Перейти к содержимому


Публикации Samir Selefi

59 публикаций создано Samir Selefi (учитываются публикации только с 25-сентября 23)



#63284 Əl Cin 18

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:12 в Əqidə və fiqh

Uca Allah buyurur:
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
Şübhəsiz ki, məscidlər Allahındır. Allah ilə birlikdə heç bir kimsəyə dua etməyin.” (əl-Cin 18). Yəni Allah ilə yanaşı heç bir kimsəyə ibadət etməyin və yaxud Allah ilə bərabər heç bir kimsədən kömək istəməyin. Deməli hər iki mənanı əhatə edir. Necə ki, Uca Allah bu haqda qeyd edir: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik!” (Əl Fatihə, 5). Bunu da qeyd edim ki, Allah ilə birlikdə qəbir sahibini: “Ya filankəs” çağıraraq ondan kömək istəmək məhz ona ibadət etmiş kimi hesab olunur. Çünki Allaha Dua etmək özü bir ibadətdir. Bu haqda Allah rəsulu (s.ə.s) dedi: “Dua ibadətdir”. Hətta bu məsələdə müxaliflərin İmamlardan (ə) gələn rəvayətlərinə görə: “İbadətin ən yaxşısı duadır” qeyd olunur. Bununla belə bütün ibadətlərin növü Allaha məxsusdur və ona görə də hər bir ibadətlərin növündə ona ortağı olmaq heç kəsin haqqı yoxdur. Müvəffəqiyyət Allahdandır.



#63293 Судя по хадисам Бухари Абу Бакр не был в пещере с пророком.

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:21 в Хадисы

Volume 1, Book 11, Number 661:
Narrated Ibn 'Umar: When the earliest emigrants came to Al-'Usba a place in Quba', before the arrival of the Prophet- Salim, the slave of Abu Hudhaifa, who knew the Qur'an more than the others used to lead them in prayer.

http://hadith.worldo...bukhari/book_11

Передает ибн Умар:
До переселения Пророка Салим, раб Абу Хузайфы, знающий Коран лучше других, примыкал во время молитвы первым мухаджирам, когда те прибыли в аль-Усбу, местность в Кубе.

Volume 9, Book 89, Number 287:
Narrated Ibn 'Umar: Salim, the freed salve of Abu Hudhaifa used to lead in prayer the early Muhajirin (emigrants) and the companions of the Prophet in the Quba mosque. Among those (who used to pray behind him) were Abu Bakr, 'Umar, Abu Salama, and Amir bin Rabi'a.

http://hadith.worldo...bukhari/book_89

Передает ибн Умар:
Салим, освобожденный раб Абу Хузайфы, вел молитву первым мухаджирам, и сподвижникам Пророка в мечети Куба. Среди них (тех, кто молились за ним) были Абу Бакр, Умар, Абу Салама и Амир бин Рабиа.



И как это понять , т.е. выходит Абу Бакр при переселении не был с Пророком (с.а.а.с) ???

Чтобы понять это необходимо прочитать внимательно два этих хадиса, которые повествуют о разном. То что Салим был имамом в Кубе и за ним молились Абу Бакр, Омар и др., не говорит о том, что это было во время Хиджры, мечеть Куба продолжала существовать и после Хиджры и в ней молились мусульмане. Возможно хдесь речь идет о достоинствах этого сподвижника, который был имамом таких великих сподвижников, а Аллаху ведомо лучше.



#63233 Sələfi Yaşar Qurbanovdan şok fətva

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:54 в Şiə-sünni dialoqu

Əvvəla onu deyim ki, Yaşarın belə bir fətva verməsi mənə məlum deyil, hər halda şəxsən özündən soruşub cavabını bura yerləşdirəcəm.
İkinci bir tərəfdən Yaşar məsum deyil və dediyinə dəlil tələb olunur.
Maraqlısı odur ki, şiyə qardaşlarımız bu məsələdə bir səslə məsxərəyə əl atdılar, fəqət məsələn allamə Sistaninin "orucluqda siqaret fətvası" nəyə əsaslanır mənə çox maraqlıdır.



#63243 Sələfi Yaşar Qurbanovdan şok fətva

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 20:16 в Şiə-sünni dialoqu

Belə yazılardan sonra Sizinlə nə danışaq? Allah yalançıya lənət etsin. Fətvanı göstərin bizə (Sistaninin saytından, vəhhabilərin düzəltdiyi kağızdan yox!)

Vallahi bunu bir şiyə iqrar edib!
http://www1.disput.a...showtopic=35917
Hər halda məsələləri araşdırmaq lazımdır, sonra məsxərəyə qoymaq. Ümumən məsxərə müsəlmanın ədəbindən deyil.



#63301 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 15:04 в Şiə-sünni dialoqu

Bunlar şiyələrin uydurduğu əhvalatlardır, sabit olan odur ki, onlar sağlığında olduğu kimi, ölümündəm sonrada Rəsulullahla bərabər olublar və inşəAllah birgə diriləcəklər, amma Mehdinin (r.a.) Öməri dirildərək intiqam alması əfsanədən başqa bir şey deyil. Müvəffəqiyyət Allahdandır.

Siz bu hədisi İbn Cəuzidən gətirmisiz və bu hədis zəifdir. Səhih saydığınız mənbədən orijinal mətni gətirin baxaq.

Mətnlər eynidi, bəziləri daha qısa formada rəvayət edib, fəqət bu xütbənin verilməsi məşhur bir hadisədir. Təəssüf ki skan etməyə imkanım yoxdur.



#63280 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:35 в Şiə-sünni dialoqu

İmam Buxari və İmam Müslim öz "Səhih"lərində "Səhabələrin fəziləti kitabında" Abdullah ibn Abbasdan (radıallahu ənhum) aşağıdakı hədisi rəvayət edirlər:
"Ömər ibn Əl Xəttabın (radıallahu ənhu) cənazəsi ortaya qoyulduğunda, camaat ona xeyr-dua etmək, fəzilətlərini dilə gətirmək və cənazə namazını qılmaq üçün cənazənin ətrafına toplandı. Məndə xalqın içərisində idim. Arxamdan çiynimi tutan kimsədən başqa mənə heş kimin sözləri belə təsir etmədi. Döndüm və gördüm ki bu Əlidir (radıallahu ənhu). Ömər üçün mərhəmət dilədi və dedi:
"Geriyə, sənin əməlin qədər bir əməllə Allaha qovuşmamı çox istəyə biləcəyim heç bir kimsə buraxmadın. Allaha and olsun ki, Allahı səni iki dostunla bərabər edəcəyi qənaətində idim. Çünkü rəsulullah (sallallahu aleyhi və alə əlihi vasalləm) "Əbu Bəkr və Ömərlə birlikdə gəldim, Əbu Bəkr və Ömərlə birlikdə girdim, Əbu Bəkr və Ömərlə birlikdə çıxdım" deyərkən çox eşitmişdim. Bu səbəblə mən Allahın səni onlarla bərabər edəcəyəni düşünüb ümid edərdim".



#63287 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:49 в Şiə-sünni dialoqu

Əl Fəth dedi:
"Mən verdiyim sılkada Əlinin Əbu Bəkər və Ömərə həqiqi münasibəti görsənir". Məndə həmən mənbədən Əli (r.a.) dilindən Ömər və Əbu Bəkrə olan münasibətini gətirdim. Mövzunu diqqətlə izlə.



#63238 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 20:03 в Şiə-sünni dialoqu

Əl Fəth, Buxari və Müslimdə keçən hədisdə deyilən sözlər Əlinin yox, Ömərin sözləridir, diqqətlə oxu.
Hədis İbn Cəuzinin sənədi ilə zəifdir, başqa sənədlərlə isə səhihdir, mənbələr verilib, araşdırın baxın.



#63223 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:24 в Şiə-sünni dialoqu

Ay maşallah, ay maşallah. Yox, işləyirsiz. Mən elə bildim işləmirsiz ta.

