Перейти к содержимому


Фотография

Cənnət (Əbu Bəkr Və Ömərin Yox) Əlinin, Əmmarın Və Salmanın (R.a) Həsrətindədir


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 05 августа 2015 - 22:07

Əhli-Sünnə alimi əl-Hakim ən-Nisəburi səhih sənəd ilə nəql edir:

Ənəs ibn Malik nəql edir:Peyğəmbər (saav) buyurdu:"Cənnət (Əbu Bəkr və Ömərin yox) Əlinin, Əmmarın və Salmanın (r.a) həsrətindədir".

حدثنا أبو بكر بن إسحاق أنبأ محمد بن عيسى بن السكن الواسطي ثنا شهاب بن عباد ثنا محمد بن بشر ثنا الحسن بن حي عن أبي ربيعة الأيادي عن الحسن عن أنس قال : قال رسول الله صلى الله عليه و سلم : اشتاقت الجنة إلى ثلاثة علي و عمار و سلمان
هذا حديث صحيح الإسناد و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : صحيح

əl-Hakim deyir:Bu hədisin sənədi səhihdir.Lakin onlar (Buxari və Muslim) nəql etməyiblər.
əz-Zəhəbi "ət-Təlxis" də deyib:Səhihdir.

Mənbə:"əl-Mustədrək alə əs-Səhiheyn",cild 3,səh 148,hədis 4666.Təhqiq,Mustafa Abdul-Qadir Ata,Zəhəbinin ət-Təlxis kitabı ilə birgə.
http://islamport.com...n/1/20/372.html

Tirmizi bu hədisə həsən ğərib deyib.
Mənbə:"Sünən Tirmizi", hədis 3797.
http://library.islam...bk_no=2&ID=2041

Albani bu hədisə həsən deyib.
Mənbə:"Səhih əl-Cəmius-Səğir",hədis 1598.
http://waqfeya.com/book.php?bid=477

#2 Mutaallim

Mutaallim

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 09 августа 2015 - 19:51

Hədis yaxşı hədisdir, Allah razı olsun, amma istidlal qaydası düzgün deyil. Bu hədisə əsaslanıb Əbu Bəkr və ya Ömərin cənnətlik olmamalarını isbat etmək olmaz. (Bunun üçün başqa yollar var). Çünki bir şeyin isbatı, heç də həmişə ondan qeyrisinin inkarı anlamına gəlmir. Başqa sözlə, "Cənnət Əlinin,Əmmarın və Salmanın həsrətindədir" sözündən Cənnətin digər şəxslərin həsrətində olmadığı anlaşıla bilməz. Əks halda müxalif də: "Hədisdə Əbu Zərin, Miqdadın, Hüzeyfənin və s. səhabələrin, hətta səhabələr bir yana, keçmiş peyğəmbərlərin belə adları belə gəlməyib, indi bu onlama gəlir ki, Cənnət Peyğəmbərlərin həsrtətində deyil? Peyğəmbərlər üstündür, yoxsa Salman və Əmmar?", - deyər. Odur, hədis gözəl hədisdir, amma istidlalı düzgün etməliyik. Əks halda iradla qarışlaşarıq. Vəssəlamu aleykum.


Сообщение отредактировал Mutaallim: 09 августа 2015 - 19:52


#3 Mutaallim

Mutaallim

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 09 августа 2015 - 20:03

Üstəlik, həsrətdə olmaq başqa şeydir, cənnətlik olmaq başqa şey. Nə çox insan var ki, Cənnət onun həsrətində deyil, amma o şəxslər cənnətlikdirlər. Cənnətin bir şəxsin həsrətində olmamasından o şəxsin cəhənnəmlik olduğu nəticəsi çıxarıla bilməz. Odur, qeyd etdiyimiz kimi, hədis gözəl hədisdir, amma istidlalı düzgün etsək yaxşı olar. 



#4 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 10 августа 2015 - 00:11

Qardaş iradlara görə təşşəkür edirəm.Qardaş bildirdiyiniz iradları biz o cür istidlal etmək fikrimiz olmayıb.Yenə deyirəm bir daha təşşəkkür edirəm.Sadəcə biz bunu "Cənnət (Əbu Bəkr və Ömərin yox) Əlinin, Əmmarın və Salmanın (r.a) həsrətindədir" demişik.Bu məna ilə ki,hədis bizim yox müxaliflərin mənbəsidir.Və sizin mənbələrdə Əbu Bəkr və Ömər haqqında belə söz deyilməyibdir.Həmçinin də sizə görə Əbu Bəkr və Ömər,Əlidən (ə.s) Salmandan və Əmmardan daha da fəzilətlidirlər.Bəs Əbu Bəkr və Ömər bu mübarək 3 şəxlərdən neçə üstündürlər ki bir halda Peyğəmbər (s) onlar haqqında yox Əli,Salman və Əmmar haqqında belə söz deyir.Deməli bu mübarək 3 şəxs o 2 şəxdən daha da təqvalı və fəzilətlidirlər ki cənnət Allahın izni ilə onların həsrətini çəkir. və s.Məsələn mövzuya oxşuyan digər dəlil.
http://313news.net/forum/topic/6082/




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru