Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 29-апреля 23)



#11376 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 03 июля 2009 - 05:16 в Şiə-sünni dialoqu

Əssəlamu aleykum

Əbu Sufyan ordusu!
Sənin bunları gətirməklə nəyi isbat etmək istəyirsən?
Sənin burda yazdıqların içində bir çox savadsız iddialar var...məsələn, əl-Qadi Əbu Yalə - rahiməhullah - vahabi deyil, onu vahabi alimi saymaq cahillikdir. Bilən səbəbini çox gözəl bilir.
Sənin öyrənmək istədiyin nədir? Bu hədislər haqqında əhli-sünnət alimlərindən muhaqqiqlərin görüşü nədir?
Onların hədisin səhihliyi haqqında dedikləri sözləri öyrənmək istəyirsən?
Bu hədisləri qəbul edənlər onları zahiri mənasındamı qəbul edir, yoxsa təvil edirlər?
Yəni, sən nəyisə iddia edirsənsə, həmin iddianı bir qədər ətraflı yaz ki, oxuyan nə istədiyini anlasın!
Yazın tökürsən, ətrafında da bir iki çırtma çalanların var..özünü xoşbəxt hiss edirsən!
Əvvəla bilmək lazımdır ki, əl-Qadi Əbu Yalə mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir. əz-Zəhəbi deyir: (Siyər Əaləm ən-Nubələ, 18/90) "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."
Qaldı ki, İmam Əhmədin sözlərinə və sən həmin sözləri burada tərcümə etmisən, lakin əziyyət olmasaydı kitabın təhqiqinə də baxıb görərdin ki, orada muhaqqiq yazır ki, sənədində tanımadığı ravı vardır. Ədalətli ol və tam araşdır.
İmam Əhmədə gəldikdə isə "əl-Muntəxab min İləl əl-Xalləl" (səh: 285)də İmam Əhməddən gələn rəvayətdə hədisin münkər olduğunu demişdir.
Qısacası...sənin burada yazdıqlarının hamısının gözəl cavabı vardır, lakin cədəldən qaçmaq istəyirəm...Nəyi sübut etmək istəyirsənsə aydın yaz!



#11457 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 04 июля 2009 - 23:08 в Şiə-sünni dialoqu

Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.
Sənin yazdıqlarının cavabı vardır, Allahın iznilə qarşıda bu cavabını burada yerləşdirəcəm.
Amma qısa olaraq burda bir şeyi aydınlaşdırmaq istəyirəm.
Heç bir əhli-sünnət alimi Allah haqqında sizin zənn etdiklərinizi söyləmir...Haşa, Allahı bundan tənzih edirlər. Əgər kimsə deyilən sözlərin məğzini anlamırsa, bu onun öz qafilliyidir. Bu məsələdə bir neçə məzhəb var. Quranda və Sünnətdə gələn sifətlər haqqında bir neçə yanaşma mövcuddur.
1. Bir qrup ümumiyyətlə Allahı hər bir şeydən tənzih edirlər, tənzihdə o qədər ifrata varıblar ki, Allahın həm sifətlərini, həm də isimlərini inkar edirlər. Açıq aydın Allahın "əs-Səmi" və ya "əl-Basir" olmadığını deyirlər və bu isimləri elə təvil edirlər ki, sanki Allahın Quranda özünü vəsf etməsi faydasız olur.
2. Digər qrup isə yalnız sifətləri inkar edir, isimləri isbat edirlər.
3. Sifətlərdən bəzilərini qəbul edir, digərlərini nəfy edirlər...qəbul etdikləri sifətləri isə təvil edirlər.
4. Bir digər qrup isə sifətlərdə Allahı məxluqa bənzədirlər.
5. Hənbəlilər isə səhih sünnətdə və Quranda gəlmiş sifətlərin hamısını qəbul edirlər və bir əsl olaraq onları zahiri mənalarına həml edirlər. Əgər bir başqa dəlil təvilə imkan verirsə, təvil edirlər. Lakin xüsusilə qeyd edirlər ki, bu sifətlərin arxasındakı həqiqət bizlərə məlum deyildir, onların keyfiyyətini biz bilə bilmərik. Biz sadəcə Allahın özü haqqında bizə xəbər verdiklərini təsdiq edir, öz əqlimizə tabe olaraq hər hansı bir sifəti inkar etməkdən qorxuruq. Çünki bu məsələlər ağıl ilə dərk olunmaz. Ona görə də alimlərimiz açıq şəkildə deyir ki, Allahın iki əli, iki gözü, danışması, eşitməsi Onun Özünə məxsus, Özünə yaraşan kamil sifətləridir. Biz bunların həqiqətini dərk etməkdən acizik və qəti olaraq bildiririk ki, bu sifətlər nə orqanlardır, nə də Allah hissələrdən ibarət deyildir, Allah məxluqa bənzəməz...Alimlərimiz bunu eynilə Allahın hakim olması ilə, qullarından kimlərinsə hakim olması kimi izah edirlər. Allahın sağ olması, Onun bizim sağ olmağımız kimi sağ olması anlamına gəlməz. Allahın nəfzi bizim nəfsimiz kimi deyildir. İsa - aleyhissələm - deyir: "Mən Sənin nəfsindəkini bilmirəm, Sən mənim nəfsimdəkini bilirsən!" Biz bununla Allahın nəfsinin olduğuna, lakin bu nəfsin Allaha layiq bir nəfs və bu sifətin kamillik sifəti olduğuna, naqislik sifəti olmadığına etiqad edirik.
Ona görə də bu hədisləri bura muncuq kimi düzüb elə təsəvvür oyatmayın ki, əhli-sünnət alimləri məxluqa bənzər bir ilaha etiqad edirlər. Kim belə düşünürsə ya şirrir, pis niyyətli biridir, ya da cahildir!
İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə, biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik. Çünki öz kitabları bundan da münkər hədislərlə doludur! Özü də elə hədislər ki, bunların ilk dövr alimləri bu hədislərin səhihliyində ittifaq edirlər.
Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.
Hələlik!



#11487 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 16:28 в Şiə-sünni dialoqu

Allahın 2 əli var deməklə yəni kəmiyyətdən istifadə etmək səncə artıq sayıla bilən cism təsəvvür etmək deyil?
Sağ əl, sol əl, ayaq, barmaq, göz ............deməklə qismlərə böldükdə cism təsəvvür etmək deyil? Ən azından Allahınızı sadalanan qismlərə bölməmisiniz?

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

Məgər Bizim öz əllərimizlə onlar üçün davarlar(mal-qaranı) yaratdığımızı və özlərinin de onlara sahib olduqlarını görmürlərmi?!(Yasin-71)

Burada Allah 2 əlimlə yox, əllərimizlə yaratdıq deyir. Ərəb dilində bildiyin kimi cəm 3 və 3-dən artığa şamil olur. Siz isə deyirsiniz ki, Allahın məhz 2 əli, sağ əl və sol əli var. Bəs onda yuxarıdakı ayəni nəzərə alanda ən azından 3-cü əl barədə nə deyə bilərsən?

وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

Biz göyü əl ilə yaratdıq ve Biz onu genişlendiririk.(51-47)

Burda nə deyəcəksən? Allah tək əl ilə yaradıb?

Allahı unutqanlıqla, istehza etməklə, utanmaqla, xəstələnməklə və s. ilə vəsf edirsinizmi? Bu barədə ayə və hədislər var. Hələlik bunlara sənin tə`birinlə desək normal dildə cavab ver. İnşaAllah sonrası da olar.


Burada iki sual vermisən. Birinci sualına əsasən guya Allah "iki əl" sözünü zikr etmir, lakin əllərim sözünü zikr edir. Bunun üçün ayəni misal g
tirmisən. Lakin deyəsən digər ayəni unutmusan? Allahu Təalə İblisə deyir: ما منعك أن تسجد لما خلقت بيدي "İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" Bu ayədə Allahu Təalə özü "iki əl" işlədərək məhdud say bildirmişdir.
Qaldıki/ cəm siğəsində gəlməsinə...bunda heç bir ziddiyət yoxdur/ bu ərəblərin dilində geniş yayılmışdır. Onlar "əllərimiz" deyirlər, lakin hamı bilir ki/ ərəblərin də digər millətlər kimi iki əli mövcuddur.

İkinci sualına gəldikdə isə, gətirdiyin ayədə ümumiyyətlə "əl" sözü işlənməmişdir. Ya sən ərəb dilindən qafilsən, ya da qafil olan biri səni aldatmışdır. "أيد" kəliməsi ilə "يد" kəliməsi arasındakı fərqi də bilmirsən. Birincisi "dəstək,qüvvə" anlamındadır...ikincisi isə "əl" deməkdir. Ona görə də heç bir alim sənin gətirdiyin həmin ayəni "mütəşabih"lər sırasına aid etməmişdir. Çünki ərəb dili baxımından orada heç bir işkal yoxdur.

Bir də qeyd edim ki, Abu Sufyan ordusu, sən məni tanımırsan...ona görə də yazılarında bir qədər tonunu aşağı sal! Sən mövzunu açanda elə bərk getmisən ki, sanki mövzu ilə nəyisə isbat edirsən. Nasibi və bunun kimi adlardan uzaq ol...nasibilik küfrdür, əgər belə edəcəksənsə, onda mən də sənin kimilərə rafizi adını yapışdıraram. Amma hələ ki, sənə heç bir şey demək istəmirəm, sənin ədalət və insafını gprmək istəyirəm.
"Fath" təkıb edir ki, mövzu normal diskussiya olsun!
Bir də xahişim budur ki, bir məsələ bitməmiş o biri məsələləri ortaya qatmayın. Linkləri orya atmayın, içinizdən insaflı, adil və elmli biriləri müzakirədə iştirak etsin ki, aləm bir-birinə qarışmasın! Bir də qərəzlilikdən uzaq olmağa çalışaq, bu haqqı axtaranların sifətidir. Ədəb və əxlaq normalarını gözləyək...müzakirəmiz belə davam edərsə, oxuyanlar yazılarımız xoşluqla oxuyar.



#11488 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 16:38 в Şiə-sünni dialoqu

al-Fath'in salamını almağı unutdum, çox üzr diləyirəm. Əleykum əssələm va rahmətullahi va bərakətuh

Abu Sufyan adlı user elə zənn edir ki, mən hədislərin münkər olduğunu deyə bilmirəm. Bu mənanı haradan çıxardığını anlamıram, amma nəsə... burada alimlərimizin bu hədislər haqqındakı fikirlərini yazıram, alimlərimiz bu hədisləri münkər sayırlar. Aşağıda təfsilatı ilə izah etmişəm.

İbn Abbasdan gələn rəvayətlər Həmməd bin Sələmə ətrafında dövr edir. Onun bu rəvayətlərinə etimad olunmayacağını bir neçə tərəfdən isbat etmək olar.
1. əl-Beyhəqi’nin dediyi kimi Həmməd bin Sələmə yaşlandıqda hafizəsi korlanmışdır və bu hədisləri nə zaman rəvayət etməsi məlum deyildir.
2. İmam əl-Buxari onun hədislərini tərk etmişdir, çünki ona görə Həmməd bin Sələmə çoxlu xəta edən ravidir, lakin Muslim ictihad edərək Sabit’in ondan hafizəsi korlanmamışdan əvvəl rəvayət etdiyi hədislərini qəbul etmişdir. Bu hədislərin sayı isə on iki dənədir və şahid qismində rəvayət olunmuşdur.
3. İbn Sad “ət-Tabəqat əl-Kubra” əsərində (7/282) onun haqqında deyir: “Münkər hədislər rəvayət edir” və İmam əz-Zəhəbi “əl-Mizan” kitabında (2/364) rəvayət yollarını qeyd etdikdən sonra deyir: “Bu, Həmməd’in rəvayət etdiyikləri içində ən münkəridir.” Daha sonra deyir: “Əgər bu rəvayətlər səhih olsaydı, yuxuda görmək kimi bir görmə olardı.”
4. Həmməd bin Sələmə sifətlər haqqında tək başına bir çox hədis rəvayət etmişdir və bu hədisləri ondan başqa heç kəs rəvayət etməmişdir. İbn Adiy “əl-Kamil” əsərində bu hədislərdən bir neçəsini qeyd etmişdir və bu hədisi də onların arasında zikr etmişdir.
5. Həmməd bin Sələmə’nin Basra əhlindən rəvayətlərində zəiflik vardır. Ona görə də İbn Tahir “Şurut əl-Əimmə əl-Xamsə” əsərində (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 27) deyir: “Buna əsasən Muslim, Həmməd bin Sələmə’nin hədislərini rəvayət etməkdə üzrlü görülür, çünki o, onun Sabit əl-Bənani, Əyyub əs-Səxtəyani kimi məşhurlardan rəvayət etdiklərini kitabına almışdır. Çünki Hamməd daim Sabit’in yanında olmuş və onunla uzun müddət dostluq etmişdir, beləki Sabit’in səhifəsi, hafizəsi korlanmamışdan əvvəl olduğu kimi hafizəsi korlandıqdan sonra da onun zikrində və hifzində qalmışdır. Lakin onun basralılardan rəvayət etdiyi hədislərə gəldikdə isə, Muslim onlardan rəvayət etdiyi hədislərdən heç birini kitabına almamışdır, çünki onun basralılardan rəvayətlərində çoxlu ğarib hədislər vardır. Bu isə onların hədisləri üzərində çox az çalışması səbəbilədir.” Bu hədisi isə o, Qatədə’dən rəvayət etmişdir, Qatədə isə Basra əhlindəndir və hədis isə həmin ğariblərdəndir. İmam Muslim “ət-Təmyiz”də deyir: “Hamməd bin Sələmə, Qatədə’dən rəvayətlərində çoxlu xəta edir.” (bax: İbn Racəb, “Şərh İləl ət-Tirmizi”, 2/508)
6. Hamməd elmdə böyük bir alim olmasına baxmayaraq, bir çox vəhmləri olmuşdur. əz-Zəhəbi onun haqqında deyir: “Onun vəhmləri vardır.” Bu isə siqa və böyük alim olmasına baxmayaraq, bir çox kəsin qurtula bilmədiyi bir şeydir.
Vəhm və xəta belə alimdən gözlənilə bilər. Onun məhz bu hədislərdə xəta etməsini isbat edən dəlillərlə qarşılaşdıqda isə xəta etdiyini əminliklə söyləyə bilərik. Bu dəlillərdən biri onun Sabit’dən, onun da Ənəsdən rəvayət etdiyi hədisdir. əd-Dəraqutni “əl-Əfrad”da deyir: “Əbu Bəkr Əhməd bin İsa əl-Xavvas bizə rəvayət etdi, Sufyan bin Ziyad bin Adəm bizə rəvayət etdi, Əbu Rabiə Fəhd bin Auf bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Sabit’dən, o da Ənəsdən rəvayət etdi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Rəbbimi ən gözəl surətdə gördüm.” Lakin bu hədisi Hamməd bin Sələmə’dən rəvayət edən Fəhd bin Auf’dur və o, zəifdir. Bura qədər dediklərimiz Hamməd bin Sələmə ilə bağlı idi.
Sənədin digər illəti isə Qatədə’dir. Qatədə isə tədlis etməyinə görə məşhurdur. əl-Hafiz İbn Hacər onu “Tarif Əhlit-Təqdis bi Məratibil-Məfsufin bit-Tədlis” adlı kitabında (səh: 102, Dar əl-Kutub əl-İlmiyyə, hicri 1405) müdəllislərin üçüncü təbəqəsinə aid etmişdir. Bu təbəqələr arasındakı fərqi bilməyən müsəlmanlar üçün bunu elə əl-Hafiz İbn Hacərin öz sözləri ilə izah edək: “Bu kəslər çox tədlis edənlərdir və açıq şəkildə hədisi eşitdiklərini bildirmədikcə imamlar onların hədislərini dəlil olaraq qəbul etmirlər. İmamlardan bəziləri ümumiyyətlə onların hədislərini rədd edir, bəziləri isə qəbul edir.” əş-Şubə deyir: “Qatədə’nin ağzına baxardım və əgər “həddəsənə” desə hədisini yazardım, əks təqdirdə yazmazdım.” (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 29) Bu hədisdə də Qatədə bu hədisi eşitdiyini bildirməmişdir, əksinə “ananə” ilə rəvayət etmişdir.
Digər illət isə hədisin iztirablı olmasıdır. İkrimə bəzən bunu İbn Muaz bin Afra’dan rəvayət edir. İbn Muaz isə məchuldur. Elə əl-Qadi Əbu Yalə özü “İbtal ət-Təvilət” kitabında İmam Əhmədin bu barədə sözünü nəql etmişdir. Əhməd deyir: “İsnadında iztirab vardır.” (bax: “İbtal ət-Təvilat”, 1/140)
Bu hədis həm də başqalarının İbn Abbasdan rəvayət etdikləri hədisdən çox fərqlidir. Buna görə də Şeyx Nasiruddin əl-Albani – rahiməhullah – “Muxtəsar əl-Uluv”da (səh: 118) İmam əz-Zəhəbi’nin hədisin sənədini “ceyyid” saymasına etiraz edərək deyir: “Müəllif – rahiməhullah – isnadın zahirinə baxmış və onu güclü saymışdır, çünki onu Əhməd yolu ilə gətirmişdir; Əsvad bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Qatədə’dən, o İkrimədən, o da İbn Abbas’dan rəvayət etdi. Bütün ravilər siqadır, hamısı Muslim’in raviləridir. Lakin Hamməd bin Sələmənin böyüklüyü və qüdrətinə baxmayaraq, Sabit’dən başqasından rəvayət etdikləri hədislərdə problem vardır. Buna görə də Muslim onun yalnız Sabit’dən rəvayət etdiklərini kitabına almışdır. Buna görə də əl-Hafiz “ət-Təqrib”də deyir: “Siqadır, abiddir, Sabit’dən rəvayətdə insanların ən güclüsüdür.” Həyatının sonunda hafizəsi dəyişmişdir və Hişam əd-Dustavai’nin rəvayətinə həm sənəd, həm də mətn baxımından müxalif olmuşdur...”
Hədis İbn Abbas’dan başqa yolla da rəvayət olunmuşdur. ət-Tabərani “əs-Sünnə”də deyir: “Əli bin Said ər-Razi bizə rəvayət etdi: Əhməd bin İbrahim əd-Duruqi bizə rəvayət etdi; Həccac bin Muhamməd bizə İbn Cureyc’dən, o da Dahhək’dən, o da İbn Abbas’dan rəvayət edir...”
Bu hədis bir neçə səbəbə görə səhih deyildir.
1. ət-Tabərani’nin şeyxi Əli bin Said ər-Razi hafiz olsa belə, alimlər onu zəif saymışdır. İbn Yunus deyir: “Alimlər onu zəif saymışlar.” Həmzə bin Yusuf deyir: “əd-Dəraqutni’dən onun haqqında soruşdum, dedi: “Hədisində bir şey yoxdur, elə hədislər rəvayət etmişdir ki, onları mutabi qismində belə istifadə etmək olmaz.” Sonra dedi: “Nəfsimdə ona qarşı bir şey vardır. Misirdəki əshabımız onu zəif sayıblar” və əli ilə işarə edərək dedi: “o, belədir...belədir...” və əlini silkələyərək “o, siqa deyildir” dedi. (bax: əl-Hafiz İbn Hacər, “Lisənul-Mizən”, 4/231)
2. İbn Cureyc mudəllisdir. əd-Dəraqutni deyir: “İbn Cureycin tədlisindən uzaq durulmalıdır, çünki onun tədlisi çox qabihdir. Yalnız zəif ravilərdən eşitdiyi hədislərdə tədlis edir.” Tədlis etdiyi zəif ravilərə İbrahim bin Əbi Yəhya, Musa bin Ubeydə və digərlərini aid etmək olar. Bu hədisin sənədində də “ananə” ilə rəvayət etmişdir. İmam Abdullah bin Əhməd deyir: “İbn Cureycin rəvayət etdiyi hədislərdən bəziləri uydurma hədislərdir, çünki İbn Cureyc kimdən hədis rəvayət etdiyinə fikir verməzdi.” əl-Xalləl bu sözlərin eynisini əl-Əsrəmdən nəql etmişdir.
3. Həccac bin Muhamməd ömrünün axırında hafizəsi korlanmışdır. Yəhya bin Main onun hafizəsinin korlandığını görmüş və oğluna demişdir: “Onun yanına heç kəs getməsin!”

