Перейти к содержимому


Публикации Neqsi Cahan

167 публикаций создано Neqsi Cahan (учитываются публикации только с 29-апреля 23)



#91202 Əbdüləziz bin Baz: "Biz Vəhabiyik!"

Отправлено автор: Neqsi Cahan 01 мая 2012 - 14:08 в Şiə-sünni dialoqu

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Dəyərli forum üzvləri bildiyimiz kimi həm bugün Azərbaycanda və dünyanın bir neçə yerində yayılan günümüzdəki nəsibilər özlərinə "vehhabi" deyilməsinə etiraz edirlər, bunun böhtan olduğunu, özlərinin əhli sünnət olduqlarını, "vəhhabi" olmadıqlarını iddia edərlər. Budur bu tayfanın sonuncu şeyxlərindən Əbdüləziz bin Baz yumruq kimi cavab verir, "biz vəvhabiyik" deyir.

http://www.youtube.com/watch?v=xTS8faG0GlA&feature=plcp

http://www.youtube.com/watch?v=lEfsI4OzI2Y&feature=player_embedded

EAMQT_8415.jpg

Изображение


[/center][center]
Əbdüləziz bin Baz

vehhabiler.jpg

şəkildə gördüyünüz Əbdüləziz bin Bazın "Fətva en-Nur" adlı kitabıdır. gördüyünüz kitabın 18-ci səhifəsidir. Əbdüləziz bin Baz özünə soruşulan bir suala uzun-uzadı cavab verməkdədir. sual 16-cı səhifədədir və belədir:

يقول السائل: فضيلة الشيخ، يسمي بعض الناس عندنا العلماء في المملكة العربية السعودية بالوهابية فهل ترضون بهذه التسمية؟ وما هو الرد على من يسميكم بهذا الاسم؟

sual: Dəyərli şeyx, bəzi insanlar Suud alimlərini "vəhhabi" adlandırırlar siz bu adı qəbul edirsinizmi?

Əbdüləziz bin Baz bu suala uzun-uzadı cavab verməkdə, şirk-Tövhid mövzusunu ələ almaqdadır.İşarələnmiş yerdə isə əsas mövzuya keçərək belə deməkdədir:

يدعون إلى توحيد الله من علماء التوحيد من علماء نجد وغيرهم يلقبون بالوهابية، فهو لقب معروف شريف وليس بمستنكر

cavab: Nəcd üləmasının ləqəbi vəhhabidir və bu tanınan və şərifdir və biz bunu inkar etmirik.

Əbdüləziz ibn Baz, "Fetava en-Nur", 1/16-18


Əbdüləziz bin Baz burada "Necd üləması" dediyi qrup şəxsən özləridir, yəni Məhəmməd ibn Abdulvehhabın yolundan gedən, ümmətin şirk içində olduğunu söyləyən pozğunlar.Budur bu pozğunlara bütün ümmət "vehhabi" adını vermişdir, Məhəmməd ibn Abdulvehhabın öz qardaşı və hənbəli alimi Şeyx Süleyman ona rəddiyə yazmış və rəddiyənin adını da belə qoymuşdur: "Es-Sevaik el-İlahiyyə fi rəddi alal vehabiyye"



Vəhabilik Hədislərdə
Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir:
"Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.” - Səhihi-Buxari, Kitab ət-təuhid, 57-ci fəsl, 7123-cü hədis.

Qəstəlani "İrşadus-sari əsərində ("İrşadus-sari”, c. 15, səh. 626)bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.

Səhih-Buxari, Fitən kitabı, fəsil-16, hədis-7094-də İbn Ömərdən belə rəvayət olunur ki:
Bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah! Şamı və Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et.'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Yenə də dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et .'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O Həzrət(s) cavab verdi: ''Nəcd zəlzələlər, fitnələr və şeytanın çıxacağı yerdir.''

Nəcdin tarixində vəhhabiliyin orada yaranmasından başqa bir yadda qalan hadisə yoxdur.
Həqitətən də İslam Peyğəmbəri(s) doğru buyurmuşdur ki, pozğun fikirlər, azğın əqidələr, dinindən dönənlər, şeytana uyanlar və İbn Əbdülvəhhabın simasında şeytan Nəcddən çıxmışdır.
Səhih-Buxari, Tövhid kitabı, fəsil-57, hədis 7562-də isə Xidridən belə rəvayət olunur ki, Peyğəmbər(s) buyurmuşdur:

''Məşriqdən (Şərqdən-gündoğandan) bir qrup insanlar çıxacaq ki, onlar Quranı oxuyacaqlar, ancaq ona əməl etməyəcəklər. Yay kamandan çıxdığı kimi onlar da dindən çıxacaqlar. Yay kamana qayıtmadığı kimi onlar da dinə qayıtmayacaqlar.'' Soruşdular: ''Ya Rəsuləllah! Onların əlamətləri nə olacaq?'' O Həzrət(s) cavab verdi: ''Onlar saqqallarını ya qırxarlar, ya saxlayarlar (uzadarlar).''

CQDON_5304.jpg

Muhəmməd ibn Əbdülvəhhab 1703-cü ilin baharında Nəcd vilayətinin Üyеynə qəsəbəsində Əbdülvəhhab ibn Sülеyman adlı bir qazinin еvində doğuldu. Ərəbistan yarımadasının bir qismini əhatə еdən Nəcd vilayəti tarix boyu yalançı pеyğəmbərlərin məskəni olmuşdur. Onların gündəlik məşğuliyyəti qarət, soyğunçuluq və oğurluq idi. Bir sözlə mədəniyyət özünün aşağı mənasında orada təzahür еtmişdi. (Yеni şəfəq, c 1 səh. 26; "Nəcd tarixi", səh. 46)


Vəhhabi məzhəbi haqqında bu kiutbalardan bəhrələnə bilərsiz.

Прикрепленный файл  vahabi-asl.doc   947К   8 Количество загрузок:
VƏHABİ FİRQƏSİ
Müəllif: Seyyid Məhəmməd Həsən Qəzvini


Прикрепленный файл  VHHABI fitnesi-latin-asl.DOC   634К   3 Количество загрузок:
VƏHHABİ FİTNƏSİ
ƏLİ ƏSĞƏR RİZVANİ

Прикрепленный файл  Vehabilerin cirkin eqidesi.doc   135К   4 Количество загрузок:
Vəhhabilərin çirkin əqidəsi

Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ BIRINCI CILD.doc   274К   3 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ IKINCI CILD.doc   322,5К   3 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ ÜCÜNCÜ CILD.doc   207К   4 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ DÖRDÜNCÜ CILD.doc   174,5К   3 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ BEŞINI CILD.doc   149К   3 Количество загрузок:


Прикрепленный файл  Vahhabi-asl.doc   597К   1 Количество загрузок:
MÜƏLLİF:ƏBDÜLLAH MƏHƏMMƏD
VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

Прикрепленный файл  VAHABALIK.doc   51К   4 Количество загрузок:
VƏHHABILIK VƏ YA “ŞEYTAN BUYNUZU”

Прикрепленный файл  Vahhabizm.doc   114,5К   1 Количество загрузок:
Vəhhabiliyin həqiqi simasi

Прикрепленный файл  vehabbilerinift.doc   117К   3 Количество загрузок:
ƏHLI SÜNNƏT ADI ALTINDA DÜŞMƏNLƏRIN IFTIRALARI

Прикрепленный файл  Vehhabi suallarina cavab.doc   1,24МБ   5 Количество загрузок:
VƏHHABİ SUALLARINA CAVABLARIMIZ
MÜƏLLİF: ƏLİ ƏTAİ İSFƏHANİ

Прикрепленный файл  Vehabi etiqadinin yeni tehlili.doc   291,5К   3 Количество загрузок:
Vahabi etiqadının yeni təhlili”
Məhəmməd Hüseyn İbrahimi

Прикрепленный файл  Vehhab-siyas-asl.doc   3,02МБ   1 Количество загрузок:
Vəhhabiliyin siyasi tarixi
Doktor Mənsur Həqiqətpur

Прикрепленный файл  Vehabi mazhabi-asl.DOC   1,73МБ   4 Количество загрузок:
Vəhhabi məzhəbi
Ayətullah Cəfər Sübhani

