Перейти к содержимому


Фотография

Onların Yalanları


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 15 Май 2016 - 21:49

بسم الله الرحمن الرحيم

 

İnşaAllah bu mövzuda müxaliflərin yalanlarını ifşa edəcəyik. Hər kəs onlardan bildiyi, eşitdiyi, gördüyü yalanı, təhrifi burda paylaşsın inşaAllah. 

 

Beləliklə, onların uydurduqları yalanlardan birinə baxaq: 

 

Deməli, bu vəhhabilər bir sayt açıblar, üzdə İŞİD-i pisləyir, ölkə başçısını tərifləyirlər. Guya, bunlar aydan arı, sudan durudurlar. Onların bu yalanı bişmiş toyuğun da güləcəyi qəbildən yalandır. Nə isə bununla işim yoxdur. Onsuz da üzdə nə qədər yarınmağa çalışsalar da rəhbərlikdə də bilirlər bunların iç üzlərini. 

 

Məsələ burasındadır ki, bu vəhhabilər həmin saytda bir də "SUAL-CAVAB" bölməsi yaradıblar. Guya vəhhabi "elm tələbələri" orda insanları "maarifləndirirlər". Orda mart ayında verilən sual cavablardan birini sizə olduğu kimi təqdim edirəm: 

 

 

Sual: Qedir xum haqqinda ehli sunne alimlerinin ittifaq etdiyi sehih metn isteyirem

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qədr-Xum hadisəsi əhli-sünnənin ən mötəbər hədis kitablarından biri olan Səhih Muslimdə belə nəql edilmişdir:

«Qədr-Xum hədisi»

Zeyd ibn Ərqəm (Allah ondan razı olsun) deyir ki, Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: “Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun”. Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: (İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram”.
Husayn ibn Səburə Zeydə dedi: “Ey Zeyd, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər?”
Zeyd dedi: “Bəli, yoldaşları da əhli beytindəndir. Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır”.
O dedi: “Bəs onlar kimlərdir?”
Zeyd dedi: “Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir”.
O dedi: “Bunların hamısına sədəqə haram edilmişdir?”
Zeyd dedi: “Bəli”.

(Səhihi Müslim, Kitabu Fədailus Əshabə, 2408)

 

Göstərilən mənbəyə nəzər salsanız görərsiz ki, orda, yuxarıda yaşıl rənglə işarələdiyim hissə "Bəli, yoldaşları da əhli beytindəndir. VƏ LAKİN, Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır" şəklindədir. 

Özünüz yoxlaya bilərsiz: http://shamela.ws/br...-1727#page-7304

Əslində ssılka yerləşdirməsəm də bilən bilir ki, orda "və lakin" var. VƏ LAKİN, bu suala cavab verən vəhhabi "elm tələbəsi" rəvayətin mətnindən "VƏ LAKİN"-i çıxardıb.

 

İndi sual: Sizcə vəhhabi "elm tələbəsi" niyə görə belə edib?  :rolleyes: 


Сообщение отредактировал N_ن_N: 15 Май 2016 - 21:55

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru