Отправлено 11 августа 2009 - 23:56
[font="Palatino Linotype"][size=3]
Şiyeler öz repertuarlarindadirlar))
Və cavab vermek əvəzinə onlar cuhudlar kimi aks sual verillər.
Yox, başına dönüm, şiələr əvəzinə helə mövzuya dair yazırlar . Sən dedin İmam Həsən (a) Muaviyə ilə sülh bağlayıb. Çox gözəl. İndi mən də sənə sual verirəm ki, hansı şəraitdə və hansı şərtlər əsasında İmam Həsən (a) bu sülhə razı olmuşdur? Gəl mən sənə şərtləri qeyd edim. Müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi:
1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq;
2. Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər;
3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək;
4. Imamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar;
5. Imam (ə) Müaviyəni «əmirəl-mö᾽minin» olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək;
6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.
İndi sən bir-az tarixi vərəqlə, gör Muaviyə "həzrətləri" muqavilənin neçə bəndini pozub.
Tarixçı alim Seyyid Kazım Pərpəncinin «Qədir günündən Aşurayadək»"
kitabından bir dialoqu nəql edim, bəlkə məsələnin nə yerdə olduğunu anladın.
İmamət və vilayətin əsası yerindədir və dəyişməzdir. Bu, vəziyyət və hadisələrin dəyişməsidir ki, o imamət və vilayətdə özünü müxtəlif cür büruzə verir. İndi bu sual-cavablardan bir nümunəyə diqqət yetirin:
– Nə üçün Müaviyə ilə sülh müqaviləsi bağladın, ey Rəsuləllahın (s) oğlu? Sən ki özünün haqq, onun isə zülmkar və azğın olduğunu bilirdin.
– Əba Səid, mən atamdan sonra Allahın höccəti, xalqın imamıyammı?
– Bəli, ey Rəsuləllahın (s) oğlu.
– Mən Rəsuləllahın (s) mənim və qardaşım barədə «Həsən və Hüseyn istər qiyam etsinlər, istərsə də otursunlar, imamdırlar», – buyurduğu şəxs deyiləmmi?
– Bəli, ey Rəsuləllahın (s) oğlu.
– Belə isə mən hər halda – qiyam etsəm də, etməsəm də – imamam. Ey Əba Səid, məni Müaviyə ilə sülhə vadar edən odur ki, Rəsuləllahı (s) Hüdeybiyyədən qayıdarkən Məkkə əhli – Bəni Əşşəcə və Bəni Zümrə – ilə sülhə vadar etdi. Onlar Quranın Allah tərəfindən göndərilməsini, bunlar isə onun şərhini qəbul etmirlər. Ey Əba Səid, əgər mən Allah tərəfindən olan bir imam və rəhbərəmsə, mənim müharibə və ya sülh barəsində verdiyim qərar və rəy batil qəbul olunmamalıdır. Hətta onun hikməti sizə məlum olmasa belə, onu batil hesab etməməlisiniz. Eşitməmisənmi ki, Xızır gəmini deşərkən, o uşağı öldürərkən və o divarı tikərkən Musa onun işinə qəzəbləndi. Çünki onun işlərinin hikməti Musaya məlum deyildi. O, həqiqəti söylədikdən sonra Musa razılaşdı. Mən də eləyəm. Siz mənə ona görə qəzəbləndiniz ki, mənim işimin hikmətini dərk etmədiniz. Əgər mən bu işi görməsəydim, onda bizim şiələrimizdən bir nəfər belə Yer üzündə qalmazdı və hamısını öldürərdilər.
Nece sübut eliyə bilərsən ki bu uydurma deil?
Sen niye kitab oxumursanki bele suallar verirsen...sene deqiq adres gostermek lazim deyil.eziyyet cek ozun tap...sen haqq axtarisindasan axi ))))))))))))
İmam Hüseyn (ə): Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar
.