Bundan atmaq istərdim
Azərbaycanın silahlı quvvələri!
#61
Отправлено 16 января 2010 - 00:04
#62
Отправлено 16 января 2010 - 18:18
Problerm,doyul) amma bir az gozlə,poliqon indi soyuq və palciqdir!Yayda!Bundan atmaq istərdim
#63
Отправлено 21 января 2010 - 23:00
«MilAz» İA-ya məlumat verənlər Azərbaycan ordusunun mövqelərinə səhərə yaxın yaxınlaşan ermənilərin xüsusi təyinatlılar olduğunu düşünürlər. Hadisədən sonra ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutmağa başlayıb. Hazırda həmin istiqamətdə ermənilər tərəfindən Azərbaycan ordusunun mövqelərinin müəyyən fasilələrlə atəşə tutulması baş verir.
Məlumatı verən mənbə bu gün səhər saatlarında Füzuli rayonu ərazisində, qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bir əsgərinin erməni snayperlərinin açdığı atəş nəticəsində yaralandığını da bildirib.
Qeyd olunan istiqamətdə gərjinlik bu gün ərzində davam edib. Ermənilərin bütün təxribat hərəkətlərinin qarşısı Azərbaycan əsgərləri tərəfindən alınıb.
#64
Отправлено 21 января 2010 - 23:03
“Media forum” saytının məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, əlavə və dəyişikliklər təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrə şamil ediləcək. Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan sonra ən geci 60 gün keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə, peşəyə qayıtmaq hüququna malik olacaqlar.
Z.Əsgərov deyib ki, dəyişikliklərin əsas məqsədi hərbi qulluqçuların sosial müdafiəsini gücləndirməkdir. Müzakirələrdən sonra layihənin Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsinə qərar verilib.
İclasda təhlükəsizlik və müdafiə məsələləri komitəsinin 2009-cu il payız sessiyasında gördüyü işlərə də yekun vurulub.
Payız sessiyasında komitənin beş iclası keçirilib və bu iclaslarda səkkiz qanun layihəsinə baxılaraq Milli Məclisin geniş iclaslarına çıxarılıb.
#65
Отправлено 21 января 2010 - 23:04
Lent.az-ın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən iclasda kiçik çavuşlar Azər Şamilov və David Hacıyev, əsgərlər Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətovun cinayət işi üzrə məhkəmə baxışı fevralın 1-nə təyin olunub.
İttihama görə, təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin Bakı Qarnizonunda yerləşən hərbi hissəsində xidmətdə olarkən məzuniyyətdən qayıdan əsgərlərdən pul və danışıq kartları tələb ediblər. Tələblərinin əleyhinə çıxan əsgərləri isə döyüblər.
Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (hədə-qorxu ilə təkrar tələb etmə), 182.2.3-cü (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 331.3-cü (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi), 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozma), 332.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən nizamnamə qaydalarını pozma) və 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi) maddələri ilə ittiham olunurlar.
#66
Отправлено 23 января 2010 - 21:59
"Qəbələ radiolokasiya stansiyasına gəldikdə, demək istəyirəm ki, Obama administrasiyası Şərqi Avropada raket hücumundan müdafiə kompleksləri yerləşdirməkdən imtina etdikdən sonra konkret təhlükələrə qarşı kollektiv iş görmək imkanlarını yenidən araşdırmaq imkanları yaranıb". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib. XİN başçısı təhlükələrin və risklərin dəyərləndirilməsi ilə bağlı birgə iş görülməsi barədə prezidentlər Medvedyev və Obama arasında razılaşma əldə olunduğunu bildirib:
"Bu istiqamətdə ilk addım təhlükə və risklərin haradan qaynaqlana biləcəyini birlikdə müəyyənləşdirməkdir. Yalnız bundan sonra - növbəti mərhələdə biz digər dövlətləri də bu prosesə daxil etməklə bu təhlükələri diqqətlə izləmək və onun qarşısını vaxtında siyasi-diplomatik, iqtisadi və digər metodlarla almaq üçün hansı hərbi-texniki vasitələrin olduğu barədə düşünə bilərik".
