Перейти к содержимому


Публикации N_ن_N

78 публикаций создано N_ن_N (учитываются публикации только с 28-Ноябрь 19)



#103244 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 Июнь 2016 - 12:44 в Ümumislam mövzular

qardaşlar, bir mövzunuda sizlərdən öyrənmək istərdim. hədis elmində جمع قران metodu var. bu metod haqqında ətraflı məlumat verməyinizi sizlərdən istərdim. forumun hədislər bölməsində yeni mövzu açıb orada açıqlasazda olar.
təşəkkürlər.

 

"Cəmul-qərain vəş-şəvahid" üsulundan təkcə hədisdə istifadə edilmir. Daha geniş bir anlayışdır. Hansısa bir  iddianın və ya məzmunun doğruluğunun isbatı üçün kənar dəlillər, ipucları, "şahidlər" bir araya toplanaraq həmin iddianın və ya məzmumun doğru olub-olmadığına qərar verilir. 




#103243 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 Июнь 2016 - 12:41 в Ümumislam mövzular

 




#103242 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 Июнь 2016 - 12:40 в Ümumislam mövzular

salam. hər vaxtıvız xeyir.
misal üçün hansısa bir pis varlı insandan pul oğurluq edib və həmin pulu yoxsula vermək bildiyim gədər OLMAZ.

bəs xızırın özgə şəxsin gəmisini deşməsi dərəcədə düzgündür?

*hər iki şəxsin məqsədi yaxşılıq etməkdir.

 

Və əleykum əs-salam.

1. Oğurluq haramdır. Bəli, olmaz.

2. Hər şeyin mülkiyyəti Allaha məxsusdur. Allahın əmri, istəyi və rizası ilə görülən iş çəkdiyiniz misalla müqayisə edilə bilməz.

3. Sizin çəkdiyiniz misalda oğurluq edib pulu yoxsula vermək şəxsi qərardır, "ictihaddır". Həm də iş haram üzərində qurulur. Lakin, haqqında danışdığımız hadisələrdə isə qərarlar isə özbaşına qəbul edilmiş qərarlar deyildi.

 

"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb  çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)

 

Doğrusunu Allah bilir! 




#103231 Onların Yalanları

Отправлено автор: N_ن_N 15 Май 2016 - 21:49 в Şiə-sünni dialoqu

بسم الله الرحمن الرحيم

 

İnşaAllah bu mövzuda müxaliflərin yalanlarını ifşa edəcəyik. Hər kəs onlardan bildiyi, eşitdiyi, gördüyü yalanı, təhrifi burda paylaşsın inşaAllah. 

 

Beləliklə, onların uydurduqları yalanlardan birinə baxaq: 

 

Deməli, bu vəhhabilər bir sayt açıblar, üzdə İŞİD-i pisləyir, ölkə başçısını tərifləyirlər. Guya, bunlar aydan arı, sudan durudurlar. Onların bu yalanı bişmiş toyuğun da güləcəyi qəbildən yalandır. Nə isə bununla işim yoxdur. Onsuz da üzdə nə qədər yarınmağa çalışsalar da rəhbərlikdə də bilirlər bunların iç üzlərini. 

 

Məsələ burasındadır ki, bu vəhhabilər həmin saytda bir də "SUAL-CAVAB" bölməsi yaradıblar. Guya vəhhabi "elm tələbələri" orda insanları "maarifləndirirlər". Orda mart ayında verilən sual cavablardan birini sizə olduğu kimi təqdim edirəm: 

 

 

Sual: Qedir xum haqqinda ehli sunne alimlerinin ittifaq etdiyi sehih metn isteyirem

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qədr-Xum hadisəsi əhli-sünnənin ən mötəbər hədis kitablarından biri olan Səhih Muslimdə belə nəql edilmişdir:

«Qədr-Xum hədisi»

Zeyd ibn Ərqəm (Allah ondan razı olsun) deyir ki, Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: “Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun”. Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: (İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram”.
Husayn ibn Səburə Zeydə dedi: “Ey Zeyd, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər?”
Zeyd dedi: “Bəli, yoldaşları da əhli beytindəndir. Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır”.
O dedi: “Bəs onlar kimlərdir?”
Zeyd dedi: “Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir”.
O dedi: “Bunların hamısına sədəqə haram edilmişdir?”
Zeyd dedi: “Bəli”.

(Səhihi Müslim, Kitabu Fədailus Əshabə, 2408)

 

Göstərilən mənbəyə nəzər salsanız görərsiz ki, orda, yuxarıda yaşıl rənglə işarələdiyim hissə "Bəli, yoldaşları da əhli beytindəndir. VƏ LAKİN, Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır" şəklindədir. 

Özünüz yoxlaya bilərsiz: http://shamela.ws/br...-1727#page-7304

Əslində ssılka yerləşdirməsəm də bilən bilir ki, orda "və lakin" var. VƏ LAKİN, bu suala cavab verən vəhhabi "elm tələbəsi" rəvayətin mətnindən "VƏ LAKİN"-i çıxardıb.

 

İndi sual: Sizcə vəhhabi "elm tələbəsi" niyə görə belə edib?  :rolleyes: 




#103230 Sual-Cavab

Отправлено автор: N_ن_N 09 Май 2016 - 17:45 в Ümumislam mövzular

 


qardaşım, niyə allah bu şəxsin günah etməsinə manə olur, lakin bəzi başqa şəxslərin günah etməsinə manə olmur?
təşəkkürlər diqqətinə görə.

 

 

1. O, uşaq deyildi, gənc idi və kafir idi. Öldürülməsi ilə valideyninə qarşı edəcəyi zülmün qarşısı alınıb. 

2. Zatən həmin kafir gənc günahkarlığı ucbatından öldürülür və öldürülərkən də kafir olaraq ölür. Ayədən də açıq -aşkar görünür ki, məqsəd valideyninə qarşı edəcəyi zülmün qarşısını almaqdır. Bu, bir bəla idi ki, valideynlərdən dəf edilmişdi. Əlbəttə Allah bəlaların qarşısını alandır.

3. Allah insanı faili-muxtar qərar verir.  Yəni, insanın günah etməklə etməmək arasındakı seçimi öz əlindədir. 

 

Ən doğrusunu Allah bilir! 

 

Dəyməz qardaşım, buyur.




#103227 Şiələrə suallar (II hissə)

Отправлено автор: N_ن_N 09 Май 2016 - 15:27 в Şiə-sünni dialoqu

abdhalim, sən nəyi öyrənmək istəyirsən? Hədislərin sənədi barədə olan nəzəri, yoxsa məzmunu barədə olan nəzəri? 




#103226 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: N_ن_N 09 Май 2016 - 15:25 в Əqidə və fiqh

نون demek isteremki, allah bizə yaxın olduğundan, siz uzaqda olana üz tutub kömek isteyirsiz,

 

İnan ki, başa düşə bilmirəm sən nəyə  və niyə irad tutursan. Çünki, söhbət çoxdan olub deyə müəyyən məqamlar yadımdan çıxıb. Zəhmət olmasa qısaca xatırlat. Dua məsələsində kimi uzaq bilirik? Hansı uzaqda olana üz tutub kömək istəyirik? 




#103225 Sual-Cavab

Отправлено автор: N_ن_N 09 Май 2016 - 15:22 в Ümumislam mövzular

salam əleykum!
quranda olan bir əhvalat maraqlı gəldi. niyə allah xızır peyğəmbərə uşağın (və ya gəncin) hələm gələcəkdə edə biləcəyi günaha görə öldürmək əmri verdi?

 

 

و عليكم السلام و رحمة الله و بركاته

 

"Edə biləcəyi" yox, "edəcəyi dəqiq olan" günaha görə. Məhz buna görə də burda qəribə bir şey yoxdur.  




#103220 Sual-Cavab

Отправлено автор: N_ن_N 24 Апрель 2016 - 00:16 в Ümumislam mövzular

Mənim əziz qardaşım,

1. Əgər diqqət etsəniz "tədricən qadağan olunmuşdur" demir, "tədricən bəyan olunmuşdur" deyir. Yəni. hökm var, sadəcə həmin hökm tədricən bəyan olunur. Bu iki fikir arasında ciddi fərq var. 

2. Nisa surəsində qadınlar ilə əlaqəli hökmlər açıqlanır. Əgər Quranda hardasa "çəkidə aldatmamaq" əmr olunursa, o demək deyil ki, həmin əmrə qədər icazəli idi, lakin sonra qadağan olundu. 


 

Ən doğrusunu Allah bilir!




#103216 Sual-Cavab

Отправлено автор: N_ن_N 22 Апрель 2016 - 11:21 в Ümumislam mövzular

و عليكم السلام و رحمة الله و بركاته

 

Hər vaxtınız xeyir qardaşım. İçki əvvəldən haram idi.




#103214 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 10 Апрель 2016 - 20:17 в Hədislər

 

 

 

salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir!  bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi!  Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!

 

 

 

Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.  :rolleyes:

 

:D  :D  :D

 

 

Bəli qardaşım. Rəvayətin öz-özlüyündə səhih olmaması o deməkdir ki, müxaliflər tərəfindən nəql olunub. Bizim üçün müxaliflərin nə dediyinin öz-özlüyündə heç bir önəmi yoxdur. Biz Əlinin (ə) o ikisinə münasibətinin necə olduğunu Muslimdən yaxud digər muxalifdən öyrənməmişik. Bizə əhli-beyt (ə) ardıcıllarının vasitəsilə mütəvatir şəkildə gəlib çatıb Əlinin (ə) onlara münasibəti. Yəni, onlar qəbul etsələr də etməsələr də biz günəşin mövcud olduğunu qəbul edirik. Onlar bunu inar edirlər  deyə biz də bu həqiqəti inkar edə bilmərik. 




#103209 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 10 Март 2016 - 20:27 в Ümumislam mövzular

Allaha şükürlər olsun ki, İŞİD-vahhabi-terrorist tör-töküntüsü müqəddəs torpaqlardan təmizlənirlər, sonlarına az qalıb inşaAllah. Bundan öncə də yazmışdım indi də yazım. Təkrarın ziyanı yoxdur :rolleyes:

 

İndiki kimi yadımdadır. "İraq və Şamdakı İslam Düşmənləri" ( İŞİD ) İraqda müsəlmanları qıranda bu Anti-Rafa nikli vəhhabi forumda "Rafizilər üzərində qələbə" başlıqlı xüsusi bir mövzu açmışdı. İlk cümləsi də belə idi : 

"İraqda və Suriyada rafizi rejimi çökmək üzərədir."

 

Bütün şər cəbhəsi sevincək olmuşdu. Amma bu onlara nəsib olmadı. Mütləq qələbə yaxındadır Allahın izni ilə. 




#103208 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 10 Март 2016 - 20:22 в Ümumislam mövzular

Assalamun aleykum , mənim əziz şiə qardaşlarim

 

getmişdim Kərbəlaya ağam Əbəlfəzin ə.s , ağam Hüseynin ə.s  cağirişina - Ərbəin ziyarətinə , Samirraya da nəsib oldu bu dəfə gedə bildik , vəhabi zir zibilindən təmizləyiblər ,kecən Ərbəin qoymadilar bizi amma , Tikritlə arasi 10-15 km di və müharibə gedirdi. maşaAllah yüz minlərlə insan var idi Samirrada ziyarətdə həmin günü.ara da bir top atirdilar amma) Allah sizlərə nəsib etsin belə gözəl ziyarətləri səfərləri.bəh-bəhlərdən nə danişib qurtarmaq olar nə də doymaq...  

Allah ziyarətinizi qəbul eləsin qardaşım. Oralar elə gözəl yerlərdir ki, adam qayıtmaq istəmir. Allah hamıya nəsib eləsin. Allahummə amin!




#103206 İmam Əlini yalnız mömin sevəcək və ona yalnız münafiq nifrət edəcək

Отправлено автор: N_ن_N 23 Февраль 2016 - 19:16 в Hədislər

Allah səndən razı olsun qardaşım. Çox gözəl mövzudur. Həmd olsun bizə Ağanın (ə) vilayətini nəsib edən Allaha (((




#103203 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 19 Февраль 2016 - 16:30 в Hədislər

 

salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir!  bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi!  Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!

 

 

 

Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.  :rolleyes:




#103199 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 17 Февраль 2016 - 13:02 в Hədislər

Hamıya salam olsun.NUN qardaş əla hədisdir.Bəli nədənsə,vahabilərin səsi gəlmir))

 

Bu hədisi ilk dəfə eşidən vəhhabilər şoka düşürlər, stress keçiririlər, deppresiyaya giririrlər. İnana bilmirlər. Elə fikirləşirlər ki, "rafizilərin uydurması"dır. Uzun müddət bu şokun təsirindən çıxa bilmirlər. Müəyyən qədər özlərinə gələndən sonra gedirlər "elm tələbələrinin" yanına, bəziləri belə rəvayətin Səhihi-Muslimdə olduğunu inkar edir, insaf deyilən şeydən azdan-çoxdan payı olan bəziləri isə  bu rivayəti "şərh edirlər", bir neçə seans keçəndən sonra bir qədər özlərinə gəlirlər. Ancaq yenə də öz "elm tələbələri" tərəfindən aldadıldıqları şübhəsi  ilə həyatlarını davam edirlər. Ağlını işlətməyi bacaranlar isə səhv yolda olduğunu başa düşüb yenidən haqq yola qayıdırlar. Bəli, bunun da şahidi olmuşuq.) Valhəmdu lilləhi Rabbil aləmin.




#103198 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 Февраль 2016 - 12:56 в Şiə-sünni dialoqu

Allah razi olsun sennen qardawim...sennen ricam quran bolmesinde sual vermiwem vaxtin ve imkanin olanda nezer sal ) Allah Teberaku va Teala seni ve yaxinlarini hifz elesin bol ruzi ve bereket versin inwaALLAH! 

 

 

Allah sizdən də razı olsun mənim qardaşım. Allah sizi və yaxınlarınızı əbədiyyən əhli-beyt (ə) ilə (ruhumuz onların qədəmlərinin torpağına fəda olsun!) məşhur olsun eləsin.

 

Dediyiniz sualı tapa bilmədim qardaşım.  Zəhmət olmasa linklə keçid göstərin.




#103191 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 Февраль 2016 - 01:27 в Şiə-sünni dialoqu

 

 

anladim qardawim..Allah seni dunya ve axiretde ixowbext etsin!   bu mena tehrifi ne derecede duzgun fikirdi....moterzede olan ayenin werhi ki deyirsen ki inwaAllah beledi, onda niye bu cur bir quran movcud deyil...axbari alimlerimiz bunu iddia edib ve sehih revayetlere dayanirlar bes usuli alimlerimiz neden bunu qebul etmirler 

 

 

 

 

 

1. Qardaşım, qətiyyən şübhə yoxdur ki, Quranda Allah və rəsulundan (s) sonra itaətin vacib olduğu kimsələr başda Əli (ə) olmaqla 12 imamdır. "Özünüzdən olan əmr sahiblərinə itaət edin", "bilmirsinizsə zikr əhlindən soruşun" kimi ayələrdən "əmr sahiblərindən", "zikr əhlindən" nəzərdə tutulan imamlardın (ə). Allahın buyurduğu itaət məhz onlara edilməsi vacib olan itaətdir. Buna heç bir şəkk-bühə yoxdur. Lakin, müxaliflər bunun əksini deyirlər. Deməli, mənanı təhrif edirlər. Odur ki, FƏRZ ETSƏK Kİ, yuxarıda yazdığım rivayətlər ümumiyyətlə mövcud deyil, yenə də itaətin məhz imamlara (ə) vacib olduğuna qəti şübhə yoxdur. Əlbəttə, bu fikir ayrılıqları da məhz imamlara (ə) işarə edən məsələlərdə yaranıb. Yəni, hansısa başqa bir fiqhi məsələnin yox, məhz imamlara (ə) itaətin vacibliyi məsələsinin təhrif edildiyi müzakirə mövzusudur. Odur ki, hansısa formada olursa olsun məsələləri, ayələrin mənaları təhrif edib insanları imamlara (ə) itaətdən uzaqlaşdırıblar. buna şübhə yoxdur.

 

2. Varid olan rivayətlərə görə şərhlə olan Quran Əli (ə) tərəfindən hazırlanmışdı. Lakin, əğyar həmin Quranı bu kimi məsələlərə görə qəbul etmədilər.

 

Gələk rəvayətlərin səhih olub-olmaması məsələsinə.

 

1. Bir alimlə görə səhih olan rivayət mümkündür ki, bir başqa alimə görə səhih olmasın.

2. Quranın mətni mütəvatir olduğu üçün, Quranın mətni ilə əlaqəli olan rivayət də gərək mütəvatir olsun. Təkcə səhihlik şərti kifayət etmir.

3. Məsələ qəbul edib-etməmək məsələsi deyil. Üsulilər bu rivayətləri səhih görürlər ya yox, bundan danışmırıq. FƏRZ EDƏK Kİ, səhih görürlər. Səhih görsələr belə yaşıl rənglə qeyd etdiyim hissələri şərhdən bilirlər. Məsələnin məhz belə olduğu barədə olduqca tutarlı dəlillər var. Lakin, ZAHİRƏN GÖRÜNƏN BUDUR Kİ, əxbari alimlərin bir neçəsi (hamısı yox) həmin yaşıl rəngli hissələri şərhdən yox, ayənin əsas mətnindən biliblər. Lakin, onların belə düşündükləri qəti deyil. Zahirən görünən budur. Doğrusunu Allah bilir.

 

Ən mühim məsələ budur ki, bir daha təkrar edirəm, Quranın mətni mütəvatir olduğu üçün Quran barədə iddia edilən hər hansı bir məsələ də bu dərəcə mütəvatir olmalıdır. Əks təqdirdə iddianın heç bir önəmi yoxdur. Dediyim halın baş verməsi, yəni, Quranın mətni barədə iddia edilən bir şeyin mütəvatir olması olduqca çətin, bəlkə də mümkünsüz bir şeydir.

 

Sadə formada izah edim. Biz nəsxi mənsuxu qəbul edirik. Nəsx edilən ayə də, nəsx edən ayə də Quranda var. Hər iki ayə də Quranın mətni olduğundan mütəvatirdir. Hər ikisinin doğruluğu qəti olduğuna görə məzmunlarına baxıb görürük ki, biri həqiqətən də digərini nəsx edib. Biz də yəqinlik hasil olur ki, bir başqa ayə gətirib nəsx etdirən Allahın özüdür. Çünki, əlimizdə olan Quranda nə varsa ALlahdandır. 

 

Amma, müxaliflər çıxır ki, deyir ki, məsələn, filan rivayət "tivalət nəsxinə" aiddir. Yəni, guya filan-filan ayələr var imiş, amma ALlah sonra həmin ayənin mətnini çıxartdı, amma, hökm qaldı. Bunlar deyir ki, Allah eləyib. Bəs görəsən dəlil varmı ki, Allah eləyib? Yoxdur. Deyirlər ki, dəlil səhih hədislərdir. Halbuki, "səhih" onların nəzərində səhihdir. Quranın mətninə aid bir iddia mütəvatir olmalıdır, səhih ahad xəbərlər ( xəbəri-vahidlər) kifayət etmir.Sadəcə, onlar iddia edirlər ki, Allah eləyib. Halbuki, biz dediyimiz formada nəsxdə Allah özü Quranda nəsx elədiyi bir ayənin yerinə bir başqa ayə gətirməklə öz imzasını qoyur bildirir ki, bu nəsxi O edib. Bunların iddia etdikləri "tilavətin nəsxində" isə Allahın imzası yoxdur :rolleyes:

 

Ümid edirəm ki, fikrimi çatdıra bildim.

 

ALlah sizi dünya və axirətdə əhli-beytdən (ə) ayrı salmasın. Amin

bunu anladim qardawim ) sadece men fikrimi catdira bil,edim deyesen) haqqini halal et vaxtini aliramsa! menim dediyim odur ki (menniyden Allaha siginiram) yeni biz wie olarag werhli qurani qebul edirik ya yox.. men eqlimce qebul edirem bunu ve wubhem yoxdur ki Ali a.s olan quran haqqdir! lakin mezheb olarag biz bunu qebul edirik yoxsa bu  osmanin guya yigdigi qurani haqq bilirik! baxmayarag ki ayeler menaca deyiwib ve yaxud werhleri aradan qalxib..

 

 

Əslində "Osmanın yığdığı Quran" hekayəsi söyləndiyi kimi müstəsna bir hadisə deyil. Çünki, bu gün bizim əlimizdə olan Quran elə peyğəmbər (s) dövründəki Qurandır. Çünki, Quran elə peyğəmbərimizin (s) dövründə yığılıb hazırkı vəziyyətinə salınmışdı. Necə təsəvvür etmək olar Allahın peyğəmbərimizə (s) bəxş etdiyi əbədi möcüzəsi olan Quran peyğəmbərimizdən (s) sonra dağınıq halda olsun? Mümkündürmü ki, Quran kimi mühim bir kitabın toplanması peyğəmbərin (s) dövründə baş verməmiş olsun? Belə bir şeyə Allahın dinindən  lazımınca xəbərdar olan bir kimsə inana bilərmi? ƏKSİNƏ, Quranın elə peyğəmbərin (s) dövründə yığılması barədə dəlillər həddindən artıq çoxdur.

 

Məsələ burasındadır ki, Osman Quranı toplamamışdı, sadəcə fərqli qiraətləri yox edib hal-hazırkı, yəni əslinə uyğun qiraəti saxlamışdı. Müxaliflərin öz mənbələrində varid olan mötəbər rəvayətlərə görə bunu da öz başına edə bilməmişdi. Bu işdə Əlinin (ə) və onun şiəsi olan möhtərəm səhabələrin xüsusi rolu olmuşdu. Məhz onların iştirakı sayəsində fərqli qiraətlər aradan aparıldı, əsl qiraət saxlanıldı.

 

Qaldı ki, şərhli Quranla şərhsiz Qurana, biz hər ikisinə də iman gətiririk. Çünki, hər ikisi də Qurandır. FƏRZ ET Kİ, səndə Tabətabəinin (r.a) təfsiri var. Məlumdur ki, o da Qurandır. Bir də təfsirsiz, şərhsiz Quran var. Hər ikisi də Quran deyilmi? İkisi də Qurandır, ikisi də haqdır.




#103189 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 15 Февраль 2016 - 23:21 в Şiə-sünni dialoqu

anladim qardawim..Allah seni dunya ve axiretde ixowbext etsin!   bu mena tehrifi ne derecede duzgun fikirdi....moterzede olan ayenin werhi ki deyirsen ki inwaAllah beledi, onda niye bu cur bir quran movcud deyil...axbari alimlerimiz bunu iddia edib ve sehih revayetlere dayanirlar bes usuli alimlerimiz neden bunu qebul etmirler 

 

 

 

 

 

1. Qardaşım, qətiyyən şübhə yoxdur ki, Quranda Allah və rəsulundan (s) sonra itaətin vacib olduğu kimsələr başda Əli (ə) olmaqla 12 imamdır. "Özünüzdən olan əmr sahiblərinə itaət edin", "bilmirsinizsə zikr əhlindən soruşun" kimi ayələrdən "əmr sahiblərindən", "zikr əhlindən" nəzərdə tutulan imamlardın (ə). Allahın buyurduğu itaət məhz onlara edilməsi vacib olan itaətdir. Buna heç bir şəkk-bühə yoxdur. Lakin, müxaliflər bunun əksini deyirlər. Deməli, mənanı təhrif edirlər. Odur ki, FƏRZ ETSƏK Kİ, yuxarıda yazdığım rivayətlər ümumiyyətlə mövcud deyil, yenə də itaətin məhz imamlara (ə) vacib olduğuna qəti şübhə yoxdur. Əlbəttə, bu fikir ayrılıqları da məhz imamlara (ə) işarə edən məsələlərdə yaranıb. Yəni, hansısa başqa bir fiqhi məsələnin yox, məhz imamlara (ə) itaətin vacibliyi məsələsinin təhrif edildiyi müzakirə mövzusudur. Odur ki, hansısa formada olursa olsun məsələləri, ayələrin mənaları təhrif edib insanları imamlara (ə) itaətdən uzaqlaşdırıblar. buna şübhə yoxdur.

 

2. Varid olan rivayətlərə görə şərhlə olan Quran Əli (ə) tərəfindən hazırlanmışdı. Lakin, əğyar həmin Quranı bu kimi məsələlərə görə qəbul etmədilər.

 

Gələk rəvayətlərin səhih olub-olmaması məsələsinə.

 

1. Bir alimlə görə səhih olan rivayət mümkündür ki, bir başqa alimə görə səhih olmasın.

2. Quranın mətni mütəvatir olduğu üçün, Quranın mətni ilə əlaqəli olan rivayət də gərək mütəvatir olsun. Təkcə səhihlik şərti kifayət etmir.

3. Məsələ qəbul edib-etməmək məsələsi deyil. Üsulilər bu rivayətləri səhih görürlər ya yox, bundan danışmırıq. FƏRZ EDƏK Kİ, səhih görürlər. Səhih görsələr belə yaşıl rənglə qeyd etdiyim hissələri şərhdən bilirlər. Məsələnin məhz belə olduğu barədə olduqca tutarlı dəlillər var. Lakin, ZAHİRƏN GÖRÜNƏN BUDUR Kİ, əxbari alimlərin bir neçəsi (hamısı yox) həmin yaşıl rəngli hissələri şərhdən yox, ayənin əsas mətnindən biliblər. Lakin, onların belə düşündükləri qəti deyil. Zahirən görünən budur. Doğrusunu Allah bilir.

 

Ən mühim məsələ budur ki, bir daha təkrar edirəm, Quranın mətni mütəvatir olduğu üçün Quran barədə iddia edilən hər hansı bir məsələ də bu dərəcə mütəvatir olmalıdır. Əks təqdirdə iddianın heç bir önəmi yoxdur. Dediyim halın baş verməsi, yəni, Quranın mətni barədə iddia edilən bir şeyin mütəvatir olması olduqca çətin, bəlkə də mümkünsüz bir şeydir.

 

Sadə formada izah edim. Biz nəsxi mənsuxu qəbul edirik. Nəsx edilən ayə də, nəsx edən ayə də Quranda var. Hər iki ayə də Quranın mətni olduğundan mütəvatirdir. Hər ikisinin doğruluğu qəti olduğuna görə məzmunlarına baxıb görürük ki, biri həqiqətən də digərini nəsx edib. Biz də yəqinlik hasil olur ki, bir başqa ayə gətirib nəsx etdirən Allahın özüdür. Çünki, əlimizdə olan Quranda nə varsa ALlahdandır. 

 

Amma, müxaliflər çıxır ki, deyir ki, məsələn, filan rivayət "tivalət nəsxinə" aiddir. Yəni, guya filan-filan ayələr var imiş, amma ALlah sonra həmin ayənin mətnini çıxartdı, amma, hökm qaldı. Bunlar deyir ki, Allah eləyib. Bəs görəsən dəlil varmı ki, Allah eləyib? Yoxdur. Deyirlər ki, dəlil səhih hədislərdir. Halbuki, "səhih" onların nəzərində səhihdir. Quranın mətninə aid bir iddia mütəvatir olmalıdır, səhih ahad xəbərlər ( xəbəri-vahidlər) kifayət etmir.Sadəcə, onlar iddia edirlər ki, Allah eləyib. Halbuki, biz dediyimiz formada nəsxdə Allah özü Quranda nəsx elədiyi bir ayənin yerinə bir başqa ayə gətirməklə öz imzasını qoyur bildirir ki, bu nəsxi O edib. Bunların iddia etdikləri "tilavətin nəsxində" isə Allahın imzası yoxdur :rolleyes:

 

Ümid edirəm ki, fikrimi çatdıra bildim.

 

ALlah sizi dünya və axirətdə əhli-beytdən (ə) ayrı salmasın. Amin




#103186 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 15 Февраль 2016 - 22:22 в Şiə-sünni dialoqu

 

 

Mende rafiziler.wordpress.com saytinda bir kopya etmek isterdim
http://rafiziler.wor...e-inanmaktadir/
Sia Quran bolumu

Şii Şeyhi Sayed Tayeeb Musavi al-Jazairi, Qummi’nin yorumlarında söylediklerini yazmıştır:

ولكن الظاهر من كلمات غيرهم من العلماء والمحدثين المتقدمين منهم والمتأخرين القول بالنقيصة كالكليني والبرقى، والعياشي والنعماني، وفرات بن ابراهيم، واحمد بن ابى طالب الطبرسي صاحب الاحتجاج والمجلسى، والسيد الجزائري، والحر العاملي، والعلامة الفتوني، والسيد البحراني وقد تمسكوا في اثبات مذهبهم بالآيات والروايات التى لا يمكن الاغماض عنها والذي يهون الخطب ان التحريف اللازم على قولهم يسير جدا مخصوص بآيات الولاية.

Bu ifadeler iddialarını destekleyemeyen önceki ve sonraki hadis âlimlerin söylediklerinden çok daha apaçık ortadır FFMesela: El-Kulayni, el-Barqi, al-Ayashi,-i Numani, Furat ibn İbrahim (el-Koofe), “al-Ihtijaj” nin yazarı Seyid Jazairi Ahmed ibn Ebu Talib a-Tabrasi El-Majisi, al-Hurr al-Amili, Allame el-Fattuni, Sayed el-Bahrani. Onlar ayet ve rivayetlere sıkı bir şekilde tutunuyorlar ki onları fikirlerinden caydırmak çokta olası görünmüyor. Bu âlimler tahrifin çok az miktarda olduğunu ve bununda sadece vilayetle ilgili olan ayeterde olduğunu söylüyorlar.

http://al-shia.org/h...ommi-j1/20.html

fn0369.jpg


Allah bu sayiti yaradanlardan razi olsun

 

Ərəbcə yazdığın mətnin özündə də söhbət adı çəkilən şəxslərin bəzi kəlmələrinin ZAHİRİNDƏN gedir. Halbuki, olsa-olsa mətninin özünün ZAHİRİNDƏN elə başa düşülə bilər ki, söhbət müzakirə etdiyimiz mənada təhrifdən gedir. Halbuki, həmin mətnin müəllifinin sözünün zahirindən siz iddia etdiyiniz mənada təhrif başa düşülmür əgər diqqət etsəniz. Çünki, bunu isbat edəcək açıq-aşkar bir söz yoxdur. Siz mənəvi təhrifin nə olduğunu başa düşsəniz biləcəksiz əslində söhbət nədən gedir

 

assalamun aleykum ...qardawim men bele bawa duwdum ki zahiren tehrifde meqsed her hansi bir ayenin lazim olmayan ve yaxud ardicil olmayan ve yaxud evvelde gelen ayelerin bawqa mezmunda olmasi ile elaqedardi....mexsuside vilayet ayeleri barede sohbet gedirse...filan ayenin filan yerde olmasi lakin sonradan bawqa surede olmasi tehrif yeni mena ve neyinse deyiwdirilib neyinse elave edilmesi deyil.

 

 

Va aleykum əs-salam va rahmətullahi va bərakətuhu.

Qardaşım, məna təhrifinin müxtəlif formaları var. Əlbəttə ki, ayələrin tərtibi məsələsi də müzakirə mövzusudur. Bu barədə deyilmiş müxtəlif fikirlərin müzakirəsi fikrimcə hal-hazırda çatdırmaq istədiyimiz fikrin mövzusu deyil.Hər-halda mövzumuz başqadır.

 

Məsələ asan anlaşılsın deyə misallara nəzər salaq.

 

"əl-Kafi"də keçən bir rəvayətə əsasən İmam Muhəmməd Baqir (ə) buyurur ki, "Cəbrail Muhəmməd -sallallahu aleyhi və alihi və səlləm-ə bu ayə ilə bu şəkildə nazil olub:

 

و ان كنتم في ريم مما نزلنا عبدنا - في علي - فأتوا بسورة من مثله

 

(Bəqərə-23)

 

Yenə də "əl-Kafi"də keçən, İmam Sadiqdən (ə) nəql olunan bir rivayətdə aşağıdakı mübarək ayə bu şəkildə oxunur.

 

و من يطع الله و رسوله - في ولاية علي و الاﺌمة من بعده - فقد فاز فوزا عظيما

 

(Əhzab-71)

Ardıyca imam "Belə nazil oldu" deyir.

 

Başqa rəvayətlər də var. Ancaq fikrimcə bu qədəri bəs edər inşə-Allah.

Gördüyünüz kimi, göy rənglə rənglədiyim hissələr ayənin əsas mətnindəndir. Hal-hazırda Quranı açsaq ayəni bu formada görərik. Halbuki, imamlardan (ə) nəql olunan rəvayətlərdə göstərilir ki, bu ayələr yuxarıda göstərdiyim formada nazil olub. Lakin, yaşıl rənglə işarələdiyim hissələr ayənin şərhi, izahıdır. Sanki, mötərizənin içərisində yazılandı. O da vəhydir. Çünki, şərh də peyğəmbərdən (s) qaynaqlanır. Peyğəmbər də (s) özündən bir söz demir, nə deyirsə vəhyə əsasən deyir. Lakin, həmin açıqlayıcı hissələr ayənin əsas mətnindən yox, izahedici hissəsindəndir.

 

Söz uzanmasın deyə biz bu rəvayətlərin səhhəti haqqındakı müzakirəni bir kənara qoyuruq. Məsələ burasındadır ki, üsuli alimlərdən fərqli olaraq əxbari alimlər  başda "əl-Kafi" başda olmaqla dörd əsas kitabda gələn bütün rəvayətləri qəti şəkildə səhih hesab edirlər. Məlumdur ki, Quranda mötərizədən və bu kimi şeylərdən istifadə edilməyib. Hətta, hal-hazırda Quranda sualın olmasına baxmayaraq sual işarəsi belə yoxdur.

 

Zahirən görünən budur ki, "Qurandan çıxarılıb" , yaxud, "ayədən çıxarılıb" deyilərkən nəzərdə tutulan bu hissələrdir. Burda  nəzərdə tutulan mənada təhrifdən söhbət getmir. Çünki, bu barədə açıq-aşkar dəlil yoxdur. Söhbət məna təhrifindən gedir.

 

Əlbəttə məna təhrifinin başqa formaları da var. Lakin, ümid edirəm ki, bu qədəri kifayət edər inşə-Allah




#103180 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 13 Февраль 2016 - 13:27 в Şiə-sünni dialoqu

Fikrimcə bu mövzuda açıq qalan heç bir məsələ yoxdur. Allah qardaşlarımızdan razı olsun dəlillərlə sübutlarla hamısını cavablandırıblar. Başa düşən üçün. Əgər nə isə unudulubsa cavablandırılmayıbsa xatırladın inşə-Allah.




#103179 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 13 Февраль 2016 - 13:20 в Şiə-sünni dialoqu

Mende rafiziler.wordpress.com saytinda bir kopya etmek isterdim
http://rafiziler.wor...e-inanmaktadir/
Sia Quran bolumu

Şii Şeyhi Sayed Tayeeb Musavi al-Jazairi, Qummi’nin yorumlarında söylediklerini yazmıştır:

ولكن الظاهر من كلمات غيرهم من العلماء والمحدثين المتقدمين منهم والمتأخرين القول بالنقيصة كالكليني والبرقى، والعياشي والنعماني، وفرات بن ابراهيم، واحمد بن ابى طالب الطبرسي صاحب الاحتجاج والمجلسى، والسيد الجزائري، والحر العاملي، والعلامة الفتوني، والسيد البحراني وقد تمسكوا في اثبات مذهبهم بالآيات والروايات التى لا يمكن الاغماض عنها والذي يهون الخطب ان التحريف اللازم على قولهم يسير جدا مخصوص بآيات الولاية.

Bu ifadeler iddialarını destekleyemeyen önceki ve sonraki hadis âlimlerin söylediklerinden çok daha apaçık ortadır FFMesela: El-Kulayni, el-Barqi, al-Ayashi,-i Numani, Furat ibn İbrahim (el-Koofe), “al-Ihtijaj” nin yazarı Seyid Jazairi Ahmed ibn Ebu Talib a-Tabrasi El-Majisi, al-Hurr al-Amili, Allame el-Fattuni, Sayed el-Bahrani. Onlar ayet ve rivayetlere sıkı bir şekilde tutunuyorlar ki onları fikirlerinden caydırmak çokta olası görünmüyor. Bu âlimler tahrifin çok az miktarda olduğunu ve bununda sadece vilayetle ilgili olan ayeterde olduğunu söylüyorlar.

http://al-shia.org/h...ommi-j1/20.html

fn0369.jpg


Allah bu sayiti yaradanlardan razi olsun

 

Ərəbcə yazdığın mətnin özündə də söhbət adı çəkilən şəxslərin bəzi kəlmələrinin ZAHİRİNDƏN gedir. Halbuki, olsa-olsa mətninin özünün ZAHİRİNDƏN elə başa düşülə bilər ki, söhbət müzakirə etdiyimiz mənada təhrifdən gedir. Halbuki, həmin mətnin müəllifinin sözünün zahirindən siz iddia etdiyiniz mənada təhrif başa düşülmür əgər diqqət etsəniz. Çünki, bunu isbat edəcək açıq-aşkar bir söz yoxdur. Siz mənəvi təhrifin nə olduğunu başa düşsəniz biləcəksiz əslində söhbət nədən gedir




#103178 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 13 Февраль 2016 - 13:12 в Şiə-sünni dialoqu

Belə görürəm ki, aləm deyib bir-birinə. Qardaşlar, əzizlər,möhtərəmlər

 

1. Şiələrdən heç kəs Quranın təhrif olunduğunu deməyib. Amma...

 

Amması budur ki, sayısı barmaq hesabı qədər az olan bəzi əxbari alimlərinin sözünün zahirindən başa düşülən budur ki, onlar Quranın təhrif edildiyi fikrini səsləndiriblər. Lakin, qəti deyil! Sadəcə sözlərinin zahirindən başa düşülən budur.

Bunu da izah edim: Təhrifin müxtəlif növləri var. lakin, müxaliflərin əsas iddiası budur ki, guya şiə alimləri ayələrin əsas mətnindən hansısa sözün, cümlənin, yaxud ümumiyyətlə Qurandan hansısa ayənin çıxarıldığını, yaxud əlavə edildiyini iddia ediblər. Halbuki, şiə alimləri belə bir şey deməyib. GƏlin, asan başa düşülsün deyə elə konkret olaraq Kufelinin gətirdiyi cümləyə diqqət edək!

 

Baxın vəhhabi yazır:

" اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول الله صلى الله عليه وسلم شيء من التغييرات ،

Bil ki, mütavatir xəbərlərə görə haqq budur ki, hansı ki qaçmağa yer yoxdur ki, əlimizdə olan Quranda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra dəyişiliklər baş vermişdir."

 

Fərqi yoxdur bu cümləni kim deyib. Baxın görün heç burda açıq aşkar "peyğəmbərdən (s) sonra ayələrin əsas mətnindən ( yəni, mötərizənin içində yazıla biləcək şərhlərdən yox) bir söz, bir cümlə çıxardıldı", yaxud, "Quranın əsas mətnində bir ayə çıxarıldı" deyilib ya yox?  Məlumdur ki, belə bir söz deyilmir. Əksinə, "əlimizdə olan Quranda peyğəmbərdən (s) sonra dəyişikliklərdən (müəyyən) şey(lər) baş verdi", yəni, "müəyyən dəyişikliklər baş verdi" deyir.

 

Bu hamımıza məlumdur ki, peyğəmbərdən (s) sonra əlimizdə olan Quranda müəyyən dəyişikliklər baş verdi. Məgər bunu inkar eədn hansısa müsəlman var ki? :rolleyes:

 

Deməli, burda nəzərdə tutulan mənada təhrif iddiasından açıq-aşkar bir şey yoxdur. Odur ki, bəzi alimlərin bəzi sözləri barədə deyilir ki, "sözünün zahirindən başa düşülən budur ki... belə deyib". Amma, burda qəti bir şey yoxdur.

 

 

Xülasə, bəzi əxbari alimlərin sözünün zahirindən belə başa düşülür ki, onlar təhrifə inanıblar. Belə əxbari alimlərindən biri də mərhum əl-Cəzairidir (r.a). Halbuki, Mərhum əl-Cəzairi öz təfsirində açıq-aşkar Quranın təhrif edilmədiyini bildirir.

 

2. Əzizlərim ƏXbari alimlər də on iki imami şiə alimləridir. Allah hamısına rəhmət eləsin. Lakin, xəta xətadır. Bir alim hansısa məsələdə xəta edirsə o tamamilə etibardan düşmür. Əxbari alimlər də istisna deyillər.

 

3. Əxbari alimlərinin hamısının sözünün zahirindən təhrifə inandıqları başa düşülmür.

 

Həə. Gələk əsas mətləbə. FƏRZ EDƏK Kİ, hansısa alim əlimizdə olan Quranın təhrif edildiyini deyir. O zaman, kafir sayılırmı? Əgər şübhə üzərindən bunu deyibsə kafir sayılmır. Niyə?

 

Bunu başa düşmək üçün əvvəlcə küfrün, imanın nə demək olduğuna baxaq.

 

Küfrdən çıxıb İslama girmək üçün nə etmək lazımdır? ŞƏhadəteyni demək. Yəni, "lə ilahə illəllah, Muhəmmədən rasulullah". Buİslamdır. Bəs küfr nədir? Bu şəhadəteynin əksidir. Yəni, kim bunları inkar etsə, yaxud inkar edəcək bir söz desə kafir olar. Məsələn, nəuzubilləh kim desə ki, ALlah, yaxud, peyğəmbər (s) yalan danışır, yalançıdır, o zaman kafir olar.

Halbuki, hansısa alimin müəyyən şübhə üzərindən əldə olan Quranın ondan (əsl mətnindən) bir şey çıxarılmadı səbəbi ilə təhrif edildiyini desə məqsəd Allahı, yaxud, peyğəmbəri (s) yalançılıqda ittiham etmək deyil. Yaxud, onlara tənə etmək yoxdur. Bu sadəcə şübhə üzərindən baş vermiş bir xətadır. ƏLBƏTTƏ BU AÇIQ-AŞKAR XƏTADIR, YALNIŞDIR. LAKİN, küfrə səbəb olmur. Yəni, şəhadəteyni inkar etmir, inkara gətirib çıxaracaq, yaxud, Allah və rəsulunu açıq-aşkar təhqirə gətirib çıxaracaq bir fikir səsləndirmir. İSTƏYƏN OLSA BU MÖVZUNU BİR AZ DA GENİŞ AÇMAQ OLAR.

 

Ona qalsa İbn Məsud iki surənin Qurandan surə olduğuna inanmırdı. İndi duraq deyək ki, İbn Məsud kafir olmuşdu? :rolleyes:

 

Yaxud Aişə Quranın müəyyən hissəsinin keçi tərəfindən yeyildiyini, Qurana salınmadığını deyir. İndi duraq deyək ki, Aişə kafir olmuşdu?




#103177 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 13 Февраль 2016 - 12:26 в Şiə-sünni dialoqu

 

Mənanın təhrifi məgər təhrif sayılır? Bu heç Sizlərdə də təhrif sayılmır. Biliyiniz olmayan şeylər haqda da elə danışırsız ki, öz məzhəbinizi də biyabr edirsiz. Var ləfzi təhrif və mənəvi təhrif. Mənəvi təhrif deyil.

men cox gozel bilirem ne danishiram,sen menim dediklerimi tersine yozmaga cehd edirsen. sen sohbetin neden getdiyin ya basha dushmemisen yada ozunu bashadushmemezliye vurursan.hansi kitabda yazilibki, ayelerin yerini deyishdikde mena deyisirse ve ya deyismirse bu tehrif sayilmir?

 

 

 

Təhrif sayılır. Amma, nəzərdə tutulan mənada təhrif sayılmır. Ümumiyyətlə, ayəni yalnış təfsir eləmək özü də təhrif sayılır. Ona görə də kim yalnış təfsir edibsə Quranı təhrif edib. Lakin, bunun mövzu ilə əlaqədar təhriflə nə əlaqəsi var? :rolleyes:




#103176 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 13 Февраль 2016 - 12:23 в Şiə-sünni dialoqu

 

4. Bütünbu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiəalimlərin-dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindənötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindənqəsdən əl-Əhzab/33-cü ayənin içərisinədaxil edilmişdir ki, bu ayəni oxuyan hərkəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbininən asas səkkiz kitabından birinin müəllifi olan Məclisi[1] “Biharul-ənvər”(c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqadetməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur.

Cavab:Açıq aydındır burda söhbət ayələrin tərtib və nizamından gedir. Əhli-sünnə əqidəsidə budur ki, bu Quranın tərtib olması sonradan baş vermişdir. Bunun təhrifləheç bir əlaqəsi yoxdur. Aydındır ki, Quranın təhrifi onun artırılıb,azaldılması mövzusudur. Burada isə təhrifdən söhbət gedə bilməz. Özü də Məclisi(r.ə) bu ifadəni “ola bilsin ki” (ləəllə) ifadəsi ilə işlədirsə burada hansıetiqaddan söhbət gedə bilər.



sen ne yazdiginin ferqindesenmi? alimin ayenin yerinin deyisdirildiyi ve bununlada menanin deyishdirildiyi ehtimalini deyib. sen de yazmisan ki bu tehrif edilmish demek deyil. nece tehrif olmur ki eyer bu dogrudursa quranin menasi deyishir.demeli senin aglina gore mena deyishir ,amma shiye alimi deyibse ,onda tehrif sayilmir?... bu senin oz alimini mudafie elemek ucun ciliz bir cehddir,oda kecerli deyil,sonrada yazmisan ki,alimin orada "ola bilsinki" ifadesi isledib...))))) demeli ola bilsinki alimin kafir olub....

 

 

İndi isə keçək sənin yazdıqlarına. Əvvəlcə Malik Eshter qardaşımızın vəhhabidən gətirdiyi sitata baxaq:

"4. Bütünbu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiəalimlərin-dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindənötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindənqəsdən əl-Əhzab/33-cü ayənin içərisinədaxil edilmişdir ki, bu ayəni oxuyan hərkəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbininən asas səkkiz kitabından birinin müəllifi olan Məclisi[1] “Biharul-ənvər”(c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqadetməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur."

 

Əvvəlcə qısaca da olsa bunu cavablayıb keçək sənin məsələnə.

1. Əhzab surəsində əhli-beyt deyilərkən peyğəmbərin (s) xanımları nəzərdə tutulmur. Bunu sübut edəcək heç bir dəlil yoxdur. Bəli, peyğəmbər (s) xanımları da peyğəmbərin (s) əhlidi. Ancaq bu ayədə əhli-beyt deyilərkən onlar nəzərdə tutulmayıb. Onların nəzərdə tutulmadığını isbatlayaq çoxlu dəlillər var. Həm sünni, həm də şiə mənbələrində.

2. Bu sözlərin müəllifi açıq aşkar yalan danışır. Deyir ki, "Hətta şiəalimlərin-dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindənötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindənqəsdən əl-Əhzab/33-cü ayənin içərisinədaxil edilmişdir ki, bu ayəni oxuyan hərkəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir."

 

Bu müəllif bir cümlə qurub. Bir cümlənin içərisində nə qədər yalan danışıb. Hamısını sadalayaq:

1) Kimdir həmin "BƏZİ ŞİƏ ALİMLƏRİ"? Nə ad çəkib nə bir şey.

2) Sən hardan bilirsən ki, MƏHZ AYƏYƏ QARŞI CAVAB TAPA BİLMƏDİKLƏRİNDƏN belə bir fikir səsləndiriblər? Yəni, alimlərin məqsədini, niyyətini sən hardan bilirsən?

3) Heç bir şiə alimi ayəyə qarşı mübarizə aparmayıb ki, ona qarşı nə isə fikir söyləsinlər. Sən nəyə əsasən deyirsən ki, bəzi şiə alimləri ayəyə qarşı olublar?

4) Heçb bir şiə alimi iddia etməyib ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən indiki yerinə salınıb.

5) Heç bir şiə alimi iddia etməyib ki, "bu ayəni oxuyan hərkəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir" deyə kimlərsə bu cümləni qəsdən Əhzab 33-ə daxil edib.

Xülasə bütün bütün bunlar həmin vəhhabinin xəyal ürünüdür. :rolleyes:

 

3. Heç Əllamə Məclisi də bu vəhhabinin dediyi fikirləri səsləndirməyib. Yalan söhbətdir. ƏLlamə Məclisi (r.a) "OLA BİLSİN Kİ" qeydi ilə bildirir ki, ola bilsin elə biliblər bu cümlə burda yerləşdirilməlidir, ona görə yerləşdiriblər. Yaxud, ola bilsin, hansısa dünyəvi məsləhətlərə görə belə bir işə əl qoyublar. Əlbəttə Məclisi demir ki, məsələ məhz belədir. Sadəcə Buxari kimilərin nəql etdikləri rəvayətlərin işığında belə bir fikir səsləndirir. Kim deyir ki, mərhum Məclisi (r.a) əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiyindən ötrü nötrü, iddia etmişdir ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindənqəsdən əl-Əhzab/33-cü ayənin içərisinədaxil edilmişdir ki, bu ayəni oxuyan hərkəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir." ?

 

Bu açıq-aşkar iftiradır. Zatən göstərilən mənbəyə baxdığınız zaman da görərsiz ki, bütün bunlar vəhhabinin xəyal ürünüdür. :rolleyes:

 

Bu məsələnin bu tərəfi.

 

 

İndi isə keçək sənin rəaksiyana. Yazmısan:

"sen ne yazdiginin ferqindesenmi? alimin ayenin yerinin deyisdirildiyi ve bununlada menanin deyishdirildiyi ehtimalini deyib. sen de yazmisan ki bu tehrif edilmish demek deyil. nece tehrif olmur ki eyer bu dogrudursa quranin menasi deyishir.demeli senin aglina gore mena deyishir ,amma shiye alimi deyibse ,onda tehrif sayilmir?... bu senin oz alimini mudafie elemek ucun ciliz bir cehddir,oda kecerli deyil,sonrada yazmisan ki,alimin orada "ola bilsinki" ifadesi isledib...))))) demeli ola bilsinki alimin kafir olub...."

 

Sən mövzunu qavraya bilmirsən deyəsən. Qardaşın dediyindən məqsəd budur ki, söhbət hansısa sözün, yaxud cümlənin və ya ayənin çıxardılması, yaxud əlavə edilməsi ilə edilən təhrifdən getmir. Qardaş özü də yazıb ki, "Aydındır ki, Quranın təhrifi onun artırılıb,azaldılması mövzusudur".

 

ƏLBƏTTƏ Kİ, ayənin yeri dəyişdirildiyi zaman məna təhrif olunur. Lakin, zatən yeri dəyişdirilməsə belə məna təhrif olunur. Siz iddia edirsiz ki, ayədəki əhli-beyt sözü xanımlara da aiddir. Belə deməklə mənanı təhrif edirsiz. Halbuki, bu söz xanımlara şamil olunmur. Yəni, istər ayənin yeri dəyişdirilmiş olsun, istərsə də yox, "vse ravno" məna təhrifi edirsiz. Kim deyir ki, belə təhriflərə yol verilməyib? Elə müxaliflər belə təhriflərə yol verdikləri üçün bu gün İslam dünyasında məzhəb fitnələri var da. :rolleyes:

 

Lakin, sizin və bizim müzakirə etdiyimiz təhrif Qurana söz, cümlə və ya ayə artırıb-azaltmaqla edilən təhrifdir. Məna təhrifi yox. Onsuz da şərhdə, təfsirdə, yəni mənada ziddiyyətlər var da. Məsələn, sünnilər deyirlər ki, dəstəmaz ayəsində ayaqların yuyulması deyilir, şiələr deyirlər ki, məsh edilməsi deyilir. Bu iki fikir ayrı-ayrı mənalardır. BU fikirləri müdafiə edənlərin hər birinə görə qarşı tərəf məna təhrifinə yol verib. Məgər buna görə bir-birlərini küfrdə ittiham edirlər? :rolleyes: Əlbəttə başqa ayələri də misal göstərmək olar.

 

Yazmısan "alimin orada "ola bilsinki" ifadesi isledib...))))) demeli ola bilsinki alimin kafir olub....".

Heç alim "ola bilsin ki" deməsəydi belə mövzu tərtibin səhabə ictihadı olmasıyla əlaqədardır, nəzərdə tutulan mənada təhriflə yox. Məgər buna görə alim kafir olur? Sən heç özün bilirsən nə danışırsan? Ümumiyyətlə siz bilirsiz ki, küfr nədir, iman nədir, onun sərhədləri nədir? :rolleyes:





Рейтинг@Mail.ru