Перейти к содержимому


Публикации Malik Eshter

64 публикаций создано Malik Eshter (учитываются публикации только с 28-апреля 23)



#92634 Şiələrə suallar (II hissə)

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:36 в Şiə-sünni dialoqu

Sən Əhli Sünnənin mötəbər hədis kitablarında olan bu səhabələrin fəzilətləri haqqında olan yüzlərlə hədisləri oxuyubsan?


Mən oxumuşam yüzlərlə yox 1-2-sini o da ən məhşur səhabə olan Əbu Bəkr və Ömər haqqında Əli (ə.s)-ın yalançı, fasiq, xain olduğunu deməysini.



#86220 Vəhhabilərin "allah"ı

Отправлено автор: Malik Eshter 17 декабря 2011 - 14:06 в Şiə-sünni dialoqu

Aleykumsalam ,Bizde Allah subhanahu-teala barede bilmediklerimizi danismiriq.Quran ve sunnede ne gelibse ona esitdik ve iman etdik deyirik, neceliyini ve keyfiyyetini sorusmadan. Eger sen demek isteyirsenki, Allahin sifetlerini neceliyini bilmeden iman etmirsen,men sene onda deyirem ki,hec sen de Allahin nece gorduyunu ve nece esitdiyini bilmirsen,derk etmirsen. Onun hec bir sifeti mexluqun sifetine benzemediyine etiqad edirik.Ve biz onu derk ede anlaya bilmerik.

Sual: Allahı görəcəyinizi deyirsiniz bunun keyfiyyətini bilmirsiniz, amma sonra da "hədisdə" gəlir ki, 14 gecəlik ay kimi görəcəksiniz. Bu necə olur, axı siz keyfiyyətini bilməməliydiniz?



#96303 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 09:18 в Şiə-sünni dialoqu

Allah sənə hidayət versin.
Yenə başa düşdü düşmədi ittiham edirsən.
Linkdə yazılan alimlərin fikirlərini diqqətlə, 10-15 dəfə oxu.
Başa düşməsən deyərsən başa salaram


Hənbəli mən bu məsələni lap dəqiq biliəm. yayınma!
Konkret olaraq de görək siz Allahın isim və sifətlərini möhkəm yoxsa mütəşabih bilirsiniz?



#96310 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 12:36 в Şiə-sünni dialoqu

Mütəşabih.

Təvözəkar ol. Bütün insanların bimədiyi çox şey var.

bu linki diqqətlə oxu.


Sən İbni Teyimyyənin və ardıcılarının əqidəsini yaxşı bilmirsən. Onlar möhkəm bilirlər.



#96287 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 01 ноября 2012 - 13:20 в Şiə-sünni dialoqu

Heç bir sələf alimi demir ki, Allahın əli orqandır.
Sələfilər Quran və hədislərdə "Allahın əli" ifadəsi gəldiyinə görə deyirlər ki, "Allahın əli var".
Əhli Sünnə Vəl Cəmaatın mövqeyi "Allahın əli" ifadəsi gələn ayələri və hədisləri olduğu kimi qəbul etmək, onları müxaliflər kimi qüdrət, nemət kimi mənalarla təvil etməməkdir. Əbu Hənifə deyir: «Allahın əlindən məqsəd qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu durumda Allahın sifətləri iptal olunmuş (itirilmiş) olur. Bu isə Mutəzilə və Qədəriyyənin görüşüdür. Lakin Allahın əli Onun necəliyi bilinməyən sifətidir. Allahın digər sifətləri ilə bağlı mövqe eynidir.


İbni Teyimiyyə və onların ardıcılı olan alimlər deyirlər ki, Allahın əli var və bu həqiqi , zahiri mənadadır. Onlar bu sözləri kəlimələri möhkəm bildiyinə görə deyirlər. Möhkəmin də qaydası budur ki, lüğətdən baxıb ilkin zahiri məna götürülməlidir. Əgər biz "Əl" kəliməsinə baxsaq o zaman onun xüsusi bir üzv olduğunu görərik. O zaman aydın olur ki, siz Allahın əli dedikdə- Allahın üzvü nəzərdə tutursunuz.



#96311 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 12:41 в Şiə-sünni dialoqu

Mütəşabih.

Təvözəkar ol. Bütün insanların bimədiyi çox şey var.

bu linki diqqətlə oxu.


Ramin Vəkilov bu məqalənin sahibidir. O mənim qrup yoldaşımdır. O sələf deyildir. Sən bura sələf əqidəsini qoy ortalığa. Onun fikirlərini paylaşma. Batilin qarşısında təvazökar olsan özünü böyük bir şey zənn edər.



#96324 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 16:29 в Şiə-sünni dialoqu

Sualıma cavab ver! İbni Teyimiyyə və onun ardıcılları bu sifətləri mütəşabih bilir yoxsa yox?

ya da belə deyək: İbni Teyimiyyə və onun ardıcılları bu sifətləri həqiqi, zahiri, möhkəm mənasında bilirmi yoxsa yox?



#96323 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 15:50 в Şiə-sünni dialoqu

Ramin sələfi olmasa da yazdıqları sələfi əqidəsinə uyğundur.

Məqalənin bu hissəsini oxu:
________________________________
"Bunlardan birincisi İslamın ilk nəsillərinin, yəni sələfi yolunu qəbul etməkdədirlər. Yəni onlar Allahın xəbəri sifətlərini təvil etməyin əleyhinə olub onu olduğu kimi qəbul edərlər. Bu barədə İmam Malikin söylədiyi məşhur düstur onların bir dəlilidir: İmam Malik Quranda keçən Allahın ərşə istiva (yayılması) etməsindən bəhs edərkən “İstivanın keyfiyyəti məchuldur İstiva özü isə məlumdur. Buna inanmaq vacibdir. Haqqında sual soruşmaq bidətdir.”
Eyni zamanda Əbu Hənifə də “Əldən məqsəd Allahın qüdrətidir, yaxud da nemətidir deyilməz. Çünki belə bir təvildə Allahın sifətlərinin ibtalı vardır” – deməkdədir.
Burada diqqət ediləcək xüsus odur ki, sələfin bu görüşünü qəbul edənlər bu xəbəri sifətləri olduğu kimi qəbul etsələr də onun keyfiyyətini, yəni necəliyini bilmədiklərini demişlər. "
___________________________

Sələfin əqidəsi nədir? Peyğəmbərin (s), səhabələrin, tabiinlərin, Əbu Hənifənin, imam Malikin, Əhməd ibn Hənbəlin və Şafinin əqidəsi.

Onlar ayələri olduğu kimi qəbul etmiş, keyfiyyətini bilmədiklərini demişlər və təvil etməmişlər.

Biz qəbul edirik ki, "Allah ərşə istiva etdi", ancaq istivanın keyfiyyəti məchuldur.


Var Əhli Sünnə əqidəsi (Bu əqidəyə sizin heç bir aidiyyatınız yoxdur) və bir də sizin özünüzün düzəltdiyiniz "Sələf" əqidəsi hansı ki Əhli Sünnəyə yamaqdır. Bu əqidənin başında İbni Teyimiyə durur.



#96322 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 15:48 в Şiə-sünni dialoqu

Eşitmə mücərrəd bir məhfum deyil, fiziki bir prosesdir.
Sevgi, qorxu və s. mücərrəd məhfumlardır.

Səncə Allah üçün də eyni fiziki proses baş verir?


Fiziki proses hərəkətdir ))))))))))))))))))))))). Sən nə damışırsan . Mücərrədin mənası nədir heç bilirsən?))))))0



#96312 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 12:44 в Şiə-sünni dialoqu

aburza, leg və İ_nur.

Bu həm elmi və həm də fəlsəfi cəhətdən sübut olunur ki, "Allahın iki əli var" demək Allahı cisimləşdirmək və Allahı məxluqata bənzətmək deyil.

Buna bir misal da çəkim.

Məsələn Quranda ayələrdə gəlir "Allah Eşidəndir".
Ancaq bilirik ki, insanın eşitmə qabiliyyəti var və insan da eşidəndir.

Onda sizin məntiqdən çıxır ki, gərək "Allah Eşidəndir" deməyək.
Əgər "Allah Eşidəndir" desək onda Allahı insana bənzətmiş oluruq, çünki insan da eşidəndir.
Onda gərək Quran ayəsində "Allah Eşidəndir" ifadəsini oxumayaq.Məntiqsiz nəticə almış oluruq.

Bizə məlumdur ki, "Allah Eşidəndir" ancaq Allahın Eşitməyi insanın eşitməyinə bənzəmir, keyfiyyəti bizə məlum deyil.
Eyni qayda ilə "Allahın iki əli" ifadəsi Quranda gəlir.
Biz başa düşürük ki, "Allahın iki əli" məxluqatın əllərinə bənzəmir, keyfiyyəti bizə məlum deyil.

Eşitmə mücərrəd bir məfhumdur. Bunların eyniliyi cimsmiyyətə aparmır. Söhbət əldən gedir. Əl də ki insanda cismdir. Əgər bunu Allaha aid etsən müşküllər ortaya çıxır.



#96313 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Malik Eshter 02 ноября 2012 - 13:06 в Şiə-sünni dialoqu

İbni Teyimyyə və ardıcılları isim və sifətləri zahirini əsas götürürlər, həqiq məanad qəbul edirlər və möhkəm bilirlər.



#91503 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: Malik Eshter 09 мая 2012 - 11:45 в Şiə-sünni dialoqu

Diqqət - Diqqət

Abu Zeyd (ra) ilə görüşmək istəyənlərin nəzərinə !

Sizi Abu Zeyd ilə görüşdürə bilərik amma bizim də bir şərtimiz var .


Əl Fəth qardaş səbrli ol görək hələ o nə şərtdir elə!



#88857 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 07 февраля 2012 - 11:03 в Ümumislam mövzular

Ardı
İdğam qaydası
3.Əgər hər iki təkrar olunan hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin 1-ci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir. Məs;
يَمُدُّ يَمُدْدُ يَمْدُدُ
4.Əgər təkrar olunan ikinci hərf sükunlu olarsa və ardınca bitişən zəmir (əvəzlik) gələrsə, məsələn: "مَدَدْتُمْ" onu idğam etmirlər və olduğu kimi oxuyurlar. Əgər onun ardınca zəmir gəlməsə hər iki surətdə (idğam və qeyri-idğam) oxumaq olar, məsələn:

Məsələn: لَمْ يَمُدُّ مُدَّ



#88758 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 03 февраля 2012 - 10:09 в Ümumislam mövzular

İdğam qaydası
1. İdğamın şərti budur ki, müzaəfin birinci hərfi sükunlu və ikinci hərfi isə hərəkəli olsun.

2.Əgər təkrar olunan hər iki hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin birinci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir.

Məsələn: مَدَّ مَدْدَ مَدَدَ

Ardı var...



#88122 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 13 января 2012 - 11:24 в Ümumislam mövzular

Ismi təfzil

Qeyd: 3. Rəng və nöqsan bildirən qeyri mücərrəd sülasidən ismi təfzil düzəltmək üçün əvvəl onların məsdərini mənsub halda götürüb onlara
"اَشْكَرَ - اَكْبَرَ - اَكْثَرَ - اَعْظَمَ - اَوْسَعَ يا اَبْلَغَ" kəlmələrindən birini artırırıq, məsələn


Bunların hərəsinin 6 siyğəsi var, məsələn:


اَشَدُّ حُمْرَةً - اَكْثَرُ اِجْتِمَاعًا - اَكْبَرُ دَراجَةً - اَعْظَمُ اِعْوِجَاجًا

4. خير شر yaxşı və pis kəlmələri əslində اَخْيَر اَشَرّ(daha yaxşı və daha pis) kimidirlər. Sonradan çox işləndikləri üçün həmzələri düşmüşdür, məsələn:

عَالِمٌ يُنْتَفَعُ بِعِلْمِهِ خَيْرٌ مِنْ عَبِدْ "Elmindən istifadə edilən alim min abiddən xeyirlidir". (Peyğəmbər (s.ə.ə)




#88087 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 12 января 2012 - 10:13 в Ümumislam mövzular

Ismi təfzil

Qeyd: 1. İsmi təfzilin düzəldilməsinin bir neçə şərti vardır. Artırılması mümkün olan, nöqsan bildirən sifət olsun, kökü 3 hərfli olsun, məlum və təsdiqdə olsun, məs; اَمْوَاتٌ - sözünü daha ölü, اَحْجَرَ - sözünü bərk daş, və s. kimi demək olmaz.

2.Rənglər və eyblər ümumiyyətlə "اَفْعَلَ" vəznində olurlar, məsələn:
Rənglər

اَزْرَقَ - mavi
اَخْضَرَ - yaşıl

اَسْوَدَ - qara

Eyblər
اَلْكَنَ -pəltək

اَعْوَرَ -tək göz

اَعْرَجَ -topal

اَحْوَلَ - çəpgöz

اَبْكَمْ - lal



#87952 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 09 января 2012 - 12:37 в Ümumislam mövzular

Bunlardan başqa سَيِّدٌ - cənab, حُرٌّ - azad, سَخِيٌّ - səxavətli vəznlərini də göstərmək olar. Eyblərə və rənglərə məxsus "اَفْعَلُّ" - vəznidir.
اَسْوَدَّ
- qara
اَبْيَضَّ
- Ağ
اَحْمَرَّ
- qırmızı
اَحْوَلْ
- Çəp göz
اَعْوَرْ
-Tək göz
Qeyd: Sifəti müşəbbihə adətən lazım feldən düzəlir. Bəzi vəznlərə "
ة" artırmaqla müənnəs siyğə düzəldilir. (" اَفْعَلُ" vəznlərindən başqa), məsələn:
رَحِيمَة
، جَبَانَة ، عَطْشَانَة



#87951 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 09 января 2012 - 12:23 в Ümumislam mövzular

Sifəti müşəbbihə
Sifəti müşəbbihə daimi və ya sabit sifəti bildirən bir isimdir, məsələn: كَرِيمْ -"kərim"- həmişə kəramət edən, دَلِيرْ - "dəlir" - daim şücaətli olan. sifəti müşəbbihənin xüsusi vəzni yoxdur. Sabit sifət mənasını ifadə edən bütün kəlmələr sifəti müşəbbihədir. Fail və məful isimlər də sabit sifəti bildirirsə sifəti müşəbbihədirlər, məs: طَاهِرْ - حَامِضْ - مَجْنُونْ
Bir sıra vəznləri sifəti müşəbbihə vəznləri kimi qeyd ediblər ki, onlar aşağıdakılardır.
رَحِيمْ - فَعِيلْ - Mehriban
ذَلُولْ - فَعُولْ - Əhliləşmiş, ram
سَهْلٌ- فَعْلٌ - Asan
خَشِنٌ- فَعِلٌ - Tünd xasiyyət
عَطْشَانٌ-فَعْلَانٌ - Susuz
حَسَنٌ - فَعَلٌ -Yaxşı-gözəl
جِبَانٌ - فِعَالٌ - Qorxaq
يابِسٌ - فاعِلٌ - Quru
سَكْرَانٌ - فَعْلَانٌ - Məst




#88149 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 14 января 2012 - 10:14 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Felin baş verdiyi zaman və məkanı bildirən bir isimdir, məs; مَطْلَعْ (günəş) çıxan zaman, مَسْجِدْ səcdə və zaman yeri, مَغْرِبُ (günəş) batma zamanı və yeri

Məkan və zaman isimlərinin vəznləri mücərrəd sülasidə iki vəznə malikdir.

1. "مَفْعِلْ" o vaxt düzəlir ki, müzarisinin "eynul feli" kəsrəli olsun "يَفْعِلُ", məsələn:
يَجْلِسُ - مَجْلِسْ ٫ يَحْمِلُ - مَحْمِلُ ٫ يَنْطِقُ - مانْطِقُ

2."مَفْعَلْ" isə o vaxt düzəlir ki, müzarisinin "eynul feli" fəthəli olsun, yəni "يَفْعَلُ", ya zəmməli olsun, yəni "يَفْعُلُ" vəznlərində olsun. Məsələn:
يَكْتُبُ - مَكْتَبُ ٫ يَشْرَبُ - مَشْرَبُ ٫ يَطْبَخُ - مَطْبَخُ

Qeyri-mücərrəd sülasidən onun məful ismi vəzni ilə eynidir, məsələn: مُجْتَمَعُ ictimai yer, مُسْتَقَرُّ qərar yeri, qərargah



#88189 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:36 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Qeyd: Aşağıdakı isimlərin müzarisi "يَفْعَلُ" vəznində olmasına baxmayaraq "مَفْعَلْ" əvəzinə "مَفْعِلْ"vəznində olurlar. Məs:
يَسْجُدُ - مَسْجِدْ٫ يَشْرَقُ - مَشْرِقْ٫ يَغْرُبُ - مَغْرِبْ





#88709 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 31 января 2012 - 10:22 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
İzahı...
Yuxarıda qeyd olunanların sağlam olmamasının səbəbi "həmzəli", "xəstə hərfli", "təkrar hərfli" olmalarıdır. Onların felləri " اَفْعَلَ - فَعَلَ - يَفْعِلُ- فَعَلَ" vəznlərində sərf olunmur və bəzi hərfləri digərinə verilir və yaxud atılır, məs: قِ - لِيقِ - يَقِي - وَقَي - يَوْقِيُ
Bu cür kəlmələr "xəstə"(illəli) olduğu üçün deyilmiş qaydalarla oxunmur, buna görə də onların belə uyğunsuzluğu müəyyən qaydalar ilə aradan qaldırılmalıdır. Bu müalicənin adına "Elal" deyilir. Elal bəhsini "tibbul-əlfaz" adlandırmaq olar.
Qeyd: Tərkibində həmzə və təkrar hərflər olub lakin "xəstə" hərfləri (ا-و-ي) olmayan fellər "səhih adlanır. Məsələn: ضَرَبَ٫ مَدَدَ٫ اَمَرَ




#88658 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 30 января 2012 - 10:28 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
Qeyd: 1. Bir felin həm "xəstə" və həm də həmzəli olması mümkündür. Məsələn, يَئِسَ naümid oldu,
Bu kəlmə misal "yə"ye və "məhmuzul ayn"dır. جَاءَ (gəldi) kəlməsinin (əcvəfi "yə"yi və məhmuz "lam"dır)
2. Kök hərflərindən ikisi "xəstə" (illə) olan kəlmə "ləfif" (bürünmüş) adlanır. Bu da iki növdür. Əgər "xəstə" hərflərdən ikisi ardıcıl olarsa, "məqrun (yanaşı) ləfif" və əgər "xəstə" hərflər ardıcıl olarsa "məfruq (ayrı) ləfif" adlanır, məs: طَوَي kəlməsi "məqrun", وَقَي kəlməsi isə "məfruq"dur.
İzahı davamında...



#88482 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 24 января 2012 - 10:08 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
Kök hərflərindən biri xəstə (ilə) hərf olan ( ي-و - ا) fel "mötəl" fel adlanır. Məs: قَوَلَ - وَعَدَ - رَمَيَ
Bu fel 3 növdür: Misal, əcvəf, naqis
1. "Mötəlul-fa" adlanan felin birinci hərfi "vav" və yaxud "yə" olur. Məs: "وَعَدَ" ("vav"lı misal), "يَسَرَ" ("yə"li misal). Bu növ felə misal fel deyilir.
2."Mötəlul-eyn" adlanan felin ikinci hərfi "vav" və yaxud "yə" olur. Məs: "قَوَلَ" ("vav"lı əcvəf), "بَيَعَ" ("yə"li əcvəf). Bu növ felə əcvəf fel deyilir.
3."Mötəlul-lam" adlanan naqis felin üçüncü hərfi "vav" və yaxud "yə" olur. Məs: "دَعَوَ" ("vav"lı naqis), "رَمَيَ" ("yə"li naqis). Bu növ felə əcvəf fel deyilir.



#88190 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:46 в Ümumislam mövzular

Alət ismi
"İsmi alət" iş vasitələrini, alətlərini bildirir, məsələn: مِفْتَاحْ açar, مِقْرَاضْ qayçı
İsmi alətin vəzni müştəqq (düzəltmə) isimdən 3 vəzndə düzəlir.

1. مِبْرَدْ - مِفْعَلْ- itiləyən, döyüş topu

2. مِطْرَقَةٌ - مِفْعَلَةٌ- çəkic, - qaşıq

3. مِصْبَاحٌ - مِفْعَالٌ - lampa, - dimdik

"İsmi alətin" qeyri (düzəltmə isim) müştəqdən düzəldilməsi üşün xüsusi bir qayda yoxdur. Alət mənasını bildirən hər bir isim "ismi alət2 hesab olunur. سِكِّينٌ bıçaq, قَدُومْ teşə, فَاسْ balta, قَلَمْ qələm



#88718 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 01 февраля 2012 - 10:46 в Ümumislam mövzular

İdğam
İki eyni cinsli hərfləri bir-birinə qovuşdurub birgə tələffzü etmək 2 idğam" adlanır. Məs: مَدَدَ مَدَّ Burada iki "dəl" bir-birinə qovuşmuşdur. Əlbəttə bu qayda müzaəf sözlərə aiddir ki, onların iki hərfi təkrar olub, məsələn: مَدَدَ ٫ حَقَقَ ٫ جَرَرَ




Рейтинг@Mail.ru