Перейти к содержимому


Ehli beyt ashigi

Регистрация: 05 ноя 2009
Offline Активность: 21 мар 2014 14:39

#77673 Запросы на Кряки/Серийные номера/Кейгены...

Написано Ehli beyt ashigi 18 июля 2011 - 17:23

Düzəldiyinə sevindim :) İmkan olanda paylaşın :)


Hə qardaşım inan ki,ustanovka elədim,amma indi yadımdan cıxıb ki,necə eləmişəm.Demək olar ki,təsadüfən alındı :gizildish:


Internet.Download.Manager.6.07.Build.3.keygen.zip



#77563 Abu Zeyd - Şiəliyi tanimaq

Написано Ehli beyt ashigi 17 июля 2011 - 01:14

Haci Surxayla bu gun ele sohbet edirdik.....Gozel bir soz deyildi...>>Allah subhane ve teala sanki Ehli Beyt(e) asiqlerine danisiq ve sozlerinde bele sanki bir gozellik verib...Bele insanlarin ise sanki sohbetlerini,seslerini hetta qulaq bele qebul etmek istemir...melahet,hezinlik,letiflikden esar elamet yoxdur..ele bil colde oturub varavskoy sohbet eliyir..)))))


Adam tapdında söhbət eləməyə.
O,Əhli beyt yolu yox başqa yol gedir.


#77520 Şə`ban Ayının Fəziləti Və Əməlləri

Написано Ehli beyt ashigi 15 июля 2011 - 21:46

Qardaş və bacılar bu gecə Şəban ayının 15-ci gecəsidir.Bu gecənin müstəhəb əməlləri barədə coxlu tövsiyyələr edilmişdir.

Şəban ayının on beşinci gecəsi


Şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:



1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.
3. İmam Hüseyn (ə)-ın ziyarəti.
Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseyn (ə)-ın ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.
O Həzrəti ziyarət etmək üçün dama çıxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti (ə) ziyarət etmək lazımdır:
«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Həzrəti (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.
4. Zaval vaxtı oxunan salavatı oxumaq.
5. Kumeyl duasını oxumaq.
6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:
«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».
7. Cəfər Təyyarın namazını qılmaq.

«Cəfər Təyyar» namazı

Cənab Cəfər Təyyarın (ə) namazı çox fəzilətli namazlardan biridir. Bu namaz günahların (müharibə və cihaddan fərarilik kimi) bağışlanması və mühüm bir hacətin yerinə yetməsi üçün qılınar. Bu namazı Peyğəmbər (s) Cəfər Təyyara öyrətmişdir.
Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət), onun 1-ci rəkətində Həmddən sonra «Zəlzələ» surəsi, 2-ci rəkətində Həmddən sonra «Adiyat» surəsi, 3-ci rəkətində Həmddən sonra «Nəsr» surəsi, 4-cü rəkətində isə Həmddən sonra «İxlas» surəsi deyilir. Həmçinin, aşağıdakı zikr (təsbihati-ərbəə) 15 dəfə hər rəkətin qiraətindən sonra, 10 dəfə rukuda, 10 dəfə rukudan sonra, 10 dəfə 1-ci səcdədə, 10 dəfə 1-ci səcdədən sonra, 10 dəfə 2-ci səcdədə, 10 dəfə 2-ci səcdədən sonra deyilməlidir (Bu təsbihat cəmi 300 dəfədir və hər 4 rəkətdə deyilməlidir). Bu namazın cümə günündə qılınmasının çox fəzilətli olması nəql olunmuşdur.
Qeyd: Şəban ayının 15-ci gecəsində qeyd olunanlardan əlavə bir sıra dualar da vardır. Daha geniş məlumat üçün «Məfatihul-Cinan» kitabına müraciət edə bilərsiniz.

Şəban ayının on beşinci günü

Bu gün on ikinci İmamın, mövlamız Həzrət Höccət Sahibəz-zəmanın (ə) mövlud günüdür.
O Həzrəti (ə) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. O Həzrəti (ə) Samirra şəhərində, sərdabədə ziyarət etmək təkid olunmuş müstəhəb əməllərdəndir.







#77513 Şə`ban Ayının Fəziləti Və Əməlləri

Написано Ehli beyt ashigi 15 июля 2011 - 20:26

Şə`ban ayının fəziləti və əməlləri

Mübarək Şə`ban ayının gəlişi münasibəti ilə siz əziz müsəlmanlar və mö`minləri təbrik edir və ümid edirik ki, bu müqəddəs aydan lazım olan mə`nəvi bəhrələri ala bilək. İnşaallah.
Şə`ban ayının fəziləti
Şə`ban ayı çox böyük fəzilətə malikdir və hədislərə əsasən bu ay, İslam peyğəmbərinə (s) aid edilmişdir.
Həzrət Peyğəmbər (s) bu ayda oruc tutaraq, onu mübarək Ramazan ayına birləşdirirdi.
Həzrət Məhəmməd (s) buyurur:
Şə`ban mənim ayımdır. Hər kəs mənim ayımda bircə gün oruc tutarsa, Behişt ona vacib olar.
İmam Sadiq (ə) buyurur:
Şə`ban ayı daxil olduqda, İmam Zeynul-abidin (ə) öz səhabələrini yanına çağırıb, buyururdu:
Ey mənim səhabələrim! Bu ayın hansı ay olduğunu bilirsiz. Bu ay Şə`ban ayıdır. Həzrət Peğəmbər (s) buyururdu ki, bu ay mənim ayımdır.
Siz də bu ayda Peyğəmbərin (s) məhəbbətinə görə oruc tutun...
Əmirəl-mö`minin imam Əli (ə) buyururdu: Hər kəs Şə`ban ayında Peyğəmbərin (s) məhəbbətinə görə və Allaha yaxınlaşmaq üçün oruc tutarsa, Allah da onu sevər, Qiyamət günündə onu öz kəramətinə yaxınlaşdırar və Behişti ona vacib edər.
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
...Agah olun! Həqiqət Şə`ban mənim ayımdır. Allah bu ayda mənə kömək edənə -yəni bu ayda oruc tutana- rəhm etsin...

Şə`ban ayının əməlləri:
Şə`ban ayının əməlləri iki hissəyə bölünür:
Birinci: Müştərək əməllər;
İkinci: Məxsus əməllər;
Şə`ban ayının müştərək əməlləri
Şə`ban ayının müştərək əməlləri aşağıdakılardan ibarətdir:
1-Hər gün yetmiş dəfə -Əstəğfirullah və əsəluhut-təvbə- sözünü demək;
2- Hər gün yetmiş dəfə -Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu iləyh- sözünü demək;
3-Sədəqə vermək;
4- Bu ay boyu min dəfə -La ilahə illəllah və la nə`budu illa iyyahu muxlisinə ləhuddin və ləv kərihəl-muşrikun- sözünü demək;
5-Bu ayda Məhəmməd və Ali Məhəmmədə (səlləllahu ələyhi və Alihi və səlləm) çoxlu salavat göndərmək;
6-Məfatihul-cinan kitabında qeyd olunmuş məxsus namazı qılmaq;
7-Məfatihul-cinan kitabında imam Zeynul-abidindən (ə) nəql olunmuş məxsus salavatı məğrib, və habelə bu ayın yarısının gecəsi çağlarında oxumaq;
8-Məfatihul-cinan kitabında İbni Xaləveyhin imam Əlidən (ə) nəql etdiyi münacatı oxumaq;
Şə`ban ayının məxsus əməlləri
Şə`ban ayının məxsus əməlləri Məfatihul-cinan kitabında ətraflı şəkildə bəyan olunmuşdur.
Burada isə onlardan bir neşəsini diqqətinizə çatdırırıq:
1- Bu ayın birinci günündə oruc tutmaq;
(Bu günün orucunun fəziləti və faydaları barədə hədis və rəvayətlər də mövcuddur).
2- Bu ayın üçüncü günündə imam Hüseyn (ə) dünyaya gəlmişdir və bu gündə oruc tutmaq daha fəzilətlidir.
3- Şə`ban ayının on dördüncü gününün gecəsi, çox fəzilətli bir gecə sayılır.
Hətta bə`zi hədislərə əsasən, bu gecə Qədr gecəsindən sonra üstün sayılan bir gecə kimi adlanmışdır.
Bu müqəddəs gecədə, qüsl etmək və səhərədək oyaq qalıb namaz, istiğfar və dua etməyə məşğul olmaq, həmşinin Kumeyl duasını oxumağa tövsiyə olunmuşdur.
4- Şə`ban ayının 15-ci günü, imam Mehdi Sahibəz-Zamanın (ə) anadan olduğu müqəddəs bir gündür.
Bu gündə O həzrəti (ə) ziyarət etmək, Onun üşün dua etmək və Allahdan Onun zühürunun tezliklə həyata keşməsini diləmək müstəhəb sayılır.
5- Şə`ban ayının son üş günündə oruc tutmaq;
İmam Rza (ələyhis-salam) buyurmuşdur:
Hər kəs Şə`ban ayının son üş günündə oruc tutub, onu Ramazan ayına çatdırarsa, Allah-taala ona iki ardıcıl ayın oruc savabını verər.
6- Həmçinin bu ayda çoxlu tövbə və istiğfar etmək barədə tövsiyə olunmuşdur.
Bu haqda ətraflı mə`lumat üçün, Şeyx Abbas Qumminin (r.ə.) Məfatihul-cinan kitabında Şə`ban ayının əməlləri bölməsinə baxa bilərsiniz.



