Перейти к содержимому


Gunahkar

Регистрация: 16 сен 2009
Offline Активность: 10 авг 2013 16:34

#67785 Vəhşət gününüz mübarək !

Написано Gunahkar 31 декабря 2010 - 22:52

"Yeni il" bayramı bizim millətə yeraşır...
Biz o qədər həmrəyik ki, həmrəylik günün bizə yeritdilər ki, nə var-nə var, "hamı bir gün" daha çox tətil etmək istəyir. Bir gün gec ölmək həvəsində olan xalqın, bir gün daha çox tətilə ehtiyacı başa düşüləndir. Ona görə də Wikipedia saytı deyir ki, Azərbaycanın ərazisi iki yerə bölünür: 1. Azərbaycan Respublikası. 2. Dağlıq Qarabağ Respublikası. Bu da MƏNBƏ. 113-cü yerdəyik... 11.458 kv km-i də onlara "satarıq", sonra 118-ci yerə düşərik. O yer də bizim üçün pis deyil!!! Sonra da "Dağlıq Qarabağın əldən çıxması" milli, ümumxalq hüzn kimi tətil günü adlandırarıq...

P.S. Zalımı zalım edən, məzlumun özüdür!!! Zalımın dayanacaq nöqtəsi, məzlumun onun qarşısında dayandığı nöqtədir!!!



#67777 Vəhşət gününüz mübarək !

Написано Gunahkar 31 декабря 2010 - 19:48

Azərbaycanda hərəylik günü (hansı məqsədlə belə adlandırıldığını bilmirəm) bir gündür, amma İslamda "vəhdət həftəsi" var!
ALLAH bizə həqiqəti görməyimiz üçün bəsirət versin! Bəsirətimizə tabe olmaqda bizə yardım göstərsin! Sonra da tanıdığımız doğru həqiqət ətrafında həmrəy olmağımıza yardım etsin! Amin!



#67342 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Написано Gunahkar 19 декабря 2010 - 03:29

"Mini hüquqidir, hicabsa yox?"


Изображение

Millət Vəkili Fazil Mustafa: "Mən dəfələrlə demişəm və təklif irəli sürmüşəm ki, bu məsələdə məktəblilər üçün dəqiq hicab forması tapılmalıdır. Məsələnin həlli uğrunda səylər göstərilmədi və problem də öz həllini tapmadı. Məktəblər üçün vahid forma müəyyən edilib hər bir məktəbliyə şamil olunmalıdır. Yoxsa elə çıxır ki, bizim ölkədə məktəblinin mini (qısa) geyinib məktəbə gəlmək hüququ var, hicab geyinib gəlmək hüququ isə yoxdur? Məktəblər üçün heç bir digər ölkəni təqlid etməyən müvafiq hicab forması müəyyən edildiyi təqdirdə bu məsələ öz həllini tapa biləcək. Təhsil səviyyəsinin artmasına korrupsiya mane olur, gətirdikləri əsassız bəhanələr yox. Bu bəhanələr yanlışdır və ciddi deyil. Yaxşı olar ki, bəhanələr axtarılmasın və işin inkişafı uğrunda ciddi addımlar atılsın".
  • Şair это нравится


#67341 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Написано Gunahkar 19 декабря 2010 - 03:27

Cəlilabad möminlərindən birinə 12 sutka cəza


Hicab qadağasına etiraz əlaməti olaraq Cəlilabadda keçirilən aksiyadan sonra dindarların həbs edilməsi barədə xəbər vermişdik.

İslam-Azeri.az İnternet qəzetinə Cəlilabaddan verilən məlumata görə, dünən həbs edilən Həsən Məmmədova rayon məhkəməsi tərəfindən 12 sutka həbs cəzası verilib.

16:00-da keçirilmiş aksiyadan sonra dindarlar məhkəmənin qarşısına toplaşıblar.

  • Proxy это нравится


#67327 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Написано Gunahkar 18 декабря 2010 - 01:44

Hacı Zülfüqar Türkiyədə hicabdan danışdı (Video)



Изображение

Türkiyədə “Babul Əli” Beynəlxalq Cəmiyyəti tərəfindən Aşura Günü münasibətiylə böyük matəm tədbiri keçirilib.

İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə, tədbirə Türkiyənin məşhur ilahiyyatçısı olan Musa Aydının dəvətiylə Azərbaycanın tanınmış ruhanisi Höccətül İslam Vəlmuslimin Hacı Zülfüqar Mikayılzadə də qatılıb.

Hacı Zülfüqarın Türkiyənin 2 telekanalı ilə canlı yayımlanan çıxışını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, verilişin təkrarı bu gün Bakı vaxtı ilə 17:00-da Türkiyənin "Hilal TV" kanalında da yayımlanacaq. Həmçinin bu gün Kırıkkale şəhərində Aşura ilə bağlı tədbir keçirləcək. Bu tədbir də "Kon TV"-də 21:00-da canlı olaraq yayımlanacaq.


Videya buradan baxa bilərsiniz
  • Proxy это нравится


#67270 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Написано Gunahkar 16 декабря 2010 - 01:50

"Yəhudi şagirdlərə olar, müsəlmanlara olmaz?"



Bir neçə gün bundan öncə köşə yazılarının birində bu kimi ifadəyə rast gəldim : "...ibtidai sinif şagirdi başına bağladığı hicabın mahiyyətini dərk etmir. Deməli başörtüyünü o, öz istəyi ilə deyil, valideynlərinin təhriki ilə geyinir..."
Açığı, yanaşma mənə çox qəribə gəldi. Demə bizi də vaxtilə məktəbə göndərən valideynlərimiz məsləhət gördükləri geyimləri bizim iradəmizin əksinə olaraq ediblərmiş. Deyirəm axı nə üçün əziz valideynlərim uşaqlığımda tez-tez "xətrimə dəyirdi". Hərçənd o vaxt anlamırdım, çünki bizim dönəmdə "vahid forma" kimi bir anlayış yox idi. Hərə öz istəyinə, daha doğrusu imkanına uyğun geyinirdi. Bax indi anlayıram onların mənim tərbiyəmdən tutmuş ta geyimimə qədər məsləhət və iradlarını. Buna əminliyim var ki, hər bir valideyn millətindən, dinindən və əqidəsindən asılı olmayaraq öz övladı üçün ən yaxşısını seçir. İstər tərbiyəsində, istərsə də geyimində.

Məktəbli formasının nə üçün tətbiq olunmasından danışmıram. Çünki bu artıq hər birimizin əvəzindən düşünülüb. Məlum olan - təhsil nazirliyi tərəfindən. Əlbəttə ki, şagirdlərin eyni görünməsində pis heç nə yoxdur. Əksinə, əgər hamı vahid və milli dəyərlərimizə uyğun şəkildə görünəcəksə burada razılaşmayası nə var ki?! Amma...
Dövlətimiz hər bir vətəndaşın təhsil hüququnu və bundan az olmayaraq, vicdan azadlığını tanıyır. Deməli, hər kəs öz dini seçimində və dininin dəyərlərinə uyğun görünməkdə azaddır. Bəs nə üçün əziz şagirdlərimiz, yaxud onların valideynləri bu iki doğal və konstitusion hüquqlar arasında seçim etməlidir? Axı nə üçün bütün sivil ölkələrin təhsil ocaqlarında insanların əqidə azadlıqlarına və bunu əks etdirən geyimlərinə hörmət və anlayışla yanaşıldığı halda mənim vətənimdə, əhalisinin 90%-dən də artığı müsəlman olan bir ölkədə islami geyim tərzinə, daha doğrusu onun vacib atributuna qarşı bu qədər dözümsüz münasibət var? Axı hicab nə vaxtdan məktəbli fomasının görünüşünə əngəlmiş?
Bunları düşünürdüm ki, təsadüfən İnternetde gözümə bir şəkil sataşdı. Şəhərimizin mərkəzi məktəblərindən birinin açılışı... İbtidai sinif...hər kəs səliqəli və vahid formada. Qəribə heç nə yoxdur, amma şagirdlərin bir çoxunun başlarında gəzdirdikləri "dini atribut" - "kipa" adlanan dini başörtüsü nəzərimdən qaçmadı. Əlbəttə ki, bu "simvol"un məktəbli formasına uyğunsuzluq gətirməsini deyə bilmərəm. Yəqin bu da bir "özünü ifadə formasıdır" - kimi düşündüm. Lakin bununla belə təhsil nazirliyinin hicab yasağı barədə söz-söhbətinə dair cavabsız müəmmalarımın üzərinə bir neçəsi də əlavə olundu. Demə bizim müsalman balalarımız öz hicablarını dərk etmirlərmiş, digər konfessiyalar isə anlayırmiş... Bizim valideynlər övladları üçün məsləhət bildiklərini seçəndə "zorla edirlərmiş , onlar isə....
Bu suallarıma yalnız bir cavab tapdım. Utandırıcı və ədalətsiz bir cavab - bu, dini çoxluğa qarşı qeyri-tolerantlıqdan və ayrı-seçkilikdən başqa bir şey deyil.


Изображение




#67116 Səni düşündürən kimin yazısıdır?

Написано Gunahkar 12 декабря 2010 - 19:11

Vaxtilə ən çox güldüyüm yazı:

Mirotvores70

QALOŞ DOLMASİ: qara qaloşdan əl boyda parcalar kəsib arasina qiymə qoyursan,qazana yiğib ustunə dizel yanacaği tokursən.2saat 200 dərəcədə bişirirsən! Sufrəyə verəndə istunə 12 olculu qaykalar səpirsən! Nuş olsun!


Mənbə



#67066 Hərbi xəbərlər. Военные вести.

Написано Gunahkar 11 декабря 2010 - 04:42

SƏFƏR ƏBİYEVİN 65 MİLYON AVROSU VƏ...

... şokolad yağı, kişmiş, xəşəm balığı, fıstıq, kofe ilə "qidalanıb" acından ölən Azərbaycan əsgəri


Изображение


Məmurlar Azərbaycan ordusunun təkcə ətlə təminatından ildə 5 milyon dollar gəlir əldə edirlər

Oktyabrın 25-də milaz.info saytı maraqlı bir xəbər yaydı. Həmin xəbərdə deyilirdi: "...Macarıstanın OTR BANK-ı Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin 65 milyon avroluq bank hesabını dondurub. Guya bank Səfər Əbiyevdən bu məbləği necə qazanması barədə gəlir deklarasiyası təqdim etməyi xahiş edib. Səfər Əbiyevdə isə gəlirlər haqda deklarasiya olmayıb".

Hələ 8 il əvvəl (!) İnterpol birmənalı olaraq qurumun Azərbaycandakı Milli Mərkəzi Bürosuna belə bir məlumat vermişdi: "Məlumat veririk ki, yuxarıda adları göstərilən şəxslər və kompaniyalar çirkli pulların yuyulması ilə məşğul olmaları şübhəsi ilə İnterpolun maraq dairəsinə düşüblər".

Söhbət uzaq Macarıstanda Səfər Əbiyevin bank hesablarının doldurulması ilə məşğul olan "şəxs"lər və "kopaniyalar"dan gedirdi. Özü də konkret olaraq həmin fiziki və hüquqi şəxslərin rekvizitləri də göstərilirdi. Sən demə, Tiflisdə 12,8 milyon dollar qiyməti olan 6 hidroelektrik stansiya almaq üçün Budapeştdə yaşayan 2 azərbaycanlının bank hesabına 17 milyon dollar köçürülməlidir. Burada 4,2 milyon dollar fərq əmələ gəlir. Bu fərqə xalq arasında "şapka" deyilir. Macarıstan İnterpolunun hesabatlarında göstərilir ki, 2 ay ərzində Azərbaycandan bu dövlətdəki 5 bank hesabına şübhəli pul köçürməsi qeydə alınıb. Bu köçürmələrdən 686.000, 196.000, 617.000 və 252.000 dollar əlavə "şapka" əldə edilib. Bu məlumatlara əsaslanıb müdafiə nazirinin ayda orta hesabla 3 milyon dollar "şapka" qazandığını müəyyən etmək olar. Özü də bu, təkcə Macarıstanda müəyyən olunan 5 hesabla bağlı məlumatlara əsasən gəlinən nəticədir. Səfər Əbiyevin 65 milyon avroluq təkcə bir hesabı dondurulub! Digər hesabları barədə məlumat isə hələlik yoxdur...

Səfər Əbiyevin müdafiə naziri postuna ilk gəlişi ilə (1993-cü ilin iyun-sentyabrı) Qarabağ uğurundakı döyüşlərdə 5 rayonu itirdik - Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı. Bu məğlubiyyətlərdən sonra onun vəzifəsindən uzaqlaşdırılaraq nazir müavini postuna göndərilməsi təbii idi. Bu vəzifədə o, atəşkəs dövrünü qarşıladı və Milli Ordunun yaranması prosesi başladı. Nəhayət, 1995-ci ilin fevralında Səfər Əbiyevin vəzifəyə qayıdışının şahidi olduq.

"Məğlubiyyət generalının" nazir təyin olunması ordu üçün ən acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxardı; məhz onun nazirliyi dövründə maddi-texniki təminat məsələsində fasilələr yarandı. Hərbi istedadını heç cür üzə çıxara bilməyən Səfər Əbiyev özünü nazir kimi "yaxşı" təşkilatçı, təsərrüfatçı kimi göstərdi: ordunun təminat məsələsi tamamilə nazirin nəzarətinə keçdi, bu işə cavabdeh olan qurumlar isə kənarda qaldı.

İlk dəfə ölkə rəhbərliyini Azərbaycan ordusunda yaranmaqda olan bədxassəli şiş barədə mərhum Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov xəbərdar etdi. 1996-cı ildə Milli Məclisin qapalı iclasında akademik çıxış edərək baş verənləri təsvir etməklə bu "təmtərağın" baiskarının adını da konkret çəkdi - Səfər Əbiyev.

Ziya Bünyadov 1997-ci ilin fevralında vəhşicəsinə öldürüldü. Həmin dövrdə ANS-də aparıcı Mirşahin Ağayevin araşdırması efirə verildi. Materialda "N" saylı hərbi hissəyə il ərzində sənədlərlə verildiyi göstərilən ərzaqlardan söhbət açıldı: kofe (həll olunan) - 51 min banka; şokolad yağı - 6 ton; fıstıq - 35 ton; xəşəm balığı - 7,8 ton; köhnə pulla 452 milyon 600 min manatlıq şprot konservi; 12,9 ton kişmiş və sair. Aparıcı bu məlumatların ardınca həmin hərbi hissədə qulluq etmiş hərbiçilərə (xidmət müddəti 7 aydan 5 ilə qədər) bu ərzaqlarla qidalanmaları barədə suallar vermişdi. Məlum olmuşdu ki, hərbçilər bu ərzaqlardan yalnız kişmişi görüblər - o da Yeni il qabağı hazırlanmış plova qatılmış halda olub. Mirşahin nəinki bu məlumatları efirə verdi, üstəlik bu faktları qəzetlərdən birində "Dərs" rubrikası altında "Səfər Əbiyevə əlcək atıram" sərlövhəsi ilə dərc etdirdi və Səfər Əbiyevi birbaşa efirə dəvət etdi. Həmin dəvət hələ də qəbul olunmayıb...

Ordunun belə katastrofik təminatı bədbəxt nəticələrə səbəb oldu. 1998-ci ilin noyabrında Hüseynov Zaur Hüseynbala oğlu (həqiqi hərbi xidmətə Əzizbəyov RHK-dan çağırılıb ), Məmmədov Elbrus Zeynal oğlu (Sabirabad), Mirzəyev Ağaqulu Zəfər oğlu (Bakı), Nəsrullayev Zahir Qazəhməd oğlu (Quba) ön cəbhədəki qazmalarda hərbi vəzifələrini yerinə yetirərkən çəkilərinin yarısını itirərək ölüblər. Onların meyitlərinin ekspertizasını həyata keçirən məhkəmə-tibb eksperti, mayor Nizami Cəfərov mərhumların sümükləri ilə dəriləri arasında nə vaxtsa olmuş nazik piy qatının ibtidai vəziyyətə qayıtmasını qeydə alıb. Bu əsgərlərin ölüm haqda şəhadətnamələrində eyni diaqnoz yazılıb - alimentar distrofiya. Əsgərlər ön cəbhədəki qazmalarda, ən azı 1 ay normal yemək yeməyiblər. Amma Müdafiə Nazirliyinin sənədlərinə əsasən, onlar şokolad yağı, balıq delikatesləri, kişmiş, həll olunan kofe, şprotla qidalanıblar.

Hazırda ordunun təminatı "bazarın monitorinq"i, "tenderin keçirilməsi" kimi xoşagələn terminlərdən istifadə edilməklə həyata keçirilir. Tender komissiyasının qaimə və protokollarının analizi maraqlı mənzərəni meydana çıxarıb. Məlum olub ki, ordu üçün alınan hər kiloqram ətə görə müdafiə nazirinin cibinə şəxsi ehtiyaclarını ödəmək üçün dövlət büdcəsindən 1 dollar gedir. Bir əsgər üçün günlük norma 200 qram ət müəyyən olunub. İldə bu hesabla bir əsgərə 73 kiloqram ət alınır. Deməli, 1 əsgər ildə büdcə oğrularına 73 dollar "gəlir" verir. Bütün Azərbaycan ordusunun təkcə ətlə təminatından 5 milyon dollar gəlir əldə olunur. Normada daha 31 ərzaq adı var. Bu da son deyil. Ətin alınmasında sənədlərdəki ilə faktiki qiymət arasında 30-40 faiz, digər ərzaqlarda isə 100 faizdən çox fərq var! İndi Müdafiə Nazirliyində büdcə oğurluğunun hansı miqyasda olmasını təsəvvür edirsinizmi?!

Изображение

Canmirzə Mirzəyev
ehtiyatda olan ikincidərəcəli kapitan




#66819 Yezid bin Müaviyə

Написано Gunahkar 06 декабря 2010 - 02:54


ياقوم! فواللّه ما خرجنا على يزيد حتّى خفنا أن نرمي بالحجارة من السماء، أنّه رجل ينكح أمهات الأولاد، والبنات، والأخوات، ويشرب الخمر،

ويدع الصلاة

الطبقات الكبري، ابن سعد، ج 5، ص 66 ـ تاريخ مدينه دمشق، ج 27، ص 429 ـ الكامل، ج 3، ص310 ـ تاريخ الخلفاء، ص 165


And olsun Allaha Yezidin yanından ona görə ayrıldım ki, qorxdum göydən başımıza daş yağacaq. Çünki o elə bir kəsdir ki, məhrəmlərilə zina edir, şərab içir və namaz qılmır.


Bir gün Yezid ibn Müaviyə bibisi ilə zina edirmiş... Bibisindən soruşur:
-Ay bibi, mən biləni axı sən qız olmalıydın...
Bibisi cavab verir:
-Bala, atan Müaviyə Şamda bir qız qoyub ki???

  • Şair это нравится


#66818 Forumun inqilabi qərərgahı

Написано Gunahkar 06 декабря 2010 - 02:40

Forumun inqilabçı və anti-inqilabçı userləri, GunahkarŞair arasında inqilab haqqında söhbət oluf...

Gunahkar (1:36) :
Sənin inqilaba münasibətin?
Al-İslam bəyənat yayıb...

Şair (1:36) :
munasibetimi bildirmiwem
birazdan al-Islam hebs olunacaq
anti inqilab qowunu terefinden

Gunahkar (1:36) :
OOOOOOOOOOOOO..............

Şair (1:37) :
vesiyyet mene eledi

Gunahkar (1:37) :
Mən forumun bu vəziyyətini görüb Az.a qayıtmaq istəyirəm...

Şair (1:37) :
ordan da destek vere bilersen

Gunahkar (1:38) :
Yazılarımla dəstək verirəm...

Şair (1:38) :
beli inqilabi bog sen de

Gunahkar (1:39) :
OOOOOOOOO
Sən bilmirsən ki, mən inqilab tərəfdarlarındanam???
Daha doğrusu:
İnqilabiləşdirilmişlərdənəm... :)

Şair (1:40) :
ne uchun? Musevi ve Kerrubinin forumdaki terefdarlarindan niye olursan?

Gunahkar (1:40) :
Kərrubini tanımıram...

Şair (1:41) :
be Musevi?

Gunahkar (1:41) :
Amma İmam Seyyid Ruhullah MUSƏVİ Xomeynini (rə) tanıyıram...

Şair (1:42) :
men fitnechi Musevini deyirem

Şair (1:42) :
Yashil fitne

Gunahkar (1:42) :
Aha...
Məxməli inqilab...
Doğurdan aaa???

Şair (1:43) :
:)

Gunahkar (1:43) :
Gərək al-İslama deyim ki, forum inqilabına bir rəng də seçsin...

Şair (1:43) :
:)))

Şair (1:43) :
qirmizi inqilab

Gunahkar (1:44) :
Yox bunu lider al-İslam seçməlidir...

Şair (1:45) :
QIRMIZI inqilabdi da. Edaletsiz usyan :)

Gunahkar (1:46) :
Onu bilmək olmaz...

Gunahkar (1:47) :
Bir də, V. Hüqo demişdi:
Hərəkat xalq tərəfindən bəyənilirsə, buna "İNQİLAB" deyilir. Əgər xalq tərəfindən bəyənilmirsə, buna "ÜSYAN" deyilir...

Şair (1:47) :
onda bu usyandi :)

Gunahkar (1:49) :
Xeyr... Bizim xalq al-İslamın "İNQİLAB"ını maddi və mənəvi olaraq bəyənir və dəstəkləyir...

Şair (1:50) :
ancaq biraz evvel al-Islam hebs olunacagini deyirdi
birazdan foruma yerlewdireceyem :)

Gunahkar (1:50) :
Harda?

Şair (1:51) :
agentde :)

Gunahkar (1:51) :
OOOOOOOOOO........ İndi agentdədir?

Şair (1:52) :
yox

Şair (1:52) :
bayaqlarri chixanda dedi
ehh silinib gerek baglamazdim pencereni :)

Gunahkar (1:52) :
Ok...
Eyb etməz... İnşa ALLAH düzələr
Mən yuxarıdakı söhbətimizi foruma yerləşdirəcəyəm...

Şair (1:53) :
inwallah
:)
no problem :)

P.S. Qalanları məxfidir...

  • Şair это нравится


#65684 Hansı imamın dövründə yaşamaq istərdiniz?

Написано Gunahkar 15 ноября 2010 - 03:35

...
Rəhmətlik Ayətullahül-Üzma Seyyid Gülpayqanidən İmam Hüseyn(ə) dövründə yaşasaydınız İmamla(ə) birlikdə olardınızmı soruşanda deyib bilmirəm amma İmam® 100% Onunla birlikdə olardı. Və səbəb kimi cavanlıq vaxtlarından danışır ki, mədrəsədə oxuduqları vaxt şahın adamlarından olan və camaatın qorxduğu bir şəxs ya mədrəsəyə yaxud da hüseyniyyəyə gəlir və dinə qarşı çox təhqiramiz ifadələr işlədir. Hətta Xanım Zəhraya(s.a) belə cəsarət edir. Hamı o adamın kim olduğunu bildiyi üçün susduqları zaman İmam® ona yaxınlaşıb yağlı bir şapalaq vurur.


Deməli belə...
Mən isə bu hadisəni belə eşitmişəm;
Qumda o zaman bir lotu var imiş ki, hamı ondan qorxurmuş... Bir gün içkili halda Feyziyyə mədrəsəsinə girir və xəncərini çəkib sayıqlamağa başlayır. İmam Xomeyni (rə) onun xəncər olan əlindən tutur və döyə-döyə, yerlə sürüyə-sürüyə mədrəsədən çıxarıb, çölə atır. Bu hadisə o zaman Qumda böyük səs salmışdı... Hamı deyirdi ki, lotunu tələbə döyüb...

P.S. Əccəb eləyib döyüb...



#65512 Hansı imamın dövründə yaşamaq istərdiniz?

Написано Gunahkar 12 ноября 2010 - 01:30

Şəhid Murtəza Mütəhhərinin belə bir sözü var:
"Yaxşı ki, biz bu zamanda yaşayırıq. Əgər İmam Əlinin (ə) dövründə olsaydıq, necə olardı? Bəlkə Cəməl müharibəsində İmam Əlinin (ə) yanında olardıq. Bəlkə Siffeyndə də İmam Əlinin (ə) yanında olardıq. Amma Nəhrəvan döyüşü çox çətin sınaq olub. Orada harada olacağımız məlum deyil!"

Bu zamanda olduğuma görə ALLAHa həmd olsun!
Əgər seçim edəsi olsaydım... İmam Həsən Əsgəri (ə) dövründə olmaq istəyərdim...

  • fidan это нравится


#65366 "Dörd xəlifə" şiə mənbələrində

Написано Gunahkar 10 ноября 2010 - 00:28

Salamun ələykum...
Sualım əhli sünnə qardaşlarımızadır...
Biz sizin mənbələrdən 12 imam, 12 xəlifə haqqında hədisləri dəfələrlə tapıb sizə göstərmişik...
İndi növbəni sizə veririk...
Buyurun:
Bizim mənbələrdə "Dörd xəlifə"nin haqq olmasına dəlalət edə biləcək hədislər varmı?
Əbu-bəkrin, Ömərin və Osmanın (ALLAH bizdən razı olsun :gizildish: ) xəlifəliyinə dəlalət edən hədisləri şiə mənbələrindən tapıb gətirin.

P.S. Tapammıyajaxsınız... :gizildish: ALLAH amanında... :wavey:



#65291 Muxtar namə

Написано Gunahkar 08 ноября 2010 - 21:17

Salamun ələykum əziz forum əhli!
İran kinomotoqraflarından bir yeni fil daha!

Muxtarnamə

Изображение

Film "Muxtar Səqəfi" rizvanullahi əleyhdən bəhs edir. Olduqca gözəl filmdir. İnşa ALLAH dilimizə tərcümə və dublyaj edilər, fikirlərinizi bildirərsiniz.

Buradan da filmdən parçaları izləyə bilərsiniz!


http://www.tebyan.net/index.aspx?pid=77644&categoryID=11770


  • fidan это нравится


#65007 Həzrət Süleyman (ə) mülkü

Написано Gunahkar 04 ноября 2010 - 04:05

Bu da filmin rəsmi saytı. Sayt 3 dildə, ingilis, ərəb və fars dillərində fəaliyyət göstərir. Faydalana bilərsiniz. :victoryL:

http://kingdomofsolomon.com/





Рейтинг@Mail.ru