Перейти к содержимому


Elmeddin

Регистрация: 05 окт 2009
Offline Активность: 22 ноя 2022 23:14

#100389 məsumlar a.s-ın səhabələri r.a-ın hədis elmləri haqqında yazdıqları kitablar

Написано Elmeddin 03 февраля 2014 - 19:14

1-2. Həsən b. Mahbub r.a-ın "Məşeyxə" kitabı: bu hədis şeyxləri haqqında yazılmış bir kitabdır.

müəllif haqqında ümumi məlumat: bu kitabın müəllifi Həsən b. Mahbub əs-Sərrad r.a-dır. Hz. Kazım və Hz. Rza a.s-ın səhabələrindən olan siqa (güvənilir) bir alimdir. Bərqi r.a "Rical" kitabında onu Hz. Kazım a.s-ın səhabələri içərisində zikr edərək deyir:

أصحاب أبي الحسن موسى بن جعفر عليه السلام
Əbul Həsən Musa b. Cəfər a.s-ın əshabı:

الحسن بن محبوب السراد
Həsən b. Məhbub əs-Sərrad

Bərqi r.a, "Rical", səhifə 48


Keşşi r.a da öz rical kitabında onun Hz. Kazım və Hz. Rza a.s-ın səhabələrindən olub ashabul icmaya daxil olan alimlərdən biri olduğunu demişdir. Kəşşi r.a deyir:

تسمية الفقهاء من أصحاب أبي إبراهيم و أبي الحسن الرضا عليهما السلام
Əbu İbrahim (imam Musa əl-Kazım a.s) və Əbul Həsən ər-Rıza (imam Əli ər-Rıza a.s)-ın əshabından olan fəqihlərin adlandırılması.

أجمع أصحابنا : على تصحيح ما يصح عن هؤلاء و تصديقهم، و أقروا لهم بالفقه و العلم و هم ستة نفر آخر دون الستة نفر الذين ذكرناهم في أصحاب أبي عبد الله (عليه السلام) ، منهم يونس بن عبد الرحمن، و صفوان بن يحيى بياع السابري، و محمد بن أبي عمير، و عبد الله بن المغيرة، و الحسن بن محبوب، و أحمد بن محمد بن أبي نصر، و قال بعضهم مكان الحسن بن محبوب الحسن بن علي بن فضال و فضالة بن أيوب، و قال بعضهم مكان ابن فضال عثمان بن عيسى، و أفقه هؤلاء يونس بن عبد الرحمن و صفوان بن يحيى
əshabımız bu şəxslərdən səhih olaraq rəvayət edilənlərin səhih olduğunu və onların alim və fəqihliklərini təsdiq etməkdə icma etmişdir. onlar altı nəfərdir: Yunus b. Əbdürrəhman, Səfvan b. Yəhya, Muhəmməd b. Əbu Umeyr, Abdullah b. Muğirə, Həsən b. Məhbub, Əhməd b. Muhəmməd b. Əbi Nadr. Bunların içinde ən fəqihi Yunus b. Əbdürrəhman və Səfvan b. Yəhyadır.

Kəşşi r.a, "Rical", 6/556, №1050


Şeyx Tusi r.a da öz "Rical" kitabında onu Hz. Kazım və Hz. Rza a.s-ın səhabələri bölməsində qeyd edərək deyir:

الحسن بن محبوب السراد، ويقال: الزراد، مولي، ثقة
Həsən b. Məhbub əs-Sərrad və əz-Zərrad da deyilmişdir. məvalidir, siqa (güvənilir)-dir.

Şeyx Tusi r.a, "Rical", səhifə 334

الحسن بن محبوب السراد، مولي لبجيلة، كوفي، ثقة
Həsən b. Məhbub əs-Sərrad, Bəcəlilərin məvalisi, Kufəli, siqa (güvənilir)-dir.

Şeyx Tusi r.a, "Rical", səhifə 354


Həsən b. Məhbubun rical kitabı: Həsən b. Məhbub müxtəlif mövzularda kitablar təlif etmişdir. kitablarından biri də hədis elmi ilə əlaqədar olan "Məşeyxə" adlı kitabıdır. Şeyx Tusi r.a "Fihrist" kitabında deyir:

الحسن بن محبوب السراد و يقال له الزراد، و يكنى أبا علي، مولى بجيلة، كوفي ثقة، روى عن أبي الحسن الرضا عليه السلام و روى عن ستين رجلا من أصحاب أبي عبد الله عليه السلام، و كان جليل القدر، و يعد في الأركان الأربعة في عصره و له كتب كثيرة، منها كتاب المشيخة
Həsən b. Məhbub əs-Sərrad və əz-Zərrad da deyilmişdir, künyəsi Əbu Əlidir. Bəcəlilərin məvalisi, Kufəli sika (güvənilir)-dir. Əbul Həsən ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan və Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın əshabından 20 nəfərdən rəvayət etmişdir. qədri uca birisidir, onun bir çox kitabı vardır. onlardan biri də "Kitabul Məşeyxə"dir.

Şeyx Tusi r.a, "Fihrist", səhifə 46-47, 151-ci ravi


  • qulam это нравится


#100059 İmam Hüseyni kim öldürüb

Написано Elmeddin 01 декабря 2013 - 16:57

hələlik türkcə: http://velayet.wordpress.com/2013/11/29/yezid-l-ain-imam-huseyin-a-sin-oldurulmesi-icin-emir-vermesi/
  • qulam это нравится


#100058 Şiələrin kitablarında Torpaq və palçıq yemək

Написано Elmeddin 01 декабря 2013 - 16:52

Rəşad Hümbətov öz qıt ağlı ilə bu sidik içmə məsələsində nasibiləri qurtarmağa cəhd edib amma bu səfeh özünü biabırçı hala saldığından xəbərsizdir. Rəşad Hümbətov bu "dərsin"də 06:57-dən 13:27-yə qədər deyir:

və biz də imam Musalimin bu sözünə əməl edərək məsələyə yanaşırıq. deməli, bu insanın qeyd etdiyi hədis yəni Ummu Eymənin Peyğəmbər s.a.a-in sidiyini içməsi, bu hədis batildir qardaşlar, bu hədis batildi. niyə batildi? əvvəla qeyd edim ki, Allah təbarəkə və Təalanın fəzilətlərindəndir ki, bu hədis 9 məşhur hədis kitabında zikr olunmayıb. yəni bu hədis nə Buxaridədi, nə Muslimdədi, nə Tirmizidədi, nə Nəsaidədi, nə də Əbu Davudda, nə ibni Macədə, nə Müsnədi Əhməddə, nə Malikin Muvattasında, nə də imam Darəmidə. yoxdu bu hədis, yəni 9 məşhur hədis kitabında qeyd olunmayıb. əgər bu hədis səhih olsa idi səhabələrdən mütəvatir yolu ilə varid olardı lakin varid olmayıb. aydındır?

ikincisi, hədisin təxricinə baxaq. deməli, bu hədisi Hakim öz "Müstədrək"ində və həmçinin Əbu Naim "əl-Hilyə"də və həmçinin Tabarani "əl-Kəbir"də rəvayət edib. və hətta Heysəmi "Məcməuz Zəvaid"də deyib ki, "Tabaraninin əl-Kəbirdəki isnadı zəifdir." bu hədislərin hamısı qardaşlar, zəifdi və batildi. niyə? çünkü, səbəb odur ki, hədisin ravilərindən biri Əbu Malik ən-Nəxəidir. rical alimləri deyiblər ki, bu ravi mətrukdur. rical alimləri ittifaq ediblər ki, bu adam tərk olunub. kim istəsə baxa bilər misal üçün imam Nəsainin "əd-Duafə vəl mətrukin" kitabına. və orda deyir ki, bu adam mətrukdur. və həmçinin, bunu imam Daraqutni deyib, bildirib ki, o zəifdir. həmçinin Əbu Hatim, özünün "Cərh və Tədil" kitabının 2-ci cild 347-ci səhifəsində buyurur ki, hədisləri zəifdir. və həmçinin, Yəhyə b. Məin buyurur ki, o heç bir şey deyil. həmçinin imam Buxari deyib ki, hədisdə güclü deyil. həmçinin hafiz ibni Həcər "Təhzib" kitabında alimlərdən nəql edir ki, zəifdir və hədisləri münkərdir deyir. və bunların mislində bu ravi haqqında nə qədər sözlər var. və bununla da bilinir ki, o hədislər ki, var qeyd olunur Peyğəmbər s.a.a-in sidiyini içmək haqqında bu hədislər bir neçə kitablarda qeyd olunub. və hədisin ravilərindən biri Abdulməlik b. Huseyndir. və bu ravi haqqında qeyd etdik ki, bunun hədisləri götürülmür, tərk olunur. və həmçinin başqa işkallar da var. məsələn deyillər ki, hədisin ravisi olan Nəbih Ummu Eyməni əslən görməyib...... və xülasə, yəni əhli sünnə alimləri qardaşlar, bu barədə olan hədislərin heç birinə səhih hökmü verməyiblər.

mənbə: sidik yarışması


və mən cavab olaraq deyirəm: Rəşad Hümbətov güya 2 cəhətdən cavab verməyə çalışmışdır amma həqiqətdə o özünü sadəcə gülünc hala salmışdır. əvvəla bu adam bu hədisin 9 məşhur kitabın heç birisində olmadığını deyir və mən də deyirəm: bəli, hədis 9 kitabın heç birində mövcud deyil amma məgər 9 kitabdan başqasında səhih hədis yoxdur? və nasibilər nəzərində bu 9 kitabdaki hədislərdən başqa hədislər yararsızdırmı? artıq elə bu başlanğıcdan anlamaq olur ki, Rəşad Hümbətovun işi elmi bəhs deyil, forumlarda "mənə ancaq Buxaridən dəlil gətir" deyən maladoy vəhhabilərin söhbətidir.

sonra bu səfeh deyir ki, "əgər bu hədis səhih olsa idi səhabələrdən mütəvatir yolu ilə varid olardı lakin varid olmayıb" həqiqətən çox gülünc bir haldır. məgər hər bir hədisin səhih olmağı üçün mütəvatir olmağı lazımdır? "Səfeh Buxari" kitabında təkrarlar çıxılanda 4000 (4 min) hədis var, bu 4 min hədisdən görəsən neçəsi mütəvatir? və görəsən mütəvatir olmayanlar Rəşad Hümbətova görə səhih deyilmi? əvvəldə 9 kitaba sığınan bu şəxs 2-3 sözdən sonra 9 kitabı da keçib ancaq mütəvatirlərə bağlı qalır, elə isə deməli nasibi dini yıxıldı, məhv oldu. çünkü elə bu səfehin özü də gözəl bilir ki, mütəvatir hədis çox azdır və fiqhə, təfsirdə, tarixdə hətta əqidədə belə mütəvatir olmayan hədislər vardır.

ikincisi, Rəşad iddia edir ki, bəs hədisin sənədində Əbu Malik ən-Nəxəi adlı ravi var və o zəifdir. və həmçinin digər ravi Nəbih Ümmü Eymən ilə görüşməyib, yəni sənəd kəsikdir. buna cavab budur ki, Ümmü Eymənin sidiyi içməsi hədisi 2 təriq (sənəd) ilə rəvayət edilmişdir. və sənədlər belədir:

1-ci sənəd: Əbu Malik ən-Nəxəi --> Əsvəd b. Qeys --> Nəbih --> Ümmü Eymən

bu təriq ilə hədisi Hakim "Müstədrək", 4/70, hədis 6912-də; Əbu Nueym "Hiylə", 2/67-də; Təbərani "Mucəm əl-Kəbir", 25/89-da rəvayət etmişdir. və həqiqətən də burada Əbu Malik ən-Nəxəi zəif bir ravidir.

2-ci sənəd: Hüseyin b. Haris --> Yalə b. Əta --> Vəlid b. Əbdürrəhman --> Ümmü Eymən

bu təriq ilə hədisi Əbu Yalə əl-Mövsili (bax: ibni Kəsir, "əl-Bidayə vən-Nihayə", 5/347) və ibni Əsakir "Tarixi Dəməşq", 4/303-də rəvayət etmişdir. və bu təriqin raviləri siqa (güvənilir)-dir.

yəni bu hədisin bir-birindən ayrı 2 sənədi var. ona görə birinci sənəd Əbu Malikə görə zəif olsada ikincisi səhihdir.

əlavə olaraq sidik içmə hadisəsi sadəcə Ümmü Eymən ilə bağlı deyildir. həmçinin Bərəkə adlı cariyə də sidik içmişdir. Təbərani deyir:

حدثنا عبد الله بن أحمد بن حنبل ثنا يحيى بن معين ثنا حجاج بن محمد عن ابن جريج عن حكيمة بنت أميمة عن أمها أميمة قالت: كان للنبي صلى الله عليه و سلم قدح من عيدان يبول فيه ويضعه تحت سريره فقام فطلب فلم يجده فسأل فقال : أين القدح ؟ قالوا شربته برة خادم أم سلمة التي قدمت معها من أرض الحبشة فقال النبي صلى الله عليه و سلم : لقد احتظرت من النار بحظار
Ümeymə binti Rəqiqə dedi: Nəbi s.a.a-in ağaçdan oyulmuş bir qabı var idi. Onun içinə bövl eliyər və yatağının altına qoyardı. Bərəkə adında­ bir qadın gəlib o qabdaki sidiyi içdi. daha sonra Nəbi s.a.a o qabı soruşdu. dedilər: "Ümmü Sələmənin xidmətcisi Bərəkə´onu içdi." bundan sonra Nəbi s.a.a dedi: "Bərəkə özünü cəhənnəmdən bir divar ilə qorudu."

Təbərani, "Mucəm əl-Kəbir", 24/205-206, hədis 527


bu hədisi Təbərani yenə "Mucəm əl-Kəbir", 24/189, hədis 477-də; Beyhəqi "Sünənul Kubra", 7/106, hədis 13406-da; ibni Əsakir "Tarixi Dəməşq", 69/51-də; ibni Kəsir "əl-Bidayə vən-Nihayə", 5/348-də rəvayət etmişdir. hədisin vəziyyətinə gəlincə, Ümmü Eymən hədisinin 2-ci sənədi kimi bu hədisin sənədi də səhihdir. nasibi mühəddis Suyuti hədis haqqında deyir:

وأخرج الطبراني والبيهقي بسند صحيح عن حكيمة بنت أميمة
ət-Təbərani və əl-Beyhəqi səhih sənədlə Həkimə bint Umeymədən, o da anasından rəvayət etdiyini təxric etmişlər.

Suyuti, "əl-Xəsaisul-Kubra" 2/377


həmçinin Şeyx Hafiz əl-Heysəmi hədisi zikr etdikdən sonra deyir:

رواه الطبراني ورجاله رجال الصحيح غير عبد الله بن أحمد بن حنبل وحكيمة وكلاهما ثقة
Bu hədisi ət-Təbərani rəvayət etmişdir. Abdullah b. Əhməd b. Hənbəl və Həkimədən başqa digər Ricalları "Səhih"in ricallarıdır. O ikisi isə siqadirlər.

Heysəmi, "Məcməuz-Zəvaid", 8/271


xülasə, sidik içmə hadisəsi 2 dəfə olmuşdur. birinci dəfə sidiyi Ümmü Əymən içmişdir hansı ki, bu zaman Nəbi s.a.a ona "Bundan sonra heç bir zaman qarın ağrısından şikayət etməyəcəksən" buyurub. və bu hadisə 2 sənəd ilə varid olmuşdur, sənədlərdən birincisi zəif, ikincisi isə səhihdir.

ikinci sidik içmə hadisəsi isə Bərəkə tərəfindən həyata keçirilmişdir. hansı ki, bu zaman Nəbi s.a.a ona "Bərəkə özünü cəhənnəmdən bir divar ilə qorudu." deyib. və bu hədisin də sənədi səhihdir.

odur ki, qarın ağrısı və cəhənnəmdən divar ilə qorunmaq istəyən nasibilər sidik içmə yarışına başlaya bilərlər, bu şərtlə ki, saqqallarını gözləyələr.



#99985 Abu Zeydin "Şiə məzhəbində hədis elmi" barədə iddiaları

Написано Elmeddin 23 ноября 2013 - 18:13

Şeyx Hürr əl-Amuli r.a-ın sözlərinə Şeyx Muhəmməd Əsnad əl-Bəhrani h.a geniş şəkildə cavab vermişdir, bax: Şeyx Muhəmməd Əsnad əl-Bəhrani h.a, "Buhus fi məbani ilmur rical", səhifə 71-84

və həmçinin mən də az öncə bu məsələ haqqında qısa bir cavab hazırladım. amma düşünürəm ki, Abu Zıdığın adını yazıda qeyd etmək onun üçün şöhrət olardı: http://velayet.wordpress.com/2013/11/23/hadis-ilmi-hakkinda-elestirilere-cevap/



#99965 ismət və təharət əhli a.s-ın xəbərlərində Rəsulullah s.a.a-in siyəri

Написано Elmeddin 20 ноября 2013 - 15:43

1. hicrətdən öncə Məkkə:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن هشام بن الحكم، عن أبي عبدالله (عليه السلام) قال: بينا النبي (صلى الله عليه وآله) في المسجد الحرام وعليه ثياب له جدد فألقى المشركون عليه سلا ناقة فملؤوا ثيابه بها، فدخله من ذلك ما شاء الله فذهب إلى أبي طالب فقال له: يا عم كيف ترى حسبي فيكم؟ فقال له: وما ذا يا ابن أخي؟ فأخبره الخبر، فدعا أبوطالب حمزة وأخذ السيف وقال لحمزة: خذ السلا ثم توجه إلى القوم والنبي معه فأتى قريشا وهم حول الكعبة، فلما رأوه عرفوا الشر في وجهه، ثم قال لحمزة: أمر السلا على سبالهم (2) ففعل ذلك حتى أتى على آخرهم، ثم التفت أبوطالب إلى النبي (صلى الله عليه وآله) فقال: يا ابن أخي هذا حسبك فين
Əli b. İbrahim mənə atasından, o ibni Əbu Umeyrdən, o Hişam b. Hakəmdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan nəql etdi, dedi: «Nəbi s.a.a Məscidi Haramda idi, üzərində yeni paltarlar var idi. Müşriklər üzərinə bir dəvə içalatını ataraq paltarlarını murdarladılar. Bu hadisə, Peyğəmbərimizi son dərəcə kədərləndirdi. Sonra Əbu Talibin yanına getdi və ona dedi ki : "Ey Əmi! Mənim əxlaqımı, xasiyətimi necə bilirsiniz?" Əbu Talib dedi: "Nə oldu sənə ey qardaş oğlu?" Nəbi s.a.a ona olanları danışdı. Bundan sonra Əbu Talib Həmzəni çağırdı, özü də qılıncını alaraq Həmzəyə dedi: "götür bu içalatı!" Sonra müşriklərin olduğu tərəfə yönəldi, Nəbi s.a.a də yanında idi. Kəbənin ətrafında olan Qureyşlilərə yaxınlaşdıqda onun(Əbu Talibin) üzündən şər fışqırdığını gördülər. Həmzəyə dedi: "Bu içalatı onların bığlarına sürt." Həmzə, son adama qədər hamısının bığına sürdü. Sonra Əbu Talib üzünü Nəbi s.a.a-ə çevirdi və dedi: "Ey qardaşımın oğlu! sənin yanımızdakı dəyərin, qürurun budur."»

Kuleyni r.a, "əl-Kafi", 1/285, Hüccət kitabı, Tarix babları, bab 111, hədis 30

أبوعلي الاشعري , عن محمد بن سالم , عن أحمد بن محمد بن أبي نصر , عن عمروبن شمر , عن جابر , عن أبي جعفر ( عليه السلام ) قال : أقبل أبوجهل بن هشام ومعه قوم من قريش فدخلوا على أبي طالب فقالوا : إن ابن أخيك قد آذانا وآذى آلهتنا فادعه ومره فليكف عن آلهتنا ونكف عن إلهه , قال : فبعث أبوطالب إلى رسول الله ( صلى الله عليه وآله ) فدعاه فلما دخل النبي ( صلى الله عليه وآله ) لم يرفي البيت إلا مشركا فقال : السلام على من اتبع الهدى ثم جلس فخبره أبوطالب بما جاؤوا له فقال : أو هل لهم في كلمة خير لهم من هذا يسودون بها العرب ويطأون أعناقهم ? فقال : أبوجهل نعم وما هذه الكلمة ? فقال : تقولون : لاإله إلا الله , قال : فوضعوا أصابعهم في آذانهم وخرجوا هرابا وهم يقولون : " ما سمعنا بهذا في الملة الآخرة إن هذا إلا اختلاق " فأنزل الله تعالى في قولهم : " ص * والقرآن ذي الذكر إلى قوله إلا اختلاق
Əbu Əli əl-Əşari mənə Məhəmməd b. Salimdən, o Əhməd b. Məhəmməd b. Əbi Nadrdan, o Amr b. Şimrdən, o Cabirdən, o da Əbu Cəfər (imam Məhəmməd əl-Baqir a.s)-dan nəql etdi, dedi: «Əbu Cəhil b. Hişam yanında Qureyş qəbiləsindən bir dəstə olduğu halda Əbu Talibin yanına gəldilər və dedilər: "sənin qardaş oğlunun bizi və tanrılarımızı incitdi. Onu çağır və bizim tanrılarımızla məşğul olmaqdan imtina etməyini de ki, bizdə onun Tanrısıyla məşğul olmayaq." Əbu Talib Rəsulullah s.a.a-ə xəbər göndərib və onu çağırdı. Rəsulullah s.a.a içəri girəndə evdə müşriklərdən başqa heç kimin olmadığını gördü və dedi: "salam hidayətə tabe olanların üzərinə olsun." Daha sonra oturdu, Əbu Talib Qureyşlilərin gəliş səbəblərini ona xəbər verdi, Rəsulullah s.a.a dedi: "sizə bundan daha xeyirli və bütün ərəblərə rəhbərlik emətiyinizi təmin edəcək bir şeyi xəbər verim?" Əbu Cəhil irəli atıldı və dədi: "bəli, bu söz nədir?" Rəsulullah s.a.a buyurdu: "La ilahə illəllah deyin" bunu eşidən müşriklər barmaqlarını qulaqlarına tıxayaraq qaçıb evdən çıxdılar və dedilər: "biz başqa millətlərdən belə bir söz eşitmədik, bu yalnız uydurulmuş bir şeydir." bundan sonra Allah Təala onlar haqqında bu ayəni nazil etdi: "Sad. Öyüd verən Qurana and içirəm ki... bu ancaq bir uydurmadır" (Sad, 1-7)»

Kuleyni r.a, "əl-Kafi", 2/359, Muəşərət kitabı, bab 11, hədis 5

  • l-nur это нравится


#99964 ismət və təharət əhli a.s-ın xəbərlərində Rəsulullah s.a.a-in siyəri

Написано Elmeddin 20 ноября 2013 - 15:14

Bismillahiər Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

şübhəsiz ki, Rəsulullah s.a.a-in siyəri: etdiyi döyüşləri, göndərdiyi elçilər, bağladığı müqavilələr müsəlmanlar nəzərində çox qiymətli və mühüm mövzulardan biridir. lakin mən bir müsəlman/şiə olaraq kədərlənərək bunu söyləmək istəyirəm. təəssüf ki, Rəsulullah s.a.a-in siyəri haqqında öz mənbələrimizə və imamlarımız a.s-ın hədislərinə söykənən bir kitaba rast gəlməmişəm. keçən dəfə həvəslə aldığım Şeyx Cəfər əs-Subhani h.a-ın "Hz. Məhəmməd s.a.a-in həyatı" kitabının belə böyük hissəsinin ibni Hişam, Vaqidi, Təbəri, ibni Əsir və bənzəri sünni tarix kitablarından edilən iqtibaslardan meydana gəldiyini görmək məni həqiqətən üzdü. ona görə yalnız öz mənbələrimizə (Quran və məsumlar a.s-ın hədislərinə) söykənən bir siyər çalışmasına ehtiyac olduğunu düşünərək bu mövzudakı hədisləri axtardım. inşaAllah bu başlıq altında tapdığım bu hədisləri sizlərlə paylaşacağam. hələlik edəcəyəm şey yalnız tapdığım hədisləri bura yerləşdirmək olacaq, tənzimləmə və sıralama isə daha sonra keçiriləcəkdir.

  • l-nur это нравится


#99915 məsumlar a.s-ın səhabələri r.a-ın hədis elmləri haqqında yazdıqları kitablar

Написано Elmeddin 13 ноября 2013 - 16:10

1. rical və təbəqat kitabları:


1-1 Ubeydullah b. Əbu Rafinin rical kitabı: bu kitab İslam tarixində yazılmış ilk rical kitabıdır. kitabı yazan şəxs Hz. Əli a.s-ın səhabəsi və katibi olmuş Ubeydullah b. Əbu Rafi r.a-dır.

Übeydullah b. Əbu Rafi r.a-ın bioqrafiyası: bu şəxs Möminlərin Əmiri (imam Əli a.s)-ın səhabələrindən və həzrətin katibi idi. Hz. Muhəmməd ət-Təqi və Hz. Əli ən-Nəqi a.s-ın əshabından olan hədis və rical alimi Bərqi r.a özünün rical kitabında onun haqqında deyir:

و من خواص أصحاب أمير المؤمنين عليه السلام من مضره :
Mudar (qəbiləsin)-dən olan Möminlərin Əmiri (imam Əli a.s)-ın xas səhabələri.

عبيد الله بن أبي رافع : كاتب علي عليه السلام.
Əli a.s-ın katibi Ubeydullah b. Əbu Rafi.

Bərqi r.a, "Rical", səhifə 4


həmçinin, şeyx Tusi r.a da "rical" kitablarında onun imam Əli a.s-ın səhabəsi olduğunu qeyd etmiş və imamın katibi olduğunu bildirmişdir. Şeyx Tusi r.a "Fihrist" kitabında isə onun haqqında deyir:

عبيد الله بن أبي رافع رضي الله عنه كاتب أمير المؤمنين عليه السلام
Ubeydullah b. Əbu Rafi r.a, Möminlərin Əmiri (imam Əli a.s)-ın katibidir.

Şeyx Tusi r.a, "Fihrist", səhifə 107, 456-cı ravi


deməli, buraya qədər əldə etdik ki, bu şəxs Hz. Əli a.s səhabəsi və katibidir. Bərqi r.a onun Əli a.s-ın xas səhabələrindən olduğunu deyib, Şeyx Tusi r.a haqqında "radiallahu anh" ifadəsi gətirib. Bərqi və Tusi r.a-ın bu ifadələri onun fəzilətli və siqa (güvənilir) bir şəxs olduğuna dəlalət edir.

nasibi rical alimləri də bu Ubeydullah b. Əbu Rafi r.a-ın siqa (güvənilir) və Əli a.s-ın katibi olduğunu təsdiq etmişdirlər (bax: Bağdadi, "Tarixi Bağdad", 10/304, 5453-cü ravi; ibni Hibban, "əs-Siqat", 5/68, 3893-cü ravi).

Ubeydullah b. Əbu Rafi r.a-ın kitabları: Ubeydullah r.a-ın 2 kitabı vardır. bunlardan biri fiqh digər isə rical kitabıdır. fiqh kitabının adı "Möminlərin Əmiri a.s-ın qəzavətləri (hökmləri)", rical kitabının adı isə "səhabələrdən r.a Mömilərin Əmiri a.s ilə birlikdə Cəməl, Sıffın və Nəhrəvana şahid olanlar" şəklindədir. Şeyx Tusi r.a "Fihrist" kitabında Ubeydullah b. Əbu rafi r.a-ın bioqrafiyasında deyir:

له كتاب قضاياأمير المؤمنين عليه السلام، أخبرنا به أحمد بن عبدون عن أبي بكر الدوري عن أبي الحسن محمد بن جعفر بن محمد بن الحسين بن جعفر بن الحسن بن الحسن بن علي بن أبي طالب عليه السلام قال حدثنا أبي، قال حدثنا أحمد بن عبد المنعم العيني، قال حدثنا الحسن بن محمد بن محمد الحسين البجلي، قال حدثنا علي بن محمد بن القاسم الكندي عن محمد بن عبيد الله بن أبي رافع عن أبيه عن جده عن أمير المؤمنين عليه السلام و ذكر الكتاب بطوله، و له كتاب تسمية من شهد مع أمير المؤمنين عليه السلام الجمل و صفين و النهروان من الصحابة رضي الله عنهم، رويناه بالإسناد عن الدوري عن أبي الحسين زيد بن محمد الكوفي عن أحمد بن موسى بن إسحاق، قال حدثنا ضرار بن ضرد عن علي بن هاشم بن البريد عن محمد بن عبيد الله بن أبي رافع عن عون بن عبيد الله عن أبيه، و كان كاتب أمير المؤمنين عليه السلام
onun "Möminlərin Əmiri a.s-ın qəzavətləri (hökmləri)" kitabı vardır. bu kitabı ibni Abdun mənə Əbu Bəkir əd-Darəvidən, o Əbul Həsəndən, o atasından, o Əhməd b. Əbdülnaimdən, o Həsən əl-Bəcəlidən, o Əli əl-Kindidən, o Muhəmməd b. Ubeydullahdan, o atasından, o babasından, o da Möminlərin Əmiri a.s-dan nəql etdi və kitabı zikr etdi. və həmçinin onun "səhabələrdən r.a Mömilərin Əmiri a.s ilə birlikdə Cəməl, Sıffın və Nəhrəvana şahid olanlar" adlı kitabı vardır..............

Şeyx Tusi r.a, "Fihrist", səhifə 107, 456-cı ravi


həmçinin, nasibi rical alimləri də belə bir kitabın olduğunu təsdiqləmiş və hətta öz rical kitablarında bəzən ondan məlumat nəql etmişdirlər. məsələn, nasibi hədis alimlərindən Təbərani "Mucəm əl-Kəbir", 2/259; ibni Əsir "Əsədul Ğabə", 1/266-da Cabir b. Ənəs haqqında məlumatı Ubeydullah b. Əbu Rafi r.a-ın kitabından nəql etmişdir.

vəlhəmdulillahi Rabbil aləmin.



#99914 məsumlar a.s-ın səhabələri r.a-ın hədis elmləri haqqında yazdıqları kitablar

Написано Elmeddin 13 ноября 2013 - 14:32

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

keçən yazımızda məsumlar a.s bizlərə hədisi danışdıqları və bizə hədisləri yazmağı əmr etdikləri kimi hədislərin doğrusunu səhvindən ayırmaq üçün qaydalar da öyrətmişdirlər. həmçinin, məsumlar a.s-ın səhabələri olan ilk İslam/şiə alimləri də elə o dövrlərdən bu yana hədisləri ayırd etmək üçün cəh etmiş, rical, dirayə, təbəqat, hədis ixtilafı və bu kimi müxtəlif sahələrdə kitablar yazmışdırlar. inşaAllah bu mövzuda məsumlar a.s-ın dövründən yazılmağa başlanılan bu kitablar haqqında məlumat verəcəyəm.



#99882 məsumlar a.s-ın viladət və şəhadətləri

Написано Elmeddin 05 ноября 2013 - 10:20

1. Hz. Fatimə s.a-ın qəbri: Rəsulullah s.a.a-in vəfatından 75 gün sonra qızı, dünya və cənnət qadınlarının seyyidəsi, imamlar anası olan Hz. Fatimə s.a şəhid olmuşdur. çox kədərli bir vəziyyətdir ki, müsəlmanların böyük bir hissəsi Hz. Fatimə a.s-n qəbirinin yerini belə bilməməkdədir. biz inşaAllah bu yazıda Şiə və Sünni mənbələrindən səhih hədislərlə Əhli Beyt imamlarından a.s bu mövzuda rəvayət edilmiş olan hədisləri nəql edəcəyik.

1-1. şiə mənbəli hədislər: şiə alimlərindən Himyəri, Kuleyni, Səduq və Tusi başda olmaq üzrə bir çox mühəddis bu mövzu haqqında müxtəlif sənədlərlə imamlardan a.s hədislər rəvayət etmişdir.


fatima s.a kabri-himyeri.jpg fatima s.a kabri-himyeri1.jpg

şəkildə gördüyünüz imam Əli ər-Rza, imam Əli ən-Nəqi və imam Həsən əl-Əsgəri a.s-ın səhabələrindən olan Abdullah b. Cəfər əl-Himyəri r.a-ın "Qurbul isnad" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

أحمد بن محمد بن نصر البزنطي قال : سألت الرضا عليه السلام عن فاطمة بنت رسول الله صلى الله عليه وآله أي مكان دفنت ? فقال : سأل رجل جعفرا عليه السلام عن هذه المسألة - وعيسى بن موسى حاضر - فقال له عيسى : دفنت في البقيع . فقال الرجل : ما تقول ? فقال : قد قال لك . فقلت له : أصلحك الله , ما أنا وعيسى بن موسى ? أخبرني عن آبائك ! فقال : دفنت في بيتها
Əhməd b. Məhəmməd b. Əbu Nəsr əl-Bəzzənti dedi: ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan Fatimə s.a-nın qəbirinin harada olduğunu soruşdum, imam a.s dedi: «"bir adam bu məsələni Cəfər (imam Cəfər əs-Sadiq a.s)-dan soruşmuş, bu zaman orada olan İsa b. Musa demişdi: "Bəqi qəbiristanlığına dəfn edildi." sualı soruşan adam ona (İsa b. Musaya) dedi: "nə danışırsan?" İsa b. Musa dedi: "dediyim kimidir." bundan sonra sual verən Cəfər (imam Cəfər əs-Sadiq a.s)-a dedi: "mənə (bu mövzuda) atalarından bir xəbər ver." Cəfər a.s dedi: "evinə dəfn edildi."»

Himyəri r.a, "Qurbul isnad", səhifə 367, hədis 1314


bu hədisin isnadı səhihdir və müəllif Himyeri bu hədisi yalnız 1 ravi ilə rəvayət etmişdir ki, həmən bu ravi imam Əli ər-Rza a.s-ın bir başqa səhabəsi olan Bəzzəntidir. Bəzzənti isə siqa (güvənilir) və əshabul icmadan olan bir ravidir. Seyyid əl-xoi r.a onun haqqında deyir:

أحمد بن محمد بن أبي نصر البزنطي
Əhməd b. Məhəmməd b. Əbi Nəsr əl-Bəzzənti

قال الشيخ (63 ): أحمد بن محمد بن أبي نصر زيد مولى السكوني أبو جعفر , وقيل : أبو على , المعروف بالبزنطي , كوفي ( ثقة ) لقي الرضا عليه السلام , وكان عظيم المنزلة عنده , وروى عنه كتابا
وعده في رجاله : من أصحاب الكاظم عليه السلام (34), قائلا : أحمد بن محمد بن أبي نصر , مولى السكوني ( السكون ) ثقة , جليل القدر
وفي أصحاب الرضا عليه السلام ( 2), قائلا : أحمد بن محمد بن أبي نصر البزنطي , ثقة , مولى السكوني ( السكون ), له كتاب الجامع , روى عن أبي الحسن موسى عليه السلام
وقال النجاشي : أحمد بن محمد بن عمرو بن أبي نصر زيد مولى السكون أبو جعفر , المعروف بالبزنطي , كوفي , لقي الرضا وأبا جعفر عليهما السلام , وكان عظيم المنزلة عندهما
Şeyx (Tusi r.a) "Fihrist" kitabında dedi: "Əhməd b. Məhəmməd b. Əbi Nəsr, Əbu Cəfər və Əbu Əli də deyilmişdir, "Bəzzənti" deyə bilinir, Kufəlidir. siqa (güvənilir)-dir, ər-Rıza a.s-ı görmüşdür və onun nəzdində böyük mövqeyə malikdir. və imamdan 2 kitab rəvayət etmişdir."
Şeyx Tusi r.a "Rical" kitabında əl-Kazım a.s-ın səhabələri içərisində zikr edərək demişdir: "Əhməd b. Məhəmməd b. Əbi Nəsr, siqa (güvənilir), dəyəri uca bir adamdır."
Şeyx Tusi r.a "Rical" kitabında ər-Rza a.s-ın səhabələri içərisində zikr edərək demişdir: "Əhməd b. Məhəmməd b. Əbi Nəsr əl-Bəzzənti, siqa (güvənilir)-dir, Əbul Həsən Musa (imam Musa əl-Kazım a.s)-dan "Camiə" adlı kitab rəvayət etmişdir .
və Nəcaşi dedi: "Əhməd b. Məhəmməd b. Əmr b. Əbi Nəsr, Əbu Cəfər, Bəzzənti deyə tanınır. ər-Rza və Əbu Cəfər (imam Muhəmməd ət-Təqi a.s)-ı görmüşdür. və böyük mövqeyə malikdir."

Seyyid əl-xoi r.a, "Muccm ricalil hədis", 3/31, 803-cü ravi


yəni hədis səhihdir. yenə bu mövzuda imam Rıza a.s-dan bir başqa hədisi Şeyx Kuleyni r.a rəvayət etmişdir.


fatima s.a kabri-kuleyni.jpg fatima s.a kabri-kuleyni1.jpg

şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barəsində ittifaq etdikləri Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyiniz yerdə deyilir:

علي بن محمد وغيره , عن سهل بن زياد , عن أحمد بن محمد بن أبي نصر قال : سألت الرضا ( عليه السلام ) عن قبر فاطمة ( عليها السلام ) فقال : دفنت في بيتها فلما زادت بنو امية في المسجد صارت في المسجد
Əli b. Muhəmməd və başqaları mənə Səhl b. Ziyaddan, o da Əhməd b. Məhəmməd b. Əbu Nəsrdən danışdı, dedi: ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan Fatimə s.a-nın qəbirinin harada olduğunu soruşdum, imam a.s dedi: "Evinə dəfn edildi, sonra Bəni Üməyyə məscidi genişləndirəndə qəbiri də məscidə daxil oldu."

Kuleyni r.a, "əl-Kafi", 1/293, Hüccət kitabı, Tarix babları, bab 114, hədis 9


bu hədisin sənədi zəifdir çünki hədisin sənədində qırmızı ilə işarələdiyiniz ravi Səhl b. Ziyad vardır və bu ravi zəif, yalançı və qulatdır. lakin Şeyx Tusi r.a bu hədisi "Təhzib əl-Əhkam", 3/255-də başqa bir sənəd ilə rəvayət etmişdir. hansı ki, onun sənədindəki ravilər siqa (güvənilir) və mədh edilmiş şəxslərdir, hədisin isnadı da muttəsildir. Şeyxul İslam Əllamə II Məclisi "Təhzib əl-Əhkam" kitabının şərhində bu hədis haqqında deyir:

الحديث الخامس و العشرون : صحيح
25-ci hədis: səhih

II Məclisi r.a, "Milazul Əxyar", 5/481


bunlar şiə mənbələrində imamlar a.s-dan mövzu haqqında rəvayət edilən hədislər idi. inşaAllah indi də sünnü mənbələrdən bu mövzuda hədislər təqdim edəcəyik.

2. sünnü mənbəli hədislər: Şiə mənbələrində olduğu kimi sünnü mənbələrində də bu məsələ haqqındaki hədislər Əhli Beyt imamlarından rəvayət edilmişdir.


fatima s.a kabri-ibni subba.jpg fatima s.a kabri-ibni subba1.jpg fatima s.a kabri-ibni subba2.jpg

şəkildə gördüyünüz əhli sunet tarix alimi ibni Şubbe ən - Numeyri'nin "Tarixi Mədinə " adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

قال وأخبرني عبد العزيز بن عمران , عن حماد بن عيسى , عن جعفر بن محمد , عن أبيه قال : دفن علي فاطمة رضي الله عنها ليلا في منزلها الذي دخل في المسجد , فقبرها عند باب المسجد
Əbdüləziz b. İmra mənə Həmmad b. İsadan, o Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s)-dan, o da atası (imam Muhəmməd əl-Baqir a.s)-dan belə xəbər verdi, dedi: "Əli Fatimə r.a-ı gecə ikən evinə dəfn etdi (daha sonra məscid genişlədildikdə) qəbir də məscidə daxil oldu."

حدثنا أبو غسان , عن عبد الله بن إبراهيم بن عبيد الله , أن جعفر بن محمد كان يقول : قبرت فاطمة رضي الله عنها في بيتها الذي أدخله عمر بن عبد العزيز في المسجد
Əbu Ğəssan mənə Abdullah b. İbrahimdən nəql etdi, dedi: Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s) belə dedi: "Fatimə r.a-ın qəbiri evində idi, Ömər b. Əbdüləziz (məscidi genişləndirəndə) məscidə daxil oldu."

ibni Şubbə ən-Numeyri, "Tarixi Mədinə", 1/106-107


hədislərdən çıxan nəticələr:

1. Hz. Fatimə s.a öz evinə dəfn edilmişdir.
2. Əməvilər dövründə Nəbi s.a.a-in məscidi genişləndirilib və bu zaman məscidin ərazisi evi də əhatə edib. qəbir də evi içərisində olduğundan avtomatik olaraq məscidə daxil olub.
3. qəbrin məscid içərisində olduğu bilinsədə məscidin içərisindəki yeri tam olaraq bilinmir.

  • l-nur это нравится


#99881 məsumlar a.s-ın viladət və şəhadətləri

Написано Elmeddin 05 ноября 2013 - 09:35

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

dəyərli forum userləri, inşaAllah bu mövzuda məsumlar a.s-ın viladət (doğum) və şəhadətləri haqqında rəvayət edilmiş hədisləri sizlərlə paylaşacağıq. mövzunu açmaqda məqsədimiz həm müsəlmanların r.a öz imamları a.s-ın tarixini bilməyə köməklik etmək və həmdə müxaliflərimizin rəhbərlərinin bu məsələdə necə davrandıqlarını, imamlarımıza a.s necə münasibət bəslədiklərini göstərməkdir.

  • l-nur это нравится


#99867 Əlini (ə.s) elimdə keçən olmadı,sonrakılar da ona çata bilməyəcək

Написано Elmeddin 04 ноября 2013 - 11:08

fedail-kuleyni.jpg fedail-kuleyni1.jpg

şəkildə gördüyünüz Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a "əl-Kafi" kitabıdır, işarələdiyim yerdə deyilir:



محمد بن يحيى، عن أحمد بن محمد، وعلى بن محمد، عن سهل بن زياد جميعا، عن ابن محبوب، عن أبي حمزة، عن أبي جعفر (عليه السلام) قال: لما قبض أمير المؤمنين (عليه السلام) قام الحسن بن علي (عليه السلام) في مسجد الكوفة فحمد الله وأثنى عليه وصلى على النبي (صلى الله عليه وآله) ثم قال: أيها الناس إنه قد قبض في هذ الليلة رجل ما سبقه الاولون ولا يدركه الآخرون، إنه كان لصاحب راية رسول الله (صلى الله عليه وآله)، عن يمينه جبرئيل وعن يساره ميكائيل، لا ينثني حتى يفتح الله له والله ما ترك بيضاء ولا حمراء إلا سبعمائة درهم فضلت عن عطائه، أراد أن يشتري بها خادما لاهله. والله لقد قبض في الليلة التي فيها قبض وصي موسى يوشع بن نون والليلة التي عرج فيها بعيسى ابن مريم، والليلة التي نزل فيها القرآن
Muhəmməd b. Yəhya mənə Əhməd b. Muhəmməddən və Əli b. Muhəmməd mənə Səhl b. Ziyaddan, bunların hamısı birlikdə ibni Məhbubdan, o Əbu Hamza əs-Sumalidən, o da Əbu Cəfər (imam Muhəmməd əl-Baqir a.s)-dan nəql etdi, edi: Möminlərin Əmiri (imam Əli a.s) vəfat etdiyi zaman Həsən b. Əli (imam Həsən əl-Muctəba a.s) Kufə məscidində ayağa kalxdı, Allaha həmd səna etdi, sonra Nəbi s.a.a-ə səlat oxudu, sora dedi: "Ey insanlar! Bu gecə elə bir adam öldü ki, əvvəlkilər arasında onu keçən olmadı, sonrakilər arasında ona çatacaq birisi olmayacaqdır. O, Rasulullah s.a.a-in bayraqdarı idi, sağında Cəbrail, solunda Mikail dayanardı. Allah ona fəth vermədikcə döyüş meydanından geri dönməzdi. Allaha and olsun ki, ağ və qırmızı mallardan yeddi yüz dirhəmdən başqa heç bir şey geridə qoymadı ki, bu da özünə bağışlarından geridə qalan idi. Bununla, ailəsi üçün bir xidmətçi almaq istəyirdi. and olsun ki, O, Musanın vəsisi Yuşə b. Nunun öldüyü, İsa b. Məryəmin göyə qaldırıldığı və Quranın nazil edildiyi bir gecədə öldü."

Kuleyni r.a, "əl-Kafi", 1/290, Hüccət kitabı, tarix babları, 113-cü bab, hədis 8


ibni Məhbuba qədər hədisin iki sənədi var:

1. Muhəmməd b. Yəhya --> Əhməd b. Muhəmməd --> ibni Məhbub
2. Əli b. Muhəmməd --> Səhl b. Ziyad --> ibni Məhbub

buradaki 2-ci sənəddə Səhl b. Ziyad adlı ravi vardır ki, o zəif, yalançı və qulatdır. 1-ci sənəddəki ravilər isə siqa (güvəilir)-dir (aşağıda məlumat veriləcəkdir). deməli ibni Məhbuba qədər sənəddə problem yoxdur. ibni Məhbubdan sonra isə sənəd Əbu Həmzə əs-Sumali vasitəsi ilə məsum imama a.s çatır. bu ravilər isə hamısı siqa (güvəilir)-dir. Şeyxul İslam r.a "əl-Kafi" şərhində hədis haqqıda deyib:



الحديث الثامن صحيح
8-ci hədis: səhihdir.

II Məclisi r.a, "Miratul Uqul", 5/310


  • qulam это нравится


#99824 Səqəleyn hədisinin səhih şərhi

Написано Elmeddin 26 октября 2013 - 14:49

bu mövzunun başlanğıcından çox vaxt keçdi lakin digər hissələri hazırlamadım. çükü düşünürəm ki, onsuzda bu iddialara forum, bloq və face səhifələrində cavab yazırıq. elə isə bunu daha nə üçün təzədən kitab kimi düzəldək ki? burada Abu Zeydi öz cızma-qarasının hər hissəsində gətirdiyi şübhələrə elə hissələr şəklində cavabları yerləşdirək.

2-ci hissədəki iddia və şübhələrə cavab:


1. Seyyid Cəzairi r.a-ın təhrifə inandığı iddiasına cavab: http://313news.net/forum/index.php?/topic/5886/

3-cü hissədəki iddia və şübhələrə cavab:


1. Şiə kitablarında Rəsulullah s.a.a-ə çatan hədislərin az olmağı iddiasına cavab: http://313news.net/forum/index.php?/topic/4324/https://www.facebook.com/elmeddin.imamkulu/posts/240237829460097
2. nasibilərin namaz və dəstəmazı Əhli Beyt a.s-dan öyrəndiyi iddiasına cavab: https://www.facebook.com/elmeddin.imamkulu/posts/254156464734900

4-cü hissədəki iddia və şübhələrə cavab:


1. "əl-Kafi"dəki hədislərin çoxunun zəif olduğu iddiasına cavab: http://velayet.wordpress.com/2013/12/23/el-kafideki-hadislerin-ekserisinin-zayif-oldugu-iddasina-cevap/
2. imam Kazım a.s-ın şiələri pislədiyi haqqındaki iddiaya cavab: http://313news.net/forum/index.php?/topic/1461/

5-ci hissədəki iddia və şübhələrə cavab:


1. Cabir b. Yezid əl-Cufi r.a haqqındaki iddialarına cavab: http://velayet.wordpress.com/2013/12/01/cabir-b-yezid-el-cufi-r-a-hakkindaki-iddalara-cevap/
2. Avf əl-Uqeyli r.a-ın şərabxor olduğu iddiasına cavab: http://velayet.wordpress.com/2013/12/02/ukaylinin-sarap-ictigi-iddasina-cevap/
3. Abdullah b. Əbu Yafur r.a-ın şərabxor olduğu iddiasına cavab: http://velayet.wordpress.com/2013/01/14/abdullah-b-ebu-yafur-r-ain-sarap-ictigi-dogru-mudur/
4. eşşək ravi iddiasına cavab: http://velayet.wordpress.com/2013/11/12/esek-ravi-mi/

6-cı hissədəki iddia və şübhələrə cavab:


1. Şiə məzhəbində hədis elmi olmadığı haqqında iddiasına cavab: http://velayet.wordpress.com/2013/11/23/hadis-ilmi-hakkinda-elestirilere-cevap/
2. Şiə rical kitabları: http://313news.net/forum/index.php?/topic/5973/
3. imamlarımız a.s-ın hədisləri ayırd etmək üçün öyrətdiyi qaydalar: http://313news.net/forum/index.php?/topic/5958/



#99819 hədisləri ayırmaq üçün imamlar a.s-ın öyrətdiyi qaydalar

Написано Elmeddin 24 октября 2013 - 18:43

2. hədislər Qurana ərz edilir: bu imamlar a.s-ın şiələrinə öyrətdikləri metodlardan biridir. bu mövzuda imamlar a.s-dan bir çox hədis rəvayət eilmiştir ki, aşağıda yazacağım hədislər bunlardan bir neçə dənəsidir.

Hz. Təqi əl-Cavad və Hz. Hadi ən-Nəqi a.s-ın səhabələrindən olan Bərqi r.a (vəfatı hicri 274) "Məhasin" kitabında rəvayət belə edir:

عنه، عن أبيه، عن علي بن النعمان، عن أيوب بن الحر قال: سمعت أبا عبد الله عليه السلام يقول: كل شئ مردود إلى كتاب الله والسنة، وكل حديث لا يوافق كتاب - الله فهو زخرف
atam mənə Əli b. Numandan, o da Əyyub b. Hürrdən danışdı, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın belə dediyini eşitdim: «Hər şey kitab və sünnəyə ərz edilir, Allahın kitabına uyğun gəlməyən bir hədis, zərli və bəzəkli bir yalandan başqa bir şey deyil.»

عنه، عن أبيه، عن ابن أبي عمير، عن كليب بن معاوية الأسدي، عن أبي عبد الله عليه السلام قال: ما أتاكم عنا من حديث لا يصدقه كتاب الله فهو باطل
atam mənə ibni Əbi Umeyrdən, o Müaviyə b. Kuleyb əl-Əsədidən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: "bizdən sizə çatan amma Allahın kitabına uyğun gəlməyən hər hədis batildir."

عنه، عن أبي أيوب المدايني، عن ابن أبي عمير، عن الهشامين جميعا وغيرهما قال: خطب النبي صلى الله عليه وآله فقال: أيها الناس ما جاءكم عني يوافق كتاب الله فأنا قلته، وما جاءكم يخالف القرآن فلم أقله
Əbu Əyyub əl-Mədaini mənə ibni Əbi Umeyrdən, o da 2 Hişam (ibni Salim və ibni Hakəm)-dan və başqalarından danışdılar, dedilər: «Nəbi s.a.a Minada Müsəlmanlara xitab edərək dedi: "Ey İnsanlar! Məndən rəvayət edilib Qurana uyğun gələn bir sözü mən söyləmişəm, məndən rəvayət edilib Allahın kitabına uyğun gəlməyən sözü isə mən söyləməmişəm."»

Bərqi r.a, "Məhasin", 1/220-221, hədis 128, 129 və 130


burada nəql etdiyimiz ilk hədis olan Əyyub b. Hürrün hədisini Kuleyni r.a "əl-Kafi", 1/69, Elmin fəziləti kitabı, bab 22, hədis 3-də Bərqidən, o isə "Məhasin" kitabında olandan fərqli bir sənəd ilə Əyyub b. Hürrdən; Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/9, hədis 4-de mürsəl olaraq Əyyub b. Hürrdən rəvayət etmişdir .

ikinci, Müaviyə b. Kuleyb əl-Əsədinin hədisini Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/9, hədis 5-də mürsəl olaraq Müaviyə b. Kuleyb əl-Əsədidən rəvayət etmişdir.

üçüncü, 2 Hişamın hədisini yenə Kuleyni r.a "əl-Kafi", 1/69, Elmin fəziləti kitabı, bab 22, hədis 5-də fərqli bir sənəd ilə Hişam b. Hakəmdən, o da imam Cəfər əs-Sadiq a.s-dan; Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/8, hədis 1-də mürsəl olaraq Hişam b. Hakəmdən, o da imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etmişdir.

bundan başqa, Kuleyni r.a "əl- Kafi" də bu mövzu haqqında bir neçə hədis daha rəvayət etmişdir. Kuleyni r.a deyir:

علي بن إبراهيم، عن أبيه، عن النوفلي، عن السكوني، عن أبي عبدالله عليه السلام قال: قال رسول الله صلى الله عليه وآله: إن على كل حق حقيقة، وعلى كل صواب نورا، فما وافق كتاب الله فخذوه وما خالف كتاب الله فدعوه
Əli b. İbrahim mənə atasından, o Növfəlidən, o əs- Səkunidən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: «Rəsulullah s.a.a buyurdu: "Hər haqqın üzərində bir həqiqət vardır və hər doğrunun üzərində bir nur olur. bir şey Allahın kitabına uyğundursa onu alın, Allahın kitabına zidd isə onu bir kənara buraxın."»

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن ابن فضال، عن علي بن عقبة، عن أيوب بن راشد، عن أبي عبدالله عليه السلام قال: ما لم يوافق من الحديث القرآن فهو زخرف
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməd b. İsadan, o ibni Faddaldan, o Əli b. Uqbədən, o Əyyub b. Raşiddən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: «Qurana uyğun gəlməyən hədis, bəzəkli bir yalandır.»

Kuleyni r.a, "əl-Kafi", 1/69, Elmin fəziləti kitabı, bab 22, hədis 1 və 4

أحمد بن إدريس، عن محمد بن عبدالجبار، عن صفوان بن يحيى قال:
فقال أبوقرة: فتكذب بالروايات؟ فقال أبوالحسن عليه السلام: إذا كانت الروايات مخالفة للقرآن كذبتها
Əhməd b. İdris mənə Məhəmməd b. Əbdülcəbbardan, o da Səfvan b. Yəhyadan danışdı, dedi: Əbu Qurrə imam Rza a.s-a dedi: "Sən, rəvayətləri yalanlayırsan?" Əbul Həsən (imam Əli ər-Rza a.s) dedi: "rəvayətlər Quran ilə ziddiyyət təşkil etdiyi zaman onları yalanlayaram."

Kuleyni r.a, "əl-Kafi", 1/95-96, Tövhid kitabı, bab 9, hədis 2


bunlardan başqa Əyyaşi r.a "Təfsiri Əyyaşi"-də bu mövzuda daha 3 hədis rəvayət etmişdir, bax: Əyyaşi r.a, "Təfsiri Əyyaşi", 1/8-9, Qurana müxalif olan hədislərin tərki babı

  • qulam это нравится


#99818 hədisləri ayırmaq üçün imamlar a.s-ın öyrətdiyi qaydalar

Написано Elmeddin 24 октября 2013 - 17:27

1. hədislər məsumlara a.s ərz edilir: bu hər hansı bir hədis və ya hədisə əsaslnan kitabın mötəbərliyini öyrənməkdə ən sadə yoldur. imamlar a.s ilə əlaqəsi olan səhabələri özlərinə rəvayət edilən hədisləri və ya hər hansı bir kitabı imamlar a.s-dan soruşar imam a.s isə hədisi/kitabı ya təsdiq yaxud inkar edərdi. və bu şəkildə hədisin/kitabın vəziyyəti müəyyən olardı. mənbələrimizdə imamlara a.s hədis və kitabların təqdim edildiyini göstərən bir çox rəvayət mövcuddur, indi onlardan bəzilərini təqdim edirik.

Kuleyni r.ə "əl-Kafi"də belə rəvayət edər:

علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، وعن أبيه، عن ابن فضال جميعا، عن أبي الحسن الرضا عليه السلام قال يونس: عرضت عليه الكتاب فقال: هو صحيح
Əli b. İbrahim mənə Məhəmməd b. İsadan , o Yunusdan və (Əli b. İbrahim) mənə atasından, o da ibni Faddaldan, bunların hamısı birlikdə Əbul Həsən ər-Rıza (imam Əli ər-Rza a.s)-dan danışdılar, dedilər: imam a.s-a bir kitab təqdim etdik, imam a.s dedi: "bu səhihdir."

عدة من أصحابنا، عن سهل بن زياد، عن الحسن بن ظريف، عن أبيه ظريف ابن ناصح، عن رجل يقال له: عبد الله بن أيوب قال: حدثني أبو عمرو المتطبب قال: عرضت هذا الكتاب على أبي عبد الله عليه السلام
ashabımızdan bir qurupu mənə Səhl b. Ziyaddan, o Həsən b. Zərifdən, o atası Zərif b. Nasihdən, o da Abdullah b. Əyyubdan danışdı, dedi: mənə Əbu Amr əl-Muttattib danışdı, dedi: bu kitabı Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a təqdim etdim.

Kuleyni r.a, "əl-Kafi", 7/324, hədis 10

عدة من أصحابنا، عن أحمد بن محمد، عن محمد بن الحسن بن أبي خالد شينولة قال: قلت لأبي جعفر الثاني عليه السلام: جعلت فداك إن مشايخنا رووا عن أبي جعفر وأبي عبد الله عليهما السلام وكانت التقية شديدة فكتموا كتبهم ولم ترو (1) عنهم فلما ماتوا صارت الكتب إلينا فقال: حدثوا بها فإنها حق
ashabımızdan bir qurupu mənə Əhməd b. Muhəmməddən, o da Məhəmməd b. Həsən b. Əbu Xalid Şəynulədən danışdı, dedi: Əbu Cəfər əs-Sani (imam Məhəmməd Təqi a.s)-a dedim: "Sənə qurban olum! Şeyxlərimiz Əbu Cəfər (imam Məhəmməd əl-Baqir a.s)-dan və Əbu Abdullah (imam Cəfər əs- Sadiq a.s)-dan hədis rəvayət etmişlər. Ancaq möhkəm bir təqiyyə dövründən keçdikləri üçün bunları gizlədib saxladılar və rəvayət etmədilər. Onlar öldükdən sonra kitablar bizə çatdı. İndi nə etməliyik?" imam a.s buyurdu: «bunları nəql edin çünkü bunlar haqdır.»

Kuleyni r.a, "əl-Kafi", 1/53, hədis 15


və Şeyx Səduq ra da bu mövzuda belə rəvayət edər:

حدثنا محمد بن إبراهيم بن إسحاق رضي الله عنه قال : حدثني أبو علي بن همام قال : سمعت محمد بن عثمان العمري ـ قدس الله روحه ـ يقول : سمعت أبي يقول : سئل أبو محمد الحسن بن علي عليهما السلام وأنا عنده عن الخبر الذي روي عن آبائه عليهم السلام : أن الارض لا تخلو من حجة لله على خلقه إلي يوم القيامة وأن من مات ولم يعرف إمام زمانه مات ميتة جاهلية فقال عليه السلام : إن هذا حق كما أن النهار حق
mənə Məhəmməd b. İbrahim b. İshaq r.a daışdı, dedi: mənə Əbu Əli b. Hümmam danışdı, dedi: Muhəmməd b. Osman əl-Amri q.s-nun belə dediyini eşitdim: atamın belə dediyini eşitdim: mən Əbu Məhəmməd (imam Həsən əl-Əsgəri a.s)-ın yanında olduğum zaman ona atalarından a.s rəvayət edilən "yer üzü Qiyamət gününə qədər heç bir zaman Allahın hüccətindən məhrum qalmaz və kim zamanının imamını tanımadan ölsə o cahiliyyə ölümü üzrə ölmüşdür" hədisi soruşuldu, imam a.s dedi: "bu gündüzün haqq olduğu kimi haqqdır."

Şeyx Səduq r.a, "Kəmaliddin", səhifə 376, hədis 9

حدثنا أحمد بن زياد بن جعفر الهمداني رضي الله عنه قال: حدثنا علي بن إبراهيم بن هاشم عن أبيه عن عبد السلام بن صالح الهروي قال: قلت لأبي الحسن الرضا عليه السلام: يا بن رسول الله ما تقول في حديث روى عن الصادق عليه السلام: أنه قال: إذا خرج القائم عليه السلام قتل ذراري قتلة الحسين عليه السلام بفعال آبائهم؟ فقال عليه السلام: هو كذلك فقلت: وقول الله عز وجل: (ولا تزر وازرة وزر أخرى) ما معناه؟ قال: صدق الله في جميع أقواله ولكن ذراري قتله الحسين عليه السلام يرضون بأفعال آبائهم ويفتخرون بها ومن رضى شيئا كان كمن اتاه ولو أن رجلا قتل بالمشرق فرضى بقتله رجل في المغرب لكان الراضي عند الله عز وجل شريك القاتل وإنما يقتلهم القائم عليه السلام إذا خرج لرضاهم بفعل آبائهم قال: فقلت له: بأي شئ يبدأ القائم عليه السلام منكم إذا قام؟ قال: يبدأ ببني شيبه فيقاطع أيديهم لأنهم سراق بيت الله عز وجل
mənə Əhməd b. Ziyad əl-Həmədani r.a nəql etdi, dedi: Əli b. İbrahim mənə atasından, o da Əbdussəlam b. Saleh əl-Hərəvidən nəql etdi, dedi: ər-Rıza (imam Əli ər-Rza a.s)-a dedim: «"ey Rəsulullah s.a.a-in oğlu! əs-Sadiq (imam Cəfər əs-Sadiq a.s)-dan rəvayət edilən bu hədis haqqında nə deyirsiniz: "Qaim (imam Mehdi a.s) qiyam edikdə Hüseyn a.s q-ınatillərinin övladlarını atalarının etdikləri səbəbi ilə öldürəcək."» imam a.s dedi: "Bəli, elədir." Dedim: «bu halda bu ayənin mənası nədir: "Heç kim bir başqasının günah yükünü daşımaz." (Ənam, 164)» imam a.s dedi: «Allah bütün sözlərini doğru söyləmişdir. amma Hüseyn a.s-ın qatillərinin uşaqları da atalarının etdiyindən razıdır, onunla fəxr edirlər. Hər kim bir işdən razı olsa onu edən kimsə kimidir. Əgər bir adam şərqdə öldürülsə, qərbdə biri bundan razı olsa Allah nəzdində qatil ilə ortaq olar. Hz. Mehdi a.s da qiyam etdikdə onları atalarının etdiklərindən məmnun olduqları üçün öldürəcək.» dedim: «Hz. Mehdi qiyam etdikdə ilk işi nə olacaq?» imam a.s dedi: «Əvvəla Bəni Şeybənin əllərini kəsəcək. Çünki onlar Allahın evinin oğrularıdır.»

Şeyx Səduq r.a, "Uyunu əxbar ər-Rıza a.s", 1/247, bab 28, hədis 5


imamlara a.s hədislərin və kitabların təqdim edildiyini göstərən daha bir çox hədis mənbələrdə mövcuddur. bu o dövrdə insanların hədisləri ayırd etmək üçün tətbiq ən sadə üsul idi.

  • qulam это нравится


#99815 hədisləri ayırmaq üçün imamlar a.s-ın öyrətdiyi qaydalar

Написано Elmeddin 24 октября 2013 - 13:27

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

şübhəsiz ki, hədislər İslam dinində Qurandan sonra ikinci mənbədir. islam əqidə, fiqh və tarixi, Quran təfsiri və Sünnəti Nəbəvi s.a.a bizə hədislər vasitəçiliyi ilə çatmışdır. lakin bəzi kəslərin mənfəət, bəzilərinin din düşmənçiliyi, bəzilərinin isə "dinə xidmət" səbəbindən bir şeylər uydurub bunları məsumlar a.s-a nisbət etmələri İslamın ikinci qaynağı olan hədislər mövzusunda bəzi problemlərin ortaya çıxmağına səbəb olmuşdur. elə buna görə həm məsumlar a.s, həm də onların səhabələri r.a hədislərin doğrusunu yanlışından ayırt etmək üçün bəzi qaydalar təyin etmişdirlər. inşaAllah bu mövzuda hədis elminin təməlini meydana gətirən bu ilk qaydaları paylaşamağa çalışacağam.





Рейтинг@Mail.ru