Görəsən başqa mövzularda da ibn əl-Cəuzinin fikirlərinə söykənməyə ürək edəcəksinizmi? Nə isə... Keçək mətləbə.


Əvvəla həmən isnadın zəif olduğunu mən özüm dedim, fəqət bu rəvayətin oxşarları tavatür dərəcəsində çoxdur, İmam Əlinin (r.a.) Kufədə verdiyi bu xütbə məşhurdur, işlətdiyin "nə bilim nə..." elmi üslub deyil, mənbələr verilib, qəti iradın varsa, buyur, dəlillərlə bildir. 6 mənbə vermişəm.



#63222 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:21 в Şiə-sünni dialoqu

Əbu Bəkr və Öməri (Allah onlardan razı olsun) dillərinə dolayan, onları aşağılayan bir qrup insanın yanından keçdim. Həmən Əlinin (Allah ondan razı olsun) yanına getdim və ona dedim:
- Ey möminlərin əmiri ! Adamlarından bir qrupun yanından keçdim. Əbu Bəkr və Ömərdən laiq olmadıqları şəkildə bəhs edirdilər. Əgər sənin belə bir düşüncəyə sahib olduğuna inanmasalardı belə danışmağa cəsarət etməzdilər.
Əli (r.a.) belə cavab verdi:
- Onlara (Əbu Bəkr və Ömər) Rəsulullahın (s.a.v.) bəslədiyi münasibətin əksinə davranmaqdan Allaha sığınıram. Onlara qarşı gözəl və xoş hisslərdən başqa hiss bəsləyənlərə Allah lənət eləsin! Onlar Rəsulullahın qardaşları, silahdaşları və vəzirləridir.

http://313news.net/forum/index.php?/topic/3980/

Birincisi gətirdiyin ssılkanın mövzumuza aidiyyatı yoxdur, çünkü mən gətirdiyim hədisi Buxari rəvayət etməyib, odur ki mövzudan yayınma və bu hədis barədə danış.
İkincisi gətirdiyin ssılkada Müslim və Buxarinin nəql etdiyi mətn etibarı ilə oxşar hədislər, fərqli isnadlarla verilmişdir, aç mövzunu özün bax, iradın varsa orada bildir, müzakirə edək.



#63312 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 16:29 в Şiə-sünni dialoqu

Bir də nəzərinizə çatdırıram ki, hər mövzunun öz yeri var. Onlar haqda aidiyyatı olan yerdə yazın.



#63210 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 17:52 в Şiə-sünni dialoqu

Ərəbcə hədisin əvvəli burda:
http://www.islamport...eb/2612/114.htm
davamı:
http://www.islamport...eb/2612/115.htm
sonu:
http://www.islamport...eb/2612/116.htm



#63209 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 17:50 в Şiə-sünni dialoqu

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
Həmd aləmlərin Rəbbi olan, Muhəmmədi (sallallahu aleyhi və alə əlihi vasalləm) hidayət elçisi olaraq göndərən, İslamı kamil edən və onu haqq din olaraq seçən Allaha məxsusdur.
Böyük islam alimi, imam, hafiz Əbül Fərəc İbn Əl Cəuzi "Təlbisi İblis" kitabında deyir:
Bizə Əbu Bərəkat ibn Əli Bəzzar, ona Əbu Bəkr Tureysisi, ona Hibətullah ibn Həsən Təbəri, ona Übeydullah ibn Məhəmməd ibn Əhməd, ona Əli ibn Məhəmməd ibn Əhməd ibn Yezid Reyahi, ona Məhəmməd ibn Əhməd ibn Yezid Reyahi, ona Həsən ibn Ümara, ona Minhal ibn Amr, ona da Süveyd ibn Qəflə belə anlattı:

Əbu Bəkr və Öməri (Allah onlardan razı olsun) dillərinə dolayan, onları aşağılayan bir qrup insanın yanından keçdim. Həmən Əlinin (Allah ondan razı olsun) yanına getdim və ona dedim:
- Ey möminlərin əmiri ! Adamlarından bir qrupun yanından keçdim. Əbu Bəkr və Ömərdən laiq olmadıqları şəkildə bəhs edirdilər. Əgər sənin belə bir düşüncəyə sahib olduğuna inanmasalardı belə danışmağa cəsarət etməzdilər.
Əli (r.a.) belə cavab verdi:
- Onlara (Əbu Bəkr və Ömər) Rəsulullahın (s.a.v.) bəslədiyi münasibətin əksinə davranmaqdan Allaha sığınıram. Onlara qarşı gözəl və xoş hisslərdən başqa hiss bəsləyənlərə Allah lənət eləsin! Onlar Rəsulullahın qardaşları, silahdaşları və vəzirləridir.
Sonra gözləri yaşlı halda əlimdən tuttu və birlikdə məscidə getdik. Minbərə çıxdı və oturdu. Bu arada insanlar yanımıza toplandılar. Əli (r.a.) qalxdı və qısa bir xütbə verdi. Xütbəsində belə dedi:
"Bəzilərinə nə olub ki, Qureyşin iki əfəndisini çirkin sözlərlə anırlar? Mən onların söylədiklərindən uzağam. Etdiklərindən dolayıda onları cəzalandıracağam.
Buğda dənəsini yaran və küləyi əstirən Allaha and olsun ki, o ikisini ancaq təqva əhli mömin sevər, onlara sadəcə gunahkar, bədbəxt kimsələr nifrət edər. Rəsulullaha sədaqətlə və vəfakarcasına silahdaşlıq etdilər, yaxşılığı əmr edib, ptslikdən çəkindirdilər. Bir yalnışlıq etdilərsə, xəbardar edildilər. Ancaq Rəsulullah onların görüşlərindən başqa görüş tərcih etməz, heç kimsəni onlar qədər sevməzdi. Rəsulullah onlardan razı halda ayrıldı. Onlarda, möminlər onlardan razı qaldığı halda köçüb getdilər.
Rəsulullah Əbu Bəkrə möminlərə namaz qıldırmağı əmr etdi. O, Rəsulullah həyatta ikən doqquz gün boyunca namaz qıldırdı. Allah peyğəmbərini vəfat etdirib yanına alınca, möminlər namazıda, zəkatıda ona həvalə etdilər. Sonrada məcburiyyətsiz , öz xoşlarıyla ona beyyət etdilər. Mən Abdulmutallib oğullarından ona ilk beyət edən adamam. O xəlifəliyi istəmir, bu işi bizdən birinin alsmasını istəyirdi. Vallahi o geridə qalanların ən mərhəməlisi, ən şəfqətlisi, ən təqvalısı, ən yaşlısı və islamı ilk qəbul edən kişi idi. Rəsulullah onu şəfqət və mərhəmətiylə Mikayıla (ə), bağışlaması və vəqarıyla İbrahim (ə) bənzədirdi. Rəsulullahın yolu ilə getdi və o hal üzrə vəfat etdi. Allah ona rəhmət eləsin!
Sonra xilafətə Ömər keçirildi, məndə onun olmasına razı olanlardan idim. İşi Rəsulullahın və dostunun yolu üzrə götürdü, süddən kəsilmiş dəvə balasının anasını təqib edişi kimi, onların izini təqib etdi. Vallahi gücsüzlərə qarşı şəfqətli və mərhəmətli idi, zalımlara qarşı məzlumun yanında idi. Allah yolunda heç bir qınayanın qınamasından qorxmazdı. Allah haqqı onun dilinə verdi, doğruluğu onun xasiyyəti elədi. Belə ki, biz Ömərin dilinin üzərində bil mələyin danışdığını sanırdıq. Allah onun islama girişi ilə birlikdə islamı gücləndirdi. Allah möminlərin qəlbinə onun sevgisini, münafiqlərin qəlbinədə ondan qorxma duyğusunu qoydu. Rəsulullah onu düşmənlərə qarşı sərtliyi və qatılığı səbəbi ilə Cəbrayıla (ə) bənzədirdi.
Allah onlara rəhmət eləsin. Allah sizədə onlar kimi birilərini nəsib etmiş, bizə onların yolunda getmə ehsanını bəxş etmişdir. Hər kim məni sevirsə onlarıda sevsin. Kim onları sevməzsə, mənə də nifrət etmiş olur, mən o adamdan uzağam. Onlar barəsində bir addım atacaq olsaydım, haqqlarında pis danışanlara çox böyük cəza verərdim.
Diqqət edin! Bu gündən etibarən bu cür sözlər söyləyənin cəzası iftiraçıya verilən cəzadır. Diqqət! Bu ümmətin peyğəmbərdən sonra ən xeyirlisi Əbu Bəkr ilə Ömərdir (Allah onlardan razı olsun). Sonra Allah xeyrin harada olduğunu hərkəsdən yaxşı bilir. Bunlarla sözümü bitirir, mənim və sizin üçün Allahdan bağışlanma diləyirəm".



