Перейти к содержимому


Публикации palchiq

793 публикаций создано palchiq (учитываются публикации только с 08-июля 23)



#28730 ....İntizar

Отправлено автор: palchiq 28 декабря 2009 - 15:04 в Ümumislam mövzular

Maraqlıdır,
bizim intizar çəkməyimizdə həqiqi məqsəd hansıdır?
Hansı məqsədlə əsrin İmamının (af) intizarını çəkdiyimizi bilmək üçün öz daxilimizə nəzər salmalıyıq. Salavat ilə əldə olunan çörək istəyirik, yoxsa zülmkarların zülmündən bezmişik? Dini vəzifələr bizə ağırlıq edir, yoxsa İslam və müsəlmanlar təhlükədə olduğu üçün zühur intizarındayıq?



#19342 İngilis casusun etirafları.

Отправлено автор: palchiq 10 октября 2009 - 15:04 в Şiə-sünni dialoqu

Bu qədər öyüd verilər, amma qəlbləri daşdan da sərtdir.

http://313news.net/f...p?showtopic=445



#29241 I m Halal

Отправлено автор: palchiq 31 декабря 2009 - 16:41 в Information Technology

palçıq düzdür. Amma yoxladım, deyir seçiminizi dəyişin. Ancaq yenə də "yes" etsən... I"m haram-olacaq

etmə elə.



#16733 I m Halal

Отправлено автор: palchiq 11 сентября 2009 - 18:04 в Information Technology

http://www.imhalal.com/

Misirdə "Mən Halalam" adlı yeni axtarış sistemi hazırlanıb. Beləki, bu axtarış sisteminə əxlaqdan kənar bir söz-açar daxil etdikdə, halal axtarış sistemindən istifadəçiyə "ups, siz haram söz daxil etmişsiziniz, biz məsləhət görərdik ki, siz öz seçiminizi dəyişdirəsiz" cavabı gəlir



#18311 BİR DAHA "UĞUR ƏSGƏRLƏRİ" HAQDA

Отправлено автор: palchiq 01 октября 2009 - 16:59 в Военная подготовка

qardashim, mene elə gəlir ki, Qarabag müharibəsi dövründə də muzdlu əsgərlərdən kifayet qədər çox istifade edilib..
Müharibe dövründə ermeni terefindən döyüşnlərin belke de 99 faizi muzdlu esgerler olublar..
bunun müqabilində isə Azərbaycanın müdafiə naziri (səhv etmiremse fizika-riyaziyyat müəllimi olub )Rəhim Qaziyev teyin edilib...indi görün ki, hərbi sahədən xəbəri olmayan birisini nazir teyin etmek, müharibe edən ölkə
üçün ne demekdir.



#24504 HƏQİQİ REGİONAL İSLAM

Отправлено автор: palchiq 26 ноября 2009 - 12:33 в Ümumislam mövzular

HƏQİQİ REGİONAL İSLAM

Biz adətən «filankəs müsəlmandır və ya müsəlman deyil» deyəndə, məsələnin həqiqətinə nəzər salmırıq. Coğrafi baxımdan müəyyən bir bölgədə yaşayan və valideynlərindən təqlid və ya irsi cəhətdən müsəlman olanları müsəlman, digər şəraitdə yaşayanlar və ata-analarından təqlid nəticəsində başqa dinlərdə olanları və ya heç bir dində olmayanları isə qeyri-müsəlman adlandırırıq.
Amma bilmək lazımdır ki, bu cəhət istər müsəlman olmaqda, istərsə də müsəlman olmamaq və ya kafir olmaqda elə də dəyərə malik deyil. Bizim çoxumuz təqlid və region müsəlmanıyıq. Belə ki, bizim çoxumuzun müsəlman olmağımızın səbəbi, ata-anamızın müsəlman olması və əhalisi müsəlman olan bölgədə dünyaya gələrək böyüməyimizdir. Həqiqi dəyərə malik olan şey isə, real İslamdır və o, insanın həqiqət müqabilində qəlbən təslim olması, haqqı qəbul edərək ona əməl etməsi üçün ürək qapısını həqiqətin üzünə açması, qəbul etdiyi İslamın bir tərəfdən araşdırma və tədqiq, digər tərəfdən isə təslim və təəssübkeşsizliyə əsaslanmasıdır.
Əgər kimsə təslim sifətinə malik olsa, amma İslamın həqiqəti müəyyən səbəblərdən ona gizli qalmış olsa və o, haqq olan dini öyrənə bilməməkdə günahsız olsa, Allah-taala ona heç vaxt əzab verməz və həmin şəxs cəhənnəmdən nicat tapanlardandır. Allah-taala Quranda belə buyurur:
«...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik.»
Yəni, həkim və kərim olan Allahın höccəti tamamlanmamış kimsəyə əzab verməsi qeyri-mümkündür. Üsul alimləri bu ayənin əqlin hökmünü təsdiqləyən məzmununu «bəyan edilməyən şeyə görə cəzalandırmanın qəbahət olması» qaydasına əsasən deyirlər ki, Allahın, bir həqiqəti açıqlamayınca bəndələrə əzab verməsi xoşagəlməz bir işdir.

(Şəhid Murtəza Mutəhhəri (mübarək qəbri nurla dolsun)," İlahi Ədalət" kitabından seçmələr)



#24506 HƏQİQİ REGİONAL İSLAM

Отправлено автор: palchiq 26 ноября 2009 - 12:35 в Ümumislam mövzular

Adlarının müsəlman olmamasına baxmayaraq, təslim ruhuna malik olan insanların olmalarının mümkünlüyünə fransız filosofu Dekart — əlbəttə onun öz sözlərinə əsasən — yaxşı nümunədir.
Onun tərcümeyi-halında yazıblar ki, o, öz fəlsəfəsini şəkkdən başlayıb və özünün bütün məlumatlarında şəkk edərək hər şeyi sıfırdan başlayıb. Öz fikir və düşüncəsini başlanğıc nöqtəsi seçərək belə deyib: «Mən fikirləşirəm, deməli varam.»

O, öz vücudunu sübut etdikdən sonra, ruhu isbat edib və həmçinin cism və Allahın mövcudluğuna qəti inam əldə edib. Yavaş-yavaş din seçməyə başlayıb və yaşadığı ölkədə rəsmi din olan xristianlığı qəbul edib.
Amma o, çox maraqlı bir nöqtəyə toxunaraq deyir: «Mən xristianlığın dünyada ən yaxşı din olmasını iddia etmirəm. Mənim üçün araşdırılması mümkün olan dinlər arasında bu dinin münasib olmasını deyə bilərəm. Mən həqiqətlə vuruşmuram, dünyanın başqa yerlərində xristianlıqdan da üstün bir din ola bilər.»
O, elə xəbərsiz olduğu və əhalisinin din və məzhəbinin nə olmasını bilmədiyi ölkəyə misal olaraq İranın adını çəkib. Dekart bu barədə belə deyib: «Mən nə bilirəm? Bəlkə də, məsələn İranda xristianlıqdan üstün olan bir din var?!»



#27974 Biz müttəhimik !?

Отправлено автор: palchiq 21 декабря 2009 - 15:00 в Ümumislam mövzular

Məhkəmə salonlarından yadımızda qalan bir söz var;
"Vətəndaş müttəhim ayaga qalxın!"

Əli Şəriəti, Biz müttəhmik!
Bu suala sizlər necə cavab verərdiniz?

Məni Qur᾽anın buyuruğuna əsasən dinləyin: «O kəslər ki, sözü dinləyib, onun ən gözəlinə uyarlar, onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibi də onlardır» .
Mən dindən bezib, hər hansı yad düşüncəyə pənah aparmış bir ziyalı təbəqəsinin nümayəndəsiyəm. Siz dininizə, cəmiyyətinizə və ailənizə görə cavabdehsiniz. Ona görə də bilməlisiniz ki, bu cəmiyyətin bir hissəsi olan mənim təbəqəm nə üçün sizə və sizin dininizə biganədir. Mən ana və qızın bir-birini anlamamasının səbəblərindən danışmaq istəyirəm. Bu gün qız ananı eşitmir. Çünki ananın nəsihətində məntiq yoxdur! Ey atalar, övladlarınız sizdən qaçırsa, bunun səbəbi onların əxlaqsızlığı yox, düşüncə və inamlarındakı fərqdir. Siz müsəlmanlar üzərində bu «dinsizlik əsri»ndə böyük məs᾽uliyyət vardır. Allah-təala buyurur: «Özünüzü və əhli-əyalınızı oddan qoruyun».

Siz dindarlar cəmiyyətinizi, ailənizi və özünüzü dinsizlik təbliğatından qorumalısınız».
Mən sizin imanınıza və düşüncənizə düşmüş oddan xəbər verməyə gəlmişəm. Sizə bildirmək istəyirəm ki, lərzəyə gəlmiş dininizi qorumaq nə üçün çətin olub; nə üçün hər bir nəsil tənhalaşır və zəifləşir; nə üçün əsrin təcavüzkar düşüncəsi sizi geri oturdur, özünüzü aciz hiss edirsiniz, duadan başqa bir yol görmürsünüz!



#29565 HƏQİQİ REGİONAL İSLAM

Отправлено автор: palchiq 02 января 2010 - 14:34 в Ümumislam mövzular

palçıq, Dekart bilmirsən neçənci əsrdə yaşayıb?


16-ci əsrdə
nöşün bəyəm?



#26312 Maneken qadın, plastik gözəllik və kosmetika..

Отправлено автор: palchiq 08 декабря 2009 - 11:57 в Женский Клуб

Ustad Murtəza Mutəhhəri

1968-ci ilin “İttilааt” qәzеtindә yеyinti mәhsullаrı, içki vә kоsmеtikа mаddәlәri bаrәsindә vеrilәn rаpоrtdа dеyilir:
Yаlnız bir il әrzindә iki yüz оn min kilо kоsmеtik mаddәlәr, о cümlәdәn, krеm, pоdrа, rәng vә sаir kimi bәzәk әşyаlаrı qаdınlаrın istifаdәsi üçün хаricdәn gәtirilmişdir. Bunun 181 min kilоqrаmı әsаs е’tibаrı ilә krеmdәn ibаrәt оlmuşdur. Bu müddәt әrzindә min аltı yüz әlli qutu, оtuz min әdәd üz pоdrаsı, dörd min аltı yüz dörd әdәd rоjlеb, iki min iki yüz sәksәn әdәd аrıqlаmаq sаbunu, iki min iki yüz sәksәn әdәd bәzәnmәk üçün аmpulаlаr ölkәyә dахil еdilmişdir. Әlbәttә, üç min yüz әdәd göz kölkәsi vә iki min dörd yüz göz хәtti dә оnа әlаvә еdilmәlidir.”
Bәli, müsәlmаn qаdını “yеnilik” vә “inkişаf”, “zаmаnın tәlәbi” аdlаrı ilә hәr gün, hәr sааt kаpitаlizm dünyаsındа hаzırlаnаn vаsitәlәrlә özünü bәzәyib bаşqаlаrınа göstәrmәlidir ki, qәrb sаnаyеsi üçün lаyiqli istеhlаkçıyа çеvrilә bilsin.



#26080 Maneken qadın, plastik gözəllik və kosmetika..

Отправлено автор: palchiq 06 декабря 2009 - 23:08 в Женский Клуб

Ustad Mürtəza Mutəhhəri

Müаsir qаdınlаrın аcınаcаqlı vәziyyәtini göstәrәn mаrаqlı bir süjеti nәzәrinizә çаtdırmаq yеrinә düşәrdi.
Qаdın jurnаllаrının birindә bir nәfәr öz аrvаdındаn şikаyәtlәnәrәk yаzır: “Аrvаdım yаtmаq istәyәrkәn dоğrudаn dа bir tәlхәyә çеvrilir. Yаtаrkәn öz sаçlаrının pоzulub хаrаb оmаmаsı üçün bаşınа böyük tоr pаpаq qоyur vә yаtаq pаltаrlаrını gеyir. Bundаn sоnrа güzgünün qаbаğındа оturub üzündәki kоsmеtik mаddәlәri kimyәvi mаddә ilә tәmizlәyir. Оnа bахаrkәn mәnә еlә gәlir ki, о mәnim әvvәlki аrvаdım dеyildir. Çünki indiki çöhrәsinin әvvәlki sifәti ilә hеç bir uyğunluğu yохdur. Qаşlаrını qırхmış, yеrinә qәlәm çәkmişdir. Qәlәmin rәngini tәmizlәdikdә tаmаmilә qаşsız оlur. Üzündәn çох хоşа gәlmәz iy gәlir. Çünki üzündәki lәkәlәri örtmәk üçün çәkdiyi krеm kаfur iyi vеrir vә mәnә qәbiristаnlığı хаtırlаdır. Kаş iş еlә burаdаcа tаmаm-lаnаydı. Lаkin bütün bunlаr sоnrаkı işlәrin müqәddimәsidir. Bir nеçә dәqiqә оtаqdа vаr-gәl еdib özünü qаydаyа sаlır. Sоnrа еvin хidmәtçisini çаğırıb dеyir ki, tоrbаlаrı gәtir. Хidmәtçi әlindә dörd tоrbа оnun yаnınа gеdir. Хаnım tахtın üstünә uzаnır, хidmәtçi isә tоrbаlаrı оnun әllәrinә vә аyаqlаrınа kеçirib bаğlаyır. Çünki оnun әl vә аyаq dırnаqlаrı mаnikürlüdür, özü dә çох uzundur. Yоrğаnа ilişmәsin vә bә’zi hаllаrdа sınmаsın dеyә, оnu tоrbаyа qоyub bаğlаyır vә bеlәliklә yuхuyа gеdir
Bәli, iffәtsizlik nәticәsindә аzаd оlаn vә üzdәnirаq bir fәаl iqtisаdi, ictimаi vә mәdәni qüvvәyә çеvrilәn qаdının vәziyyәti, bах, budur

http://www.haqqyolu....=20081013092617

Sön dövrlər qərb dunyası tərəfindən təblig edilən əsas məfhunlardan biri də "Maneken qadın" obrazıdır..
Sual oluna bilər ki..
Qərb dunyasının Maneken qadınlara üstünlük vermələrinin əsas səbəbləri nədir?
yalnız kişiləri yoldan çıxartmaq ?

Məlumdur ki, kapitalistlər hər bir şeyə $$$ gözü ilə baxırlar.
Maneken qadınların təblig edilməsi onların həm də kapital hesablarının artımasına xidmət edir.
çünki onlar bu cür reklam vasitərinin köməyi ilə ölkəmizə küli-miqdarda arıqlamaq üçün dərman vasitələri, müxtəlif pereparatlar və kosmetik vasitələr ixrac edirlər..

.



#19178 MA in Diplomacy and International Affairs (MADIA) – Fall 2009

Отправлено автор: palchiq 09 октября 2009 - 11:24 в Дискуссии на общие темы

Urfan, bu mövzuda müzakirə etməli nə var??



#17159 İctimai məsələlərə qarşı biganəl...

Отправлено автор: palchiq 20 сентября 2009 - 18:38 в Ümumislam mövzular

ancaq "Namaz qılıram "vəya "Oruc tuturam" deyib, öz vəzifə borcumuzu bitmiş hesab edirik?

Oruc və Namaz bizim Allah qarşısında olan vəzifə borcumuzdur. lakin, bu ibadətlərdən sui-istifadə etmək nə dərəcədə dogrudur?
Dogurdanda, son zamanlar bir çox möminlər bir-birləri ilə əməkdaşlıq etməkdən ehtiyat edirlər. Buna səbəb olan amil nədir? hər bir işi kitabdan kitaba salmaq ..
Məsələn; borc alan şəxs( sonradan vaxtı çatanda ) öz borcunu ödəmək əvəzinə Allahın rəhmət sifətlərini yada salaraq öz borcunu ödəməkdən vaz keçir.

.



#17015 İctimai məsələlərə qarşı biganəl...

Отправлено автор: palchiq 18 сентября 2009 - 10:29 в Ümumislam mövzular

Biz çox yerlərdə eşitmişik və görmüşük ki, Alaman xalqı ictimai məsələlərdə nizam-intizamı çox sevirlər (yəni, verdikləri sözün üstündə durur və qanunun aliliyinə hər yerdə riayət edirlər.)

amma, Azərbaycan mühitində bunu müşahidə etmək mümükndürmü? əksər dindarlarımız qayda-qanunlara əməl edirlərmi?

yoxsa , ancaq "Namaz qılıram "vəya "Oruc tuturam" deyib, öz vəzifə borcumuzu bitmiş hesab edirik?



#17512 MN mətbuat xidmətindən verilən məlumata gör...

Отправлено автор: palchiq 26 сентября 2009 - 18:14 в Военное дело

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə.. bu gün cəbhə xəttində nisbi sakitlikdir və ya düşmən qüvvələri milli ordumuzun cavab atəşilə susdurulub

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Bakıda və digər ətraf rayonlarda hava tutulub-açılacaq və s..



Hər gün TV ekranlarda xəbərlər proqramını izləyərkən.. əvvəldə Müdafi nazirliyinin məlumatına və axırda isə Hava haqqında proqnozlara qulaq asırıq.

maraqlıdır Siz daha çox hansı xəbərə üstünlük verirsiniz?? əvvəldə verilən xəbərə , yoxsa axırda gələn?
bu xəbərləri eşidərkən Siz rahat olursunuz, yoxsa narahat? bəlkə bu xəbərlər artıq sizi bezdirib..?



#17524 MN mətbuat xidmətindən verilən məlumata gör...

Отправлено автор: palchiq 27 сентября 2009 - 06:46 в Военное дело

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə.. bu gün cəbhə xəttində nisbi sakitlikdir və ya düşmən qüvvələri milli ordumuzun cavab atəşilə susdurulub

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Bakıda və digər ətraf rayonlarda hava tutulub-açılacaq və s..



Hər gün TV ekranlarda xəbərlər proqramını izləyərkən.. əvvəldə Müdafi nazirliyinin məlumatına və axırda isə Hava haqqında proqnozlara qulaq asırıq.

maraqlıdır Siz daha çox hansı xəbərə üstünlük verirsiniz?? əvvəldə verilən xəbərə , yoxsa axırda gələn?
bu xəbərləri eşidərkən Siz rahat olursunuz, yoxsa narahat? bəlkə bu xəbərlər artıq sizi bezdirib..?

Deyim ki,əvvəldə gələn məlumat rəsmi məlumatdur vı cox zaman həqiqəti əks etdirmir,yəni cəbhə xəttində nisbi sakitlik olduğunu hələ gorməmişəm,qaldi havaya,qardaş bu ALLAHİN işidir,bir də gordun hec duz gəlmir,ona gorə televiziya xəbərlərinə cox da inanmiram.Bezdirib ozu də necəəə :scenic:


dogrusu, bu rəy sorgusunu yazmaqda məqsəd-- torpaqlarımıza qarşı olan münasibətin nəbzini öyrənməkdir.
Bizi daha şox hansı xəbər ilgiləndirir?



#19343 Sünni qardaşlarımız, bəlkə oyanasınız...

Отправлено автор: palchiq 10 октября 2009 - 15:07 в Şiə-sünni dialoqu

Bu ssılkanı verməyimə səbəb, bəzilərinin Əbu-Hənifənin fiqh "Əqaid"indən xəbərsiz olmalarıdır. Bəlkə də, xəbərləri olsa haqqı taparlar. Bir zamanlar məm də Əbu-Hənifənin "Oğulları"ndan olmuşam, amma, şükürlər olsun ki, Allah (c. c) qəlbimdə hidayət qapısını açıq buraxdı da, açıq-aşkar dəlillər qarşısında inad etmədim. Ey iman gətirənlər, bu qədər dəlillərə rəğmən, yenəmi inad edirsiniz?!

http://313news.net/f...p?showtopic=445



#19116 təbii fəlakətlər, yoxsa qanunuygunluq??

Отправлено автор: palchiq 08 октября 2009 - 16:23 в Дискуссии на общие темы

"Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular." ( Əraf, 133)


1)Cəbhə bölgəsinə çəyirtkə hücumu
http://azadliq.az/?p=6467

2)BMT iqlim dəyişikliyi ilə əlaqədar layihə hazırlayıb
http://www.voanews.c...date=2007-11-28



#17164 Maraqı hadislər..

Отправлено автор: palchiq 20 сентября 2009 - 20:04 в История и этнография

http://www.inauka.ru...ticle92801.html
РАСШИФРОВАНА АРАБСКАЯ НАДПИСЬ НА ШЛЕМЕ ИВАНА ГРОЗНОГО



#17397 Maraqı hadislər..

Отправлено автор: palchiq 24 сентября 2009 - 15:06 в История и этнография

8 kilo 700 qram ağırlığında körpə

http://faktxeber.com...0k246rp601.html



#19115 təbii fəlakətlər, yoxsa qanunuygunluq??

Отправлено автор: palchiq 08 октября 2009 - 16:18 в Дискуссии на общие темы

Son dövrlər dünyada baş verən təbii fəlakətlər beynəlxalq təşkilatlarin diqqət mərkəzindədir. Bir tərəfdən yoxsullugun artması, digər tərəfdən ərzaq qitlıgı +++təbii fəlakətlər.
dünya nəyin astanasidadır???

"Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular." ( Əraf, 133)



#13427 Şey, ne olan şeydi?

Отправлено автор: palchiq 26 июля 2009 - 23:01 в Şiə-sünni dialoqu

Salam alaykum.

Kitab: "Əmirəlmöminin Əli ibn Əbu Talibin (a.s) qazavatları"
Müəlif: Əyətulla Məhəmməd Taqi Tustari

"Bir nəfər öz mal-dövlətindən bir "şey"-i vəsiyyət etdi. Vəsilər şey kəlməsinin mənasını imam Səccad (ə)-dan soruşduqda buyurdu ki: Şey Əli (ə)-ın kitabında altIıda-biridir".



O şey, nə olan şeydi?


Изображение
Изображение


Hz Ali (as) bu suala cavab verib. Yeni, Şey Əli (ə)-ın kitabında altIıda-biridir".



#14157 "Hicab" ugurunda mübarizə..

Отправлено автор: palchiq 01 августа 2009 - 18:30 в Ümumislam mövzular

"Faktxeber" sayıtında yerləşdirlilən sujeti izlədikdən sonra, düşündüm ki, nə qədər ki Nuray Bəzirgan kimi xanımlar var, Hicaba uzanan əllər qırılacaq. Belə xanımların qarshisinda baş əyirəm.


http://faktxeber.com...0QIRILACAQ.html



#19570 AR konstitusiyası; maddə 76

Отправлено автор: palchiq 12 октября 2009 - 14:53 в Военное дело

http://www.azadliq.o...le/1807372.html

VƏTƏNDAŞIN ƏQİDƏSİ ƏSGƏRLİYƏ ZİDDİRSƏ
"Vaxtdır. Konstitusiyada yazılıbsa, deməli, ona əməl olunmalıdır».

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov:

«Bu, Konstitusiyada da var. Bundan başqa, «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanunda alternativ xidmətlə bağlı maddə var. Bu qanun 1992-ci ilin iyununda qəbul edilib. Sadəcə, bu qanunların tətbiqi ilə bağlı mexanizm hazırlanmayıb

«Hərbi xidmətə getmək istəməyənlər ya həbs olunur, ya da onlara qarşı cinayət işi açılır. bu da qanundakı boşluqla bağlıdır

«QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNMAYINCA MÜMKÜN DEYİL»

Eldar Zeynalov bunu da deyir ki, alternativ hərbi xidmətə daldalanmaq kimi baxmaq düz deyil, çünki bu, yüngül seçim deyil. Bu ağır və bəzən də çoxlarının boyun qaçırdığı işlərdir. Məsələn, əsgərlik etmək istəməyənlər dağlarda çobanlıq edə, xəstəxanalarda sanitar işləyə bilər və sairə.

Eldar Zeynalov deyir ki, Azərbaycan öhdəlik götürüb və həmin sənəddə deyilir ki, əsgərlikdən imtina edənlərə cinayət işi qaldırıla bilməz. Buna görə də o, «Yahova Şahidləri»nin üzvü Müşfiq Məmmədovu dərhal azadlığa buraxmağa çağırır. Onun sözlərinə görə, bunu o yox, əslində, qanun tələb edir.



#24126 Türklər Əl-Əqsadakı Qanunsuzluqlara Son Qoyulmasını Tələb Edir

Отправлено автор: palchiq 24 ноября 2009 - 17:44 в Политика и экономика

Davutoğlu: "Bəli, biz yeni Osmanlıyıq"
Sarkoziyə sərt mesaj göndərən Davudoğlu Klintonun sualına nə cavab verdiyini də açıqladı

Davudoğlu bir çox ölkələrin Türkiyənin regiondakı rolundan narahat olduğunu söyləyib. O, İsrail-“Həmas” gərginliyindən danışarkən toqquşma zamanı gizlicə Şama getdiyini və “Həmas”ı yola gətirdiyini, ancaq Sarkozinin “toqquşmaya Fransa son qoydu” dediyini xatırladıb: “Əslində bizi Avropa Birliyində bu səbəbdən görmək istəmirlər. Bölgədəki problemləri biz həll edirik deyə.
Bizim Osmanlıdan qalan bir mirasımız var. Bizə yeni Osmanlı deyirlər. Bəli, yeni Osmanlıyıq. Bölgəmizdəki ölkələrlə maraqlanmaq məcburiyyətindəyik




Рейтинг@Mail.ru