C.Məzahiroğlu,
www.ayna.az
#67
Отправлено 23 января 2010 - 22:32
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü NATO rəsmilərinin Azərbaycanın bu quruma üzvlüyə hələ hazır olmaması haqda fikirlərinin birbaşa mövqe ifadəsi olmadığı qənaətindədir: "Azərbaycanın NATO-ya üzv götürülməsi üçün tələb olunan müəyyən kriteriyalara uyğun gəlməməsi haqda deyilənləri olduğu kimi qəbul etmək çətindir. Bilirsiniz ki, bu hərbi-siyasi ittifaqın nüvəsini Amerika Birləşmiş Ştatları təşkil edir. Hazırda ABŞ-ın yürütdüyü siyasətin əsas prioritetlərindən biri qlobal enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu məsələdə Azərbaycanla ABŞ arasında sıx əməkdaşlıq mövcuddur. Amma ABŞ əməkdaşlıq qurduğu ölkələrdə ən azı vurğuladımız məsələlərlə bağlı güvənin saxlanması üçün həmin dövlətlərin NATO-da təmsilçiliyinin əleyhinə deyil. Azərbaycan da həmin ölkələrdən biridir. Bununla belə, Barak Obamanın hakimiyyətə gəlişindən sonra Birləşmiş Ştatların bu yanaşması da ciddi korrektələrə məruz qaldı. Yəni keçmiş hakimiyyət üzünü birmənalı olaraq Qərbə çevirmiş ölkələrin Şimali Atlantika blokuna daxil olmasını istəyirdisə, indiki administrasiya Rusiya faktorunu nəzərə almağa çalışır. Aydın məsələdir ki, Azərbaycanın NATO-ya qoşulması iki böyük dövlətin - şimal qonşumuz Rusiya və cənub qonşumuz İranla münasibətlərin birmənalı gərginləşməsi demək olardı. Ona görə də, Azərbaycan dövlət maraqlarından çıxış edərək bu məsələdə hər hansı tələskənliyə yol vermir. Amma mən diqqəti NATO rəsmilərinin Azərbaycanın qurum üzvlüyünə hazır olmadığı haqda fikirlərinə yönəltmək istərdim. Onlar deyir ki, Azərbaycan bəzi standartlara cavab vermədiyindən, bu məsələnin tezliklə reallaşması çətindir. Amma şübhə yoxdur ki, Azərbaycan günü bu gün NATO-ya üzvlük istəyini bəyan edərsə, o zaman bizi problemsiz olaraq quruma üzv götürə bilərlər.
Milaz
#68
Отправлено 24 января 2010 - 00:00
uca rebbimiz tüm esgerlerimizin qollarına qüvvət, dizlərinə təpər versin. Amin
Bir de bir meseleye toxunmaq isterdim. Yaxşı olardı ki, esgerliye 20 yaşdan sonra çağırış olaydı. Parta arxasından qalxan uşaqlar mence ilk önce heyatı bir az olsun derk etmelidirler.
Baxmayaraq ki, Şah İsmayıl 13 yaşında Səfəvilər imperiyasını qurub
#69
Отправлено 24 января 2010 - 22:57
Baci hərbi səriştəmə əmin ol ki, qeyrətli oğul elə 15 yaşinda da qeyrətlidir,Qeyrətsiz kopeyoğlu 50 yaşinda da elə o məsələ! Bu ailədən ,kokdən gələn meyardir,yaşa dəxli yoxdur!Keçən il mayın 28-də evdə ikən birdən bayırdan tap tap tap səslərini eşitdim. İlk öncə nə olduğunu fikirləşdim sonra ildırım kimi balkona çıxdım. (evimiz 10-cu mertebededir)Gözlərim heyrətdən 4 olmuşdu desəm yanılmaram Azərbaycan əsgərləri deste deste( vallah nece adlanır bilmirem yeqin ki alay ) Möhtəşəm bir duyğu və görüntü idi.
uca rebbimiz tüm esgerlerimizin qollarına qüvvət, dizlərinə təpər versin. Amin
Bir de bir meseleye toxunmaq isterdim. Yaxşı olardı ki, esgerliye 20 yaşdan sonra çağırış olaydı. Parta arxasından qalxan uşaqlar mence ilk önce heyatı bir az olsun derk etmelidirler.
Baxmayaraq ki, Şah İsmayıl 13 yaşında Səfəvilər imperiyasını qurub
#70
Отправлено 28 января 2010 - 19:46
Stratfor-un Avrasiya üzrə təhlilçisi Marko Papiç “Qafqaz: müttəfiqlər və rəqiblər” adlı məqalədə qeyd edib ki, Rusiya, Türkiyə, İran münaqişənin onların nəzarətindən çıxması təhlükəsi ilə üzləşə bilərlər. Onun sözlərinə görə, Qarabağ mövzusu Türkiyə- Ermənistan münasibətləri üzrə normallaşma prosesi başlandıqdan sonra yeni də diqqət mərkəzindədir. Türkiyə-Ermənistan yaxınlaşması Türkiyənin tərəfdaşı, vacib ererji tədarükçüsü olan Azərbaycanda narahatlıqla qarşılanıb. Popoviç hesab edir ki. regiondakı vəziyyət coğrafi amillərlə sıx bağlıdır. Azərbaycan və Ermənistan 3 regional ölkə - şimalda Rusiya, qərbdə Türkiyə, cənub-şərqdə isə İranla əhatə olunub. Buna görə də bu dövlətlər arasında qarşılıqlı münasibətlər Azərbaycan və Ermənistan ətrafındakı vəziyyətdən asılı olacaq.