#63211 İmam Əlinin xütbəsi

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 18:06 в Şiə-sünni dialoqu

Hər nə qədər İbn Əl Cəuzinin gətirdiyi isnad zəif olsada, isnadda ravilərdən biri mətrukdur, rəvayət çox məşhurdur və bir çox başqa yollarla rəvayət edilmişdir.
Hədisi əl-Laləkay "Şərh Usul İtiqad Əhl əs-Sunnə" kitabında (7/1295-1296; rəqəm: 2456) Ubeydullah bin Muhamməd bin Əhməd yolu ilə yuxarıda İbnul-Cəvzinin gətirdiyi ləfz ilə rəvayət etmişdir.
Bunu eləcə də Ziya əd-Din əl-Maqdisi "Nəhy an Səbb əl-Əshab" əsərində (səh: 71-73; rəq: 12) Kəsir bin Mərvan yoli ilə əl-Həsən bin Amməradan buna bənzər uzun bir mətnlə rəvayət etmişdir.
Eləcədə əl-Hindi "Kənz əl-Umməl" kitabında (13/22; rəq: 36145) rəvayət etmişdir və bu rəvayəti Xeysəmə və əl-Laləkaya, Əbul-Həsən əl-Bəğdadiyə onun "Fədail Əbu Bəkr və Umər" kitabına, əş-Şiraziyə onun "əl-Əlqab" kitabına, İbn Məndəyə onun "Tarix Əsbəhan" kitabına və İbn Asakirə onun "Tarix əd-Dəməşq" kitabına istinad etmişdir.
Eləcədə İbn Hacər əl-Heytəmi bunu "əs-Səvaiq əl-Muhriqa" kitabında (1/183) rəvayət etmiş və bunu Əbu Zərr əl-Hərvi və əd-Dəraqutniyə bir çox yoldan aid etmişdir.
əl-Xatib əl-Bağdadi bunu "Tarix" əsərində (1/325-326, 5/129, 7/68, 8/376 və 14/416) və İbn Asakir "Tarix əd-Dəməşq" əsərində (Cüzi Osman; səh: 146-151) bir çox yol ilə Əlidən müxtəsər şəkildə bu ləfz ilə rəvayət etmişdir: "Bu ümmətin ən xeyirliləri peyğəmbərindən sonra Əbu Bəkrdir və sonra Ömərdir." Bir digər rəvayətdə isə "sonra Osman, sonra mənəm" şəklində gəlmişdir.
Şeyxul-İslam İbn Teymiyyə "Minhəc əs-Sünnə" əsərində (1/11-12) bu əsərin sənədinin mütəvatir olduğunu deyir.
Ən doğrusunu Allah bilir.



#63283 Arxadan ilişki

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:05 в Əqidə və fiqh

vəhhabilər iddia edirlər ki, ibni Ömərdən bu mövzuda nəql edilmiş hədislər duburdan yox fərcdən olmaq şərti ilə arxadan cinsi əlaqə haqqındadır.

Bəqərə surəsindəki ayənin təfsiridə məhs belədir, ənsar qadınlara yalnız bir cür yaxınlaşırdılar, "istədiyiniz kimi yaxınlaşın", yəni istədiyiniz cür, fəqət anal dəlikdən yaxınlaşmaq haramdır, bu məşhur və sübut olan məsələdir, hədis təfsiri olan İbn Kəsirin təfsirində buna dair kifayət qədər hədis nəql edir. Əbu Süfyan Ordusu alimlərinin eyiblərini örtbasdır etmək üçün rusların "sam takoy" məntiqindən çıxış edir və bu bir çox şiyələrə aiddir.



#63316 Əbubəkrin mağara əhvalatı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:07 в Şiə-sünni dialoqu

Əqidədaşın hədisləri diqqətlə oxumayıb.

Mən diqqətlə oxudum
http://313news.net/f...dpost__p__26012

Və nə qərara gəldin? Hədisin biri konkret hadisə haqqındadır, orada Əbu Bəkrin adı çəkilmir, o biri isə ümumi məlumat verir, belə deyil? Məgər Əbu Bəkr Hicrət hadisəsindən sonra heç vaxt Quba məscidində namaz qılmayıb? Və yaxud məsələn onun Hicrət hadisəsindən 5 il sonra Quba məscidində namaz qılması onun ilk mühacir olmasını inkar edir? Və yaxud Salim yalnız Hicrət hadisəsindən sonra dərhal, yalnız bir dəfə Quba məscidində imamlıq edib?



#63295 Əbubəkrin mağara əhvalatı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:23 в Şiə-sünni dialoqu

Bizim kitablarda gəlib və biz bunu qəbul edirik. Sadəcə olaraq sizin kitablardakı, hədislər əksini deyir. Əmmamılik edib bunu izah elə.

Harda bunun əksini gördün ki belə ürəkləndin?


Mövzunu oxumamısan məgər?

http://313news.net/f...dpost__p__25897

http://313news.net/f...dpost__p__26012

Əqidədaşın hədisləri diqqətlə oxumayıb.



#63311 Aişə və Həfsə...

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 16:17 в Hədislər

Və??? Məgər onlar tövbə etmədi?


Bu hardasa qeyd olunub?


Bunun dəlili rəsulullahın onları boşamamasıdır.


Dəqiq mənbədən dəlil göstər. Mövzunu bir az da qızışdır. Hələ bu "Bismillah"ımdır... Ardı olajax... :gizildish:

Dəlil Qurani Kərimdir, sizin bəla ondadır ki, Quran oxumursunuz! Uca Allah buyurur:
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلً
وَإِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنْكُنَّ أَجْرًا عَظِيمًا
Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi (dünya malıyla) məmnun edib gözəl tərzdə sərbəst buraxım.
Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.
(Əl Əzhab 28-29)
Fəqət rəsulullahın zövcələri "Allahı, Onun Elçisini və Axirət yurdunu" seçdi, bu üzdən rəsulullah onları boşamadı.
Digər tərəfdən, Təhrim surəsindəki əhvalat Həfsənin (r.a.) Aişə (r.a.) rəsulullahın sirrini açması haqqında idi, onların dindən çıxması haqqında, kafir və ya müşrik olması haqqında deyil. Və onların bu əməlini rəsulullaha vəhylə bildirən Allah onların tövbə etmədiklərini və rəsulullahın onları boşaması lazım olduğunu bildirmədi, çünki onlar həqiqətən tövbə etdilər. Haqq axtaranlar üçün bu kifayətdir. Müvəffəqiyyət Allahdandır.



#63235 Aişə və Həfsə...

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:57 в Hədislər

Və??? Məgər onlar tövbə etmədi?

Bu hardasa qeyd olunub?

Bunun dəlili rəsulullahın onları boşamamasıdır.



#63226 Aişə və Həfsə...

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:43 в Hədislər

Və??? Məgər onlar tövbə etmədi?



#63181 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 14:02 в Əqidə və fiqh

Əgər söhbət açılıbsa başqa şeylər də yazmaq olar. Məsələn, Usulul Kafi, Kitabul Hüccə, Əbvab ət-Tarix, Bab Movludun Nəbiy s.a.v.
جاء في الاصول من الكافي ان ابو طالب قام بارضاع نبينا محمد صلى الله عليع وسلم

Bu ayıbdır amma məcburən bir qədər aydınlıq gətirməliyik. Rəvayətə görə, Əbu Talib Peyğəmbərə (s.a.v.) süd əmizdirib.
Yaxud məsələn, Kitabul Hüccə, Bab Movlud Huseyn: Guya Hüseyn (r.a.) Peyğəmbərin (s.a.v.) barmağı və dilindən süd əmib.

Hörmətli şiyələr, zəhmət olmasa bu rəvayət haqqında ətraflı məlumat verin.



#63188 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 14:58 в Əqidə və fiqh

Əvvəla təhqir heç kəsə baş ucalığı gətirmir, ittiham etsəndə, onu təhqirsiz elə, əslində təhqir acizliyin əlamətidir. İkincisi birbaşa həmən mövzuda Qamətin cavabını gətirməmişdin. Üçüncüsü, necə məlumdur, əhli sünnə və cəmaa, peyğəmbərlərdən başqa heç kimi məsum saymır, necə İmam Malik deyir: "Bu qəbrin sahibindən (yəni rəsulullahdan (s.a.s.)) başqa hər bir şəxsin sözləri rədd oluna bilər". Bu səbəblə hər hansı bir alimin görüşü bizim üçün mütləq höccət sayılmır, xüsusən həmən rəyin əleyhinə dəlillər güclüdürsə.
Bilindiyi kimi qeyd etdiyin məsələdə üç rəy var, və Qamət cumhurun rəyinə söykənərək cavab vermişdir. Müvəffəqiyyət Allahdandır.



#63225 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:40 в Əqidə və fiqh

Hörmətli şiyələr, zəhmət olmasa bu rəvayət haqqında ətraflı məlumat verin.


Zəhmət olmasa bu hədisi qamətin sözləri ilə birlikdə ayrıca mövzu kimi aç mən də bacardığım qədər ətraflı mə`lumat verim, inşaallah!


Başqa mövzuya nə gərək var? Elə burada məlumat ver.
Buyur, iddialar burda:
http://313news.net/f...php?/topic/791/

PS, ümumən mənim fikrim budur ki, fiqhdə hər bir məsələ müzakirə oluna bilər və bunda bir qəbahət yoxdur. Ağıllar və suallar müxtəlifdir, alimin vəzifəsi insanları maraqlandıran suallara dəlillərlə cavab verməkdir.



#63180 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 13:58 в Əqidə və fiqh

Milli vəhhabilərimiz artıq bu fətvanı həyat təcrübələrində tətbiq edirlər. Məsələn Qamətə müridləri bu barədə sual verir:

Salam Aleykum Şeyx,

Qardaş , əxilərdən biri uzun səfərə (bir illik) gedir inşallah, ailəsin gündəlik işləri üçün mənə tapşırıb. Lakin zövcəsi mənə naməhrəmdi. Hicaba riayət eləmir. Man eşitdiyimə görə (icazə var alimlərdən), əgər zövcəsi mənə süd versə ona məhrəm olaram. Bunu etmək olar ?

Cəzəukumullahu xeyran qardaş.


Mənbə

Əgər adilsənsə, niyə Qamətin cavabını gizlədirsən? Axı bu müsəlmana yaraşan əməl deyil!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, belə etmək olmaz. Həm də çalışın ailəsi ilə əlaqə saxlamayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#63198 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 15:57 в Əqidə və fiqh

Təşəkkür edirəm, cavabını oxumuşam, inşəAllah ərəb dilini dərin bilən qardaşlardan məlumat alıb mövzunu davam etdirərəm.
İkinci bir tərəfdən, Əzhab surəsi 33-cü ayədə gələn müraciyətin kişi cinsində olması, ərəb dilinin xüsusiyyəti deyilmi?




Рейтинг@Mail.ru