Həsən əl-Bəsri deyir: Həsən ibn Əli Müaviyənin qoşunu yerləşən bölgəyə gəldikdə Amr ibn əl-As Müaviyəyə dedi: Mənə elə gəlir bu qoşunun ardı kəsilən deyil.
Həsən əl-Bəsri deyir: Mən Əbu Bəkrənin belə dediyini eşitdim. Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbə verərkən Həsən ibn Əli gəldi və bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mənim bu oğlum alicənabdır. Allah onun əli ilə iki müsəlman dəstəni sülhə bağlayacaqdır" [Səhih əl-Buxari: Kitabul Fitnə, Bab qovlun Nəbiy innə ibni həzə seyyid, № 7109.].
Zuhri deyir: Müaviyə, Həsən ibn Əliyə möhürlü məktub göndərərək dedi: Orada istədiyini yaz qoy istədiyin sənin olsun. Amr ibn əl-As dedi: Xeyr, gərək biz ona qarşı döyüşək. Müaviyə dedi: (Zuhri deyir Müaviyə iki nəfərin xeyirlisi idi) Ey Əbu Abdullah tələsmə. Sən bunları qətlə yetirənə qədər o sayda Şam camaatı həlak olmaldır. Bundan sonra həyatın mənası nə olar! Allaha and olsun, mən məcburiyyət qarşısında qalana qədər döyüşə əl atan deyiləm [Musənnəf Əbdürrəzzaq: 5, 462.].
Bundan sonra Müaviyə Həsən ilə görüşdü. Həsən ibn Əli (Allah ondan razı olsun) xilafəti Müaviyəyə təhvil verdi və beləliklə Müaviyə möminlərin əmiri oldu. Bu il camaat (birlik) ili adlandırıldı.
Həsənin hakimiyyəti cəmi altı ay davam etdi.
Bunnan sonra narazılıq bildirmek olarmı?
Сообщение отредактировал Abu_Zubeyr: 06 августа 2009 - 13:01