Прикрепленные файлы




#91058 Mehdi Aksu Zehra.Tv-də

Отправлено автор: Neqsi Cahan 28 апреля 2012 - 00:06 в Şiə-sünni dialoqu




#91057 Mehdi Aksu Zehra.Tv-də

Отправлено автор: Neqsi Cahan 28 апреля 2012 - 00:06 в Şiə-sünni dialoqu






#91056 Mehdi Aksu Zehra.Tv-də

Отправлено автор: Neqsi Cahan 28 апреля 2012 - 00:04 в Şiə-sünni dialoqu






#91055 Mehdi Aksu Zehra.Tv-də

Отправлено автор: Neqsi Cahan 28 апреля 2012 - 00:03 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=NmpQgojTkIU&feature=plcp

http://www.youtube.com/watch?v=xTZSGj1yreA&feature=plcp

Mehdi Aksu Əhli Beyt məzhəbinin qardaş türkiyədə görkəmli nümayəndələrindən biridir.Sizə təqdim edəcəyim onlayn video roliklərdə hörmətli Mehdi bəy Zehra Tv kanalında dəlillərlə bəzi məsələlərə aydınlıq gətirir.Xatırladım ki,bu Mehdi bəyin tam formatda olan video çəkilişləridir.
Azanda edilən dəyişiklik,Dəstəmaz zamanı ayağa məsh çəkilməsi,Təvəssül,Namazda əllərin bağlanılması,Zamanın imamımın tanımaq,Həzrəti Fatimə (s.ə) mübarizəsi,İlk Xəlifə imamımız həzrəti Əli (ə) və s dəyərli mövzülar haqqında izləyib dəyərli dəlillərdən yararlana bilərsiz.



#91038 Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

Отправлено автор: Neqsi Cahan 26 апреля 2012 - 23:12 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=e9vFqo0L2Wk&feature=plcp


Sheyx Cavid - SQH VIII (Ehli-beytin salavatdan cixarilmasinin sebebi)



#91035 Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

Отправлено автор: Neqsi Cahan 26 апреля 2012 - 20:15 в Şiə-sünni dialoqu

Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

http://www.youtube.com/watch?v=AEIIYWNY1rY&feature=plcp

Sheyx Cavid - SQH VII (Salavat 1-ci hisse)

http://www.youtube.com/watch?v=Vxx7YVIXeyo&feature=plcp

Sheyx Cavid - SQH VII (Salavat 2-ci hisse)

Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Quranı Kərim və Peyğəmbərimizin (s) Sünnəsi işığında, Sünni və Şiə qaynaqların ittifaq ilə köçürdüyü səhih hədislər işığında İslam həqiqətlərini, Əhli Beyt ə.s vəlayətini sənədli bir şəkildə sizlərlə paylaşmağa davam edirik. inşaallah bu günki işimizdə Əhli Beyt ə.sin vəlayətinin hətta namaz və dua kimi dinin fiqhi mövzuları da əhatəsi gerçəyini sənədləşdirəcəyik. bilindiyi kimi dua bir ibadətdir və ibadətlər Allah c. c üçün edilməkdədir. ancaq bununla birlikdə əgər duada Nəbi s. a. a və Əhli Beyt ə.sə salavat göndərilməzsə dua Allah c. c qatına yüksəlməz və qəbul edilməzdir. bu mövzuda Şiə və Sünni qaynaqlarında bir çox hədis mövcuddur, inşaallah biz indi onlardan bir neçəsini sizlərlə paylaşacağıq.

1. Şiə qaynaqlı hədislər: Şiə üləmadan Kuleyni r.ə başda olmaq üzrə bir çox hədis və təfsir alimi mövzu haqqında hədislər rəvayət etmişdirlər. Şiə və Sünnilərin etibarlılığı mövzusunda ittifaq etdikləri Sikatulislam (İslamın etibarçı) Şeyx Kuleyni r.ə belə rəvayət etməkdədir:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن هشام بن سالم، عن أبي عبدالله (عليه السلام) قال: لايزال الدعاء محجوبا حتى يصلي على محمد و آل محمد
…Hişam b. Salim Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Məhəmməd və Ali Məhəmmədə salavat gətirmədikcə duanın önünə pərdə qonar"

عنه، عن أبيه، عن النوفلي، عن السكوني، عن أبي عبدالله (عليه السلام) قال: من دعا ولم يذكر النبي (صلى الله عليه وآله) رفرف الدعاء على رأسه فإذا ذكر النبي (صلى الله عليه وآله) رفع الدعاء
…əs-Sekuni Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Dua edərkən Nəbi s.a.anı xatırlamayan kimsənin duası başının üzərində uçub dayanar. Nəbi s.a.anı anın tərəfindən dua yüksəldilər"

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم وعبدالرحمن بن أبي نجران، جميعا، عن صفوان الجمال، عن أبي عبدالله (عليه السلام) قال: كل دعاء يدعى الله عزوجل به محجوب عن السماء حتى يصلي على محمد وآل محمد
…Safvan əl-Cemmal Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Allah azze və celleyə edilən bütün dualar, göydə maneə törədilər, ta ki, Məhəmmədə və Ali Məhəmmədə salavat edilənə qədər"


"əl-Kafi", 2/491-493, hədis 1, 2 və 10

bu hədislərin hər üçünün ravileri siqa (etibarlı) və isnadları muttasıldır. (Ən son ravisindən ilk qaynağına qədər sənədində qopuqluq olmayan hədisə Muttasıl deyilir )Hədislərin birinci və üçüncüsü səhih, ikincisi isə muvassaktır ki, (Muvassak Hədis: on iki imamlı olmayan ancaq raviləri etibarlı və hədis mətni də günahsıza söykən hədislərə deyilir.) bunu Allame II Məclisi r.ə də "əl-Kafi" şərhində təsdiqləməkdədir, baxın: II Məclisi r.ə, "Miratul Ukul", 12/99

2. sünni qaynaqlı hədislər: sünni qaynaqlarında da bu mövzuda haqqında bir çox hədis rəvayət edilmişdir. Lakin biz bunların hamısını deyil, sünnilər nəzdində mötəbər olaraq görülən və məşhur olanlarından bir neçə dənəsini zikr edəcəyik.

1.jpg

şəkildə gördüyünüz əhli sünnə hədis alimi Taberaninin "Mucem əl-Evsat" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا أحمد قال: نا عامر بن سيار قال: نا عبد الكريم الخراز، عن أبي إسحاق الهمداني، عن الحارث، وعاصم بن ضمرة، عن علي قال: كل دعاء محجوب حتى يصلي على محمد وآل محمد صلى الله عليه وسلم
…Həris və Asim b. Demura Əli ibn Əbu Talibdən belə rəvayət etdilər: "Bütün dualar Məhəmməd və Ali Məhəmmədə salavat edilənə qədər göydə maneə törədilmişdir."

Taberani, "Mucem əl-Evsat", 1/348, hədis 721


bu hədisi Taberanidən canlı rəvayət edən Heysemi hədisdən sonra deyir ki:

رواه الطبراني في الاوسط ورجاله ثقات
Taberani "Evsat" kitabında rəvayət etmişdir və ricalları siqattan (etibarlılardan)dir.


Heysemi, "Mecmeuz Zevaid", 10/160


bir başqa əhli sünnə muhaddisi es-Suyuti də bu hədisi "Cami əs-Sağir" adlı kitabında rəvayət etdikdən sonra deyir ki:

ح
hasen

Suyuti, "Cami əs-Sağir", hədis 4266


yenə əhli sünnənin böyük alimlərində Tirmizi də buna bənzər hədisi dəyişik bir sənəd ilə rəvayət etmişdir:


2.jpg
şəkildə gördüyünüz əhli sünnə alimi, qütbü sittə imamlarından Tirmizinin "Sünen" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حَدَّثَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَلْمٍ الْمَصَاحِفِيُّ الْبَلْخِيُّ أَخْبَرَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ عَنْ أَبِي قُرَّةَ الْأَسَدِيِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ إِنَّ الدُّعَاءَ مَوْقُوفٌ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَا يَصْعَدُ مِنْهُ شَيْءٌ حَتَّى تُصَلِّيَ عَلَى نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
…Səid b. Müseyyib Ömər ibn Xəttabdan belə rəvayət etdi: "Dua göy ilə yer arasında dayanar, Nəbi s.a.a-ya salavat gətirənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz."

Tirmizi, "Sünen", Vitr kitabı, hədis 486


bu hədisin sənədindəki bütün ravilər əvvəlki hədisimizdəki kimi siqa (etibarlı)dirlar. nəsibilərin böyük hədis və rical alimləri ibni Həcər və son şeyxlərindən əl-Elbani hədisin səhhətini təsdiqləmişdirlər.

Mənbə: http://velayet.wordpress.com/



#90989 Sələfilərə suallar

Отправлено автор: Neqsi Cahan 25 апреля 2012 - 15:56 в Şiə-sünni dialoqu

Vəhhabilər iddia edir ki,Allahın əli,ayağı və digər organları mövcüddur.
Həqiqətəndə Allahın əli.ayaqı vardımı?
Əgər əl.ayaqı vardısa bu əl ayaq ətdəndirmi?
Əgər ətdəndirsə bu ət qocalırmı?İnsna orqanalrı kimi dəyişikliklər olurmu?



#90985 Şeyx Cavid ağa həqiqətləri bəyan edir və iftirala cavab verir

Отправлено автор: Neqsi Cahan 25 апреля 2012 - 14:54 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=XvFQEBc7hC0&feature=plcp&context=C4d376eeVDvjVQa1PpcFM5_OqNZ-O-niws-_C7YlWK0bgVPJE8_4M=

Yaşar Süleymanov belə cəsarətli.savadlı,elmli şəxsiyyətdirsə buyursun gəlsin şeyx Cavid ağa ilə üzbəüz müzakirə etsin.
Əgər cəsarəti yoxdursa onda bu boş mənasız rədiyyə adlı multfilimlər hazırlamasın. :rolleyes:

Vəhhabilər əgər müzakirə etmək istəyirsinizsə.aranızda kişi varsa.aranızda elmi olan.şəxsiyyətinə hörmət edən varsa,tülkülük eləməsin gəlsin şeyx Cavid ağa ilə üzbəüz müzakirə eləsin.buyurun bu videoddada Cavid qardaşımız sizlər üçün qaydaları elan edib.Gözləyirik görək aranızda cəsarətli biri tapılacaq yoxsa Kəzzab abu zeyd ləqəbli yalançı şahin kimi ortalıqdan qaçıb gizlənəcək :gizildish:




#90982 Qədir Xum və Mövla kəlməsinin mənası

Отправлено автор: Neqsi Cahan 25 апреля 2012 - 14:45 в Şiə-sünni dialoqu

Qədir Xum və Mövla kəlməsinin mənası


http://www.youtube.com/watch?v=IyuZz0Wf2X4&feature=plcp&context=C4d3d869VDvjVQa1PpcFM5_OqNZ-O-ngEFPytkDXwQ68T7vdKofGs=

Sheyx Cavid. Movla Veli kelmesinin izahi I hisse


http://www.youtube.com/watch?v=WiNGmzh1Xro&feature=plcp&context=C4a287c9VDvjVQa1PpcFM5_OqNZ-O-noxkaLiceG3vWHrJAOewYkY=

Sheyx Cavid. Movla Veli kelmesinin izahi II hisse


Bütün Əhli Sünnə və Şiə təfsirçi, muhaddis və müverrihlərin icmasına görə Qədir Xum hadisəsi Həzrəti İmam Əli (ə.s) haqqında belə reallaşmışdır: Hicrətin 10-cu İlində Rəsuli Əkrəm (s. a. a) vida həccindən dönərkən Maidə surəsi 67-ci Ayəsindəki, Allahın əmri istiqamətində 70 min və ya 120 min hacının hüzurunda Qədir Xum deyilən ərazidə, Hz. Əlinin özündən sonra, xilafət, vilayət və imamətini elan etmişdir.

Mərhum Allame Əmini "Əl- Gadir" adlı əsərinin 1-ci cildinin 14-cü Səhifəsindən 61-ci Səhifəsinə qədər Gadiri Hum hadisəsini nəql edən 110 səhabənin adını zikr etmişdir. Bunun yanında 84 dənə tabeindən və 361 dənə də Əhli Sünnə alimlərindən nəql etmişdir.
Bu hadisəni nəql edən Əhli Sünnə qaynaqlarından bəziləri bunlardan ibarətdir;
1- Menakibi İbni Meğazili, s. 27
2- Süneni Tirmizi, c. 5, s. 591
3- Təfsiridir-Ril Mensur, c. 2, s. 528
4- Müsnedi Əhməd b. Hənbəl, c. 5, s. 355
5- Təfsiri Fəxri Razi, c. 11, s. 28
6- Təfsiri Taberi, c. 4, s. 278
7- Təfsiri Keşşaf, c. 1, s. 649
8- Kenz-ul Ummal, c. 6, s. 154-390
9- Səhihi Müslim, c. 2, s. 325


MÖVLA SÖZÜNƏ ETİRAZ

Bəzi Əhli Sünnə alimləri Gadiri Hum hadisəsini inkar edə bilmədikləri üçün "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır." Hədisindəki mövla sözünü və bu hədisi təhrif etməyə çalışmışlar və hədis də keçən mövla sözünü "Dost" mənası ilə eyni tutmuşlar.
Bu mənaya sarılanlar Hz. Əli (ə.s) haqqındakı tarixi bir gerçəyi inkar və rədd edə bilmədikləri üçün günəş palçıqla suvanar zehniyyəti ilə belə bir cəhd də tapılmışlar. Bu zehniyyət və tahrifata cavab vermədən əvvəl, Ərəb dilində mövla sözünün hansı mənalara gəldiyini zikr etsək daha məqsədəuyğun olar. Mövla sözü ərəb lüğətində ümumiyyətlə on dənə məna ifadə edər.
1- Malik, 2- Kölə, 3- Dost, 4- Köməkçi (sözləşmək), 5- Başqasının əliylə Müsəlman olan, 6- Ərəb olmayan, 7- Evla- ixtiyar sahibi, 8- Əmi oğulu, 9- Qonşu, 10- İki andçı,

Hədis içərisində keçən mövla sözünü yuxarıdakı lüğət mənalarına söykən və bir neçə dəlilə görə evlə yəni qoca sahibi mənasında istifadə edə bilərik.

Dəlil: Hədisin baş qisimində Peyğəmbər belə buyurur; "Mən Möminlərə öz nəfslərindən daha evla (ixtiyar sahibi) deyiləmmi."? Ağılı və nəqli dəlillərə görə Peyğəmbər Möminlərə nəzərən ixtiyar sahibidir. Çünki Allahu Təala Əhzab surəsinin altıncı ayəsində belə buyurur; "Peyğəmbər Möminlərə öz canlarından daha yaxındır."
2. Dəlil: Gadiri Hum da mövzu ilə əlaqədar nazil olan ayə Maidə surəsinin 67. Ayəsidir. Çünki insanların dostu olmaq onların qarışıqlıq və fəsad çıxarmasına səbəb olmaz. Elə isə niyə Peyğəmbər bu əmri təbliğ etməkdən narahatlığa qapılmışdır. Çünki bunun müqabilində uca Allah Rəsuluna bu əmri yerinə yetirmədiyin müddətcə Risalət vəzifəsini ifa etməmiş olacaqsan, deyə buyurmuşdur.
3. Dəlil: Maidə surəsi üçüncü ayədə Allahu Təala belə buyurmuşdur; "Bu gün sizin dininizi kamala çatdırdım və nemətimi sizlərə tamamladım və sizin üçün İslam dinini seçdim, razı oldum."
Çünki dostu və köməkçini insanlara eşitdirmək dinin kamala çatmasına, nemətin tamamlanmasına və Allahın İslam dininə razı olmasına səbəb olmaz.
4. Dəlil: Gadiri Hum hadisəsinin reallaşma şəklidir. Peyğəmbərin bir dostunu tanıtmaq məqsədi ilə 120 min adamı müsaid olmayan bir yerdə və günəşin yandırıcı istisi altında toplaması mümkün ola bilməz. Çünki ora bir səhra ortası idi. Hətta bu vəziyyətin səbəbini anlayana qədər, insanlar belə qarışıqlıq içərisində idilər.
Birdə bu nöqtəyə işarə olunsa məqsəd və hədəf ortaya çıxacaq. Oda budur; sanki Peyğəmbər daha əvvəl Əlini sevdiyini və onun dostu olduğunu açıqlamamışdır! Allahu Təala Tövbə surəsinin 71. Ayəsində belə buyurur; "Mömin kişilərlə Mömin qadınlar da bir-birlərinin vəliləridir." (Dostlarıdır.)
Bu ayədən sonra Rəsulullahın o qədər insanı, təkcə dostunu elan etmək, eşitdirmək üçün yığmış olması mümkün deyil və belə bir məqsədlə bunu etmək səhvdir. Rəsulullah da səhv və Allahın hökmü xaricində bir şey etməyəcəyinə görə məsələ dostu tanıtmaqdan çıxmış ilahi əmri təbliğ etmək aşkar olmuşdur.
5. Dəlil: Məaric surəsinin birinci ayəsinin nüzul səbəbinə baxıldığında, hədisdə keçən mövla sözünün dost mənasında olmadığı aydın olar.
Məaric surəsinin birinci ayəsi Həris b. Numanı Fəxri haqqında nazil olmuşdur. Ayənin nazil olma səbəbi qısaca bundan ibarətdir.
Hz. Peyğəmbər (s. a. a) Əfəndimiz Gadiri Hum vadisində insanların gözləri qarşısında Hz. Əli (ə.s) haqqında "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır." Sözünü buyurduqdan sonra, bu xəbər diyarlara və şəhərlərə yayıldı. Bunun üzərinə Həris b. Numan Peyğəmbər əfəndimizin hüzuruna gələrək belə dedi; Sən bizə Allahın vahidliyinə və öz Rəsulluğuna dair şahidlik gətirməmizi əmr etdin, bizdə qəbul etdik və şahidlik gətirdik. Sonra bizi Cihada, Həccə, Oruca, Namaza və Zəkata əmr etdin bunları da qəbul etdik. Amma sən bunlara razı olmadın qalxdın birdə bu gənci (Əlini) özünə xəlifə təyin etdin və "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" dedin. Görəsən bu söz sən tərəfdəndirmi yoxsa Allah tərəfindəndirmi.?

Peyğəmbər buyurdu ki; Özündən başqa məbud olmayan Allaha and olsun ki bu söz Allah tərəfindəndir. Həris b. Numan Peyğəmbərdən üzünü çevirərək belə danışmaqa başladı; Ya Rəbbi əgər bu söz haqq isə öz tərəfindən bizə göydən daş yağdır. Bu əsnada göydən bir daş düşmüş və nəticədə Həris b. Numan ölmüşdü. Bu hadisəyə görə Məaric surəsinin 1. Ayəsi nazil olmuşdur; "İstəyən biri, istədi gəlib çatacaq əzabı. "Mecme-ul Beyan, c. 10, s. 352
Yuxarıda ki hadisəni Əhli Sünnə təfsirçiləri və ravileri də az fərqliliklərlə nəql etmişlər. Allameyi Əmini Əl- Gadir adlı əsərində, yuxarıda ki hadisəni Əhli Sünnənin qabaqda gələn tanınmış otuz dənə alimindən nəql etmişdir. Onlardan bəziləri bunlardan ibarətdir:
1- Təfsiri Garib-ul Quran, Hafiz Əbu Ubeyd Herevi
2- Təfsiri Şifa-us Südur, Əbu Bəkir Nekkaş Musuli
3- Təfsiri Əl- Kəşf-u Vəl Bəyan, Əbu İshak Saləbi
4- Təfsiri Kurtubi, Əbu Bəkir Yəhya
5- Feraid-us Simtayn, Hemuyeni
6- Dürer-us Simtayn, Məhəmməd Zerendi
7- Sirac-ul Munir, Şemsuddin Şafeii
8- Sire-i Halebi
9- Nür-ul Ebsar, Şeblenci
10-Şerh-u Cami-us Sağar, Siyuti - El- Gadir, c. 1, s. 239-246


Bu rəvayətdən və hadisədən aydın olan budur ki, Peyğəmbərin hədisindəki mövla sözü dost mənasında deyil.
6. Dəlil: Hz. Əli (ə.s) Gadiri Hum da ki hədisi Şuradakılara zikr edərkən Şuradakıların hamısı bunu qəbul etmiş və hədisdəki mövla sözünün dost mənasında olduğunu müdafiə etməmişdir.
7. Dəlil: Hessan b. Sabitin bu hadisənin müteakibinde Rəsulu Əkrəmdən icazə istəyib bu şeiri oxumasıdır.
Gadir günü onların Nəbisi onlara səs etdi
Dinlə Hum da səs edən Resulu
Buyurdu ki sizin mövlanız və vəliniz kimdir?
Malik bizim mövlamızdır və sən bizim Nəbimizsən.
Peyğəmbər ona dedi ki, qalx ya Əli
Doğrusu mən özümdən sonra sənin
İmam və Hadi olmağına razı oldum.
Elə isə mən kimin mövlasıyamsa buda onun mövlasıdır.
Sizlər ona sadiq itaətçilərdən və yaxşı dostlardan olun.
Orada Rəsul onu sevənləri sevməyə dəvət etdi.
Və ona düşmən olanlara, düşmən olmağı əmr etdi.

Bu şeirin əvəzində Rəsulullah (s. a. a) Hessana xeyir-dualar etdi. Əgər mövla dost mənasında olsa idi, Peyğəmbər Hessana xeyir-dualarında etməz, əksinə onu xəbərdarlıq edərdi. Çünki Hessan oxumuş olduğu şeirin bir hissəsində belə deyir; Rəsulullah Əliyə belə dedi; Qalx ya Əli, özümdən sonra sənin imam və Hadi olmağına razı oldum.
Zikrolunan yeddi dəlildən aydın olan budur ki, inkar edilməsi mümkün olmayan Gadiri Hum hadisəsindəki Peyğəmbər əfəndimizin Hz. Əli (ə.s) haqqında buyurmuş olduğu hədisdəki mövla, dost mənasında deyil də, evla - ixtiyar sahibi mənasındadır. Amma çox təəssüf ki, Əməvi əlləri və zehniyyəti bu tarixi gerçəyi də inkar edə bilmədikləri üçün belə bir təhrif boş sözünə düşmüşlər.
Oxuculara işıq tutması ümidiylə.....
Mənbə: Mehdi Aksu "Doğruya gedən yol"



#90831 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 23 апреля 2012 - 23:47 в Şiə-sünni dialoqu



Bismilləh . AZERİTÜRK, bizə də yox da . Biz sizin etdiyiniz bu artistlikləri çox görmüşük.

Dildə Əlyə " Allah ondan razı olsun" deyib özüvüzü Əli (ə) aşiqi kimi göstərməyin.

Biz sizin İmam Huseynə (ə) də "Allah ondan razı olsun" deyib Huseynin (ə) qatili yezİTə "ona beyət şəriətə uyğun idi" , "yezİT saleh adam idi" , "Huseyn (ə) xəta etmişdi" deməklərivizi də çox görmüşük . :rolleyes:

SubhanAllah! Gör dünyanın nə yeridir ki, nasibi vahabi şiələri Əliyə (ə) saxta məhəbbət bəsləməkdə ittiham edir ))


Nə isə...

AZERİTÜRK, əxican , deyirsən ki, biz Əlini (ə) təhqir etmişik. Əgər mən Əlini (ə) təhqir etmişəmsə, buyur sübut elə!