Qarabağın taleyi təkcə regional ölkə kimi Türkiyənin səyləri ilə deyil, həm də Rusiyanın İran və Ermənistan tarixi alyansına təsiri, eləcə də Avropada energetik təhlüksizliklə sıx bağlıdır. İttifaqlar və düşmənlər şəbəkəsi isə diplomatik sahədə proqres əldə olunmasına mane olur. Çünki bütün iri dövlətlər nizamlama prosesinə təsir etməyə cəhd edir. Problemin əvvəlindən Rusiyanın münaqişədə marağı onunla bağl idi ki, Moskva Türkiyəni bu həll olunmaz münaqişəyə cəlb etmək istəyirdi. Bu doğrudan da Rusiyanın özünün çox azad hiss etdiyi regionda Türkiyənin vaxtını və enerjisini alır. Rusiya hiss edir ki, nə Azərbaycana, nə də Ermənistana təsr imkanlarını itirib. Bundan başqa, Azərbaycan astaca Rusiya ilə yaxınlaşmağa doğru gedir, bundan əlavə, rəsmi Bakı Türkiyənin Ermənistanla apardığı danışıqlarda maraqlarının nəzərə alınmadığını hiss edir. Gərginlik səviyyəsi çox yüksəkdir, çünki regional oyunçuların ən bacarıqlı strategiyasının belə, Qarabağa yerli səviyyədə münaqişəyə yol açması riski böyükdür.
“Situasiya nəzarətdən çıxa bilər, heç də ona görə yox ki, bunu Rusiya, Türkiyə və İran istəyir, sadəcə ondan ki, Ermənistan – Azərbaycan münaqişəsinin daxili dinamikası üstünlük qazana bilər. Və biz 1914-cü ildə Bosniyada yerli münaqişənin dünya müharibəsinə yol açdığı situasiya ilə üzləşə bilərik”,-deyə Straftor bədbin proqnozunu verir.
#71
Отправлено 25 февраля 2010 - 23:48
“Kommersant” qəzetinin yazır ki, Rusiya ötən il xarici ölkələrə 61 faizi aviasiya texnikası olmaqla müxtəlif tipli hərbi texnika, o cümlədən zenit komleksləri, tanklar və raket kompleksləri satıb. Rusiya hərbi sənayesinin ötən il satdığı texnika arasında əsas yeri “Su-30” qırıcı təyyarələri tutub. Bu təyyarələri əsasən Hindistan, Əlcəzair, Malayziya və İndoneziya alıb. Azərbaycanın isə Rusiyadan desant-nəqliyyat vertolyotları aldığı göstərilir. Bildirilir ki, Azərbaycan və Əfqanıstan ötən il Rusiyadan vertolyot alan əsas ölkələrdir. Belə ki, Əfqanıstan ABŞ-ın vasitəçiliyi ilə Rusiyadan 13 Mi-17B-5 desant-nəqliyyat vertolyotu, Azərbaycan isə 6 Mi-17-1B desant-nəqliyyat vertolyotu alıb. Hər iki halda müqavilənin dəyəri göstərilmir. Ermənistan isə Rusiyadan silah alan ölkələrin arasında yer almır. Lakin bu heç də Ermənistanın Rusiyadan silah almadığı mənasını vermir. Çünki qəzetin istinad etdiyi məlumatlar BMT-nin adi silahlar haqda reyestrində qeydiyyatdan keçmiş müqavilələrdən götürülüb. Yəni söhbət bazar qiymətləri ilə satılan hərbi texnikadan gedir. Ermənistan isə Rusiyadan silahları bazar qiymətləri əsasında deyil, havayı, yaxud çox ucuz qiymətə əldə edir. Özü də əksər hallarda bu silah satışı barədə müqavilələr BMT-də qeydiyyatdan keçmir. Rusiya Ermənistana silah və hərbi texnikanı bu ölkədəki hərbi bazası vasitəsilə də ötürmək imkanındadır.
Azərbaycana gəldikdə isə Rusiyanın ölkəmizə aviasiya texnikası satması son illərdə qeydə alınan nadir hadisə hesab edilə bilər. Çünki Azərbaycan aviasiya texnikasını və digər hərbi texnikanı əsasən Ukrayna və Belarusdan alırdı. Vertolyotların alınması isə göstərir ki, Rusiya Azərbaycana da hərbi texnika satmağa başlayıb. Ötən il iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə dəfə danışıqlar olub. İqtisadi böhran Rusiyanı silah satışında siyasi maraqları bir kənara qoyaraq iqtisadi mənfəət dalınca qaçmağa məcbur edir və bu baxımdan Moskva Azərbaycana ən yeni silahları da satmağa hazırdır. Bununla belə qeyd olunmalıdır ki, Mi-17-1B vertolyotları hücum silahları sinfinə daxil deyil. Bu vertolyotlar döyüş bölgəsinə desant birliklərinin daşınması, yaralıların evakuasiyası kimi dəstək funksiyalarını həyata keçirir. Vertolyotlar idarə olunmayan “Nurs” raketləri ilə təchiz olunub və döyüş zamanı düşmənin yerüstü hədəflərinə zərbə endirərək desantçıların nisbətən təhlükəsiz daşınmasına şərait yarada bilir.
#72
Отправлено 08 марта 2010 - 23:01
Как сообщили реклама запрещена в пресс-службе главы государства, сегодня Ильхам Алиев принял участие в церемонии открытия новых производственных участков на научно-производственном предприятии «Иглим» Производственного объединения «Шарг» Министерства оборонной промышленности.
Президенту было сообщено, что научно-производственное предприятие «Иглим» действует в составе Министерства оборонной промышленности с 2006 года. Предприятие имеет сертификат соответствия требованиям стандартов ISO 9001-2001. На новых производственных участках предприятия «Иглим» изготавливается продукция оборонного и гражданского назначения, выполняется механическая обработка их комплектующих и операции по гальваническому покрытию.
Ильхам Алиев ввел в действие новый участок, ознакомился с готовой продукцией и комплектующими, понаблюдал за производственным процессом.
Затем глава государства посмотрел созданный на предприятии стрелковый тир, в котором установлено оборудование, отвечающее современным требованиям.
Президент Ильхам Алиев также ознакомился с новым литейным участком. Здесь производится продукция как оборонного, так и гражданского назначения.
реклама запрещена
#73
Отправлено 16 марта 2010 - 21:18
Azərbaycan ordusunun silah arsenalı yeniləşdikcə keçmiş sovet istehsalı olan silahlardan, xüsusilə də “Kalaşnikov” avtomatından tədricən imtina olunacaq. Bu prosesin isə minimum 2020-ci ildə başa çatması gözlənilir. Amma müstəsna sayda bəzi birliklərdə bu silahın saxlanılması da mümkündür. Hazırda şərti olaraq “Xəzri” adlandırılan avtomatların sınaqlar zamanı keyfiyyət və dözümlülük baxımından müasir “Kalaşnikov” modellərindən geri qalmadığı, əksinə bəzi üstünlüklərinin olduğu aşkara çıxıb.
Qeyd edək ki, hazırda dünyada müxtəlif ölkələrin orduları tərəfindən 100 milyondan artıq “Kalaşnikov” avtomatının istifadədə edildiyi bildirilir. Cənubi Qafqaz ölkələrindən ilk dəfə olaraq 3 il əvvəl Gürcüstan rəsmi olaraq “Kalaşnikov” avtomatından imtina edib. Bu silahı ABŞ istehsalı olan M-4 və M-16 avtomatik tüfəngləri ilə əvəzləyib. Lakin 2008-ci ildə baş vermiş Gürcüstan-Rusiya müharibəsində Gürcüstan ordusunun “Kalaşnikov” avtomatından istifadə etdiyi məlum olub. Ötən il isə daha iki ölkə – İraq və Əfqanıstan da “Kalaşnikov” avtomatını NATO ordularında istifadə olunan atıcı silahlarla əvəzləməyə başladığını açıqlayıb.
Silah dəyişməsinin vacib olduğunu hesab edən Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov Lent.az-a açıqlamasında Azərbaycanın bunun üçün yetərincə imkanı olduğunu qeyd edib. Xüsusilə də “Kalaşnikov” avtomatından imtinanın vacibliyinə toxunan İ.Məmmədovun sözlərinə görə, artıq bu silah özünün əvvəlki keyfiyyətini itirib: “Bu gün “Kalaşnikov” avtomatı dünyada öz keyfiyyətinə görə deyil, ən çox sayda olmasına və kütləvi istehsalına görə ilk yerdədir. “Kalaşnikov” avtomatları NATO ordularında, eləcə də Rusiyanın son zamanlar istehsal etdiyi digər modellərlə müqayisədə dəqiqliyinə görə geri qalır. Təpmə qabiliyyəti böyükdür, onu yalnız sağ çiyindən atmaq olur, optik nişangah quraşdırmaq olmur”.
Makarov üzərində “Zəfər”
Azərbaycan istehsalı olan tapançaların test sınaqları uğurla nəticələnib və artıq bu silahlar hüquq mühafizə orqanlarına və orduya verilməyə başlayıb. Ekspertlərin sözlərinə görə, atıcı silah, xüsusilə də tapança istehsalı üzrə ixtisaslaşmış “Trabzon Silah Sanayi (TİSAŞ)” şirkəti ilə müştərək istehsal edilən bu silahlar rusların “Makarov” və TT markalarını geridə qoyur. Bu yazının müəllifinin özünün də yaxından tanış olduğu bu tapançalar həm gözəl dizaynı, həm istifadəsinin asanlığı, həm də daha daha uzaq məsafədə olan hədəflərə qarşı tətbiqi baxımından analoqlarından müsbət mənada fərqlənir. Ələyatımlığı olan “İnam”, “Zəfər” və “Zəfər-K” tapançaları artıq bir sıra ölkələr tərəfindən də maraqla qarşılanıb. Bu silahın istifadə etdiyi sursatlar da Azərbaycanda istehsal olunur və 9 mm çaplı güllələri tam olaraq beynəlxalq standartlara cavab verir.
Xatırladaq ki, hazırda TİSAŞ-ın istehsal etdiyi “Zig M 1911”, “Zigana F”, “Zigana C45”, “Zigana Sport”, “Kanuni S”, “Kanuni 16”, “Fatih 13”, “Fatih 13 .380 ACP” modelləri Türkiyə, Pakistan, ərəb ölkələri, bir sıra Avropa dövlətlərində istifadə olunur. Şirkətdən Lent.az-a şirkətdən verilən məlumata görə, “Zigana” modeli əsasında hazırlanmış “Zəfər” modelinin təkcə lüləsinin atış ömrü minimum 25 min güllədir.
Azərbaycanın “İstiqlal”nı dünya tanıyır
Ölkə ictimaiyyəti önünə və dünya bazarına ilk olaraq 14,5 mm çaplı “İstiqlal” snayperi ilə çıxan Müdafiə Sənayesi Nazirliyi artıq bu silahın 12,7 mm çaplı modelini yaradıb. Yeni modelin sınaq atışları uğurla nəticələnib. Xatırladaq ki, bir müddət əvvəl müdafiə sənayesi naziri Yavər Camalov APA agentliyinə müsahibəsində 23 və 30 mm çaplı snayper tüfənglərinin yaradılması və istehsalı üzrə işlərin aparıldığını da qeyd etmişdi. Ümumiyyətlə “İstiqlal”ın özəllikləri ilə tanış olan keçmiş hərbçilərin sözlərinə görə, bu tüfəng analoqları ilə müqayisədə daha uzaq məsafədən hədəfləri məhv etmək qabiliyyətinə malikdir. “İstiqlal”dan nəinki piyadalara, eləcə də zirehli transportyorlara, gəmilərə, hətta düşmənin müəyyən atəş nöqtələrinə qarşı da istifadə etmək olur. Bu silah real müharibə şəraitində, Qarabağ cəbhəsində atəşkəsi müntəzəm olaraq pozan ermənilərlə döyüşdə sınaqdan çıxarılıb. Çəkisinin ağır və ölçüsünün böyük olmasına baxmayaraq bu silaha Bolqarıstandan, Polşa, Türkiyə və Pakistandan maraq göstərilir. Çəkisinə və ölçülərinə görə bir qədər kiçik olan “İST 12,5” tüfənginin isə bu ilin may ayında İordaniyada keçirilən SOFEX sərgisində beynəlxalq ictimaiyyətə təqdim olunması gözlənilir
#74
Отправлено 25 марта 2010 - 22:36
İST 14,5 Antimaterial Sniper tufengini men sexsen istifade etmisem ve efekti cox gozel serrastligina ise soz olabilmen hetta ilk defe bu silahin mermileri ile qarsilasan insan zenn ederki bu silah bmp ve btr uzerindeki iri capli pulemyotlaradn atilib .bu gun dunyada en yaygin olan silah alverinde azerbaycana meydan buraxsalar bu silah olkeye cox xeyir getirebiler hamimiza xeyrli olsun insallah ki sulhun berqerar olmasi ucun vasite olaraq istifade olunar(lebon clauzevich) ve gunahsiz yere qan tokulmesine sebep olmaz.
#75
Отправлено 01 апреля 2010 - 11:29
Təşəkkurlər qardaşım.Bəli İSTozunu cox gozəl gostərdi.Bir necə dəfələrlə bu silahdan istifadə etdim.Şəxsən mənim fikrimə gorə və mutəxəssis rəyinə gorə İST-14,5 canlı hədəflər ucun yaramır,cunki o canlıdan əsər-əlamət belə qalmır! Bir də 14,5 mm mərmilərdən canlı quvvəyə atəş acmaq məqsədəuyğun deyil.Amma duşmənin atəş qurğularını,DOT və DZOT larını məhv etmək ucun əvəzolunmaz silahdir! Bəyəndim bu "gozəlcəni" ,ozu də cox.Maşallah! FƏXRİMİZDİR!.her kese salmalar
İST 14,5 Antimaterial Sniper tufengini men sexsen istifade etmisem ve efekti cox gozel serrastligina ise soz olabilmen hetta ilk defe bu silahin mermileri ile qarsilasan insan zenn ederki bu silah bmp ve btr uzerindeki iri capli pulemyotlaradn atilib .bu gun dunyada en yaygin olan silah alverinde azerbaycana meydan buraxsalar bu silah olkeye cox xeyir getirebiler hamimiza xeyrli olsun insallah ki sulhun berqerar olmasi ucun vasite olaraq istifade olunar(lebon clauzevich) ve gunahsiz yere qan tokulmesine sebep olmaz.
Artıq İST-in 12,7 versiyası da istifadəyə verilib!
#76
Отправлено 01 апреля 2010 - 11:33
Как сообщает Bakililar.AZ со ссылкой на АзерТАдж, 29-30 марта делегация во главе с помощником Президента Азербайджанской Республики, генерал-лейтенантом Вахидом Алиевым находилась с официальным визитом в Республике Словения.
Как сообщили из представительства в Словении посольства Азербайджана в Австрии, визит состоялся по официальному приглашению государственного секретаря Министерства обороны Словении Уроша Крека.
В ходе визита делегация провела ряд встреч в Министерстве обороны Словении, на факультете социальных наук Словенского университета, в Торгово-промышленной палате, побывала в воинских частях.
Словенские специалисты выступили с презентациями о структуре и деятельности Министерства обороны, проводимой в военной сфере работе, оборонной промышленности, ответили на интересовавшие азербайджанскую сторону вопросы.
В рамках визита состоялся обмен мнениями о перспективах сотрудничества между Азербайджаном и Словенией в военной сфере.
Делегация также посетила установленный в поселке Шемпас памятник доблестному сыну Азербайджана, Герою Советского Союза Мехти Гусейнзаде, покоящемуся в словенской земле, и возложила к подножию памятника венок.
По итогам визита Вахид Алиев дал интервью журналу «Словенска войска».
В ходе визита делегацию сопровождали представитель посольства в Словении Герай Мурадов и военный представитель Азербайджана в Австрии Кямиль Гулиев.
Bakililar.AZ
#77
Отправлено 24 апреля 2010 - 01:13
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi minaya davamlı personal daşıyıcıların ilk partiyası yaxın günlərdə silahlı qüvvələrə təhvil veriləcək. Bu barədə «MilAz» İA-ya eksklüziv məlumat hərbi mənbələrdən daxil olub.
Bakıda istehsal edilmiş 5 ədəd Matador və Marauder tipli ilk zirehli transportyorların aprel ayının sonlarınadək təhvili gözlənilir. Artıq bu texnikalar sınaqdan keçirilib və test uğurlu alınıb.
Zirehli Personal Daşıyıcısı (APC) versiyasından olan Matador və Marauderlər ballastik zirehə malik və minaya qarşı ən yaxşı qorumalı texnikalar sayılır. «V» formalı gövdəyə malik olması texnikanın minaya davamını artırır. Bu texnikanın bəzi hissələri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunub.
#78
Отправлено 24 апреля 2010 - 15:57
bunun texniki taktiki xususiyyetlerini menim personal e-mail adresime gondersen sevinerem
xeyrli olsun insallah ki sulhun berqerar olmasi ucun VASITE olaraq istifade olunar ve gunahsiz yere qan tokulmesine sebep olmaz
HAMIYA SALAMLAR
#79
Отправлено 25 апреля 2010 - 09:42
"Paramaunt Group"un rəhbəri Ayvor İçikovits bəyan edib ki, Azərbaycanla birgə istehsal ediləcək "Matador" və "Marauder" zirehli maşınları Mərkəzi Asiya ilə MDB dövlətlərinə satılacaq.
Ən son dünya standartlarına cavab verən bu maşınların yığımına aprelin ortalarında Bakıdakı Elektron Hesablama Maşınları (EHM) zavodunda başlanıb.
CAR şirkəti ilə hərbi texnikanın istehsalı Müdafiə Sənayesi Nazirliyinin (MSN) həyata keçirdiyi proqramlardan sadəcə, biridir.
Əgər "Nefteqazoavtomat" Elm-İstehsalat Müəssisəsi neft sənayesi, emalı və nəqli üçün çoxsaylı avadanlıq və qurğular; "Telemexanika" zavodu temperaturverici relelərdən tutmuş, geofiziki cihazlar üçün istiqamətləndirici diyircək və reduktorlara qədər 14 adda məhsul istehsal edirsə, "Sənayecihaz" elm-istehsalat müəssisəsi və "Bakı Cihazqayırma Zavodu cihazqayırma sahəsində; "Dalğa" və "Alov" zavodları naviqasiya; "Azon", "Peyk", EHM və Radioquraşdırma zavodları rabitə vasitələri və radioelektronika; "İqlim" Elm-İstehsalat müəssisəsi və "Avia-Aqreqat" zavodu aviasiya; "Avtomatik Xətlər" Elm-İstehsalat Müəssisəsi isə maşınqayırma və elektrotexnika sahəsində cihazlar, avadanlıq və texnika istehsal edir.
Nazirlikdən yerli mətbuata verilən məlumata görə, hazırda qurumda 20-yə yaxın müəssisə, birlik və institut birləşib.
"Azərbaycanın hərbi-müdafiə sənayesi ölkənin silahlı qüvvələrini silah, hərbi texnika və sursatla təmin etməklə yanaşı, Ermənistan istisna olmaqla bütün ölkələ məhsullarını satmaq niyyətindədir", - MSN yetkililəri bildirdilər.
Onların dediklərinə görə, aprel ayına qədər nazirlik üçün 163 dəzgah və bahalı avadanlıq, 5 mindən artıq müxtəlif alətlər satın alınaraq idxal edilib.
Hazırda ölkədə məşhur "İstiqlal" snayper tüfəngi ilə yanaşı atıcı silahlar, yaxın döyüş vasitələri, artilleriya silahları, döyüş sursatları, mühəndis xidmətləri və kəşfiyyat üçün xüsusi vasitələr istehsal olunur.
Yaxın vaxtlarda isə ölkədə reaktiv yaylım atışı, zirehli texnia, pilotsuz uçan aparatlar, vertolyotlar, atıcı və yüngül silahlar, xüsusi və döyüş sursatlarının istehsalına başlanacaq.
"Paramauet Group"la anlaşma isə Müdafiə Sənayesi Nazirliyinin ilk birgə işi deyil. Belə ki, hələ 2007-ci ilin sonlarında MSE Türkiyənin "Roketsan"ı ilə birlikdə 107 və 122 mm çaplı çoxlüləli raket qurğularının istehsalı ilə bağlı müqavilə imzalayıb. Bu qurğuların detalları Azərbaycandakı müəssisələrdə, "TR-107" və "TRB-107" raketləri isə "Roketsan"ın Türkiyədəki zavodlarında istehsal ediləcək.
CAR şirkəti ilə birlikdə zirehli texnikanın istehsal ediləcək EHM zavodunda hazırda 120 nəfər çalışsa da, "Matador" və "Marauder"in istehsalına başlanandan sonra əməkdaşların sayında ciddi artım olacaq.
Onu da xatırladaq ki, zirehli texnika istehsalı sahəsində CAR dünyanın lider ölkələrindən biridir.
Bu ölkədə hələ 30 il əvvəl "Kasspir" polis zirehli maşını yaradılaraq istehsal olunmuşdu ki, həmin maşın sonradan ABŞ Müdafiə Nazirliyini MRAP (Mine Resistant Ambush Protected) layihəsinə sövq edib. MRAP ABŞ-ın silahlı qüvvələri üçün mina və əldəqayırma partladıcı qurğulardan güclü müdafiəyə malik maşınların istehsalını nəzərdə tuturdu.
12 nəfəri daşıya biləcək "Kasspir"in məntiqi davamı olan və V tipli korpusa malik "Matador" unikal korpus formasının sayəsində mina partlayışını maşındakılara yox, ətrafa yönəldir.
Amma "Matador" və "Marauder" maşınları "Kasspir"lə müqayisədə daha yüngül, mobil və yüksək keçid imkanlarına malikdir.
"Paramaunt Group"a gəldikdə isə, dünya bazarına fəal şəkildə çıxış arayan bu şirkət Azərbaycanla bahəm, İordaniya ilə də "Matador" və "Marauder"in istehsalı ilə bağlı müqavilə imzalayıb.Rusiya isə bu planlardan əndişəyə düşüb.
Rusiya Müdafiə Nazirliyindəki mənbə adının çəkilməməsi şərti ilə "ekspret" qismində "Regnum" agentliyinə verdiyi açıqlamasında bildirib ki, Azərbaycanın istehsal edəcəyi zirehli maşınları Belarus, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistana satmaq planları məntiqi təsir bağışlamır.
"Azərbaycanda istehsal ediləcək texnikanı Orta Asiya ölkələri, Ukrayna və Belarus almayacaqlar, çünki həmin dövlətlərdə o texnikadan yetərincə var. Bundan başqa, Azərbaycanın satışa çıxaracağı "Matador" və "Marauder"in qiymətləri MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çərçivəsində Rusiyadan aldıqları müvafiq texnika ilə müqayisədə baha olacaq. Bu isə sabiq SSRİ məkanında Azərbaycanın hərbi ixracının kimsəyə gərək olmaması deməkdir", - mənbə deyib.
