Перейти к содержимому


Публикации azer

10 публикаций создано azer (учитываются публикации только с 05-мая 23)


#84023 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: azer 17 ноября 2011 - 21:52 в Şiə-sünni dialoqu




#83811 Hacı Elxana atılan bohtan ve cavabı

Отправлено автор: azer 13 ноября 2011 - 20:39 в Şiə-sünni dialoqu




#83091 Ələsgərlə Qamətin pul boğuşması

Отправлено автор: azer 28 октября 2011 - 00:13 в Şiə-sünni dialoqu

Assalamu aleykum.Evi şüşədən olan başqasına daş atmaz...
http://www.youtube.com/watch?v=UEpf_vRLQWc
http://www.youtube.com/watch?v=5FzOSQeJ1s4



#75380 Səqəleyn hədisinin şərhi

Отправлено автор: azer 11 июня 2011 - 23:35 в Şiə-sünni dialoqu

Assalamu aleykum.İnşAllah faydalı olar.

Əbu Zeyd və Vaqifin bəhsi


http://www.archive.o...ls/AbuZeydVaqif




#75239 Səfəvilər dövründə sünni-şiə məsələsi

Отправлено автор: azer 08 июня 2011 - 20:03 в Şiə-sünni dialoqu

İnşAllah faydalı olar

Vatikanın gizli arxivində Azərbaycan haqda nə sənədlər var?




Mayın ortalarında ölkə mediası maraqlı bir xəbər yaydı. Vatikan Məxfi Arxivlərində Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. AzadlıqRadiosunun «İz» proqramı bu xəbərin ardınca düşərək həmin sənədlərin ölkə tarixi və mədəniyyəti üçün önəmini açıqlamağa çalışıb. AMEA Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli «İz»in suallarına cavab verir.

- Fərid bəy, Vatikan Məxfi Arxivindən tapılan sənədlər çox böyük maraq doğurdu. Bunu gözləyirdinizmi?

- Sözün düzü, yox. Amma iş orasındadır ki, əldə olunan nəticələr bizim özümüz üçün də gözlənilməz oldu. Reaksiya da təbii idi. Biz özümüz orada Azərbaycana aid materiallar tapacağımızı gözləmirdik. Xoşbəxtlikdən, biz həmin materialları tapdıq və bu, sensasion bir xəbər oldu...

- Elə isə, keçək əsas məsələyə. Vatikana nə məqsədlə getmişdiniz? Sənədlərin varlığından xəbərdardınızmı? Yoxsa hər şey təsadüfi oldu?

- Təsadüfi deyildi. Vatikanla Azərbaycan arasında xüsusi razılıq əldə edilib. Həmin razılığa əsasən Azərbaycan alimləri Vatikanın məxfi arxivlərində işləyə bilər. Bu imkan birinci dəfədir ki, bizim əlimizə düşüb. Ona qədər heç bir alimimiz Vatikanın Məxfi Arxivlərində çalışmayıb.

IX ƏSRDƏN BU YANA SƏNƏDLƏR VAR


- Vatikanın Məxfi Arxivləri deyəndə, nə başa düşülür?

- Müqəddəs Roma Kilsəsinin- katolik kilsəsinin fəaliyyəti dövründə toplanan müxtəlif sənədlərdir. Orada on minlərlə fərmanlar, məktublar, cürbəcür sənədlər var. IX əsrdən bu yana, ta bugünümüzədək yığılan arxivdir. Amma orada VIII əsrə aid də bir neçə sənəd var. Müqəddəs Katolik Kilsəsi vaxtilə çox böyük nüfuza malik olub. Elə indi də, onun nüfuzu genişdir. Müsəlman dünyasında ərəb xəlifələri xilafəti idarə edən kimi, orta əsrlərdə də Avropanı Roma Papaları idarə edirdi. Onlar təkcə dinlə yox, siyasətlə də məşğul olurdular. Avropanın Şərq ölkələri ilə olan ilişgilərində elə bir məsələ yox idi ki, Vatikan kilsəsi buna müdaxilə etməsin. Ona görə də, bu sənədlər toplanırdı. Burada diplomatik yazışmalar da var. Orta əsrlərdən, X1 əsrdən başlayaraq Azərbaycan hökmdarları- Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, İlxanilər, Səfəvilər, Əfşarlar və Qacarların Roma Papası ilə intensiv əlaqələri, yazışmaları olub. Demək olar ki, hər həftə bir-birinə məktub yazırdılar.

PAPADAN MƏKTUB VAR...


- Nə danışırsınız? Yəni doğrudan hər həftə yazışırlarmış?

- Hər həftə, hər həftə! Həftə olmayanda da, iki həftədən bir yüz faiz! (Gülüşmə) Məktubların hamısı qorunub. Onların arasında müttəfiqlik olub. Bir tərəfdən Venesiya Respublikası, o biri tərəfdən Papa, o biri tərəfdən də Azərbaycan Səfəviləri, xüsusən də Osmanlı dövrlərindəki müharibələr zamanı. Bu məktubların böyük çoxluğu bizim alimlərə bəlli olmayıb. Pərakəndə məktublar- Avropa alimləri tərəfindən öyrənilib nəşr edilənlərdən bizimkilər istifadə ediblər, amma böyük əksəriyyətindən- tərcümə olunmayan və nəşr edilməyəndən xəbərsiz olublar. Çünki ora birbaşa çıxa bilməyiblər, işləyə bilməyiblər.

ALBAN KİLSƏSİ TAM MÜSTƏQİLMİŞ!


- Bəs arxivdə başqa kilsələrin sənədləri yoxdur?

- Vatikan Arxivində başqa kilsələrin də məxfi sənədləri var. Bilirik ki, Azərbaycan ərazisində İslamdan əvvəl Alban dövləti olub, Alban kilsəsi fəaliyyət göstərib. İndi ermənilər deyirlər ki, alban kilsəsi ermənilərin təsiri altında olub, albanlar ümumiyyətlə olmayıblar. Sadəcə, albanlar ermənilərin içində bir qrup olub. Amma bu sənədlərdən məlum olur ki, alban kilsəsi tam müstəqilmiş! Özü də qriqorianlardan fərqli olaraq, ortodoks kilsəsi olub. Ərəblər Alban kilsəsini VII əsrdə yox etdilər, onu ermənilərə tabe etdirdilər, çünki ermənilərə daha çox etibar edirdilər. XIX əsrin ortalarına qədər bu kilsənin qalıqları yaşadı, sonra ruslar onu ləğv etdilər və tamamilə Eçmiadzinə bağladılar.

ORTA ƏSRDƏ BAZARDA QİYMƏTLƏR NECƏ OLUB?



- Yayılan xəbərdə Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlı sənədlərin olduğu deyilir. Həmin fəaliyyət və təbliğat nədən ibarət olub?


- Elədir. Arxivdə IX əsrdən bu yana Azərbaycanda olan missionerlərin hesabatları var. Onların çoxusu Azərbaycana kəşfiyyat məqsədi ilə göndərilib. Ona görə də, Azərbaycanda nə var-nə yox—hansı abidələr var, şəhərlərin əhalisi nə qədərdir, harada hansı etnik qruplar yaşayır, təsərrüfatı necədir, yollar haradan keçir, bazarda qiymətlər necədir, hökmdarların titulları nədir, hansı ərazilər kimə tabedir və s. bütün təfərrüatı ilə təsvir edilib. Məsələn, Şamaxıda vaxtilə olmuş və sonralar dağıdılmış xanəgahlar barədə də məlumatlar əldə edirik. Yazırlar ki, biz xanəgahın içinə girdik, orada pilləkən vardı, pilləkəndə 43 pillə vardı, hər pillənin uzunluğu bu qədərdi, pəncərənin üstündə bir şəbəkə vardı, divarda filan yazı vardı, tavanın uzunluğu bu qədərdi, oradan çay axır, çayın uzunluğu bu qədər, dərinliyi bu qədər...(Gülüşmə) Avropalılara xas dəqiqliklə yanaşı, onlar təlimatla işləyirdilər. O təlimat əsasında Vatikan Kilsəsi fəaliyyət planını dəqiqləşdirirdi. Amma indi biz o yazılanlar əsasında Azərbaycan haqqında qiymətli məlumatlar öyrənirik. Bu təsvirlər heç bir mənbədə yoxdur! Çünki adi tarixçilər və coğrafiyaşünaslar ölkəni belə dəqiqliklə təsvir etmirdilər. Missionerlər isə peşəkarcasına- kəşfiyyatçı kimi hər şeyi qeydə alırdılar. O hesabatlarda hansı ərazidə hansı etniklərin yaşadığı da göstərilib. Məsələn, ermənilər həmişə yazırlar ki, biz orta əsrlərdə Şamaxı ətrafında yaşamışıq. Amma orta əsr salnaməçiləri əksini yazırlar. Yazırlar ki, orada yaşayan xristian əhali erməni deyil, qriqorian dinini qəbul etmiş farslardır. Öz aralarında da fars dilində danışırlar. Doğrudan da orada farsdilli əhali hələ də var. Orta əsrlərdə üç qrupa bölünürdülər. Bir hissəsi islamı qəbul edib- onlara müsəlman tatlar deyirlər. Bir hissəsi yəhudi dininə keçib- onlara dağ yəhudiləri deyirlər. Bir hissəsi isə xristian dinini- qriqorianı qəbul edib- onlara da erməni deyirdilər. Əslində isə, onların erməni kökü olmayıb, irandilli qrup olub.

Fərid Ələkbərli

QOVLUQLAR ADAM BOYDADIR



- Fərid bəy, arxivdə işləmək asandırmı?

- Arxivdə sənədlər həddindən artıq çoxdur. Ancaq bir çətinlik var. Mərkəzi kataloq yoxdur. Düzdür, ayrı-ayrı mövzuları əhatə edən kataloqlar var. Onlar da orada olan sənədlərin təxminən 7 faizini əhatə edir. 93 faiz əhatə olunmayıb. Arxivlər məxfi olduğundan, keşişlər hamının istifadə edəcəyi rahat kataloq hazırlamaqda özləri də maraqlı deyiıldi. Öz sənədlərinin yerini isə əla bilirlər. Bir də, son 75 ildən bu yana yazılan sənədlər hələ də məxfidir. Orada elə böyük qovluqlar var ki, lap insan boydadır... Onu yerindən tərpətmək üçün 2-3 nəfərin köməyi gərəkdir. Onların içində hansı Papanın dövrün də hansı məktublar yazılıb, hara göndərilib- hamısı var, amma əlifba sırası ilə deyil. Bu toplular minlərcədir. Bir-bir o qovluqlarla işləməli oldum. Orada Azərbaycan hökmdarlarının 85 məktubunu aşkar etdim. İnşallah, o məktublar Azərbaycana göndəriləcək.

SƏFƏVİLƏR NİYƏ OSMANLILARA QARŞI VURUŞURDU?


- Məktublarda nə yazılırdı? Heç olmasa, birini bizə açıqlaya bilərsinizmi?

- Onların arasında strateji-siyasi danışıqlar gedirdi. Bu, tariximizi öyrənənlər üçün çox vacibdir. Onlar Osmanlı türklərinə qarşı müttəfiq olublar. Osmanlı dövlətindən çox böyük qorxu var idi. Roma Papaları Şərqdən kömək gözləyirdi. Orada möhtəşəm qüvvələr var idi. Monqol imperiyası güclü idi. Elə Səfəvilər dövləti də, Ağqoyunlular və Qaraqoyunlular da. Onlardan istifadə etməyə çalışırdılar. Planlar cızırdılar. İndi çoxları Azərbaycan hökmdarları ilə Osmanlıları qınayır. Niyə bir-biri ilə vuruşublar- deyə... Və bu məqsədlə niyə dinayrı katoliklərlə ittifaqa giriblər- deyə. Amma o dövrdə milli anlayış indiki səviyyədə deyildi. Əsas sülalə götürülürdü. Deyirlər ki, niyə türklər-türklərə qarşı vuruşurdular? İş orasındadır ki, o dövrdə türklərdən başqa hakimiyyət yox idi... Osmanlı türklər idi, Səfəvilər həmçinin, Misirdə türk dinastiyası var idi, Orta Asiyada Şeybanilər də türklər idi. Başqa millət olmadığı üçün bir-biriylə vuruşurdular...

- Belə çıxır, oradakı arxivlər hamısı məxfidir?

- Yox. Orada Vatikan Apostol kitabxanası var, Məxfi Arxivdən fərqli olaraq, orada daha çox qədim kitablar- əlyazmalar saxlanılır. Orada Azərbaycan müəlliflərinin əlyazma kitablarını tapdım...

60 ƏLYAZMA- KİTAB TAPDIM


- Kim var, nə var?

- Nizami, Marağayi, Füzuli, Nəsimi, Dədə Qorqud... Orta əsr müəlliflərinin 60 əsərini tapdım! Onların doqquzu Azərbaycanda heç məlum deyil. Adları hansı millətə mənsubluğunu deyir. Məsələn, Şirvanilərdir, Zəncanilərdir, Ərdəbililərdir, İrəvanilərdir, Naxçıvanilərdir. İndi onların surətləri ölkəyə gətiriləndən sonra üzərində araşdırmalar aparılacaq. Və bizim mədəniyyət və elm tariximizə yeni adlar yazılmağa başlayacaq. Bu da, çox mühümdür. Çünki millətin tarixi təkcə siyasi tarixdən ibarət deyil. Ona başucalığı gətirən həm də, mədəniyyət tarixidir, elm tarixidir.

Vatikan


- Fərid bəy, Vatikana tək getmişdiniz?

- Bəli. Bu, ilk «kəşfiyyat» oldu. Bir ay ərzində harda, necə işləmək lazım olduğunu dəqiqləşdirdim. Sizə deyim ki, orada illərlə işləmək lazım gələcək. Təkcə Apostol kitabxanasında 1 milyondan çox əsər var. IV-V əsrlərdən başlanıb toplanmağa. Əvvəllər Romada-Sent-Ancelo qəsrində saxlanılırdı. Sonra onu Vatikanın içinə- XVI əsrdə tikilmiş binaya yerləşdirdilər. Bir tərəfdə Məxfi Arxivlər, o biri tərəfdə isə kitabxanadır.

VATİKANDA NƏ VAR-NƏ YOX?


- Lütfən, Vatikan Məxfi Arxivi barədə bir az geniş bilgi verin bizə. Qoy dinləyicilərimiz də eşitsin. Nə boydadır bu Arxiv, nə həcmdədir?

- Apostol kitabxanası Məxfi Arxivlərdən böyükdür. Amma Məxfi Arxivlər də kiçik deyil... Orada olan rəfləri bir-birinin yanına düzsək, 85 km məsafə alınar (Gülüşmə). Özləri ölçüb hesablayıblar...Vatikan müstəqil dövlətdir. Orada işləmək üçün xüsusi razılıq lazımdır. Bu razılıq əvvəlcədən alınmışdı. Yoxsa, işləmək bir yana, Vatikanın ərazisinə girmək çox çətindir. İtalyanların özlərini də ora buraxmırlar. Dünyada bir milyard yarım katolik var, hamısı da Papanı görmək istəyir. Ora da balaca bir yerdir, 1200 nəfər işləyir. Ancaq hər şey çox yüksək səviyyədə təşkil olunub. İşləmək üçün kompüterlər var. Arxivlər də tam məxfi deyillər. XIX əsrin ortalarında Papalar arxivləri Avropa alimlərinə açdılar. Amma məhdudiyyət vardı. Hər adamı buraxmırdılar. Orada işləyən alimlər, tapdıqları sənəd barədə yaza bilirdilər. İndi görürsünüz ki, başqa ölkələrə də bu imkan yaradılır. Dediyim kimi, orada oturub illərlə işləmək lazımdır. Əlyazma kitabı oxumaq isə çox çətindir. Dili də orta əsr dilidir...

FƏRİD BƏY NEÇƏ DİL BİLİR?



- Mütəxəssisləriniz varmı?

- Var. Mən özüm farsı, ərəbi, türkü bilirəm. Bu mütəxəssislər Universitein Şərqşünaslıq fakültəsində hazırlanır. Amma elə dillər var ki, o sahə üzrə Azərbaycanda mütəxəssis yoxdur. Məsələn, mən müəyyən qədər latın dilini bilirəm. Oxuyub tərcümə edirəm. İtalyan dilini də bilirəm. Amma Arxivdə elə sənədlər var ki, məsələn, qədim fransız dilindədir. Nə qədər axtarıblar, Azərbaycanda qədim fransız dilini bilən adam tapmayıblar. Çünki o dili bilən burada neyləyəcəkdi ki? Axı, o yöndə tədqiqatlar aparılmır. Sonra, ölü dillər var—məsələn, Akkat dilində sənədlər var- perqamentdə və s. Azərbaycan haqqında məlumatlar var. Qədim yunan yazılarında həmçinin ölkəmiz barədə bilgilər yer alıb. Bizdə isə qədim yunan dilində mütəxəssis hazırlanmır. İndi plan var ki, bu dillər üzrə xaricdə mütəxəssis hazırlansın. Bəzən elmi mübahisələr düşür, məsələn, qonşularımız ərazilərimizə göz dikiblər və sübut etməyə çalışırlar ki, ora bizim torpaqlar olub. Halbuki qədim yunan və ondan da əvvəl qədim Akkat, Assur və başqa mənbələrdə buralarda kimlərin yaşaması barədə kifayət qədər məlumat verilir. Sadəcə, onu oxuyan mütəxəssislər lazımdır. Və mən inanıram ki, gələcəkdə onları hazırlayacaqlar. Çünki strateji cəhətdən millətin öz mütəxəssislərinin olması gərəkdir.

- Vatikana növbəti səfər nə vaxt baş tutacaq?

- Onu deyə bilmərəm. Bəzi məsələlər həll olunmalıdır. Orada illərlə işləmək lazımdır.

- Yolunuz açıq olsun!

Vatikanın gizli arxivində Azərbaycan haqda nə sənədlər var?



#69776 Vəhabilər bu hədislər haqda nə deyir ?

Отправлено автор: azer 17 февраля 2011 - 22:38 в Şiə-sünni dialoqu

NƏCD" HƏDİSİNİN ŞƏRHİ!



Abdullah ibn Ömərdən rəvayət edirlər ki, bir gün Peyğəmbər, səllallahu aleyhi va səlləm, buyurdu: "Allahım, bizə Şamda bərəkət ver! Allahım, bizə Yəməndə bərəkət ver!" Səhabələr soruşdular: "Ya Rəsulallah! Bəs bizim Nəcd?" Peyğəmbər yenə həmin sözləri təkrar etdi. Səhabələr bir də soruşdular: "Bəs Nəcd?" Peyğəmbər üçüncü dəfə belə buyurdu: "Ora zəlzələ və fitnələr vətənidir. Şeytanın buynuzu oradan görünəcək!"
Hədis Buxarinin "Səhih"indədir.
Bu hədisi əqidələrini əhli-sünnətə düşmənçilik üzərində quranlar çox sitat gətirərlər və onlardan çox təəssübkeş tayfa görməmişəm. Çünki, hədisi araşdıranlardan heç kəs belə bir söz söyləmədiyi halda, bu cahillər hədisdə "Nəcd" kəliməsini görərək sevinərlər və elə zənn edərlər ki, hədisdə nəzərdə tutulan fəzilət sahibi şeyx Muhamməd ibn Abdulvahhab ibn Suleyman ət-Təmimi ən-Nəcdi'dir. Bəli, bu şeyx Ərəb yarımadasında yerləşən Uyeynədə doğulmuşdur və bu bölgə Nəcd adı ilə tanınır. Lakin, sual verək! Məgər Şeyx ət-Təmimidən əvvəl yaşayan mühəddislər hədisdəki "Nəcd" kəliməsini necə anlayıblar.
Elə başlayaq hədisi rəvayət edən böyük mühəddis İmam əl-Buxaridən, rahmətullahi aleyh. İmam Buxari bu hədisi gətirdiyi babın adını belə qeyd edir: "Fitnələr Şərqdə başlayacaq." Ərəbləri tanıyan çox gözəl anlayır ki, yarımadadakı müsəlmanlar üçün Şərq deyildikdə İraq nəzərdə tutulur. O zaman sual verə bilərlər, bəs hansı əsasla İmam Buxari hədisi bu babda zikr edir? Bunu da inşaallah izah etmək üçün ümumiyyətlə bu mövzu barədə bizlərə gəlmiş səhih hədislərə nəzər yetirmək lazımdır. Elə məhz eyni babda məzkur hədisdən əvvəlki iki hədisə baxaq. Bunlardan ilk hədis Səlimin atasından (ibn Ömərdən) rəvayət olunur: Rasulullah, səllallahu aleyhi va səlləm, minbərin arxasında duraraq ("Şərqə tərəf işarə edərək"- eyni ləfzli hədislərdə bu əlavə mövcuddur) söylədi: "Fitnə ordadır! Fitnə ordadır! Oradan Şeytanın buynuzu çıxacaq! Və yaxud "Günəşin buynuzu çıxacaq" söylədi"
İkinci hədis isə belədir. İbn Ömər rəvayət edərək bildirir: "Mən Allahın elçisini, səllallahu aleyhi va səlləm, şərqə tərəf yönələrək belə dediyini eşitdim: "Həqiqətən fitnə ordadır, Şeytanın buynuzu ordan çıxacaq."
Eyni mənalı hədislər Səhih Muslimdə də mövcuddur, Səhih Muslim Kitəbul-Fitəndə bu hədisləri qeyd edir. Bu hədislər üçün bax: Səhih Muslim, 4-cü cild, hədis n: 6938 və ondan sonra gələn hədislər. Muslimin "Kitəbul-İmən" babında rəvayət etdiyi digər hədislərdə isə əsasən Yəmənlilərin fəzilətinə işarə vardır. Lakin eyni zamanda bunun əksi olaraq küfrün Şərqdən gələcəyi qeyd olunur. Bax:, 1-ci cild, hədis: 83 və sonrakı hədislər…

Məhz Nəcd kəliməsi ilə zikr olunan hədisin şərhini verən alimlər qəsd olunanın İraq olduğunu söylədilər və bu alimlər içində Əl-Xattabi, Əl-Kirməni, Əl-Ayni, Ən-Nəvəvi və İbn Hacər kimi hədis alimləri vardır.
İbn Hacər əl-Asqalani hədisin şərhində Əl-Xattabinin "qarn" (buynuz) haqqındakı sözlərini zikr etdikdən sonra qeyd edir: "və qeyriləri Şərqin əhalisinin o zaman kafir olduğunu söyləyirlər və peyğəmbər, səllallahu aleyhi və səlləm, fitnə fəsadın o istiqamətdən qalxacağını xəbər verir və belə də oldu! İlk fitnə fəsad məhz Şərq tərəfdən gəldi və bu müsəlmanların sıralarının parçalanmasına səbəb oldu və İblis bunu sevir və bundan həzz alır. Eləcədə bidətlər də o istiqamətdən gəlmişdir." ("Fəth əl-Bari", 13/58, Nəcd hədisinin şərhi)
İlk fitnələr də məhz İraqda baş verdi və bu ilk fitnələr içində Hz. Alinin və peyğəmbərin, səllallahu aleyhi va səlləm, gül nəvəsi Hüseynin, ridvanullahi aleyhim, qətlini qeyd etmək olar və müsəlmanlar arasında ilk döyüş də orda baş vermişdir, digər hadisələri də burda zikr etmək olar.
İmam Nəvəvi eləcədə Şərqdən çıxacaq ən böyük fitnənin Dəccal olacağını söyləyir. ("Şərh Sahih Muslim", 2/29)
Şərqdən gələn ən batil bidətlər içində isə Qadariyyə, Cəhmiyyə kimi zəlalət əqidələri və firqələri və onlardan ayrılan digər qolları da qeyd etmək olar və fitnələr bununla belə bitməz…

Hədisi bir qədər yaxından təhlil edək və şahid olaq ki, burda qeyd olunan Nəcd heç də bizim indi tanıdığımız Nəcd deyildir. Ərəblər öz dillərində "nəcd" kəliməsini istifadə edərkən, bunu yüksək ərazilərə aid edirlər, yəni ərəblərə görə yüksək yerlər nəcd adlanır və peyğəmbərimizin dövründə nəcd adı ilə tanınan 13 bölgə var idi. (bax: "Nəcd Qarnuş-Şeytan") O dövr üçün daha çox nəcd kəliməsi İraqa aid edilirdi.
İbn Hacər deyir: "Əl-Xattabi deyir: "nəcd şərq tərəfdədir və Mədinədə yaşayan biri üçün nəcd İraq səhrası və onun bölgələridir (bədiyə əl-İraq va navahihə), çünki bura Mədinə əhlinin şərqidir. Nəcd kəliməsinin lüğəti mənası "əl-ğavr" kəliməsinin ziddi olaraq yüksələn torpaq anlamındadır, çünki "əl-ğavr" isə ondan aşağıda yerləşən yerə deyilir. Tihəməh (Ərəb yarımadasının cənub-qərbi və cənub sahillərindəki düzənliklər) tamamilə "əl-ğavr"dır və Məkkə Tihəməhdə yerləşir."
İbn Hacər daha sonra öz sözləri ilə davam edir: "…bununla (Əl-Xattabinin sözləri ilə) Əd-Davudinin "Nəcd İraq istiqamətindədir" (min nəhiyə əl-İraq) sözlərindəki zəiflik anlaşılır, çünki o, (Əd-Davudi) Nəcdi xüsusi bir yer olaraq qəbul edir. Lakin belə deyildir, əksinə bir yerə nisbətdə yüksək olan yerlər "nəcd" və aşağı yerlər isə "ğavr" adlanır." ("Fəth əl-Bari", 13/58-59)
Gördüyümüz kimi Əd-Davudi "Nəcd"in İraq olduğunu söylədiyi halda, İmam İbn Hacər bunu yalnız İraqla məhdudlaşdırmır və bunu lüğəvi anlamına əsasən qəbul etməyi doğru sayır.
Yaxınlarda dünyasını dəyişən digər hədis alimi və fəzilətli şeyx Abdurrahmən Mubarəkfuri "Sünən ət-Tirmizi" əsərinə yazdığı şərhində (10/314, hədis: 4212) bu sözlərə üstünlük verir.
Bu söylədiklərimizi dəstəkləyən digər bir rəvayət "Səhih Muslim"də (4/1505, hədis: 6943) mövcuddur. Səlim ibn Abdullah ibn Ömər İraq əhlinə dediyi sözlərində belə buyurur: "Ey İraq əhli! Necə də qəribdir ki, siz böyük günahları etdiyiniz halda (Hz. Hüseynin qətlinə işarə edir) kiçik günahlar barədə soruşursunuz! Mən atamdan peyğəmbərin, səllallahu aleyhi va səlləm, barmağı ilə Şərqə işarə edərək belə dediyini eşitdim: "Həqiqətən fəsad bu tərəfdən gələcək, ordan Şeytanın buynuzları görsənəcək və siz bir-birinizin boynunu vuracaqsınız…"
Maraqlı tərəf odur ki, bu sözlər söyləyən məhz "Nəcd" hədisini rəvayət edən səhabə Abdullah İbn Ömərin oğludur!

Sonuncu olaraq isə hədisdə Nəcd kəliməsinin İraqa aid olmasını qətiyyətlə sübut edərək heç kəsdə bu barədə şübhə qoymayan dəlili qeyd etməklə kifayətlənmək istəyirik.
Əbu Nuaym "əl-Hilyə" əsərində (6/133) İbn Ömərdən eyni hədisi rəvayət edir və hədis bu ləfzlədir:
"Allahım, bizim Mədinəyə bərəkət ver və bizim Məkkəyə bərəkət ver və bizim Şama bərəkət ver və bizim Yəmənə bərəkət ver və bizim ölçülərimizə (fi saainə va muddinə) bərəkət ver!" Bir nəfər soruşdu: "Ya Rəsulallah! Bəs bizim İraq?" Peyğəmbər ondan üz çevirərək söylədi: "Orada zəlzələ, fitnə-fəsad olacaq, Şeytanın buynuzu oradan görünəcək!"
Bu hədisi Şeyx Şuayb əl-Arnavut "Şərh əs-Sunnəh" əsərinin qeydlərində (14/206-207, 2-ci qeyd) zikr edir və səhih olduğunu söyləyir və eləcədə Əl-Xattabinin yuxarıda nəql olunmuş sözlərinə üstünlük verir.
Ət-Tabərani "əl-Əvsat"da İbn Ömərdən eyni mövzuda hədisi rəvayət edir: "Peyğəmbər, səllallahu aleyhi va səlləm, fəcr namazından sonra insanlara üzünü tutaraq söylədi: "Allahım! Bizim Mədinəyə bərəkət ver! Allahım! Bizim ölçülərimizə bərəkət ver! Allahım! Bizim Şama və Yəmənə bərəkət ver!" Bir nəfər söylədi: "Bəs İraq, ya Rasulullah!" O cavab verdi: "Ordan Şeytanın buynuzları qalxacaq və fitnə-fəsad yüksələn dalğalar kimi gələcək."
İbn Hacər əl-Heytəmi "əl-Mucmə əz-Zəvaid" əsərində (3/305, "Mədinə üçün edilmiş duaların toplusu" babında) bu hədisi qeyd edir və deyir: "raviləri siqa və dəqiqdir."
İmam ət-Tabərani bu səfər "əl-Kəbir"də İbn Abbasdan gələn rəvayəti qeyd etmişdir: Peyğəmbərimiz, səllallahu aleyhi va səlləm, dua edərək söylədi: "Allahım! Bizim Şama və Yəmənə bərəkət ver!" Onların içindən bir nəfər söylədi: "Ya Rasulullah! Bəs İraq?" O, dedi:"Həqiqətən, Şeytanın buynuzu ordadır və fitnə-fəsad yüksələn dalğalar kimi ordan gələcək və həqiqətən sərtlik və kobudluq şərqdədir."
Yenə Əl-Heytəmi eyni yerdə hədisin ravilərinin siqa və dəqiq olduğunu söyləyir.
Bu hədisdə isə daha əlavə olaraq bir dəlilin şahidi oluruq və gördüyümüz kimi, şərq deyildikdə İraq nəzərdə tutulur. Bununla da, sübut olunmuşdur ki, həm hədislərdə gələn Şərq kəliməsi, həmd də "Nəcd" kəliməsi İraqa münasibətdə söylənilmişdir.
Haqq gəldikdə batil yoxa çıxar və zəlalət əhli ya hidayət olunar, ya da zəlalətlərində qərq olarlar. Şeyx Muhamməd ibn Abdulvahhaba qarşı düşmənçilik üzərində əqidə quranlar, heç şübhəsiz ki, bu zəlalətdən özlərinə bir pay götürüblər.

Lakin, İndiki Ərəb yarımadasında yerləşən Nəcd haqqında isə yalnız yaxşı sözlər söyləmək olar, çünki bu bölgənin əhalisinin çoxunu Bəni Təmim qəbiləsi təşkil edir.
Səhih Buxaridə Əbu Hureyrənin belə dediyi rəvayət olunur: "Mən, peyğəmbərdən, səllallahu aleyhi va səlləm, bu sözləri eşitdikdən sonra, Bəni Təmim qəbiləsini sevdim: O, dedi: "bu insanlar Dəccala qarşı möhkəm duracaqlar!" Həmin qəbilədən sədəqə gəldikdə rasulullah, səllallahu aleyhi va səlləm, buyurdu: "Bu bizim əhlin sədəqəsidir." Aişənin həmin qəbilədən bir qul qızı var idi və peyğəmbər,səllallahu aleyhi va səlləm, onun barəsində söylədi: "onu azad et, çünki o İsmayılın, aleyhis sələm, nəslindədir!" (bu hədis "Fəthul-Bari"də 2543 və 4366 rəqəmləri ilədir.)
İbn Hacər əl-Asqalani deyir: "bu hədis Bəni Təmimin açıq-aydın fəzilətinə və üstünlüyünə dəlildir." ("Fəth əl-Bari", 5/217)
Eləcədə İkrimənin səhabələrdən rəvayət etdiyi hədis İmam Əhmədin "Müsnəd" əsərində mövcuddur: "Bəni Təmim qəbiləsi haqqında yaxşı sözdən başqa bir şey söyləməyin, çünki onlar, həqiqətən də, Dəccala hücum edənlər içində ən şiddətlisidirlər." İmam Əl-Heytəmi deyir: "bunun raviləri Səhihin raviləridir." ("Mucmə əz-Zəvaid", 10/48)
Nəcd əhlinin fəziləti və üstünlükləri haqqında zirk etdiyimiz bu rəvayətlər isə hədisdə keçən "nəcd" kəliməsinin indiki "Nəcd" adı ilə tanınan torpağa aid olmadığına dəlalət edir!
Zəlalət əhli öz qərəzliliyi ilə ən batil üsullara əl atmağı sevərlər!
Allaha həmd edir və Ondan günahlarımız və etdiyimiz xətalarımız üçün məğfirət diləyirik!



#69269 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: azer 27 января 2011 - 02:52 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=sxF_d6HHCe4&feature=related


Əziyyətindən dayı kecib ,bunuda düz qoş eləyin.

esalamu aleykum ve rahmatullah ve barakatu!seyx alla sizden razi olsun,Allah teala sizi fitneden ve fitne ehlinden qorusun!hormetli seyximiz sizi allah rzasi ucun cox sevirik,elxan qardasimizida sevirik.intasi sizin aranizda olan soyuqluqa cox uzulurem.bilirem bu menim isim deyil bu sexsi meseledi.amma sizi ciyin ciyine devet etmeyinizi gorsek cox sevinerdik!haqqivizi halal edin.
salam alekum ve rahmatullah

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu söhbəti dəvətin düşmənləri şişirdiblər, amma artıq hər şey arxada qalıb, biz görüşürük.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#69072 Ərəb şeyxinin əliaçıqlığı

Отправлено автор: azer 20 января 2011 - 04:39 в Şiə-sünni dialoqu

Məncə başlıq çox uğursuz seçilib.Birincisi bu zinakarların ərəb olması vurğulanir.Peyğəmbərimizdə sallallahu aleyhi və səlləmdə ərəb idi.İkincisi "seyx" ifadəsinində mənası ərəbcədə nə olduğu yəqinki hamımıza məlumdur.Üçüncüsüdə mən heç bu videoları açmadimda (fondakılar bəs etdi).Məgər şiələrə gğrə bu tip videolara baxmaq zina deyil? Hətt qinaq məqsədi ilə olsa belə.



#69053 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: azer 19 января 2011 - 22:41 в Şiə-sünni dialoqu

Assalamu aleykum.Məncə iki tərəfində mövqeyini işıqlandiranda məsələ daha aydın olur.



#69051 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: azer 19 января 2011 - 22:36 в Şiə-sünni dialoqu

Bu səfər "Bismillah"sız başlayacam,çünki ardından "Qamət pictures entertainment" gəlir... :flowers1:

Qamət pictures entertainment pristavlyaet


P.S altdakı yazıları da oxuyun!!!(al-fath,offtop kimi qeyt etmə.Elə bu da şeyxə verilən sualın cavabıdır)


http://www.youtube.com/watch?v=0748v4VC9wc



http://www.youtube.com/watch?v=JESLaofJAc4&feature=player_embedded




Рейтинг@Mail.ru