Keçək Nurçular haqqındakı fikirlərə.
1.Mən özüm də onlarla çox yaxın olmuşam.Misirdə tələbə olduğumuz vaxtlarda biz onlara qonaq gedərdik, onlar bizə qonaq gələrdilər.Bir-birimizi tədbirlərində, kitab sərgilərində iştirak edərdik.Səmimi insanlardılar.Şəxsən mən şiəliyə qarşı da kin -kidurət görməmişəm onlarda.İndi zahirən belə edirlər, ya həqiqətən belə edirlər özləri bilərlər.Qəlbləri bilən Allahdır.
Özü də mən tanıdığım nurçuların arasında kürdlər çox idi.Bu heç vaxt onlara olan hörmətimi zərrə qədər azaltmayıb.Çünki, müsəlman olan hər kəs qardaşdır.
2.Bir yerdə cümə günləri dərslər təşkil edərdilər.Ərəbcə buraxdıqları jurnallardan ümumi mövzular oxuyardıq.
3.Arada bir sünni-şiə söhbətləri də olurdu.Amma, insaflı idilər.Bəlkə də mənim rastıma belələri çıxmışdı.
4.Məntiqsiz, məzmunsuz fikirləri də var.Məsələn, Fətullah gülən üçün deyirlər ki, guya, Allah rəsulu (s.a.s) yuxuda ona deyib ki, evlənmə! Evləndiyin gün ölərsən! Belə əsassız şeylərə inananları da var, demək olar ki, əksəriyyət belədir.
5.Bir şeyi də nəzərinizə çatdırım ki, azərbaycanlı nurçularla türkiyəli nurçular arasında fərqlər var.Mən bizimkiləri də görmüşəm ( Bakıda) türkiləliri də.Bizimkilər kor-koranə dirəşməyi sevirlər.Amma,onlarda elə deyil.Yenə deyirəm, bəlkə mənim rastıma belələri çıxıb.
6.Sağ olsunlar bizim uşaqlar! Hətta, aralarında elələri də var idi ki, şiəliyə maraq göstərirdilər

7.Bizimkilər də , onlar da əxlaqlı insanlar idilər.Təbii ki, bizim uşaqların da əxlaq, iman və təqvadan boş olmadıqlarını görəndən sonra ONLARIN AĞABEYLƏRİ artıq narahat olmağa başlayırdılar.


8.Hər nə niyyətlə bizimlə münasibət qururdularsa, Allah niyyətlərinə görə versin!
