Перейти к содержимому


Публикации Neqsi Cahan

167 публикаций создано Neqsi Cahan (учитываются публикации только с 29-апреля 23)



#90308 Əhli Beytin Kimlər Olması, Məsumiyyəti Və Peyğəmbərin Xanımlar

Отправлено автор: Neqsi Cahan 13 апреля 2012 - 15:24 в Şiə-sünni dialoqu

Elmeddin qardaşımızın şəxsi blogundan türkcə götürüb ana dilimizə tərcümə etdim.


1-ci hədis: bu hədisi Təbəri öz təfsirində rəvayət etmişdir, hədis belədir:


حدثنا ابن حميد قال : ثنا يحيى بن واضح قال : ثنا الأصبغ ، عن علقمة قال : كان عكرمة ينادي في السوق ( إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا ) قال : نزلت في نساء النبي – صلى الله عليه وسلم – خاصة
…Alkame dedi ki: İkrime: "Ancaq və ancaq Allah, ey Əhli Beyt, sizdən hər növ pisliyi,günahı aradan qaldırmaq və sizi tam bir təmizliklə tərtəmiz bir hala gətirmək diləyər." ayəsini bazarlarda yüksək səslə oxuyardı və "Bu ayə xüsusilə Rəsulullahın xanımları haqqında nazil olmuşdur." deyərdi.
Taberi, "Təfsir et/ət-Taberi", 20/263


bu hədisin sənədində 2 problem vardır:

1. hədis mürsəldir: İkrime səhabə deyil, tabeindəndir, mürsəl hədis isə zəif hədis qisimlərindəndir, mürsəl hədis haqqında məlumat almaq üçün linkə baxın: mürsəl hədis nədir?

əlavə olaraq İkrime xaricidir. bilindiyi kimi xaricilərin əqidəsinin əsası imam Əli ə.sin kafir olduğuna inanmaqdır. İkrime haqqında məlumat üçün linkə baxın:İkrime b. Abdullah əl-Bərbəri

2. hədisin sənədində (ərəbcəsində) qırmızı ilə işarələdiyim ilk ravi ibni Humeyd zəifdir. ibni Həcər onun haqqında deyir ki:

محمد ابن حميد ابن حيان الرازي حافظ ضعيف
Məhəmməd b. Humeyd ər-Razi: …zəifdir.

ibni Hacer, “Takrib et-Tehzib”, 5834-cü ravi


2-ci hədis: Tethir ayəsi haqqında uydurulmuş olan bu ikinci hədis Rəsulullahın s. a. a səhabəsi və imam Əli ə.sin şagirdi ibni Abbasa isnad edilmişdir, bu hədisi əhli sünnə təfsirçilərindən Vahidi rəvayət etməkdədir, hədis belədir:

أخبرنا أبو القاسم عبد الرحمن بن محمد السراج قال‏:‏ أخبرنا محمد بن يعقوب قال‏:‏ أخبرنا الحسن بن علي بن عفان قال‏:‏ أخبرنا أبو يحيى الحماني عن صالح بن موسى القرشي عن خصيف عن سعيد بن جبير عن ابن عباس قال‏:‏ أنزلت هذه الآية في نساء النبي صلى الله عليه وسلم ‏إِنَّما يُريدُ اللهُ لِيُذهِبَ عَنكُم الرِجسَ أَهلَ البَيتِ‏
…Səid ibn Cübeyr dedi ki: ibni Abbas "Ancaq və ancaq Allah, ey Əhli Beyt, sizdən hər növ pisliyi, günahı aradan qaldırmaq və sizi tam bir təmizliklə tərtəmiz bir hala gətirmək diləyər" ayəsi Nəbi s.a.anın arvadları haqqında nazil olmuşdur deyərdi.


Vahidi, "Əsbab en-Nüzul", Əhzab 33-ün təfsiri

hədisin sənədində qırmızı ilə işarələdiyim ravi Saleh b. Musa əl-Kureşidir, əz-Zehebi onun haqqında belə deməkdədir:

صالح بن موسى
بن عبدالله) بن إسحاق بن طلحة)
ابن عبيد الله القرشى الطلحى. كوفى ضعيف
Saleh b. Musa b. Abdullah b. İshak b. Talha b. Ubeydullah əl-Kureşi et-Talhi əl-Kufi, zəifdir.

قال يحيى: ليس بشئ، ولا يكتب حديثه
وقال البخاري: منكر الحديث
قال النسائي: متروك
Yəhya (b. Main) dedi ki: bir şey deyil.
Buxari dedi ki: münkerul hədisdir.
Nəsai dedi ki: Metruktur.

əz-Zehebi, "Mizan əl-Etidal", 2/302, 3831-ci ravi


Bu nəsibilərin bizim nezdimizdə heç bir dəyərə sahib olmayan- öz qaynaqlarındakı hədislərin vəziyyətidir. onların öz rical və hədis elminə görə belə bu hədislər bir dəyərə sahib deyilkən bizə qarşı necə dəlil ola bilər?






#90307 Əhli Beytin Kimlər Olması, Məsumiyyəti Və Peyğəmbərin Xanımlar

Отправлено автор: Neqsi Cahan 13 апреля 2012 - 15:16 в Şiə-sünni dialoqu






#90309 Əhli Beytin Kimlər Olması, Məsumiyyəti Və Peyğəmbərin Xanımlar

Отправлено автор: Neqsi Cahan 13 апреля 2012 - 15:25 в Şiə-sünni dialoqu

بباب فاطمة ستة أشهر إذا خرج إلى صلاة الفجر يقول الصلاة يا أهل البيت إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قال أبو عيسى هذا حديث حسن غريب من هذا الوجه إنما نعرفه من حديث حماد بن سلمة قال وفي الباب عن أبي الحمراء ومعقل بن يسار وأم سلمة

… Ənəs b. Malikdən rəvayətə görə, Rəsulullah s.ə.v, səhər namazına çıxdığı zaman altı ay qədər Fatimənin qapısına uğrayar və: "Ey əhli beyt namaza!" deyər. Əhzab surəsi 33-cü ayəsinin son qisimini oxuyardı.

Tirmizi, "Sünen", Quranın təfsiri kitabı, hədis 3206


حدثنا أبو بكر بن أبي شيبة ومحمد بن عبد الله بن نمير واللفظ لأبي بكر قالا حدثنا محمد بن بشر عن زكرياء عن مصعب بن شيبة عن صفية بنت شيبة قالت قالت عائشة خرج النبي صلى الله عليه وسلم غداة وعليه مرط مرحل من شعر أسود فجاء الحسن بن علي فأدخله ثم جاء الحسين فدخل معه ثم جاءت فاطمة فأدخلها ثم جاء علي فأدخله ثم قال إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا

… Aişə bunları söylədi: Rəsulullah s. a. a üzərində qara yundan məmul naxışlı bir örtü olduğu halda evdən çıxdı. Deyərkən Həsən ibn Əli gəldi. Onu örtünün içinə götürdü, sonra Hüseyn gəldi, o da bərabərində girdi. Sonra Fatimə gəldi.Onuda içəri götürdü. Sonra Əli gəldi. Onu da içəri götürdü. Sonra: "Ey Əhli Beyt! Allah ancaq və ancaq sizdən çirkinliyi aradan qaldırmaq və sizi tərtəmiz paklamak istəyir." ayəsini oxudu.

Müslim, "əs-Səhih", Səhabənin fəziləti kitabı, hədis 2424

حدثنا قتيبة بن سعيد حدثنا محمد بن سليمان الأصبهاني عن يحيى بن عبيد عن عطاء بن أبي رباح عن عمر بن أبي سلمة ربيب النبي صلى الله عليه وسلم قال نزلت هذه الآية على النبي صلى الله عليه وسلم إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا في بيت أم سلمة فدعا النبي صلى الله عليه وسلم فاطمة وحسنا وحسينا فجللهم بكساء وعلي خلف ظهره " - ص 622 -" فجلله بكساء ثم قال اللهم هؤلاء أهل بيتي فأذهب عنهم الرجس وطهرهم تطهيرا قالت أم سلمة وأنا معهم يا نبي الله قال أنت على مكانك وأنت إلى خير قال وفي الباب عن أم سلمة ومعقل بن يسار وأبي الحمراء وأنس قال وهذا حديث غريب من هذا الوجه

… Ömər b. Əbi Sələmədən r.ə rəvayətə görə, belə demişdir: Əhzab surəsi: 33-cü ayəsi; "… Ey Peyğəmbərin ev xalqı, Allah sizin üzərinizdən hər cür çirkinliyi və çirkliliyi aradan qaldırmaq və sizi tərtəmiz etmək istəyir." Ümmü Sələmənin evində enmişdi. Bunun üzərinə Rəsulullah s.ə.v, Fatimə, Həsən və Hüseyni çağırdı onları bir örtü ilə örtdü. Əli də Rəsulu Əkrəmin arxasında idi onu da bir başqa örtü ilə örtdü və belə dua etdi: "Allahım bunlar mənim əhli beytim. Bunlardan pislik və pislikləri gedər və onları tərtəmiz et."
Ümmü Sələmə: "Ey Allahın Peyğəmbəri mən də onlardanammı?" dedi. Rəsulullah s.ə.v: "Sən yerində dayan! Sən mənə xeyirli kəslərdənsən" buyurdu.

Tirmizi, "Sünen", Menkıbeler kitabı, hədis 3787



#91038 Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

Отправлено автор: Neqsi Cahan 26 апреля 2012 - 23:12 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=e9vFqo0L2Wk&feature=plcp


Sheyx Cavid - SQH VIII (Ehli-beytin salavatdan cixarilmasinin sebebi)



#91035 Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

Отправлено автор: Neqsi Cahan 26 апреля 2012 - 20:15 в Şiə-sünni dialoqu

Əhli Beyt ə.s salavat gətirmək duanın səhhət şərtidir

http://www.youtube.com/watch?v=AEIIYWNY1rY&feature=plcp

Sheyx Cavid - SQH VII (Salavat 1-ci hisse)

http://www.youtube.com/watch?v=Vxx7YVIXeyo&feature=plcp

Sheyx Cavid - SQH VII (Salavat 2-ci hisse)

Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Quranı Kərim və Peyğəmbərimizin (s) Sünnəsi işığında, Sünni və Şiə qaynaqların ittifaq ilə köçürdüyü səhih hədislər işığında İslam həqiqətlərini, Əhli Beyt ə.s vəlayətini sənədli bir şəkildə sizlərlə paylaşmağa davam edirik. inşaallah bu günki işimizdə Əhli Beyt ə.sin vəlayətinin hətta namaz və dua kimi dinin fiqhi mövzuları da əhatəsi gerçəyini sənədləşdirəcəyik. bilindiyi kimi dua bir ibadətdir və ibadətlər Allah c. c üçün edilməkdədir. ancaq bununla birlikdə əgər duada Nəbi s. a. a və Əhli Beyt ə.sə salavat göndərilməzsə dua Allah c. c qatına yüksəlməz və qəbul edilməzdir. bu mövzuda Şiə və Sünni qaynaqlarında bir çox hədis mövcuddur, inşaallah biz indi onlardan bir neçəsini sizlərlə paylaşacağıq.

1. Şiə qaynaqlı hədislər: Şiə üləmadan Kuleyni r.ə başda olmaq üzrə bir çox hədis və təfsir alimi mövzu haqqında hədislər rəvayət etmişdirlər. Şiə və Sünnilərin etibarlılığı mövzusunda ittifaq etdikləri Sikatulislam (İslamın etibarçı) Şeyx Kuleyni r.ə belə rəvayət etməkdədir:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن هشام بن سالم، عن أبي عبدالله (عليه السلام) قال: لايزال الدعاء محجوبا حتى يصلي على محمد و آل محمد
…Hişam b. Salim Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Məhəmməd və Ali Məhəmmədə salavat gətirmədikcə duanın önünə pərdə qonar"

عنه، عن أبيه، عن النوفلي، عن السكوني، عن أبي عبدالله (عليه السلام) قال: من دعا ولم يذكر النبي (صلى الله عليه وآله) رفرف الدعاء على رأسه فإذا ذكر النبي (صلى الله عليه وآله) رفع الدعاء
…əs-Sekuni Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Dua edərkən Nəbi s.a.anı xatırlamayan kimsənin duası başının üzərində uçub dayanar. Nəbi s.a.anı anın tərəfindən dua yüksəldilər"

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم وعبدالرحمن بن أبي نجران، جميعا، عن صفوان الجمال، عن أبي عبدالله (عليه السلام) قال: كل دعاء يدعى الله عزوجل به محجوب عن السماء حتى يصلي على محمد وآل محمد
…Safvan əl-Cemmal Əbu Abdullah (imam Sadiq a.s)dan rəvayət etdi: "Allah azze və celleyə edilən bütün dualar, göydə maneə törədilər, ta ki, Məhəmmədə və Ali Məhəmmədə salavat edilənə qədər"


"əl-Kafi", 2/491-493, hədis 1, 2 və 10

bu hədislərin hər üçünün ravileri siqa (etibarlı) və isnadları muttasıldır. (Ən son ravisindən ilk qaynağına qədər sənədində qopuqluq olmayan hədisə Muttasıl deyilir )Hədislərin birinci və üçüncüsü səhih, ikincisi isə muvassaktır ki, (Muvassak Hədis: on iki imamlı olmayan ancaq raviləri etibarlı və hədis mətni də günahsıza söykən hədislərə deyilir.) bunu Allame II Məclisi r.ə də "əl-Kafi" şərhində təsdiqləməkdədir, baxın: II Məclisi r.ə, "Miratul Ukul", 12/99

2. sünni qaynaqlı hədislər: sünni qaynaqlarında da bu mövzuda haqqında bir çox hədis rəvayət edilmişdir. Lakin biz bunların hamısını deyil, sünnilər nəzdində mötəbər olaraq görülən və məşhur olanlarından bir neçə dənəsini zikr edəcəyik.

1.jpg

şəkildə gördüyünüz əhli sünnə hədis alimi Taberaninin "Mucem əl-Evsat" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا أحمد قال: نا عامر بن سيار قال: نا عبد الكريم الخراز، عن أبي إسحاق الهمداني، عن الحارث، وعاصم بن ضمرة، عن علي قال: كل دعاء محجوب حتى يصلي على محمد وآل محمد صلى الله عليه وسلم
…Həris və Asim b. Demura Əli ibn Əbu Talibdən belə rəvayət etdilər: "Bütün dualar Məhəmməd və Ali Məhəmmədə salavat edilənə qədər göydə maneə törədilmişdir."

Taberani, "Mucem əl-Evsat", 1/348, hədis 721


bu hədisi Taberanidən canlı rəvayət edən Heysemi hədisdən sonra deyir ki:

رواه الطبراني في الاوسط ورجاله ثقات
Taberani "Evsat" kitabında rəvayət etmişdir və ricalları siqattan (etibarlılardan)dir.


Heysemi, "Mecmeuz Zevaid", 10/160


bir başqa əhli sünnə muhaddisi es-Suyuti də bu hədisi "Cami əs-Sağir" adlı kitabında rəvayət etdikdən sonra deyir ki:

ح
hasen

Suyuti, "Cami əs-Sağir", hədis 4266


yenə əhli sünnənin böyük alimlərində Tirmizi də buna bənzər hədisi dəyişik bir sənəd ilə rəvayət etmişdir:


2.jpg
şəkildə gördüyünüz əhli sünnə alimi, qütbü sittə imamlarından Tirmizinin "Sünen" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حَدَّثَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَلْمٍ الْمَصَاحِفِيُّ الْبَلْخِيُّ أَخْبَرَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ عَنْ أَبِي قُرَّةَ الْأَسَدِيِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ إِنَّ الدُّعَاءَ مَوْقُوفٌ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَا يَصْعَدُ مِنْهُ شَيْءٌ حَتَّى تُصَلِّيَ عَلَى نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
…Səid b. Müseyyib Ömər ibn Xəttabdan belə rəvayət etdi: "Dua göy ilə yer arasında dayanar, Nəbi s.a.a-ya salavat gətirənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz."

Tirmizi, "Sünen", Vitr kitabı, hədis 486


bu hədisin sənədindəki bütün ravilər əvvəlki hədisimizdəki kimi siqa (etibarlı)dirlar. nəsibilərin böyük hədis və rical alimləri ibni Həcər və son şeyxlərindən əl-Elbani hədisin səhhətini təsdiqləmişdirlər.

Mənbə: http://velayet.wordpress.com/



#92439 Əbu Zeyd kimdir?

Отправлено автор: Neqsi Cahan 05 июня 2012 - 10:23 в Şiə-sünni dialoqu

Bu alcaq ebu zeydin yalanci olduqunu Ehli Sunne qardaslarimizda tesdiqleyir.Batil vehhabilik eqidesi yalan uzerinde qurulmusdur.Bunu ebu zeydin ozude gozel bilir.Allah ebu zeydi hidayet elesin.Tovbe etsin danisdiqi yalanlardan heleki gec deyil.
Allah razi olsun bu deyerli paylasima gore qardas.



#90549 Əbu Bəkrin "peyğəmbərlər irs qoymur" sözünün yalan olmasına sübut

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 22:56 в Şiə-sünni dialoqu

İsra surəsi 26-cı ayənin təfsiri və Nəbi s.a.anın Fədəki Həzrəti Fatimə (s.ə)-ya verməsi.


BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Quranı Şərif və Nəbəvi s. a. a Sünnəsi işığında Əhli Beyt ə.sin vəlayətini, İslam gerçəklərini köçürməyə davam edirik. Bu günki işimiz İsra surəsi 26-cı ayənin təfsiri və Fədək mövzusu üzərində olacaq.
Allah c. c bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.
İsra surəsi 26-cı ayə



bu ayənin nazil olmasından sonra Nəbi s. a. a Hz. Fatimə s.anı çağıraraq Fedeki ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə və həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini köçürəcəyik.

1.Şiə qaynaqlı hədislər: bu ayənin təfsiri ilə əlaqədar olaraq Şiə üləmadan Kuleyni, Saduk, Müfid, Firat b. İbrahim əl-Kufi, Əli b. İbrahim əl-Qummu, Ayyaşi, Məhəmməd b. Süleyman əl-Kufi, Məclisi kimi muhaddis və təfsirçilər bir çox hədis rəvayət etmişdir. Biz nümunə olaraq onlardan bir neçəsini köçürəcəyik. Şeyx Kuleyni r.ə belə rəvayət etməkdədir:

علي بن محمد بن عبدالله، عن بعض أصحابنا أظنه السياري، عن علي بن أسباط قال
قال: إن الله تبارك وتعالى لما فتح على نبيه (صلى الله عليه وآله) فدك وما والاها، لم يوجف عليه بخيل ولا ركاب فأنزل الله على نبيه (صلى الله عليه وآله) " وآت ذا القربى حقه (1) " فلم يدر رسول الله (صلى الله عليه وآله) من هم، فراجع في ذلك جبرئيل وراجع جبرئيل (عليه السلام) ربه فأوحى الله إليه أن ادفع فدك إلى فاطمة (عليها السلام)، فدعاها رسول الله (صلى الله عليه وآله) فقال لها: يا فاطمة إن الله أمرني أن أدفع إليك فدك، فقالت: قد قبلت يا رسول الله من الله ومنك
…Əli b. Esbat dedi ki: (imam Kazim ə.s Abbasi kralı el-Mehdiyə) dedi ki: "Allah Tebareke və Təala, Fedek və mücavir sahələrinin Peyğəmbərimiz tərəfindən, üzərinə atlı və dəvəli süvarilərin hücumu olmadan fəth edilməsini təmin edincə, Peyğəmbərinə belə vəhy etdi: "Qohuma haqqını ver." (İsra, 26) Rəsulullah s. a. a bununla kimlərin nəzərdə tutulduğunu bilmirdi. Bu barədə Cəbrayıla müraciət etdi, Cəbrayıl da Rəbbinə müraciət etdi. Bunun üzərinə Allah ona belə vəhy etdi: "Fedeki Fatiməyə ver." Rəsulullah s. a. a Fatiməni çağırdı və ona dedi ki: "Ey Fatimə! Allah mənə, Fedeki sənə verməmi əmr etdi." Fatimə dedi ki: "Allahın və sənin bu hədiyyəsini qəbul etdim."

"əl-Kafi", 1/543, hədis 5


və yenə Şeyx Saduk r.ə belə rəvayət etməkdədir:

حدثنا علي بن الحسين بن شاذويه المؤدب و جعفر بنمحمد بن مسرور رضي الله عنهما قالا حدثنا محمد بن عبد الله بن جعفر الحميري عنأبيه عن الريان بن الصلت قال
و الآية الخامسة قول الله عز و جل وَ آتِ ذَا الْقُرْبى حَقَّهُ خصوصيةخصهم الله العزيز الجبار بها و اصطفاهم على الأمة فلما نزلت هذه الآية على رسولالله ( ص ) قال ادعوا إلي فاطمة فدعيت له فقال يا فاطمة قالت لبيك يا رسول الله فقالهذه فدك مما هي لم يوجف عليه بالخيل و لا ركاب و هي لي خاصة دون المسلمين و قدجعلتها لك لما أمرني الله تعالى به فخذيها لك و لولدك فهذه الخامسة
…Reyyan b. Salt dedi ki: (imam Rza ə.s Abbasi Memunun məclisində müxalif alimlərlərə İtret haqqında Qurandan dəlil gətirərkən belə dedi) Beşinci ayə: "Qohumlarının haqqını ver." (İsra/26) Bu, əziz və cabbar olan Allahın Əhli Beytə məxsus etdiyi bir xüsusiyyətdir. Allahı Təala onları bütün ümmətdən seçmə etmişdir. Bu ayə Rəsulullaha nazil olduğunda Fatimə s.a-nı yanına çağırdılar. Fatimə s. a gəldiyində Rəsulullah s. a. a: "Ey Fatimə!" deyə buyurdu. Fatimə s. a; "Əmr edin ey Allahın rəsulu!" dedi. Rəsulullah buyurdular ki: "Bu Fedek, döyüşsüz əldə edilən qənimətlər arasındadır. Buna görə (Allahın hökmünə görə) mənə aiddir; başqalarının onda haqqları yoxdur. İndi Allah c. c əmr etdiyi üçün onu sənə bağışladım. Elə isə onu özün və övladların üçün götür."

"Uyunu Ahbar ər-Rza ə.s", səhifə 229-230, bab 23, hədis 1


2. sünni qaynaqlı hədislər: əhli sünnə qaynaqlarında da bu ayənin təfsiri ilə əlaqədar olaraq Əbu Səid əl-Hudri və ibni Abbas r.ə-dən hədislər rəvayət edilmişdir. Bu hədisləri Əbu Yala, Bezzar, ibni Mereveyh, ibni Həcər Suyuti və daha başqaları rəvayət etmişdirlər. Əbu Yala bu ayənin təfsiri ilə əlaqədar olaraq belə rəvayət etmişdir:

Изображение

şəkildə gördüyünüz əhli sünnət alimi Əbu Yala el-Mevsilinin "Müsned" adlı hədis kitabıdır. işarələnilmiş yerdə bu ifadələr var:

قَرَأْتُ عَلَى الْحُسَيْنِ بْنِ يَزِيدَ الطَّحَّانِ هَذَا الْحَدِيثِ، فَقَالَ‏:‏ هُوَ مَا قَرَأْتُ عَلَى سَعِيدِ بْنِ خُثَيْمٍ، عَنْ فُضَيْلٍ، عَنْ عَطِيَّةَ، عَنْ أَبِي سَعِيدٍ، قَالَ‏:‏ لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ ‏{‏وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ‏}‏ دَعَا النَّبِيُّ صلى الله عليه وسلم فَاطِمَةَ وَأَعْطَاهَ فَدَكَ‏
…Əbu Səid əl-Hudri dedi ki: "Qohuma, yoxsula və yolda qalmışa haqqını ver" ayəsi nazil olunca, Rəsulullah s. a. a Fatiməni çağıraraq Fedeki ona verdi.

Əbu Yala, "Müsned", Əbu Səid el-Hudrinin müsnedi, hədis 1075


bu hədisi ibni Həcər də Əbu Yaleden nəqlən "Metalib əl-Aliyye" adlı kitabında rəvayət etmişdir. bu mövzuda digər əhli sünnə muhaddisleri də hədislər rəvayət etmişdirlər. Suyuti bu mövzudakı hədisləri öz təfsirində isnadları ilə birlikdə yığmışdır. Suyuti deyir ki:

وأخرج البزار وأبو يعلى وابن أبي حاتم وابن مردويه عن أبي سعيد الخدري رضي الله عنه قال: لما نزلت هذه الآية وآت ذي القربى حقه دعا رسول الله صلىالله عليه وسلم فاطمة فأعطاها فدك
Bezzar, Əbu Yale, ibni Əbi Xəttim və ibni Merdeveyh Əbu Səid əl-Hudri r.ə-dən belə rəvayət etmişdirlər: "Qohuma, yoxsula və yolda qalmışa haqqını ver" ayəsi nazil olunca, Rəsulullah s. a. a Fatiməni çağıraraq Fedeki ona verdi.

وأخرج ابن مردويه عن ابن عباس رضي الله عنهما قال: لما نزلت وآت ذي القربى حقه أقطع رسول الله فاطمة فدكا
ibni Merdeveyh ibni Abbas r.ə-dan belə rəvayət etmişdirlər: "Qohuma, yoxsula və yolda qalmışa haqqını ver" ayəsi nazil olunca, Rəsulullah s. a. a Fedeki Fatiməyə verdi.

Es-Suyuti, "ed-Durrul Mensur", İsra surəsi 26-cı ayənin təfsiri


2-1. hədisin səhhəti: bu hədis ibni Abbas və Əbu Səid əl-Hudri r.ə-dən rəvayət edilmişdir. biz Əbu Səid əl-Hudri r.ə-nin hədisini rəvayət edən ravilerin hamısının vəziyyətini əhli sünnə rical kitablarından köçürəcəyik ki, hədisin səhhəti haqqında heç bir şübhəyə yer qalmasın.

Əbu Səid əl-Hudri r.ə (أبو سعيد الخدري): hədisimizin ilk ravisidir, səhabədir və əhli sünnə nezdində səhabənin hamısı ədalətli və höccettir, buna görə haqqında çox məlumat verməyə ehtiyac duymuruq.

Atiyye əl-Uvfi (عطية العوفي): hədisimizin ikinci ravisidir, əhli sünnətin rical elmində nüfuz alimlərindən Yəhya b. Main, ibni Sad, İbni Şahin, ibni Həcər və əl-İcli onun etibarlı olduğunu bəyan etmiş, Əhməd, Tirmizi, ibni Əbu Xəttim, Əbu Davud və başqaları ondan hədis rəvayət etmiş və onun ravileri arasında keçdiyi hədislərin səhhətini təsdiqləmişdirlər. nümunə üçün rical alimlərindən bir neçə dənəsinin bəyanını köçürürük. ibni Main onun haqqında deyir ki:

سمعت يحيى يقول عطية العوفي هو عطية الجدلي قيل ليحيى كيف حديث عطية قال صالح
Yəhya (b. Main)in belə dediyini eşitdim: Atiyye əl-Uvfi, o Atiyye əl-Cədəlidir. Yəhya (b. Main)e "Atiyyenin hədisi necədir?" deyə soruşuldu, dedi ki: "salehdir"

"Tarixi ibni Main", 3/500, 2446-cı ravi


bir başqa əhli sünnə rical alimi ibni Sad onun tərcümeyi-halında deyir ki:

عطية بن سعد بن جنادة العوفي
Atiyye b. Səid b. Cendeh əl-Uvfi

وكان ثقة إن شاء الله
Allahın icazəsi ilə sigə etibarlıdır.
ibni Sad, "Tabakat əl-Kubra", 6/304


Fudeyl b. Merzuk (فُضيلِ بن مرزُوقٍ): hədisimizin üçüncü ravisidir, əhli sünnə qaynaqlarında özündən hədis rəvayət edilmiş və əhli sünnənin böyük rical alimləri onun etibarlılığını təsdiqləmişdirlər. Şeyximiz Tebesi r.ə sünni qaynaqlarda özlərindən hədis rəvayət edilmiş olan Şiə ravilərin tərcümeyi-halında ehtiva edən kitabında onun haqqında bu məlumatları verir:

وقال المثنى بن معاذ العنبري، عن أبيه قال: سألت سفيان الثوري عنه فقال: ثقة
وقال الهيثم بن جميل: كان من أئمة الهدى زهدا وفضلا
ibni Muaz Menberi atasından belə rəvayət etmişdir: Süfyan əs-Sevriden onun haqqında soruşdum da dedi ki: "siğə etibarlıdir"
və ibni Cəmil dedi ki: o hidayət imamı, zahid və fəzilətli biri idi.

رواياته في الكتب الستة
صحيح مسلم، وسنن أبي داود، والترمذي، وابن ماجة
Müslim, Əbu Davud, Tirmizi və ibni Macə ondan rəvayət etmişdirlər.

Şeyx Tebesi r.ə, "Ricaluş Şiə fi esanid əs-Sünne", səhifə 341, 101-ci ravi


Səid b. Haşim əl-Hilali (سعِيدُ بن خُثيمٍ): hədisimizin sonuncu ravisidir, əhli sünnə nezdində etibarlı bir ravidir. Şeyximiz Tebesi r.ə sünni qaynaqlarda özlərindən hədis rəvayət edilmiş olan Şiə ravilerin tərcümeyi-halına ehtiva edən kitabında onun haqqında bu məlumatları verir:

قال ابن حجر: صدوق
وقال أبو زرعة: ليس به بأس
وذكره ابن حبان في الثقات
ibni Həcər dedi ki: "Sadiqdir"
Əbu Zura dedi ki: "onda problem yoxdur"
ibni Hibban (onu) "əs-Sikat (etibarlılar)" kitabında zikr etmişdir.

رواياته في الكتب الستة
سنن الترمذي
Tirmizi ondan rəvayət etmişdir.

Şeyx Tebesi r.ə, "Ricaluş Şiə fi esanid əs-Sünne", səhifə 139, 41-ci ravi


görüldüyü kimi hədisimizin bütün raviləri etibarlıdır. inşaallah hədis səhihdir.

http://velayet.wordpress.com/



#90553 Əbu Bəkrin "peyğəmbərlər irs qoymur" sözünün yalan olmasına sübut

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:09 в Şiə-sünni dialoqu

Əbu Bəkirin miras hökmlərindəki cəhaləti

Bilindiyi kimi Əbu Bəkir nəsibilər nezdində ilk raşidi xəlifə və səhabənin ən fəzilətlisidir. onlar nezdində Əbu Bəkir, müctəhid, alim və s.dır. ancaq həqiqətdə Əbu Bəkir də eynilə Ömər b. Xattab kimi elm sahibi olmayan cahil bir kimsə idi. və bu cəhaləti səbəbindən verdiyi fətvalarda səhvlər edərək İslama bir çox bidət gətirmişdi.Əhli sünnə və nəsibilərin öz qaynaqlarından xəlifələri Əbu Bəkirin cəhaləti və məlumatsızlığı səbəbindən ortaya qoyduğu bidətlərdən bir neçə dənəsini köçürəcəyik.

Изображение

şəkildə gördüyünüz əhli sünnə hədis alimlərindən Dareminin "Sünen" adlı hədis kitabıdır. işarələnilmiş yerdə bu ifadələr var:

أخبرنا مسلم بن إبراهيم ثنا وهيب ثنا خالد عن أبي نضرة عن أبي سعيد الخدري وحدثنا عكرمة : ان أبا بكر الصديق جعل الجد أبا
…İkrime və Əbu Səid əl-Hudri dedilər ki: "Əbu Bəkir (miras hökmlərində) babanı ata etdi."

hədisdən sonra kitabının muhakkiki Hüseyn Səlim deyir ki:

قال حسين سليم أسد : الأثر صحيح وإسناده صحيح
hədis və sənədi səhihdir.

"Süneni Daremi", 2/450, hədis 2903


daha sonra Daremi bu mövzuda Əbu Musa əl-Eşari, Osman, ibni Abbas və ibni Zübeyrdən də hədislər rəvayət etməkdədir və hamısının sənədi səhihdir. bu mövzuda digər əhli sünnə alimləri, Səid b. Mənsur və ibni Əbi Şeybe də hədislər rəvayət etmişdirlər:

Səid b. Mənsur, "Sünen", 1/45, hədis 40-47-ci hədislər
ibni Əbi Şeybe, "Musannaf", 11/288, hədis 11250

hədisdə keçən "Əbu Bəkir (miras hökmlərində) babanı ata etdi" sözünün mənası Əbu Bəkirin cəhaləti səbəbindən miras hökmlərində babanı ata yerinə qoymuş olması, yəni atanın haqqını babaya vermiş olmasıdır.

amma Əbu Bəkirin miras hökmlərindəki cəhaləti yalnız bununla məhdud deyil, o nənələrin mirası mövzusunda da öz cəhalətini ortaya qoymuş ancaq son anda bir adamın özünü xəbərdar etməsi üzərinə fətvasından dönmüşdü. bunu Maliki məzhəbinin imamı Malik b. Ənəs rəvayət etmişdir:

Изображение

şəkildə gördüyünüz əhli sünnə alimi və maliki məzhəbinin imamı olan Malik b. Ənəsin "Muvatta" adlı kitabıdır. işarələnilmiş yerdə bu ifadələr var:

وحدثني عن مالك عن يحيى بن سعيد عن القاسم بن محمد انه قال :أتت الجدتان إلى أبي بكر الصديق فأراد ان يجعل السدس للتي من قبل الام فقال له رجل من الأنصار أما إنك تترك التي لو ماتت وهو حي كان إياها يرث فجعل أبو بكر السدس بينهما
…Qasim b. Məhəmməd dedi ki: iki nənə mirasları mövzusunda Əbu Bəkirin yanına gəldikdə, Əbu Bəkir altıda bir hissəni ananın anasına vermək istəyincə ənsardan bir şəxs ona belə dedi: "Diqqət yetir. Sənin mirasdan məhrum etmək istədiyin nənə ölmüş, miras buraxan sağ qalmış olsaydı nənəyə varis olacaqdı." Bu söz üzərinə Əbu Bəkir, altıda bir hissəni iki nənə arasında böldü.

Malik, "Muvatta", Misə kitabı, hədis 1077


indi soruşuruq, miras hökmləri mövzusunda belə cahil olan, İslam ümmətini bidətlərə doğru aparan birimi Nəbi s.a.anın xəlifəsidir yoxsa Nəbi s. a. a haqqında "elm şəhərinin qapısı" dediyi və özü də "məndən soruşun! Allaha and içərəm ki, Qiyamətə qədər olacaqlar haqqında soruşduğunuz hər şeyi sizə xəbər verərəm" deyən kimsəmi?


http://velayet.wordpress.com/



#94118 Əbu Bəkir: "Kaş ki Fatimənin evinə hücum etməsəydim"

Отправлено автор: Neqsi Cahan 16 июля 2012 - 16:55 в Şiə-sünni dialoqu

Изображение

Əbu Bəkir: "Kaş ki Fatimənin evinə hücum etməsəydim":sünni qaynaqları
BİSMİLLAHİR RAHMANİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Bilindiyi kimi Rəsulullahın s. a. a vəfatından sonra bəzi "səhabələr" Həzrətin cənazəsini yerdə buraxaraq Sakifədə xilafət döyüşünə alovlanmış, özlərini xəlifə elan edib Rəsulullahın s. a. a xəlifəsini isə bu mövqedən Rəsulullahın s. a. a əmrinə baxmayaraq uzaq tutmuş, bununla da kifayətlənməmişlər, Rəsulullahın s. a. a xəlifəsindən özləri üçün beyət istəmişdirlər və imam Əli ə.s ilə sadiq səhabələr beyət tələbini rədd etmiş, Hz. Fatimə s.a-nın evinə toplanaraq müxalifət bayrağı açmış, bunun üzərinə ərəb kralı Rəsulullahın s. a. a xəlifəsinin və qızının evinə əsgər göndərmişdir. bunlar hər iki məzhəbin hədis, tarix və digər qaynaqlarında ittifaq ilə köçürülmüş gerçəklər, həqiqətlərdir. amma nə var ki, bu günlərdə nəsibilər bunu inkar etməyə, belə bir şeyin olmadığını, bunun əsassız bir şey olduğunu iddia etməyə başladılar. biz inşaallah arxa-arxaya yapacağımz bir neçə işi bu mövzuya ayıracağıq. bu mövzudakı ilk işimizi də Əbu Bəkirin öz etirafı ilə başlamaq istədik. inşaallah nəsibilər öz xəlifələrini yalançılıq ilə günahlandırmazlar.

1çi hissə: hədisin keçdiyi əhli sünnə qaynaqları:

1.jpg
şəkildə gördüyünüz əhli sünnənin böyük muhaddisi Taberaninin "Mucem əl-Kəbir" adlı kitabının 1-ci cildinin 62-ci səhifəsidir. işarələnmiş yerdə bu hədis vardır (hədis uzundur lakin bizə lazımlı qisimini və hədisin keçdiyi digər qaynaqları da əlavə edirik):

حدثنا أبوالزنباع روح بن الفرج المصري ثنا سعيد بن عفير حدثني علوان بن داود البجلي عن حميد بن عبد الرحمن بن حميد بن عبد الرحمن بن عوف عن صالح بن كيسان عن حميد بن عبد الرحمن بن عوف عن أبيه قال دخلت على أبي بكر رضي الله تعالى عنه أعوده في مرضه الذي توفي فيه فسلمت عليه وسألته كيف أصبحت فاستوى جالسا فقلت أصبحت بحمد الله بارئا فقال أما اني على ما ترى وجع وجعلتم لي شغلا مع وجعي جعلت لكم عهدا من بعدي واخترت لكم خيركم في نفسي فكلكم ورم لذلك أنفه رجاء أن يكون الامر له ورأيت الدنيا قد أقبلت ولما تقبل وهي جائية وستنجدون بيوتكم بسور الحرير ونضائد الديباج وتألمون ضجائع الصوف الاذري كأن أحدكم على حسك السعدان ووالله لان يقدم أحدكم فيضرب عنقه في غير حد خير له من أن يسيح في غمرة الدنيا ثم قال أما اني لا آسي على شئ الا على ثلاث فعلتهن وددت أني لم أفعلهن وثلاث لم أفعلهن وددت أني فعلتهن وثلاث وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن فأما الثلاث اللاتي وددت أني لم أفعلهن فوددت أني لم أكن كشفت بيت فاطمة وتركته وأن أغلق علي الحرب ووددت أني يوم سقيفة بني ساعدة كنت قذفت الامر في عنق أحد الرجلين أبي عبيدة أو عمر فكان أمير المؤمنين وكنت وزيرا ووددت اني حيث كنت وجهت خالد بن الوليد إلى أهل الردة أقمت بذي القصة فإن ظفر المسلمون ظفروا والا كنت ردءا أو مددا وأما اللاتي وددت أني فعلتها فوددت أني يوم أتيت بالاشعث أسيرا ضربت
عنقه فإنه يخيل إلي أنه يكون شر الاطار إليه ووددت أني يوم أتيت بالفجاة السلمي لم أكن أحرقه وقتلته سريحا أو أطلقته نجيحا ووددت أني حيث وجهت خالد بن الوليد إلى الشام وجهت عمر إلى العراق فأكون قد بسطت يدي يميني وشمالي في سبيل الله عز وجل وأما لثلاث اللاتي وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن فوددت أني كنت سألته فيمن هذا الامر فلا ينازعه أهله ووددت أني كنت سألته هل للانصار في هذا الامر سبب ؟ ووددت أني سألته عن العمه وبنت الاخ فإن في نفسي منهما حاجة


…Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Abdirrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Həzrəti Əbu Bəkrin hüzuruna gedib salam verdim… Əbu Bəkr belə dedi: Mən isə, dünyada etdiyim üç şeyə kaş ki etməsəydim, etmədiyim üç şeyi də kaş ki etsəydim, üç şeyə də nə ola bunları Peyğəmbərə s. a. a soraydim deyə kədərlənirəm. Kaş ki etmeyeydim dediyim üç şey:

1- Kaş ki Fatimənin evini açmayıb buraxsaydım və üzərimə hərb qapılarını örtsəydim.
….
….
Taberani, "Mucem əl-Kəbir", 1/62
Taberi, "Tarix et-Taberi", 2/353
ibni Asakir, "Tarix", 30/417-418
əz-Zehebi, "Tarix əl-İslam", 3/118


hədis Əbu Bəkirdən daha bir çox qaynaqda rəvayət edilmişdir. Belazurinin "Ensab əl-Eşraf", Əbu Nuaymın "Hilyetul Evliya" kitabları bunlardan yalnız bir neçə dənəsidir. lakin biz sözün çox uzanmaması və "hər budaqda məşhur olan qaynaqlardan dəlil gətirmə" prinsipinə görə bunlarla kifayətlənirik.


2-ci hissə: hədisin səhihliyi:

nəsibilər Əbu Bəkirin bu etirafına söykənimədikləri üçün deyirlər ki, hədisin sənədində Ulvan ibn Davud vardır. Məndə deyirəm ki, hədisin sənədində Ulvan ibn Davudun olduğu və əhli sünnə rical elminə görə Ulvan ibn Davudun zəif olduğu doğrudur lakin bu hədis yalnız Ulvan ibn Davud yolu ilə rəvayət edilmiş deyil. çünki yuxarıda bu hədisin keçdiyi digər qaynaqlar arasında zikr etdiyim Taberi bu hədisi Ulvan ibn Davud yolu ilə köçürməmişdir əksinə başqa bir sənədlə köçürmüş hədisdən sonra isə bu qeydi düşmüşdür:

قال لي يونس قال لنا يحيى ثم قدم علينا علوان بعد وفاة الليث فسألته عن هذا الحديث فحدثني به كما حدثني الليث بن سعد حرفا حرفا وأخبرني أنه هو حدث به الليث بن سعد وسألته عن اسم أبيه فأخبرني أنه علوان بن داود

Mənə Yunus Yəhya ibn Abdullahdan nəql etdi: Leysin ölümündən sonra bizə Ulvan gəldi. Mən bu hədisi soruşdum, eynilə Leysin bunu rəvayət etdiyi sözlərlə izah etdi və bunu Leysdən belə eşitdiyini söylədi.

Taberi, "Tarix et-Taberi", 2/353

yenə hədisin keçdiyi bir başqa qaynaq olan ibni Asakirdə bu hədisi Ulvan ibn Davud yolu ilə deyil tamamilə dəyişik bir sənəd ilə köçürmüşdü. indi ibni Asakirin sənədini görək:

2.jpg

şəkildə gördüyünüz ibni Asakirin "Tarix" kitabının 30-cu cildinin 417-ci səhifəsidir. işarələnilmiş yerdə bu sənəd var:

أخبرنا أبو البركات عبد الله بن محمد بن الفضل الفراوي وأم المؤيد نازيين المعروفة بجمعة بنت أبي حرب محمد بن الفضل بن أبي حرب قالا أنا أبو القاسم الفضل بن أبي حرب الجرجاني أنبأ أبو بكر أحمد بن الحسن نا أبو العباس أحمد بن يعقوب نا الحسن بن مكرم بن حسان البزار أبو علي ببغداد حدثني أبو الهيثم خالد بن القاسم قال حدثنا ليث بن سعد عن صالح بن كيسان عن حميد بن عبد الرحمن بن عوف عن أبيه


ibni Asakir, “Tarih”, 30/417


Azda olsa ərəbcə oxumağı bilənlər bu sənəddə Ulvan ibn Davudun adının keçmədiyini görə bilərlər. ibni Asakir hədisi bu sənəd ilə köçürdükdən sonra Taberi kimi Ulvan ibn Davud sənədini də bildirmişdir.

yenə bu hədisi öz tarix kitabında Ulvan ibn Davud yolu rəvayət edən əz-Zehebi isə hədisdən sonra deyir ki:

رواه هكذا وأطول من هذا ابن وهب، عن الليث بن سعد، عن صالح بن كيسان، أخرجه كذلك ابن عائذ
Bu xəbəri bu tərzdə daha uzunca olaraq İbnu Vehb, ibn Leys ibn Sad yolu ilə Saleh ibn Keysandan nəql edir. İbnu Aiz də bunu rəvayət edir.

əz-Zehebi, "Tarix əl-İslam", 3/118

yəni bu hədis dəyişik sənədlərlə rəvayət edilmişdir. Bu sənədlərdən yalnız birində Ulvan ibn Davud vardır, digərlərində Ulvan ibn Davud yoxdur. Taberi və ibni Asakirin dəyişik sənədlərlə köçürməsi və əz-Zehebinin bir başqa sənədi daha zikr etməsi də dediklərimizin açıq dəlilidir.

Digər tərəfdən onsuz da əhli sünnə və nəsibilərin alimləri hədisin səhhətini təsdiqləmişdirlər. İndi də hədisin səhhətini təsdiqləyən əhli sünnə alimlərini görək:

1. Səid ibn Mənsur: hədisin həsən olduğunu söyləyən əhli sünnə alimlərindən biri Səid ibn Mənsurdur:

أَبو عبيد في كتاب الأَمْوَالِ، عق وخيثمة بن سليمان الطرابلسي في فضائل الصحابة، طب، كر، ص، وقال: إِنَّه حديث حسن إِلاَّ أَنَّهُ ليس فيه شيءٌ عن النب
Bu hədisi Əbu Ubeyde "Kitab el-Emval"da, Akili və Tabelsi "Fedail es-Sahabe"də, Taberani "Mucem el-Kebir"də, ibni Asakir "Tarixi Medin ed-Dimeşk"də və Səid ibn Mənsur "Sünen"də rəvayət etmişdir. Və Səid ibn Mənsur hədisin həsən olduğunu söyləmişdir.

Es Siyuti, "Müsnedi Fatimə", səhifə 34-35
Muttaki əl-Hindi "Kenzul Ummal", 5/252



Yaxşı Səid ibn Mənsur kimdir? İndi də Səid ibn Mənsurun əhli sünnə nəzdində sahib olduğu mövqesini öyrənək:

سعيد بن منصور (ع) ابن شعبة، الحافظ الامام، شيخ الحرم
Səid ibn Mənsur ibn Şeybe, hafiz, imam, hərəmin şeyxi

əz-Zehebi, "Siyer", 10/586, 207-ci ravi

2. Dia əl-Makdisi: əhli sünnənin bu alimi də hədisin həsən olduğunu bildirmişdir:

3.jpg

şəkildə gördüyünüz əhli sünnə alimi Dia əl-Makdisinin "Ehadis əl-Muxtara" adlı kitabının 1-ci cildinin 90-cı səhifəsidir. işarələnilmiş yerdə bu ifadələr var:

قلت وهذا حديث حسن عن أبي بكر إلا أنه ليس فيه شيء من قول النبي ص
Deyirəm ki, bu hədis həsəndir.

Dia əl-Makdisi, "Ehadis əl-Muxtara", səhifə 90


yaxşı Dia əl-Makdisinin əhli sünnə nezdində mövqesi nədir? əhli sünnəyə görə kimdir Dia əl-Makdisi? əz-Zehebiyi dinləyək (uzun tərcümeyi-halından bir parça köçürürük):

الضياء المقدسي محمد بن عبد الواحد بن أحمد بن عبد الرحمن بن إسماعيل بن منصور ، الشيخ الإمام الحافظ القدوة المحقق المجود الحجة
Dia əl-Makdisi Məhəmməd ibn Abdulvahid…. Şeyx, imam, hafiz, muhakkik, hüccet

əz-Zehebi, "Siyer", 23/126


P.S:Mənim sadəcə özünü müsəlman hiss edənlərə bir sualım var,Həzrəti Məhəmməd (s.a.a.s) peyğəmbərimizin doğmaca qızı,canın parçası,özünün və Allahın sevdiyi cənnətə daxil olacaq ilk insan Həzrəti Fatimə (s.ə) yalançı ola bilərdimi?Məsum,Quranda pak qərar verilən Əhli Beytin anası Xanım Zəhranı yalançı hesab edib Əbu Bekr cə Ömerin doğru olduqunu deyənlərə sadəcə Allahın hidayətini arzu edirəm.




#91202 Əbdüləziz bin Baz: "Biz Vəhabiyik!"

Отправлено автор: Neqsi Cahan 01 мая 2012 - 14:08 в Şiə-sünni dialoqu

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Dəyərli forum üzvləri bildiyimiz kimi həm bugün Azərbaycanda və dünyanın bir neçə yerində yayılan günümüzdəki nəsibilər özlərinə "vehhabi" deyilməsinə etiraz edirlər, bunun böhtan olduğunu, özlərinin əhli sünnət olduqlarını, "vəhhabi" olmadıqlarını iddia edərlər. Budur bu tayfanın sonuncu şeyxlərindən Əbdüləziz bin Baz yumruq kimi cavab verir, "biz vəvhabiyik" deyir.

http://www.youtube.com/watch?v=xTS8faG0GlA&feature=plcp

http://www.youtube.com/watch?v=lEfsI4OzI2Y&feature=player_embedded

EAMQT_8415.jpg

Изображение


[/center][center]
Əbdüləziz bin Baz

vehhabiler.jpg

şəkildə gördüyünüz Əbdüləziz bin Bazın "Fətva en-Nur" adlı kitabıdır. gördüyünüz kitabın 18-ci səhifəsidir. Əbdüləziz bin Baz özünə soruşulan bir suala uzun-uzadı cavab verməkdədir. sual 16-cı səhifədədir və belədir:

يقول السائل: فضيلة الشيخ، يسمي بعض الناس عندنا العلماء في المملكة العربية السعودية بالوهابية فهل ترضون بهذه التسمية؟ وما هو الرد على من يسميكم بهذا الاسم؟

sual: Dəyərli şeyx, bəzi insanlar Suud alimlərini "vəhhabi" adlandırırlar siz bu adı qəbul edirsinizmi?

Əbdüləziz bin Baz bu suala uzun-uzadı cavab verməkdə, şirk-Tövhid mövzusunu ələ almaqdadır.İşarələnmiş yerdə isə əsas mövzuya keçərək belə deməkdədir:

يدعون إلى توحيد الله من علماء التوحيد من علماء نجد وغيرهم يلقبون بالوهابية، فهو لقب معروف شريف وليس بمستنكر

cavab: Nəcd üləmasının ləqəbi vəhhabidir və bu tanınan və şərifdir və biz bunu inkar etmirik.

Əbdüləziz ibn Baz, "Fetava en-Nur", 1/16-18


Əbdüləziz bin Baz burada "Necd üləması" dediyi qrup şəxsən özləridir, yəni Məhəmməd ibn Abdulvehhabın yolundan gedən, ümmətin şirk içində olduğunu söyləyən pozğunlar.Budur bu pozğunlara bütün ümmət "vehhabi" adını vermişdir, Məhəmməd ibn Abdulvehhabın öz qardaşı və hənbəli alimi Şeyx Süleyman ona rəddiyə yazmış və rəddiyənin adını da belə qoymuşdur: "Es-Sevaik el-İlahiyyə fi rəddi alal vehabiyye"



Vəhabilik Hədislərdə
Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir:
"Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.” - Səhihi-Buxari, Kitab ət-təuhid, 57-ci fəsl, 7123-cü hədis.

Qəstəlani "İrşadus-sari əsərində ("İrşadus-sari”, c. 15, səh. 626)bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.

Səhih-Buxari, Fitən kitabı, fəsil-16, hədis-7094-də İbn Ömərdən belə rəvayət olunur ki:
Bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah! Şamı və Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et.'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Yenə də dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et .'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O Həzrət(s) cavab verdi: ''Nəcd zəlzələlər, fitnələr və şeytanın çıxacağı yerdir.''

Nəcdin tarixində vəhhabiliyin orada yaranmasından başqa bir yadda qalan hadisə yoxdur.
Həqitətən də İslam Peyğəmbəri(s) doğru buyurmuşdur ki, pozğun fikirlər, azğın əqidələr, dinindən dönənlər, şeytana uyanlar və İbn Əbdülvəhhabın simasında şeytan Nəcddən çıxmışdır.
Səhih-Buxari, Tövhid kitabı, fəsil-57, hədis 7562-də isə Xidridən belə rəvayət olunur ki, Peyğəmbər(s) buyurmuşdur:

''Məşriqdən (Şərqdən-gündoğandan) bir qrup insanlar çıxacaq ki, onlar Quranı oxuyacaqlar, ancaq ona əməl etməyəcəklər. Yay kamandan çıxdığı kimi onlar da dindən çıxacaqlar. Yay kamana qayıtmadığı kimi onlar da dinə qayıtmayacaqlar.'' Soruşdular: ''Ya Rəsuləllah! Onların əlamətləri nə olacaq?'' O Həzrət(s) cavab verdi: ''Onlar saqqallarını ya qırxarlar, ya saxlayarlar (uzadarlar).''

CQDON_5304.jpg

Muhəmməd ibn Əbdülvəhhab 1703-cü ilin baharında Nəcd vilayətinin Üyеynə qəsəbəsində Əbdülvəhhab ibn Sülеyman adlı bir qazinin еvində doğuldu. Ərəbistan yarımadasının bir qismini əhatə еdən Nəcd vilayəti tarix boyu yalançı pеyğəmbərlərin məskəni olmuşdur. Onların gündəlik məşğuliyyəti qarət, soyğunçuluq və oğurluq idi. Bir sözlə mədəniyyət özünün aşağı mənasında orada təzahür еtmişdi. (Yеni şəfəq, c 1 səh. 26; "Nəcd tarixi", səh. 46)


Vəhhabi məzhəbi haqqında bu kiutbalardan bəhrələnə bilərsiz.

Прикрепленный файл  vahabi-asl.doc   947К   8 Количество загрузок:
VƏHABİ FİRQƏSİ
Müəllif: Seyyid Məhəmməd Həsən Qəzvini


Прикрепленный файл  VHHABI fitnesi-latin-asl.DOC   634К   3 Количество загрузок:
VƏHHABİ FİTNƏSİ
ƏLİ ƏSĞƏR RİZVANİ

Прикрепленный файл  Vehabilerin cirkin eqidesi.doc   135К   4 Количество загрузок:
Vəhhabilərin çirkin əqidəsi

Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ BIRINCI CILD.doc   274К   3 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ IKINCI CILD.doc   322,5К   3 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ ÜCÜNCÜ CILD.doc   207К   4 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ DÖRDÜNCÜ CILD.doc   174,5К   3 Количество загрузок:
Прикрепленный файл  VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ BEŞINI CILD.doc   149К   3 Количество загрузок:


Прикрепленный файл  Vahhabi-asl.doc   597К   1 Количество загрузок:
MÜƏLLİF:ƏBDÜLLAH MƏHƏMMƏD
VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

Прикрепленный файл  VAHABALIK.doc   51К   4 Количество загрузок:
VƏHHABILIK VƏ YA “ŞEYTAN BUYNUZU”

Прикрепленный файл  Vahhabizm.doc   114,5К   1 Количество загрузок:
Vəhhabiliyin həqiqi simasi

Прикрепленный файл  vehabbilerinift.doc   117К   3 Количество загрузок:
ƏHLI SÜNNƏT ADI ALTINDA DÜŞMƏNLƏRIN IFTIRALARI

Прикрепленный файл  Vehhabi suallarina cavab.doc   1,24МБ   5 Количество загрузок:
VƏHHABİ SUALLARINA CAVABLARIMIZ
MÜƏLLİF: ƏLİ ƏTAİ İSFƏHANİ

Прикрепленный файл  Vehabi etiqadinin yeni tehlili.doc   291,5К   3 Количество загрузок:
Vahabi etiqadının yeni təhlili”
Məhəmməd Hüseyn İbrahimi

Прикрепленный файл  Vehhab-siyas-asl.doc   3,02МБ   1 Количество загрузок:
Vəhhabiliyin siyasi tarixi
Doktor Mənsur Həqiqətpur

Прикрепленный файл  Vehabi mazhabi-asl.DOC   1,73МБ   4 Количество загрузок:
Vəhhabi məzhəbi
Ayətullah Cəfər Sübhani

Прикрепленные файлы




#90310 Xanım Zəhranın (S.a) Əbu Bəkrə Munasibəti

Отправлено автор: Neqsi Cahan 13 апреля 2012 - 15:29 в Şiə-sünni dialoqu






#90311 Xanım Zəhranın (S.a) Əbu Bəkrə Munasibəti

Отправлено автор: Neqsi Cahan 13 апреля 2012 - 15:30 в Şiə-sünni dialoqu




#89876 Utanmaz Qamət Süleymanovun yalanlarına siz də qulaq asın!!!

Отправлено автор: Neqsi Cahan 31 марта 2012 - 00:08 в Şiə-sünni dialoqu

Allah hidayət eləsin Qaməti və onun ətrafıdna olan bütün cəmi vəhabiləri.

http://www.youtube.com/watch?v=_r6zQJcGWfg&feature=youtu.be



#92251 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Neqsi Cahan 23 мая 2012 - 19:36 в Şiə-sünni dialoqu

Allah razı olsun sizdən qardaşlar.Heyiri yoxdur bu vəhhabilərə,orikin kanalından video paylaşır sahil adlı bu selefi,hələ utanmaz-utanmaz deyirki şiələr hazırlayıb.Subhenallah arxalarında quyruq tutsan deyeceklerki artıq ətdir :)



#92231 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Neqsi Cahan 23 мая 2012 - 09:11 в Şiə-sünni dialoqu

Cavidə zəng edən şiədir .Özüdə cavidin tanıdıqı adamdır.Çünki cavid ona arada "məşhədi" deyərək müraciət edir.Nə gülünc teatr düzəltmisiniz. Bu sizin növbəti "Əhli beyt production " məfhumunuzun təqdimatıdır.


Birincisi bu videonu sələfilər Youtube kanalında şiələrə qarşı yerləşdirdilər. Buda dəlil videonun silinməsi
İkincisi danışan adam Samin adlı sələfinin tərəfdarı olduqunu açıq-aydın iddia edir.
Üçüncüsü Şeyx Cavid hörmət əlaməti olaraq məşədi sözündən dnaışarkən istifadə edir.

Əvvəla sübut elə ki,bunu şiələr hazırlayıb.Yoxsa qeybi bilirsen?
Daha sonra cavab ver görək necə olurki bu video birinci sələfilərin əlinə keçir və şiələrə qarşı youtubedə əlavə olunur sosial şəbəkələrdə paylaşılır.Bir neçə saat keçəndən sorna video silinir. :rolleyes:

Odurki oğru elə bağırdı ki.doğrunun bağrı yarıldı.Bildiyinizi danışın zəhmət olmasa və iftira atmayln ki,zəlalətə düçar olanlardan olmuyasız!!!

capture-20120523-101108.jpg



#92256 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Neqsi Cahan 23 мая 2012 - 21:29 в Şiə-sünni dialoqu

Nə olsun Orikin video siyahısında bu video var .Mən də bəzən rafizilərin videosunu öz video siyahimə dabavit edirəm sonra da pozuram.


Sənin deyəsən əqli problemin var vovka :nasibi:
ibn teymiyyə sizi uzunqulaq variantı ilə başa salırdı?ona qulaq asıb gəlib evinizdəkiləri uzunqulaq üslubunda başa salırsız?
Subhenallah nə tərbiyəsiz,əxlaqsız insansan.Zəhmət olmasa öz ailə tərbiyyəni saxla küçələrə bura forumdur.Ağıllı ol yoxsa olan qalanınıda biz yox eliyərik! :)

Mən əxlaqsız vəhhabi görmüşdüm bu qədər yüksək səviyyədə əxlaqsız ilk dəfədirki şahid oluram.Allah hidyaət eləsin.



#92235 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Neqsi Cahan 23 мая 2012 - 10:41 в Şiə-sünni dialoqu

Nə ucuz saxtakarlıqdır.Gopa basmaq istəyiblər ancaq alınmayıb.Daha dpğrusu təqiyyə etmək istəyiblər amma zibili çıxıb.Cavid ağzından quş buraxıb zəng edənə məşədi deyib.Bundan əlavə video rolikdə bunun təqiyyə olmasına işarət edən başqa məqamlar da var.Danışan özü elə özünü ifşa edəcək situasiyalar yaradır .Daha başa düşmür ki bu səs yazısına qulaq asanlar parnikoviy "xiyar" deyillər ki buna inansınlar.Belə etmək ilə özünüzü etibardan salırsınız.etibar isə qənd kimi bir şeydir islanmışı lap ucuz olur.Gedin ağıllı olun .



Vəhhabi "ağlı" :nasibi:
Zəhmət olmasa izah elə görüm Youtubede abu zeyd kəzzabın videolarını yayan sələfinin video kanalına necə düşüb bu video və nəyə görə siliblər?





#92221 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Neqsi Cahan 22 мая 2012 - 23:37 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=kevSjA-4nUo&feature=plcp

Dəyərli forum üzvləri tülkü vəhhabilərdən biri Şeyx Cavidə zəng vuraraq ona böhtan atmaq istəyir və Sheyxin səsini yazaraq şiələrə qarşı,Sheyx Cavidə qarşı istifadə etmək istəyir və youtubede orik adlı profildə əlavə olunur lakin şiə qardaşların bu vido ilə cavablarından sonra vovkalar həmən hazırlanan videonu silirlər :rolleyes:
Məlum məsələdirki bu videoda vəhhabilər özləri özlərini biabır edirlər. :nasibi:

Video əvvlcə bu başlıqla Youtubdə yayıldı bugün "Sheyx cavidin bəhsdən qaçması.yalançı şiələr"
Amma özləri özlərini biabır etdilər bu video roliklə )))



#92041 Səsli və görüntülü dini materiallar

Отправлено автор: Neqsi Cahan 18 мая 2012 - 17:34 в Ümumislam mövzular






#92033 Səsli və görüntülü dini materiallar

Отправлено автор: Neqsi Cahan 18 мая 2012 - 09:37 в Ümumislam mövzular






#92047 Səsli və görüntülü dini materiallar

Отправлено автор: Neqsi Cahan 18 мая 2012 - 19:25 в Ümumislam mövzular






#92046 Səsli və görüntülü dini materiallar

Отправлено автор: Neqsi Cahan 18 мая 2012 - 18:34 в Ümumislam mövzular




#92044 Səsli və görüntülü dini materiallar

Отправлено автор: Neqsi Cahan 18 мая 2012 - 18:15 в Ümumislam mövzular






#92032 Səsli və görüntülü dini materiallar

Отправлено автор: Neqsi Cahan 18 мая 2012 - 09:36 в Ümumislam mövzular






#91236 Sələfilərə suallar

Отправлено автор: Neqsi Cahan 02 мая 2012 - 21:04 в Şiə-sünni dialoqu

Yoldaş sələfilər haçan suallarımıza cavab verəcəksiz?


Bu nə dərəcədə düzgün bir addımdır?məqsəd nədir bu oxşarlıqda?
Изображение



Kəbənin yanında ingilis simvolu!
Vəhhabilərin İslam irsinə etinasızlığı və onunla mübarizə aparması və qərb mütəxəssislərinə inanmaları Kəbə evinin yanında, Məkkənin “Əbrac əl-Bəyt” otellər kopleksinin üzərində, böyük bir səhvlə, ingilis simvolunun tikilməsinə səbəb oldu.
Saat bürcü adlanan bu tikili Londonun “Big ben” saatı ilə inkar olunmaz oxşarlıqlara malikdir.
Bu hündür bürcün Allah evinin yanında tikilməsi ziyarətçilərin çoxlu etirazına səbəb oldu. Belə ki, onlar bu hündürlükdə binanın Kəbənin yanında tikilməsini Allah evinə hörmətsizlik və ziyarətçilərin dua və ibadətə diqqətinin azalması kimi dəyərləndirdilər.
“Big ben” London şəhərinin simvollarından biridir və hər il minlərlə xarici turist ora baxmağa gəlirlər. Bura həmişə London və İngiltərənin simvolu kimi istifadə olunub.
İslam mədəniyyətinə etinasızlıq və qərb mütəxəssislərinə inam bundan öncə də bəzi problemlərin qarşıya çıxmasına və xristian və missioner simvollarının İslam aləminə girişinə zəmin yaratmışdı.
Misal olaraq Dubay bürcünün dizayneri bir neçə il öncə, bir müsahibədə bildirmişdi ki, mən dünyanın ən böyük xaçını İslam ölkələrinin ürəyində tikməyə nail olmuşam.
Belə ki, böyük Dubay bürcünə qurudan baxdıqda bir şey görsənməsə də, dənizdən baxdıqda xaça oxşayır.
islammektebi.org




Рейтинг@Mail.ru