Перейти к содержимому


Публикации N_ن_N

78 публикаций создано N_ن_N (учитываются публикации только с 11-мая 23)



#103130 Allahın Edam Olunan Ayəsi

Отправлено автор: N_ن_N 03 января 2016 - 14:45 в Ümumislam mövzular

بسم الله الرحمن الرحيم

 

    الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين، ولعنة الله على أعدائهم

أجمعين من الأولين والآخرين

 

 

Dünən (2 yanvar, 2016) Allahın ayələrindən, nişanələrindən biri olan Ayətullah Nimr Baqir ən-Nimr və onunla birgə onlarla müsəlman qardaşımız zəmanənin yezidləri olan Səudiyyə rejimi tərəfindən edam edilib. Günahı əmr bilməruf və nəhy ənil-munkər etmək idi. Yaxşılıqlara dəvət edən, pisliklərdən çəkindirən bu cəsur şəxsiyyət İslam dini uğrunda şəhid edildi. Ayətullah Nimr şəhadət şərbətini içərkən təqribən ağası İmam Hüseyn yaşlarda idi. Allah onu ağası İmam Hüseyn (ə) ilə məşhur eləsin. 

 

Çox çətindir bu barədə danışmaq. Çox yaza bilməyəcəyəm. Ayətullah Nimr bizim Səudiyyəli qardaşlarımızdan, alimlərimizdən idi. Başda İmam zaman (ə) ağa olmaqla, bütün mərce-təqlidlərimizə, bütün alimlərimizə, Səudiyyədə, eləcə də yer üzərində yaşayan bütün şiə qardaşlarımıza, məzhəbindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bu müsibətə üzülən, qəlbiylə də olsa bu edama etiraz edən hər kəsə baş sağlığı verirəm. İnnə lilləh va innə ileyhi raciun!

 

" Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir)Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!" (Fəcr surəsi, 27-28)

 

Mərhum, şəhid Ayətullah Nimr Baqir ən-Nimrin ruhuna əl-Fatihə! 




#103139 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: N_ن_N 15 января 2016 - 14:11 в Əqidə və fiqh

Sənə bir daha da deyirəm bəndənin qəlbində Allahdan qorxusu varsa bu dərəcədə abırsız həyasız olmaz.

qulam, he bu aye sen dediyin kimidir, yani men sehv etmişem yazmışam ayeni, ibadet edirik.. deye yazmışam.. amma ibadet etmirik sadece yaxınlaşaq deye

 

 

Bəs mənə deyirdin ki, sən ərəbcə bilmirsən? Allaha şükürlər olsun ki, sənə haqlı irad tutulduğunu başa düşdün. Ümid edirəm ki, bütün həqiqətləri başa düşüb səhv yoldan dönərsən Allahın izniylə.

Allah qulam qardaşımızdan razı olsun. Amin




#103156 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: N_ن_N 10 февраля 2016 - 12:52 в Əqidə və fiqh

he,amma dua məsələsinde yende uzaq bilirsiz

 

Zəhmət  olmasa bir az da aydın yaz. Həqiqətən də nədən danışdığını başa düşmədim.




#103226 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: N_ن_N 09 мая 2016 - 15:25 в Əqidə və fiqh

نون demek isteremki, allah bizə yaxın olduğundan, siz uzaqda olana üz tutub kömek isteyirsiz,

 

İnan ki, başa düşə bilmirəm sən nəyə  və niyə irad tutursan. Çünki, söhbət çoxdan olub deyə müəyyən məqamlar yadımdan çıxıb. Zəhmət olmasa qısaca xatırlat. Dua məsələsində kimi uzaq bilirik? Hansı uzaqda olana üz tutub kömək istəyirik? 




#102920 Münafiqlə səhabənin fərqi

Отправлено автор: N_ن_N 06 июня 2015 - 16:57 в Əqidə və fiqh

بسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بركاته




Məlum olduğu kimi peyğəmbərimizin (s.a.s) dövründə səhabələrin (رضي الله عنهم) arasında münafiqlər də var idi. Zahirdə onlar da səhabə hesab edilirdilər. Peyğəmbərə (s.a.s), əhli-beytinə (s.a.s) , müsəlmanlara məhəbbət nümayiş etdirir, İslami əhkamları yerinə yetirirdilər. Bəs görəsən münafiqlə həqiqi səhabəni bir-birindən necə ayırmaq olar ?

Biz hardan bilə bilərik ki, hansısa رضي الله عنه ( "radiyəllahu anhu" - Allah ondan razı olsun! ) dediyimiz şəxs əslində münafiq idi ya səhabə?

Konkret hansısa şəxslərin səhabə , hansılarının münafiq olduğu Quranda qeyd edilibmi? Adları çəkilibmi?

Müsəlmanların bu məsələyə münasibəti necə olmalıdır? Ehtiyatən ucdantutma hamısına رضي الله عنه - mu deyilməlidir?

Yoxsa, ehtiyatən heç birinə رضي الله عنه deyilməməlidir? Ola bilər ki, رضي الله عنه dediyimiz şəxs əslində münafiq olmuş olsun. Ola bilməzmi? Ola bilməzsə nəyə əsasən ola bilməz?

Əgər bir kimsə ictihad edib xəta etmiş olsa, əslində "Allah ondan razı olsun!" deməli olduğu şəxsi münafiq hesab edib "ALlah ona lənət eləsin!" desə kafirmi olar?

Əgər bir kimsə ictihad edib xəta etmiş olsa, əslində münafiq olan bir şəxsə "Allah ondan razı olsun" desə bunun hökmü nədir?

Təşəkkürlər!




#103127 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 25 декабря 2015 - 13:57 в Şiə-sünni dialoqu

Allahın izniylə cavab verdim qardaşım. Amma, yaxşı olardı ki, xüsusi bir mövzu açılsın hamının görə biləcəyi şəkildə müzakirə edilsin ki, bu məsələdə müəyyən şübhələri olan qardaşlar öz şübhələrinə cavab tapmış olsunlar. İnşaAllah ki,bu mövzu ilə əlaqədar xüsusi bölmə açılar orda müzakirə edilər




#103121 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:36 в Şiə-sünni dialoqu

Qardaşım, əgər bu işin icazəli olub-olmadığını, yaxud, hansı dəlillərə əsasən icazəli olduğunu soruşursunuzsa,  üçüncü şəhadətin məhz azanda deyilə bilməsi üçün imamlardan hədisin olmasına ehtiyac yoxdur. Ümumən Quran və sünnətə əsasən azanda üçüncü şəhadətin deyilməsi icazəlidir. Əgər ehtiyac olsa inşaAllah bu məsələni bir az da geniş izah etmək mümkündür.




#103125 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 24 декабря 2015 - 15:28 в Şiə-sünni dialoqu

bakigeceleri, mənim əziz qardaşım. Bu fəqir də əhli-beyt (s.a.s) məktəbinin alimlərindən, elm əhlindən azdan-çoxdan nə öyrənə bilibsə onu paylaşmağa çalışır. Bilmədiklərimi də öyrənirəm və hələ də öyrənməkdəyəm Allahın izni ilə. Bu, məsələnin bu tərəfi.

 

Azanda üçüncü şəhadətə gəlincə. Azanda üçüncü şəhadətin verilməsini şiə fəqihləri caiz görüblər. Buna işarə edən bir çox dəlillər, qərinələr var. Dəlillərdən biri də İmam Cəfər əs-Sadiqdən (s.a) nəql olunan bir hədisdə imam (s.a) buyurur: "Sizdən biriniz "Lə iləhə illəllah, Muhəmmədun rasulullah" desə, "Əli əmirulmuminin" (də) desin". 

 

Ümumiyyətlə mənim əziz qardaşım. Bu mövzu geniş mövzudur. Dəlilləri Quran və səhih sünnəyə müvafiqdir. Həm də qəlbin, əqlin rahat qəbuledəcəyi dəlilləri var :) 

Lakin, xahiş edirəm, əgər daha geniş izahını istəyirsizsə bunun üçün xüsusi bir mövzu açın orda davam edək ki, mövzular bir-birinə qarışmasın. Gələcəkdə başqa möminlər də istədikləri mövzunu öz başlığı altında rahat şəkildə tapa bilsinlər inşaAllah




#103116 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 06 декабря 2015 - 12:10 в Şiə-sünni dialoqu

Allah sizdən də razı olsun qardaşım. Sadəcə öz alimlərinə kor-koranə təqlid edirlər. Onlara bunu təlqin edirlər ki rafizilər yalançıdır. Əgər ağıl sahibləri bu məsələlər üzərində düşünsələr haqqı görərlər.




#103114 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 05 декабря 2015 - 12:51 в Şiə-sünni dialoqu

Aleykum əsssalam va rahmətullahi va bərakətuhu.

http://hadith.al-isl...kID=25&PID=1059




#102916 Nasibilər "rafizilərdən" üstündürlərmi?

Отправлено автор: N_ن_N 04 июня 2015 - 12:22 в Əqidə və fiqh

Bunu mene yox,imam əliyə soruşsan,deyerki, xevaric,ve muaviye,,..
Çunki onlar gözle görsenen düşmenlerdir,

Şiye deyende yeqinki, haqq şiye yox,mes küfe ve medine şiyelerini qesd edirsen ki,onlar imam əli,imam huseyni tek qoydular,çetin vaxtda..
İmam medineden kerbalaya gelende 4 mine yaxın medine şiyesi ile çıxmışdı,lakin meydanda 72 nefer qaldı,ona göre ya heqiqi şiye olmalısan,ya da xevaric ya nasibi


1. Sən sualı deyəsən başa düşməmisən. Sual budur ki, Əliylə (ə) düşmənçilik edənlər Əbu Bəkrlə, Ömərlə, Osmanlı düşmənçilik edənlərdən üstündürmü?

2. sən öz yerinə danışa bilərsən, Əlinin (ə) yerinə yox. Əgər sən də İmam Əliylə (ə) üz-üzə gəlsən, yəqin ki, sənə bu iradı tutar.

3.şəxsən mən ümumiyyətlə, heç bir pis xüsusiyyəti ümumilikdə hansısa ölkənin,şəhərin, kəndin əhalisinə aid etmirəm.

4. İmam Hüseyni (ə) yalnız qoyanların etiqadda şiə olmalarına heç bir dəlil yoxdur. Sadəcə onların zahirdə siyasi nəzərləri bu idi ki, xəlifə İmam Hüseyn (ə) olmalıdır. Lakin, bizim mövzumuz bu deyil. Mövzumuzun nə olduğunu bilmək üçün verilən suala diqqət elə!



#103231 Onların Yalanları

Отправлено автор: N_ن_N 15 мая 2016 - 21:49 в Şiə-sünni dialoqu

بسم الله الرحمن الرحيم

 

İnşaAllah bu mövzuda müxaliflərin yalanlarını ifşa edəcəyik. Hər kəs onlardan bildiyi, eşitdiyi, gördüyü yalanı, təhrifi burda paylaşsın inşaAllah. 

 

Beləliklə, onların uydurduqları yalanlardan birinə baxaq: 

 

Deməli, bu vəhhabilər bir sayt açıblar, üzdə İŞİD-i pisləyir, ölkə başçısını tərifləyirlər. Guya, bunlar aydan arı, sudan durudurlar. Onların bu yalanı bişmiş toyuğun da güləcəyi qəbildən yalandır. Nə isə bununla işim yoxdur. Onsuz da üzdə nə qədər yarınmağa çalışsalar da rəhbərlikdə də bilirlər bunların iç üzlərini. 

 

Məsələ burasındadır ki, bu vəhhabilər həmin saytda bir də "SUAL-CAVAB" bölməsi yaradıblar. Guya vəhhabi "elm tələbələri" orda insanları "maarifləndirirlər". Orda mart ayında verilən sual cavablardan birini sizə olduğu kimi təqdim edirəm: 

 

 

Sual: Qedir xum haqqinda ehli sunne alimlerinin ittifaq etdiyi sehih metn isteyirem

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qədr-Xum hadisəsi əhli-sünnənin ən mötəbər hədis kitablarından biri olan Səhih Muslimdə belə nəql edilmişdir:

«Qədr-Xum hədisi»

Zeyd ibn Ərqəm (Allah ondan razı olsun) deyir ki, Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: “Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun”. Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: (İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram”.
Husayn ibn Səburə Zeydə dedi: “Ey Zeyd, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər?”
Zeyd dedi: “Bəli, yoldaşları da əhli beytindəndir. Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır”.
O dedi: “Bəs onlar kimlərdir?”
Zeyd dedi: “Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir”.
O dedi: “Bunların hamısına sədəqə haram edilmişdir?”
Zeyd dedi: “Bəli”.

(Səhihi Müslim, Kitabu Fədailus Əshabə, 2408)

 

Göstərilən mənbəyə nəzər salsanız görərsiz ki, orda, yuxarıda yaşıl rənglə işarələdiyim hissə "Bəli, yoldaşları da əhli beytindəndir. VƏ LAKİN, Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır" şəklindədir. 

Özünüz yoxlaya bilərsiz: http://shamela.ws/br...-1727#page-7304

Əslində ssılka yerləşdirməsəm də bilən bilir ki, orda "və lakin" var. VƏ LAKİN, bu suala cavab verən vəhhabi "elm tələbəsi" rəvayətin mətnindən "VƏ LAKİN"-i çıxardıb.

 

İndi sual: Sizcə vəhhabi "elm tələbəsi" niyə görə belə edib?  :rolleyes: 




#103133 Osman b. Əffanı kimlər öldürdü?

Отправлено автор: N_ن_N 06 января 2016 - 18:36 в Şiə-sünni dialoqu

Niğalayii müsəlmanların Allahı yernən yeksan elədi... Allahummə salli əla Muhəmməd və ali Muhəmməd!




#103165 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 12 февраля 2016 - 22:07 в Şiə-sünni dialoqu

وبالجملة الروايات السابقة كما ترى آحاد محفوفة بالقرائن القطعية نافية للتحريف بالزيادة والتغيير قطعا، دون النقص إلا ظنا ، ودعوى بعضهم التواتر من حيث الجهات الثلاثة لا مستند لها

Beləliklə, Quran mətnindən heç nəyin yox olmadığını deyən məzhəb sadəcə mücərrəd bir məzhəbdir. Mizan, 12/126

Təbatəbai də təhrifə inanandan sonra ta başqalarından nə gözləyəsən. Yerə göyə sığdırmırsəz onu.

 

Deyərdim ki, "səhv edirsən". Amma, sənin işin səhvdən keçib. Sən birbaşa yalan deyirsən, iftira atırsan. Çünki, nə sən dediyin yerdə, nə də bir başqa yerdə Təbatəbai Quranın təhrif olunduğuna inandığını demir. Əksinə, ümumiyyətlə bunu inkar edir. Əgər doğru deyirsənsə buyur ən azından yerləşdirdiyin cümlənin tərcüməsini də yaz :rolleyes:




#103166 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 12 февраля 2016 - 22:39 в Şiə-sünni dialoqu

şiələr hər zamankı kimi yenədə söhbəti fırlatmaqla məşğuldurlar. bu yalan nəyə lazımdır ki. əqidənizi daha niyə gizlədirsiniz. Quranın təhrifinə, 3 nəfərdən başqa bütün səhabənin kafir olduğuna və rafizilərdən başqa bütün hər kəsin kafir və nasibi olduğuna iman etmək şiələrin əqidələrinin əsaslarındandır. bir haldaki rafizilərin ən böyük mühəddisi əl Kuleyni və ən böyük müfəssiri əl Kuleynin ustadı əl Qummi təhrifə iman edib və bunu açıq-aşkar deyiblər:

əl Qummi öz təfsirinin müqəddiməsində deyib "Quranda dəyişilmiş və dəyişdirilmiş, dəyişməz və bir-birinə bənzər yerlər... Allahın nazil etdiyinin əksinə olan yerlər, ayələr var"
əl Kuleyni isə öz kitabında belə bir fəsil açıb "Quranı Allahın nazil etdiyi kimi ancaq imamlar toplamışlardır"

ələttə rafizilər yenə bu sözləri fırlatmağa, yozmağa çalışacaqlar. onun üçün biz onlara öz alimlərinin əl Qummi və əl Kuleyni barəsində olan etiraflarını göstəririk.

attachicon.gifKuleyni,.jpeg
scan edilmiş səhifədə əl Amili deyir ki əl Kuleyni və əl qummi təhrifə inanıblar.

attachicon.gifKuleyni,1.jpeg
scan edilmiş səhifədə müasir rafizi alimlərindən Əli İsfahani deyir ki əl kuleyni, əl qummi və əl cəzairi təhrifə iman ediblər

 

1. O sənə elə elə gəlir ki, şiələr "hər zamankı kimi söhbəti fırlatmaqla" məşğuldurlar. Sən deyəsən Əbu Bəkrlə Ömərlə Allahın, rəsulunun (s) və imamların (ə) təriflədiyi şiələri səhv salırsan. İslam tarixində söhbəti ilk fırladanlar Əbu Bəkrlə Ömər olub. Məsələn, xanım Zəhra (s) Əbu Bəkrdən öz haqqını tələb edəndə, Əbu Bəkr söhbəti fırladıb dedi ki, mən peyğəmbərdən eşitmişəm ki, biz peyğəmbərlərdən irs aparılmaz deyib. Halbuki, xanım Zəhra (s) haqlı olduğu barədə Qurandan ayələr də gətirmişdi. Əbu Bəkr söhbəti fırladıb qəbul etməmişdi. Xanım Zəhra (s) şahidlər də gətirmişdi. Əbu BƏkr hərəsi üçün bir bəhanə gətirərək söhbəti fırladıb yenə də qəbul etməmişdi. 

Peyğəmbər (s) son nəfəsində kağız-qələm istəyir ki, onlara vəsiyyət yazsın. Ömər söhbəti fırladıb peyğəmbərin (s) sayıqladığını, belə yazıya ehtiyaclarının olmadığını, aralarında Quranın olduğunu və Allahın kitabının onlara bəs etdiyini deyir.

Sonra Muaviyyə. Dedilər gəl beyət elə, qılıncı qoy Əliyə (ə) qarşı çıxma! Söhbəti fırladıb dedi ki, OSmanın intiqamını tələb edirəm.

Hələ Ömərin oğlu Abdullahı demirəm. Əvvəl Yezidə qarşı çıxdı. Sonra "zamanının imanını tanımadan ölən cahiliyyə dövründəki kimi ölər" məzmunlu hədisi bəhanə gətirərək söhbəti fırladıb gedib Yezidə beyət elədi. Birdi, ikidi beyəm? Saysam sayıb qurtarmaq olmaz. Ta onların dövründən müasir dövrümüzə qədər qabağda gedənlərinizə, rəhbərlərinizə, alimlərinizə baxsan Qarşına ucu-bucağı görünməyən söhbəti fırladanlar ordusu çıxar. Yaxşısı budur sən belə şeylərlə özünü çox yorma :rolleyes:

 

2. Şiələr Quranın təhrifinə inanmırlar. Belə bir inancları olmadığına görə də gizlətmirlər. Əslində belə bir inancları olsaydı belə gizlətməyə ehtiyac olmazdı. Əgər bunun izahını istəsən məmnuniyyətlə izah edərəm. Şiələrdən başqa hamının kafir olduğuna da inanmırlar. Üç nəfərdən başqa bütün səhabələrin kafir olduqlarına da inanmırlar. Bütün bunlar iftiradır. Bütün bunlar köhnə proqramlardı ki, qafanıza yükləyiblər. Hər etmimala qarşı bunu da qafanıza yerləşdiriblər ki, şiələrə inanmayın. Hər nə desələr söhbəti fırladırlar, vəssəlam. Köhnə proqram, köhnə hamam, köhnə tas. Bir az elmlə məşğul olun, kitab oxuyun, dəyişin inkişaf edin.

 

3. Əl-Qumminin təfsirindəki müqəddimə Qummiyə (r.a) nisbət verilir, özünə aid deyil. Bunu müqəddimənin özündə də açıq-aşkar görmək mümkündür.

 

4. Əl-Kuleyninin (r.a) açdığı baba qoyduğu ada gəlincə. Həmin babda yerləşdirdiyi rəvayətlərdən də açıq-aşkar görünür ki, söhbət elə təvilin, təfsirin bir yerə toplanıb, hifz edilməsindən, mühafizə edilməsindən söhbət gedir. Quranın hamısının cəmi deyilərkən nəzərdə tutulan elə budur. Zatən babın adından da bunu açıq-aşkar başa düşmək mümkündür. Amma, əlbəttə ki, başa düşən üçün. Adına fikir ver: "Quranı Allahın nazil etdiyi kimi ancaq imamlar toplamışlardır"

 

Heç olmasa bu babın adını yazanda bir az dayanıb düşünəydin ki, məgər bütün imamlar Quran toplayıblar? :rolleyes:

Bir də axı bircə İmam ƏLi (ə) Quranı toplayıbsa və həmin Quran imamlardadırsa nə ehtiyac var ki, digər imamlar da həmin Quranı toplasınlar? :rolleyes:

 

Söhbət Quranın nazil olduğu kimi, yəni, bütün təvili, təfsiri ilə bir araya toplanmasından, hifz edilməsindən, qorunmasında, yəni, Quranın bütün elmlərini özlərində qorumasından gedir. Bunu başa düşmək əlbəttə ki, hər adamın işi deyil.

 

Gələk göstəridiyin scanlara. Bunu artıq əvvəlki şərhlərimizdə izah etmişik. Bir daha qısaca təkrar edirəm:

 Əvvəla, əl-Amili (r.a) əxbari idi və bu kimi mövzularda sözü öz-özlüyündə huccət deyil.

İkincisi, Amili iddia etmir ki, belədir. Deyir ki, "Kuleynidən zahir olan budur". Yəni, zahirən nəyi başa düşübsə onu deyir, təkidlə iddia etmir. Qummi haqqında da həmçinin.

Üçüncüsü, Amilinin (r.a) özünün bu fikirlərindən qəti olaraq sən dediyin mənada  təhrifi nəzərdə tutduğu başa düşülmür. Ola bilər ki, elə sənə izah etdiyim mənada təhrifdən danışır. Yəni, bir sözün zahirən hansısa formada başa düşülməsi, məsələnin həqiqətən də elə olması demək deyil.

 

Seyyid Əli əl-Fani əl-İSfani (r.a) də "ZAHİRƏN" belə olduğunu deyir və onun da sözün də qəti olaraq sən dediyin mənada təhrifdən söhbət getdiyi başa düşülmür. Bunu yerləşdirdiyin scandan da açıq-aşkar başa düşmək mümkündür.

 

hətta, hər iki alim (r.a) sən nəzərdə tutduğun mənada təhrifdən danışırlarsa da, özləri qeyd edirlər ki, bu məsələ "zahirən" belədir. Yəni, qətiyyətlə təkid etmirlər. Zahirən başa düşdüklərini deyirlər. ƏLBƏTTƏ ƏGƏR SƏN DEDİYİN MƏNADA TƏHRİFDƏN DANIŞDIQLARI FƏRZ EDİLƏRSƏ




#103108 Ömərin qatili kafir idimi?

Отправлено автор: N_ن_N 13 ноября 2015 - 23:20 в Hədislər

ZehrAsiqi, əs-salam aleykum. Zəhmət olmasa bu rəvayətin original mətnini burda yerləşdirin, yaxud, original mənbəyə (mətnə) keçid verin zəhmət olmasa! Qabaqcadan təşəkkür edirəm!




#103068 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Отправлено автор: N_ن_N 13 сентября 2015 - 23:13 в Əqidə və fiqh

Belə çıxır ki, Allah nəuzubilləh əvvəl bu məsələyə münasibət bildirməmiş, təkcə qiyamətin axırına bir qədər qalmış vaxt üçün Mehdini (ə.f) seçmişdir.

Çox gözəl və incə mətləbə toxunmusan qardaşım. Allah səndən razı olsun.  Ümumiyyətlə, imam, rəhbər ya rəiyyətdən aşağı səviyyədə olur, ya rəiyyətlə eyni səviyyədə olur, ya da rəiyyətdən üstün olur. Birinci hal  insan fitrətinə ziddir. İkinci hal insan nəfsinə "gəl-gəl" deməkdir. Geriyə bir tək üçüncü hal qalır.




#103075 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Отправлено автор: N_ن_N 15 сентября 2015 - 19:24 в Əqidə və fiqh

Allah razı olsun qulam qardaşım. Minnətdaram. Bir daha təşəkkür edirəm.

 

Mövzuya gəlincə. İmamətə kim layiqdi kim layiq deyil Allah özü açıqlayır. (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə : “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.” (Bəqərə, 124)

 

Mərhum Əllamə Tabətabəi məşhur təfsirində bu barədə yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1.Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2.Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3.Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4.Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!”

 

Ağıl sahibləri üçün bundan gözəl izah???




#103073 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Отправлено автор: N_ن_N 14 сентября 2015 - 18:59 в Əqidə və fiqh

Mənim əziz qulam qardaşım. Allah razı olsun sizdən. Allah şahiddir ki, mən də sizi burda görəndə ürəyim sevinir.

 

Əziz qardaşım, foruma nəzər salarkən gördüm ki, müzakirələrin birində təəssüf ki, sizin haqqınızda tələsik qərar verib bir vəhhabi ilə səhv salmışam. Tələskənlik edib xətaya düşmüşəm. Üzr istəyirəm sizdən. Mümkündürsə haqqınızı halal edin qardaşım. Allah razı olsun.




#103206 İmam Əlini yalnız mömin sevəcək və ona yalnız münafiq nifrət edəcək

Отправлено автор: N_ن_N 23 февраля 2016 - 19:16 в Hədislər

Allah səndən razı olsun qardaşım. Çox gözəl mövzudur. Həmd olsun bizə Ağanın (ə) vilayətini nəsib edən Allaha (((




#103122 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:39 в Ümumislam mövzular

Allah bütün İslam düşmənlərini məhv eləsin! Amin! :)  




#103123 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:40 в Ümumislam mövzular

Hər zaman şükür edənlərdən olaq əziz qardaşım. Halbuki, vəhhabilər necə böyük arzularla getmişdilər ora :)




#103208 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 10 марта 2016 - 20:22 в Ümumislam mövzular

Assalamun aleykum , mənim əziz şiə qardaşlarim

 

getmişdim Kərbəlaya ağam Əbəlfəzin ə.s , ağam Hüseynin ə.s  cağirişina - Ərbəin ziyarətinə , Samirraya da nəsib oldu bu dəfə gedə bildik , vəhabi zir zibilindən təmizləyiblər ,kecən Ərbəin qoymadilar bizi amma , Tikritlə arasi 10-15 km di və müharibə gedirdi. maşaAllah yüz minlərlə insan var idi Samirrada ziyarətdə həmin günü.ara da bir top atirdilar amma) Allah sizlərə nəsib etsin belə gözəl ziyarətləri səfərləri.bəh-bəhlərdən nə danişib qurtarmaq olar nə də doymaq...  

Allah ziyarətinizi qəbul eləsin qardaşım. Oralar elə gözəl yerlərdir ki, adam qayıtmaq istəmir. Allah hamıya nəsib eləsin. Allahummə amin!




#103118 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 22 декабря 2015 - 22:32 в Ümumislam mövzular

İraq ordusu İraq və Şamdakı İslam Düşmənlərindən (İŞİD) işğal etdiyi Ramadinin mərkəzinə girib! Allahu Əkbər! Yenə də Anti-Rafa nikli vəhhabinin tələm -tələsik "Rafizilər üzərində qələbə" mövzusu yadıma düşdü. Görəsən hardadı indi bu vəhhabi? Bəlkə də sevindiyindən tələm-tələsik gedib İŞİD-ə qoşulub :)

:)




#103209 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 10 марта 2016 - 20:27 в Ümumislam mövzular

Allaha şükürlər olsun ki, İŞİD-vahhabi-terrorist tör-töküntüsü müqəddəs torpaqlardan təmizlənirlər, sonlarına az qalıb inşaAllah. Bundan öncə də yazmışdım indi də yazım. Təkrarın ziyanı yoxdur :rolleyes:

 

İndiki kimi yadımdadır. "İraq və Şamdakı İslam Düşmənləri" ( İŞİD ) İraqda müsəlmanları qıranda bu Anti-Rafa nikli vəhhabi forumda "Rafizilər üzərində qələbə" başlıqlı xüsusi bir mövzu açmışdı. İlk cümləsi də belə idi : 

"İraqda və Suriyada rafizi rejimi çökmək üzərədir."

 

Bütün şər cəbhəsi sevincək olmuşdu. Amma bu onlara nəsib olmadı. Mütləq qələbə yaxındadır Allahın izni ilə. 





Рейтинг@Mail.ru