Перейти к содержимому


Публикации Vey-sal

643 публикаций создано Vey-sal (учитываются публикации только с 18-мая 23)



#81818 علي جمعه

Отправлено автор: Vey-sal 06 октября 2011 - 17:05 в Əqidə və fiqh

Bismillah,qaralanmış birinci cümlə ilə mənim yazdığımda fərq var,çünki mn düz tərcümə etməmişəm."məhdudlaşdırmaq" sözünün tərcüməsini(ingilisdən) bilmirdim,elə -ed ilə tərcümə verdim,onda tamam başqa şey işim "qadağan etmək",məchul növ olmasını nəzərdən qaçırmışam,ÜZRLƏR!!((( Qaldı ki,ikinci cümləyə,əxi,siz hansı cümləni tərcümə etdiz və bu alındı???Mənə maraqlıdır sadəcə,pis mənada yazmamışam)


Qardaş, tekstin orijinalı ərəb dilindədir. İngilis dili artıq tərcümədir. Yaxşı olardı ki, "Əl-Əxzər" universitetinin saytından ərəb dilində olan mətni tapıb, ərəb dilini bilənlər tərcümə edələr. Mən özüm İngilis dilini mükəmməl bilmirəm. Rus dilindəki tərcüməyə baxdım.



#81839 علي جمعه

Отправлено автор: Vey-sal 06 октября 2011 - 21:06 в Əqidə və fiqh

Bismillah,aaa aydın oldu,fərq etməz əsas odur fikri təhrifsiz çatdırdıq,bi izni Allah!Birinci cümlə mənim səhvim idi,ikincisi maraqlı qaldı sadəcə,hər-halda...
Allah amanında,salam aleykum


Aleykumas Salam və Rəhmətullahi.
Allah elminizi artıq eləsin, Qardaş.
Əsas odur tərcümədə təhrifə yol verməmisiniz.

Gəzək Allahu Xayran!



#81790 علي جمعه

Отправлено автор: Vey-sal 06 октября 2011 - 01:27 в Əqidə və fiqh

2.əl-şiə əl-İmamiyyə kimi də tanınan Cəfəri məktəbi də bir məhzəbdir və sitayişdə(ibadətdə-təqlidə) digər sünnü məhzəbləri kimi düzgündür.Müsəlmanlar bunu bilməlidir və gərək nahaq yerə başqa məhzəbə xələl gətirməkdən çəkinməlidirlər,o vaxta qədər ki Allahın şəriəti onu(məhzəbi) qadağan etmiş olsun.Bütün müctehidlər Allah tərəfinddən qəbul edilmişdir və kim ki müctehid deyil onların(müctehidlərin) ardı ilə getmək icazəsi var:onların dediklərini etməkdə və ibadətlə əməldə heç bir fərq yoxdur

İmza
Mahmut Şəltut

[/size]

P.Sgöy rənglə olanlar mənim yazdıqlarımdır


Kənan Qardaş tərcüməyə görə təşəkkür edirik. İcazənizlə "cavabın" 2-ci hissəsini bir qədər dəqiqləşdirək:

2) Şəriətə görə digər sünni məzhəbləri kimi cəfəri məzhəbinin davamçısı olmaq caizdir. Müsəlmanlar bu barədə bilməli və bunlardan hansısa bir məzhəbə yanlış və nifrətlə yanaşa bilməzlər. Allahın dini və onun şəriəti yalnız bir məzhəbə xidmət etməklə kifayətlənmir (bitmir). Hər kim ictihad həddınə (məqamına) catarsa müctəhid sayılır və onun əməlləri Allah-Tala tərəfindən qəbul olunur. İctihad hüququna çatmayanlar və fiqh üzrə öz fikri (biliyi) olmayanların müctəhidə təqlıd etməsi caizdir. Bu kimi məsələlərdə istər şəri məsələ olsun istərsə də ibadət olsun adamlar üçün fərqi yoxdur.


P.S. Öz tərcüməmdir. Müəyyən qeyri-dəqiqlik ola bilər. Amma məna dəyişmir.



#75993 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 01 июля 2011 - 23:28 в Əqidə və fiqh

bax bu ayədə bu barədə deyilir Ənam 92
Bu da mübarək , özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar


Əbdhəlim, sən-mən, Quran şərhçisi deyilik. Siz Ənam 92 və Əraf 172 ayələrindən başqa ayələri bilmirsiniz? Yoxsa digər ayələrin bu gaydada "səthi izahları" alınmır?
Sən, ilahiyyət üzrə aldığın diplomun surətini skanerlə bura yerləşdir. Onda bilək sənin Quranın şərhinə əkkin çatır ya yox?
Ya da yeni bir mövzu aç; "Əraf 172, Ənam 92" onda ilahiyyətçi qardaşlar bu ayələrin müxtəlif şərhlərini müzakirə edəcəklər. Axı, Quran ayələrinin üsula və üsulda bilməməzliyə dəxli yoxdur.



#75552 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 17 июня 2011 - 23:36 в Əqidə və fiqh

BUndan əlavə :
BUYUR YAZ GÖRƏK SƏNİN ƏQİDƏNDƏ ÜSULİDDİN NEÇƏDİR VƏ HANSILARDI , BUNDAN SONRA MƏSƏLƏYƏ DAVAM EDƏK! Cavabını gözləyəcəyəm! :rolleyes: [/size][/font]


Qardaş bunların əqidəsinə görə, hətta "üsulda özünü bilməməzliyə qoymaq" üzrlüdür. :P
O, ki qaldı bilməməzliyə (:rolleyes:)... Nə bilim?



#75878 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 28 июня 2011 - 19:59 в Əqidə və fiqh

Əgər bu ayədəki hal insana hesab üçün kifayət idisə onda Allahın 124000 peyğəmbər göndərməsinin hikməti nə olardı?
məsələ bundadır ki Allah təala buyurur ki, insan unutqandır. unutduğu şeylərdən ötrü insanı cəzalandırmaq isə Allahın ədalətinə ziddir. Peyğəmbərlərin gəlməsinin bir hikməti də budur ki, insanları öz fitrətlərinə qaytarsın (tövbənin də mənası budur), və ƏHDi xatırlatsın.

Siz nubuvvətin sonuna inanmırsız?
Yaxşı onda niyə Allah-Taala 14 əsirdir heç bir Peyğəmbər göndərmir? Bəs insanlara bu gün "siz yazan fitrəti" kim qaytarır, kim "əhdi xatırladır"?


Sonuncu peyğəmbərin (s.a.a.) gəlişi ilə nubuvvət tamamlanıb. Bu aydın məsələdir.
Peyğəmbərin (s.a.a) rehlətindən sonra yazdığım vəzifə məsum İmamların (ə) üzərinə düşür.
bundan da hər kəs istifadədə sərbəstdir.

Meşədə yaşayan ya Mauqli olur, ya da xacpərəstlərin monaxları. Bunlar bizə nümünə ola bilməz. Gəlin İslam cəmiyyətindən danışaq. Artıq meşə qalmadı, hamısını qırıblar.
İslamda Asketlər olub, onlar bizə nümünə ola bilər. Amma 1000000 nəfərdən bir nəfər meşədə yaşayırsa Allah xətrinə daha ondan və onun bilməməzliyindən danışmayaq. Bu boş söhbətə bənzəyir.


İslam cəmiyyətində cahillik üçün üzr qalıb?


Amma, cahillər "sərbəstlər"dən üstündür. Sərbəstliyin də həddi var. Sələfi-vəhabilərin fətvalarını oxuyandan sonra cahillərə "qibtə" edərsən.



#76092 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 03 июля 2011 - 15:18 в Əqidə və fiqh

Heç bilirsən indi Allahın HÖCCƏTİ kimdir?

ramil

2.bəyəm elə bir saniyə olub ki, yer üzü hüccətsiz qalsın?
Imam sadiq dedi


Olmayıb, amma qardaşlar bu höccət sizlik deyil!



#75587 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 19 июня 2011 - 10:56 в Əqidə və fiqh

bəxş eləsəydi səhv fikirdi.Allah məs bəxş edir və ya etmək istəyir insan isə dünya ya razılaşıb bundan uzaqlaşır.yəni heç bir müsəlman deyə bilməz ki, mənə yetkinlik yaşında Allahın hüccətini görmədim.

Ayy sağ oll.
Elə mən də bunun təsdiqini səndən almaq istəyirdim. Onda, Kənan qardaşa belə niyə yazmısan.

... sən demək istəyirsən ki,Allah meşədə yaşayana rizqnən,suynan təmin etdi, ancaq mənəvi bir qidaynan təmin etmədi ?


Elə bilirdin çaşdırarsan bizi?
Bəlı, Abdhəlım Allah-Tala bəxş edəndi, biz isə bu nemətlərdən qaçırıq.
Sən yazdığın bu sözlərdən sonra; "Allah məs bəxş edir və ya etmək istəyir insan isə dünya ya razılaşıb bundan uzaqlaşır." bir daha boynuna aldın ki, Allah-Tala insanları kor-koranə ruziyə və mənəvi paklığa çatdırmır. Bunun üçün cəhd etmək və çalışmaq lazımdır. Çalışmaq üçün ağıl-düşüncə lazımdır. Kor-koranə, ağzın əyib furqanlara ümid bağlamaq azdır. Səy göstərmək, cəhd etmək və ən əsası cihad etmək lazımdır.



#75867 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 28 июня 2011 - 15:58 в Əqidə və fiqh

Əgər bu ayədəki hal insana hesab üçün kifayət idisə onda Allahın 124000 peyğəmbər göndərməsinin hikməti nə olardı?
məsələ bundadır ki Allah təala buyurur ki, insan unutqandır. unutduğu şeylərdən ötrü insanı cəzalandırmaq isə Allahın ədalətinə ziddir. Peyğəmbərlərin gəlməsinin bir hikməti də budur ki, insanları öz fitrətlərinə qaytarsın (tövbənin də mənası budur), və ƏHDi xatırlatsın.

Siz nubuvvətin sonuna inanmırsız?
Yaxşı onda niyə Allah-Taala 14 əsirdir heç bir Peyğəmbər göndərmir? Bəs insanlara bu gün "siz yazan fitrəti" kim qaytarır, kim "əhdi xatırladır"?

nəticə çıxır ki insan təkbaşına müşrik və s. olmur. yəni insan meşədə böyüsə və heç kəsi görmədən ölsə, o Allaha inanacaq, amma onun dinindən və s.dən xəbərsiz olacaq. və hər kəs də öz elminə görə sorğu-suala tutulacaq.
yəni, o kəs dindən xəbərsizdirsə onun ehkamları və s. barədə sorğu sual mənasızdır.


Meşədə yaşayan ya Mauqli olur, ya da xacpərəstlərin monaxları. Bunlar bizə nümünə ola bilməz. Gəlin İslam cəmiyyətindən danışaq. Artıq meşə qalmadı, hamısını qırıblar.
İslamda Asketlər olub, onlar bizə nümünə ola bilər. Amma 1000000 nəfərdən bir nəfər meşədə yaşayırsa Allah xətrinə daha ondan və onun bilməməzliyindən danışmayaq. Bu boş söhbətə bənzəyir.



#75580 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 18 июня 2011 - 23:18 в Əqidə və fiqh

... sən demək istəyirsən ki,Allah meşədə yaşayana rizqnən,suynan təmin etdi, ancaq mənəvi bir qidaynan təmin etmədi ? bütün günü Allahın ədl sifətinə inandığından danışırsan,bir az dərinə gedəndə Allahın ədl sifətini tanımamağın üzə çıxır.Allah meşədə yaşayanın ruzisini verdi, ancaq həddi buluğ yaşına çatanda ona hüccət çatdıra bilmədi ? bir az dərindən qəlbnən bu ayəyə(əraf 172-yə)yaxınlaşsan görərsən ki,əslində mənəvi qida, Allaha inam,bütün bu maddi qidalardan daha üstündür, bu olmayanda insan dünyanı üstün tutur,və sonra ayədə olduğu kimi, getdiyi yer əbədi cəhnnəm olur.
bir də axirətdə 1 gün dünya həyatının 1000 ilinə bərabərdir.sən isə deyirsən ki, maddi qidani verdi, ancaq Allah özünü axirət baxımından tanıtmadı insana ?


Salam Əleykum Abdhalım!

Mən sizin yazdıqlarınızla razılaşa bilmirəm.
Allah-Tala meşədə və başqa yerlərdə yaşayanların ruzisini və suyunu birbaşa heç kimə vermir və onlar arasında bölmür. Ruzini əldə etmək lazımdır. Məsələn, meşədə yaşayan banan ağacına dırmaşmalıdır, ya da hansısa vəhşi keçini öldürməlidir ki, ruziyə çata. və s.
O, ki qaldı mənəvi qidaya və hüccət çatdırmağa burda heç bir əlaqə görmürəm.
Əgər Tanrı hamına həddı buluğa çatanda hüccət və furqanlar bəxş eləsəydi onda şeytanlara, cinlərə, mələklərə və s. ehtiyac olmazdı ki, yalnız və yalnız insanlar olardı...

İkincisi, deyək ki, hansısa xacpərəst monax başını götürüb insanlardan uzağa - meşəyə gedir. O, elə bilir ki, özünü dininə və Allahına həsr edir. Amma bu islamda qəbuledilməzdir və günah sayılır (monax həyatı). Yəni burdan belə nəticə çıxarmaq olar ki, şeytandan qaçmaq lazım deyil, əksinə onunla mübarizə aparmaq lazımdır.
İslam cəmiyyətindən kənar və meşədə yaşayanın mənəvi qidaya çox da ehtiyacı yoxdur. Meşədə tək yaşayan bəndənin ordan çıxarılıb, hidayət olunmasına inanardım, sən deyənə yox. Meşədə qalıb, höccət tapmağın o qədər də faydası yoxdur.

sən isə deyirsən ki, maddi qidani verdi, ancaq Allah özünü axirət baxımından tanıtmadı insana ?



Adamı yaratmaqla Allah-Taala fəxr elədi. Ona göz, qulaq, dil verdi. Sonunda ağıl və düşüncə verdi. Daha nə istəyirsən?
İstəyirsən ki, bu keyfiyyətləri yaratdığından geri ala? İstəyirsən ki, insanı trans və hipnoz vəziyyətinə salıb ona axirəti, cənnəti, cəhənnəmi öyrədə, bəlkə?
Tanıyana tanıtdı qardaşım!
Tanımayana o dünyada tanıdacaqdır!



#75793 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 26 июня 2011 - 13:27 в Əqidə və fiqh

Bismillah,sən,deyəsən,dolamısan camaatı.Yekə şirflə yazdım özü də!Sənin əqidən nədir???10yaşında biri düşür meşəyə,yaşayır 18-20 yaşında ölür.Cəhənnəmlikdir,ya yox,ya da bilinmir.Mənim əqidəmi deyim bil 100% cəhənnəmlik deyil...

nə olub? niyə əsəbləşirsən ? haqqıda belə axtararlar ? müsəlmanan bu cür yazışmağ ədəbdən deyil.
mən sənə bir bir bu haqda olan mənim yəqinliyimi Allahın izn ilə gətirəcəyəm.
səndəndə tələb olunur ki, təsdiq edəsən ya da ki, rədd edəsən !
hətta sənə deyərdim ki, təsdiq etməyə də tələsmə,1 ci qəlbin təsdiq etsin ondan sonra təsdiq et.yoxsa belə olan halda
özün öz küfrüvü dahada artırarsan.


Əbdhəlım, siz həmsöhbətinizin sadə sualına cavab vermirsiniz, özünüz isə ondan öz yəqinliyinizi və furqanınızı qəlbən təsdiq etməyi tələb edirsiniz. Bu nə dini cəhətdən nə də dünyəvi, elmi-fəlsəfi cəhətdən ədalətlı deyildir.
Gəlin bir az tolerant olaq!

Mən görürəm ki, :shades: siz "insan psixologiysını" pis öyrənməmisiniz. Psixologiya 150-200 il bundan əvvəl elm kimi formalaşdı, və insan psixikasını və qəlbinin dərinliklərini öyrənir.
Unutma ki, biz İslam saytında müzakirə ilə məşğuluq. İslam dini qərb psixologiya elmini tamam qəbul etmir. Orda şeytana xidmət məsələləri geniş yer tutur.
Yaxşı olar ki, öz nəfsimizə qalib gələk ("Böyük cihad") sonra bir-birimizə yəqinliyimizi (furqanımızı) yeridək.

Imam sadiq dedi””--Allah-taala Həzrət Adəm əleyhissalamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və batındə olan hüccət. Əgər yer üzündə ilahi bir hüccət olmasa, Allaha ibadət olunmaz”

Bihərul -Ənvar,c 52,səh.92
insan əgər yetkinlik yaşına çatırsa,elə bir insan yoxdur ki,Allah onun qəlbinə hüccət göndərməsin !istər qız olsun istər oğlan.sən bunu təsdiq edirsən ya yox ?mən hələ kitab və peyğəmbərdən danışmıram.
Mən meşəyə düşmüş və həddi buluğa çatan insandan danışıram.
yəni bu insanın qəlbində bu dünyanın ziddiyyətlərini göstərir Allah ya yox ?
imamlardan gələn sözlərə görə insan əgər yetkinlik yaşına çatırsa,elə bir insan yoxdur ki,Allah onun qəlbinə hüccət göndərməsin !
cinsi yaxınlıqın özündə,nütfənin gəlməsində
həya abırın aradan qalxması,dəliliyə bənzər hallar muşaiyyət olnur.
bunu mən yox imam Əli deyir
Əli r.a-dan cinsi yaxınlıq barəsində soruşdular, buyurdu: «Övrətlər bir yerə yığışır, mövcud olan həya aradan qalxır. Bu bir növ dəliliyə bənzəyir. Onun nəticəsi bir övladdır ki, əgər diri qalsa sınaqlara, ölsə təəssüfə səbəb olur
Nəhcül-bəlağə»nin şərhi (İbni Əbil Hədid), 4-cü cild, səh.546
yəni bu ziddiyyətləri görsədən Allahdır, insan bunu görmürsə, bu onun öz ziyanına,görürsə dəməli bu onun öz xeyrinə.
artıq bunu görən ,və bu düşdüyü halnan razılaşmayan Allaha tərəf gedir.....
yəni tovhidə,təmizdənməyə gedən yola,və Allahda buna gedən yolu göstərir,
sən buracan razılaşırsan məniynən ya yox ? razılaşmırsansa buyur dəlillərnən rədd elə.
yəndə deyirəm meşəyə düşmüş insanın qəlbində bu dünyanın ziddiyyətlərini göstərir Allah? hə ya da yox ?


Əvvəla, sizin İmamlardan gətirdiyiniz sitatlar və onların şərhi bizi qane etmir, yəni sizin təfsirlər səthi və ya zahiri xarakter daşıyır. Biz, şiyələr belə izahat və təfsirlə razı deyilik.
İkincisi, tutaq ki, Allah-Taala hər bir insanın qəlbinə lazımi hüücət göndərir. Bu qəbul.
Onda sual meydana çıxır:
"Biz şiyəyik. Bizim öz təriqətimiz var. Bizlərdən etnik şiyələr var, sonradan şiyəliyi qəbul edənlər var. Bir qisim etnik şiyələr daim azır, din-təriqətdən çıxırlar. Digər qurup adamlar əksinə. Deməlı, şiyələrin öz yolu, qaydaları var. Və bu yol-qaydaları unutmamaqdan ötrü, Allah-Talanın göndərdiyi hüücətdən savayı, təlim-təhsil-tərbiyyə lazımdır. Və bu da imamlarımız, müctəhidlərimiz vasitəsi ilə baş verir.
Həmcinin xacpərəstlərdə, həmcinin yəhudilərdə və s. özünə məxsus olaraq baş verir".
Bir dəfə mən, bir İsraıl vətəndaşından soruşdum; Siz yəhudisiniz, əgər siz qeyri-yəhudi qadınla evlənsəniz sizin övladlarınız yəhudi sayılacaqmı?
O, cavab verdi; Xeyir, yalnız mən yəhudi sayılmaqda davam edirəm. Arvadım, uşaqlarım, hətta nəvələrim yəhudi sayılmayacaqdır. ... Yalnız 7 nəsildən sonra, əcər hər dəfə yəhudilərlə aılə qurulsa onda mənim 7-ci nəslim yəhudi sayıla bilər!
Burdan belə nəticə çıxır ki, onlara "hüccət" azlıq edir, qanın qarışması vacibdir...
Həmçinin şiyəliyin öz qanun-qaydaları vardır.
Əbdhəlim sən gəl, şiyəliyin əsaslarını öyrən sonra biz şiyələrə dərs verərsən. Öyrənmək istəmirsənsə, bizə qeyri-şiyə məzhəblərinin üsullarından danışma, qardaşım. Biz, xaçpərəst ya da yəhudi deyilik ki, onlar kimi məbudumuzu dəqiq tanımayaq. Bizlərə İmamlarımız daim vasitədir. Məsumların (ə.s.)qoyduğu yol biz şiyə-cəfərilərə vasitədir.
İndi sən, istəyirsən məni Allahsız say!
Amma, mən azmaram!
Şükür Allaha, mən müsəlman-şiyəyəm! Şükürlər olsun rəbbimə məni Əbdhəlim kimilər azdıra bilmir. Çünki, mən 14 məsum vasitəsi ilə təvəssül edirəm. Çünki mən, zamanımın İmamını (ə.s.) tanıyıram.
Əbdhəlim mövzunu bağlayaq?
Yoxsa nalı mıxa vurmaqda davam etmək istəyirsən?

Üsulda bilməməzlik "Üsuluddini" bilməməkdən və ya bilmək istəməməkdən irəli gəlir. Əgər bimək istədinsə deməli məqsədə yaxınlaşırsan. Yox əgər "üsuluddini" bilmək və qəbul etmək istəmirsənsə de görək məqsədin nədir?
Üzurlü sayaq.



#75825 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: Vey-sal 27 июня 2011 - 13:23 в Əqidə və fiqh

bizim əqidəyə görə rəsul günah edib,və fitnəyə də düşüb bədr döyüşündə əsirlərin başını kesmək əvəzinə
fidyə aldılar.bu əməl Allahın qəzəbinə səbəb olan əməl idi.

Salamun Aleyke
bendeye maraqlidir ki bu yazdiginizin esasi ve delili nedir ve hansi menbedendi?


Sizin əqidə nədir?

Bəndə,
hansı yazdıqlarımızı nəzərdə tutursunuz?



#83390 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: Vey-sal 04 ноября 2011 - 23:13 в Şiə-sünni dialoqu

ABNA İmam Baqirin şəhadət ilə bağlı təsliyyət verir
Bu məqalədə 5-ci İmamız imam Bağır (əleyh salam) barəsində dəyərlı məlumat vardır. Abnadakı elmli qardaşlarımıza halal olsun.

http://abna.ir/data....ng=13&id=276482



#75700 İslam və demokratiya

Отправлено автор: Vey-sal 24 июня 2011 - 18:07 в Ümumislam mövzular


Sərbəstlik - dünyəvi demokratiyanın özəlıdir. Məsələn, ABŞ Azərbaycanı "xüsusi-ailə məhkəmələri" yaratmağa məcbur edir. Güya bu məhkəmə uşaq və yeniyetmələrin hüquqlarını müdafıə edəcəkdir. Əslındə, uşağa hüquq verilir ki, uşaq atasını bir şilləyə görə tutdursun, və ya uşaq narkomanların kruquna girəndə valideyn onun xətrinə dəyə bilməsin, ata-qizi münasibətləri və s. Bütün bu qərb sərbəstlıyı əslındə demokratiya deyildir (məhz belə qələmə verilir!). Burda məqsəd qərb şeytanının müsəlman ailəsini dağıtmaqdan gedir, adın qoyublar demokratiya.


Bu da bizim "demokratiyamız"!
İyunun 7-də yazdığım yuxarıdakı postumda mən bu misalı sadəcə təxmin edirdim. Əfsuslar olsun ki, bu işi ölkəmizdə qanuniləşdirmək istəyirlər. Aşağıdakı məqalədə bu barədə xəbər verilir:

http://abna.ir/data....ng=13&id=249138

..."Belə ki, Azərbaycanda övladlarına qarşı zorakılıq hərəkətləri törətmə pərdəsi arxasında mövcud rejim ata və anaları valideynlik hüququndan məhrum edəcək.

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul edilib.

Dəyişikliyə əsasən övladlarına qarşı zorakılıq hərəkətləri törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər."... (mənbə; http://abna.ir)



#79536 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Vey-sal 18 августа 2011 - 11:32 в Ümumislam mövzular

Bu kompaniyanın gedişatı bir növ dindarlar arasında radikal, loyal, üzüyola ruhailərin təftiş olunmasına şəarit yaratdı.
1) Radikal ruhailər seçildi və dərhal da zərərsizləşdirildi

nə etmək, yerdə qalanlarına yalnız ugurlar diləmək olar..

P.S.
Salam olsun zindanda yatan dostlara


Salam olsun!

Radikallar kimin tərəfindən zərərsizləşdirildi?
Və ümumiyyətlə bircə hicab məsələsində fikrin bildirməmək məncə radikallığa dəlalət etmir. Ən güclü radikal hökumətin özüdür. Yerdə qalanları azmış və mömin müsəlmanlardır. Azmışların içərisində hökumətin və sionistlərin radikalları vardır.

Atella, sizcə belə bir fikir yürütmək nə dərəcədə doğrudur?:
Bəlkə bu kompaniya bu günkü hökumət üçün bir statistik və informativ xarakter daşıyacaq. Bu minvalla hökumət həqiqi müsəlmanların sayını, tərkibini və hətta şəxsiyyətlərini təyin edir. Onsuz da bu qansızlar bu kompaniyanın müraciətinə əhəmiyyət verməyəcəklər.

Amma, razıyam bu kimi kompaniyalar şəklində müraciətlər və mübarizələr olmalıdır.



#78030 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Vey-sal 27 июля 2011 - 20:28 в Ümumislam mövzular

Uca Allahın lütfü ilə 100 min imza toplanıldı! İmzatoplama davam edir


http://abna.ir/data....ng=13&id=255845



#78072 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Vey-sal 28 июля 2011 - 16:59 в Ümumislam mövzular

Qardaşlarım, siyasi oyunlardı bunlar. Saf dininizi saf qəlbinizdə qoruyun. Qəlb dözmürsə cihad edin. Hacı Mövsimlər və Hacı Zülfüqarlar kimi siz də İmamlarımızın (ə.s.) yolunu tutub, zindanda olsa belə cihad edin. Keyfiyyətlə götürə bilmiriksə, kəmiyyətlə götürərik.
Yəhudilər Misir hadisələrindən sonra, vəhabi-sələfilikdən cox münafiqlər vasitəsilə xalqımızı, din və əqidəmizi parçalamağ qərarına gəliblər.
Azərbaycan üçün Türkiyə variantı seçilib. Türkiyənin (İsrailpərəst) qoca qurdları Ərdoğandan qaçıb, respublıkamızda oturdular. Onların təcrübə və imkanları coxdur, bizim xalqımızın zəıf yerləri az deyil.
Bir də ki...
bir də İranın qonşüsüyüq.
Yenə Nardaranlılar kimi birləşmək düzgün seçimdir. Onların yəqin ağsaqqallaqrı var, onlara tabe olurlar. Həm islama zidd deyil, həm də bizim xalqın mentalitetinə. Bu işdə yəhudilər bir şey edə bilməzlər. Masallı rayonun Boradigah qəsəbəsində bu cür birlik mövcuddur. Ayıq və arif adamların birliyi. Bu camaatın gücüdür.



#80530 "Əli olmasaydı, Ömər həlak olardı" rəvayətinin mənbələri

Отправлено автор: Vey-sal 14 сентября 2011 - 18:48 в Hədislər





"Əli olmasaydı, Ömər həlak olardı" rəvayətinin mənbələri



Axır ki, bitirdim. Xeyirli olsun :)


Qardaş, xeyirli olsun.
İcazənizlə bu həsislərdən bəzilərini rus dilli oxucular üçün yazardım:

12 - В книге Асбака ибн Набата «Манакеб» повествуется, что однажды к Умару привели пятерых человек по обвинению в распутстве. Умар приказал забить их камнями.
Али (да будет мир с ним!) сказал: «Судьбы людей не решаются так быстро. Надо более подробно рассмотреть их дело».
Когда провели расследование, выяснилось, что один из них был христианином и совершил прелюбодеяние с мусульманкой. Али (да будет мир с ним!) сказал: «Так как этот человек является иноверцем и проживал под сенью исламского государства, своим поступком он нарушил установленные для иноверцев законы и должен быть казнён. Отрубите ему голову».
Второй мужчина был женатым и жил со своей женой. Его светлость сказал: «Этот человек женат. Согласно Корану, он должен быть забит камнями».
Другой мужчина был холост. Али (да будет мир с ним!) приказал нанести ему сто ударов плетью.
Четвёртый мужчина был рабом и слугой. Наказание подобным людям составляет половину наказания, определяемого для свободных людей. Поэтому его светлость приказал наказать слугу пятьюдесятью ударами плети.
Пятый человек был сумасшедшим. Али (да будет мир с ним!) приказал освободить его.
Умар сказал: « Если бы не Али, мы были бы опозорены».

16 - Ибн Саббак Малики в книге «Фусул ал-Мохемме» пишет, что однажды к Умару привели мужчину, который в ответ на вопрос «Как ты встретил утро?» ответил: «Я встретил утро, любя интриги и ненавидя истину. Я согласен с убеждениями иудеев и христиан, уверовал в то, чего не видел, и признаю то, что не сотворено»
Умар отправил своего слугу за Али (да будет мир с ним!). Когда его светлость пришёл к Умару, тот поведал ему о случившемся.
Али (да будет мир с ним!) сказал: «Он прав, говоря, что любит интриги. Всевышний Аллах говорит: «Знайте, что ваше имущество и ваши дети - испытание для вас». Истина, которую он не любит - это смерть, ибо Всевышний Аллах говорит: « Наступит истинно предсмертное беспамятство». Он подтверждает слова иудеев и христиан, приведённые Аллахом: «Говорят иудеи: «Христиане не на истинном пути». А христиане говорят: «Не на истинном пути иудеи».
Говоря о том, что уверовал в то, чего не видит, он подразумевает Всевышнего Аллаха. Говоря о том, что признаёт то, что не сотворено, он подразумевает Судный День».
Умар сказал: « Ищу убежища у Господа от проблемы, при решении которой не будет присутствовать Али».
Согласно преданиям суннитских историков и учёных, Умар множество раз повторял, что если бы не Али, ему пришёл бы конец.

Так, шейх Сулейман Балхи в своей книге «Йанаби' ал-Мавадат» пишет:
«Соратники Пророка (да благословит Аллах его и род его!) обращались к нему при выполнении указов Божьего Писания (Корана) и спрашивали совета его светлости. Умар неоднократно говорил, что если бы не Али, он был бы уничтожен». (Источник; книга "Имам Али")



#88059 Şiə cavab verir

Отправлено автор: Vey-sal 11 января 2012 - 23:15 в Şiə-sünni dialoqu

KOnkret cavab verim. Namaz qilib qilmamasindan Asili olmayaraq, Hz. Eli (e) kime Kafir deyibse, men ona Kafir deyirem. Kime Munafiq Deyibse, men O etiqaddayam!
Kimin Xilafetin HAQQ deyib qebul edibse (belesi yoxdur) O etiqaddayam. Kimin Xilafetin fitne olmasin deye qebul edib susubsa, Onu FITNE OLMASIN deye qebul edib susuram.

Konkret ad soruwsan, cavab vermeyecem! Yeqine chatmadiqim movzulardir! Ona gore hech kime bu Kafirdir, bu munafiqdir, bu muselmandir, - demek mecburiyyetini ozumde hiss etmirem - ki, sonra Allah elemesin sehv edib ozumu zelalete uqradim. Muaviyye movzusunda yeqinim var. Onu bilirem ki o nesibidir. Imama qarshi vurushub. Onun kimi her bir kes (tovbe edenle xaric) nesibidir. Fiqhi cehetden Nesibiler Kafirdi ya yox? Fiqh ustadi deyilem ki, bilim! Nesibi olmasini bilmeyim mene bes edir ki, ona qarshi "Allah ondan razi Olsun" Kelimesini ishletmeyim. Elinin (e) her bir addimi menim uchun hoccetdir! Onunla dost olanla dostam! Dushmen Olanla dushmen! Elini (e) bu (neuzibilleh) cehenneme aparacaqsa, men de qoy onunla cehenneme gedim... Eli (e) haqqinda ne dedimse, Elece de, Hesen (e) Huseyn (e) haqqinda deyirem! INSEALLAH bir omur, onlar Resuli Ekremin (e) vefatindan sonra (ki ixtilaflar burda chixir) kime nece baxiblarsa, men de onlara o gozle baxiram!
Indi ehli sunne eqidesine gore men kafiremse, qoy olum!
"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə
də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir." [4:58]
Muselman UMMETINE PEYQEMBER (S) SELEQEYNI emanet qoyub! Allaha and olsun ki, ne RESULALLAH (s), ne de REBBI (c.c.) yalan danishmaz! Rebbim deyir Emaneti Sahiblerine chatdirin. Men O emanete eqide ve emelle berk berk sariliram ki, INSEALLAH geri qaytara bilim! Emanete XETER vurmaq isteyen INSEALLAH Emaneti Saxlayanlari qarshisinda gorer! Ister Sehabe Olsun! Ister muasiri Olsun! Ister Sunni Olsun, Ister shiye Olsun! Ne Quranin Tehrif Olunmasina Inaniram, Ne de EHli Beytin Ondan ayrilmasina!


"heqiqet_axtariram" nikli yuzer sözlərinizə bir qədər fikir verin!

Qara şriftlə qeyd etdiyim yerlərdə müəmmalı şeylər yazmısınız.
Bizim üçün höccət deyildir ki, siz hansı yolla həqiqəti axtarırsınız. Biz zəmanəmizin İmamını (Ə) tanıyırıq və təqlid etməyə müctəhidlərimiz vardır.
Gedin əvvəlcə əqidənizi araşdırın sonra gələrsiniz. Siz 9 dəfə nala 1 dəfə mıxa (bilərəkdən!) vuranlardansınız. Mən şəxsən sizi əqidə qardaşım saymıram. Mən şiyəliytin "gəfəri" əqidəsindəyəm.
İlahi bizləri 14 məsumdan (hər iki dünyada) ayrı salma!
Amin!



#87999 Şiə cavab verir

Отправлено автор: Vey-sal 10 января 2012 - 13:32 в Şiə-sünni dialoqu

qardash, men az axtarish etmemishem. bugune qeder de tapdiqim bir neche eminlikle dediyim heqiqet var! Hem aqlimla, delille hem de ureyimle qebul etdiyim.
1. Sehihi Muslim ve Sehihi Buxari sehih yox batildir!
2. Sehabe inanci batildir!
3. Muaviyye bir terefden Islam Ummetinde butun fitnelerin ocaqi, diger terefden ise oz batilliyi ile heqiqeti beyan edendir
4. ResulAllah (s) bize Quran ve Ehli Beyti (e) BIR-BIRINDEN AYRILMAZ EMANEET QOYUB!
5. Ve yene de deyib ki, Imamini tanimayan Cahilliyye Dovrunde olmush kimidir deyib!
Indi buyurun. Hemd Olsun men Eminlikle tesdiqleyirem ki, yuxarida yazilanlar, Peyqemberin (saas) dedikleridir. Achigi o qeder dediler ki, ay Imam Cefere (e) biz qurban olaq, o bashimizin tacidir sadece onun dedikleri bu gune gelib chatmayib falan, deyishdirilib, meni fitneye salan kelimeler bu oldu!
Indi Yuxarida yazdiqim ve Ureyimle ve Aqlimla TEsdiqlediyim bendlere uyqun gelen her hansisa bir firqe varmi shiyelikden bashga?
Xahish edirem deyin, varsa gedim onu arashdirim. Ama mene, Siffeynde, Eliye (e) qarshi olan adamlarin dediyi hedislere esaslanan fiqh teqdim etmeyin!
Qoy men koku HAQQ sonrasi bidet olan (sizin inanciniza gore) mezhebde qalaram belke, amma birbasha kokunde BATIL olan fiqhe teref getmerem.
Heqiqeten xahish edirem buyurun mene yol gosterin. Bu menim heqiqetlerim! Teklif ede bileceyiniz bir mezheb varmi shiyelikden bashga???
BIr eqide g


Biz bazarda deyilik sizə nəsə təklif edək.
Haqqı tanımaqda sizin bircə probleminiz vardır. O, da TƏKƏBBÜRdür. Təkəbbür mənəvi xəstəlikdir. Bu xəstəliyin birinci əlaməti haqqı inkar etməkdir.
Gedin, nə vaxt bu xəstəlikdən sağaldınız, gələrsiniz.
Haqq təkdir, yalan çoxdur.
:rolleyes: Sadəcə təkəbbürdən müalicənin dərmanını axtarın!



#77376 Şiyə hədisləri

Отправлено автор: Vey-sal 12 июля 2011 - 01:17 в Hədislər

Abu zeyd şiə məzhəbində hədis elmi barəsində danışır.

Şiələrin çoxunun bundan xəbəri yoxdur.




Xəbərin var, xəbərdən?

"Şiələrin çoxunun bundan xəbəri yoxdur".

qulaq asin xeberiniz olacaq


Bəs vəhabilər kar və kor olanda sən harda idin?

"Abu Zeyd" peyda olanda qulaqlarım "kar" olur. Özünüsaxlama instinktidir. Bezmişəm nağıllara qulaq asmaqdan. Bir mövzu aç, səninlə danışaq, qardaşım.
Nağılları saxla yəhudilərə. Özləri dinləsinlər. Onların pulu çoxdur. Boş vaxtları da az deyil.
Bosslarına çatdır, bizim bu variant keçmədi.

Əziz şiə Qardaşlarım, sizi Əbu Zeyd nağıllarından uzaq durmağa səsləyirəm.
Hünərli oğlanlar meydana atılsın.
Söz güləşdirək.
Təkəbbürünüz özünüzə qalsın.

siz niye onun dediklerine cavab vermirsiniz .eger o iftira atirsa iftirasinia cavab verin

Onun adı gəldikcə məndə "bəsirət gözü" açılır. Ətrafımda sanki, donuz əti və araq görürəm. Ürəyim bulanır.
Onun nəcis söhbətlərindən bu yolla özümü qoruyuram.



#77355 Şiyə hədisləri

Отправлено автор: Vey-sal 12 июля 2011 - 00:38 в Hədislər

Abu zeyd şiə məzhəbində hədis elmi barəsində danışır.

Şiələrin çoxunun bundan xəbəri yoxdur.




Xəbərin var, xəbərdən?

"Şiələrin çoxunun bundan xəbəri yoxdur".



#77365 Şiyə hədisləri

Отправлено автор: Vey-sal 12 июля 2011 - 00:57 в Hədislər

Abu zeyd şiə məzhəbində hədis elmi barəsində danışır.

Şiələrin çoxunun bundan xəbəri yoxdur.




Xəbərin var, xəbərdən?

"Şiələrin çoxunun bundan xəbəri yoxdur".

qulaq asin xeberiniz olacaq


Bəs vəhabilər kar və kor olanda sən harda idin?

"Abu Zeyd" peyda olanda qulaqlarım "kar" olur. Özünüsaxlama instinktidir. Bezmişəm nağıllara qulaq asmaqdan. Bir mövzu aç, səninlə danışaq, qardaşım.
Nağılları saxla yəhudilərə. Özləri dinləsinlər. Onların pulu çoxdur. Boş vaxtları da az deyil.
Bosslarına çatdır, bizim bu variant keçmədi.

Əziz şiə Qardaşlarım, sizi Əbu Zeyd nağıllarından uzaq durmağa səsləyirəm.
Hünərli oğlanlar meydana atılsın.
Söz güləşdirək.
Təkəbbürünüz özünüzə qalsın.



#78832 Əbu Bəkrin xilafəti

Отправлено автор: Vey-sal 08 августа 2011 - 21:22 в Şiə-sünni dialoqu

Həqiqətən də çox marağlı mövzudur! :rolleyes:
Ümumiyyətlə mən bildiyim qədərilə Əli (ə) bu üç qəsbkarın dövründə cihadlarda iştirak etməyib.Yoxsa yalnış bilirəm ? Yalnış bilirəmsə səhvimi dəlillərlə düzəldin zəhmət olmasa! :rolleyes:


Imam Əli(ə) hicri tarixinin 2-ci ilindən başlayaraq 9 il Peyğənbərin (s) sağlığında fasiləsiz cihad etmişdir. Bu dövrdə 80-a yaxın döyüşlər olmüşdur ki, bir çoxlarında Peyğənbər (s) şəxsən iştirak etmişdir. İmam Əlı (ə) 1-cə döyüşdə iştirak etməmişdir ki, o da "Təbuk" döyüşüdür. Onda İmam (ə) Peyğənbərin (s) əmri ilə Mədinədə qalmışdı.
Bu dövrdə baş verən döyüşlərin ümumi adı "qəzavat" adlanır.

Üç xəlifənin dövründə İmam Əli (ə) cihad etməmişdir.
Hətta, Ömərin dövründə İran və Ərəblər arasında döyüş olmuşdur. Ömər Hz. Əlidən (ə) məsləhət istəmişdir. İmamın (ə) məsləhəti ilə Ömər özü döyüşdə iştirak eləmədi, ordunu Dəməşqə deyil Bəsrəyə yığdı və bu döyüşdə qalib gəldi.
Hz. Əli (ə) Ömərə Ərəblərin Poma İmperiyası ilə döyüşü zamanı məsləhətlər vermişdir. Amma özü bu müharibələrdə döyüşməmişdir.

İmam Əli (ə) Xəlifətə bilavasitə rəhbər olduqdan sonra (35-ci ildən sonra) cihadı davam etdirmişdir.
Mənbə F. Kompani "İmam Əli (ə)"



(- В войне между Ираном и арабами, когда Умар собрал совет, каждый из мусульман выдвигал свои предложения. Некоторые были убеждены, что необходимо собрать войско Дамаска и отправить его в Нахаванд. Другие полагали, что сам Умар должен возглавить войско. Однако Умара не интересовали их мнения. Он обратился к Али (да будет мир с ним!) и спросил: «О, отец Хасана, почему ты не даёшь нам совета?» Али (да будет мир с ним!) ответил: « Нельзя собирать войско Дамаска или тебе отправляться на поле боя, ибо в первом случае исламское войско очистит граничащие с Римом районы, а во втором случае если ты потерпишь поражение, мусульмане уже не найдут себе убежища. Поэтому отправь вместо себя на поле боя одного из своих опытных командиров и пошли жителей Басры на помощь их братьям, ибо положение в Басре не столь напряжено, как в Дамаске, и можно набрать и вооружить отряд в этом городе». Умар последовал совету его светлости и одержал победу. Али (да будет мир с ним!) также давал советы Умару в войне арабов с Римской Империей.)



#78880 Əbu Bəkrin xilafəti

Отправлено автор: Vey-sal 09 августа 2011 - 20:47 в Şiə-sünni dialoqu

Vey-sal,
Cəzəkəllahu Xayran əxi! :rolleyes:
Bİlirdim ki, yalnış bilmirəm.Mənə maraqlıdır ki, özünə sünni deyənlər bu barədə nə düşünürlər ? Yəni, onlar hesab edirlər ki, bu yalnışdı ? ƏLi (ə) üç xəlifə dövründə cihadlarda iştirak edib ? Etməyibsə , görəsən özlərinə sünni deyənlər bu barədə nə deyirlər? Nəyə görə iştirak etməyib ƏLi(ə) bu döyüşlərdə? Səbəb?



Cəzəkəllahu Xayran!
Əxi, "Cəzəkəllahu Xayran" nə məna verdiyini bilmirəm, amma dildə bəzən işlədirəm.

Hz. Əlinin (ə) Rəşidi xəlifələrinin dövründə cihad etməsi barədə mənbə tapa bilmədim. Bir şeyi başa düşmək olur ki, İmam Əli (ə) onlara (3 xəlifəyə) beyət etmədiyindən onların xəlifəti dövründə cihad da etməmişdir.

O, ki qaldı sünnilərə; onların çoxu biganə müsəlmanlardır. Şiyələr kimi mübariz deyillər və din uğrunda cihada hazır deyillər. Müasir sünnilərin bir çoxları moda dalınca qaçıb vəhabi-sələfi olur. Biganəlik öz rolunu oynayır. Yəni dünya malını Allah-talanın dininə dəyişirlər.
Onlar üçün bu mövzu çox da əhəmiyyət kəsb etmir. Qardaşım, bu barədə baş sındırmaq üçün adamın ürəyində gərək Əli (ə) və Əhli-beyt (ə) sevgisi ola. Nə isə...
Allah əcr versin.




Рейтинг@Mail.ru