Keçək Umm Tufeyl’in rəvayətinə.
əl-Xatib “Tarix Bağdad” kitabında (13/311) Nueym bin Hamməd’in tərcümeyi-halında deyir: “əl-Həsən bin Əbi Bəkr və Osman bin Muhamməd bin Yusuf əl-Alləf bizə xəbər verdi; onların ikisi də dedi: Muhamməd bin Abdullah bin İbrahim əş-Şafi bizə xəbər verdi; Muhamməd bin İsmayıl – və o, ət-Tirmizi’dir – bizə rəvayət etdi; Nueym bin Hamməd bizə rəvayət etdi; İbn Vəhb bizə rəvayət etdi; Amr bin əl-Haris bizə Said bin Əbi Halal’dan, o da Mərvan bin Osman’dan, o da Uməra bin Amir’dən, o da Ubey bin Kəb’in xanımı Umm Tufeyl’dən rəvayət edir ki, peyğəmbəri – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitmişdir: “Rəbbini yuxuda ən gözəl surətdə, gur saçlı gənc, ayağında xuf və üstündən qızıl ayaqqabı, üzündə qızıl örtük olaraq görmüşdür.” Bunu ət-Tabərani “əl-Kəbir”də (25/143), əl-Beyhəqi “əl-Əsma vas-Sifat”da (səh: 446-447) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/125) rəvayət etmişdir. əl-Buxari (bax: əl-Buxari’nin “ət-Tarix” əsəri; 6/500), Əhməd bin Hənbəl, Yəhya bin Main, ən-Nəsai (bax: “Tarix Bağdad”, 3/311) və İbn Hibban (“əs-Siqat”, 5/245) bu hədisi tənqid etmişlər. əl-Hafiz İbn Hacər “Təhzib ət-Təhzib”də (10/95) deyir: “Bu hədisin mətni münkərdir.”
Yəhya bin Main bu hədisi rəvayət etdiyinə görə Nueym bin Hamməd’i tənqid etmişdir. Abdulxaliq bin Mənsur deyir: “Yəhya bin Main’i gördüm, sanki Nueym bin Hamməd’i Umm Tufeyl’in ruyə hədisinə görə ayıblayırdı. Belə deyirdi: “Belə bir hədisi rəvayət etməsi ona yaraşmır.”
Bu hədisin sənədində Mərvan bin Osman vardır. əl-Xatib “ət-Tarix” əsərində (13/311) ən-Nəsai’nin Umm Tufeyl’in bu hədisi eşitməsindən sonra dediyi sözləri nəql etmişdir: “Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!”
əz-Zəhəbi “əl-Mizən” əsərində (3/160) Mərvan bin Osman haqqında deyir: “Onu Əbu Hatim zəif saymışdır. Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad əl-Fəqih deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!” Bunu Umm Tufeyl’in hədisi barəsində söyləmişdir.“
İbnul-Cəvzi “əl-İləl əl-Mutənəhiyə” kitabında (1/15) deyir: “Əbu Bəkr əl-Xalləl “əl-İləl” kitabında zikr edərək deyir: Muhamməd bin Əli mənə xəbər verdi; Muhənnə mənə rəvayət etdi; dedi: Əbu Abdullah bin Hənbəl’dən bu hədis haqqında soruşdum. Üzünü məndən çevirdi və dedi: “Münkər bir hədisdir” dedi: “Tanınmır, bu adam isə məchuldur, bununla Mərvan bin Osmanı qəsd edir. Eləcədə Umarə bin Amir də tanınmır.”
əl-Hafiz İbn Hacər “əl-İsabə fi Marifətis-Sahabə” kitabında (8/246) Umm Tufeyl’in tərcümeyi halını verərkən bu hədisi zikr edir və deyir: “Mərvan tərk olunmuşdur.”
Uməra bin Amir haqqında isə əz-Zəhəbi deyir: “Tanınmır” və əl-Buxari onu zəif ravilər arasında qeyd etmişdir. (bax: “ət-Tarix əl-Kəbir” 6/500)
əl-Hafiz İbn Hacər “əl-Lisan” (4/278) əsərində deyir: “İbn Hibban “əs-Siqat” əsərində Uməra bin Amir’in Umm Tufeyl’dən rəvayət etdiyi ruyə haqqındakı hədisi zikr edir və deyir: “Münkər bir hədisdir, Uməra heç zaman Umm Tufeyl’dən hədis eşitməmişdir. Bu hədisi zikr etməkdə məqsədim budur ki, hədisə baxan aldanmasın və hədisi dəlil olaraq qəbul etməsin.”
Buna bənzər bir digər hədis Ənəs’dən rəvayət olunur. Bunu əl-Xatib əl-Bağdadi “ət-Tarix”də (10/134) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/115) rəvayət etmişdir. Bu hədisin sənədində Qasim bin İbrahim əl-Malati vardır. əd-Dəraqutni onun haqqında deyir: “Yalançıdır”. əl-Xatib deyir: “Əcaib və batil şeylər rəvayət edir.” (bax: “Tarix Bağdad, 12/446; “Lisanul-Mizən”, 4/456)
Bu hədislər uydurmadır, ən yaxşı halda çox zəifdir. İmam əs-Subki “ət-Tabəqat” əsərində (2/58) hədislərin münkər olduğuna hökm etmişdir. İmam əd-Darimi “ən-Nəqd” əsərində (səh: 163) deyir: “Bu hədisi və illətini Allaha daha yaxşı bilir! Lakin mən bunu çox münkər sayıram, çünki bu hədis Əbu Zərrin hədisinə ziddir, beləki o, Allahın Elçisindən - salləllahu aleyhi va səlləm – soruşmuşdur: “Rəbbini gördünmü?” Dedi: “Nurdur, necə görüm?!” Eləcədə Aişənin – radiyallahu anhə - sözü də buna ziddir, beləki demişdir: “Kim Muhammədin Rəbbini görməsini iddia edərsə, Allaha böyük bir iftira atmışdır” və sonra “Onu gözlər dərk etməz!” ayəsini oxudu. Bizim bu barədə görüşümüz budur!”
əl-İmam İbn Quteybə əd-Dinəvari “Müxtəlif əl-Hədis”də (38, 89) bunu zəif saymışdır. İmam əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ”də (10/113) deyir: “Bu münkər bir xəbərdir, Allahdan dinimizdə salamatçılıq diləyirik. Hədis nə əl-Buxari, nə də Muslim’in şərtinə uyğun deyildir. Raviləri ittiham olunmasa belə, xəta və unutqanlıqdan məsum deyillər.”
əl-Hafiz Muhamməd bin Əhməd bin Abdulhadi “Risalə Latifə fi Əhədis Mutəfərriqa Daifə” əsərində (səh: 57) bunu zəif saymışdır.
Lakin bu hədisləri burada qeyd etməklə və bəzi nəqllər gətirib hədislərin səhihliyinin əhli-sünnət alimləri tərəfindən qəbul edildiyini iddia etməklə nəyin isbat olunduğu qaranlıq qalır! Ortaya belə bir sual çıxır? Şiələrin iddia etdiyi kimi əhli-sünnətdən bu hədisləri qəbul edənlər Allahı məxluqa bənzədirmi? Yəni, Allahın hissələrdən və ya orqanlardan ibarət olduğuna inanırmı? Elə tutaq ki, “İbtal ət-Təvilət” kitabının sahibi məşhur hənbəli alimi əl-Qadi Əbu Yalə’nin hədislər haqqında fikrinə baxaq! əl-Qadi – rahiməhullah – bu hədisləri qeyd etdikdən sonra (1/146) deyir:
“Biz bu hədisləri Allahın orqanlara sahib olması və hissələrdən ibarət olması, halının dəyişməsi mənasında qəbul etmirik, sadəcə zat, nəfs, vəch, iki əl və göz və digər bunun kimi sifətləri dilimizdə söylədiyimiz kimi eynilə bu sifətləri də dilimizdə işlədirik. Hədisdəki “üzündə tük bitməmiş, buruğ saçlı gənc” sözü ilə Allahın məxluqa bənzər olması isbat olunmur, biz bu sözləri sadəcə xəbərlərdə gəldiyi kimi dildə tələffüz etməklə təsdiqləyirik və mənalarını anlamırıq...” əl-Qadi Əbu Yalə bu sözləri ilə bir daha təsdiqləyir ki, hədisdəki təsvirlər Allaha aiddir və heç cür bizim ağlımıza gələn gənc oğlan surəti deyildir. Qısaca desək, əl-Qadi burada sadəcə hədisin sözlərini təsdiqləmiş və mənasının bilinmədiyini söyləmişdir. Bu, əl-Qadi Əbu Yalə’nin məzhəbidir.
Alimlərdən bəziləri də bu hədisləri sadəcə röya olaraq izah etmişlər, necəki Yusuf – aleyhissələm – yuxusunda valideynlərini və qardaşlarını Günəş, ay və ulduzlar şəklində görmüşdür. İmam İsmayil əl-Acluni – rahiməhullah – “Kəşful-Xafə” əsərində (2/392) deyir: “Rəvayətlərdən bəzilərində “qəlbi ilə gördü” şəklində rəvayət olunmuşdur. Əgər hədis yuxuda röya kimi yozularsa ortada heç bir problem qalmır, lakin ayıq olduğu hala həml olunarsa, buna İbnul-Humməm belə cavab vermişdir ki, bu, surətin hicabıdır. (Əli) əl-Qari dedi: Sanki bununla qeyri həqiqi təcəllini qəsd etmişdir və Allahu Təalənin zat və sifət baxımından bir çox növ təcəllisi vardır, lakin Allah Təalə cism və zat baxımından surətdən münəzzəhdir.”
Hədisin səhihliyinə hökm vermək Allahı məxluqa bənzətmək anlamına gəlmir. Çünki alimlər bunu sizin qələmə verdiyiniz kimi qəbul etmirlər.
Lakin əhli-sünnətin muhaqqiq alimlərinin dedikləri kimi bu hədislər münkərdir. Hədislər münkər olduqdan sonra ortada heç bir problem qalmır.
əl-Qadi Əbu Yalə’nin bu hədisləri bir kitaba toplayıb onları isbat etməsi ilə məqsədi qarşı tərəfdə təfritə varmış firqələri rədd etmək idi, çünki qarşı tərəf istər Quran, istərsə də səhih hədislərdə gəlmiş Allahın sifətlərini ya inkar edir, ya da dəlilsiz təvil edirlər. Hər kəsə məlumdur ki, insanlar çox zaman qarşı tərəfi rədd edərkən öz məzhəbində ifrata varırlar, ona görə də deyirik ki, əl-Qadi Əbu Yalə - rahiməhullah – bu münkər hədisləri isbat etməklə ifrata varmışdır. Alimlər isə bunda hədis əhlindən olmadığına görə üzrlü görürlər.
Bu hədisləri rəvayət etdiklərinə görə bizim alimlərə dil uzatmaq məncə əsassızdır, çünki hədislərin zahirlərini təqdiqləməklə yanaşı, onlar təşbihi və təcsimi inkar edirlər. Lakin sizin öz imamlarınızın əshabından bəziləri açıq şəkildə təcsimə inanıblar və imam Rida bunu onların əleyhinə inkar etmişdir. Əbul-Həsən Əli bin İbrahim bin Haşim dedi: atam mənə Əhməd bin Muhamməd bin Əbi Nasr’dan, o da Əli bin Musa ər-Rida’dan – aleyhissələm – rəvayət etdi: (ər-Rida) dedi: “Ey Əhməd! Sizinlə Hişam bin əl-Həkəm’in əshabı arasında tövhiddəki ixtilaf nədir?” Dedim: “Sənə fəda olum! Biz Allahın surəti olduğunu dedik, çünki rəvayət olunan hədisdə Allahın Elçisi – salləllahu aleyhi va alihi – Rəbbini gənc bir oğlan surətində görmüşdür. Hişam bin əl-Həkəm isə cismi inkar edir.” Dedi: “Ey Əhməd! Peyğəmbər – salləllahu aleyhi va alihi – Səmaya götürüldükdə və Sədratul-Muntəha’ya yetişdikdə hicabda iynə ucu boyda deşik açıldı və Əzəmətli nurdan Allah ona gostərmək istədiyi qədərini gördü. Siz isə bənzətmək istəyirsiz. Tərk et bunu ey Əhməd! Bunu anlaya bilməzsən, bu böyük bir məsələdir! (bir başqa rəvayətdə isə deyir: "Bunu tərk et ki, böyük bir məsələyə düşməyəsən!” Bunu əl-Məclisi “Bihərul-Ənvar”da (3/307), Əli bin İbrahim əl-Qummi “Təfsir əl-Qummi”də (1/20), Şeyx əl-Huveyzi “Təfsir Nur əs-Səqaleyn”də (5/155), Şeyx ət-Tarihi “Məcmə əl-Bəhreyn”də (2/116) rəvayət edir. Maraqlı tərəf budur ki, İmam ər-Rida – radiyallahu anhu – bu hədisi inkar etmir, sadəcə bunun anlaşılmaz olduğunu deyir. Bizim hənbəli alimlərimizdən bir çoxu bu yöndə gəlmiş bir çox batil hədisi qəbul ediblər, lakin onlardan heç biri cism, orqan və buna bənzər təşbih etiqadında olmayıblar. Sadəcə bunları Allahın sifətləri kimi qəbul edib, iman gətirib, keyfiyyətini düşünməyə çalışmayıblar və həqiqətini Qiyamət gününə saxlayırlar. Görəsən bunun harası təşbihdir?! Əgər sizin məntiqinizlə getsək gərək İmam ər-Rida haqqında da eyni cür danışaq, haşa, onlar belə şeydən uzaqdırlar. Kitablarınız da bundan da münkər sözlər gəlmişdir, üstəlik ilk alimləriniz həmin hədisləri qəbul edirlər. Misal vermək istərdim, lakin misala ehtiyac yoxdur...



#11489 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 16:59 в Şiə-sünni dialoqu

al-Fath soruşur:
"Qardaşım, əgər ilk dövrün alimləri bu hədisləri səhih adlandırıblarsa bu o demək deyil ki, biz də bu gün onları o cür qəbul edirik. Bizdən fərqli olaraq Siz hədis əhlisiz və aqidənizi hədislər üzərində qurursuz. Bəs nəyə əsasən Siz Quran ayələrinin zahiri mənasını götürürsüz, amma hədisləri şərh edirsiz?"

Əgər sizin ilk dövr alimləriniz hədisləri qəbul edirsə və sizə görə bu problem deyilsə, o zaman nə üçün eyni məntiqi bizim üçün də tətbiq etmirsiz?! Yəni, Abu Sufyan burada bir iki şey nəql edir və bütün sünnilər Allahının sanki "cavan, üzü tüksüz, gur və buruq saçlı" olmasına etiqad etdiyini qələmə verir. Yoxsa burda yazdıqlarının nə faydası var ki?
Əhli-sünnət alimlərində belə bir qayda var. İstər Quran ayələri olsun, istərsə də səhih sünnət olsun! Qaydaya əsasən mütəşabih dəlilləri zahirinə görünə qəbul etmək lazımdır, lakin əgər dəlillər bunların təvilinə imkan verirsə, o zaman təvil edirik. Yəni, biz etiqad edirik ki, məhdud əqlimiz ilə Allahın dərk edə bilmərik və məhdud əqlimiz ilə Allahın özünü vəsf etdiyi şeyləri həqiq mənalarına oturda bilmərik. Belə şeylər yalnız dəlillərlə isbat olunur. Ona görə də qarşımızda bu gün mütəşabihlər haqqında saysız firqələr vardır və hər biri öz ağlına görə təvil edirlər. Biz isə ən əmin və ən arxayın yola üstünlük veririk. Bu isə daha yuxarıda izah etdiyim yoldur. Yəni, bütün bunların hamısına iman gətiririk...Allah iki əlimlə yaratdım deyirsə, biz də deyirik ki, Allah iki əli ilə yaratmışdır...Eyni zaman da çox güclü vurğu ilə vurğulayırıq ki, bu əl keyfiyyətini, həqiqətini bilmədiyimiz bir sifətdir. Şəkksiz, şübhəsiz ki, Allah cism deyildir, orqanlardan, hissələrdən ibarət deyildir. Heç bir şeyə bənzəməz...Kim onu məxluqa bənzədərsə küfr etmişdir və millətdən çıxmışdır. Bu çox sadə bir şeydir, lakin problem bizim ağlımızdadır... "əl" deyən kimi ətdən, sümükdən ibarət bir əl ağlımıza gəlir. Necəki şeytan deyən kimi ağlımızı iki buynuzlu, quyruqlu əcaib bir məxluq gəlmir. Çünki daha əvvəl belə bir şey görməmişik və öz ağlımıza uyğun şəkildə təsəvvür edirik. Necəki hal hazırda dünyanın ən fantaziyalı mütəfəkkirləri, yazarları science-fiction sahəsində kitab yazarkən yeni bir şey gətirə bilmirlər. Hamısı bir-birinə bənzəyir, şünki ağıl daha əvvəl gördüklərinə əsaslanır. Daha əvvəl dediyim kimi, bu sadəcə ağlımızın məhdud olmasından ibarətdir. İnsan öz ağlına əsasən Allahın ayələrini inkar etməkdən qorxmalıdır. Görəsən kim deyə bilər ki, Allah Adəmi iki əli ilə yaratmamışdır? Halbuki Allah özü bunu bizə xəbər verir. Əgər əl qüdrət mənasında olsaydı, o zaman 1. Allah nə üçün sayla məhdudlaşdırmışdır. 2. O zaman Allahın sözündə heç bir fayda qalmır, o zaman Adəmin yaradılşı ilə digər yaradılışlar arasında heç bir fərq qalmaz. Elə ona görə də İblis Allaha deyə bilər ki, "Məni də iki əlinlə yaratmısan?!" Bu ərəb dilini bilənlər üçün aydın bir məsələdir...
Bizim məzhəbimiz budur, bunda təşbih və təcsim yoxdur.
Userlərdən biri soruşdu ki, yuxarıda yazdığım məzhəblərin hamısı mı, əhli-sünnət məzhəbləridir? Cavab budur ki, xeyr...yalnız sonda qeyd etdiyim məzhəb əhli-sünnətin məzhəbidir və ilk dövr alimlərə nəzər salan bunu görəcəkdir. Daha sonradan isə bəzi alimlər dəlilsiz təvilə baş vurmuşdur. Lakin cəhmiyyə, mötəzilə və mücəssimə məzhəbləri əhli-sünnətdən sayılmaz. Bəzi alimlər ümumi mənada əşariləri əhli-sünnətə daxil edir, lakin xüsusi mənada isə əhli-sünnətə aid deyillər.



#11490 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 17:06 в Şiə-sünni dialoqu

Salam gardashim.
Siz umumiyyetle Hanbalide zaif hedis olmasini gabul edirsiz?
Imam Kurtubini ve ya imam Beyhagini gabul edirsiz?
Imam hanbali ozu gazi olmayib bas na ucun onun mazhabi var?


Əleykəssələm
Birinci sualı anlamadım. Əgər sən hənbəli məzhəbinin zəif hədisi qəbul edib etməməsini soruşursansa, bunun cavabı budur ki, hənbəlilər zəif hədisi müəyyən şərtlərlə qəbul edirlər.
1. Birinci şərt budur ki, hədis gərək çox zəif olmasın, yəni hədisin raviləri içində mətruk və ya bənzəri ravilər olmasın. Əgər ravilərdən kimsə hifzi zəifdirsə, o zaman bu hədis ihticaca yarayır. Bir də hədisin mətni münkər olmamalıdır.
2. Hənbəlilər, Quran və Sünnətdən məsələ barədə dəlil olmadıqda, səhabə görüşlərinə müraciət edirlər. Əgər səhabə görüşlərindən bir dəlil yoxdursa, belə bir hədisi o zaman qəbul edirlər. Əgər zəif hədis də olmazsa, əqli dəlillərə yönəlirlər.
Alimləri qəbul edirik...alimləri qəbul etmək onları hər bir nöqtədə qəbul etmək deyildir. Mən hənbəliyəm, lakin bu o demək deyil ki, hər bir hənbəli aliminin sözü mənim üçün hüccətdir.
Sonuncu sualın isə qəribədir. Əbu Hənifə də qazi olmamışdır, əksinə qazilik vəzifəsindən boyun qaçırmışdır. Bir də alimin məzhəbi qaziliyinə görə deyil, elminə görə qəbul olunur və yayılır.



#11491 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 17:16 в Şiə-sünni dialoqu

Kürsi ilə Allah arasında dörd barmaq fərq olması barədə gələn hədislər də münkərdir. Bunu Şeyx əl-Albani – rahiməhullah – münkər hədislərdən saymışdır. Şeyx əl-Albani həm də “əs-Silsilə əd-Daifə” əsərində (rəq: 867) Allahın kürsidə oturması barədəki hədis barədə deyir: “ Uydurmadır” və sonrakı səhifədə deyir: “Xülasə budur ki, hədis bu məzmunla uydurmadır və hədisdə çox münkər bir söz vardır və bu, Allahın Tabərakə va Təalə kürsidə oturmasıdır. Belə bir sözün səhih bir hədisdə gəldiyini bilmirəm.”



#11614 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 07 июля 2009 - 19:41 в Şiə-sünni dialoqu

İnsanlarla mübahisə etdikdə iki növ insanla qarşılaşmışam. Birinci növ insan cahilliyini boynuna alır, lakin öz bildiyini tərk etmək istəmir..müəyyən səbəblərə görə. İkinci növ insanlarda isə mürəkkəb cahillik müşahidə etmişəm, onlar nəyisə bildiklərini zənn edirlər, belə insanlarla mübahisə etdikdə onların dəlili yalnız qışqırmaq, hay-küy qoparmaq, dəxli olmayan şeyləri ortaya atmaq və ya sadəcə çox danışmaqla qarşı tərəfi yormağa çalışmaqdır. Abu Sufyan, sən də elə onlar kimi hərəkət edirsən! Səbrli ol və bir məsələni bitirməmiş yazıb tökürsən ortaya...kopyalayıb doldurursan, elə zənn edirsən ki, nə qədər çox yazsan o qədər sözün güclü olacaq! Bir də mən sənin üçün tərcümə bürosu açmamışam burda ki, sənin yazılarını tərcümə edim. Arada bir internetə girib yazılarına göz atıram və imkan daxilində ortaya atılmış şübhələrə cavab verirəm.
Elə düşünmə ki, sənin çaldığınla oynamağa həvəsliyəm...əgər bu şəkildə davam edəcəksənsə, o zaman məncə bu müzakirəni elə burdaca dayandırmaq məsləhətlidir. Çünki bütün mövzunu yazılarınla korlayırsan, əgər elm tələbəsisənsə yazılarında elm ədəbini gözlə və ortaya söz atıb “bunun tərcüməsini sən elə!”...”bunun sənin üçün saxlamışam..” deyərək sözlərlə oynama. Bura show deyil. İnanıram ki, bir çox müsəlmanlar bura haqqı axtarmaq üçün gəlirlər. Elə deyilmi?!

Yaxşı keçək əsas məsələlərə!

Birinci: Hamməd bin Sələmə...

Yazılarımda heç bir yerdə Hamməd bin Sələmə’nin zəif ravi olduğunu deməmişəm. Açıq şəkildə yazmışam ki, Hamməd bin Sələmə Muslimin ravilərindəndir, bu isə o deməkdir ki, siqadır.
İkincisi isə ravinin siqa olması onun rəvayət etdiyi hədislərin hamısının qəbul olunması anlamına gəlmir. Hədis elmini bilən bunu bilir!
Allaha şükür ki, yazılarımda diqqətliyəm və nə yazdığımı bilirəm...Hamməd bin Sələmə elə bir ravidir ki, onun haqqında mövcud olan şübhələr səbəbi ilə əl-Buxari onun rəvayətini tərk etmişdir. Yəni, onu ihticac üçün tərk etmişdir, lakin mutabiatda istifadə etməsi isə onu rəvayətlərinin qəbul olunması anlamına gəlmir. əl-Buxari kitabında tənqid olunmuş raviləri mutabiatda istifadə edir. Sənin əl-Hafiz İbn Hacərdən gətirdiyin sözlər də mənim dediyimi təsdiq edir. Sən belə yazmısan:
لم يخرج عنه البخاري معتمدا عليه بل استشهد به في مواضع ليبين أنه ثقة وأخرج أحاديثه التي يرويها من حديث
Buxari ona e`timad etdiyi halda ondanrəvayət etməyib, Lakın digər yerlərdə isə onun siqə(güvənilr, etimadlı, fısqırıq) olduğunu bəyan etmək üçün onu şahid kimi gətirib və ondan hədislər rəvayət edib......................

Tərcüməni oxuyan elə başa düşür ki, əl-Buxari Hamməd bin Sələməyə etimad edir, lakin İbn Hacər ərəbcə belə demir. İbn Hacər deyir ki, “əl-Buxari ondan etimad etdiyi bir ravi kimi heç bir hədis rəvayət etməmişdir, lakin bəzi yerlərdə onu şahid qismində gətirmişdir ki, onun siqa olduğunu bəyan etsin!” Aydın olur ki, əl-Buxari bir ravi kimi ona etimad etməmişdir, çünki ətrafında çox şübhələr vardır. Muslim isə onun Sabit’dən rəvayətlərini qəbul etmişdir. Məncə yuxarıda bunu geniş şəkildə izah etmişəm. Bir də əl-Buxari’nin Hamməd bin Sələməni tərk etməsi mənim sözüm deyil, İbn Tahir və digər hədis alimlərinin sözüdür. Əgər Hamməd haqqında mövzu açmaq istəyirsənsə, buyur başqa bir mövzu aç və sənə orada daha geniş material verim!
Amma elə atmosfer yaratmağa çalışma ki, guya mən Hammədi zəif çıxarmışam və hədisi buna görə zəif saymışam. Əgər belə düşünürsənsə, o zaman mənim yazdıqlarımdan bir şey anlamamısan.
Qısaca desək, Hamməd siqa ravidir (baxmayaraq ki, bəziləri onu yalanda ittiham ediblər, lakin mən onun siqa olduğunu qəbul edirəm) və onun siqa olması hədisi səhih çıxarmır. Problem onun basralılardan rəvayətindədir və onun hafizəsinin korlanmasındadır.
İkincisi isə yuxarıda hədis alimlərimizin hədis haqqındakı hökmlərini yazdım və sitat gətirdim ki, ravilərin hamısı siqa olsa da, hədis münkərdir.
Bir də hədis yalnız Hamməd bin Sələmə ilə bağlı deyil, ortada digər problemlər də vardır.

Yazılarından görmək olar ki, sənin hədis elmi haqqında özünəməxsus anlayışın var. Nə vaxtdan hansısa ravinin çox hədis rəvayət etməsi onun rəvayətlərinin güclü olması anlamına gəlir?! O qədər ravi var ki, çoxlu hədislər rəvayət edib, lakin bununla belə hədis uydurmada ittiham olunub...bunu bilmən lazımdır!

Bir mövzuya bir anda on mövzu qatırsan. Bilmək olmur ki, sən burada nəyi müzakirə etməyə çalışırsan?
Bu mövzuda ortaya çıxan suallar bunlardır:
1.Əhli-Sünnət həqiqətən də Allahın məxluqa bənzəməsinə etiqad edirmi? Bəs qəbul etdikləri o hədislər haqqında nə deyirlər?
2. əl-Qadi Əbu Yalə kimdir? Nədə ittiham olunub? Onun haqqında deyilənlər doğrudurmu?
3.Hamməd bin Sələmənin rəvayət etdiyi bütün hədislər qəbul olunmalıdırmı?
4.Ortaya o qədər Quran ayələri gətirib hamısı haqqında aydınlıq tələb olunur!
5. Əl məsələsi Quranda necə gəlib, niyə bəzi yerdə mufrəd, bəzi yerdə musənnə, bəzi yerdə isə cəm siğəsi ilə gəlmişdir?
6. əl-Əydu sözü əl kökündənmi əmələ gəlir? əl-Cövhəri deyir ki, ayədəki əl-əyd sözü “yəd” sözünün cəmidir. Yəd sözünün “fə”sinin həmzəli olduğunu da deyənlər vardır! Bütün bunlara necə cavab vermək olar?

Bu ağlımda olan suallardır...dediyim kimi bu metod hay-küy salanların metodudur. Niyə normal şəkildə müzakirə edə bilmirsən?! Hər bir mövzunu ayrılıqda müzakirə etməyə hazıram. Lakin hər bir mövzuda belə qarmaqarışıqlıq olacaqsa, indidən deyirəm ki, faydasız şeylərə girməyi xoşlamıram...

Bu mövzunun məğzi budur ki, əhli-sünnət alimləri sifətlər və ya mütəşabihlər haqqında nə deyirlər? Onlar həmin sifətləri qəbul etməklə Allahı məxluqa bənzədirlərmi? Əsl sual budur!
Sualın da cavabı yuxarıda verildi. Qısaca izah etdim ki, heç bir əhli-sünnət alimi Allahı məxluqa bənzətmir, onlar ilk növbədə həmin sifətləri anlamağa çalışmırlar, qaldı ki, bu sifətləri məxluqa bənzətsinlər.
Onların kitablarında tez-tez bu sözlərlə qarşılaşırsan: “Bütün bu sifətlər Allaha layiq kamillik sifətləridir...” “Bizim bu sifətləri anlamamız onları inkar etməyə səbəb ola bilməz!” “Bu sifətləri dəlil olmadan təvil etmək olmaz!” “Allaha bənzər, tay, misal ola biləcək heç bir şey yoxdur.” “Allah hissələrə bölünməz, orqanlardan ibarət deyildir, onu heç bir şey əhatə etməz, nə məkan, nə də zaman...və sair və ilə axir...”



#11615 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 07 июля 2009 - 20:20 в Şiə-sünni dialoqu

Sənin sualına bir daha cavab verirəm.
Quranı Kərimdə “əl” sifəti üç şəkildə gəlmişdir. Birinci tək olaraq gəlir:
وَقَالَتْ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ
“Yəhudilər dedilər ki, Allahın əli bağlıdır.”
Digər ayələrdə isə “musənnə” olaraq gəlmişdir:
لِمَا خَلَقْتُ بِيَدَيَّ
“İki əlimlə yaratdığıma…”
بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ
“Əksinə iki əli də açıqdır..”
Başqa ayələrdə isə cəm şəklində gəlmişdir:
مِمَّا عَمِلَتْ أَيْدِينَا
“Əllərimizin etdiklərindən...”
Sual verən soruşdu ki, nə üçün Allah əllər sözünü cəm şəklində işlədir və onun dediyinə görə “cəm” şəkli ərəb dilində ən az üç sayına dəlalət edir.
Bunun cavabı belədir: Kəlimənin musənnə şəklində gəlməsi açıq bir nassdır. Mufrəd şəkildə gəlməsi isə “cins” ifadə edir və ərəblər mufrəd şəklini sayca daha çox şey üçün istifadə edərkən bununla cins qəsd olunur.
“Əl” sözü isə cəm şəklində gəlməsinə baxmayaraq, yenə də “iki” sayına dəlalət edir. Bunu iki yöndən izah etmək olar.
Birinci: Lüğət alimlərindən bir qrupa görə cəm şəkli say etibarı ilə ən azı “iki”yə dəlalət edir. Yəni, onlara görə ikini qəsd edərək cəm şəklini istifadə etmək olar və bunun üçün Qurandan bəzi ayələri dəlil gətirirlər: məs Allahu Taələ Quran Aişə və Hafsa barəsində deyir:
إن تتوبا إلى الله فقد صغت قلوبكما
“Əgər Allaha tövbə etsəniz. Çünki qəlbləriniz meyl etmişdir..”
Burada Allah iki qəlbə cəm şəkli istifadə etmişdir. Aydındır ki, Aişənin bir qəlbi və Hafsanın da bir qəlbi mövcuddur və iki nəfərin iki qəlbi olacaqdır. Alimlərin bu qrupuna görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyəti onlarla razılaşmırlar. Onlara görə yuxarıdakı ayə və digər bəzi ayələr nəhv illətinə görə cəm şəklində gəlmişdir. Onlar deyirlər: Əgər müsənnə cəm damirinə və ya müsənnə damirinə izafə olunarsa, sözü müsənnə deyil, cəm şəklində söyləmək daha fasihdir, lakin müsənnə olaraq da söyləmək olar. Yəni “قلوبكما” daha fasihdir və bu, Quranda gəlmişdir. Lakin “قلباكما” şəklində də söyləmək olar.
Əgər birinci qrup alimlərin sözünə dayansaq, ortada heç bir işkal qalmır, çünki onlara görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyətinə əsaslansaq, onların izah etdikləri kimi “أَيْدِينَا” sözündə də “iki əlimiz” anlaşılmalıdır. Bunun cəm şəklində gəlməsinin səbəbi isə yuxarıda söylədiyim kimi, cəm damirinə izafə olması səbəbilədir. Yəni “bizim iki əlimiz” sözü daha fasih dildə “أيدينا” şəklində deyilir. Lakin “يدانا” şəklində də söyləmək olar.
Bu izah etdiklərim lüğət baxımından yanaşmadır. Şəri yanaşma isə fərqli mövzudur.
Daha sonra isə sual verən başqa bir ayəni ortaya atmışdır.
والسماءَ بَنيناها بأيْدٍ
“Səmanı da qüvvəmizlə bina etdik!”
Onun iddiasına görə buradakı “أيد” sözü “əl” sözünün cəm şəklidir. Mən isə belə bir iddianın qafillik olduğunu dedim və ona qısa bir izah verdim. Əksinə o, mənim dediyim izah üzərində düşünsəydi heç bir problemi qalmazdı. Lakin öz adəti üzərinə inadkarlığına davam etdi. “Abu Sufyan ordusu” daha sonra öz sözünü dəstəkləmək üçün lüğət alimlərindən olan əl-Cövhərinin sözünü gətirmiş və daha sonra böyür-başını düzəltmək üçün Vasif Məmmədəliyev ilə Ziya Bünyadovun tərcüməsini misal vermişdir.
Qaldı ki, “əl-Cövhəri” məsələsinə...Abu Sufyan ordusu yenə bununla elə təəssürat oyatmaq istəyir ki, sanki bu məsələdə alimlər arasında ixtilaf vardır. Lakin həqiqət belədir ki, alimlər arasında məsələdə ixtilaf yoxdur. Bunu bir neçə cür izah edəcəm inşəAllah!
Lüğət alimləri əl-Cövhərinin “əs-Sihəh” əsərini çox tərifləmişlər, lakin bununla belə orada xətaların və vəhmlərin də olduğunu qeyd ediblər. Əlsində “əs-Sihəh” əsərinə iyirmidən çox alim haşiyə və ixtisarlar yazaraq düzəlişlər ediblər.
Və “Kəşf əz-Zunun” sahibi deyir: “İmam Əbu Muhamməd Abdullah bin Bəri “əs-Sihah” kitabına haşiyə yazmış və bu haşiyəsində “şin” hərfinə qədər çatmışdır. Deyirlər: Adını “ət-Tənbih val-İfsah ammə vaqaə min əl-Vəhm fi Kitəb əs-Sihəh” qoymuşdur.”
İmam ibn Bəri bu kitabını yazaraq əl-Cövhəri’nin bir çox xətalarına düzəliş etmişdir. “əs-Sihəh” kitabına ondan başqa alimlər də haşiyələr yazmışdır. Bu alimlərin adları üçün “Kəşf əz-Zunun” kitabında əl-Cövhəri’nin tərcümeyi halına müraciət et. Bu kitabı bir də İmam Muhamməd bin Əbi Bəkr bin Abdulqadir ər-Razi ixtisar etmiş və adını “Muxtar əs-Sihəh” qoymuşdur. Kitaba bir çox düzəlişlər etmiş və vəznləri tədbit etmişdir. əl-Cöhhəri’nin “əs-Sihəh” kitabında etdiyi xətalardan biri də məhz sənin gətirdiyin sözlərdir və İmam ər-Razi yuxarıdakı sözlərdən sonra deyir:
قلت قوله تعالى { بِأَيْد } أي بقوة وهو مصدر آد يئيد إذا قوي وليس جمعا ليد ليذكر هنا بل موضعه باب الدال وقد نص الأزهري على هذه الآية في الأيد بمعنى المصدر ولا أعرف أحدا من أئمة اللغة أو التفسير ذهب إلى ما ذهب إليه الجوهري من أنها جمع يد
“Deyirəm: Allahu Təalənin “biƏydin” sözünün anlamı “qüvvətimlə” deməkdir. Və bu söz bir şeyin güclənməsi üçün istifadə olunan “آد” və “يئيد” felinin məsdəridir. “Əl” sözünün cəm şəkli deyildir ki, burada qeyd olunsun, əksinə onun yeri “dəl” babındadır və əl-Əzhari bu ayə barəsində “əlƏyd” sözündə bir mənalı olaraq bunun məsdər olduğunu qeyd etmişdir. Lüğət və təfsir alimlərindən hər hansı birinin əl-Cövhərinin dediyi kimi bunun “əl” sözünün cəm olması görüşünü qəbul etdiyini bilmirəm.”
Məsələ aydındır, əl-Cövhəri xəta etmişdir. Çünki ərəb dilində belə bir şey ya məsmu’ olaraq, ya da qiyas olaraq bilinə bilər, lakin belə bir iddia heç bir qayda ilə uyğun gəlmir. Bu şübhələr bəzi avam mötəzili, qədəri, cəhmi firqələri tərəfindən ortaya atılmışdır. İmam Əbul-Həsən əl-Əşari – rahiməhullah – “əl-İbanə” adlı kitabında deyir:
وقد اعتل معتل بقول الله تعالى ( 1 / 130 ) : ( والسماء بنيناها بأيد ) من الآية ( 47 / 51 ) قالوا : الأيد القوة فوجب أن يكون معنى قوله تعالى : ( بيدي ) بقدرتي قيل لهم : هذا التأويل فاسد من وجوه :
أحدها : أن الأيد ليس جمع لليد لأن جمع يد أيدي وجمع اليد التي هي نعمة أيادي وإنما قال تعالى : ( لما خلقت بيدي ) من الآية ( 75 / 38 ) فبطل بذلك أن يكون معنى قوله : ( بيدي ) معنى قوله : ( بنيناها بأيد

“Allahu Təalənin “Səmanı da qüvvəmizlə bina etdik” ayəsinin dəlil gətirərək deyirlər ki, ayədəki “əlƏyd” sözü qüvvət anlamındadır, o zaman Allahın “iki əlimlə” sözü də “qüdrətimlə” mənasında olmalıdır. Onlara belə cavab verilir: Belə bir təvil bir neçə yöndən fasiddir:
Birinci: “əlƏyd” əl sözünün cəm şəkli deyildir, çünki “əl” sözünün cəm şəkli “أيدي“ -dir və nemət mənasında olan “اليد” sözünün cəm şəkli isə “أيادي” dir. Allahu Təalə “iki əlimlə yaratdığıma” deyərkən bununla “iki əlim” sözünün “qüvvət ilə bina etdik” sözündəki məna olması batil bir izahdır.”
(əl-Əşari, “əl-İbanə” 1/129
)
Sual verə bilərlər ki, necə olur ki, əl-Cövhəri kimi alim belə xətaya yol verə bilir?! Buna belə cavab vermək olar:
Ola bilsin ki, bu xəta onun xətası deyildir, lakin tələbələrinin xətasıdır. Çünki məlumdur ki, əl-Cövhəri həyatının sonunda dəli olmuş və bu şəkildə vəfat etmişdir. Vəfat etdikdə “əs-Sihəh” kitabı vərəqlərdə qara-qura içində idi və onun tələbəsi bunu yenidən qələmə almışdır. “Əbcəd əl-Ulum” sahibi deyir (3/8) “Öldükdən sonra “əs-Sihəh” kitabı qaralama içində qaldı və onun tələbəsi İbrahim bin Salah bunu yenidən köçürdü və bir çox yerdə xətalar etdi.”
Digər səbəb isə alimlərin öz etiqadlarına uyğun olaraq lüğət elmində xətalı ictihadlar etməsidir. Belə misallar çoxdur və bunların ən çoxu isə əz-Zəməxşari kimi mötəzili alimin lüğət elminə mötəzilənin fikirlərini daxil etməsidir. Məsələn “bismilləh” sözündəki “bə” hərfinin istianə yoxsa musahəbə üçün olması barədə görüş. Əz-Zəmaxşari “əl-Kəşşaf”da bunun musahəbə üçün gəldiyini deyir, çünki mötəziləyə görə insan əməllərində sərbəstdir və buna görə də əz-Zəmaxşəri bunun istianə üçün olmasını uyğun görməmişdir. Yaxud da ona görə “لن” təbid ifadə edir, bu isə yenə onun mötəzili əqidəsi ilə bağlı olaraq lüğətə daxil etdiyi fikirlərdəndir. Ona görə də əl-Bilqini deyir ki, “əl-Kəşşaf” kitabından itizalat fikirlərini maqqaşla bir-bir çıxarmışdır.
Eyni şey əl-Cövhərinin şanı üçün də mümkündür, o da digər alimlər kimi etiqadına əsasən lüğət elmində xətalar edə bilər, xüsusilə də əgər bu sözü ondan başqa lüğət aliminin demədiyini bildikdən sonra xəta etməsində şübhə qalmır. Məlumat üçün onu da qeyd edim ki, əl-Cövhəri əqidədə mötəzili olmuşdur və ona təşəyyu nisbət olunur.
Lakin bütün bunları yazmağa daha əvvəldən ehtiyac yox idi, çünki mən sənə açıq-aydın bir dəlil verdim. Sənə dedim ki, heç bir alim bu ayəni mütəşabih ayələrdən saymır. Sən deyəsən mənim bu sözümü anlamamısan, sözümün mənası budur ki, əgər ayədəki “əlƏyd” sözü əl sözünün cəm şəkli olsaydı, o zaman alimlər bunu mütəşabih ayələrdən sayardılar, necəki “əl” sözünün keçdiyi digər ayələri mütəşabihlərdən sayırlar. Sənə dediyim bu izah mövzunun əvvəlindən sənə kifayət etməli idi, lakin görürəm ki, kifayət etməmişdir.
Daha sonra isə “yəd” sözünün “məhmuzul-fə” olub olmaması barədə ixtilaf olduğunu qeyd edirsən. İlk növbədə bunu nə üçün ortaya atdığını anlamıram, çünki “məhmuzul-fə” olsa da, olmasa da ixtilaf sözün ilk hərfində deyildir. İkincisi isə, bu sözün “məhmuzul-fə” olması barədə heç bir ixtilaf yoxdur. Əgər sən bununla ərəblərin “قَطَعَ اللهُ أَدَيْه” sözünü qəsd edirsənsə, bununla heç bir ixtilaf ortaya çıxmır. İbn Cinni rəvayət edərək Əbi Əli’nin belə dediyini nəql edir: “Bu bir şey deyildir!” Yəni, bunda heç bir dəlil yoxdur...Bunun üçün “Lisanul-Arab” kitabına bax.

Bir də burda "əl" sözünün haradan əmələ gəlməsi barədə bir dastandan danışdın, nəzərə alsaq ki, onsuzda vaxtının çoxunu boş-boş şeylər yazmaqla yazılarını çoxaldırsan, o zaman gəl tənbəllik etmə və həmin dastanı da yerləşdir. Görək nə dastanıdır...
Artıq bütün mövzunu qarışdırmısan bir-birinə və həmin dastanı burada yazmasan səninlə davam etmək fikrim yoxdur...
Üzümü tutub səmimi kəslərə bir söz demək istəyirəm. Mövzu boyu həs kəs göstərməyib ki, əhli-sünnət alimləri təşbihə və ya təcsimə inanırlar. İndi mən əhli-sünnət olaraq bu iddianı inkar etdim və bu barədə izah yazdım. Əgər kimsə bunun əksini sübut edə bilirsə, buyursun...onu da deyim ki, internete tez-tez gire bilmirem...vaxt olan kimi cavab yazaram. Lakin bu hayküyçü "Abu Sufyan ordusu" kimi etməməyi xahiş edirəm.
Allah amanında!

Qırmızı rənglə yalmız administrasiya yaza bilər. Sizə xəbərdarlıq edirəm! Qaydaları oxuyun.



#11788 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:12 в Şiə-sünni dialoqu

Heç olmasa əvvəlki xətanı əl-Cövhəri ilə yola verirdin, amma sonuncu xətan isə müsibətdir. İki söz arasındakı fərqi də bilmirsən:Sənə bir qədər daha aydın göstərim. Birinci söz:
أيدٍ əlif-ləm ilə yazıldıqda: الأيدي yəni, bu söz يد sözünün cəmidir.
İkinci söz:
أيدٌ əlif-ləm ilə yazılanda da eyni şeydir: الأيدُ bu söz isə sadəcə "qüvvət" deməkdir.

Nəsə, sənə nəsihətim vardır. Hər şeydən əvvəl normal şakildə müzakirə etməyi öyrən, çünki sənin müzakirə metodun budur ki, bacardığın qədər çox şey yazmaqdır və nəyin mövzuya aidiyyatı olub olmaması sanki əhəmiyyət kəsb etmir.
Sözümü sənə dedim, bəzi şeylərdə düzəliş et...sonra səninlə məmnuniyyətlə müzakirə edərik...



#11792 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:29 в Şiə-sünni dialoqu

Bunu oxumaq insanı təəccübləndirir. Əlinə harda bir şey keçirsə, araşdırmadan gətirib burda yerləşdirməyin nə faydası?
Buxari bu ittihamlardan təmizdir. Çünki o, bu hədisi əl-Humeydi’dən necə eşidibsə elə də rəvayət etmişdir. Əgər bu hədisləri yaxşı araşdırsaydın həqiqəti görərdin. Qısacası bunu belə izah etmək olar:
Birinci: Əlimizdə olan Hümeydi’nin müsnədi onun tərəfindən deyil, onun tələbəsi Bişr bin Musa əl-Əsdi tərəfindən yazılmışdır. əl-Hümeydi’nin müsnəd əsəri bir çox tələbə tərəfindən yazılmışdır, lakin bizim hal hazırda əlimizdəki nüsxə Bişr bin Musa’nın nüsxəsidir. Əgər gedib əl-Humetdi’nin “Müsnəd”ini açsan görəcəksən ki, hər bir hədisin sənədində deyilir: “Bizə əl-Humeydi rəvayət etdi...”
Deməli buradan bir şeyi öyrənmiş oluruq. əl-Buxari öz şeyxi əl-Humeydi’dən “Səmura”nın adını çəkmədən rəvayət etmiş, digər tələbə isə adını çəkərək zikr etmişdir. Bu isə o deməkdir ki, əl-Humeydi əl-Buxari’yə bu şəkildə rəvayət etmişdir, digər tələbəsinə isə səhabənin adını qeyd edərək rəvayət etmişdir.
İkinci: O zaman ortaya sual çıxır! əl-Humeydi nə üçün fərqli rəvayət etmişdir? Bunun cavabı belədir. əl-Humeydi bu hədisləri Sufyan bin Uyeynə’dən rəvayət etmişdir. Sufyan bin Uyeynə’dən bu hədisi rəvayət edən alimlər bəzən səhabənin adını zikr edərək, bəzən də zikr etməyərək rəvayət etmişlər. əl-Buxari’dən də əvvəl bu hədisi rəvayət edib səhabənin adını zikr etməyən alimlər vardır. Bunlara əş-Şafi’ni, Abdurrazzaq’ı və İbn Carud’u misal vermək olar.
Məsələn əş-Şafi “əl-Müsnəd”də rəvayət edir:
أخبرنا سفيان ، عن عمرو بن دينار ، عن طاوس ، عن ابن عباس رضي الله عنهما قال : بلغ عمر بن الخطاب رضي الله عنه أن رجلا باع خمرا فقال : قاتل الله فلانا باع الخمر ، أما علم أن رسول الله صلى الله عليه وسلم قال : « قاتل الله اليهود ، حرمت عليهم الشحوم فجملوها فباعوها »
İbn Carud isə “əl-Muntəqa” əsərində belə rəvayət edir:
حدثنا ابن المقرئ ، ومحمود بن آدم ، قالا : ثنا سفيان ، عن عمرو ، عن طاوس ، عن ابن عباس ، رضي الله عنهما قال : سمعت عمر ، رضي الله عنه يقول وبلغه أن رجلا باع خمرا فقال : قاتل الله فلانا ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال : « قاتل الله اليهود حرمت عليهم الشحوم فأجملوها فباعوها »
əl-Buxari’nin rəvayəti isə belədir. Birincisini əl-Humeydi’dən, ikincisini isə Əli bin Abdullahdan rəvayət edir:
حدثنا الحميدي حدثنا سفيان حدثنا عمرو بن دينار قال أخبرني طاوس أنه سمع ابن عباس رضي الله عنهما يقول: بلغ عمر أن فلانا باع خمرا فقال قاتل الله فلانا ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال ( قاتل الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها )

حدثنا علي بن عبد الله حدثنا سفيان عن عمرو عن طاوس عن ابن عباس قال سمعت عمر رضي الله عنه يقول: قاتل الله فلانا ألم يعلم أن النبي صلى الله عليه وسلم قال ( لعن الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها )

Yuxarıda gəlmiş rəvayətlərin hamısında “Səmura”nın adı qeyd olunmur. Bütün bu rəvayətlər Sufyan bin Uyeynədən gəlmişdir.
Səhabənin adının zikr olunduğu rəvayətlərə fikir verək:
əl-Humeydi’nin rəvayəti isə belədir:
حدثنا الحميدي ثنا سفيان ثنا عمرو بن دينار قال أخبرني طاوس سمع بن عباس يقول بلغ عمر بن الخطاب أن سمرة باع خمرا فقال قاتل الله سمرة ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال : لعن الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها

Abdurrazzaqın “əl-Musannəf” əsərindəki rəvayət belədir:
أخبرنا عبد الرزاق قال أخبرنا بن عيينة عن عمرو بن دينار عن طاووس عن بن عباس قال بلغ عمر أن سمرة باع خمرا فقال قاتل الله سمرة أما علم أن رسول الله صلى الله عليه وسلم قال قاتل الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها - جملوها شروها

Muslim isə “əs-Səhih”də belə rəvayət edir:
حدثنا أبو بكر بن أبي شيبة وزهير بن حرب وإسحاق بن إبراهيم ( واللفظ لأبي بكر ) قالوا حدثنا سفيان بن عيينة عن عمرو عن طاوس عن ابن عباس قال
: بلغ عمر أن سمرة باع خمرا فقال قاتل الله سمرة ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال ( لعن الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها )


Bişr bin Musa “Musnəd əl-Humeydi”də, Abdurrazzaq “əl-Musannəf”də və Muslim “əs-Səhih”də bunu səhabənin adını zikr edərək qeyd edirlər. Hədislərdə gördüyümüz kimi bu hədislərin hamısı Sufyan bin Uyeynə’dən gəlir. Eynilə İbn Macə, İbn Hibban və Əbu Yalə səhabənin adının zikr olunduğu halda Sufyan bin Uyeynə’dən rəvayət edirlər.
Aydın olur ki, Sufyan bin Uyeynə bəzən səhabənin adını qeyd edərək, bəzən də adını qeyd etmədən rəvayət etmişdir. İbn Hibban deyir ki, əl-Humeydi, Sufyan bin Uyeynə’dən iyirmi il hədis rəvayət etmişdir. Şeyx əl-Əazəmi deyir ki, “əl-Humeydi, Sufyan bin Uyeynə’dən hədis eşitməkdə əş-Şafinin yoldaşı idi...” əş-Şafi və əl-Humeydi hər ikisi də Sufyan bin Uyeynənin tələbəsidir, lakin Şafi yolu ilə səhabənin adı zikr olunmadan gəlir, əl-Humeydi yolu ilə isə həm zikr olunaraq, həm də zikr olunmayaraq gəlmişdir.
Ortaya çıxan həqiqət budur ki, əl-Humeydi hər iki rəvayəti Sufyandan eşitmişdir və əl-Humeydi tələbələrindən biri Bişr bin Musa’ya səhabənin adının zikr olunduğu xəbəri rəvayət etmiş, əl-Buxari’yə isə qısa variantı rəvayət etmişdir.
Bir də İbn Əbil-Hədid kimdir ki, ondan nəsə qəbul olunsun?! Dəlil gətirən normal bir mənbədən dəlil gətirsin, öz mötəzili şiə aliminizdən sənədsiz bir şey gətirməklə nəyi isbat etməyi düşünürsüz?!

Üstəlik bunu iddia edən sübut etmək istəyir ki, əl-Buxari səhabənin içki içməsini gizlətmişdir, çünki içki içməklə səhabənin adilliyi aradan qalxmış olur. Bu iddia əsassız bir iddiadır, çünki peyğəmbərin - salləllahu aleyhi va səlləm - zamanında belə içki içib cəzalandırılmış "Himar" adındakı səhabənin hekayəsini elə məhz əl-Buxari özü rəvayət etmişdir.



#11793 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:36 в Şiə-sünni dialoqu

Buxarinin ravilərindən olan Əbu Hureyrənin hədisə xəyanətindən "Səhihul-Buxaridən" nümunə:

فَقَالُوا يَا أَبَا هُرَيْرَةَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم‏.‏ قَالَ لاَ هَذَا مِنْ كِيسِ أَبِي هُرَيْرَةَ‏.‏


Dedilər: Ey Əbu-Hureyrə, bunu Peyğəmbər s.a.s.-dən eşitmisən?
(Əbu Hureyrə) Dedi: Xeyr bu Əbu Hureyrənin kisəsindəndir.



"Səhihul-Buxari" "Nəfəqələr" kitabı


Bu isə növbəti biyabırçı yalandır.
حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ، حَدَّثَنَا أَبِي، حَدَّثَنَا الأَعْمَشُ، حَدَّثَنَا أَبُو صَالِحٍ، قَالَ حَدَّثَنِي أَبُو هُرَيْرَةَ ـ رضى الله عنه ـ قَالَ قَالَ النَّبِيُّ صلى الله عليه وسلم ‏"‏ أَفْضَلُ الصَّدَقَةِ مَا تَرَكَ غِنًى، وَالْيَدُ الْعُلْيَا خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى، وَابْدَأْ بِمَنْ تَعُولُ ‏"‏‏.‏ تَقُولُ الْمَرْأَةُ إِمَّا أَنْ تُطْعِمَنِي وَإِمَّا أَنْ تُطَلِّقَنِي‏.‏ وَيَقُولُ الْعَبْدُ أَطْعِمْنِي وَاسْتَعْمِلْنِي‏.‏ وَيَقُولُ الاِبْنُ أَطْعِمْنِي، إِلَى مَنْ تَدَعُنِي فَقَالُوا يَا أَبَا هُرَيْرَةَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم‏.‏ قَالَ لاَ هَذَا مِنْ كِيسِ أَبِي هُرَيْرَةَ‏.‏

Bu hədisin tam şəklidir...Əbu Hureyra peyğəmbərin - salləllahu aleyhi va səlləm - hədisini rəvayət edir və peyğəmbərin sözlərini qırmızı ilə işarələmişəm, daha sonra isə hədisə izah vermişdir və bunu isə yaşıl rənglə işarələmişəm. Əbu Hureyra öz sözlərini bitirdikdən sonra, yanındakılar sonuncu sözlərin peyğəmbərə aid olub olmamasını soruşurlar, Əbu Hureyrə isə bunun öz təcrübəsindən, öz fəhmindən olduğunu deyir. Əksinə bu hədis Əbu Hureyrəni yalanda ittiham edənlərə qarşı dəlildir. Çünki Əbu Hureyra burada peyğəmbərin sözləri ilə öz sözləri arasında fərq qoyur və deyir ki, bu sözlər özünə aiddir. Bu isə göstərir ki, Əbu Hureyra yalan danışmamışdır.
Qırmızı ilə işarələdiyim sözləri isə Əbu Hureyrədən başqa səhabələr də peyğəmbərdən - salləllahu aleyhi va səlləm - rəvayət etmişlər.



#11795 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:44 в Şiə-sünni dialoqu

Başqa bir məqam Buxarının aşağıdakı hədisi sənədsiz qeyd etməsidir:

وَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم ‏"‏ فَاطِمَةُ سَيِّدَةُ نِسَاءِ أَهْلِ الْجَنَّةِ ‏"‏‏.‏

Peyğəmbər s.a.s. buyurdu: Fatimə (s.a.) cənnət qadinlarının seyyidəsidir.

"Səhihul-Buxari"


Bu isə əvvəlkindən də müsibət bir cahillikdir. Bunu bir neçə cür izah etmək olar.

1. Bu adam əl-Buxarinin muallaq hədisləri barədə elmsizdir. Qısaca desək alimlər Buxarinin cəzm siğəsi ilə rəvayət etdiyi muallaqların səhihliyində şübhə etmirlər və əl-Buxarinin "peyğəmbər - salləllahu aleyhi va səlləm - dedi: " şəklində bir hədisi rəvayət etməsi, onun bu sözlərin peyğəmbər tərəfindən deyildiyinə etiqad etməsini göstərir.
2. Yuxarıdakı hədis cəzm siğəsi ilə gəlmişdir və əl-Buxari öz "Səhih" əsərinin digər yerində bu sözləri sənədi ilə birlikdə qeyd etmişdir. Bu isə peyğəmbərin xəstə olarkən başımızın tacı gözümüzün nuru Fatimeyi Zəhranın qulağına pışıldayaraq onun "qadınların seyyidi olmasını" xəbər verməsidir və əl-Buxari bunu digər yerdə tam şəkildə sənədi ilə birlikdə cağbacağ rəvayət etmişdir. Qoy belə biyabırçı söhbətlər ortaya atan Allahdan qorxsun!



#11798 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:46 в Şiə-sünni dialoqu

İndi isə Buxarinin dıgər nəaliyyətinə baxaq:

Bildiyimiz kimi Buxari və Muslim, müəllim-tələbə öz aləmlərində "Səhih" kitablar yazıblar.


حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ، قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ، عَنْ نَافِعٍ، عَنِ ابْنِ عُمَرَ، قَالَ قَالَ النَّبِيُّ صلى الله عليه وسلم لَنَا لَمَّا رَجَعَ مِنَ الأَحْزَابِ ‏"‏ لاَ يُصَلِّيَنَّ أَحَدٌ الْعَصْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ


Əbdullah b. Muhammad, Cuveyrə, Nafi, Abdullah b. Ömər rəvayət edir: Peyğəmbər s.a.s Əhzabdan qayıdanda bizə buyurdu: "Heç kəs "əsr" namazını qilmasın məgər ki, Bəni Qureyzədə.

"Səhihul-Buxari" 954-cü hədis


وَحَدَّثَنِي عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ الضُّبَعِيُّ، حَدَّثَنَا جُوَيْرِيَةُ بْنُ أَسْمَاءَ، عَنْ نَافِعٍ، عَنْ عَبْدِ اللَّهِ، قَالَ نَادَى فِينَا رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَوْمَ انْصَرَفَ عَنِ الأَحْزَابِ ‏"‏ أَنْ لاَ يُصَلِّيَنَّ أَحَدٌ الظُّهْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ



Əbdullah b. Muhammad, Cuveyrə, Nafi, Abdullah b. Ömər rəvayət edir: P
eyğəmbər s.a.s Əhzabdan qayıdan gün bizə buyurdu: "Heç kəs "zöhr" namazını qilmasın məgər ki, Bəni Qureyzədə".


"Səhihu-Muslim" 4701-ci hədis


Gördüyümüz kimi eyni ravı silsiləsinin olmağına baxmayaraq Muslim namazın "zöhr" olduğunu, Buxari isə "əsr" olduğunu deyir.

Sizcə bunlardan kim yalançıdır?

İbn Həcər Əsqəlani buna əhli-sünnə metodu ilə cavaba oxşar bir şey yazıb.

"Fəthul-Bari"


İbn Hacər cavaba oxşar yox, əməlli başlı cavab yazıb...sözün düzü sənin kimi bir cahilin İbn Hacəri tənqid etməsi insanın ətini tökür.
İbn Hacər – rahiməhullah – “Fəthul-Bari”də deyir:
Əbu Yalə və digərləri bunda Muslim’ə müvafiqdirlər, bunu eyni şəkildə İbn Sad, Əbu Atbən Malik bin İsmayıldan, o da Cuveyriyədən “zöhr” ləfzi ilə rəvayət etmişdir. Eynilə İbn Hibban bunu Əbu Atbən yolu ilə eyni şəkildə rəvayət etmişdir. Cuveyriyə’nin rəvayətində yalnız “zöhr” sözü ilə mövcuddur, sadəcə Əbu Nueym “əl-Mustəxrəc” kitabında bunu Əbu Hafs əs-Silmi yolu ilə Cuveyriyə’dən rəvayət etmiş və rəvayətində “əsr” sözünü qeyd etmişdir. Lakin peyğəmbərin döyüşləri üzrə mütəxəssis olanlar bunun “əsr” olmasında ittifaq ediblər. İbn İshaq deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm xəndəkdən ayrılıb Mədinəyə geri dönərkən Cəbrayıl zöhr vaxtı ona gəldi və dedi: “Allah sənə Bənu Qureyza’ya yürüş etməyi əmr edir.” Bilala azan verməyi əmr etdi və insanlar üçün azan verdi: “Kim eşidirsə, əsr namazını yalnız Bənu Qureyza’da olarkən qılsın!” Bunu eyni ləfzlə ət-Tabərani və əl-Beyhəqi “əd-Dəlail”də əz-Zuhriyə qədər səhih sənədlə Abdurrahmən bin Abdilləh bin Kab bin Malik’dən, o da əmisi Ubeydullah bin Kab’dan rəvayət etmişdir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – ... insanlardan əsr namazını Bənu Qureyza’ya çatmamış qılmamaqlarını tələb etdi. Dedi: “İnsanlar silahlarını taxdılar, günəş batdıqdan sonra Bənu Qureyza’ya gəldilər. Günəş batarkən aralarında münaqişə düşdü, bəziləri namazı qıldılar, digərləri isə tərk etdilər və dedilər: “Biz peyğəmbərin – salləllahu aleyhi va səlləm – tələbinə əməl edirik, üzərimizə günah olmasın.” Bu iki qrupdan heç birini qınamadı.” ət-Tabərani bunu bu şəkildə məvsul olaraq rəvayət etdi və Kab bin Maliki orada zikr etdi. əl-Beyhəqi isə əl-Qasim bin Muhamməd yolu ilə Aişədən – radiyallahu anhə - uzun şəkildə eyni sözlərlə rəvayət etmişdir....Bütün bunlar bunun əsr barəsində olmasında əl-Buxarinin rəvayətini dəstəkləməkdədir. Bəzi alimlər bu rəvayətlərin arasını cəm edərək deyirlər ki, mümkündür ki, insanlardan bəziləri peyğəmbərin əmrindən əvvəl zöhr namazını qılmışdılar, bəziləri isə qılmamışdı. Qılmayanlara ora çatmayana qədər heç kəsin zöhr namazını qılmaması, qılanlara isə heç kəsin əsr namazını qılmaması söylənmişdir. Digər alimlər isə bu iki rəvayətin arasını başqa bir ehtimalla cəm edərək deyirlər ki, onlardan bir qrup digərindən sonra yola çıxmışdır və birinci qrupa “zöhr”, ikinci qrupa isə “əsr” namazı deyilmişdir. Hər iki cəm metodunda heç bir bəis yoxdur. Lakin hədisin məxrəcinin bir olması bunu uzaqlaşdırır, çünki izah etdiyimiz kimi şeyxeyndə əvvəlindən sonuna qədər sənəd birdir. Sənəddəki ravilərdən hər birinin hədisi iki şəkildə rəvayət etməsi uzaq bir ehtimaldır, çünki əgər belə olsaydı onlardan biri ravilərindən bəzilərindən iki şəkildə rəvayət edərdi və bu, mövcud deyildir. Sonra əmin oldum ki, sözlərdəki fərq ravilərdən bəzisinin hifzi ilə əlaqədardır, beləki əl-Buxari’nin siyaqı özlüyündə, bunu Abdullah bin Muhamməd bin Əsmə və onun əmisi Cuveyriyə’dən rəvayət edən hər bir kəsin siyaqına müxalifdir. əl-Buxari’nin ləfzi belədir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən heç biriniz Bənu Qureyza’da olmayınca əsr namazını qılmasın!” Onlardan bəziləri yolda olarkən əsr namazı girdi və onlardan bəziləri dedi: “Ora çatmayana qədər namaz qılmayacağıq” Digərləri isə dedi: “Yox, namaz qılacağıq, (peyğəmbərin) bizdən istədiyi bu deyil!” Bu, peyğəmbərə -salləllahu aleyhi va səlləm – çatdırıldı və onlardan heç birini qınamadı.” Muslimin və bunu rəvayət edən digərlərinin ləfzi belədir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Əhzəbdən ayrıldığımız gün bizim aramızda səsləndi: “Sizdən heç biriniz Bənu Qureyza’da olmayana qədər zöhr namazını qılmasın!” İnsanlardan bəziləri namazın vaxtının çıxmasından qorxaraq Bənu Qureyza’ya çatmamış qıldılar. Digərləri isə dedi: “Vaxt çıxsa belə yalnız peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmr etdiyi yerdə qılacağıq!” Dedi: “Bu iki qrupdan heç birini qınamadı.” Görünən budur ki, ləfzlərin fərqlənməsi hər iki şeyxin şeyxi Abdullah bin Muhamməd bin Əsməidədir, əl-Buxari ondan rəvayət edərkən bu şəkildə rəvayət etmiş, digərləri isə rəvayət edərkən başqa ləfzlə rəvayət etmişdir və bu, Cuveyriyənin rəvayət etdiyi ləfzdir. Əbu İtbən’in bunda ona müvafiq olması, əl-Buxari’nin rəvayət etdiyi ləfzə müxalif olması bunun dəlildir. Ya da ki, əl-Buxari bunu hifzindən yazmış və hədisin ləfzi qorunulmamışdır, beləki onun məzhəbində bunun (məna ilə rəvayət etməyin) caiz olması bilinir. Muslim bunda ondan fərqlənir, çünki o, çox vaxt ləfzi mühafizə edir. Bunun əksi mümkün deyildir, çünki bunda müvafiq olanlar əl-Buxari’yə deyil, Muslimə müvafiq olublar. Lakin Əbu Həfs əs-Silmi’nin ona (yəni, əl-Buxariyə) müvafiq olması birinci ehtimalı dəstəkləyir və bunların hamısı İbn Ömərin hədisindəndir. Lakin başqalarının hədisinə nəzərən isə daha əvvəl qeyd olunmuş, bir qrupa zöhr, digər qrupa isə əsr namazının əmr olunması ətrafındakı iki ehtimalın əsaslı olduğu görünür. Mümkündür ki, zöhr rəvayətini İbn Ömər eşitmişdir, əsr rəvayətini isə Kab bin Malik və Aişə - radiyallahu anhə - eşitmişdir. Doğrusunu Allah bilir” (“Fəthul-Bari”, 7/408-409)
əl-Hafiz İbn Hacərin rəvayətlərdəki ixtilaflar barədəki sözünü qısa olaraq belə qısaltmaq olar.
Bu İbn Ömər, Kab bin Malik, Aişədən və digərlərindən rəvayət olunmuşdur. İbn Ömərdən gələn rəvayətlər əsasən Cuveyriyyə yolu ilə gəlir. Cuveyriyyədən rəvayət edənlərin arasında Muslim də daxil olmaqla bütün ravilər “zöhr” sözünü qeyd edərək rəvayət etmişdir, yalnız iki ravi istisnadır: əl-Buxari və Əbu Həfs əs-Silmi, yalnız bu ikisi əl-Cuveyriyyə’dən “əsr” sözünü qeyd edərək rəvayət edir. Lakin digər səhabələrdən gələn rəvayətlər əl-Buxari ilə Əbu Həfsin rəvayətini dəstəkləyir. əl-Məğazi əhli də bunun əsr namazı olmasında ittifaq etmişdir. Hədis əhli isə yuxarıdakı iki hədisi nəql etdiyimiz şəkildə cəm etmişdir.
İstənilən halda...bunun xəta olub olmamasından asılı olmayaraq, bununla hansı şəkildə əl-Buxari və ya Muslimin adına bir söz deyilə bilər ki?
Tutaq ki, xəta edilib...sonra? Bununla nə isbat olunur? əl-Buxari guya nəyisə təhrif edir? Görəsən nəyi təhrif edir? əsr namazı ilə zöhr namazını qarışdırmaq istəyir? Bunu buraya yerləşdirən gərək əvvəla öz niyyətindəki xətaları düzəltsin...özünü biyabır etməkdən başqa heç bir şeyə yaramır!



#11799 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:57 в Şiə-sünni dialoqu

Ahmed
Mən İmam Ridadan gətirilən o söhbətə inanmıram, lakin misal olaraq Əbu Sufyana gətirdim ki, heç olmasa dayanıb yüz dəfə ölçsün sonra biçsin! Mən ona dedim ki, bu barədə öz kitablarından başqa hədislər də gətirə bilərəm və sizin öz alimlərinizin həmin hədislərin səhihliyinə etiqad etdiyini də isbat etmək olar. Sonra eynilə sənin metodunla sual verə bilərəm ki, sizin alimləriniz cahil idi? Yoxsa sən öz alimlərinizdən daha yaxşı bilirsən...

İkincisi isə mən alimlərimizdən bəzilərinin sözlərini digərlərinin sözləri inkar etmişəm...

Qısacası, Ahmed, mövzu barədə yazacağın bir şey varsa buyur...



#11800 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 23:14 в Şiə-sünni dialoqu

Qaldı ki, əl-Buxarinin Cafər əs-Sadiqdən - radiyallahu anhu - hədis rəvayət etməməsi, buna nə cavab verirsiz?
Hmm...nə cavab verə bilərik ki? Sualın özü qəribədir..Buxari bir çox alimdən, fəzilət əhlindən hədis rəvayət etməyib. Məsələn...əş-Şafi zaman baxımından əl-Buxariyə daha yaxındır. əl-Buxari nə üçün ondan hədis rəvayət etməmişdir? Bu sualın cavabı elə sizin sualın da cavabıdır...
Cavabı isə sadədir, əl-Buxarinin rəvayət etməməsi həmin alimə qarşı pis fikirdə olması anlamına gəlməz.
Cafər əs-Sadiqin müasirlərindən Cəmil bin Mərra əş-Şeybani, Hacib bin Amr əs-Saqafi, əl-Haris bin Fudeyl, əl-Həsən bin Ubeydullah bin Urvə ən-Nəxai, Humeyd bin Ziyad Əbu Saxra, Rabia bin Ata əz-Zuhri, Ziyad bin Kuleyb əl-Hənzali, Said bin Xalid əl-Mədəni, Darar bin Mərra əl-Kufi, Abdulməllik bin Said bin Həyyan və sair və ilə axir...bütün bunlar əl-Buxarinin də öz rəyində siqa sabit fəzilət sahibi alimlərdir..amma onlardan hədis rəvayət etmir.
Biz də eyni sual ilə müraciət edirik, nə üçün sizin əl-Kafi kitabında Fatimeyi-Zəhradan - radiyallahu anhə - müsnəd bir hədis rəvayət olunmur? əl-Kafinin sahibi niyə qərəzlik edir?



#11803 Kim Buxarini kafir adlandırdı?

Отправлено автор: hənbəli 09 июля 2009 - 23:23 в Şiə-sünni dialoqu

əl-Buxari təkfir olunmayıb, əz-Zuhli ilə onun arasındakı ixtilafın səbəbi vardır...
Abu Sufyan ordusu, dolayı yolla əlləşib vuruşur və əl-Buxarini digər alimlərin sözləri ilə kafir çıxarmaq istəyir, amma bir şey göstərə bilməyib...inşəAllah bu barədə qarşıda imkan olsa izah verməyə çalışacağam, Allahın izni ilə!
Hələlik!



#11804 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 09 июля 2009 - 23:33 в Şiə-sünni dialoqu

Mən nasibiliyin küfr olduğunu yazdım, lakin millətdən çıxaran küfr olduğunu yazmadım. Küfr olduğunu yazdım çünki səhih hədislərdə sabit olmuşdur ki, Əliyə qarşı kin və nifrət nifaq əlamətidir.
Əgər kimsə əhli-beytə onların peyğəmbərin - salləllahu aleyhi va səlləm - sevimliləri olduğuna görə düşmənçilik edərsə, belələrinin kafir olmasında heç bir alim ixtilaf etmir.
Lakin kimsə Əhli-Beytdən hər hansı birilə şəxsi zəmində düşmənçilik edərsə...belə biri doğru görüşə görə kafir deyildir. əl-Buxarinin raviləri içində nasibilikdə ittiham olunan ravilər vardır və onlar nasibilikdə ona görə ittiham olunurlar ki, Həzrəti Əliyə qarşı ədavətləri olub, bunun isə səbəbi Həzrəti Əlinin onların qohumlarını döyüşdə qətl etməsidir. Ona görə də Şam əhli arasında bu şəkildə nasibilik yayılmışdı.
Əhli-Sünnət alimlərin İmam əş-Şəvkani "İrşadul-Ğabi" kitabında nasibiləri mütləq olaraq təkfir etmişdir.
Bir də əl-Buxari əs-Səhihində şiyələrdən də rəvayət etmişdir, əl-Buxari belələrindən rəvayəti caiz görür, əl-Buxariyə görə təvil ilə bidətə düşən kəs və bununla belə sözündə ədalətli və hifzində sabit biri ilə havasına tabe olan bidət əhli arasında fərq vardır. Doğrusunu Allah bilir!



#11848 Kim Buxarini kafir adlandırdı?

Отправлено автор: hənbəli 10 июля 2009 - 18:38 в Şiə-sünni dialoqu

Səbrli ol! Çox rahatlıqla gülümsəyirsən...Birincisi əl-Buxari Quranın məxluq olduğunu deməyib...onun dediyi bəndələrinin əməllərinin məxluq olmasıdır. Ona görə də əz-Zuhli'nin "Kim Quran məxluqdur deyərsə kafirdir" deməsində problem qalmır, çünki əl-Buxari belə bir söz demir. Qaldı ki, kim kəlam haqqında danışarsa bidət əhlidir deməsinin səbəbə isə, bax bu mənim izah eləmək istədiyim məsələdir. Qısa olaraq bunu belə açıqlamaq olar. əz-Zihli İmam Əhmədin əshabındandır. İma Əhməd o zaman mötəziləyə və cəhmilərə qarşı şiddətli mübarizə aparmışdır, ona görə də onun əshabı bu məsələ barədə danışmağı xoş görməmişdir. Onlar bunu bidət əhlinin əlamətlərindən sayırdılar, çünki əşarilər də Quran Allahın kəlamıdır dediyi halda onu başqa cür təvil edirlər...əl-Buxari isə Qurandan yox insanların qiraətindən danışmışdır, əz-Zuhli və digər alimlər bunu da qəbul etməmişlər, onlara görə belə söhbətlər bidətlər üçün qapı açır...nəsə...amma burda özünü boş yerə öldürüb Buxarini kafir çıxarmaq söhbəti çox gülüncdür. Mövzu bu yöndə açılıb. Kim iddia etsə ki, Buxarini kafir sayıblar buyursun dəlilini gətirsin...
Abu Sufyan ordusu isə əl-Albaninin sözlərini o qədər hiyləgar yolla işlədib ki, sanki bununla əl-Albani Buxarini təkfir etmişdir, amma əl-Albaninin sözlərini dinləyən onun nə dediyini anlayır...Ümumiyyətlə belə görürəm ki, Əbu Sufyan burda "3 kəlimə yazırsa onun dördü yalandır"...



#11850 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 10 июля 2009 - 18:52 в Şiə-sünni dialoqu

ٍSubhani,
Əgər insanlar Əbu Hureyrədən bunu soruşublarsa, deməli zahirindən onun sözü ilə peyğəmbərin sözü arasındakı fərqi görüblər. Əbu Hureyrəyə qarşı qərəzli olmağın göz qarşısındadır..onu alçaltmaq üçün dəridən qabıqdan çıxırsan.
Sən gərək Abu Sufyana deyərdin ki, "yekə kişisən...yazırsan yaz...amma bu qədər də yalan yazma daa!!!"
İkinci müsibətin isə budur ki, Buxarinin doğumu ilə Cəfər əs-Sadiqin ölümü arasında təxminən yarım əsr vaxt vardır. Sənə bu məlumatları kim verir, Soruşmaq ayıb olmasın, səni ümumiyyətlə kim əmir təyin edib?



#11851 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 10 июля 2009 - 18:55 в Şiə-sünni dialoqu

Qaldı ki, İbrahimin yalan danışmasına...burada problemli bir şey yoxdur, çünki bu barədə Allah bizə Quranda xəbər verir, bəlkə Allahı da yalanda ittiham edəsiz? Haşa... Çünki Allah özü bu barədə Quranda xəbər vermişdir. Allahu Təalə İbrahimin qıssasını bizlərə anladır: “(İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə qayıdıb ona baş çəkdilər. Dedilər: “Bunu ilahlarımıza kim edibsə, şübhəsiz ki, zalımlardandır.” “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. “Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!” dedilər. “Ya İbrahim! İlahlarımızı sən mi bu günə saldın?” – deyə soruşdular. (İbrahim sındırmadığı iri bir bütü göstərib) “Əksinə bunu onların bu böyüyü etmişdir! Soruşun onlardan, əgər danışa bilirlərsə!” (Ənbiya, 58-63)
İbrahim - əleyhissələm – onlara deyir ki, bunu böyük büt etmişdir, halbuki hamı bilir ki, bunu İbrahim özü etmişdir. Hədisdə xəbər verilən yalanın misalı budur və heç bir mömin bəndə şübhə etmir ki, belə yalan Şəriətdə zəmm olunmamış yalandır, əksinə insanları islah etdiyinə görə tərif olunmuşdur və buna görə də peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – bəzi məqamlarda məsləhət üçün yalan danışmağı izn vermişdir.
Eynilə İbrahimin müşriklər qarşısında aya, günəşə ilah deməsi...onlara dərs keçmək məqsədini daşımışdır və bu, Quranda xəbər verilir. Eynilə İbrahim öz qövmünə xəstə olduğunu deyərək onlardan üzr diləyir, onlar getdikdən sonra onların bütlərini dağıdır.
Bu da Quranın sizlərə cavabıdır. Artıq sözə ehtiyac yoxdur. İmam əl-Bəğavi deyir: “Mümkündür ki, onları islah etmək, təqsirlərini başa salmaq və onlara qarşı dəlil gətirmək qəsdi ilə Allah Azzə və Cəllə ona yalan danışmağa izn vermişdir. Necəki Yusufa izn verdi ki, carçıya əmr edib qardaşına desin: “Ey karvan əhli! Siz oğrusunuz!” (Yusuf, 70) Halbuki onlar oğurluq etməmişdilər. "



#11854 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 10 июля 2009 - 19:20 в Şiə-sünni dialoqu

Vüsal
Əbu Hureyra əvvəldə deyir ki, "Peyğəmbər dedi:" və sonra peyğəmbərin cümləsini deyir və bundan sonra qadındqn misal gətirir. Aydın olan budur ki, sual soruşan ikinci cümlə üçün soruşur. Çünki birinci cümlənin başında deyir ki, "peyğəmbər dedi:..."
Yenə də ortada görünən budur ki, Əbu Hureyra yalan danışmır əksinə öz sözünü ayırır. Yalan danışan olsaydı insanlara yalan danışıb deyərdi ki, "hə...bunu peyğəmbərdən eşitmişəm..."



#11881 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:15 в Şiə-sünni dialoqu

Subhani
Sən öz istək və arzularına yaza bilərsən...onsuz da yazdıqların öz istək və arzularından başqa bir şey deyildir.

Moder kimi səhv elədiyini belə boynuna ala bilmirsən. Başqalarını necə hökm edəcəksən?
Subhani, yazır:

"Buxarı İmam Cəfəri Sadiqlə (a) bir neçə il bir şəhərdə yaşayıb. Yanı bir dövrdə və bir şəhərdə yaşayıblar. Küleyni məgər Xanım Zəhraynan (a) bir dövrdə yaşayıb?"

Bu sözlərindən sonra deyirsən:

"...sən deyəsən məni bir o gədər də anlamamısan. Cəfəri Sadiq (ə) 4000-dən çox tələbəsi olub və demək olar ki, əksəriyyəti də İmamdan (a) hədis nəql ediblər. Buxari bir neçə il Sadiq (a) yadigarlarından bir yox, yüzləri ilə bir məkandan məskunlaşıb."


Allaha şükür ki, Azərbaycan dilini yaxşı bilirəm. Əvvəlcə deyirsən ki, bəs Cəfər əs-Sadiq ilə Buxari bir neçə il eyni şəhərdə yaşayıb, bir dövrdə və bir şəhərdə yaşayıblar. Belə detskiy bir xəta etmisən...sonra isə cürət edib xətanı boynuna ala bilmirsən. Nəsə, Subhani...ciddiliyini göstərəndən sonra əhli-sünnətə nəyisə isbat etməyi düşünə bilərsən...



#11883 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:22 в Şiə-sünni dialoqu

Məncə Buxarinin İmam Sadiqdən rəvayət nəql etməməsinə səbəb ona düşmən olma səbəbi olub. Həmçinində Şafiyə. Çünki, o zamanlar Hənbəlilərlə Şafilər arasında əməlli fikir ayriliği var idi. Hətda bir birlərini öldürməkdən belə çəkinmirdilər.


Nardarani
Əvvəla əl-Buxarinin hənbəli olduğunu haradan çıxardın? İkincisi isə ümumiyyətlə alimin bir digər alimdən rəvayət edib etməməsi meyarı sizin ağlınıza görə işləyirsə, o zaman əl-Buxari nə əcəb İmam Əhməd kimi alimdən (sənin düşüncənə görə öz imamından) vur-tut ikicə dənə hədis rəvayət etmişdir. Üstəlik zamanının xəlifəsi Ömər bin Abdulazizdən də ikicədən hədis rəvayət edib. Sənin ölçünlə götürsək İmam əl-Buxari onlara qarşı da qərəzlidir.
Bir də sənin hənbəlilər ilə şafilər arasındakı ixtilafı burada qeyd etməyin sənin iki şeydən xəbərsiz olduğunu göstərir.
1. Bu ixtilaf əl-Buxarinin zamanında mövcud deyildi, bu ixtilaf Əbul-Həsən əl-Əşarinin zamanında başlamışdır. Yəni əl-Buxaridən sonra başlamışdır.
2. İxtilaf şafilər ilə hənbəlilər arasında olmamışdır, lakin əşari əqidəsini dəstəkləyənlər ilə hənbəlilər arasında olmuşdur. Həmin zamanda isə Əşarinin əshabı şafilər idilər...ona görə də aralarında ixtilaf ortaya çıxmışdır.
Ona görə də əl-Buxari'nin əş-Şafiyə qarşı qərəzli olması iddiası xurafatdan başqa bir şey deyildir.



#11885 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:25 в Şiə-sünni dialoqu

Nardarani
Mövzudan kənar çıxmayaq, mövzu qarışacaq...




Рейтинг@Mail.ru