İkinci bir məsələ,Əllamə Təbətəbai(rə) niyə bu ayənin təfsirində Həşr7-dən sitat gətirərkən yarımçıq gətirir?
http://quran.az/59/7/t:2
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
,məgər burda fəth olunmuş yerlərdən əldə edilən gəlirin bölgüsü nəzərdə tutulmurmu?Yəni Peyğəmbər(s) necə bölmə,nəyi versə onu da götürün.
Məhz bu ayədən siz deyən mənə çıxmır,ən azı mənə görə.Açıqlayın,zəhmət olmasa...
Qısa şəkildə cavablandırım. 1-ci sualınıza gəlincə, bizim 1-ci verdiyimiz cavabı diqqətlə oxudunuzsa, o zaman sualınızın cavabı da həll olmuş olur. Əvvəla ayə "ancaq" ədatı ilə deyil, "məhz" ədatı ilə də işlənə bilər. İkincisi, lap fərz edək ki, ayədəki "innəmə" ədatı "ancaq" və "məhz" şəklində tərcümə olunmalıdır; yenə də bir şey dəyişmir. Dediyimiz kimi: belə olan vəziyyətdə bu, Allahın Quran vasitəsilə haram etdiyi əsli mühərrəmata dəlalət edəcək, Allahın Peyğəmbər vasitəsilə haram etdiyi şeylər isə sünnədə bəyan olunuv. Hər kim bunu inkar edirsə, zəhmət olmasa İslamı bir əvvəldən gözdən keçirsin. Bu Quranilər, zadlar da 2-3 sözdən anlamayan cahil şəxslərdirlər, bunların əqidələrinin dində heç bir yeri yoxdur və bunlarla vaxt itirməyə də dəyməz.
2-ci sualınıza gəlincə isə ki, nə üçün Əllamə ayənin məhz qeyd olunan hissəsi ilə dəlil gətirib, cavab belədir ki: nəinki Əllamə Təbatəbai (rəhmətullahi əleyh), hətta şiəli-sünnili bütün İslam ümməti bu ayəni buna dəlil gətiriblər ki, sünnə höccətdir və bu ayədə məhz bu məqama işarə edilmişdir. Kim bunu inkar etsə, İslamdan anlayışı yoxdur. Bir şiə bunu necə inkar edə bilər ki, bu barədə İmamlarından hədislər varid olub, hədis və təfsir kitabları bu məna ilə doludur? Bu məsələnin yerli yerində sübutları vardır ki, burada yazmaq imkanımız yoxdur. İstər birinci sualınız (ancaq ədatı ilə bağlı) istərsə də bu sualınızın geniş cavabı vardır.