Hərbi ekspertlər Rusiyanın əndişəsinin anlışılan olduğunu söyləyir: "Azərbaycan hərbi ixraca başlayanda təbii ki, MDB məkanında formalaşmış qiymətləri nəzərə alacaq və bazara qiymət baxımından rəqabətə davamlı məhsul çıxaracaq. Rusiya isə inhisarına ziyan dəyəcəyindən çəkinir". // Həsən Ağacan, Ekspress
#80
Отправлено 25 апреля 2010 - 09:44
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirib. Ali Baş Komandan deyib ki, ordu quruculuğu Azərbaycanda hər zaman diqqət mərkəzindədir: “Bu bizim üçün əsas məsələdir. Çünki uzun illərdir Azərbaycan torpaqları işğal altındadır”.
Dövlət başçısı Azərbaycanın öz hərbi imkanlarını maksimum dərəcədə gücləndirməsinin zərurətdən yarandığını diqqətə çatdırıb: “Ermənistan və havadarları işğal prosesində xüsusi qəddarlıq törədiblər. Xocalı soyqırımı bunun bariz nümunəsidir. Ermənistan bütün hüquq normalarını kobudcasına pozur. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu qərarları yerinə yetirmir”.
Dövlət başçısı yenilənmiş Madrid prinsiplərinə də münasibət bildirib, son təkliflərin sazişin hazırlanması üçün əsas ola biləcəyini diqqətə çatdırıb: “Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan danışıqlar prosesini uzatmaqla işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Bizim ən böyük kompromisimiz 20 ildir, Azərbaycanın hələ də sülh prosesinə sadiq olmasıdır. Beynəlxalq aləm öz qərarlarına hörmətlə yanaşmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir problem həll edilə bilməz. Çünki bu münaqişə bölgədəki proseslərə ciddi təsir edir”.
Müşavirənin əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, Azərbaycanda hərbi sahənin inkişafı diqqət mərkəzindədir. Ölkədə hərbi hazırlıq səviyyəsi də yüksəkdir, son 5-6 ildə hərbi xərclər 10 dəfədən çox artıb, hərbi sənaye inkişaf edir, çoxlu texnika alınıb: “Bu bizim təbii haqqımızdır. Bu gün Azərbaycan ordusu bütün sahələrdə Ermənistan ordusundan daha güclü və daha peşəkardır. Azərbaycan bu bölgədə nadir ölkələrdəndir ki, heç kimin yardımından asılı deyil”.
Sonra müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Bunun ardınca müşavirədə ordu quruculuğu ilə bağlı məsələlər müzakirə olun
#81
Отправлено 07 мая 2010 - 21:43
82mm-lik minaatan minalarının buraxılışı!
#82
Отправлено 07 мая 2010 - 21:47
"Zəfər" tapancaları
#83
Отправлено 07 мая 2010 - 21:50
12:55 06-05-2010
Mayın 10-13-ü tarixlərində İordaniyanın paytaxtı Əmman şəhərində artıq səkkizinci dəfədir təşkil olunacaq SOFEX sərgisinə Azərbaycan da qatılacaq. Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, ölkəmiz SOFEX-2010 Xüsusi Əməliyyatlar Sərgisində 50-dən artıq müdafiə təyinatlı silah-sursat növü nümayiş etdirəcək.
Bundan əvvəl, 2009-cu ildə Azərbaycan müstəqil şəkildə ilk dəfə Türkiyədə keçirilən IDEF beynəlxalq müdafiə sərgisində çıxış edib.
Nazirlik sərgidə “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfənglərini, tapançalar, müxtəlif çaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan komandalı mina partladıcıları, “Paramount Group” şirkəti (CAR) ilə müştərək istehsal etdiyi zirehli texnikaları, radioelektron sənayedə istifadə olunan elektron çap lövhələri və s. nümayiş etdirəcək.
Qeyd edək ki, İordaniya kralı II Abdullahın himayəsi altında keçiriləcək SOFEX-2010-da dünyanın 34 ölkəsindən 319 müdafiə şirkətləri öz məhsullarını nümayiş etdirəcək. İordaniya Kral Hərbi Hava Qüvvələrinin “Marka” aviabazasında açılacaq sərginin rəsmi tərəfdaşları kimi dünyanın müdafiə sektorunun “Orange”, “NP Aerospace”, “CNS Primus”, “FLIR”, “Northrop Grumman”, “General Dynamics” və “Raytheon” kimi nüfuzlu şirkətləri çıxış edir. Sərgidə ən çox şirkətlə ABŞ, İordaniya, Türkiyə, Böyük Britaniya, Fransa, Çexiya və Rusiya təmsil olunacaq.
#84
Отправлено 13 мая 2010 - 23:23
#85
Отправлено 13 мая 2010 - 23:27
http://www.youtube.com/watch?v=R-OxuIkVQ8c&feature=related
#86
Отправлено 13 мая 2010 - 23:32
#87
Отправлено 13 мая 2010 - 23:34
#88
Отправлено 13 мая 2010 - 23:39
#89
Отправлено 13 мая 2010 - 23:43
#90
Отправлено 13 мая 2010 - 23:48
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей