Перейти к содержимому


Фотография

"Sərdabə" böhtanı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 6

#1 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 18 сентября 2009 - 00:33

Salam Aleykum.
Bu günlərdə nəsibilər tərəfindən Əhli-beyt (a) məzhəbinə yeni böhtanların atılmasının şahidi oldum. Düzdür, bu böhtanların kökü helə nəsibilərn ulu babalarına söykənir, lakin indi nəsibi nəvələr əl-ayağa düşüb sadə və elmsiz kütləni çaşdırmaqnan məşquldular. Bu mövzu Məhdəviyyat mövzularına aiddir, çünki mövzu İmam Mehdinin (a) harada qeybə çəkilməsi və harada zühür edəcəyi barədədir.

Onlar deyirlər:

"Şiələr inanır ki, Mehdi dünyaya gəldikdən sonra sərdabədə qeybə çəkilmişdir, indi də oradadır və sərdabədən zühur edəcək. (Guya), şiələr hər gün sübhdən qüruba qədər sərdabənin qarşısında göz yaşı axıdıb onun zühurunu gözləyirlər.”

"Tarixe ibn Xəldun", 1/199


Nəsibilərin muasir ustadlarından olan Muhəmməd Saleh əl-Münəccid böhtan ataraq qeyd edir:

"...Onlara İsna Aşari (On ikilər) deyilməsinin səbəbi budur ki, onlar Peyğəmbərin sallallahu aleyhi və səlləm ailəsindən (əhli beyt) on iki nəfərin imamətinə iman edirlər.
Onlara görə bunlardan birincisi Əli (Allah ondan razı olsun) və sonuncusu isə Muhəmməd ibn əl-Həsən əl-Əskəri, iddia edikləri “qeybə çəkilmiş imam”. Onların söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə “sərdaba” daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır."


Nəsibi (vəhhabi) fətvaları



Düzdür, əl-Münəccidin həysizcasına şiələrə böhtan atıb - "Hətta onlar deyirlər ki, Quranın təhrif olunmasına iman etmək imanın əsas ehkamlarındandır" deməsindən sonra day "sərdabə" məsələsinə böhtan atmağı heç də təəcüblü deyil.
Allahın lənəti olsun yalançı, böhtançı nəsibilərə və özlərini "tövhidçi" adlandıran müşriklərə! Amin! Keçək mətləbə...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#2 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 18 сентября 2009 - 00:43

hələ bu harasıdır. dövr olub bu sözlərə istinad edən rəhbərlər sərdabənin yanında daim xüsusu adamlar gözətçi təyin etmişdilər ki, İmam(ə.f) zühur etcək onu öldürsünlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#3 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 18 сентября 2009 - 00:55

Bu böhtanları təkzib etmək bir o qədər də çətin deyil. Hər halda əl-Münəccid, İbn Xəldun, İbn Baz, Əfifi "aşiqləri" bu mövzunu oxuduqdan sonra "kor" qəlbləri bəlkə böhtandan əl çəkər. Dərinə getsək müasir nəsibilərimizi qınamıram. Bir tayfanın ki, Yezidə "gözəl şair" deyən Qamət kimi "ustadı" varsa, əl-Münəccid, İbni Kəsir kimi yalançı "şeyxləri" varsa, sadə və avam kütlə neynəsin? Böyüklərindən yalandan başqa nə öyrənsin? Nə isə...

Şeyx Əli Əsğər Rizvani sərdabə məsələsinə toxunaraq qeyd edir:

"Əvvəla, “sərdabə” dedikdə hər bir tikilinin alt təbəqəsində yerləşən sərin yer nəzərdə tutulur. Bu sayaq sərdabələr, adətən, İraqda müşahidə olunur. Samirra da belə yerlərdəndir. İmam Hadi (ə) öz əhli-beytinin asayişi üçün belə bir sərdabə tikmişdi. Bu sərdabə onun şəhadətindən sonra irs olaraq imam Əsgəriyə çatdı.
Tarixi məlumatlara əsasən, həzrət Mehdi (ə) mövludundan başlayaraq xalqın, xüsusi ilə zalım hakimlərin gözündən gizli qalmışdır. Atasının şəhadətindən sonra ona cənazə namazı qılıb, rəsmən qeybə çəkilmişdir. Həzrət və ailənin digər üzvləri bu sərdabədən istifadə etdiyi üçün qeybin də bu yerdə baş verdiyi bildirilir. Şiələr bu sərdabəni ona görə müqəddəs sayırlar ki, Sahibəzzaman, onun atası və babası bu sərdabədə yaşamış, ibadət etmişlər. Həzrət Mehdi (ə) də məhz həmin yerdə qeybə çəkilmişdir. İmamın qeybi imamın yaşadığı yer olaraq sərdabəyə aid edilmişdir. Cahil fikirdir ki, şiələr imamın hələ də sərdabədə olduğuna inanır! Çoxsaylı rəvayətlərə əsasən, həzrət Mehdi (ə) yer üzünün müxtəlif nöqtələrində olur.
Həzrət müxtəlif dini mərasimlərdə, o cümlədən, həcdə iştirak edir, dirilərə və ölülərə şahid olur. Bu səbəbdən də müqəddəs sərdabə haqqında və onun ziyarəti ilə bağlı deyilən sözlər cəfəngiyatdan başqa bir şey deyil. Şiələr imamın Səhlə, Cəmkəran məscidlərində ola biləcəyinə inandıqları üçün bu məscidlərdə toplaşır, “Nüdbə” duası oxuyurlar. Şiələr yalnız sərdabəni müqəddəs saydıqları üçün orada toplanıb Allaha dua oxuyurlar. "



Düzdür, belə böhtanı ancaq əl-Münəccid və onun davamçıları kimi cahillər irəli sürə bilərlər. Rizvani davamında qeyd edir:

"İkincisi, hər bir məzhəbin əqidəsini onun aparıcı alimlərinin kitablarından öyrənmək olar. Şiə alimlərinin kitablarına müraciət etdikdə anlaşılır ki, imam Mehdinin (ə) mövludundan çox-çox əvvəllərdən başlamış hazırkı dövrədək hətta avamlar arasında belə bir etiqad olmamışdır. İmamın hələ də sərdabədə olması düşmənlər tərəfindən uydurulmuş bir böhtandır. "


"Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq", Şeyx Rizvani, səh. 200-201


Əllamə Əmini (r.) deyir:

"Şiələr bu əqidədə deyil ki, imamın qeybi sərdabədə məhdudlaşır. Mötəbər rəvayətlərə əsasən, şiələr inanır ki, imam Məkkədə Allah evinin önündə zühur edəcək. Kimsə bu əqidədə deyil ki, müqəddəs sərdabə bu ilahi nuru özündə gizləmişdir. Sadəcə, bu sərdabə imamların Samirradakı evi olmuşdur. İraqda hamı istidən qorunmaq üçün bu sayaq sərdabədə yaşayır. Haqqında danışılan sərdabəni müqəddəs edən isə üç məsum imamın orada yaşamasıdır. Allah-tәala özü bu müqəddəs məkanda zikr və duaya icazə vermişdir.”


"əl-Qədir", səh. 308-309


Davamı var...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 18 сентября 2009 - 01:11

Şiələrə atılan növbəti böhtanlardan biri budur ki, guya onlar imamın sərdabədən zühur edəcəyinə inanır. Amma şiələrin hədis və kəlamlarına müraciət etdikdə görürük ki, deyilənlər iftiradan başqa bir şey deyil. Şiələr inanır ki, həzrət Mehdi (ə) öz babası peyğəmbər kimi Məkkədən zühur edəsidir. Bir neçə dəlil gətirim:

Fəzl ibn Şazan uzun bir hədisdə imam Sadiq (ə) və həzrət Əlidən (ə) belə nəql edir: “Ey Hüseyn, о sənin doqquzuncu övladındır! O rükn və məqam arasında (Məkkədə) zühur edəcək...”

"Möcəmi-əhadisul-imamul-Mehdi (ə)", 3/23

Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir:

“Bizdən olan Qaim qorxudan hifz olunmuş, qələbə ilə təmin edilmiş kəsdir... O zühur etdiyi vaxt Kəbəyə sığınar, həmin vaxt onun ətrafında 313 nəfər cəm olar.”


"Kamalud-din", Şeyx Saduq, səh.331


Daha geniş məlum üçün bax: ""Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq", Şeyx Rizvani, səh. 201-202".
Zühürün harda baş verəcəyi barədə geniş tədqiqat kitablarından olan Ustad Əli əl-Kuraninin "Zuhur əsri" kitabını nəzərdən keçirmək yaxşı olardı. Ən azı bu nəsibilərin böhtanlarının necə ucuz və yersiz olması başa düşülərdi.

Сообщение отредактировал Subhani: 18 сентября 2009 - 01:14

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#5 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 18 сентября 2009 - 01:58

Şiə tədqiqatçılarından olan Pur Seyyid Ağayi sərdabəyə aid olan bir neçə rəvayəti nəzərdən keçirdikdən sonra qeyd edir:

"Şiə rəvayətlərində həzrət Mehdi (ə) ilə bağlı yalnız bu iki rəvayətdə sərdabə sözü işlədilmişdir. Bu iki rəvayət isə kiçik qeybdən on doqquz il sonraya aiddir. Həm də rəvayətlərdə həzrətin sərdabədən çıxdığı (sərdabədən xaric olduğu) bildirilir. Bu əhvalatlarda deyilənlərlə müxaliflərin uydurduğu əhvalatlardakı iddialar heç vəchlə uyuşmur. Şiələrin hər sübh və axşam sərdabənin qarşısında dayanıb, imamlarının zühurunu gözləmələri tamamilə əsassız bir böhtandır."


"Qeyb dövrünün tarixi", Pur Seyyid Ağayi, səh. 117


Yanı aydın olur ki, İbn Xəldun, əl-Münəccid kimilərin "Onların söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə “sərdaba” daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır." deməsi böhtandan başqa bir şey deyil. Lazım gəlsə mövzü davam etdiriləcək...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#6 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 18 сентября 2009 - 02:41

Yanı aydın olur ki, İbn Xəldun, əl-Münəccid kimilərin "Onların söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə “sərdaba” daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır." deməsi böhtandan başqa bir şey deyil. Lazım gəlsə mövzü davam etdiriləcək...


Mushriklerin agzina ele qapag qoymadinki movzunu davam elesinler :)

Сообщение отредактировал Koti: 18 сентября 2009 - 02:42

Men Sen olmusham ey dust !

#7 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 30 сентября 2011 - 19:11

bu mövzu haqqında mənə mümkün qədər çox hədis azımdır. qardaşlar iş başına :scenic:




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru