər kimi qəbul etməmişdir, çünki bilirik ki, İsaya peyğəmbərlik orta yaşlarında verilib.

Allah-təala 32:24 deyir: Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər (imamlar) təyin etmişdik. Allah öz elmini və əmrlərini bir neçə yolla göndərir. Kiminləsə Özü danışır, kiməsə mələyi göndərir, kiməsə yuxuda vəhy edir, kiməsə də ayıqlığında. O istədiyi insana vəhy və ya ilham göndərə bilər.

Burada iki ehtimal var.
Ayədə qəsd olunan rəhbərlər Davud və Süleyman kimi peyğəmbərlərdir.
İkincisi isə adil rəhbərlərdir.
Birinci olarsa, onlara vəhy gəldiyi üçün onlara peyğəmbər deyilir.
İkincilər isə sadəcə adil rəhbərlərdir, onlara vəhyin gəlməsi və ya ilham olunması barədə dəlil yoxdur. Amma hər bir kəs ilham ala bilər, Allah dilədiyi kəsi ilhamla doğru qərara yönəldə bilər. Lakin belə bir ilhamı təyin etmək mümkün deyildir. Yuxuda isə irşad olunmaq peyğəmbərlərin anlaya biləcəyi bir şeydir, peyğəmbərlərdən başqa kəslər ehtimal edə bilərlər, lakin yəqinliklə söyləməkləri üçün Allah nəzdindən onlarda elm olmalıdır.
  • TURK это нравится


#11489 Vəhhabilərin "allah"ı

Написано hənbəli 05 июля 2009 - 16:59

al-Fath soruşur:
"Qardaşım, əgər ilk dövrün alimləri bu hədisləri səhih adlandırıblarsa bu o demək deyil ki, biz də bu gün onları o cür qəbul edirik. Bizdən fərqli olaraq Siz hədis əhlisiz və aqidənizi hədislər üzərində qurursuz. Bəs nəyə əsasən Siz Quran ayələrinin zahiri mənasını götürürsüz, amma hədisləri şərh edirsiz?"

Əgər sizin ilk dövr alimləriniz hədisləri qəbul edirsə və sizə görə bu problem deyilsə, o zaman nə üçün eyni məntiqi bizim üçün də tətbiq etmirsiz?! Yəni, Abu Sufyan burada bir iki şey nəql edir və bütün sünnilər Allahının sanki "cavan, üzü tüksüz, gur və buruq saçlı" olmasına etiqad etdiyini qələmə verir. Yoxsa burda yazdıqlarının nə faydası var ki?
Əhli-sünnət alimlərində belə bir qayda var. İstər Quran ayələri olsun, istərsə də səhih sünnət olsun! Qaydaya əsasən mütəşabih dəlilləri zahirinə görünə qəbul etmək lazımdır, lakin əgər dəlillər bunların təvilinə imkan verirsə, o zaman təvil edirik. Yəni, biz etiqad edirik ki, məhdud əqlimiz ilə Allahın dərk edə bilmərik və məhdud əqlimiz ilə Allahın özünü vəsf etdiyi şeyləri həqiq mənalarına oturda bilmərik. Belə şeylər yalnız dəlillərlə isbat olunur. Ona görə də qarşımızda bu gün mütəşabihlər haqqında saysız firqələr vardır və hər biri öz ağlına görə təvil edirlər. Biz isə ən əmin və ən arxayın yola üstünlük veririk. Bu isə daha yuxarıda izah etdiyim yoldur. Yəni, bütün bunların hamısına iman gətiririk...Allah iki əlimlə yaratdım deyirsə, biz də deyirik ki, Allah iki əli ilə yaratmışdır...Eyni zaman da çox güclü vurğu ilə vurğulayırıq ki, bu əl keyfiyyətini, həqiqətini bilmədiyimiz bir sifətdir. Şəkksiz, şübhəsiz ki, Allah cism deyildir, orqanlardan, hissələrdən ibarət deyildir. Heç bir şeyə bənzəməz...Kim onu məxluqa bənzədərsə küfr etmişdir və millətdən çıxmışdır. Bu çox sadə bir şeydir, lakin problem bizim ağlımızdadır... "əl" deyən kimi ətdən, sümükdən ibarət bir əl ağlımıza gəlir. Necəki şeytan deyən kimi ağlımızı iki buynuzlu, quyruqlu əcaib bir məxluq gəlmir. Çünki daha əvvəl belə bir şey görməmişik və öz ağlımıza uyğun şəkildə təsəvvür edirik. Necəki hal hazırda dünyanın ən fantaziyalı mütəfəkkirləri, yazarları science-fiction sahəsində kitab yazarkən yeni bir şey gətirə bilmirlər. Hamısı bir-birinə bənzəyir, şünki ağıl daha əvvəl gördüklərinə əsaslanır. Daha əvvəl dediyim kimi, bu sadəcə ağlımızın məhdud olmasından ibarətdir. İnsan öz ağlına əsasən Allahın ayələrini inkar etməkdən qorxmalıdır. Görəsən kim deyə bilər ki, Allah Adəmi iki əli ilə yaratmamışdır? Halbuki Allah özü bunu bizə xəbər verir. Əgər əl qüdrət mənasında olsaydı, o zaman 1. Allah nə üçün sayla məhdudlaşdırmışdır. 2. O zaman Allahın sözündə heç bir fayda qalmır, o zaman Adəmin yaradılşı ilə digər yaradılışlar arasında heç bir fərq qalmaz. Elə ona görə də İblis Allaha deyə bilər ki, "Məni də iki əlinlə yaratmısan?!" Bu ərəb dilini bilənlər üçün aydın bir məsələdir...
Bizim məzhəbimiz budur, bunda təşbih və təcsim yoxdur.
Userlərdən biri soruşdu ki, yuxarıda yazdığım məzhəblərin hamısı mı, əhli-sünnət məzhəbləridir? Cavab budur ki, xeyr...yalnız sonda qeyd etdiyim məzhəb əhli-sünnətin məzhəbidir və ilk dövr alimlərə nəzər salan bunu görəcəkdir. Daha sonradan isə bəzi alimlər dəlilsiz təvilə baş vurmuşdur. Lakin cəhmiyyə, mötəzilə və mücəssimə məzhəbləri əhli-sünnətdən sayılmaz. Bəzi alimlər ümumi mənada əşariləri əhli-sünnətə daxil edir, lakin xüsusi mənada isə əhli-sünnətə aid deyillər.


#11488 Vəhhabilərin "allah"ı

Написано hənbəli 05 июля 2009 - 16:38

al-Fath'in salamını almağı unutdum, çox üzr diləyirəm. Əleykum əssələm va rahmətullahi va bərakətuh

Abu Sufyan adlı user elə zənn edir ki, mən hədislərin münkər olduğunu deyə bilmirəm. Bu mənanı haradan çıxardığını anlamıram, amma nəsə... burada alimlərimizin bu hədislər haqqındakı fikirlərini yazıram, alimlərimiz bu hədisləri münkər sayırlar. Aşağıda təfsilatı ilə izah etmişəm.

İbn Abbasdan gələn rəvayətlər Həmməd bin Sələmə ətrafında dövr edir. Onun bu rəvayətlərinə etimad olunmayacağını bir neçə tərəfdən isbat etmək olar.
1. əl-Beyhəqi’nin dediyi kimi Həmməd bin Sələmə yaşlandıqda hafizəsi korlanmışdır və bu hədisləri nə zaman rəvayət etməsi məlum deyildir.
2. İmam əl-Buxari onun hədislərini tərk etmişdir, çünki ona görə Həmməd bin Sələmə çoxlu xəta edən ravidir, lakin Muslim ictihad edərək Sabit’in ondan hafizəsi korlanmamışdan əvvəl rəvayət etdiyi hədislərini qəbul etmişdir. Bu hədislərin sayı isə on iki dənədir və şahid qismində rəvayət olunmuşdur.
3. İbn Sad “ət-Tabəqat əl-Kubra” əsərində (7/282) onun haqqında deyir: “Münkər hədislər rəvayət edir” və İmam əz-Zəhəbi “əl-Mizan” kitabında (2/364) rəvayət yollarını qeyd etdikdən sonra deyir: “Bu, Həmməd’in rəvayət etdiyikləri içində ən münkəridir.” Daha sonra deyir: “Əgər bu rəvayətlər səhih olsaydı, yuxuda görmək kimi bir görmə olardı.”
4. Həmməd bin Sələmə sifətlər haqqında tək başına bir çox hədis rəvayət etmişdir və bu hədisləri ondan başqa heç kəs rəvayət etməmişdir. İbn Adiy “əl-Kamil” əsərində bu hədislərdən bir neçəsini qeyd etmişdir və bu hədisi də onların arasında zikr etmişdir.
5. Həmməd bin Sələmə’nin Basra əhlindən rəvayətlərində zəiflik vardır. Ona görə də İbn Tahir “Şurut əl-Əimmə əl-Xamsə” əsərində (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 27) deyir: “Buna əsasən Muslim, Həmməd bin Sələmə’nin hədislərini rəvayət etməkdə üzrlü görülür, çünki o, onun Sabit əl-Bənani, Əyyub əs-Səxtəyani kimi məşhurlardan rəvayət etdiklərini kitabına almışdır. Çünki Hamməd daim Sabit’in yanında olmuş və onunla uzun müddət dostluq etmişdir, beləki Sabit’in səhifəsi, hafizəsi korlanmamışdan əvvəl olduğu kimi hafizəsi korlandıqdan sonra da onun zikrində və hifzində qalmışdır. Lakin onun basralılardan rəvayət etdiyi hədislərə gəldikdə isə, Muslim onlardan rəvayət etdiyi hədislərdən heç birini kitabına almamışdır, çünki onun basralılardan rəvayətlərində çoxlu ğarib hədislər vardır. Bu isə onların hədisləri üzərində çox az çalışması səbəbilədir.” Bu hədisi isə o, Qatədə’dən rəvayət etmişdir, Qatədə isə Basra əhlindəndir və hədis isə həmin ğariblərdəndir. İmam Muslim “ət-Təmyiz”də deyir: “Hamməd bin Sələmə, Qatədə’dən rəvayətlərində çoxlu xəta edir.” (bax: İbn Racəb, “Şərh İləl ət-Tirmizi”, 2/508)
6. Hamməd elmdə böyük bir alim olmasına baxmayaraq, bir çox vəhmləri olmuşdur. əz-Zəhəbi onun haqqında deyir: “Onun vəhmləri vardır.” Bu isə siqa və böyük alim olmasına baxmayaraq, bir çox kəsin qurtula bilmədiyi bir şeydir.
Vəhm və xəta belə alimdən gözlənilə bilər. Onun məhz bu hədislərdə xəta etməsini isbat edən dəlillərlə qarşılaşdıqda isə xəta etdiyini əminliklə söyləyə bilərik. Bu dəlillərdən biri onun Sabit’dən, onun da Ənəsdən rəvayət etdiyi hədisdir. əd-Dəraqutni “əl-Əfrad”da deyir: “Əbu Bəkr Əhməd bin İsa əl-Xavvas bizə rəvayət etdi, Sufyan bin Ziyad bin Adəm bizə rəvayət etdi, Əbu Rabiə Fəhd bin Auf bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Sabit’dən, o da Ənəsdən rəvayət etdi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Rəbbimi ən gözəl surətdə gördüm.” Lakin bu hədisi Hamməd bin Sələmə’dən rəvayət edən Fəhd bin Auf’dur və o, zəifdir. Bura qədər dediklərimiz Hamməd bin Sələmə ilə bağlı idi.
Sənədin digər illəti isə Qatədə’dir. Qatədə isə tədlis etməyinə görə məşhurdur. əl-Hafiz İbn Hacər onu “Tarif Əhlit-Təqdis bi Məratibil-Məfsufin bit-Tədlis” adlı kitabında (səh: 102, Dar əl-Kutub əl-İlmiyyə, hicri 1405) müdəllislərin üçüncü təbəqəsinə aid etmişdir. Bu təbəqələr arasındakı fərqi bilməyən müsəlmanlar üçün bunu elə əl-Hafiz İbn Hacərin öz sözləri ilə izah edək: “Bu kəslər çox tədlis edənlərdir və açıq şəkildə hədisi eşitdiklərini bildirmədikcə imamlar onların hədislərini dəlil olaraq qəbul etmirlər. İmamlardan bəziləri ümumiyyətlə onların hədislərini rədd edir, bəziləri isə qəbul edir.” əş-Şubə deyir: “Qatədə’nin ağzına baxardım və əgər “həddəsənə” desə hədisini yazardım, əks təqdirdə yazmazdım.” (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 29) Bu hədisdə də Qatədə bu hədisi eşitdiyini bildirməmişdir, əksinə “ananə” ilə rəvayət etmişdir.
Digər illət isə hədisin iztirablı olmasıdır. İkrimə bəzən bunu İbn Muaz bin Afra’dan rəvayət edir. İbn Muaz isə məchuldur. Elə əl-Qadi Əbu Yalə özü “İbtal ət-Təvilət” kitabında İmam Əhmədin bu barədə sözünü nəql etmişdir. Əhməd deyir: “İsnadında iztirab vardır.” (bax: “İbtal ət-Təvilat”, 1/140)
Bu hədis həm də başqalarının İbn Abbasdan rəvayət etdikləri hədisdən çox fərqlidir. Buna görə də Şeyx Nasiruddin əl-Albani – rahiməhullah – “Muxtəsar əl-Uluv”da (səh: 118) İmam əz-Zəhəbi’nin hədisin sənədini “ceyyid” saymasına etiraz edərək deyir: “Müəllif – rahiməhullah – isnadın zahirinə baxmış və onu güclü saymışdır, çünki onu Əhməd yolu ilə gətirmişdir; Əsvad bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Qatədə’dən, o İkrimədən, o da İbn Abbas’dan rəvayət etdi. Bütün ravilər siqadır, hamısı Muslim’in raviləridir. Lakin Hamməd bin Sələmənin böyüklüyü və qüdrətinə baxmayaraq, Sabit’dən başqasından rəvayət etdikləri hədislərdə problem vardır. Buna görə də Muslim onun yalnız Sabit’dən rəvayət etdiklərini kitabına almışdır. Buna görə də əl-Hafiz “ət-Təqrib”də deyir: “Siqadır, abiddir, Sabit’dən rəvayətdə insanların ən güclüsüdür.” Həyatının sonunda hafizəsi dəyişmişdir və Hişam əd-Dustavai’nin rəvayətinə həm sənəd, həm də mətn baxımından müxalif olmuşdur...”
Hədis İbn Abbas’dan başqa yolla da rəvayət olunmuşdur. ət-Tabərani “əs-Sünnə”də deyir: “Əli bin Said ər-Razi bizə rəvayət etdi: Əhməd bin İbrahim əd-Duruqi bizə rəvayət etdi; Həccac bin Muhamməd bizə İbn Cureyc’dən, o da Dahhək’dən, o da İbn Abbas’dan rəvayət edir...”
Bu hədis bir neçə səbəbə görə səhih deyildir.
1. ət-Tabərani’nin şeyxi Əli bin Said ər-Razi hafiz olsa belə, alimlər onu zəif saymışdır. İbn Yunus deyir: “Alimlər onu zəif saymışlar.” Həmzə bin Yusuf deyir: “əd-Dəraqutni’dən onun haqqında soruşdum, dedi: “Hədisində bir şey yoxdur, elə hədislər rəvayət etmişdir ki, onları mutabi qismində belə istifadə etmək olmaz.” Sonra dedi: “Nəfsimdə ona qarşı bir şey vardır. Misirdəki əshabımız onu zəif sayıblar” və əli ilə işarə edərək dedi: “o, belədir...belədir...” və əlini silkələyərək “o, siqa deyildir” dedi. (bax: əl-Hafiz İbn Hacər, “Lisənul-Mizən”, 4/231)
2. İbn Cureyc mudəllisdir. əd-Dəraqutni deyir: “İbn Cureycin tədlisindən uzaq durulmalıdır, çünki onun tədlisi çox qabihdir. Yalnız zəif ravilərdən eşitdiyi hədislərdə tədlis edir.” Tədlis etdiyi zəif ravilərə İbrahim bin Əbi Yəhya, Musa bin Ubeydə və digərlərini aid etmək olar. Bu hədisin sənədində də “ananə” ilə rəvayət etmişdir. İmam Abdullah bin Əhməd deyir: “İbn Cureycin rəvayət etdiyi hədislərdən bəziləri uydurma hədislərdir, çünki İbn Cureyc kimdən hədis rəvayət etdiyinə fikir verməzdi.” əl-Xalləl bu sözlərin eynisini əl-Əsrəmdən nəql etmişdir.
3. Həccac bin Muhamməd ömrünün axırında hafizəsi korlanmışdır. Yəhya bin Main onun hafizəsinin korlandığını görmüş və oğluna demişdir: “Onun yanına heç kəs getməsin!”

Keçək Umm Tufeyl’in rəvayətinə.
əl-Xatib “Tarix Bağdad” kitabında (13/311) Nueym bin Hamməd’in tərcümeyi-halında deyir: “əl-Həsən bin Əbi Bəkr və Osman bin Muhamməd bin Yusuf əl-Alləf bizə xəbər verdi; onların ikisi də dedi: Muhamməd bin Abdullah bin İbrahim əş-Şafi bizə xəbər verdi; Muhamməd bin İsmayıl – və o, ət-Tirmizi’dir – bizə rəvayət etdi; Nueym bin Hamməd bizə rəvayət etdi; İbn Vəhb bizə rəvayət etdi; Amr bin əl-Haris bizə Said bin Əbi Halal’dan, o da Mərvan bin Osman’dan, o da Uməra bin Amir’dən, o da Ubey bin Kəb’in xanımı Umm Tufeyl’dən rəvayət edir ki, peyğəmbəri – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitmişdir: “Rəbbini yuxuda ən gözəl surətdə, gur saçlı gənc, ayağında xuf və üstündən qızıl ayaqqabı, üzündə qızıl örtük olaraq görmüşdür.” Bunu ət-Tabərani “əl-Kəbir”də (25/143), əl-Beyhəqi “əl-Əsma vas-Sifat”da (səh: 446-447) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/125) rəvayət etmişdir. əl-Buxari (bax: əl-Buxari’nin “ət-Tarix” əsəri; 6/500), Əhməd bin Hənbəl, Yəhya bin Main, ən-Nəsai (bax: “Tarix Bağdad”, 3/311) və İbn Hibban (“əs-Siqat”, 5/245) bu hədisi tənqid etmişlər. əl-Hafiz İbn Hacər “Təhzib ət-Təhzib”də (10/95) deyir: “Bu hədisin mətni münkərdir.”
Yəhya bin Main bu hədisi rəvayət etdiyinə görə Nueym bin Hamməd’i tənqid etmişdir. Abdulxaliq bin Mənsur deyir: “Yəhya bin Main’i gördüm, sanki Nueym bin Hamməd’i Umm Tufeyl’in ruyə hədisinə görə ayıblayırdı. Belə deyirdi: “Belə bir hədisi rəvayət etməsi ona yaraşmır.”
Bu hədisin sənədində Mərvan bin Osman vardır. əl-Xatib “ət-Tarix” əsərində (13/311) ən-Nəsai’nin Umm Tufeyl’in bu hədisi eşitməsindən sonra dediyi sözləri nəql etmişdir: “Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!”
əz-Zəhəbi “əl-Mizən” əsərində (3/160) Mərvan bin Osman haqqında deyir: “Onu Əbu Hatim zəif saymışdır. Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad əl-Fəqih deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!” Bunu Umm Tufeyl’in hədisi barəsində söyləmişdir.“
İbnul-Cəvzi “əl-İləl əl-Mutənəhiyə” kitabında (1/15) deyir: “Əbu Bəkr əl-Xalləl “əl-İləl” kitabında zikr edərək deyir: Muhamməd bin Əli mənə xəbər verdi; Muhənnə mənə rəvayət etdi; dedi: Əbu Abdullah bin Hənbəl’dən bu hədis haqqında soruşdum. Üzünü məndən çevirdi və dedi: “Münkər bir hədisdir” dedi: “Tanınmır, bu adam isə məchuldur, bununla Mərvan bin Osmanı qəsd edir. Eləcədə Umarə bin Amir də tanınmır.”
əl-Hafiz İbn Hacər “əl-İsabə fi Marifətis-Sahabə” kitabında (8/246) Umm Tufeyl’in tərcümeyi halını verərkən bu hədisi zikr edir və deyir: “Mərvan tərk olunmuşdur.”
Uməra bin Amir haqqında isə əz-Zəhəbi deyir: “Tanınmır” və əl-Buxari onu zəif ravilər arasında qeyd etmişdir. (bax: “ət-Tarix əl-Kəbir” 6/500)
əl-Hafiz İbn Hacər “əl-Lisan” (4/278) əsərində deyir: “İbn Hibban “əs-Siqat” əsərində Uməra bin Amir’in Umm Tufeyl’dən rəvayət etdiyi ruyə haqqındakı hədisi zikr edir və deyir: “Münkər bir hədisdir, Uməra heç zaman Umm Tufeyl’dən hədis eşitməmişdir. Bu hədisi zikr etməkdə məqsədim budur ki, hədisə baxan aldanmasın və hədisi dəlil olaraq qəbul etməsin.”
Buna bənzər bir digər hədis Ənəs’dən rəvayət olunur. Bunu əl-Xatib əl-Bağdadi “ət-Tarix”də (10/134) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/115) rəvayət etmişdir. Bu hədisin sənədində Qasim bin İbrahim əl-Malati vardır. əd-Dəraqutni onun haqqında deyir: “Yalançıdır”. əl-Xatib deyir: “Əcaib və batil şeylər rəvayət edir.” (bax: “Tarix Bağdad, 12/446; “Lisanul-Mizən”, 4/456)
Bu hədislər uydurmadır, ən yaxşı halda çox zəifdir. İmam əs-Subki “ət-Tabəqat” əsərində (2/58) hədislərin münkər olduğuna hökm etmişdir. İmam əd-Darimi “ən-Nəqd” əsərində (səh: 163) deyir: “Bu hədisi və illətini Allaha daha yaxşı bilir! Lakin mən bunu çox münkər sayıram, çünki bu hədis Əbu Zərrin hədisinə ziddir, beləki o, Allahın Elçisindən - salləllahu aleyhi va səlləm – soruşmuşdur: “Rəbbini gördünmü?” Dedi: “Nurdur, necə görüm?!” Eləcədə Aişənin – radiyallahu anhə - sözü də buna ziddir, beləki demişdir: “Kim Muhammədin Rəbbini görməsini iddia edərsə, Allaha böyük bir iftira atmışdır” və sonra “Onu gözlər dərk etməz!” ayəsini oxudu. Bizim bu barədə görüşümüz budur!”
əl-İmam İbn Quteybə əd-Dinəvari “Müxtəlif əl-Hədis”də (38, 89) bunu zəif saymışdır. İmam əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ”də (10/113) deyir: “Bu münkər bir xəbərdir, Allahdan dinimizdə salamatçılıq diləyirik. Hədis nə əl-Buxari, nə də Muslim’in şərtinə uyğun deyildir. Raviləri ittiham olunmasa belə, xəta və unutqanlıqdan məsum deyillər.”
əl-Hafiz Muhamməd bin Əhməd bin Abdulhadi “Risalə Latifə fi Əhədis Mutəfərriqa Daifə” əsərində (səh: 57) bunu zəif saymışdır.
Lakin bu hədisləri burada qeyd etməklə və bəzi nəqllər gətirib hədislərin səhihliyinin əhli-sünnət alimləri tərəfindən qəbul edildiyini iddia etməklə nəyin isbat olunduğu qaranlıq qalır! Ortaya belə bir sual çıxır? Şiələrin iddia etdiyi kimi əhli-sünnətdən bu hədisləri qəbul edənlər Allahı məxluqa bənzədirmi? Yəni, Allahın hissələrdən və ya orqanlardan ibarət olduğuna inanırmı? Elə tutaq ki, “İbtal ət-Təvilət” kitabının sahibi məşhur hənbəli alimi əl-Qadi Əbu Yalə’nin hədislər haqqında fikrinə baxaq! əl-Qadi – rahiməhullah – bu hədisləri qeyd etdikdən sonra (1/146) deyir:
“Biz bu hədisləri Allahın orqanlara sahib olması və hissələrdən ibarət olması, halının dəyişməsi mənasında qəbul etmirik, sadəcə zat, nəfs, vəch, iki əl və göz və digər bunun kimi sifətləri dilimizdə söylədiyimiz kimi eynilə bu sifətləri də dilimizdə işlədirik. Hədisdəki “üzündə tük bitməmiş, buruğ saçlı gənc” sözü ilə Allahın məxluqa bənzər olması isbat olunmur, biz bu sözləri sadəcə xəbərlərdə gəldiyi kimi dildə tələffüz etməklə təsdiqləyirik və mənalarını anlamırıq...” əl-Qadi Əbu Yalə bu sözləri ilə bir daha təsdiqləyir ki, hədisdəki təsvirlər Allaha aiddir və heç cür bizim ağlımıza gələn gənc oğlan surəti deyildir. Qısaca desək, əl-Qadi burada sadəcə hədisin sözlərini təsdiqləmiş və mənasının bilinmədiyini söyləmişdir. Bu, əl-Qadi Əbu Yalə’nin məzhəbidir.
Alimlərdən bəziləri də bu hədisləri sadəcə röya olaraq izah etmişlər, necəki Yusuf – aleyhissələm – yuxusunda valideynlərini və qardaşlarını Günəş, ay və ulduzlar şəklində görmüşdür. İmam İsmayil əl-Acluni – rahiməhullah – “Kəşful-Xafə” əsərində (2/392) deyir: “Rəvayətlərdən bəzilərində “qəlbi ilə gördü” şəklində rəvayət olunmuşdur. Əgər hədis yuxuda röya kimi yozularsa ortada heç bir problem qalmır, lakin ayıq olduğu hala həml olunarsa, buna İbnul-Humməm belə cavab vermişdir ki, bu, surətin hicabıdır. (Əli) əl-Qari dedi: Sanki bununla qeyri həqiqi təcəllini qəsd etmişdir və Allahu Təalənin zat və sifət baxımından bir çox növ təcəllisi vardır, lakin Allah Təalə cism və zat baxımından surətdən münəzzəhdir.”
Hədisin səhihliyinə hökm vermək Allahı məxluqa bənzətmək anlamına gəlmir. Çünki alimlər bunu sizin qələmə verdiyiniz kimi qəbul etmirlər.
Lakin əhli-sünnətin muhaqqiq alimlərinin dedikləri kimi bu hədislər münkərdir. Hədislər münkər olduqdan sonra ortada heç bir problem qalmır.
əl-Qadi Əbu Yalə’nin bu hədisləri bir kitaba toplayıb onları isbat etməsi ilə məqsədi qarşı tərəfdə təfritə varmış firqələri rədd etmək idi, çünki qarşı tərəf istər Quran, istərsə də səhih hədislərdə gəlmiş Allahın sifətlərini ya inkar edir, ya da dəlilsiz təvil edirlər. Hər kəsə məlumdur ki, insanlar çox zaman qarşı tərəfi rədd edərkən öz məzhəbində ifrata varırlar, ona görə də deyirik ki, əl-Qadi Əbu Yalə - rahiməhullah – bu münkər hədisləri isbat etməklə ifrata varmışdır. Alimlər isə bunda hədis əhlindən olmadığına görə üzrlü görürlər.
Bu hədisləri rəvayət etdiklərinə görə bizim alimlərə dil uzatmaq məncə əsassızdır, çünki hədislərin zahirlərini təqdiqləməklə yanaşı, onlar təşbihi və təcsimi inkar edirlər. Lakin sizin öz imamlarınızın əshabından bəziləri açıq şəkildə təcsimə inanıblar və imam Rida bunu onların əleyhinə inkar etmişdir. Əbul-Həsən Əli bin İbrahim bin Haşim dedi: atam mənə Əhməd bin Muhamməd bin Əbi Nasr’dan, o da Əli bin Musa ər-Rida’dan – aleyhissələm – rəvayət etdi: (ər-Rida) dedi: “Ey Əhməd! Sizinlə Hişam bin əl-Həkəm’in əshabı arasında tövhiddəki ixtilaf nədir?” Dedim: “Sənə fəda olum! Biz Allahın surəti olduğunu dedik, çünki rəvayət olunan hədisdə Allahın Elçisi – salləllahu aleyhi va alihi – Rəbbini gənc bir oğlan surətində görmüşdür. Hişam bin əl-Həkəm isə cismi inkar edir.” Dedi: “Ey Əhməd! Peyğəmbər – salləllahu aleyhi va alihi – Səmaya götürüldükdə və Sədratul-Muntəha’ya yetişdikdə hicabda iynə ucu boyda deşik açıldı və Əzəmətli nurdan Allah ona gostərmək istədiyi qədərini gördü. Siz isə bənzətmək istəyirsiz. Tərk et bunu ey Əhməd! Bunu anlaya bilməzsən, bu böyük bir məsələdir! (bir başqa rəvayətdə isə deyir: "Bunu tərk et ki, böyük bir məsələyə düşməyəsən!” Bunu əl-Məclisi “Bihərul-Ənvar”da (3/307), Əli bin İbrahim əl-Qummi “Təfsir əl-Qummi”də (1/20), Şeyx əl-Huveyzi “Təfsir Nur əs-Səqaleyn”də (5/155), Şeyx ət-Tarihi “Məcmə əl-Bəhreyn”də (2/116) rəvayət edir. Maraqlı tərəf budur ki, İmam ər-Rida – radiyallahu anhu – bu hədisi inkar etmir, sadəcə bunun anlaşılmaz olduğunu deyir. Bizim hənbəli alimlərimizdən bir çoxu bu yöndə gəlmiş bir çox batil hədisi qəbul ediblər, lakin onlardan heç biri cism, orqan və buna bənzər təşbih etiqadında olmayıblar. Sadəcə bunları Allahın sifətləri kimi qəbul edib, iman gətirib, keyfiyyətini düşünməyə çalışmayıblar və həqiqətini Qiyamət gününə saxlayırlar. Görəsən bunun harası təşbihdir?! Əgər sizin məntiqinizlə getsək gərək İmam ər-Rida haqqında da eyni cür danışaq, haşa, onlar belə şeydən uzaqdırlar. Kitablarınız da bundan da münkər sözlər gəlmişdir, üstəlik ilk alimləriniz həmin hədisləri qəbul edirlər. Misal vermək istərdim, lakin misala ehtiyac yoxdur...


#11457 Vəhhabilərin "allah"ı

Написано hənbəli 04 июля 2009 - 23:08

Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.
Sənin yazdıqlarının cavabı vardır, Allahın iznilə qarşıda bu cavabını burada yerləşdirəcəm.
Amma qısa olaraq burda bir şeyi aydınlaşdırmaq istəyirəm.
Heç bir əhli-sünnət alimi Allah haqqında sizin zənn etdiklərinizi söyləmir...Haşa, Allahı bundan tənzih edirlər. Əgər kimsə deyilən sözlərin məğzini anlamırsa, bu onun öz qafilliyidir. Bu məsələdə bir neçə məzhəb var. Quranda və Sünnətdə gələn sifətlər haqqında bir neçə yanaşma mövcuddur.
1. Bir qrup ümumiyyətlə Allahı hər bir şeydən tənzih edirlər, tənzihdə o qədər ifrata varıblar ki, Allahın həm sifətlərini, həm də isimlərini inkar edirlər. Açıq aydın Allahın "əs-Səmi" və ya "əl-Basir" olmadığını deyirlər və bu isimləri elə təvil edirlər ki, sanki Allahın Quranda özünü vəsf etməsi faydasız olur.
2. Digər qrup isə yalnız sifətləri inkar edir, isimləri isbat edirlər.
3. Sifətlərdən bəzilərini qəbul edir, digərlərini nəfy edirlər...qəbul etdikləri sifətləri isə təvil edirlər.
4. Bir digər qrup isə sifətlərdə Allahı məxluqa bənzədirlər.
5. Hənbəlilər isə səhih sünnətdə və Quranda gəlmiş sifətlərin hamısını qəbul edirlər və bir əsl olaraq onları zahiri mənalarına həml edirlər. Əgər bir başqa dəlil təvilə imkan verirsə, təvil edirlər. Lakin xüsusilə qeyd edirlər ki, bu sifətlərin arxasındakı həqiqət bizlərə məlum deyildir, onların keyfiyyətini biz bilə bilmərik. Biz sadəcə Allahın özü haqqında bizə xəbər verdiklərini təsdiq edir, öz əqlimizə tabe olaraq hər hansı bir sifəti inkar etməkdən qorxuruq. Çünki bu məsələlər ağıl ilə dərk olunmaz. Ona görə də alimlərimiz açıq şəkildə deyir ki, Allahın iki əli, iki gözü, danışması, eşitməsi Onun Özünə məxsus, Özünə yaraşan kamil sifətləridir. Biz bunların həqiqətini dərk etməkdən acizik və qəti olaraq bildiririk ki, bu sifətlər nə orqanlardır, nə də Allah hissələrdən ibarət deyildir, Allah məxluqa bənzəməz...Alimlərimiz bunu eynilə Allahın hakim olması ilə, qullarından kimlərinsə hakim olması kimi izah edirlər. Allahın sağ olması, Onun bizim sağ olmağımız kimi sağ olması anlamına gəlməz. Allahın nəfzi bizim nəfsimiz kimi deyildir. İsa - aleyhissələm - deyir: "Mən Sənin nəfsindəkini bilmirəm, Sən mənim nəfsimdəkini bilirsən!" Biz bununla Allahın nəfsinin olduğuna, lakin bu nəfsin Allaha layiq bir nəfs və bu sifətin kamillik sifəti olduğuna, naqislik sifəti olmadığına etiqad edirik.
Ona görə də bu hədisləri bura muncuq kimi düzüb elə təsəvvür oyatmayın ki, əhli-sünnət alimləri məxluqa bənzər bir ilaha etiqad edirlər. Kim belə düşünürsə ya şirrir, pis niyyətli biridir, ya da cahildir!
İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə, biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik. Çünki öz kitabları bundan da münkər hədislərlə doludur! Özü də elə hədislər ki, bunların ilk dövr alimləri bu hədislərin səhihliyində ittifaq edirlər.
Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.
Hələlik!


#11376 Vəhhabilərin "allah"ı

Написано hənbəli 03 июля 2009 - 05:16

Əssəlamu aleykum

Əbu Sufyan ordusu!
Sənin bunları gətirməklə nəyi isbat etmək istəyirsən?
Sənin burda yazdıqların içində bir çox savadsız iddialar var...məsələn, əl-Qadi Əbu Yalə - rahiməhullah - vahabi deyil, onu vahabi alimi saymaq cahillikdir. Bilən səbəbini çox gözəl bilir.
Sənin öyrənmək istədiyin nədir? Bu hədislər haqqında əhli-sünnət alimlərindən muhaqqiqlərin görüşü nədir?
Onların hədisin səhihliyi haqqında dedikləri sözləri öyrənmək istəyirsən?
Bu hədisləri qəbul edənlər onları zahiri mənasındamı qəbul edir, yoxsa təvil edirlər?
Yəni, sən nəyisə iddia edirsənsə, həmin iddianı bir qədər ətraflı yaz ki, oxuyan nə istədiyini anlasın!
Yazın tökürsən, ətrafında da bir iki çırtma çalanların var..özünü xoşbəxt hiss edirsən!
Əvvəla bilmək lazımdır ki, əl-Qadi Əbu Yalə mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir. əz-Zəhəbi deyir: (Siyər Əaləm ən-Nubələ, 18/90) "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."
Qaldı ki, İmam Əhmədin sözlərinə və sən həmin sözləri burada tərcümə etmisən, lakin əziyyət olmasaydı kitabın təhqiqinə də baxıb görərdin ki, orada muhaqqiq yazır ki, sənədində tanımadığı ravı vardır. Ədalətli ol və tam araşdır.
İmam Əhmədə gəldikdə isə "əl-Muntəxab min İləl əl-Xalləl" (səh: 285)də İmam Əhməddən gələn rəvayətdə hədisin münkər olduğunu demişdir.
Qısacası...sənin burada yazdıqlarının hamısının gözəl cavabı vardır, lakin cədəldən qaçmaq istəyirəm...Nəyi sübut etmək istəyirsənsə aydın yaz!


Рейтинг@Mail.ru