Перейти к содержимому


Фотография

İmam Əlinin xütbəsi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 21

#1 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 10 октября 2010 - 17:50

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
Həmd aləmlərin Rəbbi olan, Muhəmmədi (sallallahu aleyhi və alə əlihi vasalləm) hidayət elçisi olaraq göndərən, İslamı kamil edən və onu haqq din olaraq seçən Allaha məxsusdur.
Böyük islam alimi, imam, hafiz Əbül Fərəc İbn Əl Cəuzi "Təlbisi İblis" kitabında deyir:
Bizə Əbu Bərəkat ibn Əli Bəzzar, ona Əbu Bəkr Tureysisi, ona Hibətullah ibn Həsən Təbəri, ona Übeydullah ibn Məhəmməd ibn Əhməd, ona Əli ibn Məhəmməd ibn Əhməd ibn Yezid Reyahi, ona Məhəmməd ibn Əhməd ibn Yezid Reyahi, ona Həsən ibn Ümara, ona Minhal ibn Amr, ona da Süveyd ibn Qəflə belə anlattı:

Əbu Bəkr və Öməri (Allah onlardan razı olsun) dillərinə dolayan, onları aşağılayan bir qrup insanın yanından keçdim. Həmən Əlinin (Allah ondan razı olsun) yanına getdim və ona dedim:
- Ey möminlərin əmiri ! Adamlarından bir qrupun yanından keçdim. Əbu Bəkr və Ömərdən laiq olmadıqları şəkildə bəhs edirdilər. Əgər sənin belə bir düşüncəyə sahib olduğuna inanmasalardı belə danışmağa cəsarət etməzdilər.
Əli (r.a.) belə cavab verdi:
- Onlara (Əbu Bəkr və Ömər) Rəsulullahın (s.a.v.) bəslədiyi münasibətin əksinə davranmaqdan Allaha sığınıram. Onlara qarşı gözəl və xoş hisslərdən başqa hiss bəsləyənlərə Allah lənət eləsin! Onlar Rəsulullahın qardaşları, silahdaşları və vəzirləridir.
Sonra gözləri yaşlı halda əlimdən tuttu və birlikdə məscidə getdik. Minbərə çıxdı və oturdu. Bu arada insanlar yanımıza toplandılar. Əli (r.a.) qalxdı və qısa bir xütbə verdi. Xütbəsində belə dedi:
"Bəzilərinə nə olub ki, Qureyşin iki əfəndisini çirkin sözlərlə anırlar? Mən onların söylədiklərindən uzağam. Etdiklərindən dolayıda onları cəzalandıracağam.
Buğda dənəsini yaran və küləyi əstirən Allaha and olsun ki, o ikisini ancaq təqva əhli mömin sevər, onlara sadəcə gunahkar, bədbəxt kimsələr nifrət edər. Rəsulullaha sədaqətlə və vəfakarcasına silahdaşlıq etdilər, yaxşılığı əmr edib, ptslikdən çəkindirdilər. Bir yalnışlıq etdilərsə, xəbardar edildilər. Ancaq Rəsulullah onların görüşlərindən başqa görüş tərcih etməz, heç kimsəni onlar qədər sevməzdi. Rəsulullah onlardan razı halda ayrıldı. Onlarda, möminlər onlardan razı qaldığı halda köçüb getdilər.
Rəsulullah Əbu Bəkrə möminlərə namaz qıldırmağı əmr etdi. O, Rəsulullah həyatta ikən doqquz gün boyunca namaz qıldırdı. Allah peyğəmbərini vəfat etdirib yanına alınca, möminlər namazıda, zəkatıda ona həvalə etdilər. Sonrada məcburiyyətsiz , öz xoşlarıyla ona beyyət etdilər. Mən Abdulmutallib oğullarından ona ilk beyət edən adamam. O xəlifəliyi istəmir, bu işi bizdən birinin alsmasını istəyirdi. Vallahi o geridə qalanların ən mərhəməlisi, ən şəfqətlisi, ən təqvalısı, ən yaşlısı və islamı ilk qəbul edən kişi idi. Rəsulullah onu şəfqət və mərhəmətiylə Mikayıla (ə), bağışlaması və vəqarıyla İbrahim (ə) bənzədirdi. Rəsulullahın yolu ilə getdi və o hal üzrə vəfat etdi. Allah ona rəhmət eləsin!
Sonra xilafətə Ömər keçirildi, məndə onun olmasına razı olanlardan idim. İşi Rəsulullahın və dostunun yolu üzrə götürdü, süddən kəsilmiş dəvə balasının anasını təqib edişi kimi, onların izini təqib etdi. Vallahi gücsüzlərə qarşı şəfqətli və mərhəmətli idi, zalımlara qarşı məzlumun yanında idi. Allah yolunda heç bir qınayanın qınamasından qorxmazdı. Allah haqqı onun dilinə verdi, doğruluğu onun xasiyyəti elədi. Belə ki, biz Ömərin dilinin üzərində bil mələyin danışdığını sanırdıq. Allah onun islama girişi ilə birlikdə islamı gücləndirdi. Allah möminlərin qəlbinə onun sevgisini, münafiqlərin qəlbinədə ondan qorxma duyğusunu qoydu. Rəsulullah onu düşmənlərə qarşı sərtliyi və qatılığı səbəbi ilə Cəbrayıla (ə) bənzədirdi.
Allah onlara rəhmət eləsin. Allah sizədə onlar kimi birilərini nəsib etmiş, bizə onların yolunda getmə ehsanını bəxş etmişdir. Hər kim məni sevirsə onlarıda sevsin. Kim onları sevməzsə, mənə də nifrət etmiş olur, mən o adamdan uzağam. Onlar barəsində bir addım atacaq olsaydım, haqqlarında pis danışanlara çox böyük cəza verərdim.
Diqqət edin! Bu gündən etibarən bu cür sözlər söyləyənin cəzası iftiraçıya verilən cəzadır. Diqqət! Bu ümmətin peyğəmbərdən sonra ən xeyirlisi Əbu Bəkr ilə Ömərdir (Allah onlardan razı olsun). Sonra Allah xeyrin harada olduğunu hərkəsdən yaxşı bilir. Bunlarla sözümü bitirir, mənim və sizin üçün Allahdan bağışlanma diləyirəm".

#2 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 10 октября 2010 - 17:52

Ərəbcə hədisin əvvəli burda:
http://www.islamport...eb/2612/114.htm
davamı:
http://www.islamport...eb/2612/115.htm
sonu:
http://www.islamport...eb/2612/116.htm

#3 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 10 октября 2010 - 18:06

Hər nə qədər İbn Əl Cəuzinin gətirdiyi isnad zəif olsada, isnadda ravilərdən biri mətrukdur, rəvayət çox məşhurdur və bir çox başqa yollarla rəvayət edilmişdir.
Hədisi əl-Laləkay "Şərh Usul İtiqad Əhl əs-Sunnə" kitabında (7/1295-1296; rəqəm: 2456) Ubeydullah bin Muhamməd bin Əhməd yolu ilə yuxarıda İbnul-Cəvzinin gətirdiyi ləfz ilə rəvayət etmişdir.
Bunu eləcə də Ziya əd-Din əl-Maqdisi "Nəhy an Səbb əl-Əshab" əsərində (səh: 71-73; rəq: 12) Kəsir bin Mərvan yoli ilə əl-Həsən bin Amməradan buna bənzər uzun bir mətnlə rəvayət etmişdir.
Eləcədə əl-Hindi "Kənz əl-Umməl" kitabında (13/22; rəq: 36145) rəvayət etmişdir və bu rəvayəti Xeysəmə və əl-Laləkaya, Əbul-Həsən əl-Bəğdadiyə onun "Fədail Əbu Bəkr və Umər" kitabına, əş-Şiraziyə onun "əl-Əlqab" kitabına, İbn Məndəyə onun "Tarix Əsbəhan" kitabına və İbn Asakirə onun "Tarix əd-Dəməşq" kitabına istinad etmişdir.
Eləcədə İbn Hacər əl-Heytəmi bunu "əs-Səvaiq əl-Muhriqa" kitabında (1/183) rəvayət etmiş və bunu Əbu Zərr əl-Hərvi və əd-Dəraqutniyə bir çox yoldan aid etmişdir.
əl-Xatib əl-Bağdadi bunu "Tarix" əsərində (1/325-326, 5/129, 7/68, 8/376 və 14/416) və İbn Asakir "Tarix əd-Dəməşq" əsərində (Cüzi Osman; səh: 146-151) bir çox yol ilə Əlidən müxtəsər şəkildə bu ləfz ilə rəvayət etmişdir: "Bu ümmətin ən xeyirliləri peyğəmbərindən sonra Əbu Bəkrdir və sonra Ömərdir." Bir digər rəvayətdə isə "sonra Osman, sonra mənəm" şəklində gəlmişdir.
Şeyxul-İslam İbn Teymiyyə "Minhəc əs-Sünnə" əsərində (1/11-12) bu əsərin sənədinin mütəvatir olduğunu deyir.
Ən doğrusunu Allah bilir.

#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 10 октября 2010 - 18:48

Əbu Bəkr və Öməri (Allah onlardan razı olsun) dillərinə dolayan, onları aşağılayan bir qrup insanın yanından keçdim. Həmən Əlinin (Allah ondan razı olsun) yanına getdim və ona dedim:
- Ey möminlərin əmiri ! Adamlarından bir qrupun yanından keçdim. Əbu Bəkr və Ömərdən laiq olmadıqları şəkildə bəhs edirdilər. Əgər sənin belə bir düşüncəyə sahib olduğuna inanmasalardı belə danışmağa cəsarət etməzdilər.
Əli (r.a.) belə cavab verdi:
- Onlara (Əbu Bəkr və Ömər) Rəsulullahın (s.a.v.) bəslədiyi münasibətin əksinə davranmaqdan Allaha sığınıram. Onlara qarşı gözəl və xoş hisslərdən başqa hiss bəsləyənlərə Allah lənət eləsin! Onlar Rəsulullahın qardaşları, silahdaşları və vəzirləridir.

http://313news.net/forum/index.php?/topic/3980/
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 10 октября 2010 - 18:59

Ay maşallah, ay maşallah. Yox, işləyirsiz. Mən elə bildim işləmirsiz ta.

Görəsən başqa mövzularda da ibn əl-Cəuzinin fikirlərinə söykənməyə ürək edəcəksinizmi? Nə isə... Keçək mətləbə.

Bismillah.

Hədisin sənədi barədə:

الحسن بن عمارة Həsən ibn Ümara

1) İbn Həcər onun hədisinin mətruk olduğunu deyir.
  • Mənbə:
  • İbn Həcər, Təqrib əl-Təhdib, 1264-cü ravi
2) Həmin bu İbn Cəuzi də onun mətruk olduğunu deyir. Sual olunur bəs bunu bilə-bilə niyə o hədisi şiələrə qarşı olan fəslində bizə dəlil kimi təqdim edir?
  • Mənbə:
  • İbn Cəuzi, "əl-Düəfa və mətrukin", 848-ci ravi
3) Zəhəbi onun zəif olduğunu deyir.
  • Mənbə:
  • Zəhəbi, əl-Kaşif, 1051-ci ravi
4) Zəhəbi, "Mizan əl-İtidal", 1918-ci ravi:
  • Ahməd onun mətruk olduğunu deyib.
  • İbn Müin onun hədisdə heç nə olduğunu deyib.
  • İbn Cəuzi mətruk olduğunu deyib.
  • Əbu Hətim, Müslim, Darəqutni hamısı onun mətruk olduğunu deyib.
Sonra bizə qarşı Hindinin "Kənzül Ümmal"-ından, Heysəminin "Səvaiq"-indən, Bağdadinin "Tarix"-indən və s.-dən "dəlil" gətirirsən. Hünərin çatacaqmı bu kitablardan gətirdiyim dəlillərə cavab verməyə? Axı mən bilirəm ki, başlayacaqsan ay nəbilim "Kənzül Ümmal"da uydurma hədis çoxdur, Heysəmini ümumiyyətlə sələf qəbul etmir (çünki İbn Teymiyyəni vaxtilə tənqid edib), Bağdadinin "Tarix"i şübhəli kitabdı nə bilim nə.... Bunlar sələfilərin daima işlətdiyi sözlərdi. Çox eşitmişik...

İbn Teymiyyənin bu hədisi mütəvatir hesab etdiyini yazmısan. Həmin ibn Teymiyyə deyildimi ki, Minah əs-Sünnədə Hz. Əli (ə) haqqında əhli-sünnə mənbələrində mütəvatir olaraq nəql edilmiş hədislərin "şiələrin uydurmaları" adlandıran? Ümumiyyətlə, ibn Teymiyyənin mütəvatirlik anlayışı nədən ibarətdir? Sən onu mənə de, mən deyim bu hədis mütəvatirdi ya yox.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 10 октября 2010 - 19:12

Ümumiyyətlə, ibn Teymiyyənin mütəvatirlik anlayışı nədən ibarətdir? Sən onu mənə de, mən deyim bu hədis mütəvatirdi ya yox.

İbn Teymiyyəyə görə 7 (və çox) səhabədən gələn hədis mütəvatirdir.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#7 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 10 октября 2010 - 19:21

Əbu Bəkr və Öməri (Allah onlardan razı olsun) dillərinə dolayan, onları aşağılayan bir qrup insanın yanından keçdim. Həmən Əlinin (Allah ondan razı olsun) yanına getdim və ona dedim:
- Ey möminlərin əmiri ! Adamlarından bir qrupun yanından keçdim. Əbu Bəkr və Ömərdən laiq olmadıqları şəkildə bəhs edirdilər. Əgər sənin belə bir düşüncəyə sahib olduğuna inanmasalardı belə danışmağa cəsarət etməzdilər.
Əli (r.a.) belə cavab verdi:
- Onlara (Əbu Bəkr və Ömər) Rəsulullahın (s.a.v.) bəslədiyi münasibətin əksinə davranmaqdan Allaha sığınıram. Onlara qarşı gözəl və xoş hisslərdən başqa hiss bəsləyənlərə Allah lənət eləsin! Onlar Rəsulullahın qardaşları, silahdaşları və vəzirləridir.

http://313news.net/forum/index.php?/topic/3980/

Birincisi gətirdiyin ssılkanın mövzumuza aidiyyatı yoxdur, çünkü mən gətirdiyim hədisi Buxari rəvayət etməyib, odur ki mövzudan yayınma və bu hədis barədə danış.
İkincisi gətirdiyin ssılkada Müslim və Buxarinin nəql etdiyi mətn etibarı ilə oxşar hədislər, fərqli isnadlarla verilmişdir, aç mövzunu özün bax, iradın varsa orada bildir, müzakirə edək.

Сообщение отредактировал Samir Selefi: 10 октября 2010 - 19:29


#8 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 10 октября 2010 - 19:24

Ay maşallah, ay maşallah. Yox, işləyirsiz. Mən elə bildim işləmirsiz ta.

Görəsən başqa mövzularda da ibn əl-Cəuzinin fikirlərinə söykənməyə ürək edəcəksinizmi? Nə isə... Keçək mətləbə.


Əvvəla həmən isnadın zəif olduğunu mən özüm dedim, fəqət bu rəvayətin oxşarları tavatür dərəcəsində çoxdur, İmam Əlinin (r.a.) Kufədə verdiyi bu xütbə məşhurdur, işlətdiyin "nə bilim nə..." elmi üslub deyil, mənbələr verilib, qəti iradın varsa, buyur, dəlillərlə bildir. 6 mənbə vermişəm.

Сообщение отредактировал Samir Selefi: 10 октября 2010 - 19:26


#9 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 10 октября 2010 - 19:45

Elmi üslub sizdə nəyə deyirlər? Mütəvatir hədisin "şiələrin uydurması" demək elmi üslubdu?

Yoxsa, özünüzün qəbul etmədiyiniz alimlərin kitablarından sitat gətirmək?

Mənim birinci iradım budur ki, sələfilərin qəbul etmədiyi "Səvaiq" kimi kitabdan sitat gətirirsən. Nə zamandan sufiliyə meylli alimlərdən sitat gətirirsiniz?

İkincisi, mənbə yazmısan. Bir zəhmət İbn Cəuzidə olduğu kimi onların da ssılkalarını ver, baxaq görək nə yazılıb.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#10 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 10 октября 2010 - 19:47

Birincisi gətirdiyin ssılkanın mövzumuza aidiyyatı yoxdur, çünkü mən gətirdiyim hədisi Buxari rəvayət etməyib, odur ki mövzudan yayınma və bu hədis barədə danış.
İkincisi gətirdiyin ssılkada Müslim və Buxarinin nəql etdiyi mətn etibarı ilə oxşar hədislər, fərqli isnadlarla verilmişdir, aç mövzunu özün bax, iradın varsa orada bildir, müzakirə edək.

Mən verdiyim sılkada Əlinin Əbu Bəkər və Ömərə həqiqi münasibəti görsənir. Gördüyünüz kimi Əli onları xain, qatil, satqın və s. sayır.

Əvvəla həmən isnadın zəif olduğunu mən özüm dedim, fəqət bu rəvayətin oxşarları tavatür dərəcəsində çoxdur, İmam Əlinin (r.a.) Kufədə verdiyi bu xütbə məşhurdur, işlətdiyin "nə bilim nə..." elmi üslub deyil, mənbələr verilib, qəti iradın varsa, buyur, dəlillərlə bildir. 6 mənbə vermişəm.

Təvatür səhih demək deyil ki? Hədis zəifdirsə daha nə istəyirsiz.
Bundan artıq nə dəlil istəyirsiz ki, iradların hamısı bildirilib.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#11 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 10 октября 2010 - 20:03

Əl Fəth, Buxari və Müslimdə keçən hədisdə deyilən sözlər Əlinin yox, Ömərin sözləridir, diqqətlə oxu.
Hədis İbn Cəuzinin sənədi ilə zəifdir, başqa sənədlərlə isə səhihdir, mənbələr verilib, araşdırın baxın.

#12 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 10 октября 2010 - 20:24

bu vahhabilərin qəribə anlayışı var. əhli sünnə kitabları bizim üçün nə vaxtdan hüccət olub ki, onlardan dəlil gətirirsən? sənin kitabını qəbul etsəydim sünnü, vahhabi, nurçu və s. olardım. sənin kitablarının bizim üçün nə dəyəri var ki, hələ bir dəlildə gətirirsən?

#13 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 10 октября 2010 - 20:39

Əhsən! Ay qardaş, sizin mənbələri biz sizin üçün höccət göstərərik, siz bizim üçün yox!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#14 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 11 октября 2010 - 12:35

İmam Buxari və İmam Müslim öz "Səhih"lərində "Səhabələrin fəziləti kitabında" Abdullah ibn Abbasdan (radıallahu ənhum) aşağıdakı hədisi rəvayət edirlər:
"Ömər ibn Əl Xəttabın (radıallahu ənhu) cənazəsi ortaya qoyulduğunda, camaat ona xeyr-dua etmək, fəzilətlərini dilə gətirmək və cənazə namazını qılmaq üçün cənazənin ətrafına toplandı. Məndə xalqın içərisində idim. Arxamdan çiynimi tutan kimsədən başqa mənə heş kimin sözləri belə təsir etmədi. Döndüm və gördüm ki bu Əlidir (radıallahu ənhu). Ömər üçün mərhəmət dilədi və dedi:
"Geriyə, sənin əməlin qədər bir əməllə Allaha qovuşmamı çox istəyə biləcəyim heç bir kimsə buraxmadın. Allaha and olsun ki, Allahı səni iki dostunla bərabər edəcəyi qənaətində idim. Çünkü rəsulullah (sallallahu aleyhi və alə əlihi vasalləm) "Əbu Bəkr və Ömərlə birlikdə gəldim, Əbu Bəkr və Ömərlə birlikdə girdim, Əbu Bəkr və Ömərlə birlikdə çıxdım" deyərkən çox eşitmişdim. Bu səbəblə mən Allahın səni onlarla bərabər edəcəyəni düşünüb ümid edərdim".

#15 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 11 октября 2010 - 13:38

bu vahhabilərin qəribə anlayışı var. əhli sünnə kitabları bizim üçün nə vaxtdan hüccət olub ki, onlardan dəlil gətirirsən? sənin kitabını qəbul etsəydim sünnü, vahhabi, nurçu və s. olardım. sənin kitablarının bizim üçün nə dəyəri var ki, hələ bir dəlildə gətirirsən?



#16 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 11 октября 2010 - 13:49

Əl Fəth dedi:
"Mən verdiyim sılkada Əlinin Əbu Bəkər və Ömərə həqiqi münasibəti görsənir". Məndə həmən mənbədən Əli (r.a.) dilindən Ömər və Əbu Bəkrə olan münasibətini gətirdim. Mövzunu diqqətlə izlə.

#17 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 11 октября 2010 - 14:11

mən diqqətlə izləyirəm çalış səndə diqqətlə izləyəsən! izləsən biləcəksən ki, bizə görə sizin kitablarınızın yeri zibil yeşiyidir odur ki, onlar bizə dəlil deyil! eyni ilə də bizim kitablar sizə dəlil deyil. ona görədə hər kəs muxalifinə müxalifin öz kitabından dəlil gətirməlidir.

#18 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 11 октября 2010 - 14:52

Əl Fəth dedi:
"Mən verdiyim sılkada Əlinin Əbu Bəkər və Ömərə həqiqi münasibəti görsənir". Məndə həmən mənbədən Əli (r.a.) dilindən Ömər və Əbu Bəkrə olan münasibətini gətirdim. Mövzunu diqqətlə izlə.

Nə gülməli şeylər danışırsız ee.
Deyirsiz ki: Buxari və Müslimdə keçən hədisdə deyilən sözlər Əlinin yox, Ömərin sözləridir, diqqətlə oxu.
Ömər orda məgər Əlinin sözlərini demir? Demir ki, "Siz Abbas və Əli Əbu Bəkr xəlifə olarkən onu xain, satqın, yalançı və günahkar adlandırdız. İndi xəlifə mən olmuşam və Siz məni də belə adlandırırsız"?

buna cavab olaraq Sizdə digər hədis gətirmisiz ki, Əli Öməri istəyirmiş və hətta onun həmişə peyğəmbərlə olduğunu fəzilət kimi dilə gətirir. Bu da gülünc bir hədisdir və mən gətirdiyim və digər səhih hədislərə ziddir (fikir vermisiz də Sizin səhihlər necə ziddiyyətlərlə doludur). Əli bir çox yerdə deyir ki, mən peyğəmbərlə idim, mən birinci idim və o həmişə ilk xəlifələrə müxalif olub. Amma Sizin hədisdə o Ömərin fəziləti haqda danışır! Hansı fəziləti haqda, peyğəmbəri öldürmək istədiyi fəziləti, hakimiyyəti mənimsəməsi, ya əhlibeytə düşmənçiliyi, Fatiməni öldürməsi fəziləti haqda?

keçək Sizin birinci hədisə. Deyirsiz ki,

Hədis İbn Cəuzinin sənədi ilə zəifdir, başqa sənədlərlə isə səhihdir, mənbələr verilib, araşdırın baxın.

Siz bu hədisi İbn Cəuzidən gətirmisiz və bu hədis zəifdir. Səhih saydığınız mənbədən orijinal mətni gətirin baxaq.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#19 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 11 октября 2010 - 15:04

Bunlar şiyələrin uydurduğu əhvalatlardır, sabit olan odur ki, onlar sağlığında olduğu kimi, ölümündəm sonrada Rəsulullahla bərabər olublar və inşəAllah birgə diriləcəklər, amma Mehdinin (r.a.) Öməri dirildərək intiqam alması əfsanədən başqa bir şey deyil. Müvəffəqiyyət Allahdandır.

Siz bu hədisi İbn Cəuzidən gətirmisiz və bu hədis zəifdir. Səhih saydığınız mənbədən orijinal mətni gətirin baxaq.

Mətnlər eynidi, bəziləri daha qısa formada rəvayət edib, fəqət bu xütbənin verilməsi məşhur bir hadisədir. Təəssüf ki skan etməyə imkanım yoxdur.

#20 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 11 октября 2010 - 16:07

Hansı fəziləti haqda, peyğəmbəri öldürmək istədiyi fəziləti, hakimiyyəti mənimsəməsi, ya əhlibeytə düşmənçiliyi, Fatiməni öldürməsi fəziləti haqda?

Bunlar şiyələrin uydurduğu əhvalatlardır, sabit olan odur ki, onlar sağlığında olduğu kimi, ölümündəm sonrada Rəsulullahla bərabər olublar və inşəAllah birgə diriləcəklər, amma Mehdinin (r.a.) Öməri dirildərək intiqam alması əfsanədən başqa bir şey deyil. Müvəffəqiyyət Allahdandır.

Peygəmbərə sui-qəsd edənlər
http://313news.net/f...dpost__p__17443

Fatimə (ə)-ın evinə hücum
http://313news.net/f...hp?/topic/3897/

Насибизм
http://313news.net/f...hp?/topic/1500/

Достоинства Умара ибн Хаттаба
http://313news.net/f...php?/topic/876/

Siz bu hədisi İbn Cəuzidən gətirmisiz və bu hədis zəifdir. Səhih saydığınız mənbədən orijinal mətni gətirin baxaq.

Mətnlər eynidi, bəziləri daha qısa formada rəvayət edib, fəqət bu xütbənin verilməsi məşhur bir hadisədir. Təəssüf ki skan etməyə imkanım yoxdur.

İmkan yoxdursa, onda müzakirə olunası da bir şey yoxdur.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#21 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 11 октября 2010 - 16:29

Bir də nəzərinizə çatdırıram ki, hər mövzunun öz yeri var. Onlar haqda aidiyyatı olan yerdə yazın.

#22 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 05 ноября 2010 - 20:30

Bunlar şiyələrin uydurduğu əhvalatlardır, sabit olan odur ki, onlar sağlığında olduğu kimi, ölümündəm sonrada Rəsulullahla bərabər olublar və inşəAllah birgə diriləcəklər, amma Mehdinin (r.a.) Öməri dirildərək intiqam alması əfsanədən başqa bir şey deyil. Müvəffəqiyyət Allahdandır



omari yox eee onun ardicillarini...imamatla dusman olanlari...qisasi qiyqmata saxlamazlar bu dunyada da intiqam alinmalidir..

Сообщение отредактировал cafari: 05 ноября 2010 - 20:32

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru