Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 29-июня 23)



#96275 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:40 в Şiə-sünni dialoqu

Sən İmam Rza (ə.s) ilə təvəssül edib həkimlərin sağalda bilmədiyi göz xəstəliyindən sağalanlara, müxtəlif xəstəliklərdən şəfa tapanlara bu cür nisyə söhbələrlə cavab vermək istəyirsən? Bu insanlara şəfanı şeytan verir? Sənin əqlin yerindədi?



Bəzi Hind kinolarında var ki, gedirlər bütlərdən şəfa istəyirlər, bəzən də şəfa tapırlar bunu bütdən bilirlər.
İndi gedək hind bütlərinə də ibadət edək?

Bu suala Quran və Sünnə ilə cavab versəm sən tövbə edəcəksən?



#96274 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:32 в Şiə-sünni dialoqu

Sən nəyə görə öz sözünü bizə gücnən yedizdirirsən ki,siz də İmamlara(ə.s) ibadət edirsiz.Sənə də cavab veririk ki,Allahdan başqasına ibadət etmək şirkdir.


demək ayrı, əməl ayrı.
Əsas əmələ baxılır.
Məsələn insanlar var deyir ki, Allah təkdir, ancaq gedir tanınmış insanların qəbirləri qarşısında baş əyir.
SOruşanda deyir hörmət mənasında baş əyirəm, ibadət etmirəm ki.
ancaq bilmir ki, baş əymək özü elə ibadətdir. Təkcə Allahın qarşısında baş əymək lazımdır.




Ayədə nə deyilir onlar ibadət edirlər.
Yəni,şəfaətçilərini,vasitəçilərini mütləq güc sahibi bilirdilər.Haçan biz etiqad etsək ki,Peyğəmbər(səəv) və İmamlar(ə.s)mütləq qüdrət sahibidirlər,Allahın izni olmadan kiməsə övlad verirlər,müşkülləri həll edirlər,şəfaət edirlər və s.hə bu halda ayələr bizə aid olar.


Bəli ayədə deyilir ki, ibadət edirlər. Siz də ibadət edirsiniz. Kömək istəmək, qurban kəsmək, ziyarət etmək, qoruma istəmək, dua etmək ibadət sayılır.
Siz də bu ibadətləri Allahdan qeyrilərinə imamlara, qəbirlərə, pirlərə aid edirsiniz.
İbadət etmək mütləq qüdrət sahibi hesab etmək deyil.
Əgər onalr bütləri mütləq qüdrət sahibi hesab etsəydilər, onda onlara Allaha yaxınlaşmaq üçün ibadət etməzdilər. Elə birbaşa bu bütlərə ibadət edərdilər.
Məkkə müşriklərinin Allaha yaxınlaş üçün bütlərə ibadət etməsi sübut edir ki, bütləri Allahdan aşağı dərəcədə görürdülər.
Bu sübut edir ki, onlar bütləri mütləq qüdrət sahibləri və sərbəst varlıqlar hesab etmirdilər.




Şiə təvəssül və şəfaətə etiqad edir.Eyni zamanda da etiqad edir ki,Allahın izni olmadan heç kim şəfaət edə bilməz və onun müşküllərini həll edə bilməz. İnşəƏllah Quran və sünnədən ehtiyac olsa,imkanım daxilində və vaxtım daxilində danışarıq.
Bu ayələri gətirməkdə məqsədin aydındır ki,təvəssül və şəfaəti inkar etmək üçün gətirmisən.Yaxşı əgər bilirdinsə ki,əhli-sünnə alimləri arasın da təvəssül və şəfaət barəsin də ixtilaf var.Bəs nəyə görə bu ayələri gətirirsən.Adama deyərlər get bu ayələri təvəssül və şəfaətə icazə verən alimlərinə verdəəəə.Deməli bilmirdin.Bisəydin bu ayələri gətirməzdin. Sənin dilinlə deyirəm bəlkə də xəvariclərin saytından oxudun.Bəlkə də.Doğrusunu Allah bilər.


Sələfi də təvəssül və şəfaətə etiqad edir. Ancaq sələfi əqidəsində təvəssül və şəfaət Quran və səhih hədislərdə olan dəlillərlə kifayətlənir.

Şiələrdə isə şəfaət və təvəssül o qədər şişirdilib Məkkə müşriklərini keçiblər.

Əhli Sünnə alimlərində şəfaət və təvəssül anlayışı şiələrdən yer-göy qədər fərqlənir.
Əhli Sünnə alimləri arasında əsas ixtilaflar aşağıdakılardır:
1) Ölmüş əməlisaleh insanların xatirinə Allahdan nəsə istəmək kimi dualar

Bu duada da diqqət yetirsən Allahdan istənilir.
2) Peyğəmbərdən (s)Qiyamət günü olan şəfaəti istəmək.

Bu ixtilaflar əsasən bu məsələlərlə bağlı bəzi hədislərin səhih və ya zəif olması səbəbindən doğur.

Ancaq Əhli Sünnə alimləri qəbirlərdən, pirlərdən və əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, qorumaq istəmək və onlara qurban kəsməyin şirk olması bəradə ittifaq etmişlər.



“VƏFATINDAN SONRA NƏBİYLƏ TƏVƏSSÜL.

Fəqihlər, vəfatından sonra Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül eləmənin məşru olması haqda ixtilaf etmişlər. Yəni, belə deyən kimsənin sözü haqqında: “Allahım! Nəbin xatirinə, Nəbinin Cahı üçün, Nəbinin haqqı üçün səndən istəyirəm”

Birinci Görüş (Caiz olduğu):
Fəqihlərin çoxu (Məlikilər, Şafiilər, Hənəfilərin son dönəm alimləri, Hənbəli məzhəbində əsas görüş) təvəssülün bu növünün caiz olduğuna hökm etmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - sağlığında və ya vəfatından sonra olması arasında fərq yoxdur...

İkinci Görüş (Məkruh olduğu):
“Ət Tətərxaniyyə”də“Əl Muntəqa“ adlı kitabdan nəqlən belə gəlmişdir: Əbu Yusuf, İmam Əbu Hənifədən rəvayət etmişdir: Hər kəsin Allaha ancaq Onunla (isim və sifətləriylə) dua eləməsi lazımdır. İzin verilmiş, əmr edilmiş dua Uca Allahın bu kəlamından çıxan nəticədir: “Ən gözəl isimlər Allahındır. Ona bunlarla dua edin””
Əbu Yusufdan, bu əməldə bir bəis olmadığı rəvayət edilmişdir. Rəvayət olunmuş əsər səbəbilə Leysin görüşü də budur.

Üçüncü Görüş (Caiz olmadığı):
Taqiyyuddin ibn Teymiyyə və son dönəm Hənbəli alimlərindən bəziləri, Nəbinin zatı ilə təvəssülün caiz olmadığı görüşündədir…”

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 14/156-161 http://archive.org/d...ikh_pdfbook_ara

Get bu ayələri əhli-sünnə alimlərinə gətir.Denən niyə Peyğəmbərə (səəv)ibadət edirsiz.Axı Quran da belə ayələr var.


2.
[/color][/size]


Bu məsələni yuxarıda izah elədim.




Klassik alimlərinizə məsləhətin olsa,verərsən.

3.Məzhəb imamın (Əhməd ibn Hənbəl)Peyğəmbərin (səəv) tükünü öpüb gözünə qoyarmış sönra da şəfa tapmaq üçün tükü suya batırıb suyuda içərmiş. İmamına denən ki,ay mənim imamım axı Quran da ayə var.Tükə ibadət etmək sayılır axı.[/color]


Bu sənədin səhihliyi haqda bilmirəm. Ancaq imam Əhməd tükdən kömək istəməyib. Başqa bir tərəfdən Peyğəmbərin (s) tükü və paltarı ilə təbərrük etmək ilə bağlı hədislər var.
İmamlardan uşaq istəmək ilə bağlı hədis var?


Hənbəli 84 məndə səni başa düşmürəm. :unsure:


İnşəAllah sənə kitablar deyərəm, oxuyarsan. Allah sənə doğru yolu göstərsin.



#96273 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 09:52 в Şiə-sünni dialoqu

Qurban kəsməkdi, namaz qılmaqdı, həc və sair ibadətləri Allah üçün edirsən.

Elə mən də onu izah etmək istəyirəm.
Təəssüf ki, çox adam qurbanı pir üçün, qəbir üçün və s. üçün kəsir.




Siz (əminəm ki)
düz yöndəmdən anlamamısız.


master_ier özü gəlsin məsələni aydınlaşdırsın



#96191 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:14 в Şiə-sünni dialoqu

Bu ayə çox gözəl ayədir. Sənin niyyətin öyrənmək olsaydı, elə Quran ayəsini oxuyanda özün bir düşünərdin ki, Allah Təala (c.c.) niyə ayənin sonunda "Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz." buyurur? Bundan qabaqkı ayələri də oxuyub müşriklərin əməllərini görərdin və şahid olardın ki, müşriklərin əməlləri ilə bu sözləri ziddiyət təşkil edir. Bu sözləri sadəcə özlərini təmizə çıxarmaq üçün deyirlər.


Master_ier, Allah sənə ağıl və məntiq versin.
Sənin deməyindən belə çıxır ki, əgər Məkkə müşrikləri həqiqətən Allaha yaxınlaşmaq niyyəti ilə Lat və Uzzaya ibadət etsəydilər onda tövhid əhli olacaqdılar.
Allah ona görə onları yalançı adlandırır ki, Allah Lat və Uzza haqqında dəlil nazil etmədiyi halda müşriklər onları yaxınlaşma vasitəsi seçiblər, özlərindən yalan uydurublar.

Allah sənə hidayət versin. Quran ayələrini öz nəfsinə və əqidənə uyğun izah etmək istəyirsən ancaq alınmır.



Daha aydın olması üçün müşriklərin əməllərinə baxaq.


baxaq


Təvəssüldə sünni-şiə arasında ixtilaf yoxdur, bu ixtilaf sadəcə özlərinə sələfi deyənlərin çıxartdığı hoqqadır. Adətən özlərinə sələfi deyənlər müsəlmanlara qarşı bir neçə ayəni tez-tez sitat gətirirlər. əl-Əraf 194, əl-İsra 56, Yunus 106, Fatir 14, əl-Ənbiya 43 və sair.



Burda da yalan danışırsan.
Siz sələfilərin dəvətinin qarşısını almaq üçün elə təbliğat aparırsınız ki, guya sələfilər Əhli Sünnədən fərqli yeni bir təriqətdir.
Sələfilər elə Əhli Sünnənin özüdür. Sələfilərdə din Quran və səhih hədislərdən başqa bir şeyə əsaslanmır.

Əhli Sünnədə ittifaq ilə əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, sığınmaq (qoruma istəmək),onların adı ilə işə başlamaq, onlara qurban kəsmək şirkdir.

İxtilaf isə təvəssülün başqa növlərindədir ki, məsələn şəfaət istəmək və ya onların xatirinə nəsə istəməkdə ixtilaf olunur.

Siz şiələrdə bunların hər ikisi var.


Amma maraqlısı budur ki, bu ayələr hamısı onların əksinədir. Sadəcə olaraq özlərinə sələfi deyənlər ayələrin mahiyyətini anlamırlar.

Məsələn, əl-Əraf 194-də Allah (c.c) "Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır". Yəni, özləri yaranmış olmasınlar. Deməli, onlar rübubiyyət sifətinin nə hamısına, nə də bir hissəsinə malik deyillər.

Və ya əl-İsra 56-da "Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər". Yəni, onlar o vaxt sizə tanrı ola biləcək ki, zərəri sizdən dəf edə bilsinlər.

Xülasə, bir halda ki, onlar sizə nə fayda verə bilirlər, nə də zərər. Onlar sizi eşitmirlər də. Bəs onda nə üçün onlara ibadət edirsiniz?

Bütün bunlar onu göstərir ki, müraciət olunanlar elə bir əqidə daşıyıcıları idi ki, onların fikrincə tanrılar insan ağılının fövqündə duran qüvvəyə malik idilər. Fayda və zərər verməyin onların əlində olduğunu düşünürdülər.

əz-Zuxruf 9-da Allah (c.c.) buyurur: Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər.

Lakin, buna baxmayaraq onlar Allahın rübubiyyət sifətində müşrik edilər. Onlar bir rəbbə yox, bir neçə rəbbə inanırdılar. Onların etiqadına görə aləmi idarə edən, hər işə ayrı-ayrılıqda əncam çəkən rəbblər vardır.

Zeyd b. Əmr b. NAufəl hələ Peyğəmbərin (s) besətindən qabaq bütlərə sitayiş etməyi tərk etmişdir. O, cahillik əqidəsindən danışaraq məşhur şerində belə deyir:

أرب واحد أم ألف ربّ ... أدين إذا تُقسِّمت الاَُمور
عزلت اللات والعزى جميعاً ... كذلك يفصل الجلد الصبور
للا عزّى أدين ولا ابنتيها ... ولا صنم بني عمرو أزور


Bir rəbbəmi, yoxsa ki min rəbbə,
İşlərimin həlli üçün hansı birisinə,
Latı, Üzzanın hamısını tərk etdim,
Səbirli, möhkəm adam belə olmalı.
Nə Üzza, nə də qızlarına etiqadım yox,
Nə də Bəni-Əmrin bütüb ziyarət edirəm.

Həmçinin deyir:

إلى الملك الاَعلى الّذي ليس فوقه ... إله ولا ربّ يكون مدايناً

Uca Məlikə, ondan üstün olmayana,
Elə bir tanrıya ki, ona tay olan yoxdur.

Müşriklər özlərinə tanrı götürməklə onlardan yağış yağdırmasını, onların sayəsində izzətli olmalarını və Allahın digər sifətlərinə aid olanları onlardan diləyirdilər.

İndi necə ola bilər ki, sənin sitat gətirdiyin əz-Zumər surəsi 3-cü ayədə onların bütlərə və ya tanrılara ibadətləri ancaq Allaha yaxınlaşmaqdan ötrü olsun? Deməli, bu ayə yə digər ayələri təsdiqləyərək onu demək istəyir ki, müşriklər dilləri ilə dediklərini qəlblərində təsdiqləmirlər. Qəlblərində həmin tanrıların təsirə malik olmasına etiqad edir, dillərində isə onlardna ancaq vasitə kimi istifadə etdiklərini söyləyirlər. Ona görə də ayənin sonun da deyilir:

"Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz."

Yəni, onlar iddialarında yalançı idilər. Müşriklər bütlərə dünyəvi məqsədlərinə görə ibadət edirdilər.


Bəli, Məkkə müşrikləri uluhiyyət tövhidində yox, rububiyyət tövhidində Allaha şərik qoşurdular.
Bəs yaxşı kömək istəmək, qoruma istəmək, uşaq istəmək, qurban kəsmək, adı ilə işə başlamaq rububiyyət tövhidinə aid deyil?

Dünyəvi işlərdə kömək istəmək, qoruma istəmək və ya uşaq istəmək dünyəvi məqsədlər deyil?

Gedirlər qəbirlərdən, pirlərdən, imamlardan uşaq istəyirlər. Sonra uşaq olanda adını qoyurlar Pirverdi, Ocaqverdi, İmamverdi.

İmam uşaq vermə gücünə malikdirsə bu fövqəl qüvvə deyil?



#96306 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:27 в Şiə-sünni dialoqu

İmam Ahmed İbni Hanbelin (r.a) bir fetvasini hatirlatmak isteriz.Gördüğünüz resim İmam Ez Zerkaşinin “Teşiniful Mesami” isimli kitabinin 2-ci cildinin 249-cu sayfasidir.Bu sayfada İmam Ez Zerkaşi(r.a) diyor ki “El Hisal” kitabinin yazari ifade eder:Imam Ahmed bin Hanbel(r.a) dedi ki:

« من قال أن الله جسم لا كالأجسام كفر »

‘ kim Allâh cisimdir, ancak diğer cisimler gibi değildir’ derse kâfir olur”

http://antiselefi.wo...haqqda-fetvasi/


Doğrudur. Biz demirik ki, "Allah cisimdir". Əksinə "Allah cisimdir" demək bizim əqidədə küfrdür.



#96307 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:46 в Şiə-sünni dialoqu

Sən Hənbəli "təfsir alimi"bu ayədən belə başa düşdün ki,Allahın 2 əli var?Sən özün boynuna alırsan ki,(nəuzu billah)Allah əli-ayağı budu-baldırı və sairə üzvlıri var, hindiyski budda kimi.Sən əgər buna iman etmisənsə onda mənə de,ərşdə oturmuş Allahın ipi harada sallanır ki,bizdə kedək ondan yapışaq.(Ayədə olduğu kimi).


aburza, leg və İ_nur.

Bu həm elmi və həm də fəlsəfi cəhətdən sübut olunur ki, "Allahın iki əli var" demək Allahı cisimləşdirmək və Allahı məxluqata bənzətmək deyil.

Buna bir misal da çəkim.

Məsələn Quranda ayələrdə gəlir "Allah Eşidəndir".
Ancaq bilirik ki, insanın eşitmə qabiliyyəti var və insan da eşidəndir.

Onda sizin məntiqdən çıxır ki, gərək "Allah Eşidəndir" deməyək.
Əgər "Allah Eşidəndir" desək onda Allahı insana bənzətmiş oluruq, çünki insan da eşidəndir.
Onda gərək Quran ayəsində "Allah Eşidəndir" ifadəsini oxumayaq.Məntiqsiz nəticə almış oluruq.

Bizə məlumdur ki, "Allah Eşidəndir" ancaq Allahın Eşitməyi insanın eşitməyinə bənzəmir, keyfiyyəti bizə məlum deyil.
Eyni qayda ilə "Allahın iki əli" ifadəsi Quranda gəlir.
Biz başa düşürük ki, "Allahın iki əli" məxluqatın əllərinə bənzəmir, keyfiyyəti bizə məlum deyil.

Məsələn ayədə gəlir :

"Mənim iki Əlimlə yaratdığıma sənə səcdə etməyə nə mane oldu?"

Diqqət yetirsəniz burda "iki əl"-ə mənsubiyyət var, "mənim" deyilir.
Allah nəyisə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırır. Allah həmin şey (Sizə görə qüdrət və qüvvət, biz isə bilmirik nədir) vasitəsilə Adəmi yaratdığını bildirir.

Əgər Allah həmin şeyə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırırsa, biz həmin şeyə "Allahın iki əli" deyə bilmərik?

Həmin şeyin varlığı mənasında "Allahın iki əli var" deyə bilmərik?

Əgər "Allahın iki əli yoxdur" desək birbaşa ayəni inkar etmiş oluruq.

38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Çünki belə çıxır ki, Allah mövcud olmayan bir şeyə "iki əlim" deyir, və ya mövcud olmayan bir şey vasitəsilə Adəmi yaratdığını bildirir.



#96568 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 25 ноября 2012 - 11:14 в Şiə-sünni dialoqu

Изображение


l-nur,

GƏlin sizin məntiqinizlə sizə sual verim.

Araz çayı həqiqi mənada Kür çayının qoludur.
Onda sizin məntiqinizə görə Araz çayı ət və qandan ibarət olmalıdır. Çünki insanın da qolu var. İnsanın qolu isə ətdən qandan ibarətdir. Bu necə olur? Araz çayı ət qandan ibarətdir?



#96567 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 25 ноября 2012 - 11:07 в Şiə-sünni dialoqu

والسماء بنيناها ) أي : بأيد ) أي : بقوة . قاله ابن عباس ، ومجاهد ، وقتادة والثوري ، وغير واحد

İbn Kəsir "əl"kəlməsini yozur qüvvətə (qüdrətə)
Səmanı əllərimizlə ucaltdıq tikdik Təfsir: (əllərimizlə)Yəni qüvvətimizlə (qüdrətimizlə).Bunu səhabələrdən də ibn Abbas,Mucahid,Qutədə deyiblər.Səvri və digərləridə bunu deyiblər.

Müəllif:İbn Kəsir "Təfsirul-Quranil-Azim" əz-Zəriyat 47-nin təfsirində
http://www.islamweb....k_no=49&ID=1824

Bəs nə oldu deyirdin ki,əhli-sünnə ayədə əl gələrsə,əl kimi qəbul edib müxaliflər kimi qüdrətə yozmaz.

Sən demə Hənbəli 84-ün məntiqinə görə İbn Kəsir, ibn Abbas,Mucahid,Qutədə,Səvri və digərləri əhli-sünnəyə müxaliflərdən imiş.
:gizildish:


qulam, get ərəb dilini öyrən sonra ərəb dilində olan materiallara link verərsən. Bu ayədə heç "əl" kəlməsi yoxdur



#96566 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 25 ноября 2012 - 11:02 в Şiə-sünni dialoqu

كان أَبُو القاسم بن السمرقندي ، يقول : إن أبا بكر بن الخاضبة كان يسمى ابن الفاعوس الحجري ، لأنه كان يقول : الحجر الأسود يمين الله حقيقة
قلت : إن صح عن ابن الفاعوس أنه كان يقول : الحجر الأسود يمين الله حقيقة ، فأصل ذلك : أن طائفة من أصحابنا ، وغيرهم نفوا وقوع المجاز في القرآن ، ولكن لا يعلم منهم من نفى المجاز في اللغة

Əbul-Qasim b. əs-Sumər Qəndiy deyirdi: Əbu Bəkr b. Xadibə İbn Fa`usu Həcəri adlandırırdı. Çünki İbn Fa`us deyirdi: Həcərul-əsvəd (Kə`bədəki qara daş) Allahın həqiqi sağ əlidir.
(İbn RəcəB) Deyirəm: İbn Fa`usun "Həcərul-əsvəd Allahın həqiqi əlidir" deməsi doğrudur. Bunun əsli bizim alimlərdən və digərlərinin Quranda məcazın olduğunu inkar etməsidir. Lakin onlardan kiminsə lüğətdə məcazı inkar etməsi barədə mə`lumat yoxdur.

Hafiz Əbdür-Rəhman b. Əhməd b. Rəcəb əl-Hənbəli, əz-Zeylu əla Təbəqat əl-Hənabilə, c.1, s.384; Məktəbə əl-Ubeykan - ər-Riyad, 1425 h; təhqiq: Dr.Əbdür-Rəhman b. Süleyman əl-Useymin.

Qeyd: İbn Rəcəb əl-Hənbəli hicri 736-cı ildə Bağdadda anadan olmuşdur. Təfsir, hədis, fiqh elmlərində müxtəlif kitabların müəllifidir. İmam Muflih əl-Hənbəli onun haqqında deyib: O, şeyxdir, böyük alim və hafizdir. Dünya həyatından çəkinən şəxs idi. O, hənbəli məzhəbinin şeyxi və müxtəlif kitabların müəllifidir.

http://hadis.313news.../news/a-46.html


qulam, buranı iftiralarla dolu olan copy paste-larla doldurmaqdansa get Vəhhabilərin Allahı mövzusunda Hənbəli nikli yuserin yazdıqlarını oxu.
Orda bu ittihamlara cavab verilir.



#96315 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 14:54 в Şiə-sünni dialoqu

Eşitmə mücərrəd bir məfhumdur. Bunların eyniliyi cimsmiyyətə aparmır. Söhbət əldən gedir. Əl də ki insanda cismdir. Əgər bunu Allaha aid etsən müşküllər ortaya çıxır.

Eşitmə mücərrəd bir məhfum deyil, fiziki bir prosesdir.
Sevgi, qorxu və s. mücərrəd məhfumlardır.

Səncə Allah üçün də eyni fiziki proses baş verir?



#95804 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 13:22 в Şiə-sünni dialoqu

Hənbəli-84,sən cahilsən.Çoxsaylı cahil vəhhabilərdən biri kimi.Adını Hənbəli qoymusan nə Hənbəlilikdən nə də Əhli Sünnətdən xəbərin var.


Cahil olmaqdan Allaha sığınıram. Mümkünsə fikrini izah edərdin bilərdim cahilliyim nədədir?



#96182 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 21 октября 2012 - 16:08 в Şiə-sünni dialoqu

Bu sualları pis mənada başa düşməyin. Mən yalnız sizin əqidəni öyrənmək və başa düşmək üçün bu sualları verirəm.


İmamlardan kömək istəməyinizə dəlil nədir?

Bu ayələr sizə aid olmurmu?


39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.


Siz də imamlara ibadət edirsiniz (onların adı ilə işə başlayırsınız, onların qəbirlərini ibadət yerini çeviribsiniz, onlardan kömək istəyirisniz). Siz də deyirsiniz ki, imamlar bizi Allaha yaxınlaşdırır.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.


İmamlar sağ vaxtı özlərini və öz ailələrini qoruya bilməyiblər. Siz də deyirsiniz ki, imamlar bizim şəfaətçilərimizdir.
İmam Əli və imam Hüseyn öldürülmuşlər. Sağ vaxtı özlərini qoruya bilmiyiblər. Öləndən sonra sizi necə qoruya bilərlər?

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?


Əvvəlki ümmətlər belə səhv edib. İmamlar da peyğəmbərin (s) nəslindəndir. Siz də eyni səhvi təkrar etmirsinizmi?



#95801 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:57 в Şiə-sünni dialoqu

Allah bağışlayandır, mehribandır. bəs o səhabəyə nə gəlib? Hicrətin 2-ci ilində Bədrdə, bağışladı, hicrətin 3-cü ilində Uhudda bağışladı... adam nə qədər qaçar döyüşdən? Hicrətin 5-ci ilində Xəndəkdə qaçıb gizlənmələri, hicrətin 7-ci ilində Xeybərdə qaçmaqları, hicrətin 8-ci ilində Huneyndən qaçmaqlarını kim bağışladı bəs? Bunlara aid Qurandan ayə göstərə bilərsinizmi?

Bundan əlavə, söhbət bağışlanıb, bağışlanmamaqdan söhbət getmədi. söhbət döyüşdən qaçmaqdan, qeyrətdən getdi. Useyd orda qeyrət söhbəti edir və elm tələbəsinə yaraşmayan şəkildə edir.

İmam Zaman (əs) barədə, zühur və əlamətləri, İmamın (əs) funksiyaları və vəzifələri barədə anlayışın olmadığı üçün bu barədə şərh verməyəcəyəm. Mütaliə edərsən, şiə əqidəsinin İmam Zaman (əs) barədə fikirləini öyrənərsən sonra söhbət edərik.

Ən sonda, şiə səhabəyə lənət oxumur. Zahirən səhabəlik edib, daxilən münafiq olanlara lənət oxuyur. Kafir olanlara lənət oxuyur. Bunu da yadında saxla.


Səncə Peyğəmbər (s) münafiqlər ordusu ilə döyüşlərdə qalib gəlirdi? Peyğəmbər (s) münafiqlər ordusu iləmi İslam dövləti qurmuşdu?

SƏhabələrin əksəriyyəti münafiqlər idisə niyə onlar Peyğəmbəri (s) zədəgan müşriklərə satmırdılar?

Münafiq səhabələri nə məcbur edirdi ki, öz rahat həyatlarını tərk etsinlər İslamı qəbul edib Məkkədə təzyiqlərə, əzab-əziyyətlərə və işgəncələrə məruz qalsınlar?

Münafiq səhabələri nə məcbur edirdi ki, öz rahat ev-eşiklərini tərk edib Mədinəyə və Həbəşistana hicrət etsinlər?

Allah sizə hidayət versin. Əli haqqında ifrata varmaq sizin gözünüzü elə tutub ki, haqqı görmürsününz.

Allah əhli beyt haqqında ifrata varıb əhli beyti Allaha şərik qoşanlara lənət eləsin.



#95617 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 13:04 в Şiə-sünni dialoqu

Yoxsa o boyda Zurarə namazda təşəhhüdü bilmirdi? Bilmirdi ki, imamiyyə şiəsində belə şey yoxdur. Bu bidətdir.


Sən deməmişdən şiələrdə də bidət anlayışı var imiş.

Əzadarlıq, mərsiyə, ələm, qəbirləri dövrə vurmaq, qəbirlərin üstündə məscid tikmək, pirlər, ocaqlar, mövludu qeyd etmək və s. hamısı sünnə imiş.



#95803 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 13:15 в Şiə-sünni dialoqu

İndi gördün qoyun kimdi?Sən əsl qoyunsan.


Peyğəmbər (s) kimisə qoyun adlandırıb?

Ya peyğəmbər (s) onu söyəni söyüb?

Əgər sən haqq yolu ilə getmək istəyirsənsə Peyğəmbəri (s) özünə nümunə götür?



#97096 Достоинства Умара ибн Хаттаба

Отправлено автор: hənbəli_84 26 декабря 2012 - 09:52 в Суннито-шиитский диалог

однажды Пророк(саас)увидел во сне как обезьяны взбираются по его минбару.Джабриил сказал что это дети умайа.(да будет он проклят и его род и те кто его НЕ проклинают)

Термизи том 2.стр 35
Фехри Рази.
Тафсири СУюти.

vot kniqa Tirmizi http://www.darulkita...zi/indexana.htm

ssilku mojesh dat?



#97097 Достоинства Умара ибн Хаттаба

Отправлено автор: hənbəli_84 26 декабря 2012 - 09:54 в Суннито-шиитский диалог

проклятие Аллаха над умаром, ненависть к нему ваджиб и ее невозможно описать


U vas est dostoverniy xadis ot proroka (s) chto on kajdiy den (ili postoyanna) koqo to proklinal?



#95425 Tahavi deyir Allahın iki ayağı var?

Отправлено автор: hənbəli_84 06 сентября 2012 - 10:13 в Şiə-sünni dialoqu

əl varsa demək ki əlin məhdud sərhədləri var


Buna dəlil nədir?



#93062 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:30 в Şiə-sünni dialoqu

Yəni ki Allaha ancaq biz yalnız şəkildə olanda dua edirik.Ancaq biz yalnız olmayanda Allahdan başqasına da dua etmək olar.Başa sala bildim? Məsələn otaqda tək və yalnızsan yanında heç kim yoxdur başlayırsan Allaha yalnız şəkildə dua etməyə.Ancaq otaqda cüt olanda Allahdan başqasına da dua edirsən.Mənası budur.


Ömrümdə 1-ci dəfə belə izah oxuyuram. Hansı kitabdan oxumusan bu izahı?



#93065 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:40 в Şiə-sünni dialoqu

abdhalim sen hec umumiyyetle wirkin ne oldugunu bilmirsen. Bu baximdan wirkin terifinde muwriksen, cunki wirk olmayan emeli wirk adlandirirsan.


Muheqqiq sən hələ bilmirsən ki, xütbə nədir, hədis nədir. İndi də şirk məsələsinə girişibsən.

Sizin əqidədə təkcə Allaha aid edilən ibadətləri (kömək istəmək, qurban kəsmək) daşlara, qəbirlərə, imamlara aid edirlər. Bircə ilahi sözünü deməməklə bunu şirk saymırlar.

Yəni sizin əqidəyə görə sən get qəbirə qurban kəs, bir dənə ona ilahi demə bu şirk sayılmır.

Deməli sizin əqidəyə görə lal adam heç vaxt şirk etməz. Ya da sizin əqidəyə görə şirk ancaq söz ilə olur, əməl ilə olmur.



#93339 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 11:20 в Şiə-sünni dialoqu

hənbəli əgər sən sələfisənsə,onda əqidəvə zidd gedən hədisi necə izah edəcəksən ?
ən 1 ci hər özünə şiyə deyən kafir sayılmaz,
şiyə ola bilər ki,nədənsə bərəkət almağı şirk saysın,rədd eləsin!
ona görə ehtiyatli ol !




Doğru deyirsən mən də şiəyəm. Mən həqiqi şiəyəm, yəni həqiqətən Əlinin tərəfdarıyam. Əli (rad) bizim sələfimiz olur.
Bizim də əqidəmiz budur ki, dini onların dövründə yaşanılan kimi yaşayaq və onların başa düşdüyü kimi başa düşək.
Mən İnşəAllah sən dediyini nəzərdə tuturam.

sözü uzatmayim keçim əsas məsələyə
lüğəti mənası Təbərrük "əl-Bərəkə" sözü ilə əlaqədar olaraq "bərəkət istəmək", "bərəkət ummaq" anlamındadır. "Əl-Bərəkə" isə "ziyədəh" (artım) və "Nəməə" (çoxalma) kimi izah olunur.
şəriyyətdə isə
təbərrük qeyb aləmindən Allahın heç bir dəlil göndərmədiyi bir şeyə,bir əşyaya zənnlərnən ümüd bağlayıb,şəfa tapmaq,cəsarət tapmaq,şücaət tapçaq mənasını verir.



Burda bir məsələ var:
Allahın dəlil göstərdiyi təbərrük şirk deyil. Buna icazəli təbərrük deyilir.
Allahın dəlil göstərmədiyi təbərrük isə şirk hesab olunur.


3.Əsma b. Əbubəkrdən belə dediyi rəvayət edilmişdir: "… İşdə Hz. Peyğəmbərin (s) cübbəsi! (…) Aişə vəfat edənə qədər bu cübbə onun yanında idi. O vəfat edincə mən götürdüm. Rəsulullah (s.ə.v) onu geyərdi. İndi biz də onu xəstələr üçün yıxırıq; onunla şəfa tələb edilir." - Müslim, "Libas", 10.



bu hədisə link qoy. İnşəAllah müzakirə edək. Bu hədisi axtardım tapa bilmədim.

şübhə yox ki,mənə görə bu hədisə inanan, insan şirkdədir.
məs peyğəmbərin cübbəsi olduğu üçün,
şəfa istəyirlər Allahdan,yəni fikir burda burda çübbənin materialından söhbət getmir.
məs kiməsə aid olduğundan gedir.buna aid bir misal verim


Sən niyə iddia edirsən ki, məhz Peyğəmbər (s) cübbəsi olduğuna görə təbərrük edirlər.
Sən elə fikirləşirsən ki, səhabələr şirkin nə olduğunu bilmirdilər.
Bəlkə səhabələrin dəlili var idi ancaq bu hədisdə o qeyd olunmayıb?

rəsul s.ə.v. sağlığında rəsul s.ə.v. bir qonaqlıqda, ev yiyəsinə deyir ki,
get bayırda olan müsəlmanlarıda yeməyə çağır.ev yiyəsi cağırır,lakin qazanda 5 nefer insan üçün yemək olur.
gelenlərin sayı isə 200 nefrden çox olur.
rəsul s.ə.v. deyir ki, sən o qazanı gətir qoy önümə.
və rəsul s.ə.v. hər dəfə əlini atır,və ordan tikə ət çixardıb müsəlmanlara verirdi.
beləliklə balaca qazandan hardasa 200 nəfərdən çox adama ət verir,xəndək döyüşündə.

və bundan sonra evin yiyəsi demədi ki, bu qazan bərəkətlidir,buna 1 kq ət atırsan əvəzində 100 kq ət çıxarırsan.
eynilədə Yusuf.ə. köynəyi də buna misaldır
şübhə yox ki, bütün bunlar rəsullara verilən ayələrdir ki, insanlar şübhə etməsin ki, bunlar Allahın rəsullarıdı.


Doğrudur.

şübhə yox,kimsə rəsul s.ə.v paltarını ,saçını ondan yadıgar saxlaya bilər, lakin onun əşyalarından bərəkət ummaq isə
şirkdir.və onlar isa.ə. səhabələrinin gününə ola bilsin düşüblər.


dəlil olmadan bərəkət ummaq şirkdir, bəs dəlil varsa necə?

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. 5.118
və yaxud da bütün bu hədisləri səhabəlirin adından uydurublar belədə ola bilər.
bunu Allah bilir.


Bu hədislər alimlər tərəfindən araşdırılır. Hədislərin araşdırılması ilə bağlı bir az oxu. Hansı şərtlər qoyulur. Mütəvatir hədis nədir. Səhihlik üçün hansı şərtlər qoyulur.
Mən bilmirəm yuxarıdakı hədis səhih olunur yoxsa yox.
Hətta hədis səhih olarsa biz aşağıdakı məsələlərə diqqət yetirməliyik:
1) biz səhabələri şirkdə ittiham edə bilmərik. Çünki ola bilər onlar bu məsələnin dəlilini biliblər. Onlar üçün bu icazəli təbərrük olub.
2) Biz belə təbərrük edə bilmərik. Çünki biz bunun dəlilini bilmirik. Dəlil olmayan bir şey vasitəsilə təbərrük etmək olmaz.

Hədislərdən belə başa düşülür ki, Peyğəmbər (s) vaxtında icazəli olan və olmayan təbərrüklər var idi.
Məsəllən Peyğəmbər (s) qəbri ilə təbərrük qadağan idi.
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi"



yəndə deyirəm rəsullar sağ oldu, və ya vəfat etdi, kimsə bilə bilməz ki, onların əşyalarında bərəkət,şəfa var !
bu qeybi məsələdir. və bunu Allah rəsullara bildirər ancaq.
daha bu cür yox. hansısa xəstəlikdə istifadə etsin.
ən qəribəsi odur ki,Əli ibn abu talibinin paltarindan kimsə bərəkət alarsa ,alimləriviz şirk adlandırıb.
bunlara aydınlıq gətir əgər yəqinlyin varsa əqidəndə !
bu hədislər səhihdir yoxsa ?


Doğru deyirsən elədir. Ancaq rəsullar sağlığında hansısa əşyasında ölümündən sonra da və konkret kimlərsə üçün də bərəkətli olduğunu bildirə bilər.
Təkcə Əli ibn Talibin (rad) əşyaları və ya qəbri ilə təbərrük etmək şirk deyil, ümumiyətlə dəlil olmayan istənilən əşya ilə təbərrük etmək şirkdir.
Heç vaxt Əlinin (rad) sağlığında onun vasitəsilə və paltarları vasitəsilə təbərrük etməyib.

Bir şeyi də qeyd edim.
Yuxarıdakı hədisdən nəticə çıxartmaq da düzgün deyil ki, istənilən əməlisaleh insanın istənilən əşyası ilə təbərrük etmək olar.


Əhli Sünnə heç nəyi şişirtmir və heç nəyi itirmir.



#93731 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 09 июля 2012 - 11:22 в Şiə-sünni dialoqu

hənbəli
suallardan yayınmaqnan nəyə nail olacaqsan ?
bu boyda küfürünən nə vaxtacan bir yerdə yaşacaqsan?
bu hədislərə səhih deməknən insanları niyə azdırırsız Allah yolundan ?
sonra
ölümün gələndə Allahın qəzəbindən hara qaçacaqsan ?

sualların cavabı səni gözdəyir.!
Alimlərviz müslimdə ki, hədisləri səhih sayıb,sən necə qəbul edirsən bu hədisi ?
imam Müslim bu hədisə etiqad edirsə kafirdir yoxsa cahil müsəlman ?

p.s.istəsən əhli sunnə forumuna ssılka verim bu mövzü haqqda,və orda mənim sələfilərnən mübahisəmə şahid ola bilərsən.


Abdhalim,

Cavablar səni qane etdi?



#93051 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 09:39 в Şiə-sünni dialoqu

Sən ağaya dua edib ondan mədəd umub yardım diləməyi şirk sayırsan?


der, Sən heç Fatihə sürəsini oxuyubsanmı?

İyyəəkə nəabudu və iyyəkə nəstəiin -Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.

"Yalnız" sözünün burda səncə mənası nədir?



#93338 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:27 в Şiə-sünni dialoqu

hənbəli
suallardan yayınmaqnan nəyə nail olacaqsan ?
bu boyda küfürünən nə vaxtacan bir yerdə yaşacaqsan?
bu hədislərə səhih deməknən insanları niyə azdırırsız Allah yolundan ?
sonra
ölümün gələndə Allahın qəzəbindən hara qaçacaqsan ?

sualların cavabı səni gözdəyir.!
Alimlərviz müslimdə ki, hədisləri səhih sayıb,sən necə qəbul edirsən bu hədisi ?
imam Müslim bu hədisə etiqad edirsə kafirdir yoxsa cahil müsəlman ?

p.s.istəsən əhli sunnə forumuna ssılka verim bu mövzü haqqda,və orda mənim sələfilərnən mübahisəmə şahid ola bilərsən.

Mən yayınmıram.Sualı araşdırmaq vaxt tələb edir. Əvvəl gərək aydınlaşdıra ki, nədir küfr?
Sənə görə küfr başqa şeydir, mənə görə başqa, şiəyə görə başqa
Əsas məsələ əslində küfr nədir? Onu aydınlaşdırmaq lazımdır.
ssilkani ver



#93337 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:22 в Şiə-sünni dialoqu




Qardaş, bu abdhalim hələ "elmə məlum olmayan" məzhəbə qulluq eləyir.

abdhalim, noldu bizim görüşümüz əxi ?



abdhalimin məzhəbi çox güman ki, Quranilərdir. Abu Zeydin Quranilər haqqında dərsi var.
Təkcə Quranı qəbul edirlər. Heç bir hədis kitabını qəbul etmirlər.
İnternetdə axtarsan taparsan.




Рейтинг@Mail.ru