Перейти к содержимому


Фотография

Peyğəmbər, Fatiməni evlənmək üçün Əbu Bəkr və Ömərə yox,Əliyə verdi


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 06 сентября 2014 - 02:07

Əhli-Xilafın hədis alimlərindən olan ən-Nəsai öz sənədi ilə nəql edir:

أخبرنا الحسين بن حريث قال حدثنا الفضل بن موسى عن الحسين بن واقد عن عبد الله بن بريدة عن أبيه قال خطب أبو بكر وعمر رضي الله عنهما فاطمة فقال رسول الله صلى الله عليه وسلم إنها صغيرة فخطبها علي فزوجها منه .
تحقيق الألباني
صحيح الإسناد

(Səhabə) Bureydə nəql edir:"Əbu Bəkr və Ömər, Fatiməni Peyğəmbərdən (saav) istədilər.Peyğəmbər (saav) onlara buyurdu:"Fatimə hələ kiçikdir".(deyib onlara vermədi) Əli istədikdə isə Fatiməni Əli ilə evləndirdi".

Albani, kitabı təhqiq edərkən deyib: İsnadı səhihdir.
Mənbə:"Sünən Nəsai",cild 7,səh 293, hədis 3221.Təhqiq,Albani.

http://islamport.com/w/alb/Web/783/3293.htm

Digər əhli-xilaf hədis alimi olan İbn Hibban, hədisi səhih bilib və bu hədisi özünün səhihlər toplusunda nəql edib.İbn Hibbanın kitabını təhqiq edən hədis şünas Şuəyb əl-Ərnəut hədisdən sonra deyib:

قال شعيب الأرنؤوط : إسناده صحيح على شرط مسلم
Hədis Müslümün şərtinə əsasən səhihdir.

Mənbə:"Səhih ibn Hibban",cild 15,səh 399,hədis 6948.Təhqiq,Şuəyb əl-Ərnəut

http://islamport.com/w/mtn/Web/3005/13891.htm

Hakim ən-Nisəburi bu hədisi nəql edib və deyib:
هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه
Bu hədis şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir.Lakin onlar nəql etməyiblər.

Zəhəbi,"Təlxis"də hədisin sənədi ilə bağlı deyib:
تعليق الذهبي قي التلخيص : على شرط البخاري ومسلم
Buxari və Müslümün şərtinə əsasən (səhih)

Mənbə:"əl-Mustədrək alə əs-Səhiheyn",cild 2,səh 181,hədis 2705.Təhqiq,Mustafa Əbdul-Qadir Əta.(Zəhəbinin Təlxis kitabı ilə birgə)

http://islamport.com/w/mtn/Web/2986/2748.htm

Maraqlıdır ki,Peyğəmbər (saav) nəyə görə Fatiməni (s.a) Əbu Bəkrə və Ömərə vermədi? :gizildish:/>/> İmam Əli (ə.s) istədikdə isə Xanım Zəhranı İmam Əli ilə evləndirdi.Nəyə görə onlara vermədi? Halbu ki,sizə görə Peyğəmbərdən (saav) sonra ümmətin ən birici fəzilətli şəxsi Əbu Bəkr,ikincisi isə Ömərdir.Adam qızını belə şəxsə verməzmi? Bəlkə onlar sizin dediyiniz kimi olmadıqları üçün aləm qadınlarının seyyidəsi olan bir xanımı Peyğəmbər (saav)ona görə onlara vermədi?

Сообщение отредактировал qulam: 06 сентября 2014 - 02:12


#2 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 06 сентября 2014 - 13:07

Allah razə olsun qardaşım. İndi vəhhabilər görsələr başlayarlar ki, ƏLi(ə) qızını Ömərə vermişdi. ))
  • qulam это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru