Перейти к содержимому


Gunahkar

Регистрация: 16 сен 2009
Offline Активность: 10 авг 2013 16:34

#65003 Mənəvi yuxular

Написано Gunahkar 04 ноября 2010 - 03:48

Görürəm ki, heç kəsdən səs çıxmır...
Ona görə özüm başlayım...
Bir əxlaq ustadımız var idi... Onun əxlaq dərsində o qədər ağlayırdıq ki, tək-tük rövzə və dualarda o qədər ağlayardıq. Bir dəfə "Muhasibə", "Muraqibə" və "Muaxizə" haqqında danışdı...
Dedi: -Əməllərinizi yazın... Günahlarınızı yazın ki, birinci günahdan sonra, ikinci günahı ora yazmaqdan utanıb günaha tərəf getməyəsiniz... Və s...
Bir müddət sonra o ustadı yuxuda gördüm... Mənə dedi ki, əməllərini yaz... Sonra günahlarından ALLAHa tövbə et...
Sonra bir vərəq çıxarıb mənə göstərdi və dedi:
-Bax belə!
Onun mənə göstərdiyi vərəq düm ağ idi...

P.S. Amma bunu da deyim ki, əməlləri yazmağın həddən artıq böyük təsiri var...



#64996 Gunahkarla müsahibə

Написано Gunahkar 04 ноября 2010 - 02:19

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Bu gün dərsdən sonra ustadlardan birindən soruşdum. Dedi ki, mənim fikrimcə Xanım Zəhranın (s.ə.) qiyamı daha mühümdür. Səbəbini soruşdum. Dedi: Əgər Xanım (s.ə.) qiyam etməsəydi, İmam Əli (ə) öləcəkdi...
Düzdür, dialoq ayaqüstü oldu. Amma dedi ki, geniş bir vaxtda müzakirə etmək lazımdır.


Deməli belə...
Ustaddan soruşdum. Belə izah etdi:
Mən bu məsələni ətraflı araşdırmışam. İmam Əlinin (ə) zamanındakı hadisədə, bəzi pərdə arxası məsələlər var ki, aydın deyil. Beyət məsələsi bir bəhanə ola bilər. Çünki, ora hücum edənlərin əsas məqsədi beyət almaq deyildi. İmam Əli (ə) təkliyilə onların hakimiyyətinə təhdid sayılmırdı.Ora hücumdan əvvəl "Səhifeyi-məlunə" məsələsi bunu açıq-aşkar göstərir ki, bu tam təfərrüatı ilə cızılmış plan olub. Bəlkə də onlar belə fikirləşiblər ki, biz hücum etdikdə, İmam Əli (ə) qılıncla qarşımıza çıxacaq və bir nəfər də sağdan, soldan və ya arxadan İmamı (ə) vurub öldürəcək və iş bitəcək. Amma Xanımın (s.ə.) qiyamı bu planı pozdu. Xanımın (s.ə.) o vəziyyətdə təhqir olunması, onların özlərinə də böyük dərd oldu. İmamın (ə) əli yalın çıxması və onlar tərəfindən əllərinin bağlanması isə, İmamın (ə) can təhlükəsinin qarşısını aldı.
Digər tərəfdən, İmam Əlinin (ə) öldürüləcəyi təqdirdə, İslamı geriyə qaytarma planı (lənətlənmiş səhifə) yerinə yetiriləcəkdi. Bundan sonra isə, İmam Həsən (ə), İmam Hüseyn (ə) və s. də olmayacqdı.
Xanımın (s.ə.) qiyamı, İmam Əlinin (ə) qanının qarşısını aldı. Beləcə həm imamət qorundu, həm də vilayət. Və s. Əgər suallarınız olsa, daha ətraflı yaza bilərəm.



#64623 Həzrəti Əli ə.s. haqqında...

Написано Gunahkar 28 октября 2010 - 19:12

Hz. Əli hammımızın Allah yanında şəfaətçisi olsun inşallah. Allaha onun qədər yaxın olmaq və Allaha onunla yaxınlaşmaq nə gözəl qismətdir.

Qəlbində nə varsa oda çox vaxt yuxuna gəlir. Düşünürəm "Müqəddəslər yuxularımızda" mövzüsün artıq açmaq olar. :gizildish: Maraqlı olardı bu barədə eşitmək.


Elədir qardaşım.
Dediyin mövzunu bəlkə elə sən özün acasan,cünki birinci sənin ağlına gəlib.İnşəAllah sən o mövzunu acsan yazılası cox şeylər olacaq.
Allah təala sənə kömək olsun qardaşım.Amin!



Onda Günahkar qardaşdan xaiş edek bu mövzünü açsın, o başladı gözəl yuxu ilə. Maşallah Al-İslamda bir ibrətli yuxudan yazdı. Allah bizə Hz. Əlinin imanında bir pay versin inşallah!


Sizin istədiyiniz mövzu artıq hazırdır:
Burada



#64622 Mənəvi yuxular

Написано Gunahkar 28 октября 2010 - 19:10

Hz. Əli hammımızın Allah yanında şəfaətçisi olsun inşallah. Allaha onun qədər yaxın olmaq və Allaha onunla yaxınlaşmaq nə gözəl qismətdir.

Qəlbində nə varsa oda çox vaxt yuxuna gəlir. Düşünürəm "Müqəddəslər yuxularımızda" mövzüsün artıq açmaq olar. :gizildish: Maraqlı olardı bu barədə eşitmək.


Elədir qardaşım.
Dediyin mövzunu bəlkə elə sən özün acasan,cünki birinci sənin ağlına gəlib.İnşəAllah sən o mövzunu acsan yazılası cox şeylər olacaq.
Allah təala sənə kömək olsun qardaşım.Amin!



Onda Günahkar qardaşdan xaiş edek bu mövzünü açsın, o başladı gözəl yuxu ilə. Maşallah Al-İslamda bir ibrətli yuxudan yazdı. Allah bizə Hz. Əlinin imanında bir pay versin inşallah!


Buyurun! Bu da siz istəyən mövzu!

Seyid Bəhrül-Ulum mükaşifələrini, mənəvi yuxularını həmişə şagirdləri və başqaları ilə paylaşırdı. Bir gecə şagirdlərindən biri yuxuda görür ki, mələklər cənnətdə zümrüd və firuzədən bir qəsr tikirlər. Bir dəstə mələk isə, tikilən qəsrin divarlarından sökürlər və baca açırlar. Şagird soruşur:
-Bu qəsr kimindir?
Mələklər cavab verirlər:
-Seyid Bəhrül-ulumun.
Şagird soruşur:
-Bəs niyə həm tikib, həm də sökürsünüz?
Mələklər cavab verirlər:
-Seyid Bəhrül-ulum həmişə öz mükaşifələrini danışdığı üçün buraları sökürük.
Şagird səhər açılan kimi gedir ustadın yanına ki, yuxusunu danışsın və ustad belə etməsin. Yoxsa onun qəsrini sökəcəklər.
Şagird içəri giriş icazəsi alıb, qapıdan içəri keçməmiş, Seyid Bəhrül-ulum deyir:
-Gəl, gəl! İndi oradan bir dənə də baca açacağam... :)

Buyurun: Yuxularınızı paylaşın ki, qəsrlərinizin bacası olsun!

P.S. Öz yuxularınız, eşitdikləriniz, oxuduqlarınız...



#63505 Bu gününüz necə keçdi?

Написано Gunahkar 13 октября 2010 - 15:30

Allah eləməsin şiə olum :)


Şiə olmaq ləyaqət istəyir... ALLAH-taala səndə o ləyaqəti görsəydi, mütləq səni şiə edərdi...


#63396 Qur`an kəlmələrinin tərcüməsi

Написано Gunahkar 12 октября 2010 - 21:29

Bismillah...
İlk tərcümə edəcəyimiz surə "Fatihə" surəsidir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ



Mərhəmətli, Rəhmli Allahın adı ilə! Fatihə surəsi, 1-ci ayə.

"بِسْمِ" (bismi) iki kəlmədir. "Ba" hərfi və "ism". "Ba" dilimizə la-lə şəkilçisi kimi tərcümə edilir. (Bu ayədə) "İsm" ad deməkdir.

"اللَّهِ" ALLAH!

"الرَّحْمَٰنِ" "Ər-Rəhman", ALLAHın adı və sifətidir.Bu ad ALLAHın ümumi rəhmətinə işarədir.

"الرَّحِيمِ" "ər-Rəhim", ALLAHın adı və sifətidir.Bu ad ALLAHın xüsusi rəhmətinə işarədir.



#63395 Qur`an kəlmələrinin tərcüməsi

Написано Gunahkar 12 октября 2010 - 21:16

Salamun ələykum!
Əziz forum istifadəçiləri. Sizləri bu mövzuda aktiv olmağa səsləyirəm. Çalışaq ki, Qur`ani-kərimi kəlmə-kəlmə tərcümə edək. Əvvəldən axıra...
Buyurun! Aktiv olun!



#63385 Gunahkarla müsahibə

Написано Gunahkar 12 октября 2010 - 19:47

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:


Sözün düzü, "göz dəyməsin" son zamanlar bir az aktivləşmişəm. ALLAH imanı küfrə qalib edənə qədər, forumlarda işimiz var... :victoryL:

Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi.


Fərqi zaman, məkan, düşmənin kimliyi və s. amillərlə ölçmək olar.
Amma unutmamaq lazımdır ki, İmam Hüseyni (ə) tərbiyə etmək üçün Xanım Zəhra (s.ə.) kimi bir ana olmalı idi ki, bıçaq boynunun ardına qoyulana qədər gördüklərinə belə, bu sözləri desin: "Rizən bi-qəzaikə və təslimən li-əmrikə". SƏNin qəzana razı və əmrinə təsliməm.
Hər halda bütün imamların (ə) Xanım Zəhraya (s.ə.) xüsusi hörməti olmuşdur. Fikrimcə bu analıq haqqından əlavə vilayətin müdafiəsində ilk şəhid olmuş xanım kimi də mühümdür.
Fərqlər olduqca çoxdur. Xanım (s.ə.) İmam Həsən (ə) və İmam Hüseynin (ə) əlindən tutub İmam Əliyə (ə) şahid toplamaq üçün mədinəlilərin (hamısı İmam Əlinin (ə) vilayətinin Peyğəmbər (s) tərəfindən elan olunmasına şahid idilər) qapılarını döyürdü, evlərini gəzirdi... Lakin heç kəs gəlmirdi...
Amma İmam Hüseyn (ə) səhabələrinə deyirdi ki, siz gedin, bunların işi mənimlədir... Lakin heç kəs getmirdi...
Nə isə, bu haqda bundan artıq yazmaq istəmirəm...


Mahiyyəti nəzərdə tuturam.


Fikrimcə heç bir fərq yoxdur. Hər ikisinin mahiyyəti zülmə etiraz və ədaləti car çəkməkdən ibarətdir. Bu yolda artıq fərq etmir;
Sağ qalacaqsan və ya öləcəksən?
Səni gecə dəfn edəcəklər və ya bədənin günlərlə günəş qabağında qalacaq?
Səndən sonra ailən iztirab və stressdə olacaq və ya əsir olacaq?
Əsl igidlik və şücaət budur ki, bütün bunlara baxmayaraq zülmə etirazını bildirib haqqı müdafiə edəsən. Bunların hamısı bir imtahandır. Tarixdə qalanlar ən böyük imtahanlardan ən üzü ağ çıxanlardır. Belə imtahanlar bizim də həyatımızda, irili-xırdalı olur. ALLAH bizə yardım etsin ki, bu imtahanlardan özümüzün və başqalarının istədiyi kimi üzü ağ deyil, ALLAHın istədiyi kimi üzü ağ çıxaq. O gün İmam Hüseynin (ə) üzərinə düşən vəzifə, bu gün bizlərin üzərindədir. Əgər İmam Əli (ə) deyirsə ki; "Günəşin saçdığı bütün şeyləri mənə versələr ki, bir qarışqanın apardığı ağcaqanad qanadını ondan zülmlə alım, buna razı olmaram".
Ağcaqanadın qanadı nə qədər dəyərsizdir?
Qarışqa insan qarşısında nə qədər zəifdir?
Günəşin saçdığı şeylər nə qədər dəyərlidir?
İmam (ə) bu misalda bizlərə nə qədər böyük dərs deyir? Ən azından "dünya" sənin olacaq, bu şərtlə ki, bir ağcaqanad qanadını, özündən çox-çox zəif qarışqanın əlindən al, mənə ver!
Amma zülmə adət etmiş şəxslər nəinki qarışqa kimi zəif məxluqun, hətta özlərindən maddi və mənəvi baxımdan qat-qat güclü insanların da haqqını əllərindən alırlar. Günəşin saçdığına görə deyil, bir qarın yemək, bir dəst paltar, bir müvəqqəti və ötəri şəhvət üçün...
İmam Hüseyn (ə) bu barədə deyir ki; "Mənim kimilər, Yezid (l) kimilərə beyət etməz!"
İmam tək öz vəzifəsini açıqlasaydı, deyərdi ki, mən Yezidə (l) beyət etməyəcəyəm. İmam (ə) o gün elə bir söz dedi ki, qiyamətə qədər bütün insanların vəzifəsini açıqladı.
Nə isə, buna da bu qədərlə kifayətləndim...


Hansını daha mühüm saymaq olar?


Xanım Zəhranın (s.ə.) qiyamı, məzarının gizli qalması ilə, bu gün də davam etməkdədir... İmam Hüseyn (ə) isə, elə bir yol qoydu ki, nə vaxta qədər onun yolunu gedənlər olacaq, bu yol əbədi qalacaqdır. Xanım (s.ə.) da, İmam (ə) da, hər ikisi, İslam, Quran və Vilayət yolunda qiyama qalxdılar. Onların hər ikisinin məqamı mənim kimi cılız şəxsin təfəkküründən qat-qat uca və təsəvvür edilməzdir.
Deyirlər ki, bir pəhləvan şahın cəngavərini atını döydüyü üçün atdan götürüb yerə çırpı. Şah o pəhləvana yüz zopa vurdurdu, sonra isə qolunu kəsdirdi. Pəhləvanın səsi də çıxmadı. Şah dedi ki, bizim yanımızda özünü sındırmaq istəmir. Onu güdün, harada ağlasa tutub gətirin mənim yanıma. Pəhləvan oradan çıxıb yola düzəldi. Yol boyu ağlamadı, sızlamadı... Nəhayət yolda bir qolu kəsilmiş gördü... Onunla qucaqlaşıb ağladı... Şahın məmurları onu tutub şahın sarayına gətirdilər. Şah soruşdu; -"Sənə yüz zopa vurduq, səsin çıxmadı. Qolunu kəsdirdik, səsin çıxmadı. Nə üçün o kişini görəndə ağladın?" Pəhləvan dedi: -"Sizin içinizdə qolu kəsilmiş yox idi. Mənim nə çəkdiyimi yalnız o başa düşə bilərdi..."
Hər halda mən onların nə çəkdiyinə qiymət vermək və ya müqayisə etmək üçün, heç olmasa onların çəkdikləri dağın bir tozu qədər əzab çəkməliyəm ki, onlar haqqında nə isə deyə cürət əldə eləyə bilim.
Konkret olaraq deyim ki, ikisi də İslam, Quran və Vilayəti müdafiə etdikləri üçün ayrılmazdırlar.

P.S.1 Adətən müsahibələrdə hər bir şəxs şəxsi nəzərlərini dediyi üçün, mən də şəxsi nəzərlərimi dedim. Ola bilər ki, İslam alimləri bu haqda daha dəqiq məsələlər bildirsinlər. Amma mənim fikirlərim bunlardan ibarətdir.

P.S.2 al-İslam qardaş, bu sual mənim fikrimə belə gəlməmişdi. Mənim fikrimdə olmayan suala cavab verməyə və bu barədə az da olsa düşünməyə sövq etdiyin üçün sənə səmimi təşəkkürümü bildirirəm.

P.S.3 ALLAH daha yaxşısını bilir!!!



#63259 Aişə və Həfsə...

Написано Gunahkar 10 октября 2010 - 21:07

Və??? Məgər onlar tövbə etmədi?


Bu hardasa qeyd olunub?


Bunun dəlili rəsulullahın onları boşamamasıdır.


Dəqiq mənbədən dəlil göstər. Mövzunu bir az da qızışdır. Hələ bu "Bismillah"ımdır... Ardı olajax... :gizildish:


#63231 Aişə və Həfsə...

Написано Gunahkar 10 октября 2010 - 19:49

(*1)
(*2)
(*3)


Mənbələr və qeydlər buradadır:

( 1 ) روى الطبري في تفسيره بسنده ، عن ابن عباس ، قوله : ( إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ... ) . يقول : زاغت قلوبكما ، يقول : قد أثمت قلوبكما .
وعن مُجاهد قال : كنَّا نرى أنَّ قوله : ( ... فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ... ) شيء هَيِّن حتَّى سمعت قراءة ابن مسعود : ( إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ ـ زاغت ـ قُلُوبُكُمَا ... ) .
وعن عبيد قال : سمعت الضحاك ، يقول في قوله : ( ... فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ... ) . أيْ مالت قلوبكما .
وعن سفيان قال : ( ... صَغَتْ قُلُوبُكُمَا ... ) ، قال : زغت قلوبكما . جامع البيان : 28/104 .
وقال المؤلِّف : والزيغ هو الإثم ، كما سمعت مِن ابن عباس . وفي اللُّغة الزيغ : هو المَيل عن الحَقِّ ، والمعنيان مُتقاربان ، بلْ هما واحد . ( منه ) .
الرّضوي : وقال الطبري : وقوله : ( ... وَإِنْ تَظَاهَرَا عَلَيْهِ ... ) ، يقول تعالى : للَّتي أسرَّ إليها رسول الله ( صلّى الله عليه وآله وسلّم ) حديثه ، والتي أفشت إليها حديثه وهما : عائشة وحفصة . جامع البيان : 28/104 .

2 ـ صحيح البخاري ط استانبول : 3/103 ـ 104 ، كتاب المظالم ، باب الغرفة والعلَّية المُشُرّفة .
الرضوي : وذكر هذا الحديث السيوطي في تفسيره الدُّرُّ المنثور : 6/242 .

3 ـ صحيح البخاري ط استانبول : 6/147 ـ 148 ، كتاب النكاح ، باب موعظة الرجُل ابنته لحال زوجها . صحيح مسلم دار الفكر بيروت : 4/188 ، كتاب الطلاق ، باب في الإيلاء واعتزال النساء : . صحيح الترمذي 2/231ط بولاق مصر عام 1292هـ ، وقال في آخره بعد قوله : واعجباً لك يا بن عباس ( ما لفظه ) قال الزهري : وكَره والله ـ يعني عمر ـ ما سأله عنه ولم يَكتمه ، فقال : عائشة وحفصة . إلخ . مُسند أحمد بن حنبل : 1/33 . السُّنن الكبرى للبيهقي : 7/37 . الطبقات الكبرى لابن سعد : 8/131ط ليدن . الطبقات : 8/182ط بيروت . كنز العمَّال : 1/209ط حيدر آباد ـ الهند ، وذكر المُتَّقي الهندي : أنَّ جَمعاً كثيراً مِن أَئَّمة الحديث قد أخرجوه .



İstəyən istifadə edə bilər. Vaxtım olanda tərcümə edəcəyəm!


#63219 Aişə və Həfsə...

Написано Gunahkar 10 октября 2010 - 19:09

Bu ayələrin Aişə və Həfsə haqqında nazil olması haqqında bir çox hədis var. İmkan daxilində onları sizlərlə paylaşacayıq.

( 1 ) الرضوي : قال الزمخشري : وروي أنَّه ( صلّى الله عليه [ وآله ] وسلّم ) قال لها ـ لحفصة ـ : ( ألم أقُل لكِ اكتمي عليّ ؟! ) .
قالت : والذي بعثك بالحَقِّ ما ملكت نفسي ...
وقال الزمخشري : قلت : ليس الغرض بيان مَن المُذاع إليه ومَن المُعرّف ، وإنَّما هو ذكر جِناية حَفصة في وجود الإنباء به وإفشائه مِن قِبَلها . تفسير الكشَّاف : 4/127 .



Rəzəvi: Zəməxşəri deyib: Rəvayət olunub ki, Peyğəmbər (s) ona (Həfsəyə) dedi:
-Sənə demədimmi, mənim sirlərimi saxla?!
Həfsə dedi:
-Səni haqq olaraq peyğəmbər Edənə and olsun ki, özümü saxlaya bilmədim...
Və Zəməxşəri deyib:
-Məqsəd xəbərçilik edən və sirri yayılmış şəxsi tanıtdırmaq deyil. Bu Həfsənin xəbərdar olduğu və sirri ifşa etməsini cinayət olduğunu bildirir.
“Təfsir əl-kəşşaf”, c-4, 127.



#63218 Aişə və Həfsə...

Написано Gunahkar 10 октября 2010 - 19:05

Aişə və Həfsə haqqında ALLAH belə buyurur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
( يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاةَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ ) .
( قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ وَاللَّهُ مَوْلاَكُمْ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ ) .
( وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثاً فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ ) ( 1 ) .
( إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلاَهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالمَلاَئِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ ) .
( عَسَى رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبْدِلَهُ أَزْوَاجاً خَيْراً مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَاراً ) التحريم : 1 ـ 5 .



ət-Təhrim (Qadağan) surəsi (Mədinədə nazil olmuşdur, 12 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir!
2. Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir!
3. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!" - deyə cavab vermişdi.
4. (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh mö’minlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh mö’minlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır).
5. Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - müsəlman, mö’min, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!

http://quran.az/66



#63125 Naməhrəm qadınlara baxmağıın hökmü

Написано Gunahkar 08 октября 2010 - 21:47

Evlənmək istəyən bir kişi evlənmək istədiyi qadının üzünə ,əllərinə,saçına və zinnət yerlərinə baxa bilər.Ümumiyyətlə övrəteyndən başqa onun bütün əzalarına baxması caiz və qanunidir.
Ürvətül-vusqa , müstəhəbbati nigah babı , 26-cı məsələ.


مسألة 26: یجوز لمن یرید تزویج امرأة أن ينظر إلی وجهها و کفیها و شعرها و محاسنها بل لا یبعد جواز النظر إلی سائر جسدها ما عدا عورتها و إن کان ا لأحوط خلافه و لا یشترط أن یکون ذلك بإذنها و رضاها نعم یشترط أن لا یکون بقصد التلذذ و إن علم أنه یحصل بنظرها قهرا و یجوز تکرار النظر إذا لم یحصل الغرض و هو الاطلاع علی حالها بالنظر الأول و یشترط أیضا أن لا یکون مسبوقا بحالها أن یحتمل اختیارها و إلا فلا یجوز و لا فرق بین أن یکون قاصدا لتزویجها بالخصوص أو کان قاصدا لمطلق التزویج و کان بصدد تعیین الزوجة بهذا الاختبار و إن کان الأحوط الاقتصار علی الأول و أیضا لا فرق بین أن یمکن المعرفة بحالها بوجه آخر من توکیل امرأة تنظر إلیها و تخبره أو لا و إن کان الأحوط الاقتصار علی الثانی و لا یبعد جواز نظر المرأة أیضا إلی الرجل الذی یرید تزویجها و لکن لا یترک الاحتیط بالترک و کذا یجوز النظر إلی جاریة یرید شراءه و إن کان بغیر إذن سیدها و الظاهر اختصاص ذلك بالمشتری لنفسه فلا یشمل الوکیل و الولی و الفضولی و أما فی الزوجة فالمقطوع هو الاختصاص


Məsələ 26: Bir qadınla evlənmək qəsdi olan şəxsə, onun üzünə, əllərinə, saçına və gözəlliklərinə baxa bilər. Övrətindən başqa yerlərinə baxmaq da icazəlidir. Amma ehtiyata görə baxmaması daha yaxşıdır. Onun (qadının) icazə və razılığı da şərt deyil. Baxışda ləzzət qəsdinin olmaması isə şərtdir. Əgər bilsə ki, baxışdan sonra (şəhvətə) məğlub olacaq. Əgər ilk baxışdan nəticə, yəni onun (qadının) halından xəbərdarlıq hasil olmasa, təkrar baxa bilər. Habelə şərtdir ki, onun halından əvvəlcədən xəbərdar olmamış olsun ki, onu seçdiyini ehtimal versin. Əgər belə olmasa icazəli (caiz) deyil. Burada fərq etmir ki, qəsdi yalnız onunla (müəyyən bir qadınla) evlənməkdir, yaxud mütləq olaraq (kiminləsə) evlənmək. Və bu baxışla özünə qadın seçmək fikrində olsun. Ehtiyat budur ki, birinci ilə kifayətlənsin. Habelə onun (qadının) halından xəbərdar olmaq üçün başqa bir qadını da vəkil edib tanımaq ona baxdırmaq olar. Və o qadın ona (evlənmək istəyən kişiyə xəbər versin ki, bu (eyib) var ya yox. Ehtiyat budur ki, ikinci yolla kifayətlənilsin. (yəni qadın vəkil edilsin.) Qadının da evlənmək istədiyi kişiyə baxması caizdir. Lakin tərk olma ehtiyatı tərk edilməsin. Habelə almaq istədiyi kənizə baxmaq da caizdir. Əgər sahibinin icazəsi olmasa belə. Zahir budur ki, bu hökm yalnız müştərinin özünə aiddir. Vəkilə, vəliyə və yersiz baxana caiz olmaz. Lakin evlilikdə bu xüsusilik qət olur. (Yəni kişi hansısa qadını vəkil edə bilər.)


#63118 Naməhrəm qadınlara baxmağıın hökmü

Написано Gunahkar 08 октября 2010 - 18:18

Nə bilsin var yoxsa yox. Əlinə nə verirlər odur. Omarın təhrifli iddiası "Urvatul-Vusqa" 5/484-dir. İnşaallah skanını yerləşdirib tərcümə edəcəm. Əlhəmdulillah məndə var imiş.


Görək sənin əlivə nə verib yollayarlar bura. Görək mənim təhrifimi necə sübut edə bilərsən.


sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək


Heç gözləməzdim...

Burada deyilir ki; Yalançının üzünə lənət olsun!
Nəyin şəklini yerləşdirdiyindən xəbərin varmı? Orada nasibilərlə cihaddan söhbət gedir. Mütə haqqında zərrə qədər söhbət getmir. Bilmirəm özünü niyə dolayaırsan? ALLAH sizi belə avara qoyub ki, bu yalanları yazmaqla özünüzə bəraət qazanacağınızı düşünürsünüz?
Zəhmət deyilsə yuxarıda yazdıqlarını sübut et. Orada mütə nikahından qəti olaraq söhbət getmir!
Əgər ədalətli modersənsə, tərcümə təhrifinə görə özün-özünü cəzalandır.


Gunahkar indi ban verərəm sənə onda ağıllanarsan? Sən hansı səbəbə mənə lənət deyirsən? Bəyəm nə isə soruşmaq,öyrənmək,araşdırmaq sizin ŞİƏ əqidəsində lənətə sabəb olur? Allah səni hidayət eləsin.Əgər belə lənətləşmək istəyirsən get otur məhlənndə bütün günü lənətləş.Bura forumdur və müzakirə yeridir.


P.S. (Pis Söz): Сообщение отредактировал Omar: 15 Сентябрь 2010 - 09:07
  • geogrd это нравится


#63115 Siğə edən savab qazanırmı?

Написано Gunahkar 08 октября 2010 - 18:10

Günahkar bir şeyi iddia eləmək ilə soruşmağın fərqini bilirsən ? Bilmirsənsə onda səninlə söhbət eləməyə ehtiyac yoxdur.


Mənim qardaşım mənim!
Zəhmət olmasa, əvvəlcə bu postuna bax!


...


Sonra etiraf et ki, foruma yalan məlumat yerləşdirmisən. Yalan tərcümə etmisən. Özün də maşa ALLAH, ərəbcə bilən qardaşsan. Necə olub ki, sən bu məlumatı yalandan yerləşdirmisən?

Bilmirsənsə onda səninlə söhbət eləməyə ehtiyac yoxdur.


Elə demə də... Axı bu sünnəyə uyğun gəlmir. Peyğəmbər (s) o qədər bilməyənləri öyrədib ki...




Рейтинг@Mail.ru