Перейти к содержимому

Фотография

"Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səhihdirmi ?

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 46

#1 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 27 Декабрь 2010 - 19:06

Bismillahir Rahmanir Rahim

Əhli sünnə "Səhihi-Buxari" və "Səhihi-Müslüm"mü Qurandan sonra ən mötəbər kitab sayırlar . Amma mənə bir şey maraqlıdır :

Əhli Sünnə bu kitablardakı bütün hədisləri səhih bilir yoxsa ...?

Сообщение отредактировал reservoir engineer: 27 Декабрь 2010 - 19:07

Zillət bizdən uzaqdır !

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 29 Декабрь 2010 - 01:58

Səhih Müslimə şərh yazan Nəvəviyə Buxari və Müslimin "Səhih"lərinə, məşhur "Müsnəd" kitablarında, Əbu davudun, Tirmizinin, Nəsainin "Sünən"lərində səhih olmayan, yaxud batil hədislərin olub-olmaması soruşulur. O cavabında deyir:

Buxari və Müslimdəki hədislər səhihdir. Sünələr və müsnədlərin əksəriyyətinə gəldikdə isə onlarda səhih, həsən, zəif, münkər və batil hədislər var.

İbnül-Əttar, Fətava, s.246-247

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 30 Декабрь 2010 - 12:50

Səhih Müslimə şərh yazan Nəvəviyə Buxari və Müslimin "Səhih"lərinə, məşhur "Müsnəd" kitablarında, Əbu davudun, Tirmizinin, Nəsainin "Sünən"lərində səhih olmayan, yaxud batil hədislərin olub-olmaması soruşulur. O cavabında deyir:

Buxari və Müslimdəki hədislər səhihdir. Sünələr və müsnədlərin əksəriyyətinə gəldikdə isə onlarda səhih, həsən, zəif, münkər və batil hədislər var.

İbnül-Əttar, Fətava, s.246-247

Allah razı olsun qardaş.

Amma görək "əhli sünnə" nə cavab verəcək ,onların cavabından aslı olaraq yeni suallarım olacaq :rolleyes:

Zillət bizdən uzaqdır !

#4 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 30 Декабрь 2010 - 15:16

Bismillah,həə,səhih sayırlar
Əbu Hureyrə nəql edib: Rəsulullahdan (s) eşitdim deyirdi: “İlahi Muhəmməd də bir bəşərdir. Adi bəşər necə qəzəblənir o da o cür qəzəblənir. Mən səninlə əhd peyman bağlamışam. İlahi mənimlə bağladığın peymana xilaf etməyəsən! Hər vaxt bir mömini incitsəm ya ona nasəza desəm və ya ona şallaq vursam etdiyim əməli onun üçün kəffarə kimi qərar ver. Həmin əməli Qiyamətin günündə onun üçün sənə yaxın olmağa vasitə qərar ver”(Səhih Muslim kitab 45, əl-birr vəssilə vəl-ədəb bab 25, mən ləənəhunnəbiy (s) ov səbbəhu ov dəa ələyhi cild.4, səh 2008 hədis 2601 mətbəə “daru ihyautturas” Beyrut, Səhih Buxari kitabuddəəvat, bab qovlunnəbiy (s) mən azəytəhu..... cild 8, səh 435 “darul-qələm” Beyrut)

“Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən Rəsulullahın yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Rəsulullah (s) yenə də təkidlə Muaviyəni onun yanına çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə Rəsulullah (s) dedi: “Allah heç vaxt onun qarnını doyuzdurmasın”(Səhih Muslim kitabul-birri vəssilə 2/968, hədis 1827 mətbəə Darussəlam Məkkə)

Əbu Hureyrə nəql edib: Cəm namazı qılmaq üçün camaat cərgələri qurdular. Rəsulullah (s) gəlib namazdakı yerində duranda yadına düşdü ki, qusl etməyib, camaata tərəf dönüb dedi:-“Yerinizdə durun!” Sonra Rəsulullah (s) qusl etmək üçün evinə qayıtdı. Bir qədər keçəndən sonra Rəsulullah (s) saçlarını darayan halda bizə tərəf qayıtdı. Biz cərgələrdə durduğumuz halda o qusl etmişdi. (“Sünəne Əbu Davud” kitabuttəharət bab 94, 1/110, “Səhih Buxari” kitabulazan, bab iza qaləl imamu məkanəkum hətta rəcəə 1/ 164)

Huzeyfə nəql edib:- “Rəsulullahın (s) ilə bir qəbilənin zibillərini tulladıqları xarabalığa yetişəndə Həzrət (s) orada dayanıb ayaq üstə bovl etdi. Mən bir qədər uzaqda dayandım. Rəsulullah (s) dedi: Yaxın gəl. Mən də o qədər yaxın getdim ki, onun arxasında dayandım. Rəsulullah (s) dəstəmaz aldı və ayaqlarına məsh etdi”.(“Səhih Muslim” bab 29, əl-məsh ələl-xoffeyn hədis137, 1/116, “Səhih Buxari” kitabul vuzu, ayaq üstə və oturan halda bov etmək babu 1/66, “Sunəne Əbu Davud” kitabuttəharət, bab 12, ayaq üstə bovl etmək, cild 1, səh 53)
“Səhih Buxari” kitabına şərh yazmış Nəvəvi bu hədis haqda deyib:- “Rəsulullahın ayaq üstə bovl etməsinə görə alimlər o cümlədən Xəttabi, Beyhəqüi və s.... həmçinin Şafei bir neçə izahat söyləyiblər:
1. O zaman ərəblər bel ağrısını müalicə etmək üçün ayaq üstə bovl edərdilər. Deməli Rəsulullah (s) ayaq üstə bovl edəndə onun belində ağrı olub.
2. Beyhəqi deyib ki, ola bilsin Rəsulullahın (s) dizinin altında yara olub və o Həzrət bovl etmək üçün otura bilmədiyindən ayaq üstə bu işi görməyə məcbur olub.
3. Ola bilsin Rəsulullah (s) oturmaq üçün yer tapa bilmədiyindən ayaq üstə bovl etməyə məcbur olub. Çünki zibilliyin qarşı tərəfi yoxuş olub.
4. İmam Əbu Əbdillah Mazəri və Qazi Əyaz ® deyiblər: Rəsulullahın adətinə zidd olaraq ayaq üstə bovl etməsinin səbəbi bu ola bilər ki, qarşı tərəfdən (zibillikdən) nagəhan bir kəs çıxıb onu görməsin deyə o Həzrət ayaq üstə bovl etməyə məcbur olub. Buna görə də Ömər deyib ki, ayaq üstə bovl etmək arxanı gözləməkdən daha etibarlıdır.
5. Rəsulullahın adəti həmişə oturan halda bovl etmək olub, amma mümkündür ayaq üstə bovl etməsinin səbəbi camaata göstərmək istəyib ki, ayaq üstə də bovl etmək olar və Aişənin nəql etdiyi hədis “Hər kəs sizə nəql etsə ki, Rəsulullah (s) yalnız ayaq üstə bovl edərdi onun sözünü təsdiqləməyin” buna dəlalət edir”.(Səhih Muslim Nəvəvinin şərhi, kitabu təharət, bab əl-məsh əla xoffəyn cild 3, səh 165)

Rəsulullahın (s) həyat yoldaşı Aişə nəql edib:- “Birimiz heyz olanda Rəsulullah (s) ona fitə (qurşaqdan aşağıya parça) bağalamağı əmr edərdi və ondan sonra yaxınlaşq edirdi” (Səhih Muslim 3-cü kitab heyz, bab 7, 1/135 hədis 177, Səhih Buxari kitabul heyz, 1/83)

Aişə deyir: “Mən heyz olduğum halda mənə fitə bağlamağı əmr edərdi və sonra mənimlə yaxınlıq edərdi” (Musnəde Əhməd ibn Hənbəl , musnəde Aişə cild 6, səh 209, 113, 134, 143)
Əlbəttə İbn Həcər Əsqəlani hədisdə “mubaşirət” sözünün cinsi əlaqə yox bədənin digər üzvləri ilə təmasda olması kimi izah etməyə çalışıb. (“Fəhul bari” kitabul heyz, bab 5, cild 1, səh 403) -yuxarıdakılarla əlaqəli olduğunda yazdım.
Amma səhv ediI:Ərəb dilində ən mühüm lüğətnamələrdən olan “lisanul-ərəb” kitabında (1/413) deyilir:- “mubaşirət” yəni “mucamət”(cinsi yaxınlıq).
Quani-kərimin kəlimələrini araşdıran “Məcməul-Bəhrəyn”:-“başiruhunnə” ey “camiuhunnə” (yəni cinsi əlaqədə olun).

Aişə ® nəql edib: “Rəsulullah məsciddə bir kişinin Quran oxuduğunu eşidəndə dedi: Allah ona rəhmət etsin. Filan surədən və filan surədən yaddan çıxartdığım filan ayəni və filan ayəni yadıma saldı” (Səhih Buxari, kitabu şəhadat, bab şəhadətu ə`əma, cild 3, səh 225, Səhih Buxari kitabu də`vat bab qolullahi təala “və səlli ələyhim.. ” cild 8, səh91)

Mən bilmirəm məhzəb təəssübkeşlərinə Allah qiyamətdə nə cəza verəcək,amma yaxşı cəza verəcəyinə əminəm.İnsan bu qədər təəssükeş olarmı ki,Allahın Rəsuluna şər ata üstəlik namusuna toxuna.

#5 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 Январь 2011 - 16:34

Hz Peyğəmbərin (s) insanları qəfil tutmaq iftirası

Buxari, Səhih'inn "Diyət Kitabı, Biri Başqasının Evinə Baxar Da Gözünü Çıxarsalar Diyəti Olmaz Babı"nda; Müslim isə, Səhihinin "Ədəb Kitabı, Başqasının Evinə Baxmanın Haram Olması Babı"nda Ənəs min Malikdən belə nəql edərlər:

"Adamın biri gizlicə Rəsulullahın otaqlarından birinin içinə baxırdı. Rəsulullah əlinə bir bıçaq alıb gizlincə ona doğru irəlilədi. Rəsulullah (s. a. a.) o adamı qəfil ovlayaraq bıçaqlamaq istəyir kimi idi." – Səhih-i Buxari, c. 8, s. 66 ve c. 9, s. 13; Səhih-i Müslim, c. 3, s. 1699, h. 2157.

Rəsulu Əkrəmin uca əxlaqı qətiliklə belə bir hadisəyə icazə verməz. O, möminlərə qarşı rauf və rəhmdir; bu adama islamı ədəbi öyrətməli və bu işin haram olduğunu bildirməlidir. O, qətiliklə əlinə bıçaqı götürüb gizlicə arxadan gələrək adamı yaralayıb gözünü çıxarmağa cəhd etməz. Qaldı ki o adamın pis bir niyyəti olduğu da bilinməməkdədir. Çünki o otaq Rəsulullahın arvadlarından birinin otağı deyildi. Ənəs min Malikin də o otaqda olması bunun ən açıq dəlilidir.

Hz Peyğəmbərin (s) müsəlmanlara ağır işgəncələr verməsi iftirası

Buxari, Səhihinin "Tibb Kitabı, Dəvənin Südündən Dərman və Dəvənin Sidiyindən Dərman Babları"nda Ənəsdən belə nəql edər:

"Xalqdan bir qrup xəstə olmuşdu. Bunun üzərinə Rəsulullaha gedərək; "Ya Rəsulullah! Bizə sığınacaq və yemək ver." dedilər. Rəsulullah, onları dəvələrin çobanının yanına göndərərək dəvələrin südü və sidiyindən içmələrini söylədi. Onlar da dəvələrin südündən və sidiyindən içdilər. Beləcə xəstəlikdən xilas oldular. Amma çobanı öldürüb dəvələrini oğurladılar. Peyğəmbər (s. a. a.) arxalarından adam göndərərək onları yaxalatdı. Sonra onların əllərini və ayaqlarını kəsdi və qızğın mismar ilə gözlərini çıxardı. Nəhayət onların, dilləriylə yeri yaladıqları halda öldüklərini gördüm." – Səhih-i Buhari, c. 7, s. 159 - 160.

Rəsulullahın özü, işgəncə etməyi və bədənləri parçalamağı qadağan etdiyi halda, özü belə bir cinayəti işlərmi? Hansı Müsəlman bunu qəbul edə bilər? Çobanı öldürdülər deyə qızğın mismarla gözlərini çıxararmı? Onların çobana eyni işi etdiklərini farz etsək belə, Rəsulullah hadisəni araşdırıb qatili tapmadan, istisnasız hamısını necə öldürə bilər? Biri; "Onların hamısı ortaq şəkildə çobanı öldürmüşlər idi." deyə bilər. Yaxşı Rəsulullah onları bağışlaya bilməz idimi? Çünki onlar Müsəlman idilər. Bunun dəlili isə Peyğəmbər əfəndimizə "Ey Allahın Elçisi!" deyə xitab etmələridir. Görəsən Rəsulullah (s. a. a.) Allah Təalanın bu sözünü eşitməmiş idimi: "Əgər cəza verəcəksinizsə, sizə edilənin eynisini onlara edin. Amma əgər səbr etsəniz, bu səbr edənlər üçün daha xeyirlidir." – Nəhl 126

Bu ayənin nüzul səbəbi budur: Rəsulullah (s. a. a.), əmisi Həmzəni şəhid edərək ciyərlərini yeyib bədənini parçaladıqlarını görüncə; "Allah mənə qüdrət versə, onlardan yetmiş adamı parça parça edəcəyəm." dedi. (Bəzi rəvayətlərdə belə keçər.) Bu ayə nazil olunca Rəsulullah (s. a. a.); "Allahım səbr etdim." dedi. Beləcə əmisinin qatili Vəhşi və onun bədənini parçalayaraq ciyərlərini yeyən Hind' i bağışladı.

Buxaridən nəql etdiyimiz rəvayət o qədər ürküdücüdür ki, rəvayəti nəql edən şəxs belə bunu bir az yüngülləşdirmək üçün belə deyər: "Qatadə deyir ki: Məhəmməd ibn Sirin, bu hadisənin hüdud (cəza) hökmləri enmədən əvvəl baş verdiyini söyləyər. "

Bildiyimiz kimi Rəsulullah (s. a. a.), heç bir mövzuda özündən hökm verməzdi. Ən kiçik bir işdə belə vəhyi gözləyərdi. Bu Rəsulullah, xalqın canıyla əlaqədar olan cəza qanunları kimi əhəmiyyətli bir mövzuda necə olar da vəhyi gözləməz?!

Bu rəvayətlər üzərində bir az düşünən bir şəxs dərhal bu nəticəyə çatar: Əməvi hökmdarları və onların tərəfdarları, işlədikləri cinayətləri və günahsız insanları qorxunc şəkildə cəzalandırmalarını şərh edə bilmək üçün bu rəvayətləri uydurmuşlar. Necə ki bu rəvayətin sonunda deyilən sözlər də bunu təsdiq edər. Rəvayətin sonunda belə keçər:

"Salam deyər ki: Haccac, Ənəs min Malikə; "Rəsulullahın verdiyi ən ağır cəza nə idi?" deyə soruşduqda, Ənəsin bu hədisi nəql etdiyini eşitdim. Bu xəbər Həsənə çatınca; "Kaş ki bu hədisi Haccaca nəql etməsəydi!" dedi." - Səhihi Buxari, c. 7, s. 159 - 160.

Bu rəvayətdən yalan qoxuları gəlməkdədir. Çünki bu rəvayətin Haccacın məmnun olması üçün uydurulduğu müəyyən olur. Yer üzünün ən böyük fitnəkarlarından ,pozğunlarından olan Həccac ibn Yusif, Əhli Beyt Şiələrindən minlərləsini öldürdüb bədənlərini parçalayır, əllərini - ayaqlarını çarpazlama kəsib mismarla gözlərini deşiyor, dillərini arxadan çıxarır və bədənləri yansın deyə günəşin önünə asırdı. Belə rəvayətlər qətiliklə onun əməllərini təsdiqləyirdi. Çünki Həccac, belə etməklə Rəsulullah' a uyaraq Qurana uyğun davranmış olurdu! La havlə və la qüvvətə mütləq billah'il-Aliyy'il- Əzm!

Bu işin mütəxəssislərindən biri də Müaviyə idi. O, Hz. Əlini (ə) sevən Müsəlmanlara faciəvi şəkildə işgəncə edir, bədənlərini parça parça doğrayırdı. Bir çox Şiəni atəşə atmış, bir çox günahsız insanı diri diri torpağa basdırmış, bir çox mömini ağac budaqlarına asmışdı. Müaviyənin vəziri olan Əmr min As, Məhəmməd ibn Əbu Bəkiri doğrayaraq eşşək dərisinə doldurdu və atəşə ataraq yandırdı. - Tarixi Təbəri, c. 5, s. 104 - 105; Müruc'üz-Zəhəb

Hz Peyğəmbərin (s) cinsi əlaqəyə düşkün olması iftirası

Buxari, Səhihinin "Qüsl Kitabı, Həyat yoldaşıyla Birləşdikdən Sonra Təkrar Birləşmək Babı"nda Ənəsin belə dediyini nəql edər: "Rəsulullah bir gecə və gündüzdə bir saatda on bir arvadına gedib onlarla (cinsi) münasibətdə olurdu." Ravi deyər ki: Mən Ənəsə; "Buna gücü çatırdımı?" deyə soruşduqda, Ənəs dedi ki: "Biz də onun otuz kişinin gücünə sahib olduğunu söyləyirdik. " - Səhih-i Buxari, c. 1, s. 75 - 76.

Bu rəvayət, sırf Rəsulullahın (s. a. a.) əzəmətini salmaq və Müaviyə ilə Yezidin pisliklərini, Harun Rəşid kimilərin fasiqliyini və şəhvətpərəstliyini örtbas etmək üçün uydurulmuşdur. Yoxsa Ənəs ibn Malik, Rəsulullahın bir saatda on bir arvadıyla yatdığını haradan anlamışdı?! Görəsən Rəsulullahmı (s. a. a.) bunu ona xəbər vermişdi? Yoxsa Ənəsin özümü hadisəyə şahid olmuşdu?! Onun otuz adamın gücünə sahib olduğunu haradan bilirdi?! Bu böyük böhtandan Allaha sığınarıq!

Belə axmaq yalanları rəvayət edən cahillər və ağılsızlar nə düşünürlər görəsən?! Heyvansal şəhvətləriylə düşüncələrini kirlədən bu adamlar, şəhvətlərinin çoxluğuyla başqalarına qarşı lovğalanmaqmı istəyirlər?!Necə ki cahiliyyə dövründə müşriklər özlərinin cinsi əlaqədə olan gücləri ilə öyünürdülər bir-birlərinə qarşı. Əslində onlar bu rəvayətləri uydurmaqla iki hədəfi güdürdülər: Birincisi; Rəsulullahın (s. a. a.) müqəddəsliyi və əzəmətini düşürmək. İkincisi isə; sarayları qadın və nökərlərlə dolu olan xəlifə və padşahların əməllərinə bu şəkildə bəhanə tapmaq.
Bu rəvayəti nəql edən Ənəs ibn Malik, əgər Rəsulullahın həyat yoldaşı Aişənin ona qarşı çıxdığını görsə, nə deyər görəsən? Çünki Aişə, Rəsulullahın bu mövzuda digər kişilərdən üstün olmadığını söyləyir.

Müslim, Səhihinin "Təharət Kitabı, Qüsl Babı"nda Aişənin belə dediyini nəql edər: "Adamın biri Rəsulullaha (s. a. a.) dedi ki: "Əgər biri arvadıyla cima edər, sonra halsızlaşsa qüsl alması lazımdırmı?" -Aişə deyər ki:- Mən Rəsulullahın yanında oturmuşdum. Bunun üzərinə Rəsulullah o adama; "Mən bu qadınla eyni işi edirəm və sonra qüsl alırıq." dedi." – Səhih-i Müslim, c. 1, s. 272, h. 350

Rəvayəti şərh edən şəxs, "halsızlaşma"nı, Səhihi-müslümdəki başqa bir rəvayətlə belə izah edər : "sperma gəlmədən əvvəl insanın zəiflikdən və ya başqa bir səbəbdən ötəri alətini çıxarması" –Səhih-i Müslim, c. 1, s. 187 .Elə isə hanı Rəsulullahda otuz adamın gücü?!

Hz Peyğəmbərin (s) Quran ayələrini unutması iftirası

Buxari, Səhihinin "Quranın Fəzilətləri Kitabı"nda və Müslim, "Yola saların Namazı Kitabı"nda Aişədən belə nəql edərlər: "Rəsulullah (s. a. a.) birinin gecə Quranın bir surəsini oxuduğunu eşidərək; "Allah ona mərhəmət etsin. Mən filan surənin filan ayəsini unutmuşdum, o mənə xatırlatdı." dedi. "Başka bir rəvayətdə isə Buxari, Aişədən belə nəql edər: "Rəsulullah gecə məsciddə birinin Quran oxuduğunu eşidincə; "Allah ona mərhəmət etsin. Mən filan surənin filan ayəsini unutmuşdum, o mənə xatırlatdı" dedi. " –Səhih-i Buxari, c. 6, s. 239 - 240; Səhih-i Müslim, c. 1, s. 543, h.788.

Hz Peyğəmbərin (s) həya etməməsi iftirası

Hz Rəsulullah (s) , Aişənin evində budları açıq bir vəziyyətdə arxası üstə uzanmış olduğu bir halda, Əbu Bəkir içəri girmiş, Hz Rəsulullah (s) vəziyyətini düzəltmədən onunla danışmış; sonra da Ömər içəri girmiş onunla da eyni şəkildə danışmış. Amma Osman icazə istəyincə, qalxıb oturmuş, özünü yığışdıraraq nəhayət paltarını düzəltmiş. Aişə bunun səbəbin soruşduqda, Həzrət (s) buyurmuş:
"Mən mələklərin belə həya etdiyi bir şəxsdən həya etməyimmi?" deyə cavab vermişdir.- Səhihi Müslim, Bab'u Fəzail-i Osman (yəni Osmanın fəziltləri fəsli), c7, .s.117.

Müslim, Səhihinin "Fəzilətlər Kitabı, Osmanın Fəzilətləri Babı"nda Aişə və Osman' dan belə nəql edər:

"Əbu Bəkir Rəsulullahın hüzuruna gəlmək üçün icazə istədi. Peyğəmbər o sırada yatağa uzanmış, Aişənin paltarını geymişdi. Rəsulullah o halda Əbu Bəkirin içəri girməsinə icazə verdi və onun istədiyini yerinə yetirdi. Əbu Bəkir getdikdən sonra Ömər içəri girdi. Peyğəmbər eyni vəziyyətdə onun da içəri girməsinə icazə verib istədiyini yerinə yetirdi. Sonra mən (Osman) icazə istədim. Rəsulullah dərhal qalxıb oturdu və Aişəyə də; "Paltarı gey və özünü yığışdır!" dedi. Mən də istəyimi aldıqdan sonra evimə döndüm. Aişə Rəsulullaha (s. a. a.) dedi ki: "Əbu Bəkir ilə Ömərdən utanmazkən niyə Osmandan utandın?" Rəsulullah; "Osman çox utancaq biridir. Əgər o halda ona icazə versəydim, utancından istədiyini söyləməyə bilərdi." dedi."

Buxari, Səhihinin "Həcc Kitabı, Qurban Günü Ziyarəti Babı"nda Aişədən belə nəql edər: "Rəsulullahla birlikdə həccə getmişdik. Qurban kəsdikdən sonra ehramdan çıxdıq. O sırada Safiyye adət gördü (yəni heyzli oldu). Rəsulullah o halda bir kişinin arvadıyal etdiyini onunla etmək istəyirdi(cinsi əlaqədə olmaq istəyirdi). Mən; "Ya Rəsulullah! O aybaşı halındadır." dedim." – Səhih-i Buxari, c. 2, s. 214.
Heç Hz Peyğəmbər (s) bir arvadının yanında digəri ilə yatmaq istərmi ?Üstəlik onun heyzli halda olduğunu bilmir də digər arvadı ona xəbər verir .

Hz Peyğəmbərin (s) övrət yerini bayırda qoyması ,çılpaq halda olması iftirası

Buxari, Səhihinin "Namaz Kitabı, Namazda Çılpaqlığın Məkruhluğu Babı"nda, Müslim isə, Səhihinin "Aybaşı Kitabı, Övrət Yerinin Qorunmasına Etina Göstərmək Babı"nda Cabir ibn Abdullahdan belə nəql edərlər:

"Rəsulullah dəsmal bağladığı halda onlarla birlikdə Kəbəni təmir etmək üçün daş daşıyırdı. Əmisi Abbas ona dedi ki: "Ey qardaşımın oğulu! Əgər dəsmalını çıxarar da çiyininə atarsan, daşları daha asan daşıyarsan. Bunun üzərinə Rəsulullah dəsmalını çıxararaq çiyininə atdı. O sırada huşunu itirərək yerə düşdü və ondan sonra Rəsulullah əsla çılpaq görülmədi." – Səhih-i Buxari, c. 1, s. 102; Səhih-i Müslim, c. 1, s. 268, h.340.

Əziz userlər! Baxın, Rəsulullaha (s) necə böhtanlar atırlar?! Halbuki Rəsulullah həya və iffəti imanın sütunlarından biri olaraq saymışdır; onun həya və iffəti, bakirə qızların həyasından daha çox idi. Rəsulullahın, səhabələri qarşısında qıçlarını açaraq oturduğu rəvayətini uydurduqları çatmırmış kimi, bir də övrət yerinin açılması böhtanını atırlar! Görəsən bunlara görə Rəsulullah, əmisinin sözünü dinləyərək övrət yerini açacaq qədər cahil idimi?!

Allaha və Rəsuluna qarşı belə böhtanlar atan bu şeytanlardan uca Allaha sığınarıq! Rəsulullahın -dinimizin icazə verməsinə baxmayaraq- övrət yerini öz həyat yoldaşları belə görməmişdir. Aişə deyir ki: "Rəsulullahın övrətini heç görmədim. " - Sünən-i İbn-i Macə, c. 1, s. 619, h. 1922.
Arvadlarının yanında belə övrət məhəllini açmayan Rəsulullah, səhabələrinin və xalqın qarşısında necə övrət yerini aça bilir? !

Bəli! Bütün bunlar, heç bir şeyi söyləməkdən utanmayan Əməvilərin uydurmasıdır. Əgər "Əməril -möminin" ünvanını daşıyan xəlifə, özünə təriflər yağdıran bir şairin şeirini dinləməklə özünü itirərək onun övrətini öpürsə, Rəsulullahın övrət məhəllinin açıldığını da söyləyəcəklər. İşdə onların bu həyasızlığı, bu gün də bəzi fasiqlərə sıçramış və əxlaqsızlıqda heç bir sərhədi tanımaz olmuşlar, şəri hökmlərlə oynamaq üçün də əsli olmayan bir çox rəvayət uydurmuşlar.

Hz Peyğəmbər (s) namazında çaşırmış iftirası

Buxari, Səhihinin "Ədəb Kitabı"nda, Müslim isə, "Mesacid Kitabı, Namazda Çaşma və Buna görə Səcdə Etmək Babı"nda Əbu Hureyredən belə nəql edərlər:

"Rəsulullah bizimlə birlikdə günortan namazını iki rükət olaraq etdi. Salamdan sonra məscidin ön qisimindəki bir ağac budağının yaxınına gedərək əllərini onun üzərinə qoydu. Səhabələrin arasında Əbu Bəkir ilə Ömər də vardı; amma onunla danışmağa cürət edə bilmədilər. Xalq məsciddən çıxarkən namazın artıq yarım qılınacağını zənn etdilər. Zülyedeyn adlı biri Rəsulullaha (s. a. a.) dedi ki: "Unutdunmu, yoxsa namaz iki rükətəmi endi?" Rəsulullah buyurdu ki: "Nə unutdum, nə də namaz iki rükət olmuşdur" Dedilər ki: "Xeyr, ya Rəsulullah! Sən unutdun." Peyğəmbər; "Zülyədeyn doğru söylədi." buyurdu. Sonra qalxaraq iki rükət daha qıldı və ardından salam verdi. Daha sonra təkbir gətirərək səcdəyə getdi və normal səcdəsində olduğu kimi ya da bir az daha çox səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirərək təkrar səcdəyə getdi və normal səcdəsində olduğu kimi ya da bir az daha çox səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirdi." – Səhih-i Buxari, c. 7, s. 85; Səhih-i Müslim, c. 1, s. 404, h. 573.

Hz Peyğəmbərin (s) namazda etinasız olması ,dəstəmazı pozulduğu halda dəstəmazsız namaza davam etməsi iftirası

Buxari, Səhihinin "Azan Kitabı"nda İbni Abbasdan belə nəql edər:
"Bir gecə Meymunənin evində yatdım. O gecə Rəsulullah (s. a. a.) da Meymunenin yanında idi. Rəsulullah qalxıb dəstəmaz aldı və namaza durdu. Mən də onun sol tərəfinə keçdim. Qolumdan tutaraq məni sağ tərəfinə aldı. Sonra on üç rükət namaz qıldı. Daha sonra yataraq xoruldamağa başladı. O yatarkən həmişə xoruldayardı . Sonra müəzzin gəldi və onu oyandırdı. Rəsulullah dəstəmaz almadan gedib camaata namaz qıldırdı." – Səhih-i Buhari, c. 1, s. 179.

Səhihi-Buxari və Səhihi-Müslümdə bu cür dəhşətli “səhih”lər lap çoxdur ,onlardan bir qismini burda sizlərə çatdırdım

Zillət bizdən uzaqdır !

#6 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 Январь 2011 - 16:37

İnşAllah yenə davam edəcəm !

Zillət bizdən uzaqdır !

#7 Muslimanin

Muslimanin

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 36 сообщений

Отправлено 31 Март 2011 - 14:15

bu şəkilləri İlahiyyat məscidində Səhihi Buxari kitabindan cəkmişəm.
bu sayta moderatorlarindan xaiş eliyirəm ki əgər bu şəkili səhf yerləşdirmişəmsə onu səliqəli düzəltsinlər.bilmədim hansi sayta yukləyimki burda balaca çıxsin.

09092010179.jpg
09092010180.jpg

Сообщение отредактировал Muslimanin: 31 Март 2011 - 14:16

#8 Muslimanin

Muslimanin

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 36 сообщений

Отправлено 02 Апрель 2011 - 14:56

09092010164.jpg
qardaşlar burda ŞƏNLƏNDİNİZMİ sözü nə məna kəsb edir??? Hadis Buxaridəndir (Səhihi)
09092010165.jpg
Kaş ki Bakirə qiz alsaydın sən onunla o da səninlə oynaşardiniz ...bu ifadı dı mını çatmadı.

09092010168.jpg
burda Ömər kak vseqda
09092010172.jpg
burda Əli (ə) nan ümumiyyətlə söhbət gedmir.
09092010175.jpg
Musa (ə) ın lüt qaçması
09092010183.jpg
İbrahim məqamı nədi onuda başa düşmədim .inşaAllah izah edərlər qardaşlar
09092010184.jpg
09092010190.jpg
burdada Rasulullaha (s) iftira və çox gülünc hədis

#9 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 02 Апрель 2011 - 16:02

Müsəlman!

Bu şəkilləri bura yerləşdirməyi özün qərara aldın, yoxsa yəhudilər kömək etdilər?
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#10 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 02 Апрель 2011 - 17:22

Müsəlman!

Bu şəkilləri bura yerləşdirməyi özün qərara aldın, yoxsa yəhudilər kömək etdilər?

Bismillah,qardaş,siz,deyəsən,səhv başa düşmüsüz."Müsəlman" bunları kinayə mənasında yerləşdirib,o müxalif deyil...

#11 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 23 Июнь 2012 - 15:04

hənbəli əgər sən sələfisənsə,onda əqidəvə zidd gedən hədisi necə izah edəcəksən ?
ən 1 ci hər özünə şiyə deyən kafir sayılmaz,
şiyə ola bilər ki,nədənsə bərəkət almağı şirk saysın,rədd eləsin!
ona görə ehtiyatli ol !
ancaq böyük əhli"sünnə" hədis alimi ola bilər,bu əməli caiz görsün !onda bu alimin hökmü nədir ? kafir yoxsa cahil müsəlman ?
sözü uzatmayim keçim əsas məsələyə
lüğəti mənası Təbərrük "əl-Bərəkə" sözü ilə əlaqədar olaraq "bərəkət istəmək", "bərəkət ummaq" anlamındadır. "Əl-Bərəkə" isə "ziyədəh" (artım) və "Nəməə" (çoxalma) kimi izah olunur.
şəriyyətdə isə
təbərrük qeyb aləmindən Allahın heç bir dəlil göndərmədiyi bir şeyə,bir əşyaya zənnlərnən ümüd bağlayıb,şəfa tapmaq,cəsarət tapmaq,şücaət tapçaq mənasını verir.

3.Əsma b. Əbubəkrdən belə dediyi rəvayət edilmişdir: "… İşdə Hz. Peyğəmbərin (s) cübbəsi! (…) Aişə vəfat edənə qədər bu cübbə onun yanında idi. O vəfat edincə mən götürdüm. Rəsulullah (s.ə.v) onu geyərdi. İndi biz də onu xəstələr üçün yıxırıq; onunla şəfa tələb edilir." - Müslim, "Libas", 10.

şübhə yox ki,mənə görə bu hədisə inanan, insan şirkdədir.
məs peyğəmbərin cübbəsi olduğu üçün,
şəfa istəyirlər Allahdan,yəni fikir burda burda çübbənin materialından söhbət getmir.
məs kiməsə aid olduğundan gedir.buna aid bir misal verim
rəsul s.ə.v. sağlığında rəsul s.ə.v. bir qonaqlıqda, ev yiyəsinə deyir ki,
get bayırda olan müsəlmanlarıda yeməyə çağır.ev yiyəsi cağırır,lakin qazanda 5 nefer insan üçün yemək olur.
gelenlərin sayı isə 200 nefrden çox olur.
rəsul s.ə.v. deyir ki, sən o qazanı gətir qoy önümə.
və rəsul s.ə.v. hər dəfə əlini atır,və ordan tikə ət çixardıb müsəlmanlara verirdi.
beləliklə balaca qazandan hardasa 200 nəfərdən çox adama ət verir,xəndək döyüşündə.

və bundan sonra evin yiyəsi demədi ki, bu qazan bərəkətlidir,buna 1 kq ət atırsan əvəzində 100 kq ət çıxarırsan.
eynilədə Yusuf.ə. köynəyi də buna misaldır
şübhə yox ki, bütün bunlar rəsullara verilən ayələrdir ki, insanlar şübhə etməsin ki, bunlar Allahın rəsullarıdı.
şübhə yox,kimsə rəsul s.ə.v paltarını ,saçını ondan yadıgar saxlaya bilər, lakin onun əşyalarından bərəkət ummaq isə
şirkdir.və onlar isa.ə. səhabələrinin gününə ola bilsin düşüblər.
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. 5.118
və yaxud da bütün bu hədisləri səhabəlirin adından uydurublar belədə ola bilər.
bunu Allah bilir.
yəndə deyirəm rəsullar sağ oldu, və ya vəfat etdi, kimsə bilə bilməz ki, onların əşyalarında bərəkət,şəfa var !
bu qeybi məsələdir. və bunu Allah rəsullara bildirər ancaq.
daha bu cür yox. hansısa xəstəlikdə istifadə etsin.
ən qəribəsi odur ki,Əli ibn abu talibinin paltarindan kimsə bərəkət alarsa ,alimləriviz şirk adlandırıb.
bunlara aydınlıq gətir əgər yəqinlyin varsa əqidəndə !
bu hədislər səhihdir yoxsa ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#12 Muheqqiq

Muheqqiq

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 205 сообщений

Отправлено 23 Июнь 2012 - 19:22

abdhalim sen hec umumiyyetle wirkin ne oldugunu bilmirsen. Bu baximdan wirkin terifinde muwriksen, cunki wirk olmayan emeli wirk adlandirirsan.

#13 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 24 Июнь 2012 - 20:01

abdhalim sen hec umumiyyetle wirkin ne oldugunu bilmirsen. Bu baximdan wirkin terifinde muwriksen, cunki wirk olmayan emeli wirk adlandirirsan.

Sən mənə de görüm, Aləmlərin rəbbini necə tanıdın ? dua ilə tanıdın ? yoxsa kimsə sənə dedi tanıdın ? yoxsa Allah öz ayələrini sənə göstərdi ondan sonra tanıdın ?
Allahın izn verdiyi təbərrük var,bunu da Allah bildirir öz peyğemberlərinə,
buna misal, xəndək döyüşündə qazanı misal çəkdim,1 kq ət olan qazandan ,300 nəfərlik ət çıxdı.və səhabələrdə doydu.
bu hadisədən sonra, həmin o səhabə demədi ki,
"!ay camaat" 1 kq ət gətirin salın bu qazana ,əvəzində 200 kq ət çixacaq bu qazandan.
indi sual çıxır,bu qazan sahibi olan ənsar,niyı bundan istifadə etmədi ? o aclıq vaxtı?
yəni bu qeybdir,bunu da Allah insanlardan peyğəmbərlərə bildirər,
bunun əksinə iddia edən Allahın qeyb elmindən xəbərdar olduğunu bilir, və ya da peyğəmbərdir
ehtiyac var yəndə yazmağa bu əməl niyə şirk sayılır ?
mömin bilir ki,bu qeybi bir məsələdir,və dərinə getmir bu məsələdə.
cahil(yəni müşrük) isə sizin kimi bu hadisədə dərin gedir,və özü kimi başqalarını da bədbəxt eləyir.
ən çox da Allahı axirət baxımından tanımıyanlar,
vasitəçiynən Allaha dua edənlər
bu cür bərərkət almağı caiz görür.

Сообщение отредактировал abdhalim: 24 Июнь 2012 - 20:01

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#14 der

der

    Arif – Corporal

  • Murid
  • 58 сообщений

Отправлено 24 Июнь 2012 - 21:23

Sən ağaya dua edib ondan mədəd umub yardım diləməyi şirk sayırsan?

#15 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 25 Июнь 2012 - 09:39

Sən ağaya dua edib ondan mədəd umub yardım diləməyi şirk sayırsan?

der, Sən heç Fatihə sürəsini oxuyubsanmı?

İyyəəkə nəabudu və iyyəkə nəstəiin -Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.

"Yalnız" sözünün burda səncə mənası nədir?
2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

#16 der

der

    Arif – Corporal

  • Murid
  • 58 сообщений

Отправлено 25 Июнь 2012 - 10:05

der, Sən heç Fatihə sürəsini oxuyubsanmı?

İyyəəkə nəabudu və iyyəkə nəstəiin -Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.

"Yalnız" sözünün burda səncə mənası nədir?

Yəni ki Allaha ancaq biz yalnız şəkildə olanda dua edirik.Ancaq biz yalnız olmayanda Allahdan başqasına da dua etmək olar.Başa sala bildim? Məsələn otaqda tək və yalnızsan yanında heç kim yoxdur başlayırsan Allaha yalnız şəkildə dua etməyə.Ancaq otaqda cüt olanda Allahdan başqasına da dua edirsən.Mənası budur.

#17 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 25 Июнь 2012 - 10:30

Yəni ki Allaha ancaq biz yalnız şəkildə olanda dua edirik.Ancaq biz yalnız olmayanda Allahdan başqasına da dua etmək olar.Başa sala bildim? Məsələn otaqda tək və yalnızsan yanında heç kim yoxdur başlayırsan Allaha yalnız şəkildə dua etməyə.Ancaq otaqda cüt olanda Allahdan başqasına da dua edirsən.Mənası budur.

Ömrümdə 1-ci dəfə belə izah oxuyuram. Hansı kitabdan oxumusan bu izahı?
2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

#18 der

der

    Arif – Corporal

  • Murid
  • 58 сообщений

Отправлено 25 Июнь 2012 - 10:34

Ömrümdə 1-ci dəfə belə izah oxuyuram. Hansı kitabdan oxumusan bu izahı?

Məgər vacibdir ki hansısa kitabdan oxuyum? Ayənin mənası belə çıxır da .

#19 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 25 Июнь 2012 - 10:40

abdhalim sen hec umumiyyetle wirkin ne oldugunu bilmirsen. Bu baximdan wirkin terifinde muwriksen, cunki wirk olmayan emeli wirk adlandirirsan.

Muheqqiq sən hələ bilmirsən ki, xütbə nədir, hədis nədir. İndi də şirk məsələsinə girişibsən.

Sizin əqidədə təkcə Allaha aid edilən ibadətləri (kömək istəmək, qurban kəsmək) daşlara, qəbirlərə, imamlara aid edirlər. Bircə ilahi sözünü deməməklə bunu şirk saymırlar.

Yəni sizin əqidəyə görə sən get qəbirə qurban kəs, bir dənə ona ilahi demə bu şirk sayılmır.

Deməli sizin əqidəyə görə lal adam heç vaxt şirk etməz. Ya da sizin əqidəyə görə şirk ancaq söz ilə olur, əməl ilə olmur.
2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

#20 der

der

    Arif – Corporal

  • Murid
  • 58 сообщений

Отправлено 25 Июнь 2012 - 10:45

Muheqqiq sən hələ bilmirsən ki, xütbə nədir, hədis nədir. İndi də şirk məsələsinə girişibsən.

Sizin əqidədə təkcə Allaha aid edilən ibadətləri (kömək istəmək, qurban kəsmək) daşlara, qəbirlərə, imamlara aid edirlər. Bircə ilahi sözünü deməməklə bunu şirk saymırlar.

Yəni sizin əqidəyə görə sən get qəbirə qurban kəs, bir dənə ona ilahi demə bu şirk sayılmır.

Deməli sizin əqidəyə görə lal adam heç vaxt şirk etməz. Ya da sizin əqidəyə görə şirk ancaq söz ilə olur, əməl ilə olmur.

Əgər bizim əməlimiz səhv olsaydı İmam Zaman ağa bunu müctehidlərə bildirmiş olardı .Əgər etdiyimiz əmələ görə Sahib əz zaman ağadan bir etiraz gəlmirsə deməli İmam etdiyimizdən razıdır və əməlimiz şəriətə uyqundur.

#21 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 Июнь 2012 - 01:09

der, Sən heç Fatihə sürəsini oxuyubsanmı?

İyyəəkə nəabudu və iyyəkə nəstəiin -Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.

"Yalnız" sözünün burda səncə mənası nədir?

hənbəli
suallardan yayınmaqnan nəyə nail olacaqsan ?
bu boyda küfürünən nə vaxtacan bir yerdə yaşacaqsan?
bu hədislərə səhih deməknən insanları niyə azdırırsız Allah yolundan ?
sonra
ölümün gələndə Allahın qəzəbindən hara qaçacaqsan ?

sualların cavabı səni gözdəyir.!
Alimlərviz müslimdə ki, hədisləri səhih sayıb,sən necə qəbul edirsən bu hədisi ?
imam Müslim bu hədisə etiqad edirsə kafirdir yoxsa cahil müsəlman ?

p.s.istəsən əhli sunnə forumuna ssılka verim bu mövzü haqqda,və orda mənim sələfilərnən mübahisəmə şahid ola bilərsən.

Сообщение отредактировал abdhalim: 26 Июнь 2012 - 01:13

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#22 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 Июнь 2012 - 01:21

abdhalim sen hec umumiyyetle wirkin ne oldugunu bilmirsen. Bu baximdan wirkin terifinde muwriksen, cunki wirk olmayan emeli wirk adlandirirsan.

sən mənə kafirnən müşrükün fərqini de ?
kitab ehlini Allah quranda həm kafir adlandırır,həmdə müşrük.
eynilə ,məkkə müşrüklərini Allah həm kafir adlandırır, həmdə müşrük öz quranında.
indi sual çıxır ortaya kitab ehli ,ateistlər kimi, kafir sayılır ya yox ?
yoxsa müşrükdürlər ? bunun fərqini yaz...

Сообщение отредактировал abdhalim: 26 Июнь 2012 - 01:23

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#23 Muheqqiq

Muheqqiq

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 205 сообщений

Отправлено 27 Июнь 2012 - 21:49

sən mənə kafirnən müşrükün fərqini de ?
kitab ehlini Allah quranda həm kafir adlandırır,həmdə müşrük.
eynilə ,məkkə müşrüklərini Allah həm kafir adlandırır, həmdə müşrük öz quranında.
indi sual çıxır ortaya kitab ehli ,ateistlər kimi, kafir sayılır ya yox ?
yoxsa müşrükdürlər ? bunun fərqini yaz...

men senin yazilarindan gorurem ki sen wirkin ne oldugunu bilmirsen ve ummetin yekdillikle qebul etdiyi teberruke wirk deyirsen. Bu o demekdir ki sen cahilsen, ya da aglinda ciddi problem var. Hele bir wirkin ne oldugunu aciqla, wirke terif ver, ondan sonra kufrle wirkin ve kafirle muwrikin istilahi ve lugevi menalarina aydinliq getirerik ve dediyin ayeleri de yazarsan, tefsirine de baxariq. Buyur meydan senindir.

#24 Muheqqiq

Muheqqiq

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 205 сообщений

Отправлено 27 Июнь 2012 - 21:51

Muheqqiq sən hələ bilmirsən ki, xütbə nədir, hədis nədir. İndi də şirk məsələsinə girişibsən.

Sizin əqidədə təkcə Allaha aid edilən ibadətləri (kömək istəmək, qurban kəsmək) daşlara, qəbirlərə, imamlara aid edirlər. Bircə ilahi sözünü deməməklə bunu şirk saymırlar.

Yəni sizin əqidəyə görə sən get qəbirə qurban kəs, bir dənə ona ilahi demə bu şirk sayılmır

sen sohbet ele))))))))

#25 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 27 Июнь 2012 - 23:20

Ömrümdə 1-ci dəfə belə izah oxuyuram. Hansı kitabdan oxumusan bu izahı?

Əxican, əgər sənə maraqlıdısa deyim bil ki, bu der nikli istifadəçi sənin vahabi qardaşındı . Bu artıq forumda bilinir. Sənin hələ xəbərün yoxdu ? :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#26 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 27 Июнь 2012 - 23:25

Muheqqiq sən hələ bilmirsən ki, xütbə nədir, hədis nədir. İndi də şirk məsələsinə girişibsən.

Sizin əqidədə təkcə Allaha aid edilən ibadətləri (kömək istəmək, qurban kəsmək) daşlara, qəbirlərə, imamlara aid edirlər. Bircə ilahi sözünü deməməklə bunu şirk saymırlar.

Yəni sizin əqidəyə görə sən get qəbirə qurban kəs, bir dənə ona ilahi demə bu şirk sayılmır.

Deməli sizin əqidəyə görə lal adam heç vaxt şirk etməz. Ya da sizin əqidəyə görə şirk ancaq söz ilə olur, əməl ilə olmur.

Yalançının dayısı Muaviyəyə lənət! :rolleyes:

Sizdə heç utanma, qızarma deyilən şey yoxdu ki, bu cür qırmızı-qırmızı iftira atırsuz ?

Nə isə ...

Dediklərini şiə alimlərinin nəzərinə əsasən sübut eləməsən kəzzəbliyivi bir daha sübut eləmiş olarsan. Cavab gözləyirəm.

Sən birinci kəzzəb vahabi deyilsən əxican bu forumda! Cavab gözləyirəm!

Siz elə bilirsiz ki, bu yalan-yalnış iftiralarıvız sizin müdafiə etdiyiviz məzhəbə faydalıdı ?

Siz ancaq bu yalanlarla cahilləri azdıra bilərsüz.

Cahilləri azdırmaq isə qələbə deyil. Çünki, cahilləri şeytan da azdıra bilir. BU "fərasət" onun dəvət etdiyi şeyin doğru olması anlamına gəlməz.

Amma, kənardan sizin necə qırmızı-qırmızı yalan danışdığıvı bilənlər sizin əsl sifətivizi görürlər.

Qısası ... Cavab gözləyəcəyəm. :rolleyes:

2. BUndan əlavə ... Niyə görə hər cəhdlə mövzudan yayınmağa çalışırsuz ?

Nə qədər çalışırsuz çalışun. İnşaAllah Buxari haqqında da, İbn Teymiyyə haqqında da xüsusi mövzumuz olucey darıxma! :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#27 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 27 Июнь 2012 - 23:27

men senin yazilarindan gorurem ki sen wirkin ne oldugunu bilmirsen ve ummetin yekdillikle qebul etdiyi teberruke wirk deyirsen. Bu o demekdir ki sen cahilsen, ya da aglinda ciddi problem var. Hele bir wirkin ne oldugunu aciqla, wirke terif ver, ondan sonra kufrle wirkin ve kafirle muwrikin istilahi ve lugevi menalarina aydinliq getirerik ve dediyin ayeleri de yazarsan, tefsirine de baxariq. Buyur meydan senindir.

Qardaş, bu abdhalim hələ "elmə məlum olmayan" məzhəbə qulluq eləyir.

abdhalim, noldu bizim görüşümüz əxi ?

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#28 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 28 Июнь 2012 - 00:13

İnşaAllah haqqi tapar.herden ağilli suallar verir,amma özü sualdan güllə kimi qacir ) bezi postlarinda ağilli cümleler var.
ваххабизм – это дистилированный суннизм

#29 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 28 Июнь 2012 - 00:23

Abdhalim biz de heqiqet axtarişina cixmişiq.demeyesen ki,tekebburlukden ireli gelib sene unvanladiğim.amma heqiqeten de sen hansi eqidede olduğun özüne de melum deyil.postlarini oxuyuruq ne vaxtdan beri,özluyunde özünle ziddiyet var.hem ele deyirsen hem bele.suala da cavab vermirsen sual verirsen.senin suallarina cavablar verilende başqa sual verirsen,görunur cavabla razilasirsan.NUN bir ildi sual verib sene ,sual nevedimka deyil hami gorub senden başqa...
ваххабизм – это дистилированный суннизм

#30 Muheqqiq

Muheqqiq

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 205 сообщений

Отправлено 28 Июнь 2012 - 07:06

Qardaş, bu abdhalim hələ "elmə məlum olmayan" məzhəbə qulluq eləyir.

abdhalim, noldu bizim görüşümüz əxi ?

es salamu aleykum ve rahmetullahi ve beraketuh. Bilirem qardawim arxivdeki movzularda abdhalimin fikirlerini oxumuwam)))) Bu tipde insanlara nadir olsa da rast gelmek olur)

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru