
İlk toxunmaq istədiyim mövzu,məncə hicablı bacılarımızın hamısının da olmasa amma əksəriyyətinin
günümüzdə qarşılaşdığı ən aktual problemlərindən biridir.
İlk Mövzu :
Məktəblərdə Direktor və müəllimlər tərəfindən təzyiq göstərilib,bacılarımızın hicab geyinilməsinə qadağa qoymaları.
Axır vaxtlar hamımız şahidiyik ki,bu problem artıq o dərəcəyə çatıb ki,dövlət tərəfindən də bu məsələyə dair açıqlamalar gəlir.
Məhz,şəxsən Təhsil Naziri Misir Mərdanovun açıqlamalarında hamı görüb ki,onun bu məsələdə mövqeyi,
"hicabın hər bir vətəndaşın azad seçimi olub,məktəblərdə geyinilməsinə heç bir etirazın olmamasını" bildirməsidir. Lakin bu cavabda şübhə doğuran məqamlar var.
Əgər bir başa Təhsil Naziri buna icazə verirsə,onda ona tabe olanların bunun qarşısını almaq cəhdlərində nə kimi hüquqları var? Amma gəl ki,öz qadağalarına, bu sözlərlə bəraət qazandırırlar: "Yuxarıdan əmr gəlib".
Bu məsələdə fikrinizi bölüşsəniz məmnun olaram,öncədən təşəkkürlər.