Перейти к содержимому


Публикации Leon

35 публикаций создано Leon (учитываются публикации только с 28-апреля 23)



#91161 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: Leon 30 апреля 2012 - 08:45 в Hədislər

Əli ilə Abbas Ömərin yanına gəlirlər və Ömər onlara deyir ki.... "Əbubəkir öldükdən sonra mən Peyğəmbərin (s) və Əbubəkirin canişini oldum. Siz ikiniz məni də yalançı, günahkar, hiləgər ( və ya vəfasız ) və xəyanətkar gördünüz ( bildiniz )."

Nicat qardaş Ömərin dediyini qeyd etməyib ona görə cümləni anlamaq olmur.



#91174 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: Leon 30 апреля 2012 - 21:36 в Hədislər

bu hedisler mutevatir oldugundaN VE BIR COXLARI NEQL ETDIYINDEN BU HEDISLERI Tamamen legv ede bilmeyibler ve birde ki yaqinki Allah qoxusu azda olsa olub onlarda..... cap edenlerde ki elyazmalarin movcud oldugunu bilib ve ona gorede cap etmeye mecbur olublar..lakin son zamanlardaki caplarda cox hedisleri ixtisar edibler....birde ki Allah C.C isteyir ki onun dini yasasin!

Buxarinin ya Muslimin əl yazması mövcuddur?



#91172 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: Leon 30 апреля 2012 - 20:56 в Hədislər

Axı necə olur ki, sünnilərin kitablarında öz əleyhlərinə hədislər olur. Nə əcəb kitabı çap edənlər bunları olduğu kimi qeyd ediblər?



#91152 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: Leon 29 апреля 2012 - 22:14 в Hədislər

Siz onu yalancı, günahkar, hiləgər( və ya vəfasız ) və xain kimi gördünüz ( bildiniz ) . Halbuki Allah bilir o, düzdanışan, pəhrizkar ( dindar), saf inanc sahibi və haqqa tabe olandır. Əbubəkir öldükdən sonra mən Peyğəmbərin (s) və Əbubəkirin canişini oldum. Siz ikiniz məni də yalançı, günahkar, hiləgər ( və ya vəfasız ) və xəyanətkar gördünüz ( bildiniz ) .”
Nicat qardaş bunu Əbu Bəkr deyir?
Qırmızı rəngdə olan cümləni anlamadım? Əbu Bəkr özü-özünə deyir yoxsa necə?



#81354 Vələdüzinalıq ya ?

Отправлено автор: Leon 26 сентября 2011 - 19:35 в Əqidə və fiqh

Əcəb söhbətürdhaaa filan alim zina bilmir deyənə zina deyil....
1.Zina ilə mayalandırma arasında nəticədə nə fərq var?

Əcəb söhbətdür nədür bilmirəm amma onu bilirəm ki, sən çox inadkarsan. Bunun zina ilə fərqi odur ki, zinada yad kişi və qadın cinsi əlaqədə olur amma burda onlar bir-birinə heç toxunmurda. Əgər bu yazdığımı qəbul etmirsənsə, Quranla sübut elə ki, bu zinadır.



#81393 Vələdüzinalıq ya ?

Отправлено автор: Leon 27 сентября 2011 - 11:05 в Əqidə və fiqh

Başıvı yuxarı qaldırsan iradlarımı qeyd eləmişəm.Amma sənin xətrivə bidə yazıram.Hansı kişi razı olar ki arvadı başqa kişinin sperması ilə mayalansın?

Bu verdiyin suala cavab verəcəm narahat olma. Hələ sən Quranla sübut elə ki, bu zinadır. İndi dərsə gedirəm zəhmət olmasa cavab yaz gələndə oxuyacam.



#81390 Vələdüzinalıq ya ?

Отправлено автор: Leon 27 сентября 2011 - 10:58 в Əqidə və fiqh

Omar noldu qaqa sübut eləda bəs gözdüyürəm axı. Xameneyinin suala verdiyi cavabı yaxşı oxu. Bizi uşaq yerinə qoymusan yoxsa özünü? Söhbət kişinin öz arvadının başqasının spermasından mayalanmasına razı olub olmadığınnan getmir. Görmürsən ağa deyir əgər belə olsa uşaq hansının spermasından istifadə olunubsa ona aiddir. Bu sualı sənə versələr nə cavab verərsən bəs?



#82263 Təvəssul və onun hokmləri

Отправлено автор: Leon 14 октября 2011 - 08:52 в Şiə-sünni dialoqu

hedis ve ya quran ayesi getirki mene bu nov tevessul peyqamber (salallahu alleyhi vessellem) veya Allah terefinden emr veya meslehet olunsun.
2.hedis getirki bu nov tevessulu peyqamber salalahu alleyhi vessellem etmishdir. (ummete fostermek ucun, ki,baxin men etdim ,sizde edin faydalanin.ki,duaniz daha tez qebul olunsun)
3.hedis getir (eger bilirsense) Buxariden,Muslimden,4 imamdan bu nov tevessulum icazeli olmasina.

Bu növ təvəssül deyəndə ki, mən qeyri adi bir növ yazmamışam. Sadəcə olaraq lap əvvəlki yazılarda belə sual verilmişdi ona görə sitat gətirmədim elə birbaşa cavab yazdım.
Peyğəmbər (s) kimə təvəssül etməlidir? Peyğəmbərin hansısa bir şəxsin xətrinə Allahdan nəsə istəməyə ehtiyacı yoxdur. Allah Onu aləmlərə rəhmət olaraq göndərib.
Allah Peyğəmbərə (s) əmr edir ki, möminlər üçün bağışlanmaq istəsin:
Həm öz günahlarının, həm də mömin kişilər və qadınların günahlarının bağışlanmasını dilə.(Məhəmməd 19)
Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır.(Tövbə 103)
Şəfaət şirk olsaydı, Allah Peyğəmbərinə onu etməyi əmr edərdimi? Halbuki, Quranda buyurur:
O, sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?.(Ali-İmran 80).



#81955 Təvəssul və onun hokmləri

Отправлено автор: Leon 09 октября 2011 - 19:53 в Şiə-sünni dialoqu

Məncə artıq bu mövzuda söhbətə son qoyulmalıdır. Çünki mövzuya aid demək olar ki, hər cür sual verilib və suallarında açıq-aydın cavablarıda verilib. Məğlub olan tərəfdə məlumdur.



#82253 Təvəssul və onun hokmləri

Отправлено автор: Leon 13 октября 2011 - 21:42 в Şiə-sünni dialoqu

Quranda bütpərəstlər öz bütlərini Allah yanında şəfaətçi hesab etdikləri üçün kafir və müşrik sayılırlar. Buna cavab nədir?

Doğrudur, onlar kafir və müşrikdirlər. Çünki, əvvəla onlar Allahın bəyənmədiyi, izn vermədiyi, taxta və dəmir parçasından olan bütlərdən şəfaət diləyirdilər. İkincisi isə, onlar öz şəfaətçilərinə ibadət edirdilər: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik (Zümər-3)”.
Lakin peyğəmbərlər və övliyaların şəfaəti nə şirk, nə də küfrdür.
Peyğəmbər bir nəfər üçün şəfaət edərkən o şəxsin bağışlanmasında Allah ilə şərik olur, yoxsa o şəfaət istəyən şəxslə dua etməkdə şərik olur? Əgər desəniz: Allah ilə şərik olur, Allah üçün şərik qərar verir ki, bu da şirkdir. Yox, desəniz ki, şəfaət istəyən şəxsin istəyində şərik olur, onda elə biz deyəni deyirsiz.



#80610 Sələfilərə suallar

Отправлено автор: Leon 16 сентября 2011 - 16:47 в Şiə-sünni dialoqu

Sahih-i Müslim Muhtasarı,hədis 267.

Deve Eti Yemekten Dolayı Abdest Almanın Gerekmesi

Câbk b. Semaire (r.a)'tan rivayet edilmiştir: “Bir adam, Resulullah (s.a.v.)'e gelip ona:

“Deve eti yedikten sonra abdest alayım mı?” diye sordu. Resulullah (s.a.v.):

“Evet? Deve eti, gedikten sonra abdest al!” buyurdu.

“Deve ağıllarında namaz kılabilir miyim?” diye sordu. Resulullah (s.a.v.):

“Hayır!” diye cevap verdi. [406]

Açıklama:

Bu hadis, deve eti yemenin abdesti bozacağını ifade etmektedir. Fakat bu mesele, sahabiler ile alimler arasında ihtilaf konusu olmuştur. İmam Ahmed, Ishak b. Rahuyeh ve bazı sahabiler, bu hadisle amel ederek mutlak surette deve etinin abdesti bozduğunu ileri sürmüş­lerdir.

Ebu Bekr, Ömer, Osman, Ali, AbduÜah İbn Mes'ud, Übeyy b. Ka'b, Abdullah İbn Abbâs, Ebu Derdâ1, Ebu Talha, Ebu Ümame gibi bazı sahabiler ile İmam Ebu Hanife, İmam Malik, İmam Şafiî ve bu mezheplere bağlı kimseler, deve eti yemenin abdesti bozmadığını ileri sürmüşlerdir.

Peyğəmbər (s) deyir pozur. Əbu Bəkr və ardıcıllarıda deyir ki, pozmur.
Hansı düz deyir görəsən?



#81036 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 19:22 в Ümumislam mövzular

Salam alekum.
Quranda və ya hədislərdə hər hansısa bir günaha görə ASILMAQ və ya DAŞ-QALAQ olunmaq barədə açıq-aydın məlumat varmı?



#81052 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 20:33 в Ümumislam mövzular

Bismillah,evli olub zina edən daşqalaq olunmalıdır(Nisa surəsində var,99.9%).Subay zina etsə,100qamçı.Oğrunun isə əlini(barmaqlarını) kəsirlər

Bəs ASILMAQ barədə ayə və ya hədis var?



#81056 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 21:00 в Ümumislam mövzular

Allah köməyiniz olsun.



#81054 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 20:45 в Ümumislam mövzular

Qurani-Kərimdə aşkar bir ayə yoxdur. Bunlar hədislərlə sabit olub.

İranda günahkarların asılmasını irad tuturlar ona görə soruşurdum. Hər halda sizin verdiyiniz cavabı versəm razı olmayacaqlar.



#89629 Sual-Cavab

Отправлено автор: Leon 09 марта 2012 - 11:32 в Ümumislam mövzular

Günah və Haram eyni anlayışlardı?



#80718 Peyğəmbəri (s) kim(lər) zəhərlədi?

Отправлено автор: Leon 18 сентября 2011 - 16:44 в Şiə-sünni dialoqu

Моя ссылка bu kitabda da zəhərləndiyi yazılıb.



#80605 Nəchül-Bəlağə

Отправлено автор: Leon 16 сентября 2011 - 11:55 в Şiə-sünni dialoqu

Allah köməyiniz olsun...



#80603 Nəchül-Bəlağə

Отправлено автор: Leon 16 сентября 2011 - 11:11 в Şiə-sünni dialoqu

Əbu Zeydlərə çox da əhəmiyyət verməyin. Belə nağılbazlar hələ çox peyda olub, sonra da yox olacaqdır.

Leon, 219-cu xütbənin orijinalında Ömərin və Osmanın və başqa birisinin adı çəkilməyibdir. Yəni filankəslər yazılıb. Elə deyilmi?

Elədir. Hər halda ola bilər ki, ümumiyyətlə burda adı çəkilənlərin heç birindən söhbət getmir.



#80597 Nəchül-Bəlağə

Отправлено автор: Leon 16 сентября 2011 - 06:57 в Şiə-sünni dialoqu

Vey-sal qardaş təşəkkür edirəm sualıma vacab verdiyin üçün. Amma Sheyx Hebibullah al-Xoi məgər bu xütbənin axırını oxumayıb? Yalançı Əbu Zeyd də (Allah hidayət etsin) xütbənin axırın demir özünə sərf edən tərəfi deyir. Amma yenədə mənə çatmır ki, xütbənin sonundakı cümlə ola-ola şiə alimləri niyə burda Malik Əştərdən də söhbət gedə biləcəyi iddiasını ediblər? Çünki filan sözün Ömərə və ya Əbu Bəkrə aid etsək məsələ həll olur. :rolleyes:



#80520 Nəchül-Bəlağə

Отправлено автор: Leon 14 сентября 2011 - 14:00 в Şiə-sünni dialoqu

Xütbə 219
Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.
(Şərhçi: Əliyyənnəqi Feyzul-İslam İsfahani)


Lap tutaqki İmam Əli (ə) bu sözləri Ömər və ya Əbu Bəkr barəsində deyib amma xütbənin sonunda dediyi cümlə filankəsin yaxşı insan olmadığını sübut edir və bu cümlə əvvəl deyilmiş sözlərin təqiyyə olduğunu sübut edir. Amma maraqlı burasıdır ki, əgər filankəs deyəndə Malik Əştər nəzərdə tutulubsa onda sonda deyilən cümlə Malik Əştərə uyğun gəlmir.
Xaiş edirəm buna mənə izah edin.



#80580 Nəchül-Bəlağə

Отправлено автор: Leon 15 сентября 2011 - 22:37 в Şiə-sünni dialoqu

Qardaşlar cavabınızı gözləyirəm və inanıram ki, bunun məntiqli izahı olacaq.



#80549 Nəchül-Bəlağə

Отправлено автор: Leon 15 сентября 2011 - 05:22 в Şiə-sünni dialoqu


Yuxarıda yazdığınıza mənbə göstərə bilərsinizmi?

Nəhcül-Bəlağə, üçüncü nəşr, 2009 çapı. İndi dükanlarda satılan Nəhcül-Bəlağə kitabı.



#80529 Nəchül-Bəlağə

Отправлено автор: Leon 14 сентября 2011 - 18:03 в Şiə-sünni dialoqu

Ay qardaşlar noldu yuxarıda yazdığımı izah edən olmadı???



#80722 Mütə haqqında mübahisə

Отправлено автор: Leon 18 сентября 2011 - 18:06 в Şiə-sünni dialoqu

Xaiş edirəm bu hədislərə cavab verin. Başqa bir forumdan copy eləmişəm.

şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh. 159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Abdullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mömin imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mömin özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah (s.ə.s) deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-Əhadis əs-Səhihə”, 73).
şeyx İbn Babivih əl-Qumi özünün “Mən lə yahduruhu əl-Faqih” kitabında (2/251) imam Cəfər əs-Sadiqin aşağıdakı sözlərini rəvayət edib: “Həqiqətən, Rəsulullahın əməllərindən heç olmasa birini etməyib ölən adamdan mənim xoşum gəlməz”. Ondan soruşurlar: “O, müvəqqəti nigah edirdi?”. İmam cavab verir: “Bəli”, - və bu ayəni oxuyur: “Əgər o (Peyğəmbər) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin” (ət-Təhrim, 5). Bu hədis “Vəsail əş-Şiə” (14/442), “Cəvahir əl-Kəlam” (30/151-152), “Əsl əş-Şiə və Üsuluhə” və s. kitablarda da var.




Рейтинг@Mail.ru