Əks təqdirdə növbəti dəfə kəzzəbliyivi ( yalançılığıvı ) sübut eləmiş olaceysən! :rolleyes:



Qardaşım bunun kimilərə dəyərli vaxtını sər eləmə,əşi yola ver getsində :rolleyes:
Bu özü özünü təkzib edir.Subhenallah Buxarini,muslimi yalançı olduqunu iddia elədi hələ üstəlik özünüdə yalançı çıxartdı :nasibi:
Azeriturk Allah güldürsün səni hər gün gəlib burda sənin rəylərini oxuduqca gülmək tutur məni :gizildish:

P.S:Nizamidən bayaq bir video yerləşdirmişdim baxdın əxi? :rolleyes:



#90830 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 23 апреля 2012 - 23:43 в Şiə-sünni dialoqu

Qardaşlar bu nasibinin bu mövzüda 84 cü rəydə yazdıqına əvvəlcə oxuyun :rolleyes:

1.jpg
Peyqamberim Salallahu aleyhi vesellem quran dediyi kimi qeybi bilmirdi


Əvvəlcə yoldaş vəhhabi iddia edir ki,Peygember (s.a.a.s) qeybi bilmir.

Və bir gün keçir bilmirəm Nizamini dinləyəndə onun əsərlərindən mi,ya bizim yazdıqımız dəlillərdənmi gəlib bu mövzüda 117 ci rəyini yazır

2.jpg
qeyb aleminden ona ne ise beyan olunmagi o demek deyil ki,o her seyi bilirmish

İndi bu vəhhabi özü-özünü aldadır yoxsa bizi aldatmaqa cəhd edir? :gizildish: Subhenallah bunun kimilərdən Allaha pənah aparıram.Özü-öz dediyini təkzib edir daha nə gözləyək bu bisavaddan :rolleyes:


Şeyx Cavid ağa gözəl buyurub bu video rolikdə.Vəhhabi olmaqın bəlası budur :)
http://www.youtube.com/watch?v=7OfIY-vsWwo&feature=plcp&context=C4837fb6VDvjVQa1PpcFM5_OqNZ-O-nrvVOujy1ebiCBcnSQajwyc=



#90822 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 23 апреля 2012 - 17:47 в Şiə-sünni dialoqu

Bəli yenidən sən sübut etdin ki,Buxari yalançı bir alim olub və harda yalançı hədis var yıığıb kitabına :gizildish:

İndi gözlərini aç oxu,qəlbin kordur heç olmasa gözlərivi aç yoldaş :nasibi:

Beytul-Məqdisin Fəth Edilməsi: Auf b. Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi» (Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277).

Gördüyünüz kimi Buhari yalançı hədislər nəql edibdir.Azeriturkdə bunu təsdiq edir ki,qeybi Peygemberimiz (s.a.a.s) bilə bilməz.

Auf b. Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Çox ölənlər olur. Sizin içinizdə heyvanların burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır” (Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277)


Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “İnsanlara elə bir zaman gələcək ki, əldə qızıl zəkat vermək üçün adam axtarılacaq, lakin zəkat veriləcək kimsə tapılmayacaqdır” (Müslim “Zəkat” 7/96 Nəvəvi Şərhi).


Gördüyünüz kimi Müslimdə yalançıdır Azeriturkun nəzərində.Subhenallah öz kitablarını,öz inandıqı alimləri yalançı hesab edir bu zavallı nasibi :loool:

Allah hidayət eləsin.Düz deyirsən bax Gozunuz ele baglanibki aciq-aydin ayeni de qebul etmirsiniz. :D

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (3:49)







#90798 Şeyx Cavid ağa həqiqətləri bəyan edir və iftirala cavab verir

Отправлено автор: Neqsi Cahan 23 апреля 2012 - 14:24 в Şiə-sünni dialoqu

o sizlersiniz ki,elminiz catdi-catmadi ondan bundan sehv tutasiniz,biz alhamdulillah haqq uzereyik,bidet ehlinden sehv tutmagi elm telebelerine buraxmishiq.onlarin tutduqlar sehvler kifayet qederdir.

Sənin elm əhli saydıqın :nasibi: Kəzzab Abu Zeyd ləqəbli yalançı şahin adlı vəhhabi dəfələrlə foruma,canlı müzakirələrə dəvət olunsada cəsarəti çatmayıb.Çünki bilir ki,elmi savadı yoxdur.Monitor arxasında şir kimi davranır amma Seyx Cavid ağa kimi elmli qardaşımızı görəndə dovşan kimi qaçıb gizlənir. :loool:
Hansı sənin topun,topxanan?Hansı elm tələbələrindən danışırsan?

Əbu Zeydin yalanlarının bir daha ifşası (Şeyx Cavidin təsbiti əsasında)

Bu linkə daxil ol gör necə kəzzab abu zeydi sındırıblar :gizildish:

Ey :nasibi: qeyb barəsində bu mövzüda sualımıza haçan cavab verəcəksən? :rolleyes: Vaxt eləsən Nizamiyə az qulaq as gəl bir sualımıza cavab ver görək axı niyə Peygemberə (s.a.a.s) qarşı hörmətsizlik edirsən?
Ayıbdır axı yekə oğlansan,vəhhabilərin adına ləkə gətirirsən bu cür savadsızlıqınla :nasibi:



#90795 Şeyx Cavid ağa həqiqətləri bəyan edir və iftirala cavab verir

Отправлено автор: Neqsi Cahan 23 апреля 2012 - 10:02 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=q7eLMeuGkOA
Arada Nizamidəndə gör nə tapırsan youtubeden yerləşdir baxaq :rolleyes:


Qeyb barədə sualımıza haçan cavab yazacaqsan ey :nasibi: ?
Axı sənin cavablarını səbirsizliklə gözləyirik. :gizildish:

http://www.youtube.com/watch?v=7OfIY-vsWwo&feature=youtu.be

Qulaq as gör Şeyx Cavid sənin kimilər haqqında nə deyir :D



#90790 Hacı Səxavət (Moizələri)

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 23:20 в Ümumislam mövzular

Изображение

Hacı Səxavət Qadının ailədə vəzifəsi

Hacı Səxavət Ailə

Hacı Səxavət İmam Həsən (ə)

Hacı Səxavət Hədəf

Hacı Səxavət Əhli Beyt

Hacı Səxavət Bəndəlik dağı

Hacı Səxavət Fatimə (s.ə) 1

Hacı Səxavət Xanım Zəhra (s.ə) 2

Hacı Səxavət Tövhid

Hacı Səxavət Sevək birbirimizi

Hacı Səxavət Dərdimiz böyükdür

Hacı Səxavət İnsanın xəlq olma səbəbi

Hacı Səxavəy Qadın islamda

Hacı Səxavət insan ziyandadı

Hacı Səxavət Haqq və Batil

Hacı Səxavət Xoşbəxt ailə necə olur




#90788 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 23:01 в Şiə-sünni dialoqu

Peyğəmbərdən © belə rəvayət edilir «Hikmət 10 yerə bölünmüşdür, Əliyə 9-u, digər bütün insanlara isə bir bölümü verilmişdir. Əli o bir qisimdə də hər kəsdən daha elmlidir».

Əbu Nəim İsfahani «Hilyətul övliya» cild 1 səh 65 («Fəzailu-Əli»də);
Məhəmməd Cərzi «Əsnəl-mətalib» səh 14;
Məhəmməb ibn Yusif Gənci «Kifayətul-talib» bab 48;
Müttəqi «Kənzul-ummal» cild 5 səh 156 və 401;
Süleyman Bəlxi «Yənabiul-məvəddə» bab 14;
Məhəmməd ibn Təlxə «Mətalibus-süal» səh 21.



#90781 Şeyx Cavid ağa həqiqətləri bəyan edir və iftirala cavab verir

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 22:34 в Şiə-sünni dialoqu

Изображение

Abu Zeydə rəddiyə Şeyx Cavid ağa

Şeyx Cavid SQH 1 (Abu Zeyd kimdir)

Şeyx Cavid SQH 2 (Maidə surəsi 55-ci ayənin təfsiri)

Şeyx Cavid SQH 3 (Zeyd ibn Həsən al-Anmati 1-ci hissə)

Şeyx Cavid SQH 4 (Zeyd ibn Həsən al-Anmati 2-ci hissə)

Şeyx Cavid SQH 5 (Allahın sifətləri,Səqeleyn hədisi Müsnəd Əhməddə

Şeyx Cavid SQH 6 (Salavat 1-ci hissə)

Şeyx Cavid SQH 7 (Salavat 2-ci hissə)

Şeyx Cavid SQH 8 (Əhli beytin salavatdan çıxarılmasının səbəbi)

Şeyx Cavid SQH 9 (İmam Əli (ə)-ın illərlə lənətlənməsi)

Şeyx Cavid SQH 10 (İcma,Tövhid Şiə,Sünni və vəhhabilərdə)



Şeyx Cavid - İmamın əlamətləri


Şeyx Cavid - İmamın əlamətləri 1

MŞeyx Cavid - İmamın əlamətləri 2

Şeyx Cavid - İmamın əlamətləri 3

Şeyx Cavid - İmamın əlamətləri 4

Şeyx Cavid - İmamın əlamətləri 5 (Qəflət)

Şeyx Cavid - İmamın əlamətləri 6 (Şeyx Saduq)

Şeyx Cavid - İmamın əlamətləri 7 (Məsumlar xəta etməz)

Şeyx Cavid - İmamın əlamətləri 8 (Məsumlar xəta etməz)

Şeyx Cavid - İmamın əlamətləri 9 (Məsumlar xəta etməz)


Həzrəti Əbu Talib (ə.s) Şeyx Cavid ağa

Şeyx Cavid Həzrəti Əbu Talib Əhli Beytin nəzərində

Fasiq səhabə Vəlid ibn Uqbə barədə

Şeyx Cavid Buxari və Muslim kitablarının səhihliyi məsələsi

Peyğəmbərimiz özü-özünü lənətləyir (nauzubillah)

Peyğəmbər Allaha qarşı çıxır ((nauzubillah))

Peyğəmbər guya müşriklər üçün tövbə diləyir

Quranın Allah tərəfindən göndərilməsinin dəlili



İmam Xomeyninin fətvası barədə şübhələr Şeyx Cavid ağa

İmam Xomeyni fətvası Cavab 1-ci hissə

İmam Xomeyni fətvası Cavab 2-ci hissə

İmam Xomeyni fətvası Cavab 3-cü hissə



Nəhcül-Bəlağə (xütbə) Şeyx Cavid ağa

Nəhcül-Bəlağə haqqında (xütbə)

Sehabeleri taniyaq - Şeyx Cavid

Səhabələri tanıyaq - Abu Hüreyrə


Səhabələri tanıyaq - Marvan ibn Hakam


Xanım Fatimeyi Zəhra (s.ə) fəzilətləri

Şeyx Cavid - Xanım Zəhra (s.ə) Dünya və axirət xanımlarının ən fəzilətlisidir (I hissə)

Şeyx Cavid - Xanım Zəhra (s.ə) Dünya və axirət xanımlarının ən fəzilətlisidir (II hissə)


Vəhhabi əqidəsi silsiləsindən - Şeyx Cavid

Vəhhabi əqidəsi silsiləsindən ( I hissə )

Vəhhabi əqidəsi silsiləsindən ( II hissə )

Vəhhabi əqidəsi silsiləsindən ( III hissə )

Vəhhabi əqidəsi silsiləsindən ( IV hissə )

Vəhhabi əqidəsi silsiləsindən ( V hissə )

Vəhhabi əqidəsi silsiləsindən ( VI hissə )

Vəhhabi əqidəsi silsiləsindən (VII hissə)

Vəhhabi əqidəsi silsiləsindən (VIII hissə)


Vəhhabi alimlərinin fətvaları silsiləsindən


Vəhhabi alimlərinin fətvaları silsiləsindən I

Vəhhabi alimlərinin fətvaları silsiləsindən II

Vəhhabi alimlərinin fətvaları silsiləsindən III

Allame Hillinin tərcümeyi halı və Teymiyyəyə cavabı

Şeyx Cavid Teymiyyənin yalanı

Vəhhabilər imam Cəfər Sadiq (ə) təhqir edirlər

Teymiyyənin əqidəsi silsiləsindən I

Teymiyyənin əqidəsi silsiləsindən II

Şeyx Cavid Vəhhabi olmağın bəlası


Vəhhabilər və onların Əhlibeyt Nəvazişi

Abu Zeyd və onun kimilərin Əhlibeyt nəvazişi

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 2

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 3

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 4

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 5

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 6

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 7

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 8

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 9

Vəhhabilər və onların Əhlibeyt Nəvazişi 10


Şeyx Cavid Nəhçül Bəlağə haqqında

Şeyx Cavid Nəhçül Bəlağə haqqında I

Şeyx Cavid Nəhçül Bəlağə haqqında II

Şeyx Cavid Nəhçül Bəlağə haqqında III

Şeyx Cavid Nəhçül Bəlağə haqqında IV


Şeyx Cavid - İmam Xomeyninin fətvaları,kitbaı barədə şübhələrə dəlillərlə cavab verir.


Şeyx Cavid - İmam Xomeyni fətvası (Cavab I hissə)

Şeyx Cavid - İmam Xomeyni fətvası (Cavab II hissə)

Şeyx Cavid - İmam Xomeyni fətvası (Cavab II hissə) Ahli xilafda südəmər qız uşaqını evləndirmək olar

Şeyx Cavid - İmam Xomeyni (cavab II hissə Əhli xilafın rəyi.Körpə uşaq ilə hər ləzzət olar)

Şeyx Cavid - İmam Xomeyni (cavab II hissə Əhli xilafın rəyi.Qız uşaqı nəhəng olsa əgər əlaqə olar)

Şeyx Cavid - İmam Xomeyni (cavab II hissə Əhli xilafın rəyi.Qız uşaqı kök olsa əgər əlaqə olar)

Şeyx Cavid - İmam Xomeyni (cavab II hissə Təbərinin rəyi.Körpə qız uşaqı ilə cinsi əlaqə)

Şeyx Cavidin İmam Xomeyni oyunu oynayanlara müraciəti

Şeyx Cavid İmam Xomeyninin Kaful Aşrar kitabı barədə.Vəhhabilərin təhrifi


Şeyx Cavid Mövla və Vəli kəlməsinin izahı

Şeyx Cavid Mövla və Vəli kəlməsinin izahı (I hissə)

Şeyx Cavid Mövla və Vəli kəlməsinin izahı (II hissə)


Şeyx Cavid imama beyət məsələsi


Şeyx Cavid İcma barədə.Şiə,Sünnilərdə,Sələfilərdə Tövhid

Şeyx Cavid - İmama beyət I hissə

Şeyx Cavid - İmama beyət II hissə

Şeyx Cavid - İmama beyət III hissə

МŞeyx Cavid - İmama beyət IV

Şeyx Cavid Səqəleyn hədisi.Bəzi suallara cavab

Şeyx Cavid Peyğəmbərin (s.a.a.s) bədən tullantılarına təbərrük.Əhli Sünnə alimlərinin rəyləri

Şeyx Cavid Peyğəmbərin (s.a.a.s) bədən tullantılarına təbərrük.Əhli Sünnə hədislərində

Şeyx Cavid Şəbək marketinqi haqqında fətva

Peyğəmbərə (s.a.a.s) şikayət və Vilayətin təsdiqi

Şeyx Cavid - İnsanların həyatında Quranın rolu

Maidə surəsi 55-ci ayə Şiə kitablarından

Şeyx Cavid.Şəkil olan otaqda namaz qılmaq haqqında fətva.Ümumi müctehidlərin rəyinə əsasən

Şeyx Cavidin nasibilərə xəbərdarlıqı

Şeyx Səduq Məsumlar (ə.s) səhv edir etiqadında olubmu?

Şeyx Cavid - Azanda,iqamədə Aliyen Veliyullah demək bidətdirmi?

Şeyx Cavid - Həzrəti Əli (ə) məhəbbətin olsun yerin cəhənnəm olmaz

Alayhis Salam ve Karramallahu vachahu kelmeleri kime maxsusdur(I hisse)

Alayhis Salam ve Karramallahu vachahu kelmeleri kime maxsusdur(II hisse)




#90771 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 18:35 в Şiə-sünni dialoqu



Bismilləh.

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhU!

Qardaşım, əhsən günün olsuN!

Allah səndən də razı olsun , Allah elminə bərəkət versün!

MaşaAllah! Sənün sayəndə nə qədər bilmədiyimiz şeyləri öyrənirik )

Qaldı kİ, AZERİTÜRKƏ, qardaşım, mən ondan bəzi xahişlər eləmişəm ola bilsin ki, onlarla məşğuldu.

1. DAHİ NİZAMİYƏ QULAQ asır bəlkə də.

2. Deyilənlərə görə Dahi Şekspir, Dahi Puşkin və s. dahilər dahi Nizamidən ilham alıb əsərlər yaradıblar. əxidən xahiş eləmişdim ki, onların əsərlərini bir araşdırsın . Bəlkə onlar da ilk üç xəlifəsinin fəzilətləri haqqında nə isə yazıblar :rolleyes:


Odur ki, qardaşım, boş ver getsün! )

Qoy youtubedə, orda, burda başını qatsın birtəhər günlərini yola versün. Axırda da dünyadan beləcə köçsün və qiyamət günü xəlifəsi yezİT ilə məşhur olsun!

O öz seçimini edib!

Yenə də ümid edirəm ki, haqqı görər.
Ona görə də ALlah onu və onun kimi digər vahabiləri islah eləsün, hidayət eləsün! AmiN! )


Ve Aleykümə Salam qardaşım.Sənin sayəndə öyrənirik çalışırıq biz də hərdən nəsə yazaq əziz insan :)

Öyrəşmişdim hər səhər foruma daxil olub azeriturukun gülməli rəylərini oxuyum :rolleyes:
2-3 gündür yəqin sən dediyin kimi Nizmaidən ilhamlanıb keçib Şekspirə qulaq asmaqa :gizildish: Heç olmasa hərdən gəlib öz gülməli əqidəsinə uygun gülməli rəylər yazsın oxuyaq keifmiz açılsında :loool:

Qardaşım gözü görə-görə uçuruma gedir daha ümid qalıb Allaha.Bəlkə Allah Əhlibeytin hörmətinə onun qəlbinə iman salar.



#90767 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 17:09 в Şiə-sünni dialoqu

540514_213776712069106_100003103356990_366735_1699136104_n.jpg

"Həzrəti Əli (ə) öz qılıncını və elmini İslam yolunda işlətdi.Bütün ariflər və böyük şəxsiyyətlər onun yaşayışını özləri üçün nümunə bilmişlər".

Pakistanın keçmiş baş naziri Benazir Bhutto.
Hacı Soltanın "Həzrəti Əli (ə) və dünya ədəbiyyatı" kitabından

540548_212474845532626_100003103356990_363058_308766913_n.jpg
Əli məharətli xətib,güclü yazıçı,ali rütbəli qazi hesab edilir ki,mənəviyyat məktəbləri yaradanların və özül qoyanların ilk cərgəsində görkəmli yer tutmuşdur.Onun yaratdığı məktəb aydınlıq və məntiqi möhkəmlik baxımından,həmçinin tərəqqi,yeniləşmə və daim inkişafda olması baxımından fövqəladə əhəmiyyətə malikdir.İmam Əli məğlubedilməz sərkərdə, alim və ədəbiyyat bilicisi,islamın başlanğıc dövrünün ən fəsahətli xətiblərindən sayılır...

Fransız yazıçısı Qabriyel
Hacı Soltan "Həzrəti Əli (ə) və dünya ədəbiyyatı kitabından

550230_211948442251933_100003103356990_361580_125587306_n.jpg
‎"İslam peyğəmbərinin sonuncu istək və iradəsi yerinə yetmədi.O, ölüm yatağında olarkən Əlini öz canişini seçmişdir. Lakin onun vəfatından sonra bu istək həmin əsrin bir sıra nüfuz sahibləri tərəfindən nəzərə alınmadı".

Fransa yazıçısı Volter.
Hacı Soltan "Həzrəti Əli (ə) və dünya ədəbiyyatı kitabından".


316516_101526233294155_100003103356990_11415_893642615_n.jpg
İslamın ziynəti, hüsnü, həyası,
Müsəlman qadının gözüdür hicab,
Bizə yadigardır Ali-Əbadən,
Xanım Fatimənin özüdür Hicab.

Nadanlar bilməzlər qiymətin niyə,
Bəzisi tənedər köhnədir, deyə,
Cahil vaqif olmaz bu gözəlliyə,
Çünki insanlığın üzüdür Hicab.

Onunla bilindi məhrəm, naməhrəm,
Əxlaqı qazandı övladi ? Adəm,
Kafirlər duymasın bu zovqi, nə qəm,
Biz kimik, Allahın sözüdür Hicab

Gizlədir gülüşü, həm də qəzəbi,
Yəni ki, saxlayır daim ədəbi,
Qeyb aləmindədir onun məktəbi,
İslamın silinməz izidir Hicab.

Soltan, gözəlliksiz yaşamaq olmaz,
Bu yerə aiddir orucluq, namaz,
Hikmət ocağını sönməyə qoymaz,
Paklığın batində közüdür Hicab!

Hacı Soltan Əlizadə


398276_210695639043880_100003103356990_359599_1592289968_n.jpg
Əlinin nuri tufandan qurtardı Həzrəti Nuhi,
Əlidir Yusifi rədd eyləyən zindani-möhnətdən.
Əlinin nuri İbrahimə nari gülüstan etdi,
Əlidür qurtaran Əyyubi min dərdi-müsibətdən.
Əlinin nuri qıldı mülki-Misrə Yusifi sultan,
Əlinin nuri Yəqubi qurtardı nari-fərağətdən.
Əlinin nuri bir zərrə təcəlla eylədi Turə,
Düşüb bihuş Musa yeddi gün məst oldu taqətdən.
Əlinin nuri dar üstə xilas etdi Məsihani,
Əlidür eyliyən aləmləri bir nur zülmətdən.
Əlidür qatili-Əntər,Əlidür qalei-xeybər,
Alanda Xeybəri məhbut olub aləm o qüdrətdən...

Mirzə Məhəmməd Təqi Qumru Dərbəndi
Hacı Soltanın "İslam idman antalogiyası" kitabından



430026_181547921958652_100003103356990_282886_1704855108_n.jpg
MOVLA ƏLİDİR

Eyyühənnas, bilin sahibi-təqva Əlidir,
Həm də təqva sözünə bətndə məna Əlidir.

Inamın ölçüsü, meyarı, halalın həddi,
Paklığın rəmzi olan zati-mübərra Əlidir.

Tanrının şəfqəti mehrinə odur layiq olan,
Özü ali, sözü ali, adı əla Əlidir.

Əli gər hər nə ibadət eləyə məqbuldur,
Çün ibadətlərə də ziynətü ziba Əlidir.

Qapısı pirü özü nur, kərəm sahibidir,
Aləmi-mərifəti eyləyən inşa Əlidir.

Fanidə sərv nədir, baqidə Tuba nəçidir,
Əlifi ismi-Xudadə edən icra Əlidir.

Sərhi-təqva ilə Həmmami* yetirdi vəslə,
Eləyən mömin üçün cənnəti bərpa Əlidir.

Əliyə yoxdusa mehrin daha Quran oxuma,
Mətni, Quranidəki hər əlifü ba Əlidir.

Xaliqə arif olan kimsə Əlidən dönməz,
Sanki bir nəhrdi təqva ona məcra Əlidir.

Buyurub ayeyi-Quranda Xuda: «əkrəməkum»,
Bu guruhə hər iki mülkidə mövla Əlidir.

Soltana söz deməyin yoxdu eşitmək halı,
Əqli məşğuldu ki, başındakı sevda Əlidir.

Hacı Soltan Əlizadə


405040_209260565854054_100003103356990_357435_516408051_n.jpg
Cahan əhlinə rəhnümadur Əli.
Ki,nuri zəminü səmadur Əli.

Ki sən ərşi-Əkbərsən ey Mustəfa,
O ərş üzrə şəmsüzzühadır Əli.

İki ləfzdür leyk mənadə bir,
Əli Müstəfa, Mustəfadur Əli.

Edib cilvə zatında mehr sifat,
Ki,ayineyi-həq nümadur Əli.

Qoyub başinə əfsər hələta,
Cahanda şəhi-övliyadur Əli...

Olub gülşəni- "Qüds"ə daim bahar,
O gülzarə eyni-səfadur Əli.

Mirzə Həsib Qüdsi Bakılı
Hacı Soltan "Həzrəti Əli (ə) və dünya ədəbiyyatı" kitabından





#90765 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 17:00 в Şiə-sünni dialoqu

deyir cavab vermir bize ,baxib gedir.sizin yazdiglariniz aidiyyati olmayan cavablara nese yazmaqa ehtiyac yoxdur.cefeng yazilara ne yazim? vaxt israfidir.Allah islah elesin.

"Aşıqın sözü bitəndə neynim neynim deyir" :rolleyes:
Pişiyində pəncəsi ətə çatmayanda murdar deyir ətə :gizildish:

Nizamidən aç bir oxu gör bəlkə nəsə tapdın "savadlı" :nasibi:
Daha nə cavab verəcəksənki?Quranın batininndən anlayışın yoxdur gəlib öz "savadlı ağlınla" təfsir edirsən Quranı.
Əvvəlcə sən o göstərdiyin ayəni Əhli Sünnə alimlərinin təfsirinə görə oxu gör nə məna verir.Ola bilər vəhhabilərdə ayrıdır çünki sizin əhli sünnə ilə heçbir əlaqəniz yoxdur.



#90752 Şeyx Cavid Sehabeleri taniyaq Marvan ibn Hakam

Отправлено автор: Neqsi Cahan 21 апреля 2012 - 11:51 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=bq6tBioSDFQ&feature=plcp&context=C405b16fVDvjVQa1PpcFM5_OqNZ-O-nhdilYglxgXAWXJ_6T29saA=

Marvan ibn Hakamin Əhli Beyt ə.s-ə lənət etməsi və imam Həsən (ə.s)-ın cavabı


BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Əhli sünnə və nəsibilərin öz qaynaqlarından, səhih sənədlərlə və dəlillərlə həqiqətləri köçürməyə, gözlər önünə qoymağa davam edirik. indi sizlərlə paylaşacağımız sənəddə sözdə səhabələrin (!) Əhli Beyt ə.s-ə qarşı necə rəftar geyindiklərini görəcəksiniz.

Изображение
ebu-yala.jpg


Изображение
ebu-yala-1.jpg

şəkildə gördüyünüz əhli sünnə alimi Əbu Yala El-Musuli-nin "Müsned" adlı hədis kitabının 12-ci cildinin 135-ci səhifəsidir. işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا إبراهيم بن الحجاج السامي حدثنا حماد بن سلمة عن عطاء بن السائب عن أبي يحيى قال :
: كنت بين الحسين و الحسن و مروان يتشاتمان فجعل الحسن يكف الحسين فقال مروان : أهل بيت ملعونون فغضب الحسن فقال : أقلت : أهل بيت ملعونون ؟ فوالله لقد لعنك الله على لسان نبيه - صلى الله عليه و سلم - وأنت في صلب أبيك

…Əbu Yəhya en-Nehai dedi ki: Mən Mervan, Hz. Həsən və Hüseynin arasında idim. Hüseyn r.ə Mervan ilə çəkişirdilər. Mervan: "Siz əhli beyt olaraq lənətlənmisiniz!" dedi. Bunun üzərinə Həsən r.ə hirslənib: "sən əhli Beytin lənətləndiyinimi söyləyirsən? Vallah Sən daha atanın sulbündəykən Allah c. c Peyğəmbərinin dili ilə sənin atanı lənətləmişdi!" dedi.
Əbu Yala El-Musuli, "Müsned", 12/135, hədis 6764


hədisdən sonra kitabın muhakkiki Hüseyn Salam deyir ki:

إسناده صحيح
isnadı səhih

bu hədisdən əldə etdiyimiz bir çox fayda vardır:

1. əhli sünnənin səhabəsi(!) Əhli Beyt ə.s-ə lənət edir.
2. əhli sünnənin xəlifəsi Osman ibn Affanın sağ qolu Əhli Beyt ə.s-in düşmənidir. bunu da unutmayaq ki, imam Əli ə.s Mervan ibn Hakim ilə çəkişdiyində də Osman ibn Affan imam ə.s-ə "Mervan mənim üçün səndən qiymətlidir" demişdi.
3. əhli sünnənin səhabəsi və xəlifəsi Osman ibn Affanın sağ qolu Mervan Rəsulullah s. a. a tərəfindən lənətlənmişdir.

bu hədisin keçdiyi digər qaynaqları da köçürürük:

Taberani, "Mucem əl-Kəbir", 3/144
ibni Həcər, "Metalibul alia", 12/455
Heysemi, "Mecmeuz Zevaid", 6/66
Muttaki el-Hind, "Kenzul Ummal", 11/357

indi də Əhli Beyt ə.s-ə qarşı İslam dinin istədiyi münasibəti öyrənək. Allah c. c buyurur ki:

ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)
Şura surəsi 23-cü ayə

Allah c. c bu ayədə Rəsulullahın s. a. a yaxınlarının sevgisini Risalətə, Peyğəmbərliyə, Təbliğə, İslama qarşılıq bir ödəniş olaraq istəmişdir. yəni müsəlman olan kimsə Əhli Beyt ə.s sevməlidir əgər bir adam müsəlman olduğunu iddia edirsə amma buna baxmayaraq Əhli Beyti ə.s sevmirsə demək ki, münafiq (yəni gizli kafir)dir. Əfəndimiz s.a.a-nın buyurduğu kimi:

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ، حَدَّثَنَا وَكِيعٌ، وَأَبُو مُعَاوِيَةَ وَعَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ عَنِ الأَعْمَشِ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ، عَنْ عَلِيٍّ، قَالَ عَهِدَ إِلَىَّ النَّبِيُّ الأُمِّيُّ ـ صلى الله عليه وسلم ـ أَنَّهُ لاَ يُحِبُّنِي إِلاَّ مُؤْمِنٌ وَلاَ يُبْغِضُنِي إِلاَّ مُنَافِقٌ
…Zirr bin Hubeyş Əlinin belə söylədiyi rəvayət etmişdir: «Həqiqətən, mömindən başqasının məni sevməyəcəyinə və münafiqdən başqasının mənə nifrət etməyəcəyinə Ümmi Peyğəmbər, mənə qəti bir əhd və təminat verdi.»

Müslim, "əs-Səhih", İman kitabı, hədis 131
Tirmizi, "Sünen", Menkıbeler kitabı, hədis 3717 və 3736
ibni Macə, "Sünen", Müqəddimə, hədis 114

Mənbə:http://velayet.wordpress.com/
P.S:Allah Elməddin qardaşımızdan və bu işdə əziyyəti keçənlərdən razı olsun.



#90751 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 21 апреля 2012 - 11:47 в Şiə-sünni dialoqu

İki gündür gəlib cavab gözləyirik nasibidən amma heçbir xəbər yoxdur.Elə gəlib baxıb gedir :rolleyes:



Nicat qardaşım əhsən,çox gözəl hədis idi hətda mənəbsinə kimi qeyd etmisən.Nə emtək olar ki,münafiqlərə dünyanıda versələr Əlini sevmiyəcəklər.

…Zirr bin Hubeyş Əlinin belə söylədiyi rəvayət etmişdir: «Həqiqətən, mömindən başqasının məni sevməyəcəyinə və münafiqdən başqasının mənə nifrət etməyəcəyinə Ümmi Peyğəmbər, mənə qəti bir əhd və təminat verdi.»

Müslim, "əs-Səhih", İman kitabı, hədis 131
Tirmizi, "Sünen", Menkıbeler kitabı, hədis 3717 və 3736
ibni Macə, "Sünen", Müqəddimə, hədis 114



#90709 Mənzilət hədisi:sünni qaynaqları

Отправлено автор: Neqsi Cahan 19 апреля 2012 - 09:26 в Şiə-sünni dialoqu




#90708 Fatimə (ə)-ın evinə hücum...

Отправлено автор: Neqsi Cahan 19 апреля 2012 - 09:23 в Şiə-sünni dialoqu







Рейтинг@Mail.ru