Qardaşım, bu ruhani məsələsi də ayrı bir dərddir. Açığı mənim başıma gələn hadisələr səbəb olub ki, daha mən ancaq müctehidlərin ofislərinə və ofislərə istinad verən saytlara inanıram. Çünki dəfələrlə olub ki, ruhanilərdən soruşmuşub, sonra gedib aydınlaşdırmışam ki, məsələ səhv imiş. Ruhanilərimiz təqvalıdı, gözəl insanlardı, amma əhkamda gərək biliyin geniş olşun. Təbii sözüm bütün ruhanilərə aid deyil, əlbəttə.
2-ci bir tərəfdən Sistani ağa açıq-aşkar risaləsində qeyd edib ki, "zöhr və əsr namazlarının vaxtı günbatana qədərdir". Burada fikrimcə şərh vermək yersizdir. Mən yuxarıda linklər də göstərdim. Nəzərinə də çatdırım ki, məşhur müctehidlərdən yalnız Lənkərani (r.ə.) ağa şam azanındadək zöhr və əsr namazlarını qılmağa icazə vermişdi. Allahu Alim.
Başa düşürəm bəzi ruhanilər var belə.Amma mən dediyim ruhanilər ,Əhkam,Əqaid,İrfan,Fiqhdən dərslər kecirlər.Qardaşım sənin yerləşdirdiyin linklər özüdə tərcümə olunmuş sözlərdir.Mən bu məsələdə 100% əminəm ki,Əsr namazının vaxtı məğrib namazının azanına 4 rəkət qalmışa kimi qılmaq olar.Sən bir də araşdır.