Перейти к содержимому


Фотография

HƏQİQİ REGİONAL İSLAM


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 26 ноября 2009 - 12:33

HƏQİQİ REGİONAL İSLAM

Biz adətən «filankəs müsəlmandır və ya müsəlman deyil» deyəndə, məsələnin həqiqətinə nəzər salmırıq. Coğrafi baxımdan müəyyən bir bölgədə yaşayan və valideynlərindən təqlid və ya irsi cəhətdən müsəlman olanları müsəlman, digər şəraitdə yaşayanlar və ata-analarından təqlid nəticəsində başqa dinlərdə olanları və ya heç bir dində olmayanları isə qeyri-müsəlman adlandırırıq.
Amma bilmək lazımdır ki, bu cəhət istər müsəlman olmaqda, istərsə də müsəlman olmamaq və ya kafir olmaqda elə də dəyərə malik deyil. Bizim çoxumuz təqlid və region müsəlmanıyıq. Belə ki, bizim çoxumuzun müsəlman olmağımızın səbəbi, ata-anamızın müsəlman olması və əhalisi müsəlman olan bölgədə dünyaya gələrək böyüməyimizdir. Həqiqi dəyərə malik olan şey isə, real İslamdır və o, insanın həqiqət müqabilində qəlbən təslim olması, haqqı qəbul edərək ona əməl etməsi üçün ürək qapısını həqiqətin üzünə açması, qəbul etdiyi İslamın bir tərəfdən araşdırma və tədqiq, digər tərəfdən isə təslim və təəssübkeşsizliyə əsaslanmasıdır.
Əgər kimsə təslim sifətinə malik olsa, amma İslamın həqiqəti müəyyən səbəblərdən ona gizli qalmış olsa və o, haqq olan dini öyrənə bilməməkdə günahsız olsa, Allah-taala ona heç vaxt əzab verməz və həmin şəxs cəhənnəmdən nicat tapanlardandır. Allah-taala Quranda belə buyurur:
«...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik.»
Yəni, həkim və kərim olan Allahın höccəti tamamlanmamış kimsəyə əzab verməsi qeyri-mümkündür. Üsul alimləri bu ayənin əqlin hökmünü təsdiqləyən məzmununu «bəyan edilməyən şeyə görə cəzalandırmanın qəbahət olması» qaydasına əsasən deyirlər ki, Allahın, bir həqiqəti açıqlamayınca bəndələrə əzab verməsi xoşagəlməz bir işdir.

(Şəhid Murtəza Mutəhhəri (mübarək qəbri nurla dolsun)," İlahi Ədalət" kitabından seçmələr)
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 26 ноября 2009 - 12:35

Adlarının müsəlman olmamasına baxmayaraq, təslim ruhuna malik olan insanların olmalarının mümkünlüyünə fransız filosofu Dekart — əlbəttə onun öz sözlərinə əsasən — yaxşı nümunədir.
Onun tərcümeyi-halında yazıblar ki, o, öz fəlsəfəsini şəkkdən başlayıb və özünün bütün məlumatlarında şəkk edərək hər şeyi sıfırdan başlayıb. Öz fikir və düşüncəsini başlanğıc nöqtəsi seçərək belə deyib: «Mən fikirləşirəm, deməli varam.»

O, öz vücudunu sübut etdikdən sonra, ruhu isbat edib və həmçinin cism və Allahın mövcudluğuna qəti inam əldə edib. Yavaş-yavaş din seçməyə başlayıb və yaşadığı ölkədə rəsmi din olan xristianlığı qəbul edib.
Amma o, çox maraqlı bir nöqtəyə toxunaraq deyir: «Mən xristianlığın dünyada ən yaxşı din olmasını iddia etmirəm. Mənim üçün araşdırılması mümkün olan dinlər arasında bu dinin münasib olmasını deyə bilərəm. Mən həqiqətlə vuruşmuram, dünyanın başqa yerlərində xristianlıqdan da üstün bir din ola bilər.»
O, elə xəbərsiz olduğu və əhalisinin din və məzhəbinin nə olmasını bilmədiyi ölkəyə misal olaraq İranın adını çəkib. Dekart bu barədə belə deyib: «Mən nə bilirəm? Bəlkə də, məsələn İranda xristianlıqdan üstün olan bir din var?!»
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 января 2010 - 14:00

palçıq, Dekart bilmirsən neçənci əsrdə yaşayıb?

#4 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 02 января 2010 - 14:34

palçıq, Dekart bilmirsən neçənci əsrdə yaşayıb?


16-ci əsrdə
nöşün bəyəm?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 января 2010 - 15:07

palçıq, Dekart bilmirsən neçənci əsrdə yaşayıb?


16-ci əsrdə
nöşün bəyəm?


«Mən nə bilirəm? Bəlkə də, məsələn İranda xristianlıqdan üstün olan bir din var?!»



Görəsən, Dekart 16-cı əsrdə araşdıra bilməzdi iranda nə var nə yox? Mən də məsələn deyirəm. Özü də birbaşa İslam dövlətlərindən birinin adını çəkibsə, gərəkdir ki, araşdırsın. Bilənlə bilməyən eyni deyil ki.

Mövzuya gələndə isə, elə qeyri müsəlmanlar içindən çıxan müsəlmanlar var ki, mömin ailəsindən çıxan müsəlmanlardan daha şərəfli olublar. Məsəl üçün Eduardo Anielli 

http://www.ihq.az/index.php?news=825




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru