Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 12-мая 23)



#12683 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 21 июля 2009 - 15:18 в Şiə-sünni dialoqu

Bismilləh
Allahın izni ilə bu mövzu barədə fikrimi bildirmək istərdim, lakin hər şeydən əvvəl bəzi şeylər dəqiqləşdirmək istəyirəm.

Nardarani yazır:

“Heysemi dedi: “Bu hedelemek xeyr bereketdir. Omerin bu xeyr bereketi taninmishdir” (Mecmeuz zevahid c 4 she 2722)”

əl-Heysəmi’nin kitabını nə qədər axtardımsa sənin bu sözlərinə rast gəlmədim. Ola bilər ki, sən həmin sözlərin ərəbcəsini burada yerləşdirəsən?! İnşəallah cavabını gözləyəcəm... ya da "əl-Məcmə" kitabının hansı nəşrindədir? Səhifəsini də dəqiqləşdir...çünki Umm Kulsum ilə fihrista əsasən tapdığım bütün hədislərə baxdım, heç birində belə bir şey rast gəlmədim.

əl-Fəth yazır:

İbn hacər "əl-İsabə" səh 323-də yazır:
Ümm Gülsün hələ anasının bətnində idi ki, Əbu Bəkr 13 Hicri ilində vəfat etdi. Ömər onunla 17 Hicri ilində evləndi və onun o vaxt 4-5 yaşı var idi.

əl-İsabə kitabını nə qədər o yana bu yana çevirdim bu sözləri tapa bilmədim. Fihristə baxdım, həm Umm Kulsim bint Əli, həm də Umm Kulsim bint Əbi Bəkrin qeyd edildiyi bütün yerlərə baxdım, belə bir şyə rast gəlmədim. əl-Fəth bu yazdıqlarını bir daha dəqiqləşdir. Mənim araşdırdığım qədəri ilə "əl-İsabə" kitabında belə bir söhbət yoxdur. Yalana bənzəyir, ola bilsin ki, hansısa ingilis saytında yazıblar...sən də götürüb burada yazmısan. Doğrusunu Allah bilir!

Sonra Abdulqadir əd-Dəhləvi'nin sözlərinə link varsa, təqdim etsəz yaxşı olar. Çünki mən Abdulqadir əd-Dəhləvinin "Ricəlul-Mişkət" kitabını axtardım tapa bilmədim. Bu kitabı axtararkən onun risalələrinin birlikdə çap olunduğu bir məcmuya rast gəldim və orada əksinə onun ayrılıqda bir risalə yazıb bu evliliyi isbat edən risaləsinin adını oxudum. Bu da müəmmalı qalır.
Digər məsələlərə keçməmişdən qabaq bunları dəqiqləşdirmək istərdim...inşəAllah sonra bir-bir digər məsələlər də cavab verməyə çalışacağıq. Allahın izni ilə!



#13794 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 28 июля 2009 - 17:03 в Şiə-sünni dialoqu

Sən ərəb dilini bilmirsən, lakin burda ərəb dilini bilən qardaşların var...soruş onlardan tapıb gətirsinlər!

Yaxşı deyək ki, xəta etməmisən...
Amma həmin sözlər tapılıb göstərilməyənə qədər həmin sözlərin orda olmadığını və burada gətirlin nəqlin yalan olduğunu qəbul edək. Çünki mən dediyim kimi kitabın Fihristinə əsasən bütün yerlərə baxdım və belə şey tapa bilmədim, əksinə həmin kitabda Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi yazılır...Ona görə də gördüyüm qədəri ilə həmin sitat uydurma bir sitatdır...
Amma onu da qeyd etməliyəm ki, ərəb dilini bilmədiyin üçün ola bilsin ki, ingilis dilli saytdan götürmüsən. Yəni sənin nə təhrif etdiyini, nə də xəta etdiyini deyə bilmərəm, çünki götürdüyün mənbəyə etibar edib götürmüsən! Amma doğru deyirsən, həmin sözləri müzakirədən çıxar!



#13799 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 28 июля 2009 - 17:48 в Şiə-sünni dialoqu

Orda tapmadızsa bura baxın:
Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:

Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.

Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:
Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:

Ömərlə Ümm Gülsümün igahı 17 Hicri ilində baş vermişdir. O vaxt Ümm Gülsümün 4-5 yaşı olardı. Deməli o 12, ya 13-cü Hicri ilində anadan olub.

Tarix Abul Fida, cild 1 səh 171
"al-Faruq" Şibli Numani, cild 2 səh 539


Yuxarıda əl-Fəthin sitatında hərflərini böyütdüyüm və altından xətt çəkdiyim sözlər Tarixul-Xamis kitabında yoxdur, bunu kim əslində dəyişibsə təhrif etmək üçün edib (bunu əl-Fəthin etdiyini iddia etmirəm), ola bilsin ki, ingilis dilli təhrifçilər ediblər.
İbn Quteybənin "əl-Məarif" kitabında da belə şey qeyd olunmur, əksinə "əl-Məarif" kitabında Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi qeyd olunmuşdur. Əbul-Fida tarixinə də sonra baxaram...görək elə bir şey var yoxsa yox...

kstati..."Tarixul-Xamis" kitabının ikinci cildini burdan yükləmək olar:
http://www.archive.o...sse/khmais2.pdf



#13798 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 28 июля 2009 - 17:42 в Şiə-sünni dialoqu

"Tarixul-Xamis" kitabının köhnə nəşrinə baxdım və sənin verdiyin səhifələr ilə uyğun gələn nəşr də odur. Deməli orada nə yazılıb:


وتوفي عنها فتركها حبلى فولدت بعده ام كلثوم هذه ولما كبرت خطبها عمر بن الخطاب الى عائشة فأنعمت له وكرهت ام كلثوم بنت علي فاحتالت له حتى امسك عنها وتزوجها طلحة بن عبيد الله ذكره ابن قتيبة وغيره وجميع ما ذكرنا في هذا الفصل من كتاب المعارف ومن كتاب الصفوة لابي الفرج ابن الجوزي ومن الاستيعاب لابي عمر بن عبدالبر ومن كتاب فضائل ابي بكر كل منهم خرج طائفة كذا قي الرياض النضرة

"(Əbu Bəkr) ölərək onu dul qoydu və hamilə olaraq tərk etdi, ondan sonra həmin bu Umm Kulsum dünyaya gəldi, böyüdükdə Ömər bin əl-Xattab Aişədən onun əlini istədi, Umm Kulsum bint Əli ona nəzər saldı və onu bəyənmədi, sonra ondan əl çəkənə qədər (Aişə) onu fikrindən daşındırdı. Onunla (yəni Umm Kulsum bint Əbi Bəkr) ilə Talha bin Ubeydullah evləndi. Bunu İbn Quteybə və digərləri zikr edirlər. Bu fəsldə zikr etdiklərimizin hamısı "əl-Məarif" kitabından və Əbul-Fərəc İbnul-Cövzi'nin "əs-Safvə" kitabından və İbn Ömər bin Abdılbərrin "əl-İstiyab" kitabından və "Fədail Əbi Bəkr" kitabındandır. Bir qrup alim onlardan rəvayət etmişdir." Bu şəkildə "ər-Riyad ən-Nədra" kitabında gəlmişdir."

Yuxarıdakı yazını üç ayrı rənglə qeyd elədim, yalnız yaşıl rəng ilə qeyd olunmuş sözlər "Tarixul-Xamis" kitabının sahibi Diyarbəkiriyə aiddir və gördüyünüz kimi, o bunu "ər-Riyad ən-Nudra" kitabından nəql edir. Sitatın zahirindən də görünür ki, sitatın ortasında Əlinin qızı Umm Kulsumun qeyd olunması qəribədir. Çünki söhbət Əbu Bəkrin qızı Umm Kulsumdan gedir və Ömər onun əlini istəyir və məhz Əbu Bəkrin qızı Umm Kulsum ona baxır və onu bəyənmir və sonra Aişə Amrı göndərib Öməri fikrindən çəkindirir. Yəni zahirdən görünən budur.
Üstəlik "ər-Riyad" kitabına nəzər saldıqda görürük ki, xəta "Tarix əl-Xamis" kitabının özündə düşmüşdür, çünki nə "ər-Riyad" kitabında, nə İbnul-Cövzinin "əs-Safvə" kitabında, nə İbn Abdilbərrin kitabında "bint Əli" sözləri yoxdur. Ona görə də onu qırmızı ilə işarələdim. Aydın olur ki, bu kitabın özündəki xətadır, şiələr bunu görüb dəlil gətiriblər...



#13907 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 29 июля 2009 - 18:35 в Şiə-sünni dialoqu

Amma həmin sözə oxşar kəlmələr var. məsələn 4,472 deyesən.

Nə varsa dəqiq yaz araşdıraq...görək doğurdan varmı yoxsa yox!



#13918 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 29 июля 2009 - 19:19 в Şiə-sünni dialoqu

Çox gözəl! Razılaşaq bununla. (Gəribə budur ki, Sizin kitablarda bu hallara ras gələndə, bu alimlərin xətasıdır deyirsiz, amma şiə kitablarında olanda şiə alimlərinin yalanı. Buna cavab yazmasaz da olar, bunu bizim mövzuya aid etmirəm, ümumi dedim).

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.

Mən belə başa düşürəm ki, Siz (və alimləriniz) deyirsiz ki, Ömər əvvəl Əbu Bəkrin qızını almaq istəyir, amma o razı olmur və Ömər Əlinin qızını alır. Bu belədirsə Sizə iki sualım var:
Birincisi: Əhli sünnət imamı və mühəddisi Şah Əbdül Haq Dəhləvi yazır:

"Əsma bintə Üməys əvvəl Cəfər ibn Təyyarın arvadı idi. O şəhid olduqdan sonra Əbu Bəkrə ərə getdi. Bu evlilikdən sonra onun iki uşağı oldu, Mühəmməd və Ümm Gülsüm. Onun vəfatından sonra Əsma Əliyə ərə getdi və Ümm Gülsüm onun evinə girdi. Bu həmin Ümm Gülsümdür ki, Ömər onunla evləndi".
İmam of Ahl'ul Sunnah al Muhaddith Shah Abdul Haq Delavi (Rijal Mishkat page 115)

İkincisi: Deməli Əlinin evində iki Üm Gülsüm böyüyüb? Buna dəlil nədir?


Birincisi...biz nə xətadırsa, onu göstəririk...nəyin təhrif olduğunu görürüksə onu da göstəririk...yuxarıdakı yazıda açıq aydın yazı xətası olduğu aydındır... Kimin əsassız yerə təhrif ittihamı etməsi ortadadır. əl-Buxari mövzusuna baxmaq kifayət edər...

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.


Bu və buna bənzər iddialara bir neçə cür cavab vermək olar:
1. Bu rəvayətlərin heç birində Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi haqqında heç bir şey qeyd olunmur, ona görə bunun mövzumuz ilə əlaqəsi yoxdur. Çünki biz Ömərin kimlə evləndiyini və ya Ömərin doğurdan da Əlinin qızı ilə evlənməsi tarixi bir faktdır yoxsa şiələrin iddia etdiyi kimi bir iddiadır? Biz bunları müzakirə edirik...
2. Onu da qeyd etməliyəm ki, Ömərin Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi haqqında səhih heç bir şey gəlməmişdir. Bu barədə İbn Cərir ət-Tabəri rəvayət edərək deyir: “əl-Mədəini dedi: “Əbu Bəkrin qızı Umm Kulsumun əlini istəmişdi və o, yaşca kiçik idi...” Bu rəvayətin eynisini İbn Kəsir əd-Dəməşqi “əl-Bidayə van-Nihayə” kitabında İbn Cərirdən nəql etmiş, lakin bunu ondan nəql etdiyini zikr etməmişdir. Bu rəvayətin muttəsil bir sənədi yoxdur. Bunu ət-Tabəri gördüyünüz kimi əl-Mədəini’dən rəvayət edir. əl-Mədəini hicri 244 və ya 245-ci ildə vəfat etmişdir. ət-Tabəri isə hicri 310-cu ildə vəfat etmişdir. Bu iki alimin ölümü arasında 82 il vardır. Sözsüz ki, ət-Tabəri ondan bir şey eşitməmişdir. Üstəlik əl-Mədəini öz rəvayətlərinin çoxunu sənədsiz rəvayət edir. Bunu da əlavə edək ki, əl-Mədəini zəif bir ravidir. əz-Zəhəbi “Mizənul-İtidəl” kitabında deyir: “Əli bin Muhamməd Əbul-Həsən əl-Mədəini əl-İxbəri, çoxlu kitab sahibidir. İbn Adiy onu “əl-Kamil” kitabında (zəif ravilər haqqında kitabdır) zikr edərək deyir: “Əli bin Muhamməd bin Abdilləh bin Əbi Seyf əl-Mədəini, Abdurrahmən bin Sumrə’nin mövlasıdır. Hədisdə güclü deyildir. Xəbərlər rəvayət etmişdir, sənədlə rəvayət etdiyi rəvayətlərin sayı azdır.” (əz-Zəhəbi, “Mizanul-İtidəl”, 3/351 (rəq: 1295) )
3. Ömərin evləndiyi Umm Kulsum'un Əlinin deyil, Əbu Bəkrin qızı olması imkansızdır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb budur ki, Əbu Bəkrin qızı Əlinin himayəsi altında böyüməmişdir. Çünki Umm Kulsumun anası Əsma bint Umeys deyildir və bu barədə tarixi heç bir şahidlik gəlməmişdir. Əksinə Umm Kulsum bin Əbi Bəkrin anası Həbibə bint Xaricə bin Zeyddir, Əsma deyildir. Əli isə Həbibə ilə deyil, Əsma ilə evlənmişdir və Əbu Bəkrin uşaqları arasında Əlinin himayəsi altında böyüyən Əbu Bəkrin Əsma bint Umeysdən olan oğlu Muhamməd bin Əbi Bəkrdir. Ona görə də Umm Kulsum bint Əli deyildikdə bunun Əlinin əli altındakı Əbu Bəkrin qızı olduğunu söyləmək cahillikdir və heç bir tarixi fakta əsaslanmır. əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir: “Umm Kulsum onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Umm Kulsum’dan hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.” (“Nur əl-Əbsar”, səh: 701)
Üstəlik məlumdur ki, Ömər öləndən sonra onun dul qalmış zövcəsi Cafər bin Əbi Talibin oğulları olan Aun bin Cafər ilə Muhamməd bin Cafər ilə evlənmişdir. Əgər Ömərin evləndiyi Umm Kulsum Əbu Bəkrin qızı olsaydı, belə çıxır ki, Umm Kulsum anadan bir qardaşlarına ərə getmişdir. Çünki əgər Umm Kulsum bint Əbi Bəkrin anası Əsma bint Umeysdirsə, o zaman Aun bin Cafər və Muhamməd bin Cafərin də anası həmin Əsma bint Umeysdir. Əuzu billəh...təbii ki, belə bir iddia yaxşı düşünülmədən ortaya atılmış bir yalandır. Başqa bir dəlil isə budur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömər ilə deyil, Talha bin Ubeydullah ilə evlənmişdir. Əbu Bəkrin qızı Umm Kulsumun tərcümeyi halını yazan heç bir tarix və nəsəb alimi yoxdur ki, onun Ömər ilə evləndiyini qeyd etsinlər. İbn Xalkən “Vafiyyət əl-Ayən” kitabında (3/07) Umm Kulsum bint Əbi Bəkr haqqında deyir: “Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.” Üstəlik Umm Kulsum bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir: “Umm Kulsum bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.” (“əl-İsabə”, 4/964) Deməli aydın olur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə on il xilafətdə olmuşdur. Ömər ölərkən Umm Kulsum’un hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?! Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Umm Kulsumu Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin Qızı Umm Kulsum isə peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur.

Qaldı ki, Abdulhaqq əd-Dəhləviyə...bunun cavabı belədir:
1. Əgər Şeyx əd-Dəhləvi bunu doğurdan da deyibsə, o zaman ondan əvvəl belə bir söz deyən alim olmamışdır və əd-Dəhləvinin hicri 11-ci əsrdə yaşadığını nəzərə alsaq 11 əsrdən sonra bunu haradan çıxardığı müəmmalı qalır və bununla da sözlərin əsassız olduğu anlaşılır.
2. Yuxarıda qeyd etdiyim səbəblərə görə Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi imkansızdır.
3. Sonunda isə Şeyx əd-Dəhləvinin bu sözlərini netdə nə qədər axtardımsa rastlaşmadım, əgər kimdəsə onun sözlərinin ərəbcəsi varsa...zəhmət olmasa təqdim etsin və sözləri haradan gətirdiyinə bir link atsın (hardan olursa olsun)... heç olmasa bu sözlərin də digər sözlər kimi əsassız olmadığını görək.

Əgər kimsə yuxarıda yazdıqlarımla razı deyilsə, səbəbini yazsın!



#12699 Quranda məcaz varmı?

Отправлено автор: hənbəli 21 июля 2009 - 17:19 в Qur'an və onun təfsiri

Maraqlı olan budur ki, nə üçün ərəb dilini bilməyənlər bu mövzunu müzakirə edirlər. Mən bu mövzunun ərəb dilini bilənlər üçün belə uzun çatışmalı mövzu olduğunu görmüşəm, indi ərəb dilini bilməyənlər bu mövzudan nə çıxaracaq?



#13173 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:31 в Şiə-sünni dialoqu

Səhih Muslim kitab 5. Zəkat. hədis 2285.
İbn Abbas deyir ki, peyğəmbər (s) dedi: Adəm oğlunun sərvətlə dolu vadisi olsaydı o bundan birini də istəyəcəkdi. Onun qarnını torpaqdan savayı heç nə doldurmayacaq (14:13) və Allah Ona qayıdana qayıdır (14:14). İbn Abbas deyir: mən bilmirəm bunlar Quran ayələridir ya yox. Zuhayrdən gələn rəvayətdə deyilir: mən bilmirəm bunlar Quran ayələridir ya yox. Və o İbn Abbası zikr etmir. [/indent]
Gördüyünüz kimi peyğəmbərin vəfatından sonra səhabələr çaşbaş qalıblar, bilmirlər ki, bu ayələri Qurana yazsınlar, ya yox. Bilmirlər ki, bunlar Quran ayəsidi ya yox. Bəlkə ayədir, bəlkə də yox.

Səhih Muslim kitab 5. Zəkat. hədis 2286.
Əbu Musa Əşəri Bəsrədən qareləri dəvət edir. Onun dəvətinə üç yüz nəfər cavab verdi. O onlara dedi: Siz qaresiz (Quran oxuyan) və Bəsrə əhalisinin yaxşılarısız. Quranı tez tez oxuyun ki, o keçmişdəkilərin yadından çıxdığı kimi sizin də yadınızdan çıxmasın. Biz uzunluğu Bəraət surəsi boyda olan bir surə oxuyardıq, amma indi o mənim yadımdan çıxıb. Yadımda qalan yalnız onda olan bu ayədir: Adəm oğlunun iki sərvətlə dolu vadisi olsa o üçüncüsünü axtaracaq. Onun qarnını torpaqdan savayı heç nə doldurmayacaq. Həmçinin biz Müsabbihat surəsinə oxşar bir surəni oxuyardır ki, o da mənim yadımdan çıxıb. Ondan yadımda qalan yalnız bu ayələrdir:
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (61:2)
Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (17:3)

Fikir verin Əbu Musa deyir ki, biz Bəraət surəsi boyda (129 ayə) surəni oxuyurduq, amma indi o mənim yadımdan çıxıb. Əhli-sünnət deyir ki, bu ayələr nəsx olunub. Amma O (Əbu Musa) nəsxdən danışmır, demir ki, o surə nəsx olunmuşdur! Həmçinin mən ümid edirəm ki, siz bütöv surənin nəsx olunmasını iddia etmək fikrinə düşməyəcəksiz. Amma Əbu Musanın təkcə bu surə yox, həmçinin digər, Müsabbihat surəsinə oxşar bir surə də yadından çıxıb və məhz buna görə də o qareələri çağırıb ki, onlar Quranı təkrar etsinlər və camaat da onu eşitsin. O Müsabbihat surəsinə oxşayan surədən Əbu Musanın yadında yalnız iki ayə qalıb. Fikir versəz indi o ayələr Quranda ayrı ayrı surələrdədir.


"Adəm övladının qarnını yalnız torpaq doldurar" sözləri həqiqətdə peyğəmbərin sözləridir, lakin səhabələrdən bəziləri bunun Qurandan olduğunu zənn ediblər... Bunu bizlərə əl-Buxaridəki digər rəvayət izah etməkdədir:

حدثنا عبد العزيز بن عبد الله حدثنا إبراهيم بن سعد عن صالح عن ابن شهاب قال أخبرني أنس بن مالك أن رسول الله صلى الله عليه وسلم قال لو أن لابن آدم واديا من ذهب أحب أن يكون له واديان ولن يملأ فاه إلا التراب ويتوب الله على من تاب وقال لنا أبو الوليد حدثنا حماد بن سلمة عن ثابت عن أنس عن أبي قال كنا نرى هذا من القرآن حتى نزلت ألهاكم التكاثر

"Ənəs bin Malik bizə xəbər verdi ki, Allahın Elçisi - salləllahu aleyhi va səlləm - dedi: "Əgər Adəm övladının bir vadi qızılı olsaydı iki vadi qızılının olmasını istərdi, onun ağzını torpaqdan başqa heç bir şey doldurmaz. Allah tövbə edənin tövbəsini qəbul edər." Əbul-Vəlid bizə dedi: Həmməd bin Sələmə bizə Sabitdən, o da Ənəsdən, o da Ubey bin Kəbdən rəvayət edir: ""Əlhəkumət-təkəsur" ayələri nazil olana qədər, bunu biz Qurandan hesab edirdik."
İbn Hacər - rahiməhullah - "Fəthul-Bari" kitabında deyir:

"قوله كنا نرى بضم النون أوله أي نظن ويجوز فتحها من الرأي أي نعتقد

قوله : هذا لم يبين ما أشار إليه بقوله : هذا وقد بينه الإسماعيلي من طريق موسى بن إسماعيل عن حماد بن سلمة ولفظه " كنا نرى هذا الحديث من القرآن لو أن لابن آدم واديين من مال لتمنى واديا ثالثا الحديث دون قوله : ويتوب الله إلخ .

قوله حتى نزلت ألهاكم التكاثر زاد في رواية موسى بن إسماعيل " إلى آخر السورة " وللإسماعيلي أيضا من طريق عفان ومن طريق أحمد بن إسحاق الحضرمي قالا " حدثنا حماد بن سلمة " فذكر مثله وأوله " كنا نرى أن هذا من القرآن إلخ "


"Onun "biz bunu Qurandan hesab edirdik" sözləri, yəni zənn edirdik. Bunun etiqad edirdik anlamında olması da mümkündür.
Onun "bunu" sözünə gəldikdə isə, bununla nəyə işarə etdiyi aydın deyildir. əl-İsmayili bunu Musa bin İsmayıl yolu ilə Həmməd bin Sələmədən rəvayətində izah etmişdir: "Biz bu hədisi Qurandan sayırdıq: "Adəm övladının bir vadi malı olsaydı, ikincisini arzu edərdi..." və burada Allah tövbələri qəbul edir sözləri yoxdur.
Onun "Əlhəkumuttəkəsur" ayələri nazil olana qədər" sözünə gəldikdə isə, Musa bin İsmayılın rəvayətində isə "surənin axırına qədər" sözləri əlavə olaraq rəvayət olunmuşdur. İsmayilinin də Affan yolu ilə və Əhməd bin İshaq əl-Hadrəmi yolu ilə rəvayətində deyir: "Bizə Hamməd bin Sələmə rəvayət etdi: və bunun eynisini zikr etmişdir və bunun əvvəlində deyir: "Bunun Qurandan olduğunu hesab edirdik."


Daha sonra isə deyir:
"

ووجه ظنهم أن الحديث المذكور من القرآن ما تضمنه من ذم الحرص على الاستكثار من جمع المال والتقريع بالموت الذي يقطع ذلك ولا بد لكل أحد منه فلما نزلت هذه السورة وتضمنت معنى ذلك مع الزيادة عليه علموا أن الأول من كلام النبي - صلى الله عليه وسلم - ، وقد شرحه بعضهم على أنه كان قرآنا ونسخت تلاوته لما نزلت ألهاكم التكاثر حتى زرتم المقابر فاستمرت تلاوتها فكانت ناسخة لتلاوة ذلك وأما الحكم فيه والمعنى فلم ينسخ إذ نسخ التلاوة لا يستلزم المعارضة بين الناسخ والمنسوخ كنسخ الحكم والأول أولى وليس ذلك من النسخ في شيء

"
Onların bu hədisi Qurandan saymaqlarının səbəbi onun çoxlu mal toplamağa hərisli olmağı zəm etməsi və bu mal toplama işinə son qoyan ölümü günahlandırmaları mənasını ifadə etməsi idi, hər bir kəsdə bunun olması qaçınılmazdır. Lakin bu surə nazil olub bu mənanı və üstəlik daha ziyadə bir mənanı əhatə etməsi ilə, bildilər ki, birincisi peyğəmbərin - salləllahu aleyhi va səlləm - sözündəndir. Bəziləri isə bunun Qurandan olduğunu, lakin daha sona "əlhəkumuttəkəsur" surəsi nazil olduqda isə tilavətinin nəsx olunduğunu deyirlər, ikincisinin tilavəti davam etdi və birincisinin tilavətini nəsx etmiş oldu. Lakin hökm və məna qaldı, çünki tilavətin nəsx olunması hökm nəsində olduğu kimi nasix ilə mənsuxun bir-birinə zidd olmasını tələb etməz. Lakin birinci izah daha uyğundur, burada nəsx ilə əlaqədar bir şey yoxdur."
http://www.islamweb....p;bookhad=11780

Aydın olur ki, bəzi səhabələr peyğəmbərin həmin sözlərini Qurandan hesab ediblər, lakin daha sonra məsələ onlara aydın olmuşdur. Bununla da Əbu Musanın bu ayəni Quranın nəsxindən hesab etməsi şübhəsi aydın olur. İbn Abbasın sözlərinə gəldikdə isə, İbn Abbas həmin sözlərin öz zamanında mövcud olmuş Quranın bir hissəsi olub olmamasında şübhə etməmişdir. İbn Abbas bunun Quranın nəsx olmuş ayələrindən olub olmamasında şübhə etmişdir. Rəvayətdən aydın olur ki, İbn Abbas bu sözləri peyğəmbərin – salləllahu aleyhi va səlləm – özünə aid etmişdir və digər rəvayətlərə nəzər saldıqda görürük ki, bəzi kəslər (qeyri-səhabələr) bunun nəsx olunmuş ayələrdən olduğunu zənn ediblər. Zahir budur ki, İbn Abbas peyğəmbərin bu sözləri haqqında insanların dediklərini eşitdiyi üçün, həmin sözlərin Quranın nəsx olunmuş ayəsi olub olmaması barəsində şəkk etdiyini ifadə etmişdir. Yoxsa zənn edildiyi kimi həmin bu sözlərin Qurandan olub olmaması haqqında heç bir şəkki olmamışdır. Çünki mushafda sabit olmuş Quran bir məsələdir, ondan nəyin nəsx olunub olunmaması isə başqa məsələdir. əl-Alləmə əl-Ayni əl-Hənəfi “Umdətul-Qari” kitabında (23/46) deyir:

“قوله قال ابن عباس فلا أدري من القرآن هو أم لا يعني الحديث المذكور يعني من القرآن المنسوخ تلاوته”

“Onun “İbn Abbas dedi: “Bunun Qurandan olub olmamasını bilmirəm”, yəni sözü gedən peyğəmbərin hədisinin tilavətinin nəsx olunmuş Qurandan olmasını.”

Belə bir rəvayətin bir bənzəri İmam Əhmədin müsnəd əsərində gəlmişdir. Şeyx Şueyb əl-Ərnavut “Müsnəd Əhməd”də eyni rəvayətin təhqiqində (1/370) bu sözləri deyir:

وقول ابن عباس " فلا أدري أمن القرآن هو أم لا " كما جاء عند غير واحد ممن خرجه قاطع بنفي قرآنية هذا الكلام نفيا باتا لأن القرآن لا يمكن أن يثبت على الشك ولابد في إثباته من القطع بتلقي نصه عن رسول الله صلى الله عليه وسلم تلقيا متواترا ... . ثم ذكر أحاديث صحيحة فيها أنه من كلام النبي صلى الله عليه وسلم مثل ما عند البخاري 6439و6440 وقال : وقد وردت أحاديث عن غير واحد من الصحابة وفيها أن هذا كان قرآنا ثم نسخ وكلها ضعيفة لا تصح لا تناهض الروايات الصحيحة السابقة منها ما عند مسلم 1050 من حديث أبي موسى ... وضعفه لحال سويد بن سعيد

İbn Abbasın "Bunun Qurandan olub olmadığını bilmirəm" sözü bu kəlimənin Qurandan olmasını qəti inkar edir, çünki Quranın şəkk üzərində isbat olunması mümkün deyildir, onun isbatında peyğəmbərdən açıq şəkildə gəldiyi qəti və mütəvatir olaraq bilinən elmlə bilinməlidir. Səhabələrdən bəzilərindən bu sözlərin Qurandan olması, sonra nəsx olunması haqqında rəvayətlər gəlmişdir, bunların hamısı zəifdir, heç biri səhih deyildir."

Bir də Quranda musəbbihat adlı bir surə yoxdur, musəbbihə təsbih ilə başlayan surələrə verilmiş addır. Hədisdə isə deyilir ki, "musəbbihə surələrindən birinə bənzər..."
Şiə alimləri özləri etiraf edirlər ki, Qurandan tilavəti nəsx olunmuş böyük həcm ayələr vardır. Məsələn, Əbu Əli ət-Tabərsi “Məcmə əl-Bəyan”da (1/409), Əbu Cafər ət-Tusi “ət-Tibyan”da (1/394) bu barədə Zirr bin Hubeyş’in rəvayətini dəlil gətirmişdir.



#13018 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: hənbəli 23 июля 2009 - 15:49 в Şiə-sünni dialoqu

Sən mənbəni göstərməklə bir igidlik etməmisən, sənin qəbahətin ondadır ki, sən rəvayətin özünü təhrif etmisən. İcazə ver mən bunu sənə göstərim:

Rəvayət tam olaraq belədir:
Əbu Ubeyd "Fədail əl-Quran"da dedi: "Əbu Muaviyə bizə Hişəm bin Urvə'dən, o da atasından rəvayət etdi; dedi: "Aişədən Qurandakı ləhn barədə soruşdum. Allahın "İnnə həəzəəni lə səəhiraani" ("Taha 63) və "val-muqiminəs-saləətə val-mu'tunəz-zəkətə" (ən-Nisa, 162) və "İnnəlləzinə əəmənu valləzinə həədu vas-saabiunə" (əl-Maidə, 69) sözləri haqqında soruşdum. Dedi: "Ey qardaşım oğlu! Bu katiblərin işidir, yazarkən xəta ediblər." Bu isnad şeyxeynin şərtinə görə səhihdir."
Hər şeydən əvvəl bu rəvayətdə heç bir problem yoxdur, rəvayəti doğru anlamaq lazımdır. Bu rəvayətlər qiraətlərdəki fərqlərlə bağlı bir rəvayətdir. Təhriflə əlaqədar deyildir. Xüsusilə də ərəb dilindəki "irab" babı ilə bağlıdır və məhz buna görə də əs-Suyuti bu rəvayəti "ərəb dilinin mərifəti" babında gətirmişdir.
Onu da qeyd etməliyəm ki, İmam əs-Suyuti özü insanların bu rəvayətlərdən yanlış anladıqları şübhələri inkar etmişdir, bu və buna bənzər rəvayətləri nəql etdikdən sonra buna bir çox yöndən cavab vermişdir. əs-Suyuti bu rəvayətlərdən sonra deyir:
"Bu rəvayətlər çox problemlidir. Səhabələr insanların ən fəsihləri olduğu halda, hələ Quranı demirik, danışıqlarında belə ləhn etdiklərini necə zənn etmək olar?! Üstəlik peyğəmbərdən – salləllahu aleyhi va səlləm - nazil edildiyi şəkildə öyrəndikləri Quranda, onu hifz etdikləri, hifzlərini dəqiqləşdirdikləri və kamilləşdikləri halda ləhn etmələrini necə zənn etmək olar?! Üçüncüsü isə onların hamısının xəta üzərində razılaşmalarını və bunu o şəkildə yazmaqlarını necə zənn etmək olar?! Dördüncüsü isə onların bundan xəbərdar olmamaqlarını və bu xətalardan geri dönməməklərini necə zənn etmək olar?!..." ("əl-İtqan", səh: 1241)
Bu sözlərindən sonra hər bir rəvayətin cavabını vermişdir. Digər rəvayətlərin zəifliyini, sənədində zəiflik, iztirab və inqita olduğunu deyir. Aişənin hədisi haqqında isə deyir: "İbn Əştəh buna cavab vermiş və İbn Cubəra "Şərhur-Raiyə" kitabında ona tabə olmuşdur. Beləki (Aişənin) "xəta ediblər" sözünün mənası budur ki, onlar insanları bir hərf üzərində toplamaq məqsədi ilə yeddi hərfdən ən yaxşısını seçməkdə xəta ediblər, yoxsa onların yazdıqlarının xəta olması, caiz olmaması mənası qəsd olunmur." ("əl-İtqan", səh: 1246)
Çünki "innə həəzəəni ləsəəhiraani" Nafi'nin qiraəti ilə gəlmişdir və bu, səhih qiraətlərdən biridir. (bax: "əs-Səb'ə", səh: 419; "ən-Nəşr", 2/320) Yəni "innə" muşəddəli olaraq gəlmişdir və "həəzəəni" ismu-işarəsi isə "əlif" ilə yazılmışdır, halbuki qureyş bu şəkildə oxumur. Qureyş "həəzeyni" şəklində oxuyur. Ola bilsin ki, Aişə - radiyallahu anhə - bunun qureyş ləhcəsi ilə yazılmasını xoş görmüş, digər ləhcələr ilə yazılmasını uyğun görməmişdir.
Əgər əlimizdəki Hafsın Asimdən rəvayətinə nəzər salsaq görərik ki, "in həəzəəni ləsəəhiraani" şəklində oxuyuruq. Bu eləcədə digər qari İbn Kəsirdən rəvayət olunmuşdur. Digər qarilər isə "innə" olaraq, yəni "nun" hərfini təşdid ilə oxumuşlar. Eləcədə Əbu Amr'dan başqa bütün qarilər "həəzəəni" sözünü "əlif" ilə oxuyublar, yalnız Əbu Amr bunu "yə" ilə oxumuşdur. Fusha'da təsniyyə nəsb və cərr olarkən yə ilə oxunur, innə isə öz ismini nəsb edir. Lakin "əlif" ilə yazılış isə ərəblərdən Kinənə'nin lüğətidir, onlar təsniyyədəki əlifi istər mərfu olsun, istər mənsub, istərsə də məcrur olsun həmişə əlif üzərində məbni olaraq deyirlər. Nəhvilərdən digərlərinə görə isə burada damiruş-şan həzf olunmuşdur. Təbii ki, bu yazdıqlarımı nəhv elmini anlayanlar anlayacaqlar.
Lakin bununla belə bu yazdıqlarımız ravinin zikr etdiyi üç ayədən birincisi haqqında keçərlidir. Qalan iki ayədə isə heç bir problem yoxdur, çünki onların rəsmi haqqında bütün qarilər icma etmişdir. Lakin istənilən halda yuxarıda əs-Suyuti'nin verdiyi cavablar hədisin səhih olduğunu fərz etdiyimiz hala aiddir. Lakin hədis səhih deyildir. əs-Suyuti burada sənədin zahirinə baxaraq hökm etmişdir, çünki ravilər şeyxeynin ihticac etdiyi ravilərdir. Üstəlik əs-Suyuti təshihdə mütəsahil olaraq tanınmışdır. Hədis isə sadəcə ravilərin siqa olması ilə səhihləşmir. əs-Suyuti'nin "əl-İtqan" kitabının mühəqqiqləri bu barədə deyirlər:
"Yalnız burada Əbu Muaviyyə'nin, Hişam bin Urvə'dən rəvayətləri tənqid olunmuşdur. İmam Əhməd – rahiməhullah – onun haqqında deyir: "Onun Hişam bin Urvədən hədislərində iztirab vardır." (bax: "Hədyus-Səri", səh: 438; "Təhzib ət-Təhzib", 9/139) Əbu Davud deyir: "Əbu Muaviyyə, əl-Aməşin hədisini rəvayət edərsə xətaları çoxalar, Hişəm bin Urvə'dən rəvayətində xəta edir." Və onu Kufədəki mürciələrin başçısı olaraq vəsf etmişdir. (bax: "Suələt əl-Acurri li Əbi Davud", 3/160, 147) Bu rəvayətin də onun xətalarından olması ehtimalı güclüdür. İbn Şəbəh isə bunu "Tarixul-Mədinə" kitabında (3/1013) Əli bin Məshər vasitəsilə rəvayət etmişdir. O isə siqadır, lakin kor olduqdan sonra qərib xəbərlər rəvayət etmişdir. Buna görə də İmam ət-Tabəri təfsirində (7/684), İbnul-Ənbəri "ər-Raddu alə Mən Xaləfə Mushaf Osman" kitabında, əz-Zəccəc "Məanil-Quran" kitabında (2/131), İbn Teymiyyə "Məcmu əl-Fətava"da (15/252) və məşhur lüğət alimi İbn Hişam "Şərh Şuzur əz-Zəhəb" kitabında (səh: 51) Aişədən rəvayət olunan bu xəbəri münkər hesab ediblər.
İstənilən halda bu rəvayəti səhih saysaq da, saymasaq da, rəvayətdə zikr olunan ayələrin heç birində ləhn yoxdur. əl-Fəth rəvayəti elə həlləm-qullam tərcümə edib ki, onun rəvayətini oxuyan elə zənn edir ki, torbada siçandan, pişikdən bir şeylər vardır...Bu isə ondan irəli gəlir ki, əl-Fəth ingilis saytlarına əsaslanır. Onu qınamıram, lakin gələn dəfə diqqətli olmasını xahiş edirik...

Onu da qeyd edim ki, ləhn qrammatik xətaya deyilir. Yəni ərəblərin danışıqlarında qaydaya uyğun olmadan danışmaq ləhndir.
İstənilən halda görürük ki, bu rəvayətin təhrif ilə heç bir əlaqəsi yoxdur, heç yaxın belə düşmür. Rəvayət qiraətlər ilə əlaqədardır.



#12484 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: hənbəli 19 июля 2009 - 16:03 в Şiə-sünni dialoqu

əl-Fəth
Bu yazdıqlarına cavab axtarırsan?
Bütün bu gətirdiklərin heç bir şəkildə Quranın təhrifinə dəlalət etmir...
səbrli ol, Allahın izni ilə sənə bunu izah edəcəyik!

Bu mövzunu inşəAllah yavaş-yavaş həll etməyə çalışaq. Ona görə də xahiş edəcəm ki, bir rəvayətdən qurtarmamış digər rəvayətə keçməyək. Çünki əks təqdirdə mövzu bir-birinə qarışacaq.

Həşim bin Ürvə deyir: Mən Həzrəti Aişədən Quranda olan səhvlər haqda soruşdum, misal üçün Allah-təala Quranda deyir əl Muqamin, amma oxunmalıdır ə’al Muqimin, digərləri deyirlər: əl Manan, amma oxunmalıdır əl Munin, üçüncüsü də ki, biz oxuyuruq əl Sabun, amma oxunmalıdır əl Sabin. Həzrəti Aişə dedi: Bu o Quranın üzünü köçürənlərin səhvidir. (Süyuti “əl-İtqan” cild 1 səh 183-184)
Süyuti bu hədisi Buxari və Müslimin şərtlərinə əsasən səhih adlandırıb.


Bu gətirilmiş birinci rəvayətdir. Sözün düzü bu rəvayəti oxuyan bir şey anlaması mümkün deyildir. Muqamin nədir? Rəvayətdə harda muqamin yazılıb? Sonra əl-Mənan, əl-Munin hardan çıxdı, nə deməkdir? Sonra əs-Sabun və əs-Sabin nədir?
İndi bir şeyi burada qeyd edim. Bütün bunlar göstərir ki, əl-Fəth özünün belə nə tapdığını və nə yazdığını anlamır. İndi qoy əl-Fəth yazdığı bu rəvayətə aydınlıq gətirsin və mənim nəyi qəsd etdiyimi daha da yaxşı izah edəcəm. Allahın izni ilə!
Dediyim kimi, rəvayətləri bir-bir həll etməyə çalışaq!



#12159 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 15 июля 2009 - 17:40 в Şiə-sünni dialoqu

Belə bir sual vermək istəyirəm.
Şiələr peyğəmbərdən sonra imamların gəldiyinə etiqad edirlər. Onlara görə bu imamlar məsumdur. Onlara görə hidayət yalnız və yalnız bu imamlar vasitəsilə olur. İmamlardan başqasından gələn elm batildir. Onlara görə imamların sözü peyğəmbərin və Allahın sözü kimidir. Yəni imam bir sözü deyərsə, bunu "Allah dedi" şəklində də söyləmək olar. İmamlar 3 yaşında olsa belə, onlar insanlara haqqı izah edə bilərlər. İmamlar elmlərini Allahdan alırlar.

Hər şeydən qabaq bilmək istərdim ki, imamlar bu elmi Allahdan necə alırlar?



#12257 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:12 в Şiə-sünni dialoqu

Əvvəla bəzi peyğəmbərlər də imam olublar. İkincisi isə, əgər Siz məhz şiə imamlarını nəzərdə tutursuzsa onlar yalnız peyğəmbərin dedikləri və onun gətirdiyi şəriətə əsasən nəsə deyiblər. Şəriət Allahdandır və peyğəmbər də Allahın əmr etdiyini deyib. İmamlarda həmçinin.

Sizin rəvayətləriniz bu dediklərinizi inkar edir. Çünki rəvayətlərinizdə gəlir ki, imamlar mələklərlə danışır, onlardan elm alır...yəni, başqa dillə desək imamlarınız elmlərini vəhy yolu ilə alırlar.

Sizə bu inandırıcı gəlmir? Məgər İsa (ə) hələ bələydə olarkən danışmadı? 5 yaşında senaqoqda öz yahudi ravinlərin səhvlərini onlara açıqlamadı?
Bəs necə olur ki, Siz Əbu Hüreyrənin süd əmər uşağın anasına ağıl öyrətməsi hədisini qəbul edirsiz, amma imamın bacarığına inana bilmirsiz?

Uşağın danışması əhli-sünnət alimləri tərəfindən bir şeyin doğruluğu üçün Allahdan bir ayətdir. 5 yaşında senaqoqda yəhudi ravinlərinə səhv tutmaq isə israiliyyatdır. Dəlil sayılmaz. Həmin danışan uşaqlar bir ayət olaraq danışıblar və bununla Allah öz nümayəndələrinin doğruluğunu göstərmişdir. Lakin heç kəs həmin uşaqdan elm almayıb və həç kəs həmin uşaqlara yazıb fətva soruşmayıblar. Heç kəs həmin uşaqları həmin vaxtı peyğəmbər kimi qəbul etməmişdir, çünki bilirik ki, İsaya peyğəmbərlik orta yaşlarında verilib.

Allah-təala 32:24 deyir: Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər (imamlar) təyin etmişdik. Allah öz elmini və əmrlərini bir neçə yolla göndərir. Kiminləsə Özü danışır, kiməsə mələyi göndərir, kiməsə yuxuda vəhy edir, kiməsə də ayıqlığında. O istədiyi insana vəhy və ya ilham göndərə bilər.

Burada iki ehtimal var.
Ayədə qəsd olunan rəhbərlər Davud və Süleyman kimi peyğəmbərlərdir.
İkincisi isə adil rəhbərlərdir.
Birinci olarsa, onlara vəhy gəldiyi üçün onlara peyğəmbər deyilir.
İkincilər isə sadəcə adil rəhbərlərdir, onlara vəhyin gəlməsi və ya ilham olunması barədə dəlil yoxdur. Amma hər bir kəs ilham ala bilər, Allah dilədiyi kəsi ilhamla doğru qərara yönəldə bilər. Lakin belə bir ilhamı təyin etmək mümkün deyildir. Yuxuda isə irşad olunmaq peyğəmbərlərin anlaya biləcəyi bir şeydir, peyğəmbərlərdən başqa kəslər ehtimal edə bilərlər, lakin yəqinliklə söyləməkləri üçün Allah nəzdindən onlarda elm olmalıdır.



#12256 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:01 в Şiə-sünni dialoqu

Şiələr peyğəmbərdən sonra imamların gəldiyinə etiqad edirlər. Onlara görə bu imamlar məsumdur.


مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْبَرْقِيِّ عَنْ خَلَفِ بْنِ حَمَّادٍ عَنْ أَبَانِ بْنِ تَغْلِبَ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع الْحُجَّةُ قَبْلَ الْخَلْقِ وَ مَعَ الْخَلْقِ وَ بَعْدَ الْخَلْق‏

"Əban b. Təğlib belə rəvayət etmişdir. Əbu Abdullah(Cəfəri Sadiq əleyhissalam) buyurdu: Yaradılşdan əvvəl, yaradılışla birlikdə və yaradılışdan sonra mütləq hüccət (peyğəmbə və ya imam) vardır."
Kafi c 1, səh 177

Bu rəvayətdən də göründüyü kimi, yaradılış Adəmlə başlayıb. İnsanlığın Adəmlə başlayan tarixi boyu bir peyğəmbər və ya daim bir imam vardır və axırda da mütləq bir imam olacaq.

Onlara görə hidayət yalnız və yalnız bu imamlar vasitəsilə olur.


Xeyr. Hidayət cürbəcür olur.

İmamlardan başqasından gələn elm batildir. Onlara görə imamların sözü peyğəmbərin və Allahın sözü kimidir. Yəni imam bir sözü deyərsə, bunu "Allah dedi" şəklində də söyləmək olar.


Əvvəla bəzi peyğəmbərlər də imam olublar. İkincisi isə, əgər Siz məhz şiə imamlarını nəzərdə tutursuzsa onlar yalnız peyğəmbərin dedikləri və onun gətirdiyi şəriətə əsasən nəsə deyiblər. Şəriət Allahdandır və peyğəmbər də Allahın əmr etdiyini deyib. İmamlarda həmçinin.

İmamlar 3 yaşında olsa belə, onlar insanlara haqqı izah edə bilərlər. İmamlar elmlərini Allahdan alırlar.

Sizə bu inandırıcı gəlmir? Məgər İsa (ə) hələ bələydə olarkən danışmadı? 5 yaşında senaqoqda öz yahudi ravinlərin səhvlərini onlara açıqlamadı?
Bəs necə olur ki, Siz Əbu Hüreyrənin süd əmər uşağın anasına ağıl öyrətməsi hədisini qəbul edirsiz, amma imamın bacarığına inana bilmirsiz?

Hər şeydən qabaq bilmək istərdim ki, imamlar bu elmi Allahdan necə alırlar?

Allah-təala 32:24 deyir: Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər (imamlar) təyin etmişdik. Allah öz elmini və əmrlərini bir neçə yolla göndərir. Kiminləsə Özü danışır, kiməsə mələyi göndərir, kiməsə yuxuda vəhy edir, kiməsə də ayıqlığında. O istədiyi insana vəhy və ya ilham göndərə bilər.


مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْبَرْقِيِّ عَنْ خَلَفِ بْنِ حَمَّادٍ عَنْ أَبَانِ بْنِ تَغْلِبَ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع الْحُجَّةُ قَبْلَ الْخَلْقِ وَ مَعَ الْخَلْقِ وَ بَعْدَ الْخَلْق‏

"Əban b. Təğlib belə rəvayət etmişdir. Əbu Abdullah(Cəfəri Sadiq əleyhissalam) buyurdu: Yaradılşdan əvvəl, yaradılışla birlikdə və yaradılışdan sonra mütləq hüccət (peyğəmbə və ya imam) vardır."
Kafi c 1, səh 177

Bu rəvayətdən də göründüyü kimi, yaradılış Adəmlə başlayıb. İnsanlığın Adəmlə başlayan tarixi boyu bir peyğəmbər və ya daim bir imam vardır və axırda da mütləq bir imam olacaq.



Rəvayətə gəldikdə burada heç bir dəlil yoxdur. Bir neçə səbəbdən.
1. Hüccət sözü imama dəlalət etmir.
2. Hüccət yaradılışdan da əvvəl olmuşdur, imamlar yaradılışdan qabaq olmayıblar...deməli bu hüccətlə qəsd olunan başqa bir şeydir.
3. Biz bilirik ki, tarixdə elə zamanlar olub ki, həmin dövrdə peyğəmbər olmamışdır...məsələn İsa ilə peyğəmbərimiz arasında 600 il vaxt ötmüşdür.
4. Rəvayətin sənədində Xaləf bin Hamməd vardır. Şiə ricəl alimlərindən İbnul-Ğadairi deyir: "Onun halı qarışıqdır. Bəzən hədisini qəbul edirik, bəzən inkar edirik. Şahid qismində yararlıdır." ("Məcmə ər-Ricəl", 2/271) Lakin digər alimləriniz, məsələn ən-Nəcaşi kişini siqa sayır. Xoyi də ən-Nəcaşinin dediyini qəbul etmişdir. Eləcədə Muhamməd bin Xalid əl-Bərqi haqqında İbnul-Ğadairi deyir: "hədisləri qəbul olunur və inkar olunur. zəiflərdən çox hədis rəvayət edir. Mürsəllərə etimad edir." ("Ricəl İbnil-Ğadiri", səh: 93) ən-Nəccaşi isə deyir: "Zəif əl-hədis" ("Ricəl ən-Nəccaşi", 335) yəni hədisləri zəifdir
Əhməd bin Muhamməd isə Muhamməd bin Xalid əl-Bərqinin oğludur. Şiə ricəl alimləri onu siqa sayırlar. Lakin onun öz tələbəsi, əl-Kuleyninin şeyxi Muhamməd bin Yəhya əl-Attar isə onu tənqid etmişdir. Muhamməd bin Yəhya özü deyir: "فقلتُ لمحمد بن الحسن : يا أبا جعفر ، وددتُ ان هذا الخبر جاء من غير جهة أحمد بن أبي عبدالله !"
"Ey Əbu Cəfər! Arzu edirəm ki, bu xəbər Əhməd bin Əbi Abdullahdan başqa tərəfindən rəvayət olunsun..."
Üstəlik əs-Saduq heç cür Muhamməd bin Yəhya əl-Attar'da rəvayət edə bilməz. əl-Xoyi deyir: "ومحمد بن يحيى العطّار من مشايخ الكليني يروي عنه كثيراً، ومع ذلك فقد قال الصدوق: حدّثني محمد بن يحيى العطّار، عن محمد بن أحمد : الحديث ؤ. ثواب الاعمال: في ثواب من صلّى بين الجمعتين خمس مائة ركعة. وظاهر هذا الكلام أنّ الصدوق يروي عنه بلا واسطة،: ولكن من المطمأن به أنّ الواسطة قد سقطت وهو أحد مشايخه،"
"Muhamməd bin Yəhya əl-Attar, əl-Kuleyninin şeyxlərindəndir və ondan çoxlu rəvayət etmişdir. Bununla belə əs-Saduq deyir: Mənə Muhamməd bin Yəhya əl-Attar, Muhamməd bin Əhməddən rəvayət etdi: hədis: əməllərin savabı, kim iki cümə arasında beş yüz rükət qılarsa...Bunun zahirindən görünür ki, əs-Saduq ondan vasitəsiz rəvayət edir. Lakin əminliklə demək olar ki, buradakı vasitə düşmüşdür və bu, onun şeyxlərindən biridir..."

Bir sözlə bu hədis elmi standartlara görə dəlil kimi yaramır...



#13375 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:19 в Şiə-sünni dialoqu

İmamlar mələklərdən hansı növ elmi alıb? Məgər mələklər Allahın peyğəmbərə verdiyi şəriətdən başqa şəriət (təzə bir şey) gətiriblər imamlar üçün?
Allah-təala istədiyi insana vəhy göndərə bilər. Bildiyimiz kimi o İsanın anası, Musanın anasına da vəhy göndərib. Elə Sizin Səhihlərdə də bu haqda hədislər var:

Buxari Əbu Hüreyrədən, o da Peyğəmbərdən (s) nəql edir: “Sizlərdən əvvəl bəni İsrail övladlarından elə şəxslər var idi ki, peyğəmbər olmamaqlarına baxmayaraq mələklər onlar ilə söhbət edərdilər. Mənim ümmətimdən elə bir şəxs olarsa, Ömər özü olacaqdır.”
(“Səhihi-Buxari”, 2-ci cild, səh.194, Ömərin fəzilətləri fəsli)


Mən daha onu demirəm ki, mələk insan cildinə girib hamının gözü qarşısında peyğəmbərə yaxınlaşıb onunla söhbət edir və o getdikdən sonra peyğəmbər səhabələrinə deyir ki, bu kişi Cəbrayıl (ə) idi. Harada yazılıb ki, Cəbrayıl (ə) yalnız peyğəmbərin yanına gələ bilər?


Əvvələ sənin əl-Buxaridən gətirdiyin hədisdə elə bir söz yoxdur. Hədisdə "muhəddəs" deyilir, mələklər ilə danışması haqqında bir şey yoxdur. İbn Hacər "əl-Fəth" kitabında bunun təvili haqqında bir çox rəy gətirib..onun ilhamlanan kəs olması bir rəydir, digər rəyə görə doğru sözlü, sözündə haqqa isabət edən biridir, digər rəy isə mələklərin onun dili ilə danışmasıdır və İbn Hacər bunun da məna etibarı ilə ilhama əsaslandığını deyir.
İstənilən halda hədisdə belə bir söz yoxdur...

Üstəlik İsanın anası Məryəmin peyğəmbər olması haqqında bəzi əhli-sünnət alimləri fərqli görüşdə olublar, lakin istənilən halda bu da bir şeyə dəlalət etmir. Çünki Məryəm qadın olmuşdur və onun haqqında peyğəmbərlik vəsfi qadın olmasına görə mümkün deyildir, lakin eyni vəsfi bölüşdürməsi isə imkansız deyildir.

Uşaqların danışmasına isə cavab verdim...yəni bunda heç bir dəlil yoxdur. Uşaqların danışması Allahın möcüzəsi olmuşdur, yəni bununla Allaha bəndələrinə hüccət iqamə etmişdir. Lakin həmin uşaq bununla xüsusi bir məqama sahib olmamışdır. Heç kəs uşağa gəlib sual verib fətva soruşmayıblar... buna görə də əhli-sünnət övliyaların kəraməti ilə peyğəmbərlərin möcüzələri arasında fərq qoyublar.


Lakin sizin etiqada görə imamlar bir növ insanlara haqqı izah etmək üçün Allahın Yer üzərindəki nümayəndələridir, sizin öz standartlarınıza görə səhih saydığınız hədislərdə onların qeybi bilmələri, mələklərlə danışmaqları qeyd olunmuşdur. Yəni bütün göstəricilərə görə imamlar ilə peyğəmbərlər arasında heç bir fərq qalmamışdır. Diqqət edin...mən rasul demirəm, peyğəmbər deyirəm...çünki rasul yeni şəriət gətirənə verilən addır, amma peyğəmbər özündən əvvəlkinin şəriətini təbliğ edəndir.

Sizin öz alimlərinizə görə əgər imam bir söz deyərsə, bunu "Allah dedi: " deyərək rəvayət etmək caizdir. Belə bir elm sözsüz ki, Allahdan bir başa gələn elmdir. Çünki biz bilirik ki, bəzi məsələlərdə səhabələr peyğəmbərdən bunun onun öz sözü, yoxsa vəhy olduğunu soruşub dəqiqləşdirərdilər.



#12262 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:27 в Şiə-sünni dialoqu

Nardarani,
yazında bir çox uydurma şeylər var...bir-bir analiz etmək istəmirəm.
Sözünü konkret yaz...fikrini de!
İmamlar Quranın batini elmini bilirlər?
Buna cavabım budur ki...belə bir iddia zındıqlardan başqa heç kəs üçün yaramır. Belə bir iddia ilə batinilər Allahın bütün haramlarını ibtal ediblər. Belə bir iddia Allahın sözlərinə ziddir. Allahu Təalə deyir:

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
"And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!"
(əl-Qamər, 17)

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
"Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik."
(əz-Zuxruf, 3)


وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَ
نَزَلَ بِهِ الرُّوحُ الأَمِينُ
عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ
بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ


"Şübhəsiz ki, bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
Onu, Ruhul-Əmin açıq-aydın ərəb dilində sənin qəlbinə nazil etdi ki, xəbərdar edənlərdən olasan!"

(əş-Şuara, 192-195)

وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ فَيُضِلُّ اللَّهُ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ


Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir.
(İbrahim, 4)

وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ


"Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr."
(ən-Nəhl, 44)


Allah peyğəmbərinin dili ilə hər şeyi insanlara izah edib, Quranın dili aydındır, bəyanı açıqdır...Allah heç bir yerdə Quranın həm zahiri, həm də batini mənasının olduğunu söyləməmişdir. Nə də peyğəmbər belə bir şey deməyib. Bu, sonradan uydurulma bir şeydir ki, yalnız dini öz istəklərinə görə fırlatmağa yararlı olduğu üçün zındıqlara sərf edir.



#11891 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:52 в Şiə-sünni dialoqu

Subhani
İndi xəta etdiyini boynuna almağın gözəl şeydir. Digər mövzularda sənə cavab yazmaq istəməməyimin səbəbi bu idi. Sənin öz xətanı belə boynuna almamağını gördükdən sonra səninlə nəsə müzakirə etməkdə fayda görmədim.
Mən burda özümü alim kimi göstərmirəm, alimin forumda nə işi var?!
Allahın aciz bir quluyam...bu qədər!



#11930 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 12 июля 2009 - 22:01 в Şiə-sünni dialoqu

Sözünü təkrarlamağa əslində ehtiyac olmamalıdır, lakin yenə də təkrarlamalı oluram. əl-Buxari İmam əs-Sadiqdən hədis rəvayət etməyib, eləcədə İmam əş-Şafidən hədis rəvayət etməyib, İmam Əhməd kimi alimdən vur-tut iki hədis rəvayət edib. Yəni, əl-Buxariyə buna görə irad tutmaq o deməkdir ki, şafilər də əl-Buxariyə irad tuta bilərlər. Halbuki biz bilirik ki, İmam əl-Buxari özünün də siqa saydığı bir çox alimdən hədis rəvayət etməmişdir. Məsələ çox sadədir və açıq-aşkar görmək olar ki. əl-Buxarinin kimdənsə rəvayət etməməsi onu bəyənməməsi anlamına gəlmir. İmam əs-Sadiqdən isə Muslim, Nəsai, ət-Tirmizi. İbn Macə, Əbu Davud və digərləri hədis rəvayət ediblər. Məsələni uzatmağa ehtiyac yoxdur...mövzunu açan əl-Buxarinin nəyisə təhrif etməsini isbat etmək istəyir. Bu söhbəti bu mövzuda qeyd etmək əsassızdır.
Bir də zalım xəlifələrə qarşı çıxmaq yalnız şiələrə xas bir şey deyildir, bu, yalnız sizin imamlarınızda gizli qalmış bir elm deyildir. Bir çox mənbədə gəldiyi kimi Əbu Hənifə - rahiməhullah - Zeyd bin Əlinin xəlifəyə qarşı qiyamında onu dəstəkləməyə fətva vermişdir. əl-Cəssas deyir ki, "hənəfi məzhəbi zalım əmirlərə qarşı qiyamı caiz görməkdə məşhurdur.." (Bu, bizim müzakirə məsələmiz deyil...)
İkinci tərəfdən isə maraqlı olan budur ki, imamlarınızı daha çox təqiyyə edərkən görmək olur, açıq şəkildə zalım xəlifələrə qarşı mübarizə aparmayıblar. Açıq şəkildə mübarizə aparanlar zeydi imamları olmuşdur. (Bu da bizim mövzu obyektimiz deyil...)



#11883 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:22 в Şiə-sünni dialoqu

Məncə Buxarinin İmam Sadiqdən rəvayət nəql etməməsinə səbəb ona düşmən olma səbəbi olub. Həmçinində Şafiyə. Çünki, o zamanlar Hənbəlilərlə Şafilər arasında əməlli fikir ayriliği var idi. Hətda bir birlərini öldürməkdən belə çəkinmirdilər.


Nardarani
Əvvəla əl-Buxarinin hənbəli olduğunu haradan çıxardın? İkincisi isə ümumiyyətlə alimin bir digər alimdən rəvayət edib etməməsi meyarı sizin ağlınıza görə işləyirsə, o zaman əl-Buxari nə əcəb İmam Əhməd kimi alimdən (sənin düşüncənə görə öz imamından) vur-tut ikicə dənə hədis rəvayət etmişdir. Üstəlik zamanının xəlifəsi Ömər bin Abdulazizdən də ikicədən hədis rəvayət edib. Sənin ölçünlə götürsək İmam əl-Buxari onlara qarşı da qərəzlidir.
Bir də sənin hənbəlilər ilə şafilər arasındakı ixtilafı burada qeyd etməyin sənin iki şeydən xəbərsiz olduğunu göstərir.
1. Bu ixtilaf əl-Buxarinin zamanında mövcud deyildi, bu ixtilaf Əbul-Həsən əl-Əşarinin zamanında başlamışdır. Yəni əl-Buxaridən sonra başlamışdır.
2. İxtilaf şafilər ilə hənbəlilər arasında olmamışdır, lakin əşari əqidəsini dəstəkləyənlər ilə hənbəlilər arasında olmuşdur. Həmin zamanda isə Əşarinin əshabı şafilər idilər...ona görə də aralarında ixtilaf ortaya çıxmışdır.
Ona görə də əl-Buxari'nin əş-Şafiyə qarşı qərəzli olması iddiası xurafatdan başqa bir şey deyildir.



#11800 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 23:14 в Şiə-sünni dialoqu

Qaldı ki, əl-Buxarinin Cafər əs-Sadiqdən - radiyallahu anhu - hədis rəvayət etməməsi, buna nə cavab verirsiz?
Hmm...nə cavab verə bilərik ki? Sualın özü qəribədir..Buxari bir çox alimdən, fəzilət əhlindən hədis rəvayət etməyib. Məsələn...əş-Şafi zaman baxımından əl-Buxariyə daha yaxındır. əl-Buxari nə üçün ondan hədis rəvayət etməmişdir? Bu sualın cavabı elə sizin sualın da cavabıdır...
Cavabı isə sadədir, əl-Buxarinin rəvayət etməməsi həmin alimə qarşı pis fikirdə olması anlamına gəlməz.
Cafər əs-Sadiqin müasirlərindən Cəmil bin Mərra əş-Şeybani, Hacib bin Amr əs-Saqafi, əl-Haris bin Fudeyl, əl-Həsən bin Ubeydullah bin Urvə ən-Nəxai, Humeyd bin Ziyad Əbu Saxra, Rabia bin Ata əz-Zuhri, Ziyad bin Kuleyb əl-Hənzali, Said bin Xalid əl-Mədəni, Darar bin Mərra əl-Kufi, Abdulməllik bin Said bin Həyyan və sair və ilə axir...bütün bunlar əl-Buxarinin də öz rəyində siqa sabit fəzilət sahibi alimlərdir..amma onlardan hədis rəvayət etmir.
Biz də eyni sual ilə müraciət edirik, nə üçün sizin əl-Kafi kitabında Fatimeyi-Zəhradan - radiyallahu anhə - müsnəd bir hədis rəvayət olunmur? əl-Kafinin sahibi niyə qərəzlik edir?



#11976 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 13 июля 2009 - 23:29 в Şiə-sünni dialoqu

Ahmed,
Yekə kişisən! Yazırsansa əməlli bir şey yaz Allahı sevirsənsə! O biri mövzuda sənə dedim ki, əhli-sünnət bu məsələdə Əli ilə Əbu Bəkr arasında fərq gözləmir.



#13782 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 28 июля 2009 - 16:16 в Şiə-sünni dialoqu

Cavabın elə bundan ibarətdir? Bura bax alim niyə bu qədər həyəcanlısan? Mən Xanım barədə Buxariyə harda böhtan atmışam? Hədisi sənədsız gördüm mənə maraqlı gəldı yazdım. Səndə çox sağ ol səbəbini izah etdin.


Sağol...?!
Hmm...gülməlisən...camaat qarşısında özünü biyabır edirsən, sonra da izaha görə sağol deyirsən!



#11798 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:46 в Şiə-sünni dialoqu

İndi isə Buxarinin dıgər nəaliyyətinə baxaq:

Bildiyimiz kimi Buxari və Muslim, müəllim-tələbə öz aləmlərində "Səhih" kitablar yazıblar.


حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ، قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ، عَنْ نَافِعٍ، عَنِ ابْنِ عُمَرَ، قَالَ قَالَ النَّبِيُّ صلى الله عليه وسلم لَنَا لَمَّا رَجَعَ مِنَ الأَحْزَابِ ‏"‏ لاَ يُصَلِّيَنَّ أَحَدٌ الْعَصْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ


Əbdullah b. Muhammad, Cuveyrə, Nafi, Abdullah b. Ömər rəvayət edir: Peyğəmbər s.a.s Əhzabdan qayıdanda bizə buyurdu: "Heç kəs "əsr" namazını qilmasın məgər ki, Bəni Qureyzədə.

"Səhihul-Buxari" 954-cü hədis


وَحَدَّثَنِي عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ الضُّبَعِيُّ، حَدَّثَنَا جُوَيْرِيَةُ بْنُ أَسْمَاءَ، عَنْ نَافِعٍ، عَنْ عَبْدِ اللَّهِ، قَالَ نَادَى فِينَا رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَوْمَ انْصَرَفَ عَنِ الأَحْزَابِ ‏"‏ أَنْ لاَ يُصَلِّيَنَّ أَحَدٌ الظُّهْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ



Əbdullah b. Muhammad, Cuveyrə, Nafi, Abdullah b. Ömər rəvayət edir: P
eyğəmbər s.a.s Əhzabdan qayıdan gün bizə buyurdu: "Heç kəs "zöhr" namazını qilmasın məgər ki, Bəni Qureyzədə".


"Səhihu-Muslim" 4701-ci hədis


Gördüyümüz kimi eyni ravı silsiləsinin olmağına baxmayaraq Muslim namazın "zöhr" olduğunu, Buxari isə "əsr" olduğunu deyir.

Sizcə bunlardan kim yalançıdır?

İbn Həcər Əsqəlani buna əhli-sünnə metodu ilə cavaba oxşar bir şey yazıb.

"Fəthul-Bari"


İbn Hacər cavaba oxşar yox, əməlli başlı cavab yazıb...sözün düzü sənin kimi bir cahilin İbn Hacəri tənqid etməsi insanın ətini tökür.
İbn Hacər – rahiməhullah – “Fəthul-Bari”də deyir:
Əbu Yalə və digərləri bunda Muslim’ə müvafiqdirlər, bunu eyni şəkildə İbn Sad, Əbu Atbən Malik bin İsmayıldan, o da Cuveyriyədən “zöhr” ləfzi ilə rəvayət etmişdir. Eynilə İbn Hibban bunu Əbu Atbən yolu ilə eyni şəkildə rəvayət etmişdir. Cuveyriyə’nin rəvayətində yalnız “zöhr” sözü ilə mövcuddur, sadəcə Əbu Nueym “əl-Mustəxrəc” kitabında bunu Əbu Hafs əs-Silmi yolu ilə Cuveyriyə’dən rəvayət etmiş və rəvayətində “əsr” sözünü qeyd etmişdir. Lakin peyğəmbərin döyüşləri üzrə mütəxəssis olanlar bunun “əsr” olmasında ittifaq ediblər. İbn İshaq deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm xəndəkdən ayrılıb Mədinəyə geri dönərkən Cəbrayıl zöhr vaxtı ona gəldi və dedi: “Allah sənə Bənu Qureyza’ya yürüş etməyi əmr edir.” Bilala azan verməyi əmr etdi və insanlar üçün azan verdi: “Kim eşidirsə, əsr namazını yalnız Bənu Qureyza’da olarkən qılsın!” Bunu eyni ləfzlə ət-Tabərani və əl-Beyhəqi “əd-Dəlail”də əz-Zuhriyə qədər səhih sənədlə Abdurrahmən bin Abdilləh bin Kab bin Malik’dən, o da əmisi Ubeydullah bin Kab’dan rəvayət etmişdir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – ... insanlardan əsr namazını Bənu Qureyza’ya çatmamış qılmamaqlarını tələb etdi. Dedi: “İnsanlar silahlarını taxdılar, günəş batdıqdan sonra Bənu Qureyza’ya gəldilər. Günəş batarkən aralarında münaqişə düşdü, bəziləri namazı qıldılar, digərləri isə tərk etdilər və dedilər: “Biz peyğəmbərin – salləllahu aleyhi va səlləm – tələbinə əməl edirik, üzərimizə günah olmasın.” Bu iki qrupdan heç birini qınamadı.” ət-Tabərani bunu bu şəkildə məvsul olaraq rəvayət etdi və Kab bin Maliki orada zikr etdi. əl-Beyhəqi isə əl-Qasim bin Muhamməd yolu ilə Aişədən – radiyallahu anhə - uzun şəkildə eyni sözlərlə rəvayət etmişdir....Bütün bunlar bunun əsr barəsində olmasında əl-Buxarinin rəvayətini dəstəkləməkdədir. Bəzi alimlər bu rəvayətlərin arasını cəm edərək deyirlər ki, mümkündür ki, insanlardan bəziləri peyğəmbərin əmrindən əvvəl zöhr namazını qılmışdılar, bəziləri isə qılmamışdı. Qılmayanlara ora çatmayana qədər heç kəsin zöhr namazını qılmaması, qılanlara isə heç kəsin əsr namazını qılmaması söylənmişdir. Digər alimlər isə bu iki rəvayətin arasını başqa bir ehtimalla cəm edərək deyirlər ki, onlardan bir qrup digərindən sonra yola çıxmışdır və birinci qrupa “zöhr”, ikinci qrupa isə “əsr” namazı deyilmişdir. Hər iki cəm metodunda heç bir bəis yoxdur. Lakin hədisin məxrəcinin bir olması bunu uzaqlaşdırır, çünki izah etdiyimiz kimi şeyxeyndə əvvəlindən sonuna qədər sənəd birdir. Sənəddəki ravilərdən hər birinin hədisi iki şəkildə rəvayət etməsi uzaq bir ehtimaldır, çünki əgər belə olsaydı onlardan biri ravilərindən bəzilərindən iki şəkildə rəvayət edərdi və bu, mövcud deyildir. Sonra əmin oldum ki, sözlərdəki fərq ravilərdən bəzisinin hifzi ilə əlaqədardır, beləki əl-Buxari’nin siyaqı özlüyündə, bunu Abdullah bin Muhamməd bin Əsmə və onun əmisi Cuveyriyə’dən rəvayət edən hər bir kəsin siyaqına müxalifdir. əl-Buxari’nin ləfzi belədir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən heç biriniz Bənu Qureyza’da olmayınca əsr namazını qılmasın!” Onlardan bəziləri yolda olarkən əsr namazı girdi və onlardan bəziləri dedi: “Ora çatmayana qədər namaz qılmayacağıq” Digərləri isə dedi: “Yox, namaz qılacağıq, (peyğəmbərin) bizdən istədiyi bu deyil!” Bu, peyğəmbərə -salləllahu aleyhi va səlləm – çatdırıldı və onlardan heç birini qınamadı.” Muslimin və bunu rəvayət edən digərlərinin ləfzi belədir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Əhzəbdən ayrıldığımız gün bizim aramızda səsləndi: “Sizdən heç biriniz Bənu Qureyza’da olmayana qədər zöhr namazını qılmasın!” İnsanlardan bəziləri namazın vaxtının çıxmasından qorxaraq Bənu Qureyza’ya çatmamış qıldılar. Digərləri isə dedi: “Vaxt çıxsa belə yalnız peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmr etdiyi yerdə qılacağıq!” Dedi: “Bu iki qrupdan heç birini qınamadı.” Görünən budur ki, ləfzlərin fərqlənməsi hər iki şeyxin şeyxi Abdullah bin Muhamməd bin Əsməidədir, əl-Buxari ondan rəvayət edərkən bu şəkildə rəvayət etmiş, digərləri isə rəvayət edərkən başqa ləfzlə rəvayət etmişdir və bu, Cuveyriyənin rəvayət etdiyi ləfzdir. Əbu İtbən’in bunda ona müvafiq olması, əl-Buxari’nin rəvayət etdiyi ləfzə müxalif olması bunun dəlildir. Ya da ki, əl-Buxari bunu hifzindən yazmış və hədisin ləfzi qorunulmamışdır, beləki onun məzhəbində bunun (məna ilə rəvayət etməyin) caiz olması bilinir. Muslim bunda ondan fərqlənir, çünki o, çox vaxt ləfzi mühafizə edir. Bunun əksi mümkün deyildir, çünki bunda müvafiq olanlar əl-Buxari’yə deyil, Muslimə müvafiq olublar. Lakin Əbu Həfs əs-Silmi’nin ona (yəni, əl-Buxariyə) müvafiq olması birinci ehtimalı dəstəkləyir və bunların hamısı İbn Ömərin hədisindəndir. Lakin başqalarının hədisinə nəzərən isə daha əvvəl qeyd olunmuş, bir qrupa zöhr, digər qrupa isə əsr namazının əmr olunması ətrafındakı iki ehtimalın əsaslı olduğu görünür. Mümkündür ki, zöhr rəvayətini İbn Ömər eşitmişdir, əsr rəvayətini isə Kab bin Malik və Aişə - radiyallahu anhə - eşitmişdir. Doğrusunu Allah bilir” (“Fəthul-Bari”, 7/408-409)
əl-Hafiz İbn Hacərin rəvayətlərdəki ixtilaflar barədəki sözünü qısa olaraq belə qısaltmaq olar.
Bu İbn Ömər, Kab bin Malik, Aişədən və digərlərindən rəvayət olunmuşdur. İbn Ömərdən gələn rəvayətlər əsasən Cuveyriyyə yolu ilə gəlir. Cuveyriyyədən rəvayət edənlərin arasında Muslim də daxil olmaqla bütün ravilər “zöhr” sözünü qeyd edərək rəvayət etmişdir, yalnız iki ravi istisnadır: əl-Buxari və Əbu Həfs əs-Silmi, yalnız bu ikisi əl-Cuveyriyyə’dən “əsr” sözünü qeyd edərək rəvayət edir. Lakin digər səhabələrdən gələn rəvayətlər əl-Buxari ilə Əbu Həfsin rəvayətini dəstəkləyir. əl-Məğazi əhli də bunun əsr namazı olmasında ittifaq etmişdir. Hədis əhli isə yuxarıdakı iki hədisi nəql etdiyimiz şəkildə cəm etmişdir.
İstənilən halda...bunun xəta olub olmamasından asılı olmayaraq, bununla hansı şəkildə əl-Buxari və ya Muslimin adına bir söz deyilə bilər ki?
Tutaq ki, xəta edilib...sonra? Bununla nə isbat olunur? əl-Buxari guya nəyisə təhrif edir? Görəsən nəyi təhrif edir? əsr namazı ilə zöhr namazını qarışdırmaq istəyir? Bunu buraya yerləşdirən gərək əvvəla öz niyyətindəki xətaları düzəltsin...özünü biyabır etməkdən başqa heç bir şeyə yaramır!



#12049 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 14 июля 2009 - 18:55 в Şiə-sünni dialoqu

O cümlədəb belə bir xəstəliyə qismən Buxarinində tutulmasını artıq qeyd etdiyimiz delillərdən görürük.

Öz ağlında ötə yazılar yazmaqda mahirsən. Sən mənə hələ adi bir dəlil belə göstərməmisən...əl-Buxarinin kitabında gətirdiyi rəvayəti göstərirsən və bunu əl-Buxarinin adına niyə yozursan? Halbuki rəvayətin özündə belə Əliyə qarşı - radiyallahu anhu - eyb sayılabiləcək heç bir şey yoxdur.

Buxari kitablarında Əlinin (a) xilafəti dövrünü "fitnə dövrü" kimi qiymətləndirəndən sonra, Muaviyəni, Yezidi haqq xəlifə sayandan sonra sən bizə onun Əhli-Beytə (a) olan sevigisini sübüt etmək istəyirsən?


Allah yalançıya lənət etsin! De "ƏMİN!"



#13773 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 28 июля 2009 - 15:35 в Şiə-sünni dialoqu

Yaz...yazdıqlarının iki qəpiklik şeylər olduğunu göstərmək də bizim boynumuza..necəki Fatimənin - radiyallahu anhə - qadınların seyyidi olması haqqında əl-Buxariyə atdığın böhtanı göstərdiyim kimi...

əl-Humeydinin rəvayətinə gəldikdə isə yuxarıda bu barədə gələn bütün rəvayətlər göstərilib, oxuyan rəvayətləri müqayisə etsin və ixtilafın əl-Humeydi ilə Buxari arasında deyil, İbn Uyeynə ilə tələbələri arasındadır...
Sən isə yaz...mən daha əvvəldən demişəm ki, sənin bomba bir üslubun var...mövzuya dəxli olan və ya olmayan hər nə şey varsa yazıb doldurursan, sanki torbada pişik vardır... yaz tök...



#12245 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 16 июля 2009 - 15:28 в Şiə-sünni dialoqu

Sənin bu cavabın digər cavablar kimi şaltay-baltaydır...səbəbini isə sənə göstərirəm.

Sənin birinci cavabına cavab:
Əhli-sünnət alimlərindən kim Əlinin xəlifəliyini inkar edib? Sənin yazdığından elə başa düşülür ki, İmam Əhməddən əvvəl əhli-sünnət Həzrəti Əlininin xəlifəliyini inkar edibmiş. Bu isə böhtan və yalandan başqa bir şey deyildir. Əgər sözündə doğrusansa, haydı iddianı gəl isbat elə, göstər mənə ki, əhli-sünnət alimləri İmam Əhməddən əvvəl Əlinin xəlifəliyini qəbul etməyiblər.

Sənin ikinci cavabına cavab:
Biz səhabələrin bir-birinə qarşı ixtilafına sənin kimi baxmırıq, biz inanırıq ki, iki nəfər bir-biri ilə vuruşsalar da, bir-birilərinə qarşı ədavət göstərsələr də, onların hər ikisini də özlərinə görə sevmək olar. Üstəlik son yekun budur ki, Müaviyyə ilə Əli arasında razılıq əldə olunmuşdur...aralarında baş vermiş işləri şişirtməklə heç bir şey qazanılmaz. Biz insanlara qarşı münasibətimizi Allahın tövhid dininə əsasən qururuq...bu bizimlə sizin aranızdakı fərqdir. Siz əhli-beyt işini tövhiddən də irəli keçirmisiz!

Qaldı ki, əl-Buxarinin nəyisə rəvayət etməsinə görə ona ləkə yaxmağına, bu sənin qəlbindən xəbər verir...mən sənə kitaba link verdim və sənə dedim ki, əl-Buxarinin həmin tarix kitabında, Həzrəti Əlinin xəlifəliyi üçün ayrıca bir bab açılıb və oradakı rəvayətlərdə Əlinin xəlifəliyi təsdiqlənir.

Bir də Həzrəti Əlidən gətirdiyin o sözlərin səhihliyini isbat elə görək doğurdan da o sözləri Əli deyib yoxsa yox!




Рейтинг@Mail.ru