Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 06-июня 23)



#23169 Meymun nə meymundur?

Отправлено автор: hənbəli 14 ноября 2009 - 22:48 в Hədislər

hənbəli, bu boyda zıppıltı yazmağa ehtiyac yoxdur. bu hədis onlarla hədis var ki, onların yanında toya getməlidir.


hə...nəsə...sən deyəndir! İşinlə məşğul ol!



#22750 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 10 ноября 2009 - 23:57 в Hədislər

Nəsə...sözümü təkrarlamağa məncə ehtiyac yoxdur. Seyyidə Aişəni müdafiə etmək mənim üçün fəxrdir. Eləcədə Həzrəti Əlini müdafiə etmək də mənim üçün fəxrdir. Hansı dindən çıxmaq?! Əgər səhabələri yuxarıda yazdığınız yalanlardan müdafiə etmək məni sənin etiqad etdiyin dindən çıxarırsa, o zaman bil ki, mən o dində heç bir zaman olmamışam ki, həmin dindən də çıxım!
Qaldı ki, Cəməl döyüşünə, Allaha şükür ki, o döyüşə şahidlik etməmişəm, lakin əgər mənə seçim qalsaydı sözsüz ki, haqq xəlifə Əbu Turab Əli bin Əbi Talib'in - kərraməllau vachəhu - qoşununda olardım və qarşı tərəf üçün dua edər, Allahdan onların bağışlanmasını diləyərdim və etiqad edərdim ki, bu bir fitnədir, kimlərinsə bu fitnəyə düçar olması onları fəzilətlərindən məhrum etməz.

Nəsə...ümumiyyətlə məsələyə emosiyalar ilə yaxınlaşmağı sevmirəm.
Yuxarıda özünü əxlaq sahibi kimi göstərməyə çalışan bir xanım xeylağı, başqasını, özü də peyğəmbərin xanımını naməhrəm kişinin gözləri qarşısında çıplaq qüsl almaqla ittiham etmişdi. Haşa, məgər Quran Aişənin əxlaqi təmizliyinə şahidlik etməmişdirmi? Nur surəsi sizin öz alimlərinizin də etiraf etdikləri kimi Aişə anamız haqqında nazil olmuşdur. Bundan sonra onu belə bir iyrənc əməldə ittiham etmək hara, ədəb-əxlaq hara?!
Allah hidayət etsin!



#22778 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 11 ноября 2009 - 01:49 в Hədislər

Mən ittiham etmədim,olanı dedim,


Yuxarıda qeyd elədim ki, əgər utanmasan dediyini söylə, elədiyini elə...sonra cavabınızı verdik, amma siz utanıb, dilinizi qısaltmaq əvəzinə, söz yağdırırsız... Allahdan qorxan "möminə" ya yaxşı şeylər danışar, ya da dilini tutar!
Dediniz ki, Aişə naməhrəm olmayanlar qarşısında qüsul alıb, özü də dediniz ki, "kütləvi nümayişdə"...
İndi mən desəm ki, qoy Allah yalançıya lənət etsin...o zaman siz "AMİN" deyəcəksizmi? Yenə də nə bahasına olursa olsun, öz dərinizi xilas edəcəksinizmi? Bu sizin cürətdən asılıdır...
Cavabınızı görək hələ...


Bir də bizim sizinlə fərqimiz budur ki, biz burda oturub kimlərəsə ləkə yaxmırıq, biz burda oturub kimlərisə gözdən salmır, kimlərəsə düşmənçilik kompaniyası aparmırıq...İnsaf edin, bir foruma göz gəzdirib və baxın ki, elə işiniz gücünüz tarixdə ötüb keçmiş kəslərə, Allaha yanına yollanmış kəslərə dil uzadır, onların irzinə toxunur, onlara əziyyət verirsiz...

Heç olmasa bir şey haqqında düşünün! Əgər Aişə pis qadın idisə, o zaman nə üçün peyğəmbərinə əziyyət olmasın deyə, Allah onlarla evlənməyi haram etmişdir?! Və özü də sadəcə olaraq onlarla evlənməyin haram olduğuna hökm etməmiş, onlara xüsusi bir status vermiş və onları möminlərin anası adlandırmışdır. Bir bunun üzərində düşünün! Halbuki, Allaha İbrahimə öz əziz atası Azərə dua etməyi haram etmişdi, ona əziyyət olsa da müşrikə dua etməyi qadağan etmək zəminində bunu İbrahimə haram etmişdi. Əgər Aişə möminə deyilsə, Aişə peyğəmbərə layiq bir qadın deyilsə, o zaman nə üçün Allah bu barədə peyğəmbərinə xəbər verməmişdir ki, ona ömrünün sonuna qədər bir kafir qadınla yaşamağı nəsib etmişdir?! Hələ üstəlik peyğəmbər ölüm xəstəliyi zamanı məhz Aişənin evində qalmağa üstünlük vermiş və bunun üçün digər qadınlarından izn almışdır.

Bütün bunları bildikdən sonra, gərək insanın qəlbində o qədər əyrilik olsun ki, o mübarək qadına qarşı belə düşmənçilik etsin, ona layiq olmayan sözlər desin!



#22524 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 09 ноября 2009 - 01:37 в Hədislər

bu şiələrdə зox qəribə hədis elmi var.Uzunqulaqdan hədis nəql eləmək və sair ......


Bu sьnnilərdə də зox qəribə hədislər var haa :)
Səhih-Buxaridə,Aişənin qьslu necə almağı kьtləvi nьmayiş etdirməsi hədisi,цzь də naməhrəmlərin yanında :unsure: dəhşət,hər-hansı dinə təzə gələn qız,o hədisdən nə ibrət ala bilər?! :goodL:


Bacı, bu hədisi deyirsən? Doğrudan da, maraqlıdir, цzь də зooooox maraqlı!!!! ALLAH razı olsun, buxaridən unutduğum filan hədisləri yadıma saldin.....
Buxari ”Səhih”, ”Qьsl” kitabında, 251-ci hədisdə yazır: ”Rəvayət olunur ki, Əbu Sələmə dedi: ”(Bir dəfə) Mən Aişənin qardaşı ilə birlikdə Aişənin yanına getdik və qardaşı ondan Peyğəmbərin (S) necə qьsl almasını soruşdu. Aişə bir sa (цlзь vahidi) tutmu olan su dolu qab istədi, sonra qьsl aldı. Qalan suyu isə başına tцkdь. O qьsl aldığı vaxt, bizimlə onun arasında pərdə var idi.”
Глава 142: Совершение полного омовения приблизительно одним са‘ воды.
182 (251). Сообщается, что Абу Салама, да помилует его Аллах Всевышний, сказал:«(Однажды) я зашёл к ‘Аише, да будет доволен ею Аллах, вместе с её братом, который спросил её о том, как совершал полное омовение пророк, да благословит его Аллах и приветствует. Она велела принести сосуд, вмещавший около одного са‘ (воды), совершила полное омовение и вылила (оставшуюся воду) себе на голову, и в это время она была отделена от нас завесой».

Bu hədisdə deyilir ki, Əbu Sələmə Aişənin qardaşı ilə Aişənin yanına gəldilər və ondan qьsl barəsində soruşdular.Aişə pərdə arxasında olduğu vaxt iki kişinin yanında qьsl alır! O kişilərdən biri Aişənin qardaşı olduğu ьзьn (nəuzu billah) bir anlığa belə fərz edək ki, Aişə цz məhrəm olduğu qardaşının da iştirak etdiyi məclisdə pərdə arxasında soyunaraq qьsl alır, amma Əbu Sələmə Aişəyə naməhrəmdir. Qardaşı sayılmasına baxmayaraq, Aişənin qardaşının yanında soyunması və qьsl alması caiz deyil.O, sadəcə olaraq qardaşı onun yanında tək olduğu halda hicabsız gəzə bilər,o ki ola yad bir kişinin yanında soyunaraq qьsl almaq ola! ALLAHU ƏKBƏR ! Baxmayaraq ki, Aişə də Ьmmьlmцminin sayılır, onun bu cьr hərəkət etməsi hər tərəfdən qьsur sayılır, зьnki, bildiyimiz kimi, qьslь paltarda almırlar. Əgər iddia edən olsa ki, --”Aişə qьsl edərkən pərdə arxasında olub” –bu fikir yersiz deyilmiş sцzdən başqa bir şey deyil. Ona gцrə ki, hədisdə deyilir: ”Onlar Aişənin yanına gəldilər ki, Peyğəmbərin aldığı qьslь цyrənsinlər.” Əgər pərdədən heз nə gцrьnmьrsə, onda onların verdiyi sual cavabsız qalar və bu halda qьslь dьrьst halda necə etməli olduqlarına yəqin olmayacaqdılar. Buradan alınan nəticə belədir ki, onlar pərdənin arxasında nə baş verdiyini gцrьblər və verdikləri sualın cavabını tapıblar. Burada bir neзə sual meydana gəlir ki, onları qeyd edirik: ---”Necə olur ki, Aişə naməhrəm sayılan şəxslərin yanında soyunaraq qьsl alır? Bundan əlavə, o dцvrdə fəzilətli səhabələrdən heз kim qalmamışdı ki, bu iki şəxs Aişənin yanına gəlib ondan Peyğəmbərin (S) necə qьsl almasını sual edirlər? Məgər Peyğəmbər (S) mьsəlmanlara başa salmamışdı ki, qьsl almaq necə olur və ya o vaxta qədər Peyğəmbərdən (S) sual edib soruşmamışdılar ki, necə qьsl almaq lazımdır? Məgər Peyğəmbər (S) Ondan soruşulan hər bir sualı əməli şəkildə yerinə yetirirdi? Məgər Aişə onlara bu işi (qьslь) sцz ilə başa sala bilməzdi? Buna ehtiyac var idimi ki, o soyunaraq qьsl alsın və onları başa salsın? Əhli Sьnnənin ”İslam alimləri” saydıqları şəxslərin bu hədisə mьnasibətləri necədir? Əgər Aişə xanım bu işə əncam veribsə, o bilmirdi ki, naməhrəmlərin yanında soyunmaq olmaz? Əgər Aişə xanım bunu etməyibsə, onda sizə elə gəlmir ki, bu hədislə mцhtərəm Buxari cənabları Peyğəmbərin (S) zцvcəsinə iftira yaxır? Bu isə birbaşa Peyğəmbərə (S) atılan bцhtan deyilmi? Peyğəmbərə (S) atılan bцhtan isə ALLAHA atılan bцhtan deyilmi?


