Namaz haqda mübahisə
#31
Отправлено 31 октября 2009 - 22:03
Elə bir şey yoxdu islamda dəyməməlidi...
1:25-
Sual verilir namazda əlin açıq və ya bağlı olmasından...
Cavab gəlib dirənir dəstəmaza...
3:00-3:20
Dəstəmaz cismani paklıq deyil??? Yalnız mənəvi paklıqdır?
Hansı dəlilə əsasən?
#32
Отправлено 31 октября 2009 - 22:24
Qardaş deyir ki, şampun-sabun götür get çim...
Söhbətə bax eee...
ALLAH ibadət üçün nəyi vacib edibsə, elə bu qədər də soruşacaq. İslamda namaz üçün vacib sayılan qüsl və dəstəmaz insanın bədənini çirkdən təmizləmək üçün deyil. İnsan öz bədənini təmiz saxlamalıdır. Qardaş dəlil sübut tapa bilməyəndə qiyasa keçir. Bu da yolverilməzdir.
3:40-
Qur`anda ayağa məsh çəkilməsi və ya yuyulması yaxşı bəhsdir. Qardaş bir tərəfli olaraq deyir ki, Qur`anda açıq-aydın deyilir ki, ayağınıza məsh çəkin. Amma qardaşın qarşısındakı boranı olmasaydı, yəqin ki, divara dırmaşmış pişiyinə piş-piş deməli olacaqdı...
4:40-
99% vəhhabi təbliğatıdır???
Bəs nurçular? Onlar vəhhabilərdən dala qalmırlar...
#33
Отправлено 31 октября 2009 - 22:29

#34
Отправлено 31 октября 2009 - 22:42
Qur`ani-kərimdə "namazı qılmaq sözü yoxdu"
Deyəsən, qardaş lap ağ elədi...
Qardaşın sözünə bax eee...
Deyir ALLAH həm deyir namazı qıl, həm də necə qıl...
Görək ardı necə olacaq...
Yəqin ki, qəbir əhvalatı...
P.S. Qorxuram ki, axırda tabutla məscidi müqayisəyə qalxsın
ARDI OLACAQ...
#37
Отправлено 01 ноября 2009 - 21:01
Qardaş deyir hədisləri qoyaq qırağa...
Qur`ana baxaq...
Lisanul-ərəbi açaq qoyaq qabağımıza...
Qarşıdakı Qur`anın əvvəl çox, sonra 114 surə olmasın "yeritmək" istəyəndə, "Lisanul-ərəb" kəlməsini işlətmək özünü savadlı kimi qələmə vermək həvəsindən başqa bir şey deyil... Xüsusilə də adını çəkdiyin kitaba baxmayanda... eeeeeeeee
"قام" "Qamə" qalxdı, dayandı, ayağa qalxdı, yerindən qalxdı...
"قيامه" "Qiyamət" ölünün dirilib qalxması...
Qardaş bunları calayır bir-birinə, ortaq məxrəc əldə edir və bizim "üzümüzü ağ eləyir!!!"
#39
Отправлено 01 ноября 2009 - 21:55
Qarşı tərəfdən siz elm gözləyirsiz?
Qarşı tərəf heç olmasa öz əqidəsini bilməlidir axı. Orada bir dayı var Quranın təhrifindən danışır, hələ sünni əqidəsinə bələd deyil
Sünnilərdən Qur`anın təhrif olunmasına inanan azdır ki?
Şiələrdən çox deyil. Amma bu o demək deyil ki, sünnilər (ya da şiələr) Quranın təhrifinə inanır. Sadəcə bu cür şəxslər hər iki tərəfdə olub. Amma vahid mövqe var, bu təhrif nəzəriyyəsinin batil olmasıdır.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#40
Отправлено 01 ноября 2009 - 22:27
Qarşı tərəfdən siz elm gözləyirsiz?
Qarşı tərəf heç olmasa öz əqidəsini bilməlidir axı. Orada bir dayı var Quranın təhrifindən danışır, hələ sünni əqidəsinə bələd deyil
Sünnilərdən Qur`anın təhrif olunmasına inanan azdır ki?
Şiələrdən çox deyil. Amma bu o demək deyil ki, sünnilər (ya da şiələr) Quranın təhrifinə inanır. Sadəcə bu cür şəxslər hər iki tərəfdə olub. Amma vahid mövqe var, bu təhrif nəzəriyyəsinin batil olmasıdır.
Şiələrdən çox deyil.
Əgər məqsədiniz Qur`anın təhrifinə inanan sünnilərin şiələrdən çox olmamasıdırsa, buyurun sübut edin. Onların içərisində Qur`anın təhrif olunmasına inanan daha çoxdur. Bizim alimlərin əksəriyyəti isə adətən təhrif haqqında qondarma hədisləri nəql və tənqid ediblər. Onlar isə o hədisləri adətən səhih sayaraq qəbul ediblər.
Amma bu o demək deyil ki, sünnilər (ya da şiələr) Quranın təhrifinə inanır. Sadəcə bu cür şəxslər hər iki tərəfdə olub. Amma vahid mövqe var, bu təhrif nəzəriyyəsinin batil olmasıdır.
Hər halda Qur`anın təhrifinə inananların dəlili zəif və puçdur.
Сообщение отредактировал Shie_cavabi: 01 ноября 2009 - 22:29
#41
Отправлено 02 ноября 2009 - 15:00
.Eger qiyam hali eli bagli durmaqdisa niye rukudan qalxanda qiyam halini eli aciq dayanirlar???
.
#42
Отправлено 02 ноября 2009 - 15:17
Bir elm ki insana doğru yolu göstərməkdə acizdi, mən o elmi puç hesab edirəm.Qarşı tərəfdən siz elm gözləyirsiz?O qədər də güclü mübahisə deyil. Qarşı tərəf o qədər də elmli deyil.
Ola bilməz ki?
ALLAH Qur`anda peyğəmbərləri (ə) elmli ola-ola inkar edənlərdən danışmırmı?
Peyğəmbəri (ə) inkar edəndə elm ola bilərsə, bunlarda da ola bilər.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#43
Отправлено 02 ноября 2009 - 15:26
Rukudan qalxanda yeniden qiyam veziyyetine gedib sonra secdeye gedirsen...ehli-sunne ise qiyamda eli bagli dururlar bu melumdur...rukudan qalxanda ise qiyam veziyetine eli aciq gelirler sonra secdeye gedirler..i
.Eger qiyam hali eli bagli durmaqdisa niye rukudan qalxanda qiyam halini eli aciq dayanirlar???
Salam Zeyd...
Qeyd edim ki, qiyam və rüku məsələlərinə dəqiq baxsanız yaxşı olar.
Namazın beş "rükn"-ü var: 1. Niyyət. 2. Təkbirətül-ehram. 3. Qiyam. 4. Rüku. 5. Səcdə.
Qiyam iki yerdə "rükn"-dür: 1. Təkbirətül-ehram deyərkən. 2. Rükuya gedərkən.
Rükudan qalxan zaman qiyam rükn deyil və yarı qalxmış vəziyyət belə kifayətdir.
#44
Отправлено 02 ноября 2009 - 15:28
Qarşı tərəfdən siz elm gözləyirsiz?O qədər də güclü mübahisə deyil. Qarşı tərəf o qədər də elmli deyil.
Ola bilməz ki?
ALLAH Qur`anda peyğəmbərləri (ə) elmli ola-ola inkar edənlərdən danışmırmı?
Peyğəmbəri (ə) inkar edəndə elm ola bilərsə, bunlarda da ola bilər.
Bir elm ki insana doğru yolu göstərməkdə acizdi, mən o elmi puç hesab edirəm.
Sizin fikriniz Qur`anla uyğun gəlmir...
Bir də bəzən elm özü HAQQLA BATİL ARASINDA hicaba çevrilir.
#45
Отправлено 02 ноября 2009 - 15:37

Mən fikrimdə Qurana zidd heç nə görmürəm!
İnsanın axirəti üçün xeyirsizdirsə bir elm, mənasızdır onu öyrənmək.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#46
Отправлено 02 ноября 2009 - 15:41
Rukudan qalxanda yeniden qiyam veziyyetine gedib sonra secdeye gedirsen...ehli-sunne ise qiyamda eli bagli dururlar bu melumdur...rukudan qalxanda ise qiyam veziyetine eli aciq gelirler sonra secdeye gedirler..i
.Eger qiyam hali eli bagli durmaqdisa niye rukudan qalxanda qiyam halini eli aciq dayanirlar???
Salam Zeyd...
Qeyd edim ki, qiyam və rüku məsələlərinə dəqiq baxsanız yaxşı olar.
Namazın beş "rükn"-ü var: 1. Niyyət. 2. Təkbirətül-ehram. 3. Qiyam. 4. Rüku. 5. Səcdə.
Qiyam iki yerdə "rükn"-dür: 1. Təkbirətül-ehram deyərkən. 2. Rükuya gedərkən.
Rükudan qalxan zaman qiyam rükn deyil və yarı qalxmış vəziyyət belə kifayətdir.
Necə yəni tam qalxmadan? Bunu bir az açıqlayardınız. Mərhum Lənkərani (r.ə.) 1061: Rükunun zikri tamam olduqdan sonra qalxıb düz dayanmaq və bədən aram olduqdan sonra səcdəyə getmək lazımdır. Əgər qəsdən ayağa qalxmadan və ya ayağa qalxıb bədəni aram olmadan qabaq səcdəyə getsə namazı batildir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#47
Отправлено 02 ноября 2009 - 15:47
ın. İsa (ə) peyğəmbərə göndərilən din də islam olub.Əsas odur ki, sizin kəşfləriniz elmə əsaslans
Başa düşürəm, siz elmlisiz, dini təhsli alırsız.
İslam məfhumu Hz Məhəmmədə (saas) nazil olan, Quranla təsbit olan dindir.
Hz İsaya və digər bütün peyğəmbərlərə gələn din isə təslimiyyət mənasındakı islamdır, tövhid dinidir. Bütün peyğəmbərlərin dini eyni olub.
Amma desəniz ki, hz İsanın (es) gətirdiyi islamla, hz Məhəmmədin (saas) gətirdiyi islam eynidir, bu doğru olmaz.
şarlıqlar da.Bu dinləri bir ALLAH göndərib və bunlar arasında fərqlər də var, ox
Mən də elə həmin fərqlərdən danışıram.
aaaaaaa
Bu dəqiqə çox maraqlı bir şey kəşf etdim
Deməli, ruslar meyiti tabuta qoyanda əllərini çarpazlaşdırırlar. Eynən sünni qardaşlarımızın qiyam halı kimi
Bu postu yazanda, etiraf edim ki, nəfsimə uyub onlara onların özü kimi cavab vermək istəmişdim. Al İslam qardaşdan Allah razı olsun, irad tutmuşdu postuma. Mən də ona təşəkkürümü bildirdim müsbət reytinqlə.
Vassalamun aleykum
Сообщение отредактировал Shemsi: 02 ноября 2009 - 15:55
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#48
Отправлено 02 ноября 2009 - 19:33
Mən fikrimdə Qurana zidd heç nə görmürəm!
İnsanın axirəti üçün xeyirsizdirsə bir elm, mənasızdır onu öyrənmək.
İndi elm kəlməsinə baxmalı olduq...
"علم" "elm" yəni "bilmək"...
İndi bu bilmək ola bilər ki, yaxşı və faydalı bir şeyi bilmək olsun, ola da bilər ki, pis və faydasız bir şeyi bilmək olsun...
Digər tərəfdən isə...
İnsan bildiyinə "iman" gətirsə və bu imana əsasən "əməl" etsə bu elm qiymətli və dəyərli olacaq, amma öz elminə laqeyd yanaşsa cahillə fərqi olmayacaq...
İnsanın axirəti üçün xeyirsizdirsə bir elm, mənasızdır onu öyrənmək.
O qədər elmlər var ki, axirətə deyil dünyanın rifahı üçün öyrənilir...
Amma, bunu da deyim ki, hədisdə var ki, dünya axirətin əkin yeridir...
Yəni istənilən elmi öyrənməkdə meyar niyyətdir...
#49
Отправлено 02 ноября 2009 - 20:13
Rukudan qalxanda yeniden qiyam veziyyetine gedib sonra secdeye gedirsen...ehli-sunne ise qiyamda eli bagli dururlar bu melumdur...rukudan qalxanda ise qiyam veziyetine eli aciq gelirler sonra secdeye gedirler..i
.Eger qiyam hali eli bagli durmaqdisa niye rukudan qalxanda qiyam halini eli aciq dayanirlar???
Salam Zeyd...
Qeyd edim ki, qiyam və rüku məsələlərinə dəqiq baxsanız yaxşı olar.
Namazın beş "rükn"-ü var: 1. Niyyət. 2. Təkbirətül-ehram. 3. Qiyam. 4. Rüku. 5. Səcdə.
Qiyam iki yerdə "rükn"-dür: 1. Təkbirətül-ehram deyərkən. 2. Rükuya gedərkən.
Rükudan qalxan zaman qiyam rükn deyil və yarı qalxmış vəziyyət belə kifayətdir.
Necə yəni tam qalxmadan? Bunu bir az açıqlayardınız. Mərhum Lənkərani (r.ə.) 1061: Rükunun zikri tamam olduqdan sonra qalxıb düz dayanmaq və bədən aram olduqdan sonra səcdəyə getmək lazımdır. Əgər qəsdən ayağa qalxmadan və ya ayağa qalxıb bədəni aram olmadan qabaq səcdəyə getsə namazı batildir.
Üzr istəyirəm...
Bu məsələdə:
yarı qalxmış vəziyyət belə kifayətdir.
Qeyd etməmişəm... Bu namazın vaxtı az olduqda icazəlidir və bu qiyam yaddan çıxdıqda namazı batil etmir.
Qalanlar isə düzdür və bu məsələlərə əsaslanır:
NАMАZIN VАCİBАTI
Nаmаzın vаcibаtı 11-dir: 1-Niyyәt, 2-Qiyаm (yәni аyаq üstә durmаq), 3-Tәkbirәtul-еhrаm, (yәni nаmаzın әvvәlindә “Аllаhu әkbәr” dеmәk), 4-Rüku, 5-Sәcdә, 6-Qirаәt, 7-Zikr, 8-Tәşәhhüd, 9-Sаlаm, 10-Tәrtib, 11-Muvаlаt (yәni nаmаzın hissәlәrini dаlbаdаl, fаsilәsiz dеmәk).
M: 964. Nаmаzın vаcibаtındаn bәzilәri rükndür. Yәni әgәr insаn оnu yеrinә yеtirmәsә, yахud nаmаzdа аrtırsа-istәr qәsdәn оlsun istәrsә dә sәhvәn-nаmаz bаtil оlur. Bәzilәri isә rükn dеyil. Yәni әgәr qәsdәn аzаldılıb-аrtırılsа, nаmаz bаtil оlur, аmmа sәhvәn аzаldılıb-аrtırılsа bаtil оlmаz.
Nаmаzın rüknlәri bеşdir: niyyәt, tәkbirәtül-еhrаm, tәkbirәtül-еhrаm dеdiyi vахt, hәmçinin rükuyа müttәsil оlаn (yәni rükudаn qаbаqkı) qiyаm, rüku, iki sәcdә.
...
M: 980. Tәkbirәtül-еhrаm dеyilәn vахtdаkı vә rükudаn әvvәlki qiyаm (bunа rükuyа müttәsil оlаn qiyаm dеyilir) rükndür. Аmmа Hәmd-Surәnin охunduğu vә rükudаn sоnrаkı qiyаm rükn dеyildir. Bir kәs unudаrаq оnu tәrk еtsә, nаmаzı sәhihdir.
Ayətullah əl-Üzma Şeyx Məhəmməd Fazil Lənkərani ®
#50
Отправлено 02 ноября 2009 - 21:43
Səni islah etməyən elm sapıklıkdır.
Yəni, məncə sonu zəlalətdə olsa, adı elmdir... Təəssüf ki..
Сообщение отредактировал Sultan: 02 ноября 2009 - 21:46
Biz bu dünyadan hara köçək, yâ Muhammed? Yer üzünde riyâ, inkâr, xəyanət Altın dövrünü yaşayır... Diller, səhifələr, sətirlər "Ebu Leheb öldü" deyirlər. Ebû Leheb ölmedi, yâ Muhammed Ebû Cehil qit'ələr dolaşır!
#51
Отправлено 03 ноября 2009 - 00:26
#52
Отправлено 03 ноября 2009 - 12:16
Rukudan qalxanda yeniden qiyam veziyyetine gedib sonra secdeye gedirsen...ehli-sunne ise qiyamda eli bagli dururlar bu melumdur...rukudan qalxanda ise qiyam veziyetine eli aciq gelirler sonra secdeye gedirler..i
.Eger qiyam hali eli bagli durmaqdisa niye rukudan qalxanda qiyam halini eli aciq dayanirlar???
Salam Zeyd...
Qeyd edim ki, qiyam və rüku məsələlərinə dəqiq baxsanız yaxşı olar.
Namazın beş "rükn"-ü var: 1. Niyyət. 2. Təkbirətül-ehram. 3. Qiyam. 4. Rüku. 5. Səcdə.
Qiyam iki yerdə "rükn"-dür: 1. Təkbirətül-ehram deyərkən. 2. Rükuya gedərkən.
Rükudan qalxan zaman qiyam rükn deyil və yarı qalxmış vəziyyət belə kifayətdir.
Necə yəni tam qalxmadan? Bunu bir az açıqlayardınız. Mərhum Lənkərani (r.ə.) 1061: Rükunun zikri tamam olduqdan sonra qalxıb düz dayanmaq və bədən aram olduqdan sonra səcdəyə getmək lazımdır. Əgər qəsdən ayağa qalxmadan və ya ayağa qalxıb bədəni aram olmadan qabaq səcdəyə getsə namazı batildir.
Üzr istəyirəm...
Bu məsələdə:yarı qalxmış vəziyyət belə kifayətdir.
Qeyd etməmişəm... Bu namazın vaxtı az olduqda icazəlidir və bu qiyam yaddan çıxdıqda namazı batil etmir.
Qalanlar isə düzdür və bu məsələlərə əsaslanır:
NАMАZIN VАCİBАTI
Nаmаzın vаcibаtı 11-dir: 1-Niyyәt, 2-Qiyаm (yәni аyаq üstә durmаq), 3-Tәkbirәtul-еhrаm, (yәni nаmаzın әvvәlindә “Аllаhu әkbәr” dеmәk), 4-Rüku, 5-Sәcdә, 6-Qirаәt, 7-Zikr, 8-Tәşәhhüd, 9-Sаlаm, 10-Tәrtib, 11-Muvаlаt (yәni nаmаzın hissәlәrini dаlbаdаl, fаsilәsiz dеmәk).
M: 964. Nаmаzın vаcibаtındаn bәzilәri rükndür. Yәni әgәr insаn оnu yеrinә yеtirmәsә, yахud nаmаzdа аrtırsа-istәr qәsdәn оlsun istәrsә dә sәhvәn-nаmаz bаtil оlur. Bәzilәri isә rükn dеyil. Yәni әgәr qәsdәn аzаldılıb-аrtırılsа, nаmаz bаtil оlur, аmmа sәhvәn аzаldılıb-аrtırılsа bаtil оlmаz.
Nаmаzın rüknlәri bеşdir: niyyәt, tәkbirәtül-еhrаm, tәkbirәtül-еhrаm dеdiyi vахt, hәmçinin rükuyа müttәsil оlаn (yәni rükudаn qаbаqkı) qiyаm, rüku, iki sәcdә.
...
M: 980. Tәkbirәtül-еhrаm dеyilәn vахtdаkı vә rükudаn әvvәlki qiyаm (bunа rükuyа müttәsil оlаn qiyаm dеyilir) rükndür. Аmmа Hәmd-Surәnin охunduğu vә rükudаn sоnrаkı qiyаm rükn dеyildir. Bir kәs unudаrаq оnu tәrk еtsә, nаmаzı sәhihdir.
Ayətullah əl-Üzma Şeyx Məhəmməd Fazil Lənkərani ®
va aleykum salam///Sistani Aga ilede uygun gelir bu yazdiqlarin qardas??birde onlarin fiqhi ile bizmkinde ferq bu meselede mence
.
#53
Отправлено 03 ноября 2009 - 13:01
Mir Cefer deyil
Həə,yanılmışam
Dedilər Kərbəlai Xəyaldır.
kim dedi???????
Elmli dindar bir qardaş,o Mir Cəfər ağanı yaxından tanıyır,ona sual etdim ki,ola bilər ki bu mübahisə ona aid olsun,o cavab verdi ki,ona aid deyil,çünki bu tanıdığım Kərbəlai Xəyaldır,çox elmli olduğunu da bildirdi.
MUMİNE xanım...
Mənim tutacağım iradları tanış qardaş vasitəsilə bu söhbətləri edən şəxsə çatdıra bilərsiniz. Əgər iradı olsa cavabını göndərə bilər.
İradlarınızı oxudum,amma ciddi bir irad nə isə görmədim
Bəhsdə söhbətin bir müzakirə obyektindən digərinə yönəlməsi qəribə bir hal sayılmaz,çün bu Bəhsdir,xüsusi bir mövzuda hazırlanmış xütbə falan deyil.
İradlarınızı qardaşa çatdırdım,o iradlara olan cavabları isə özü gəlib burda cavablandıracaq.
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#54
Отправлено 03 ноября 2009 - 15:04
va aleykum salam///Sistani Aga ilede uygun gelir bu yazdiqlarin qardas??birde onlarin fiqhi ile bizmkinde ferq bu meselede mence
Ələykum salam və rəhmətullah...
Bu məsələlər ümumidir və burada ixtilaf yoxdur:
Qeyd edim ki, qiyam və rüku məsələlərinə dəqiq baxsanız yaxşı olar.
Namazın beş "rükn"-ü var: 1. Niyyət. 2. Təkbirətül-ehram. 3. Qiyam. 4. Rüku. 5. Səcdə.
Qiyam iki yerdə "rükn"-dür: 1. Təkbirətül-ehram deyərkən. 2. Rükuya gedərkən.
Amma xırdalıqlara Ayətullah əl-Üzma Sistaninin risaləsindən baxa bilərsiniz.
#55
Отправлено 03 ноября 2009 - 15:17
MUMİNE xanım...
Mənim tutacağım iradları tanış qardaş vasitəsilə bu söhbətləri edən şəxsə çatdıra bilərsiniz. Əgər iradı olsa cavabını göndərə bilər.
İradlarınızı oxudum,amma ciddi bir irad nə isə görmədim
Bəhsdə söhbətin bir müzakirə obyektindən digərinə yönəlməsi qəribə bir hal sayılmaz,çün bu Bəhsdir,xüsusi bir mövzuda hazırlanmış xütbə falan deyil.
İradlarınızı qardaşa çatdırdım,o iradlara olan cavabları isə özü gəlib burda cavablandıracaq.
Lap yaxşı...
Amma mən hələ ki, 7:25 dəqiqəyə qədər cavab yazmışam. Hələ qardaşın göydən nazil olan su ilə dəstəmaz üzvlərinin yuxarıdan aşağı yuyulmasını istinbat etməsi məsələsinə çatmamışam
Amma nə qədər ki, gec deyil gəlsin özü də cavab versin. Sonra sui-zənn yaranar ki, qardaş həqiqətən də qaz yolurmuş...
Axı "Lisanul-ərəb" kitabına baxan "əqimu" ilə "qiyamət" kəlməsini necə bir mənada fərz edib, hətta bundan şəri hökm çıxara bilər?
Bir də deyin ki, imkanı olsa dediyi sünnü təfsirlərinə yenidən baxsın...
#56
Отправлено 03 ноября 2009 - 15:34
Amma desəniz ki, hz İsanın (es) gətirdiyi islamla, hz Məhəmmədin (saas) gətirdiyi islam eynidir, bu doğru olmaz.
Mən elə demək fikrində deyiləm.
Mənim qəbul etdiyim və inandığım belədir:
ALLAH İsa (ə) peyğəmbərə Musa (ə) peyğəmbərin dinindən kamil din və onun kitabı Tövratdan kamil bir kitab olan "İncil"i göndərdi. Məhəmməd (s) peyğəmbərə isə, bütün dinlərdən ən üstün və ən mükəmməl din olan "İslam"ı və bütün səmavi kitabların ən üstünü və ən mükəmməli olan "Qur`an"ı göndərib.
ƏLLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD.
#57
Отправлено 03 ноября 2009 - 18:39
Mən dinlədim, hər şey əla. Amma bir məsələni anlamadım. Qiyam halında əlləri bağlamamaq haqqında dəlil gətirir. Səhv etmirəmsə, Qurandan. O dəlili başa düşmədim.
Salam Aleykum! Xahiş edirəm diqqətlə oxuyun.
QOLLARI BAĞLI NAMAZ SÜNNƏDİRMİ?
Bismillahir Rəhmanir Rəhim
Əziz mömin bacı və qardaşlar ! ALLAH bizim boynumuza ilahi minnət qoyaraq bizi haqq olan dinə-İslam dininə yönəldib.
Hər bir şəxsin ALLAHA, QİYAMƏT gününə, MƏLƏKLƏRƏ , PEYĞƏMBƏRLƏRƏ VƏ ONLARA GÖNDƏRİLƏN KİTABLARA inanması “İMAN” adlanır. İmanın həqiqi yeri qəlbdir.
Quran buyurur : “Onlar o kəslərdir ki, ALLAH onların qəlblərində iman qərar vermişdir”. “Mücadilə” surəsi, ayə 22
Bir şəxsin imanlı olması , onun dil və ya başqa əməllə və yollarla öz imanını aşkar etməsidir və əqidəsini inkar etməməsidir.Əks halda, bu şəxs imanlı sayıla bilməz. Quran buyurur : “Onlar ilahi ayələri yaqin etniklərinə baxmayaraq inkar edirlər”. “Nəml” surəsi , ayə 14
Hər kəs Allahın təkliyini , qiyamət gününü və Məhəmməd Peyğəmbərin (s) Peyğəmbərliyini inkar edərsə , şübhəsiz , o şəxs kafirdir.Eləcə də bir kəs O Həzrətin gətirdiyi din və şəriətin zəruri hökmlərindən hər hansı birini inkar etsə, o şəxs küfrə doğru gedir və beləliklə də o kafir olur.
İman qəlbdən gələn bir şeydir ki, təkcə onunla – Yəni iman gətirməklə, İlahi səadətə - axirət səadətinə çatmaq kifayət etmir.Əbədi səadətə çatmaq üçün imanlı şəxs dinin digər zəruri olan hökmlərinə də əməl etməlidir.İlahi hökmlərə əməl edib, əmrləri yerinə yetirən şəxs mömin adlanır.
İmam Baqir (Ə) nəql edir: “Bir nəfər Həzrət Əli (Ə) – a ərz etdi: “ALLAHIN yeganəliyinə və Peyğəmbərin (S) Peyğəmbərliyinə inanan şəxs mömindirmi?” Həzrət Əli (Ə) onun cavabında buyurdu: “Belə olsa, onda ALLAHIN vacib buyurduğu hökmlər hara getdi?” Həzrət sonra buyurdu: “İman yalnız dil ilə, kəlmeyi – Şəhadəti deməklə bitsəydi, onda artıq (ALLAH tərəfindən) oruc, namaz vacib edilməz, halal və haram qoyulmazdı.”
“Üsuli Kafi” 2 cild, səh, 33. hədis 2
İmam Rza (Ə) buyurur: “Peyğəmbər (S) demişdir: “İman qəlbdə mərifət tapmaq, dildə (onu) izhar etmək və bədən üzvləri ilə əncam verməkdən ibarətdir.” “Uyuni Əxbarir – Riza” 1 cild, səh, 226.
ALLAHIN bizə vacib etdiyi əməllərdən biri də NAMAZdır. ALLAH TƏALA Quranda buyurur: “Həqiqətən Mən ALLAHAM. Məndən başqa bir məbud yoxdur.Mənə ibadət et və Məni yada salmaq üçün namaz qıl.”
“Taha” surəsi ayə 14.
“Həqiqətən namaz insanı çirkin və pis işlərdən çəkindirər.”
“Ənkəbut” surəsi ayə 45
İslam Peyğəmbəri Məhəmməd (Səlləllahu Əleyhi və Alihi və Səlləm) buyurmuşdur: “NAMAZ DİNİN SÜTUNUDUR.”
“Biharul Ənvar” 82 cild, səh, 218
Quran buyurur: “Sənin Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.” “İsra” surəsi ayə 23
Rəsuli Əkrəm (S) buyurur: “Bir mələk hər namaz vaxtı nida edib deyir: “Ey Adəm övladı!Namaza qalxın və öz əleyhinizə hazırladığınız (Cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün”
“Müstədrəkül Vəsail” 3 cild, səh, 102.
Peyğəmbərin sünnəsi bizlərə səhabələrin yazdığı və əzbərlədiyi hədislər vasitəsi ilə gəlib çatmışdır. Peyğəmbərin (S) danışdığı , əməli və sükutu ilahi höccət sayılır ki, onlara əməl etmək vacib sayılır. Səhabələrdən biri etibarlı sayılarsa və Həzrət (S) bir əməl (sünnə) nəql edərsə, hamı tərəfdən qəbul olunur və hamı ona əməl etməlidir .
Peyğəmbərin (S) Qardaşı, Vəsisi , əmisi oğlu , kürəkini və səhabələrin Ən fəzilətlisi və üstünü , uşaqlıqdan o Həzrətin yanında böyümüş və Peyğəmbərin sünnəsinə əməl edən Həzrət Əli (Ə) buyurur : “Allah qarşısında dayanaraq Namaz qılan şəxs gərək əllərinə bir birinin üzərinə qoymasın , çünki, bu kafir atəşpərəstlərin işidir ”.
“Vəsailuş Şiə” , 4 cild 15 bab . hədis 17 .
Həmçinin, səhabələr vasitəsi ilə Qurani Kərimin mənası və ya Peyğəmbərin (S) dövranında baş verən hadisə nəql olunsa, qeyd olunmuş şərtlər daxilində (ədalətli və etibarlı olmaq şərti ilə) Şiə məzhəbi tərəfindən qəbul olunur. Lakin bir səhabə ayə və sünnədən özünün şəxsi istinbat və ictihadını nəql edərsə, yaxud onun nəql etdiyinin Peyğəmbərin (S) sözü, yoxsa onun öz şəxsi ictihadı olması məlum olmazsa, belə halda o, höccət sayılmayacaqdır .
Buna görə də səhabənin nəzərinə əməl etdikdə, onun şəxsi ictihadı olması ilə, Peyğəmbərin sünnəsindən nəql olunması arasında fərq qoulmalıdır. Şiələr də yalnız Peyğəmbərin (S) sünnəsini nəql edən səhabənin sözünə əməl edirlər.
Böyük səhabələrdən biri olan Əbu Həmid Saidin, içərilərində Əbu Hüreyrə Dusi, Səhl Saidi, Əbu Üseyd Saidi, Əbu Qutabə, Haris ibni Rabi və Məhəmməd ibni Məsləmə kimi səhabələr onların qarşısında Peyğəmbərin (S) necə Namaz qılmasını, onun müxtəlif müstəhəb əməllərini qeyd etdi, amma heç bir yerdə əllərini bir – birinin üzərinə qoymasından söz açmamışdır.
“Sünən” Beyhəqi 2 cild, səh, 72; 73; 101.“Sünən” Əbi Davud 1 cild, səh, 194.“Sünən” Termizi 2 cild, səh, 98.
Alınan nəticə budur :
Əgər Peyğəmbər (S) hər hansı bir vaxt belə bir işi görmüş olsaydı, (yəni əllərini bir birinin üstünə qoysaydı), hədisin ravisi hədisi rəvayət edərkən bunu qeyd edərdi.Orada olan səhabələr Peyğəmbərlə (S) dəfələrlə Namazda iştirak etmişdirlər.Əbu Həmid Saidi haradasa və hansı əməllərdəsə Peyğəmbər sünnəsini öz şəxsi nəzərindən və ya səhv üzündən düz deməsəydi, orada olan səhabələr onun səhvini düzəltməyə çalışar, əgər bu iş baş tutmasaydı, həmin səhabəyə öz etirazlarını bildirib, onun hədisini nəql etməkdən hamını çəkindirərdilər.
Səhl İbni Səd deyir: “Xalqa bu iş (namazda əlləri bir birinin üzərinə qoymaq) sonradan göstəriş verilirdi.”
Fəthül Barii 2 cild, səh, 224. Sünən Beyhəqi 2 cild, səh, 28. Buxari 1 cild, səh, 188.
Əbu Hazım Səhl ibni Səddən nəql edir: “Camaata əmr olunurdu ki, namazda sağ qolunu sol qolunun üstünə qoysun.” Əbu Hazım deyir: “Əmr edən Peyğəmbər olmayanadək mən bu məsələni düz hesab etmirəm.”
Buxari 1 cild, səh, 135 hədis 740
Глава 324: Возложение правой руки на левую предплечье».
403 (740). Сообщается, что Сахль бин Са‘д, да будет доволен им Аллах, сказал: «Людям приказывали, чтобы во время молитвы они возлагали правую кисть на левое
Bu hədislərdən alınan nəticə budur ki, namazda əlləri bir birinin üzərinə qoymaq sonradan əmələ gələn bir işdir. Bu iş Peyğəmbərin (S) göstərişi olsaydı, onu üstüörtülü şəkildə yox, əksinə, aydın şəklidə Peyğəmbərin (S) dilindən demiş olardılar. Bir də ki, Peyğəmbəri (S) sevib ona iman gətirən, onun sünnəsinə sarılan möminə Peyğəmbərin elədiyi işə, yəni Sünnəyə əmr etməyə lüzum qalmır, çünki Peyğəmbər (S) yaxşı işə müsəlmanları təşviq edərdi.Burada bu hədislə bağlı bizim bir neçə sualımız var: Nəyə görə hədisdə əmr edənin Peyğəmbər (S) olduğu qeyd olunmur? Peyğəmbərin (S) haqq olan ALLAH tərəfindən göndərildiyini bilən, Onun elədiyi əməlin ALLAH tərəfindən Ona öyrəildiyini bilən və iman gətirib Peyğəmbərin (S) qıldığı tərzdə namaz qılan şəxsə bu işə - sünnəyə əmr etməsinə ehtiyac varmı? Əmr edən Peyğəmbər (S) deyildirsə, onda kimdir? Niyə bu şəxsin adı hədisdə çəkilmir, buna səbəb nədir? Belə bir əmri vermə səlahiyyəti kimdədir? Əgər bunu Peyğəmbər (S) əmr etməyibsə başqa bir kəs (xəlifə,əmir və ya səhabə) əmr edibsə, bu sünnədirmi? Bu sualların hamısının üstündən keçib təkcə bir şeyi açıqlamaq istərdik: Bizə bu iş (namazda sağ əli sol qolun üzərinə qoymaq) əmr olundu və bizlər də bunu qəbul edib razılaşaraq sağ əlimizi sol qolumuzun üzərinə qoyduq. Sonda yeganə və tək sualla bütün ümmətə müraciət edirik: Sağ əli sol qolun üzərinə qoymazdan əvvəlki namazda möminlər ALLAH dərgahında hansı formada dururdular? Məgər kimsə iddia edir ki, o vaxta qədər namaz qılmırdılar? Hədisdə bu işin “Sonradan göstəriş verilirdi” və “Camaata əmr olunurdu” sözlərinə gəldikdə isə, xalqa göstəriş və əmr vermə səlahiyyətinin xəlifə və əmrlərdə olduğu bilinir. 2 hədisdə açıq aydın deyilir: “Əmr edən Peyğəmbər olmayanadək mən bu məsələni düz hesab emirəm.” Çünki əmr edən Peyğəmbər deyil, başqa bir kəsdir ki, onun sözünə etina olunub məhəl qoyulmur.Əgər bu məsələni Peyğəmbər (S) əmr etsəydi, onda bu iş düzgün və Sünnə olmuş olardı, amma əhli sünnə məzhəbləri arasında (Hənəfi, Hənbəli, Maliki və Şafei) bu barədə 3 ixtilaf vardır:
1. Hənbəli və Şafei məzhəbləri əlləri sinənin üzərində (sağ qol sol qolun üzərində).
2. Hənəfilər sağ əli sol əlin üzərinə lakin göbəkdən aşağı.
3. Malikilər isə Şiələr kimi əlləri yanında və əli açıq namaz qılırlar.
İbni Əsir “Əl fiqhi ələl məzahibil ərbəə” 1 cild, səh, 213.
Əhli Sünnənin alimlərindən biri olan Qurtubi yazır: “Namazda əli əlin üstünə qoymaqda ixtilaf olmuşdur.Malik (məzhəb başçısı) onu vacibi namazlarda məkruh, bəziləri isə namazın qayda qanunudan hesab edirlər.Bu nəzəriyyə cumhur əhli sünnənin nəzəriyyəsidir.Bu ixtilafa səbəb budur ki, bizə səhih rəvayətlər yetişir və Peyğəmbərin (S) necə namaz qılınmasını vəsf ediblər.Lakin, Peyğəmbərin (S) namaz qılarkən sağ qolunu sol qolunun üzərinə qoyulması nəql olmamışdır.Digər tərəfdən isə camaata namaz qılarkən əlini əlinin üstünə qoyulması əmr olunurdu.”
Qurtubi “Bidayət Müctehid”. 1 cild, səh, 136.
Qəylan Ənəs İbni Malikdən nəql edir: “Peyğəmbərin (S) zamanından indiyə kimi dəyişdirilməmiş qalmış bir şey görmürəm.” Bu zaman ona deyildi: “Namaz”. O dedi: “Məgər namazı dəyişdirib zay etmədinizmi? Yenə də deyir: “Zöhridən eşitdim ki, deyirdi: “Dəməşdə Ənəs İbni Malikin yanına gəldikdə, onu ağlayan gördüm, dedim: “Niyə ağlayırsan?” Dedi: “Şəriətin əl dəyilməmiş və dəyişdirilməmiş hökmünü görmürəm, bircə bu namazdır ki, o da zay olubdur”.
Buxari 1 cild, səh, 134. “Təzyius səlat” babı
Buxari və Müslimə gəldikdə isə, onlar öz “Səhih” kitablarında bu barədə (əlləri üst – üstə qoymaq) cəmi bir rəvayət nəql etmişlər ki, bu da xəbəri vahiddir. Peyğəmbəin (S) Əhli Beyti o kəslərdir k, səhabələr Peyğəmbərin (S) yanında olmadığı müddətdə, o Həzrət (S) evində dincələndə və başqa vaxtlarda onlar daima Onun yanında olub və O Həzrətin etdiyi sünnəyə əməl ediblər.Peyğəmbər tək ALLAH tərəfindən göndərildiyi üçün insanları Tövhid dininə dəvət edib.O Həzrət (S) insanlar arasından ixtilafları aradan aparmaq, onları İslam dini ilə birləşdirmək üçün göndərilmişdir.Belə olduğu halda, biz necə deyə bilərik ki, 4 sünnü məzhəbi özü – özlüyündə haqqdır və hamısı düz yoldadır? Elə çıxır ki, hamı sünnəyə əməl edir, amma ixtilaf ilə? Belə çıxır ki, Peyğəmbər (S) 3 namaz qılıb və camaatı ixtilafa salıb? ALLAHA pənah aparırıq bu fikirdən! Bəs onda bizə vacib buyrulan Peyğəmbər Namazını qılmaq üçün biz Əhli Sünnənin hansı məzhəbinə sarılaq ki, düzgün namaz qılıb vaxtımızı və əməllərimizi puç etməyək? Məgər Peyğəmbərin Əhli Beytindən (Ə) (ev əhlindən) dəqiq və kamil surətdə onun evində və qeyri vaxtlarda etdiyini kimsə iddia edir? Quran buyurur:
“Dində heç bir məcburiyyət yoxdur.Artıq doğruluq (İmam) azğınlıqdan (küfrdən) aydın şəkildə seçildi.” “Bəqərə” surəsi, ayə 256.
“...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edisə, ondan çəkinin.ALLAHDAN qorxun.Həqiqətən, ALLAHIN cəzası çox şidətlidir.”
“Həşr” surəi, ayə 7.
Peyğəmbərin (S) ev əhli olan Əhli Beyti (Ə) – “Təthir” ayəsində (“Əhzab” surəsi, ayə 33) zikr olunan Əhli Beytdir ki, onlar – Əli (Ə), Fatimeyi Zəhra (S.Ə), Həsən (Ə) və Hüseyn (Ə) – lardır.Onlar Peyğəmbərin (S) sevimlisi, Əhli Beyti, vüqarı və əzəmətidirlər ki, Şiələr də Peyğəmbərin sünnəsini məhz Peyğəmbərin (S) Əhli Beytindən götürüblər.ALLAH bizləri və bütün Əhli Beyt sevənləri, Dünya və Axirət savabını qazananlardan və O Həzrətin sünnəsinə əməl eənlərdən qərar versin!
Amin Ya Rəbbəl Aləmin!
“HƏLAK OLAN AŞKAR BİR DƏLİLLƏ HƏLAK OLSUN, SAĞ QALAN DA AŞKAR BİR DƏLİL ÜZÜNDƏN SAĞ QALSIN.” “Ənfal” surəsi, ayə 42.
Əs Səlamu Ələykum və Rəhmətullah və Bərəkatuh.
#58
Отправлено 03 ноября 2009 - 18:45
Salam Aleykum qardaş. Buyura bilərsiniz. Bu da Quran Ayəsi. O ki, qaldı qamətə, onu boş ver abi. o alçağı neçə dəfə elmi mübahisəyə dəvət etmişiksə müsbət cavab ala bilməmişik. bu da təbii onun fitrətindən irəli gəlir ki, zinazadədir.Namaz haqda bəhs
zip faylda yüklə
QAMET-in bu mubahiseye cavabi
Salam Aleykum.Salam Qardash.meni bezi suallar maraqlandirir.cox vaxt bizim elediklerimizden sehv tutmaqa calisirlar.deyirler ki guya namazi eli aciq qilmaq Quranda gelib.ve orda yazilibki namaz qilanda qiyam halinda namaz qilin bu da o demekdirki biz eli aciq qilmaliyiq.cunki bizi olerken basdirandada eli yanda basdirirlar ve qiyam sozunun menasi qiyamete baqlanirki biz ALLAH-in huzuruna eli yanda gedeceyik.birde deyirler biz destamazda qolumuzu yuyarken suyu yuxardan tokduyumuze gore bu sayilmir.cunki su ancaq yuxaridan asaqi tokulende pak edir.bizde qolumuzu asaqidan yuxari yuduqumuza gore pak olmur.Xahis edirem bunlarin aciqlamasin veresiniz.Evvelceden Tesekkurumu bildirirem.ALLAH sizden razi olsun.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, bunlar hamısı nağıllardır. Biz şəriəti nağıllardan deyil və nəsə olmaqdan deyil, Allah və rəsulundan (s.a.v.) götürürük. Əgər onların məntiqi ilə yanaşsaq, onda namazı paltarla deyil, ya paltarsız, ya da kəfənlə qılmalıyıq, çünki ölünü belə basdırırlar. Dəstəmaza gəlincə, ayəyə baxsanız görərsiniz ki, ayədə deyilir ki, əlinizdən dirsəyəcən yuyun. Şəriətdən dəlil olan yerdə ağıl batıldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Bildiyimiz kimi, dəstəmaz namazın müqəddimati işlərindən biridir. “Maidə” surəsində bu haqda buyurulur:
يَا اَيُّهَا الَّذينَ آمَنُوا اِذاقُمْتُمْ اِليَ الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ اَيْدِيَكُمْ اِليَ الْمَرافِقِ وَ امْسَحُوا بِرُوُوسِكُمْ وَ اَرْجُلَكُمْ اِليَ الْكَعْبَيْنِ
“Ey iman gətirənlər! Namaz üçün ayağa qalxdıqda, üzünüzü və əllərinizi - dirsəyə qədər - yuyun, başınıza və ayaqlarınıza kəbeynə qədər məsh edin.”
Birinci cümlədə “əydi” sözü işlənmişdir. Bu söz ərəb dilində “əl” sözünün cəm formasıdır. “Yəd” sözü ərəb dilində müxtəlif mənalarda işlədilir. Məsələn: bəzi vaxtlar yalnız barmaqlara, bəzi vaxtlar biləkdən barmaqlara qədər olan hissəyə, bəzi vaxtlar dirsəkdən barmaqlara qədər yerə və bəzi vaxtlar da çiyindən aşağıyə (qola) deyilir.
Digər tərəfdən dəstəmazda qolun dirsəkdən barmaqların ucunadək hissəsi yuyulmalı olduğundan, Qurani-kərim “iləl-mərafiq” sözünü bu üzvün nə qədər yuyulmasınıi təyin etmək üçün buyurmuşdur. Deməli, “iləl-mərafiq” ifadəsindəki “ila” sözü qolun hansı istiqamətdə (yuxarıdan aşağı və ya əksinə) yuyulmasını deyil, yuyulacaq miqdarı təyin etmək üçündür. Çünki bir şeyin necə yuyulması xalq arasında olan adətə bağlıdır. Adətən təmizlik işlərində həmişə yuxarıdan aşağı istiqamətdə yuyurlar. Məsələnæ həkim xəstəyə, ayaqlarını dizə qədər yumasını göstəriş verdikdə onun ayaqlarını aşağıdan yuxarı deyil, əksinə yuxarıdan aşağıya tərəf yuyurlar. Elə buna görə də şiə məzhəbi dəstəmazda üz və əllərin yuxarıdan aşağı yuyulmasını göstəriş vermiş və bunun əksini düzgün bilməmişdir.
Dəstəmazda ayrı bir məsələ də ayaqlara məsh etməkdən ibarətdir. Şiə fiqhinə əsasən, dəstəmaz vaxtı ayaqları yumaq deyil, məsh çəkmək lazımdır. Onların dəlili də “Maidə” surəsinin 6-cı ayəsinin zahiri məfhumudur. Bu ayəyə əsasən dəstəmaz alan şəxs iki iş görməlidir: üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək. Bu mətləb ayədəki iki cümlənin müqayisəsindən başa düşülür:
1-Üzlərinizi və əllərinizi dirsəkdən yuyun.
2-Baş və ayaqlarınıza kəbəynə qədər məsh çəkin.
Biz bu iki cümləni əvvəllər fiqhi hökmlərlə tanış olmayan ərəbdilli bir şəxsə göstərdikdə, şübhəsiz “bizim vəzifəmiz üzümüzü və əllərimizi yuyub, baş və ayaqlarımıza məsh etməkdir” deyə cavab verəcəkdir.
Ərəb qrammatikasına əsasən, “ərcüləkum” (ayaqlarınıza) sözü “və” bağlayıcısı vasitəsilə “birüusikum” (başlarınıza) kəlməsinə bağlanmalı və nəticədə ayaqlara məsh etmək mənası ifadə olunmalıdır. Həmçinin (ayaqlarınız) sözünü heç vaxt “əydiyəkum” (qollarınız) sözünə aid edib ayaqları (məsh etmək əvəzinə) yumaq olmaz. Çünki belə halda mətuf (yəni “və ərcüləkum” kəlməsi) ilə mətufun-əleyh (yəni “və əydiyəkum” kəlməsi) arasında mötərizə cümləsi olan “fəmsəhu birüusiküm” gələcəkdir ki, bu da ərəb qrammatikasında düzgün bir ifadə olmayıb, mənanın tam dəyşməsinə səbəb olacaqdır. Həmçinin bu zəminədə “ərcüləkum” kəlməsini kəsrə və ya fəthə ilə oxumağın heç bir fərqi yoxdur: hər iki surətdə ərcüləkum” qollarınız, kəlməsi, “birüusikum” - başlarınız kəlməsinə bağlanacaq və təkcə onun zahirində ətf edildikdə onu məcrur, məhəllinə ətf (aid) etdikdə isə mənsub ediləcəkdir. Əhli-beyt ¢-dan nəql olunmuş mötəbər rəvayətlərə əsasən, dəstəmaz iki əməldən ibarətdir: “Ğəslətani” – iki üzvü yumaq və “məshətani” - iki üzvə məsh çəkmək. Həzrət İmam Baqir (ə) da Peyğəmbərin (s) necə dəstəmaz almasını nəql edərək o Həzrətin ayaqlarına məsh çəkməsindən xəbər verir.
Qeyd etmək lazımdır ki, dəstəmaz alarkən təkcə Əhli-beyt ¢ imamları ayaqlarına məsh çəkmir, həm də bir çox səhabələr və tabein bu nəzərdə olmuşdur. Lakin sonralar müəyyən səbəblərə əsasən, müsəlmanlar məsh etməyi yumaqla əvəz etmişlər. Bu haqda fiqhi kitablarda ətraflı məlumat qeyd olunmuşdur.
#59
Отправлено 03 ноября 2009 - 19:39
Amma foruma girer girmez mubareklik olmayan bir neche meseleler gozume satashdi. Behs baresinde maraqli yazilar oxudum. Kimisi terif kimisi ise tenqidler yazib. Bezi yazilarda ise lap agi chixarilib.
Evvela men de o behs baresinde oz qisa fikrimi yazim. Behs normaldir. Bu behsde yuksek nese gozlemek duzgun deyil.Chun ki behsde bilmirem Seleflerdir ya kimlerdir amma onu bilirem ki oz eqidelerini bilmeyen keslerdir. Behs bir basha onlarin layiq olduqlari terzde aparilib. Lazimi qeder behsde dirensek onu tekrar tekrar saniye be saniye dinlesek lazimi qeder sehvler tutariq. Daha deqiq desem xirda meseleleri shishirderik. Bu chetin ish deyil. Chetin ish odur ki buna paxilliq etmeden EHSEN deyilsin.
Tutaq ki behsi aparan shie qardash elmsizdir. Bele halda da sevinmeliyik ki elmsiz bir qardash laziminca bezi suallara cavab verib.Ve filan filankesleri otuzdurub yerine.
Bezi ozlerini elmli
sayan "Qumda oxumusham" Nerderani bitirmishem" Filan filankeslerden ders almisham" deyen choooooooox qardashlar var ki hech bu behsi aparan qardashin etdiyinin 1% ni de etmeyib. O Qardasha Ehsen deyirem. Halal olsun.!Allah ondan qat qat razi olsun.Amin.
Ezizim "Shie cavab verir" qardashim. Baxiram mashaAllah choooox sehvler tutmusan. Buna sehv demek olarsa. O Behsi aparan qardash kitab defterli her hansi bir meclise hazirlanmayib,Xutbe oxumur ve qesden behs achib sesini yazdirmayib. Bu behs tesadufen ve tam emosyanal bir behsdir. Bu behsi ichtimayi bir yerde saniye be saniye tehlil etmek ve chopleri kotuk edib nese gorsetmek bizlere yarashmaz.! Xususen ise lag laga ederek sehv tutmaq neinki shieliye, adi reftar normalarina da ziddir. Yazdigin "qardaşın qarşısındakı boranı olmasaydı, yəqin ki, divara dırmaşmış pişiyinə piş-piş deməli olacaqdı..." ve "Amma nə qədər ki, gec deyil gəlsin özü də cavab versin. Sonra sui-zənn yaranar ki, qardaş həqiqətən də qaz yolurmuş..." bu cumleler mence , menim savadsiz bashima gore islama ziddir. Dini bir behs nevaxtdan Qaz yolmaq olub?
Meselen ne peygember (s.) Ne de shiesi oldugun Eli(e.) bele cumleler ishledib kimise tehqir etmezdi. Bax: Men umumi oxuyanda senin bu yazilarin mene pis tesir etdi.Chun ki exlaq normalarina ziddir. Sen o Behsi saniye be saniye tehlil etdiyin kimi men de senin her cumlevi bir bir tehlil etseydim Vaaaay alem deyerdi bir birine. Bu bize yarashan ish deyil. Xususen de ichtimayi bir yerde kiminse shenini ashagi salmaq hech yaxshi ish deyil.
Allah cumlenizden razi olsun.
#60
Отправлено 03 ноября 2009 - 21:00
As salamu aleykum . Evvela forumda teze qedemlerim ve ilk yazim mubarek olsun inshAllah.

Kimin qənimi olmağınızdan asılı olmayaraq sizə hidayət yolunda sabitlik arzu edirəm. İradlarınızı da bəyəndim. Sağ olun. ALLAH sənin kimi eyblərimizi bizə deyənlərdən razı olsun! Gələcəkdə iradlarınızı nəzərə alaram!
Əlavə edim ki; Jurnalist Müntəzir əz-Zeydi demişdi ki; -"İmkanım olsaydı, ABŞ prezidentinə yenə ayaqqabı atardım".
Bunu deməkdən məqsədim budur ki, mən ABŞ prezidenti deyiləm ki... imkanın olduqda mənim postlarımdakı eybləri və iradları yenə bildir.
ALLAH razı olsun və sənə cənnət qismət eləsin!
Количество пользователей, читающих эту тему: 0
0 пользователей, 0 гостей, 0 скрытых пользователей