#77263 Son Xəbərlər

Написано Ehli beyt ashigi 11 июля 2011 - 14:54

Nardarana “Eurovision” zərbəsi

Utanmaz utanmaz hələ bir namazlarında Fərəc duasınıda oxuyurlar.İmamın əsgərlərinə baxda.
Nə oldu ey Nardaranlılar?Sizin də ruhanilərinizi satın aldılar?



#77024 Səqəleyn hədisinin şərhi

Написано Ehli beyt ashigi 09 июля 2011 - 14:08

Diqqət! Bu gün günorta Abu Zeydlə Əli adında bir qardaşın görüşü və söhbəti baş tutub. Əvvəl söhbətin videoya çəkiləcəyi nəzərdə tutulsa da Azu Zeyd bundan, həmçinin mübahilədən imtina edib!!! Uzun sözün qısası Abu Zeyd 2 saat söhbət fırlatdıqdan sonra söz verib ki, bu foruma, bu mövzuya girib bizim iradları cavablandıracaq.

Gözləyək, görək bu sözünü tutacaq, ya ... atacaq zadniyə.


Qardaşlardan xahişim budur ki,onların əllərinə necə deyərlər kozr verməyək,yoxsa bir bəhanə ilə qacıb gedəcək və deyəcək ki,bunların əxlaqı yoxdur və məni təhqir edirdilər.
Birdə ki,hamımız yazmarıq, elə 1-növbədə özümü götürürəm,mənimdə ona deyiləsi cox sözüm var amma yazmayacağam.
Mənim təklifim budur ki:
Onunla, aramızda olan 1-2 elmli qardaşlar bəhs etsinlər.
Təbii ki,hələ gəlsə.

Secimi isə,
'al-Fath' qardaşımız özü edər ki,kimlər onunla bəhs edəcəklər.


#76836 İmam Zamana (əc) beyət və onun qaydaları

Написано Ehli beyt ashigi 08 июля 2011 - 01:50

Tem bolee, Yer üzündə məsum İmam (ə) var, ona beyət etməkdə də heç kimə mane olan şey yoxdur, bu halda gedəsən qeyri-məsuma beyət edəsən, bu yolverilməzdir.


Şəxsən mənə məne olan budur ki,mən İmamı görmürəm,cünki O,(ə.s) qeybdədir.Göstər İmamı mənə məndə gedim beyət edim.
Sözün var?
İkincisi də ki,biz məgər qeyri məsuma beyət etmişik?Müctəhidə təqlid nə vaxtdan beyət sayılıb?

Özü də, mən heç yerdə yazmamışam azanda "Məhdiyyən Huccətullah" deməsən, mürtəd olursan.


Onda nə istəyirsən bu camaatdan?Sən hec bunu deyədə bilmərsən axı,cünki 1-cə dənə dəlilin yoxdur.Olsaydı coxdan düzmüşdün bura.

Azanda "Məhdiyyən Huccətullah" deməmək və qeyri-məsuma beyət etmək fərqli-fərqli şeylərdir. Bu nə xasiyyətdir sizdə, adamın gözünün içinə yalan demək? Bütün yazılar göz qabağındadır axı, insaf da yaxşı şeydir.


Yaxşı bəs necə beyət etməliyəm?Mən deyirəm ki,Azanda demək olmaz cünki bidətdir.Sən isə deyirsən ki,beyət vacibdir.Məndə sənə deyirəm ki,İmamı göstər mənə yada ki,yerini de gedim beyət edim.Yoxsa mən qeyb aləmində deyiləm ki,İmamla beyət edim.Ala nə cətin adamlarsuz siz.

Yəqin heç biriniz inkar etmirsiniz ki, İslamda zamanın İmamına beyət var, olmalıdır və vacibdir.


Bura bax!Mən inkar edirəm.Dəlil gətir ki,beyət deyilib. Hədisə don geyindirmə.İmamını tanımayan və qəbul etməyəndən gedir söhbət.Bizdə ki,ƏlhəmdulillAh tanıyırıqda, qəbulda edirik.

Yaxşı, bu vacib beyəti azan vasitəsilə etməli deyiliksə, onda nə vasitəsilə etməliyik, gedin onu araşdırın, axtarın


Nəyisə araşdırmaq lazımdırsa sən araşdır.Azan İmamlara(ə.s) beyət ücündür məgər?Hz.Peyğəmbər(s.ə.v)deyil bu dini gətirən?Məndə sənə deyirəm ki,cox yox 1-cə dənə dəlil gətir ki,Peyğəmbər(s.ə.v)buyurub ki,azanda İmamlara beyət edin.

Çünki bu beyəti necə əmələ gətirəcəyini özün də bilmirsənsə, demək heç beyət də etməmisən.


Sən guya bilirsən?Lap tutaq ki,biz bilmirik və etməmişik(məsələn)Bəs sən hardan bilirsən ki,məs beyət bu yolla olmalıdır?Dəlilini gətirdə.İslamda məgər belə şey var ki,hərə necə başa düşdü elədə əməl eləməlidir?Nəyə əsasən sən bunu deyirsən?DƏLİL,DƏLİL,YENƏDƏ DƏLİL!

Və ya, dəlil üzrə nəsə tapmısızsa, gedin ona əməl edin.


Bizim dəlilimiz budur ki,İmam(ə.s)deyib ki,biz müctəhidlərə tabe olmaqla ona tabe oluruq.

Mən də dəlil üzrə tapdığıma əməl edirəm.


Axı nə tapmısan yalandan elə tapmışam,bilirəm filan behman.Tapan insan sübut, dəlilini göstərər,yoxsa gəlib burda şeytanın toxumunu səpməz.

Sənə görə səhvdir,


Mənə görə yox, dəlillərə əsasən səhvdir.

mənə görə düz.


Sənə görə necə düz ola bilər ki,8 aydır burdasan 1-cə dənə dəlilin yoxdur?

Buna hələ cavab ver.

Hansı İmamlarımızın dövründə İmamların adını cəkiblər azanda və bu vasitəylə beyət ediblər?
Həsənən(ə.s),Hüseynən(ə.s),Zeynalabidinən(ə.s),Bagirən(ə.s.),Sadiqən(ə.s),Kazimən(ə.s),Rzayən(ə.s),
Təqiyyən(ə.s),Nəqiyyən(ə.s),Həsənən(ə.s) HÜCCƏTULLAH kim deyib?



#76122 Abu Zeyd - Şiəliyi tanimaq

Написано Ehli beyt ashigi 04 июля 2011 - 01:11

Qardaşlar, bəlkədə xəbəriniz var xəvarıclərin təzə priyomlarından.
Deməli hansıynan söhbət edirsən bilirsizdə nə deyirlər:

Mən əvvəl şiə olmuşam :gizildish:: :gizildish:: :gizildish:

Yalansa dayınız müaviyyənin Allah əzabın artırsın.Özüdə bunu mənə deyənlərin 22-23 yaşları var.Deyirəm ki,ay insan sən nə vaxt uspet elədün ki,şiəlik səhv yoldur,vəhabilik düz yol?Deyir haqqı tapdım:gizildish:Deyirəm ki,üsuliddində bu var?Deyir ki,üsuliddin nədir?:gizildish:Deyirəm bu fiqhi məsələdir,deyir ki,fiqh nədir?Özüdə caqqalın, 10-sm saqqalı var.Deyirəm ki,ay insan sən necə şiə olmusan və onun batil yol olduğunu anlamısan ki,nə üsuliddin bilirsən nədir,nə firuiddin,nə fiqh.Deyir ki,nə olsun:gizildish:
Görün nə qədər bunlar alcaq tayfadılar ki,hər nə yolla olursa olsun calışırlar ki,camaatı yoldan cıxartsınlar.
Eynən şeytan kimi,nə yolla olur olsun insanları azdırmaq.


abu zeydin məktəbi bax bunları öyrədir onlara.

Özüdə ki,o qələt edir ki,redki girir inetə.Sadəcə qabaqcadan özünü sığortalayır və özünü elə aparır ki,guya bu elm əhlidir kompa zada vaxtı yoxdur.
Xəvariclərin sözü bizim ücün havadır,sözü var gəlsin yoxdur sürüşsün öz balaca xəvaricliklərinin yanına.Eybi yox İNŞƏALLAH İmam(ə.s.) zühur edəndə görəcəklər haqqnan batili.



#76097 Ərəbistanın Kralı Peyğəmbəri (s.a.a.v) ziyarət edir.

Написано Ehli beyt ashigi 03 июля 2011 - 19:17

Nə oldu bəs, qəbri ziyarət etmək şirk və bidət idi.Yoxsa ancaq krallara olar Hz.Peyğəmbəri(s.ə.v.)ziyarət etmək?

Əgər ölülər eşitmirsə,bu vəhabi kralı nə gəzir orda?

Vəhabilərdən buna cavab gözləyəcəyəm !



http://www.youtube.com/watch?v=mjxfKNoe67c


#76030 Ən çox sevdiyiniz Qur`an ayələri

Написано Ehli beyt ashigi 02 июля 2011 - 15:21

رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتِي ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ


Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! (İbrahim, 40)

Qunutda oxumaq üçün gözəl ayədir. Tövsiyə edərdim.


Rabbiəc'əlni mugiməssaləti wa min zurriyyəti, Rabbənə watagabbəl dua.



#76028 Abu Zeyd - Şiəliyi tanimaq

Написано Ehli beyt ashigi 02 июля 2011 - 14:56

Qazıya tək gedən razı gələr.Cox gözəl bir atalar məsəlidir.Şiə olmayan yerdə asantdır axı şıələrə böhtan atmaq.Ümumiyyətlə onun kecdiyi bu, dərs yox,sırf qeybətdir.
Bu xəvaric başına yığıb kicik xəvariclikləri, onlara şıələrə qarşı nifrət dərsi kecir.
Cünki bu xəvaricə küllü miqdarda buna görə pul verirlər.Özüdə kimlər,bilirsiz?YƏHUDİLƏR.

Bu alcağın dediklərinin hamısı böhtandır,kişiliyi varsa girsin foruma və hansı mövzuda istəyirsə bəhs etsin.Və onun balaca xəvariclikləridə izləsinlər ki,kim haqq, kim batildir,kim tohid əhli, kim şirk əhlidir.
Vəssəlam
.


#75906 Şiələrə suallar

Написано Ehli beyt ashigi 29 июня 2011 - 08:07

Bismillah,icazənizlə əlavələr edim.Məndə maraqlı kitab var.Əxilərə aid.Orda bir çox məsələlərə toxunub ki,Quran və sünnə işığından.Özüdə sünnü mənbələrindən.O kitabda da bu qeyd olunub(Cübbəlinin dediyi).Ardı ilə yazılır:"Hədisin səhih olmasını bütün əhli-sünnə alimləri HƏTTA ibn Teymiyyə deyir.


Qardaşım,sözümün məğzi budur ki,bu zındıqlar həm xəvaric, həmdə münafiq kimi aparırlar özlərini.
Cünki bunlar iddia edirlər ki,biz sünnüyük,lakin sünnülərdə təvəssülü qəbul edirlər.Amma bu zındıqların kişilikləri(yoxdur axı )catmır ki,onlara desinlər ki,siz də şirk edirsiz.Bilirsən nəyə görə deyə bilmirlər?Cünki özlərini əhli sünnəyə yamağ ediblər.
Vəhabilər elə buna LAYİQDİRLƏR,cırığ şalvardakı yamağ kimi yaşamağa.

Əgər bunların 1 qram kişiliyi olsa,təkcə şiələrə böhtan atıb deməzlər ki,şirk edirsiz,gedib 1 dəfədə sünnülərlə bu söhbəti edərlər.
Qardaşım,bunlar ümumiyyətlə özlərindən başqa hamını şirk əhli hesab edirlər,amma üzdə özlərini elə göstərirlər ki,guya bunlar ancaq şiələrə deyirlər bu sözü.Onlar sünnülərədə şirk əhli kimi baxırlar,sadəcə kişilikləri catmır ki,onlarla bu söhbəti etsinlər.Cünki bilirlər axı bu şirk deyil və belə olduğu təqdirdə onlarda gərək təvəssülü qəbul eləsinlər.Bunuda qəbul etsələr .............Vəəsəlam bunların yəhudi yönülü əqidələri puc olacaq.
Onda bəs kim özünə bomba qoyub günahsız insanları partladacaq,müsəlmanları parcalayacaq,islamı başqa cür tanıtdıracaq, ABŞ-ın sifarişlərini yerinə yetirəcək
?
Bax qardaşım söhbət bundaan gedir.

Ona görə bunlar hər vəchlə calışırlar ki,öz murdar əqidələrini qorusunlar.Lazım olanda hədisləridə inkar edir və hətda Quran ayələrini də inkar etməyə hazırdırlar.
Onlar hec fərqinədə varmırlar ki,belə böhtanlarla möminlərə zülm edirlər.
Allah təala zalımlara lənət eləsin.Amin !

  • N_ن_N это нравится


#75879 Антивирус Касперского с пожизненным ключем

Написано Ehli beyt ashigi 28 июня 2011 - 20:27

СМИ узнали подробности похищения и освобождения сына Касперского и нашли дом, где его держали


http://www.google.ru...y5nmwoA&cad=rjt

Пока что усное предупреждение...




Allah rizasi uchun mene kim komek eder antivirusla


Sənə ən yaxşı köməyi Həsənağa qardaşımız edə bilər,amma O,əsgərlikdədir.Bir sözdə deyim ki,O, indi günlərini sayır İnşəAllah 5-6 günə qayıdır.

Nə problem var? De bəlkə bizdə kömək edə bildik.


Allah C.C razi olsun antivirus yuklemek lazimdir , amma melum meselelerden biride odur ki, maddi imkan sixintisi var,deyirdim bashqa yolla belke yuklemek olar,ne bilim kod filan gonderen olsa.


Buyur qardaşım.
Yaxşı antivirusdu özüdə pulsuz.

Bu isə Kaspersky-di bu da pulsuzdur, amma ayda bir dəfə tazələmək lazımdır.
Bunun savabı Həsənağa qardaşımıza yazılar İnşəAllah,cünki mənə O,verib bunun adresini.

Haqqını halal et Həsənağa qardaşım,sağ salamat qayıt İnşəAllah.
Amin!



#75835 Şiələrə suallar

Написано Ehli beyt ashigi 27 июня 2011 - 16:56


Sən qəbul edirsən ki,Məkkə müşriklərinin etdikləri şirk təvvəsüll növündən idi?



Onlar dedilər: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini Buraxıb tək Allaha ibadət edək? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir” Əraf,70.

Müşrüklər,təvəssül yox,Allaha şərik qoşurdular.Onlar bu ayədə gör nə deyirlər.Məgər onlar tək olan Allahı qəbul edirdilər ki,hələ bir Allaha təvəssül ilədə yaxınlaşsınlar?
Onlar deyirdilər ki,biz cox olan Allahları qəbul edirik tək olan Allahı yox.Cünki atalarımız belə ibadət ediblər.
Bunu qanmaq belə cətindir?

Onlar coxluğu xoşlayıb və coxluğa görə qiymət verirdilər,eynilə vəhabilər kimi.Utanmaz utanmaz hələ bir fəxrdə edirlər ki,bəh bəh biz coxuq.
  • N_ن_N это нравится


#75622 Sual-Cavab

Написано Ehli beyt ashigi 20 июня 2011 - 19:10

Hormetli muselmanlar,bu sozler erebce ne demekdir?hem de menasi nedir? Qilman,huri,eraf??????????


Salam aleykum.
Qılman,cənnətdə xidmətkar oğlanlardır.
O biri suallarınıza isə "al islam" qardaşımız cavab verib.





Рейтинг@Mail.ru