Necə də gözəl deyiblər ki, insanda əgər həya yoxdursa, qoy etdiyini etsin, dediyini desin!
Hədisin şərhində əl-Hafiz İbn Hacər - rahiməhullah - deyir:

قَالَ الْقَاضِي عِيَاض : ظَاهِرُهُ أَنَّهُمَا رَأَيَا عَمَلَهَا فِي رَأْسِهَا وَأَعَالِي جَسَدهَا مِمَّا يَحِلُّ نَظَرُهُ لِلْمَحْرَمِ ; لِأَنَّهَا خَالَةُ أَبِي سَلَمَةَ مِنْ الرَّضَاعِ أَرْضَعَتْهُ أُخْتهَا أُمّ كُلْثُوم وَإِنَّمَا سَتَرَتْ أَسَافِل بَدَنهَا مِمَّا لَا يَحِلُّ لِلْمَحْرَمِ النَّظَرُ إِلَيْهِ قَالَ : وَإِلَّا لَمْ يَكُنْ لِاغْتِسَالِهَا بِحَضْرَتِهِمَا مَعْنًى . وَفِي فِعْلِ عَائِشَة دَلَالَة عَلَى اِسْتِحْبَاب التَّعْلِيم بِالْفِعْلِ ; لِأَنَّهُ أَوْقَعُ فِي النَّفْسِ وَلَمَّا كَانَ السُّؤَال مُحْتَمِلًا لِلْكَيْفِيَّةِ وَالْكَمِّيَّة ثَبَتَ لَهُمَا مَا يَدُلُّ عَلَى الْأَمْرَيْنِ مَعًا : أَمَّا الْكَيْفِيَّةُ فَبِالِاقْتِصَارِ عَلَى إِفَاضَة الْمَاء وَأَمَّا الْكَمِّيَّةُ فَبِالِاكْتِفَاءِ بِالصَّاعِ .

"əl-Qadi İyad dedi: Hədisin zahirindən görünür ki, onlar ikisi (Aişənin) əməlini başında və məhrəmlərə baxılması halal olan bədənin üst hissəsində görmüşlər, çünki (Aişə) Əbu Sələmə'nin südəmmə yönündən xalasıdır, onu bacısı Umm Kulsum əmizdirmişdir. Aişə yalnızca bədəninin məhrəmlərin baxmasının haram olduğu hissəsini örtmüşdü. Dedi: Yoxsa əks təqdirdə onların hüzurunda qüsl almasının heç bir mənası qalmır. Aişənin əməlində dəlil vardır ki, bir şeyi əməldə göstərərək öyrətmək müstəhəbdir, çünki insana daha təsirlidir. Sual həm qüslun keyfiyyətini, həm də kəmiyyətini özündə cəm etdiyi üçün bir dəfə ilə məsələnin iki tərəfini onların hər ikisinə də izah edən şey sabit olmuşdur. Keyfiyyətə gəldikdə, suyun sadəcə başdan tökməklə kifayət edəcəyini, kəmiyyətə gəldikdə isə bir sa' suyun kifayət edəcəyi göstərilmişdir."

link

Bu hədis həm əl-Buxari, həm də Muslimdə qeyd olunmuşdur. Buxaridə babın adı "babul-ğusli bissa va nahvihi" və Muslimdə isə "əl-qadər əl-mustəhəb min əl-mə fi ğuslil-cənəbə" şəklində qeyd olunub. Bu da hədisin zahirindən anlaşılır, çünki Aişənin məqsədi o iki məhrəmə peyğəmbərin - salləllahu aleyhi va səlləm - bir sa ilə qüsl aldığını anlatmaq və bunun mümkün olduğunu göstərmək idi.
Üstəlik onu da qeyd etməliyik ki, bu iki kəs yaşca böyük olmayıblar və Aişə ilə onların arasında ən azından 30 yaş fərq vardır, çünki Əbu Sələməni Umm Kulsum əmizdirib və Umm Kulsum Əbu Bəkrin ölümündən sonra dünyaya gəlib, Əbu Bəkr isə təqribən hicri 15 ci ildə doğulub. Aişənin o vaxtı iyirmi yaşı var idi, Əbu Sələmə isə "Siyər Əaləm ən-Nubələ" kitabında deyildiyi kimi hicri 20 neçənci illərdə dünyaya gəlib, yəni doğulduğu zamanda Aişənin ən azından 30 yaşı olub.
Bütün bunları bildikdən sonra yuxarıda yazılanlara bir nəzər salaq və görək kin və nifrət insanı necə iyrənc əməllərə götürür. Allahdan və Axirət günündən qorxan insan ya yaxşı danışar, ya da susar!



#22780 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 11 ноября 2009 - 01:51 в Hədislər

Nəsə...sözümü təkrarlamağa məncə ehtiyac yoxdur. Seyyidə Aişəni müdafiə etmək mənim üçün fəxrdir. Eləcədə Həzrəti Əlini müdafiə etmək də mənim üçün fəxrdir. Hansı dindən çıxmaq?! Əgər səhabələri yuxarıda yazdığınız yalanlardan müdafiə etmək məni sənin etiqad etdiyin dindən çıxarırsa, o zaman bil ki, mən o dində heç bir zaman olmamışam ki, həmin dindən də çıxım!
Qaldı ki, Cəməl döyüşünə, Allaha şükür ki, o döyüşə şahidlik etməmişəm, lakin əgər mənə seçim qalsaydı sözsüz ki, haqq xəlifə Əbu Turab Əli bin Əbi Talib'in - kərraməllau vachəhu - qoşununda olardım və qarşı tərəf üçün dua edər, Allahdan onların bağışlanmasını diləyərdim və etiqad edərdim ki, bu bir fitnədir, kimlərinsə bu fitnəyə düçar olması onları fəzilətlərindən məhrum etməz.

Nəsə...ümumiyyətlə məsələyə emosiyalar ilə yaxınlaşmağı sevmirəm.
Yuxarıda özünü əxlaq sahibi kimi göstərməyə çalışan bir xanım xeylağı, başqasını, özü də peyğəmbərin xanımını naməhrəm kişinin gözləri qarşısında çıplaq qüsl almaqla ittiham etmişdi. Haşa, məgər Quran Aişənin əxlaqi təmizliyinə şahidlik etməmişdirmi? Nur surəsi sizin öz alimlərinizin də etiraf etdikləri kimi Aişə anamız haqqında nazil olmuşdur. Bundan sonra onu belə bir iyrənc əməldə ittiham etmək hara, ədəb-əxlaq hara?!
Allah hidayət etsin!

Fikir verdün dəəə, "Mamamız" aişa nələr eliyib? Niyə acığun tutur, "mamadı" daa!!!!!


Bir şey yazsaydın, yazına cavab verərdik, amma daha yazılarını görüb bir şey yazmadığını anladıq, daha hər səviyyəsizə cavab verməyə ehtiyac yoxdur...



#22794 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 11 ноября 2009 - 03:40 в Hədislər

Ok...mən sizin yazınıza etiraz ola biləcək bir yazı yazmamışdım, sənin sualın yersizdir, biz onların möminlərin anası olduğunu dediyimiz zaman bununla qəsd olunanın heç də anaya aid olan hər bir şeyin onlara aid olduğunu demirik, biz bununla qəsd etdiyimiz budur ki, onların xüsusi hörmət statusu vardır.
İndi sən özün düşün ki, bu haramlığın nə mənası vardır ki? Nəyə görə onlarla evlənmək haram buyurulmuşdur? Sən bir bunun üzərində düşün! Əgər onlar peyğəmbərin ölümündən sonra da onun xanımları kimi statuslarını saxlamasaydılar və bu, peyğəmbərə əziyyət olmasaydı, o zaman nə üçün onlarla evlənmək qadağan edilmişdir?!


möhtərəm, mən yenə qeyd edirəm ki, analıqdan məqsəd evlənməyə olan qadağadır. əlbəttə, heç kəs iddia etmir ki, Peyğəmbərin(s) zövcələri biehtiramdırlar. əgər belə olsaydı, Hz.Əli(ə) Cəməldən sonra Aişə xanımı 40 nəfər kişi paltarında olan qadınla obratnı Mədinəyə göndərtməzdi. yəni ona heç bir şey etmədi əksinə, hörmət göstərərək Mədinəyə qaytartdırdı. amma onun və yaxud kimsənin səhvlərini qeyd etmək heç də onlara bihörmət yanaşma deyildir. Quranda Allah Peyğəmbərin(s) xanımları ilə evlənmək məsələsinə bir də, həmin surənin 53-cü ayəsində qayıdır. yuxarıda qeyd etdiyim alimlərin təfsirinə müraciət etsən görərsən bu ayə nəyə görə nazil olub vəsəhabə adlandırdığınız şəxs nə fikirləşirdi ki, bu ayə nazil olub.



Siz mənim sualımı cavablandırmadınız, yazımı bir daha oxuyun. Onlara nə üçün hörmət etmək lazımdır ki? Bunun üzərində düşünün! Yuxarıda sizin şiə qardaşlarınız onun adına olmayan şeylər yazırlar, bunu da elə canla başla edirlər ki, gəl görəsən... Hardadır ehtiram? Bir digəri isə onu münafiq adlandırır, insan sizin əqidənizə təəccüb edir, ehtiramdan danışırsız, həm də onun haqqında olmayan şeylər yazır, onu kafir, münafiq adlandırır, ona yalandan ləkələr yaxırsız...Çox bomba ehtiram anlayışınız vardır...sözüm yoxdur!



#22788 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 11 ноября 2009 - 02:31 в Hədislər

Ok...mən sizin yazınıza etiraz ola biləcək bir yazı yazmamışdım, sənin sualın yersizdir, biz onların möminlərin anası olduğunu dediyimiz zaman bununla qəsd olunanın heç də anaya aid olan hər bir şeyin onlara aid olduğunu demirik, biz bununla qəsd etdiyimiz budur ki, onların xüsusi hörmət statusu vardır.
İndi sən özün düşün ki, bu haramlığın nə mənası vardır ki? Nəyə görə onlarla evlənmək haram buyurulmuşdur? Sən bir bunun üzərində düşün! Əgər onlar peyğəmbərin ölümündən sonra da onun xanımları kimi statuslarını saxlamasaydılar və bu, peyğəmbərə əziyyət olmasaydı, o zaman nə üçün onlarla evlənmək qadağan edilmişdir?!



#13764 Bir şübhənin cəvabı

Отправлено автор: hənbəli 28 июля 2009 - 14:58 в Şiə-sünni dialoqu

Deməli sənin kumirlərin vsyo taki qaçıblar. İndi ona görə sən burda gücənirsən? Bilə-bilə və ya bilməyə-bilməyəni zəhmət olmasa izah et.

Əhlaq cırır!?


Efendi, Abu Sufyana fikir vermə...boş ver getsin!
Adamdan görəcəyimiz çox hallar var!



#13149 "Əl-iməmə vas-siyəsə" ال...

Отправлено автор: hənbəli 25 июля 2009 - 01:17 в Şiə-sünni dialoqu

Günahkar bəndə iki kəlimə tərcümə etməkdən bütün cümləni təhrif etmişdir.
İbn Arabi - rahiməhullah - deyir:

و من أشد شيء على الناس جاهل عاقل , أو مبتدع محتال , فأما الجاهل , فهو ابن قتيبة , فلم يبق و لم يذر للصحابة رسما في كتاب " الإمامة و السياسة " إن صح عنه جميع ما فيه

"İnsanlara ən çox təsir edən şey aqil cahil və hiyləkar bidətçidir. Cahilə gəldikdə, o, İbn Quteybə'dir və - "əl-İməmə vas-Siyəsə" kitabında - əgər içindəkilərin hamısının ona aid olması səhihdirsə - səhabəyə heç bir üz buraxmamışdır."

Gördüyünüz kimi İbn Arabi kitabın ona aid olması haqqında danışmır, lakin kitabın içindəki səhabələr haqqındakı tənəyə işarə edərək bunun İbn Quteybəyə aid olmasına şəkk etmişdir. Daha sonra isə əl-Mubərrid ilə əl-Məsudinin adlarını zikr edir, lakin deyilənlərin onlara nisbətinə şəkk etməmişdir. İbn Arabinin sözündə kitabın İbn Quteybəyə aid olmasını təsdiqləyən heç bir şey yoxdur, əksinə İbn Quteybə kimi bir alimin belə sözlər deməsində şəkk etdiyini göstərmişdir.

İbn Arabi'nin bu sözləri haqqında kitabı təhqiq edən Şeyx Muhib əd-Din - rahiməhullah - bu sözləri deyir:


لم يصح عنه شيء مما فيه . ولو صحت نسبة هذا الكتاب للإمام الحجة الثبت أبي محمد عبد الله بن مسلم بن قتيبة (213 - 276) لكان كما قال عنه ابن العربي ، لأن كتاب الإمامة والسياسة مشحون بالجهل والغباوة والركة والكذب والتزوير . ولما نشرت لابن قتيبة كتاب (الميسر والقداح ) قبل أكثر من ربع قرن ، وصدرته بترجمة حافلة له ، وسميت مؤلفاته ، ذكرت (في ص26 - 27) مآخذ العلماء على كتاب الإمامة والسياسة ، وبراهينهم على أنه ليس لابن قتيبة

"Kitabdakı hər hansı bir şeyin İbn Quteybəyə aid olması səhih deyildir. Əgər bu kitabın əl-İmam əl-Hüccə Əbu Muhamməd Abdullah bin Muslim bin Quteybəyə aid olması səhih olsaydı, İbnul-Arabi'nin onun haqqında dediyi kimi olardı (yəni İbn Quteybə cahil olmuş olardı), çünki "əl-İməmə vas-Siyəsə" kitabı cəhalət, axmaqlıq, yalan və saxtalaşdırma ilə doludur. 25 ildən çox bir müddət əvvəl İbn Quteybənin "əl-Meysər val-Qadəh" kitabını nəşr etdikdə müəllif üçün geniş bir tərcümeyi-hal yazdım və onun kitablarının adlarını qeyd etdim və səh 26-27-də alimlərin "əl-İməmə vas-Siyəsə" kitabına qarşı etirazlarını və bu kitabın İbn Quteybəyə aid olmamasına dair dəlillərini zikr etdim."



#12957 "Əl-iməmə vas-siyəsə" ال...

Отправлено автор: hənbəli 23 июля 2009 - 01:16 в Şiə-sünni dialoqu

Bu kitab uydurma bir kitabdır, inşəAllah sabah və ya birisi gün imkan olarsa bunun səbəblərini təqdim edəcəm. inşəallah



#13010 "Əl-iməmə vas-siyəsə" ال...

Отправлено автор: hənbəli 23 июля 2009 - 15:03 в Şiə-sünni dialoqu

yox...düz başa düşməmisən, İbnul-Arabi kitabın ona aid olduğunu təsdiqləməyib...onun "ان صح عنه جميع ما فيه" (onun içindəkilərin hamısının ondan olması səhih olarsa...) sözləri belə bunu izah etməyə kifayət edir, çünki İbnul-Arabi bununla içindəkilərin onun tərəfindən yazılmasına şəkk etdiyini göstərir...
səbrli ol! Bu barədə səni məlumatlandıracam...inşəAllah...



#13121 "Əl-iməmə vas-siyəsə" ال...

Отправлено автор: hənbəli 24 июля 2009 - 17:15 в Şiə-sünni dialoqu

"əl-İməmə vas-Siyəsə" kitabı əhli-sünnət imamı İbn Quteybə'yə aiddirmi?
Cavab: xeyr, aid deyildir. Bunun dəlillərini bu şəkildə göstərmək olar.


1. Bu kitabın İmam İbn Quteybə'yə aid heç bir sənədi yoxdur.
2. İbn Quteybə'nin həyatı haqqında yazan müəlliflərdən heç bir onun belə bir kitabının olduğunu zikr etmirlər. Onun tarix haqqında yazdığı kitablarından yalnız iki kitab tanınır: "əl-Məarif" və "Tarix İbn Quteybə"

Kitab tarixi faktlara və İbn Quteybə haqqında bilinənlərə ziddir.
1. İbn Quteybə Bağdadda yaşamış və Bağdaddan yalnız Dinəvar'a çıxmışdır. Başqa heç bir şəhərə səfər etməmişdir. Lakin bu kitabda onun Dəməşqdə, Məğribdə olduğu görünür.
2. Kitabın müəllifi bir çox yerdə Əbu Leyla'dan eşitdiyini bildirir, lakin Əbu Leyla Kufənin qazisi olub və hicri 148-ci ildə vəfat etmişdir. Əbu Leyla'nın ölümü ilə İbn Quteybə'nin doğumu arasında 65 il fərq vardır.
3. Kitabda Əndəlüsün fəthi ona şahid olmuş bir qadından nəql olunmuşdur, halbuki Əndəlus İbn Quteybə'nin doğumundan 120 il əvvəl baş vermişdir.
4. Kitabda "Mərakeş" şəhərinin Musa bin Nuseyr (Nasir) tərəfindən fəth olunması zikr olunmuşdur, halbuki bu şəhərin əsasını murabitun camaatının sultanı Yusuf bin Təşifeyn hicri 455-ci ildə qoymuşdur. İbn Quteybə isə hicri 276-ci ildə vəfat edib.
5. Kitab İbn Quteybə kimi bir alimə layiq olmayacaq cahilliklər ilə doludur. Məsələn, Əbul-Abbas ilə əs-Səffəh'in iki müxtəlif şəxsiyyət olması bildirilir və Harun ər-Rəşid'in Mehdinin bir-başa xələfi olduğu qeyd olunur və ər-Rəşidin isə əhdi-vəlayəti oğlu Məmuna ötürdüyü, sonra isə oğlu Əminə ötürdüyü yazılır. Bu isə kiçik tarixçilərin belə yol verməyəcəyi xətalardır.
6. Kitabın müəllifi kitabda bir çox yerdə Misirin iki böyük alimindən nəql edir, halbuki İbn Quteybə heç bir zaman Misirdə olmamışdır və bu iki alimdən elm almamışdır.

Kitabın üslubu tamamilə İbn Quteybə'nin üslubundan fərqlənir. Məsələn İbn Quteybə öz kitabların uzun müqəddimə yazması ilə seçilir, lakin bu kitabın müqəddiməsi yalnız üç sətrdən ibarət bir müqəddimədir. Üstəlik kitabın lüğət və minhəc cəhətdən xüsusiyyətləri bunun İbn Quteybə'dən başqasına aid olduğunu göstərir. İbn Quteybə kitablarında tərtib və nizamı gözləyir, bu kitab isə belə bir şeydən xalidir. İbn Quteybə'nin digər kitablarında elm aldığı şeyxləri açıq aydın görülməkdədir və kitablarının çoxunda onlardan nəql edir. Lakin bu kitabında həmin şeyxlər nadirən, bəziləri isə heç zikr olunmur.

Bu kitabı uyduran və İbn Quteybənin adına yazan həqiqətdə bir şiədir:

1. Kitabın müəllifi səhabələrə tənə edir. Halbuki başqa kitablarında, məsələn "əl-İxtiləf fil-Ləfz var-Radd aləl-Cəhmiyyə val-Muşəbbihə" kitabında səhabələrə tənə edənləri küfrdə ittiham edir.
2. Kitabın müəllifi Muxtar bin Əbi Ubeyd haqqında kitabında gözəl sözlərdən başqa bir şey zikr etmir. Muxtar bin Əbi Ubeyd'in peyğəmbər ailəsinə dəvət etməsini və bu səbəblə Musab bin əz-Zubeyr tərəfindən öldürüldüyü qeyd olunur. Halbuki bu Muxtar peyğəmbərlik iddia etmiş yalançılardandır, onun haqqında xeyrlə danışanlar yalnız şiə müəllifləri olublar. Halbuki İbn Quteybə digər kitablarında həmin bu Muxtarı küfrlə ittiham etmişdir.

Bu kitabın İbn Quteybə'yə nisbətinin sihhətini çox alim inkar etmişdir. Bunu Şeyx Muhib əd-Din əl-Xatib, Sərvət Akkəşə, Abdullah Aseylən, Abdulhəmid Uveys, Seyyid İsmayıl əl-Kəşif, Seyyid Əhməd Saqr, Şeyx əl-Hüseyni və Şeyx əl-Cundi və digər tədqiqatçılar kitablarında qeyd ediblər. Orientalist alimlərdən bir çoxu da bu kitabın İbn Quteybə'yə aid olmadığını deyirlər.



#13763 "Əmr sahiblər" kimlərdir?

Отправлено автор: hənbəli 28 июля 2009 - 14:56 в Şiə-sünni dialoqu

Melum olur henbelinin sohbetindenki emr sahibleri gerek mesum ola.

indi 2 qenaete gelmek olar.Ya dogurdanda shielerin imam adlandirdigi mesum keslerdir.
Yadaki Allah ayeni bosh yere nazil edib.

selefiler bu 2 variantdan hansini sechir goresen?


Bu nəticəni hardan çıxardın?



#13377 "Əmr sahiblər" kimlərdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:24 в Şiə-sünni dialoqu

Rabbani alimlər... haqqı dəstəkləyən alimlər...hər bir alim yox!
Bir də onu qeyd edim ki, "əmr sahiblərinə tabe olun" ayəsi ümumi ayədir, "masiyətdə itaət yoxdur" hədisi bu ayəni təxsis edir. Ona görə də alimin batil fikirlərində ona tabe olmaq caiz deyildir. Həm də hakimin masiyətə əmrində də tabe olmaq caiz deyildir.



#13383 "Əmr sahiblər" kimlərdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:33 в Şiə-sünni dialoqu

Masiyyətdən təmiz olan heç bir alim tanımıram..



#13367 "Əmr sahiblər" kimlərdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:53 в Şiə-sünni dialoqu

Yekun görüş budur ki, müsəlman alimləri və hakimləridir.



#13167 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 25 июля 2009 - 04:34 в Şiə-sünni dialoqu

http://313news.net/f...p?showtopic=626

Bu linkdə əl-Fəth iddia edir ki, guya "vəhabilər" kitabları təhrif edirlər və bunun üçün Muhamməd Hüseyn Heykəl'in "Həyatu Muhamməd" kitabından misal gətirmişdir. Orada iki dənə surət göstərir, birinci surət ilə ikinci surət arasındalı fərqə işarə etmiş və buna təhrif adını vermişdir.

Sonra Efendi qardaşımız etiraz edərək bunun müəllifin özü tərəfindən də edilə biləcəyinə işarə etmişdir. əl-Fəthi üzməli olacağam, çünki Efendi doğru söyləmişdir. Aşağıdakı linkdən Muhamməd Hüseyn Heykəl'in kitabının ikinci nəşrini yükləyə bilərsiz:
http://www.archive.o...s/MN41643ucmf_0
Kitabın ikinci nəşri miladi 1935-ci ilə aiddir, yəni sağ olarkən nəşr olunmuşdur və müəllif özü ikinci nəşrə xüsusi əlavə etmişdir və həmin nəşrdə bəzi ustazların və şeyxlərin nəsihəti və köməyi ilə kitabına düzəlişlər etdiyini qeyd edir. Artıq ikinci nəşrdə həmin işarə olunan sözlərin kitabdan müəllifin özü tərəfindən çıxarıldığını görürük.

Axırda aydın olur ki, bu "vəhabilər" tərəfindən təhrif deyildir, lakin sadəcə olaraq müəllifin özünün kitaba etdiyi düzəlişlərdir.



#13174 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:35 в Şiə-sünni dialoqu

Sənin gözündə qatığ da qaradır, bala!



#13335 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:10 в Şiə-sünni dialoqu

Yox, mən Əbu Bəkr məsçidinə yaxın bir ərazidə qalıram, amma gördüyüm vəhhabilər qara deyil. Düzdür aralarında qaralar da var. gizildish.gif
Əslində bu təhrifdən də pisdir. Əllamə Əskəri (r.):


Bura deyəsən forum deyil, karvansaraydır...belə başa düşürəm ki, foruma nəzarət edənlərdən də biri sənsən, indi sən özün nəzarətçi olub, sonra məscid camaatına "Qatıq" deyəndən sonra, digərlərinin təhqirlərinə necə irad tutacaqsan?!



#13345 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:41 в Şiə-sünni dialoqu

narahat olma qardaş Subhaniye bu barədə xəbərdarlıq edəcəm əgər öz səhvini düzəltməsə onda adminlə əlaqə saxlayıb həmin yazını sildirəcəm


Sadəcə olaraq forum boyu ortaya atdıqları iftiralarıp kül kimi havaya sovrulduğu üçün və bu mövzuları açıb yalan yayanların müsibətləri ortaya çıxdığı üçün, Subhani bunə təhamül edə bilmir. Müəllifin öz kitabına düzəlişlərini də təhrif sayırlar...əl-Fəth bir mövzuda Quranın təhrif edildiyinə inanan insanın kafir olduğunu söyləmişdi, sonra "xətasını" anlayıb düzəliş elədi...indi Subhani'nin məntiqinə görə gərək Fəthi təhrifdə günahlandıraq... bir çox insan öz xətasını görüb düzəlişlər edir, bu normal bir şeydir...söhbət ondan gedir ki, mövzunu açan iddia etmişdi ki, guya kitabı nəşr edən "vahabilər" təhrif edirlər...indi yalanları üzə çıxdıqdan sonra müəllifin özünə hücum edirlər.



#13766 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 28 июля 2009 - 15:00 в Şiə-sünni dialoqu

Hənbəli

Bura deyəsən forum deyil, karvansaraydır...belə başa düşürəm ki, foruma nəzarət edənlərdən də biri sənsən, indi sən özün nəzarətçi olub, sonra məscid camaatına "Qatıq" deyəndən sonra, digərlərinin təhqirlərinə necə irad tutacaqsan?!

Təhqir? Sən gedib o "sənin gözündə qatığ da qaradır, bala!" sözlərini əxilərinə yaza bilərsən, mənə yox. Hər məsçidə gedən kamil olsa, day nə oldu. Sən narahat olma, mən Qamət "müəllimin" davamçılarına bələdəm. İnanırsan, onun arxasında qıldığım namazın qəzaların hələ qılmamışam, hərçənd heç vacib də deyil. İki gün qabağ müvəqqəti izdivaca bağıra-bağıra irad tutan, dünən gedib zina edib, bügün qarnına kimi saqqal buraxıb, şalvarın ətəyin qısaldıb oturub cümə namazını "kişi-kişi" gözləyir. Ona görə hənbəli qağa, dincəl...

Sadəcə olaraq forum boyu ortaya atdıqları iftiralarıp kül kimi havaya sovrulduğu üçün və bu mövzuları açıb yalan yayanların müsibətləri ortaya çıxdığı üçün, Subhani bunə təhamül edə bilmir.

Sən hələ bir dinin sütünu "Tovhid" məsələsində öz batil və küfrnən dolu əqidəni qorumağa bacar, sonra danışarıq. Sənin o "Əbu Hüreyrənin kisəsi", "Quranın təhrifi", "İbni Əbil-Hədid" və s. mövzularda biliklərin görsəndi. Mənim bir dəfə xətam olub, o da İmam Sadiq (a) və Buxarinin yaşayış dövranı barədə ki, söhbətdə. Tələsmişəm və bunu da etiraf etmişəm. Qaldı ki, bu mövzuya. Bu nə fikrini dəyişməkdir, nədə başqa bir şey...Bu məhz helə təhrifin yekəsindən, ört-bastırın ən yağlısındandır. Bu cümləni yerində qeyd etmisən - "bəzi ustazların və şeyxlərin nəsihəti və köməyi ilə kitabına düzəlişlər etdiyini qeyd edir." Nə isə...Sən bu məsələyə sələfi prizmasından baxırsan və sənə görə burda heç bir şey yoxdur, amma mənə görə bu haqqın gizlədilməsi və ört-bastırın bir növudur. Özüdə nəinki mənə görə, Əllamə Əmini (r.) və Əllamə Əskəri (r.) kimi dahi alimlərə; görə də...


Aydındır...qozbeli qəbir düzəldər!



#12153 Buxaride tehrif ve s..

Отправлено автор: hənbəli 15 июля 2009 - 17:17 в Hədislər

Deyəcəyimi dedim...hansı şəkildə təhrif olduğunu göstərən biri gəlsin göstərsin! Bunun təhrif olduğunu iddia edən sözün əsl mənasında kitabların nəşriyyat işindən cahildir. Bu sözümdə heç bir mübaliğə etmirəm. Kitablar nüsxələrə əsaslanaraq nəşr olunur və mən yuxarıda qeyd etdim ki, bu ziyadı heç bir nüsxədə yoxdur. Bunu yalnız əl-İsmayili rəvayətində əl-Buxaridən nəql edib.

Nəsə belə davam etməklə, sizinlə forumda insan müzakirə belə aparmaq istəmir. Kişi kimi səhvinizi də boynunuza ala biləcək bir cürət göstərə bilmirsiz!!! Bacardığın smaylikləri bir-birinin dalınca düzməkdir! Afərin!



#11965 Buxaride tehrif ve s..

Отправлено автор: hənbəli 13 июля 2009 - 20:52 в Hədislər

Nardarani

Bu nə biyabırçılıqdır? Heç olmasa öz yerləşdirdiyin skanerlərə göz açıb baxardın ki, orada nə yazılıb. Əvvəla həmin rəvayət "siğə" haqqında deyil, "təməttu həcci" haqqında gəlmişdir.

Əgər əl-Buxarinin rəvayəti nəql etdiyi babın başlığına baxsan görəcəksən ki, orada təməttu həcci haqqında gəlmiş ayə qeyd olunmuşdur:
"فمن تمتع بالعمرة إلى الحج"
görünür ki, ən böyük təhrifçi sənsən!

İkincisi isə hansı ağılla bunun təhrif olduğunu iddia edirsən. Bütün nəşriyyatlar öz nəşrlərində nüsxələrə əsaslanırlar. Həmin söz isə kitabın mətnindən deyildir, əksinə sadəcə olaraq əl-Buxarinin sözüdür. İbn Hacər - rahiməhullah - bu sözün nüsxələrdə gəlməməsi barədə deyir:
قال البخاري : يقال : إنه عمر ، أي الرجل الذي عناه عمران بن حصين ، ولم أر هذا في شيء من الطرق التي اتصلت لنا من البخاري ، لكن نقله الإسماعيلي عن البخاري كذلك
"əl-Buxari dedi: deyirlər ki, bu Ömərdir. Yəni İmran bin Huseynin qəsd etdiyi kəs odur. Bunu əl-Buxaridən bizə gəlib çatmış rəvayət kanallarının heç birində görmədim, lakin bunu bu şəkildə əl-İsməyili nəql etmişdir."
http://www.islamweb....y...=52&ID=2897

Buna təhrif adı vermək ən azından kitab nəşriyyatı işindən cahil olmaqdır. Çünki əl-Buxarini nəşr edənlər nüsxələrə əsaslanıblar və əsaslandıqları nüsxələrdə əl-Buxarinin həmin sözü olmadığı üçün kitaba almayıblar.



#12269 Buxaride tehrif ve s..

Отправлено автор: hənbəli 16 июля 2009 - 18:07 в Hədislər

Nardarani
başqa söhbətə keçmə...hədislərin nə haqqda gəldiyini başqa yerdə müzakirə edərik.
Sən iddia edirsən ki, əhli-sünnət öz nəşriyyatlarında təhriflər edir. Mən isə sənə dedim ki, belə bir təhrif baş verməyib və bunu da sübut etdim. İbn HAcərin sözü sənə kifayət etməlidir...

Lağlağı edən Geogrd isə elə zənn edir ki, nəsə bomba bir şey tapıb...

əl-Buxarinin "əs-Səhih" kitabının mətni yalnız hədislərdir...əl-Buxarinin sözü isə əs-Səhihi rəvayət edən ravinin əlavə etdiyi təliqdir. Geogrd, indi dediyim sənə çatır?



#23143 Təhrif ittihamları

Отправлено автор: hənbəli 14 ноября 2009 - 20:07 в Şiə-sünni dialoqu

Sadə bir sual vermək istəyirəm.
Təhrif nədir? Bir şeyə nə zaman təhrif deyilər.

1. Əgər mən bir şeyi yazıb, sonra onun xəta olduğunu anlayıb düzəliş etsəm, bu təhrif sayılırmı?
2. Bir şey əgər kitabın orijinalında mövcud deyilsə, lakin sonradan əlavə olunubsa, həmin əlavəni çıxartmaq təhrif sayılırmı?




Рейтинг@Mail.ru